Ismayıl Osmanlı

 

24.04.1902 Şəki - 22.06. 1978-ci il Bakı
Aktyor, SSRİ xalq artisti

       

Səhnə fəaliyyətinə fəhlə-kəndli klubu yanındakı dram dərnəyində başlamışdır.

1927-ci ildə o, Gürcüstanda M.F.Axundov adına Azərbaycan Dram Teatrında işləməyə gedir.

1929-cu ildən aktyor M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı truppasına qəbul olunur və öz yaradıcılıq həyatını həmişəlik onunla bağlayır.

250-dən çox rol oynamış, klassiklərin və müasir müəlliflərin pyeslərində parlaq obrazlar qalereyası yaratmışdır.Azərbaycan sovet teatr sənətinin inkişafında xidmətlərinə görə İ.Osmanlı Qırmızı Əmək Bayrağı , "Şərəf Nişanı" ordenləri və medallarla təltif olunmuşdur. Rolları: Vidadi ( "Vaqif"), Vəzir ( "Fərhad və Şirin"),Məşədi Oruc ( "Ölülər") , Bahadurbəy ( "1905-ci ildə" ), kovxa ( "Qaçaq Nəbi "), Aleksandrov ( "Cehizsiz qız") , təlxək ( "Kral Lir") və s.

Teatr aktyoru olan İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər"(Daxili İşlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "Bəxtiyar" (restoran xidmətçisi), "O olmasın bu olsun" (Rza bəy), "Nəsimi" (Nəim ), "Yeddi oğul istərəm" (Kələntər) və s.filmlərdə çəkilib. "Poçt qutusu" və "Su ərizəsi" televiziya filmlərində Novruzəli və Qədim dayı rollarını oynayıb.