Həqiqət Rzayeva

 

20.05.1907. Lənkəran. 02.08.1969. Bakı
Xalq artisti

       

O, Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənnilərindəndir.

Konservatoriyanın muğam şöbəsində oxumuş, Cabbar Qaryağdı oğlu, S.Şuşinski, Q.Pirimovdan dərs almışdır. Opera və Balet Teatrının solisti olmuş, muğam və xalq mahnıları ifaçısı kimi də geniş şöhrət qazanmışdır.

Ərəbzəngi, Leyli, Əsli, Telli, Şahsənəm onun yaratdığı əsas səhnə obrazlarıdır. A.Zeynallı adına Bakı Musiqi məktəbində dərs demişdir. Kinofilmlərdə çəkilmişdir.

"Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.