Hökumə Qurbanova
11.06.1913.Bakı-22.10.1988-Bakı
SSRİ xalq artisti (1965) , M.F.Axundov adına respublika mükafatı laureatı (1965) Bakı Pedaqoji Texnikumunu bitirmişdir. ( 1931 ) Dövlət Konservatoriyasının fortopiano sinfində dərs almışdır.( 1931-1932 ) Aktyorluq fəaliyyətinə 1933-cü ildə "Azərbaycanfilm" kinostudiyasında başlamış 1939-cu ildən Azərbaycan Dövlət Dram Teatrında çıxış etmişdir. İlk rolu S.Vurğunun "Vaqif" pyesində Tamara olmuşdur. N.B.Vəzirov "Müsibəti – Fəxrəddin" – Gülbahar S.Vurğun "Fərhad və Şirin" – Şirin M.Hüseyn "Nizami" –Afaq C.Cabbarlı "Od gəlini" – Solmaz S.Rüstəm "Qaçaq Nəbi" – Həcər M.İbrahimov "Həyat" – Həyat Orden və medallarla təltif edilmişdir. |
![]() |