İsmayıl Hidayətzadə

 

( 19.08.1901 Bakı – 11.11.1951 Bakı)
Aktyor, rejissor, xalq artisti

       

Səhnə fəaliyyətinə müxtəlif teatr dərnəklərindən başlayıb.

1921-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib, 1934-cü ildə hazırladığı "Səyavuş"tamaşası ilə Azərbaycan rejissorluğunda əsl sənət şedevri yaradıb.

1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş rejissor vəzifəsində çalışıb.Bu teatrın səhnəsində ilk işi olan "Koroğlu" operası sənət hadisəsi kimi qiymətləndirilib.

Bundan sonra İsmayıl Hidayətzadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Arşin mal alan","Şah İsmayıl", "Karmen", "Vətən", "Nizami", "Xosrov və Şirin" operalarına, "Qız qalası" baletinə quruluş verib.