﻿<?xml version="1.0" encoding="utf-8" ?><Search><Pages Count="446"><Page Number="1">ilham rəhimli    azərbaycan teatr tarixi        d ə r s l i k  dərslik azərbaycan respublikası təhsil nazirliyinin 1 noyabr 2004-cü il tarixli 816 saylı əmri ilə təsdiq olunub         çaşioğlu    2005</Page><Page Number="2">elmi redaktor: timuçin əfəndiyev             filologiya elmləri doktoru, professor  rəyçilər:     nizaməddin şəmsizadə             filologiya elmləri doktoru, professor                            məryəm əlizadə               sənətşünaslıq doktoru, professor              rafiq sadıqov             sənətşünaslıq namizədi, professor      r 55. ilham rəhimli. azərbaycan teatr tarixi.       bakı: çaşıoğlu, 2005 - 864 s.          "çaşıoğlu nəşriyyatı", 2005          azərbaycan teatr tarixi milli teatrşünaslıq  elmimizdə ilk dəfə belə monumental və fundamental  şəkildə araşdırılıb. müəllif kökü eramızdan əvvəllərə  gedib çıxan xalq oyun-tamaşalarından tutmuş çağdaş  teatr prosesinə qədər böyük bir dövrü əhatə edib. kitabda həmçinin tiflis, irəvan, aşqabad  və təbriz şəhərlərində fəaliyyət göstərmiş  azərbaycan teatrlarının tarixi də bölmə-bölmə araşdırılıb. onlarla dramaturqun və teatr  xadiminin yaradıcılıq portret-oçerkləri zəngin faktlarla işlənilib.</Page><Page Number="3">milli "oyun" mədəniyyəti  hələ insanlarda dil ünsiyyəti yaranmamışdan milyon-milyon illər əvvəl adamlar "danışan" hərəkət oyunları toplusuna malik olmuşlar. dünyanın hər dörd cəhətindəki müxtəlif təbiətli məkanlarda yaşayan ilk ibtidai insanlar ən uzağı qonşu qəbiləni tanıyırdılar. ancaq bu gün elm sübut edib ki, bir-birlərindən xəbərsiz olsalar da, onların hərəkət "oyunları" ilə "danışmalarında" bənzərlik, eynilik həddindən artıq çoxdur. insanların ov ovlamaları, quş quşlamaları özü böyük bir oyun idi. ova çıxanlar hərəsi bir səmtdə, gizləndikləri yerdə hərəkətlərlə "danışır", özləri də düşünmədən oyun anlamının ifadə vasitələrini zənginləşdirirdilər. amerika qitəsində hindu tayfaları, afrikada cəngəllik sakinləri, asiyada çinlilər, subyerdən (sibirdən), altaydan üzü xəzərə (xas ər, xəzər dənizi) bütün ər türklər... bir-birindən xəbərsiz olublar və bu, şəksizdir. amma onların hamısı ovu böyük oyun ritualında icra ediblər: vəhşi heyvanın dərisinə bürünüb əllərindəki ibtidai silahlarla onu öldürmək üçün şlkara yaxınlaşıblar; hərə öz yurdundakı quşun səsini çıxartmaqla tələ qurub, ov gözləyib; ovlanan qida qənimətinin dövrəsmdə hərəkət oyunları göstərilib. həmin oyunlar ritual səciyyəsi daşıyıb. sirri-xuda kimi qəbul etdiyimiz təbiətin özü oyundur: gecəsi var, gündüzü var, qarı var, yağışı var, zəlzələsi var, vulkanı var, ruzigarı var, dumanı var, çəni var... deməli, təbiətin özü ən böyük, ən qüdrətli oyunbazdır. dahi vilyam şekspir də deyib ki, bütün insanlar aktyordurlar. (aktyor sözü fransızca "aqteuar", "aqtor" sözlərindəndir. mənası ifaçı, oyunçu deməkdir). minilliklərdən üzü bəri gəldikcə insanlar dərk ediblər ki, od-ocaq, ocağa bağlılıq isə oturaq həyat deməkdir. odu işıq kimi qəbul etmək günəşə sitayişin rəmzidir və dünyanın, istisnasız olaraq, bütün xalqlarının onunla bağlı oyunları və mərasimləri mövcuddur. qədim türk inanclarına görə çirki üç şey təmizləyə bilər: su, od, torpaq. ayrılıqda bunların üçü ilə də bağlı müxtəlif türk xalqlarında oyunların olduğu bəllidir. dünyanın olum-ölüm gərdişində əbədiyyət, əbədiyyətdə və ruhların ölməzliyində tarixin dairəvi hərəkəti, hərəkət dairəsində günəşin rəmzi var. türklər öz miflərində, əsatirlərində, həyat tərzlərində bu təfəkkür dərkinin onlarca oyununu yaradıblar və yaşadıblar. "ölüm" anlayışında həyatın səngiməz inkişafı var və bu, nəsil əvəzetmələrində davamlılıq yaradır. davamlılığın bir qolu da toydur ki, dünya xalqlarının bütün dinlərdən əvvəlki toy mərasimləri özü möhtəşəm oyun olub. əvvəlcə yalnız söz və hərəkətlə qurulan oyunlar milyon-milyon illər keçdikcə musiqiylə, sözlə yeni formalarda düzənləniblər. "ölüm" torpaqdan doğulanın torpağa qayıtması, ruhların səmaya qovuşması kimi qəbul olunub. şərqli, qərbli, cənublu, şimallı insanlar düşüncə, təfəkkür ilə deyil, yaslamaları təhtəlşüur oyunlama tərzində yaşadıblar. bunlardan da biri qədim türklərdə "yuğ" mərasimi adlanıb. şərqdə sehrbazlıq, hipnozçuluq, hoqqa göstərib "möcüzə" çıxarmaq antik yunan teatrından min-min illər əvvəl də olub. həmin oyunların oyunçuları, oyunçuların da tamaşaçıları, oyunbazlığın isə çıxarılma yerləri vardı. osmanlı alimi türhanın fikrincə, dionisin keçi mərasimi kiçik asiyadan gəlir. burada da onun anlayışı bağlanır torpağa, oda, suya və bir də oturaq həyata. dionis bayramları qədim romada keçirilən vakx mərasiminə çox bənzərdir. dionis yunan mifologiyasında bitki allahı, üzümçülük və şərabçılıq hamisidir. əsatirə görə, dionis baş allah zevsin və fiya padşahı kabının qızı semelanın oğludur.</Page><Page Number="4">eramızdan əvvəlki vi-iv əsrlərdə təşəkkül tapmış dionis bayramları, əsasən, dörd tipdə olub. böyük (yaxud şəhər) dionis bayramı. mərasim mart ayının sonunda və aprel ayının əvvəlində keçirilib. leneylərin dionis bayramı. şənlik yanvarın sonunda və fevralın əvvəlində düzənlənib. antesterilərin dionis bayramı. bu bayram fevralın sonunda və martın əvvəlində qeyd edilib. kiçk (yaxud kənd) dionis bayramı. təntənə dekabrın sonunda və yanvarın əvvəlində göstərilib. elm onu da sübut edib ki, insanlar dörd milyon il bundan əvvəl heyvanlar içərisində ilk dəfə keçini əhliləşdiriblər. elm dönə-dönə bunu da sübut edir ki, ana südünə ən yaxın olanı məhz keçi südüdür. dünya xalqlarının oyunlarının əksəriyyəti keçi ilə bağlıdır. azərbaycanın oyun qəhrəmanları arasında keçi obrazı ilə rəqabətə yalnız kosa personajı girə bilər. oyunun türkdilli xalqlarda etimologiyasma toxunmazdan əvvəl, dünyada bu anlama müxtəlif estetik və fəlsəfi münasibətlərinin bəzi məqamlarına nəzər yetirmək səmərəli olar. iyirminci əsrin görkəmli tarixçisi və mədəniyyətşünası, hollandiya alimi yohan heyzinqa dünya humanist düşüncəsinin nadir əsərlərindən sayılan "homo ludens" ("oynayan insan") kitabında oyun fenomenini, onun anlayış və stixiyasını, funksiyasını, əhəmiyyətini ətraflı təhlilə çəkib. mütəfəkkirin düşüncə zəncirbəndi "oyun mədəniyyətdən qədimdir" postulatından başlayır. onun qənaətinə görə, oynamaq meyili yalnız insanlara deyil, heyvanat aləminə də xas olan tələbatdır. əsatirlər, mərasimlər, ayinlər daha sonralar yaranıblar. bu fikri açıqlayan alim göstərir ki, əsatir və mərasimin bətnində mədəni həyatın böyük aparıcı qüvvələri mayalanır. ilk növbədə də hüquq və asayiş, ünsiyyət və işgüzarlıq, əsnafçılıq və incəsənət, şeiriyyət, savad, elm. beləliklə, bütün bunlar öz kökləri ilə oyun tədbirlərindən şirələnirlər. oyun nıədəniyyətinin mühüm mərhələsindən olan bayram, şənlik, qutlama, şərəfləndirmə tədbirlərinə nəzər yetirən alim bu olaylarda da oyunun ilkinliyini xüsusi vurğulayır. ilahi, sehrli mistik məzmunlu bayram şənliklərinin daxili quruluşlarında maraqlı oyun əlamətləri var. mərasim keçirən insanlar sövq-təbii duyublar ki, onlar öz oyunları ilə müəyyən müqəddəs xeyri (qutu) həyata keçirirlər, ali dəyərlərlə özlərinin var olmalarını təsdiqləyirlər. bütün oyunlar şən olur, sərbəst şəkildə, lakin bayram ovqatında baş verir. ayrı-ayrı ayinlər bəzən qanlı olsa da, mənəvi sınaqlar sərt və qəddar görünsə də, oyunçuların istifadə etdikləri maskalar dəhşət doğursa da, bütün görüntülər bayram ovqatı ilə bağlanır. həmin məqamda insanların adi həyatı bitir, ruhlarda, daxili ehtiraslarda dərkolunmaz səmaviliyə tapınmaq duyğusu güclənir. ciddilik oyunun antonimi deyil. hələ aristotel eramızdan əvvəl söyləmişdi ki, "ciddi olmaq istəyirsənsə, oyna". oyunun tərsi, antonimləri mədəniyyətsizlik, barbarlıq, cəhalətdir. çağdaş dünyanın bütün inkişaf etmiş, sivilizasiyanın yüksək pilləsində duran milli mədəniyyətlərin, istisnasız olaraq, hamısı ibtidai, əski oyunlardan faydalanmaq mərhələsini keçmişlər. insanlar hələ dil ünsiyyətinə yiyələnməmişdən əvvəl təbiətlə "olum, ya qalım" cənginə giriblər. girdikcə də mühitlə əlaqələri dərinləşib, müəyyən dərketməyə yiyələniblər. bunlar da, əsasən, insan və təbiət, insan və ov (quş, heyvan, yırtıcı...) oyunları əsasında intişar tapıb. nəticədə də teatr ünsürlü tamaşalar doğulublar. həmin tamaşalar isə müxtəlif mənalar, müxtəlif estetik səciyyələr kəsb ediblər. eyni zamanda insanlar dərkolunmaz təbiət hadisələrini fövqəlbəşərləşdirərək, ilahiləşdirərək ona tapınmğı ehtiva edən mərasim oyunları yaradıblar. dünya elmi dönə-dönə sübut edib ki, eramızdan əvvəl yaşamış pifaqor, demokrit, aristotel, platon kimi dühalar "avesta" təlimini dərindən öyrənmişdilər və onun mahiyyətini idraki təfəkkürlə mənimsəmişdilər. xalqımızın milli-dini mədəniyyət abidələrindən olan, zərdüştiliyi təbliğ edən "avesta"nın yasna, qat, yast kimi bəhslərində oyun tamaşanın güclü estetik prinsipləri, əlvan</Page><Page Number="5">formaları mövcuddur. burada xor, xoreoqrafiya, rəqs, danışıq məharəti, pantomima vərdişləri ahəngdar sintezdə birləşib. azərbaycanlıların məskunlaşdıqları ərazilərdə mədəniyyətin təşəkkül yollarını izləyən ingilis alimi riçard fray eramızdan əvvələ istinad edərək yazırdı ki, persepolda və onun ətrafında yeni illə bağlı bayram şənlikləri və başqa təntənələ keçirilib. tədqiqatçı onu da qeyd edir ki, müsəlman məscidinin əzəmətli ibadətgah yeri qədim suzdakı möhtəşəm appadan sarayının əzəmətli salonunun prototipidir. təxti-cəmşidin appadan salonundakı rəsmlərində musiqiçilərin, oyun-tamaşaların da təsvirləri vardır. qeyd edim ki bu salonun, bütövlükdə persopolun tikintisində həm midiyanın, həm lidiyanın, həm də misirin, hindistanın və başqa ölkələrin ustaları fəal iştirak etmişlər. təbii ki, gəldikləri öikənin mədəniyyətinə bələd olmayan ustalar burada dünya şedevrlərini yarada bilməzdilər. üstəlik də, həmin memar və ustalar görüb-götürdükləri oyunların elementlərini öz vətənlərinə aparınışlar. filosof hegel estetikaya aid mühazirələrində qəti hökm verirdi ki, antik yunanıstanda keçirilən dioni şənliklərindəki şən xor, fallik mahnılar bu məmləkətə məhz şərqdən keçib. dünyanın ən qədim elm qaynaqlarında türk dilində işlənən "oyun", "oyun babası" sözlərinə rast gəlinir. görkəml alim mirəli seyidovun elmi qənaətlərinə görə, oyun sözü türk dilli xalqların mifoloji, qam-şaman görüşləri, mərasim meydan tamaşaları ilə bağlıdır. bir çox xalqlar, o cümlədən altaylar, qırğızlar və başqırdlar qam-şamana və onun keçirdiyi ayinə oyun demişlər. unutınayaq ki, xalq şam-qamanı ağıl və zəka sahibi kimi qəbul edirdi. çalmağı, plastik, ecazkar hərəkətlərlə rəqs etməyi, sehrli oxumağı, loğınanlığı, cadukünlüyü məharətlə bacaran şam-qamanın (və ya qam-şamamın) hörməti el müdriki səviyyəsində möhtərəm tutulurdu. buna görə də, müxtəlif xarakterli mərasimlərdə, meydan oyun-tamaşalarında bütün göstərilənləri düzənləyənə oyunbabası (oyun babası) deyirmişlər. çağdaş teatr deyimində rejissor (latınca mənası "leqo" sözündən götürülüb və fransız dilində formalaşıb. mənası idarə etmək, müəyyən səmtə yönəltınəkdir), adlandırılan oyunbabası mərasimin ağsaqqalı, elin müdrik adamı sayılıb, ehtiramı uca tutulub. yuğ oyun-tamaşalarının formalaşmasında, kütləviliyində, özünün estetik prinsiplərini, poetika göstəricilərini cilalamasında oyun babalarının böyük xidməti olub. türkdilli xalqlarda yuğ sözünün, onun fonetik variantlarının matəm, qəbir, ölü basdırmaq mərasimi və sairə bu kimi mənaları vardır. bu sözə islamdan əvvəlki yüzilliklərin abidələrində, "gültəkin"də, mahmud qaşqaridə rast gəlinir. hazırda çində yaşayan türkdilli solarlar ölü üstündə söylənən ağıya, çəkilən yanıqlı bayatılara "uyğu" deyirlər. bir daha o fikrə gəlirəm ki, azərbaycan türkləri həm müxtəlif mərasimlərlə, həm təbiətlə, həm məişətlə, həm də ölümlə bağlı çoxlu oyun-tamaşalar yaratmış və onu mədəniyyətimizin ayrılmaz bir qolu kimi inkişaf etdirmişlər. bu inkişaf özünün fərdiliyini saxlamaqla yanaşı, dünya oyun mədəniyyəti prosesinin üzvi qolu olmuşdur. son qənaətdə qətiyyətlə deyə bilərəm ki, milli sərvətimizin mədəni qollarından biri də geniş kütləvilik qazanmış etno-mədəni oyun-tamaşalardır.</Page><Page Number="6">xalq oyun-tamaşalari  açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkəzində, şəhər meydançalarında, karvansaraylarda, bazar içində, küçələrdə, kənd əkənək yerlərinin yanında göstərilən kütləvi xalq tamaşalarına ümumiləşdirilmiş şəkildə, sənət növü kimi "meydan teatrı" deyilir. meydan teatrı xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərkolunmaz hadisələrinə münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur. meydan tamaşalarını şərti olaraq dörd bölümə ayırmaq olar: mərasim və əsatir şənlik oyun-tamaşaları; kütləvi həyat və məişət etno-mədəni oyun-tamaşaları; əyləncəli səhnə oyunları; mistik xarakterli şəbih tamaşaları. azərbaycanda mərasim tamaşalarını ümumiləşdirib iki qismə bölmək olar: mövsümi mərasimlər və məişət mərasimləri. mövsümi mərasimlər yazın gəlişi, əkinin başlanması, məhsulun yığılması, elin-elatın yaylağa çıxması, qoyun qırxını ilə əlaqəlidir. məişət mərasimlərinə aşıq toyları, dərviş düyünləri, ölən igidlərin şəninə ağılar deyib, bayatı çağırmaq, yuğlama (ağlama) məclisi qurmaq, vəsfi-hal oyunları aiddir.  dodu-qodu. kütləvi xalq mərasimi tamaşalarından olan qodu-qodu (dodu-dodu da deyilir) yurdumuzda aramsız yağan, əkinə və biçinə ziyan vuran leysanlara son qoymaq məqsədilə keçirilirdi. tamaşada qadın obrazını xatırladan xırdaca kuklalar düzəldilirdi və ona "qodu" deyilirdi. bu, günəş tanrısını, sonraki illər günəşin özünü təmsil edirdi. oyun iştirakçıları yağışa məhəl qoymadan qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxuyur, tərifli sözlər deyir, onu vəsf edirdilər. onları musiqiçilər müşayiət edirdilər. qodunu qırmızı parçalarla bürüyürdülər və bu da günəşin rəmzi kimi səciyyələnirdi. kəvsər. qışı qorxutmaq, onun tufan-boranına hazır olmaq məqsədilə keçirilən el mərasiminə kəvsəc deyilib. kəvsəc oyununun təşkilatçıları qışın mənfur obrazını canlı vermək məqsədilə ən bacarıqlı, çevik, çalıb-oxuyan, məzəli danışan təlxəyə cırcındır paltar geyindirir, onun üz-gözünü kömürlə, unla eybəcər hala salır və sonra da qatıra mindirib kəndi, obanı gəzdirirdilər. cütçü şıımıı. adından göründüyü kimi, bu mərasim sırf - əkinçiliklə bağlıdır. ulu zamanlarda insanların torpağa ilahi varlıq kimi tapındıqlarını təcəssüm etdirib. novruz bayramının torpaq çərşənbəsində icra olunan cütçü şumu oyun-tamaşası yalnız əkənək torpağı bol olan kəndlərdə göstərilirdi. mərasim cüt və kotanın vəsfi-halı kimi dəyərləndirilirdi. adətən, ən bərəkətli əkin sahəsinin yanındakı meydançada keçirilirdi. yel baba. bu oyun zəmilərdən taxıl biçilib xırmanlara toplanandan sonra keçirilirdi. məqsəd taxıl sovurmaq naminə meh əsdirmək üçün yel tanrısını köməyə çağırmaq olub. mərasimdə "a yel baba, yel baba" nəğmə-gözəlləməsi xorla oxunardı. mahnının ifaçıları nəğmədə oxunan sözlərin məna və məzmununu hərəkətlərlə də göstərməyə çalışardılar. güdül. qodu-qodudan fərqli olaraq, bu mərasim tamaşası yağışı çağırmaq məqsədilə keçirilərdi. kökü su tanrısına pərəstişlə bağlıdır. əkinin torpaqda boy verib su istədiyi, ancaq havaların quraq keçən vaxtlarında icra olunub. iştirakçılar suyu vəsf edən nəğmələr oxuyar, yağışı çağıran bayatılar söyləyərdilər. kütləvi etno-mədəni oyun-tamaşaları xalqın təbiət hadisələrinə (günəş, yağış, ildırım çaxması, doğum-ölüm və sairə) itaətkar, şüurlu münasibətləri, həyatı dərk etmək cəhdləri ilə bağlıdır. yuğ. islamdan çox-çox əvvəl azərbaycan ərazisində məşhur, şöhrətlı, mərd xalq qəhrəmanlarının, el igidlərinin ölümü ilə bağlı keçirilən anmaq, xatırlamaq, onu vəsf etmək və sonda</Page><Page Number="7">mütləq ağlamaq mərasiminə yuğ deyilir. yuğ toplantısı üçün camaat bir yerə cəm olurdu. xüsusi qonaqlıq mərasimi düzəldilirdi, məclisə məşhur yuğçular çağırılırdı. adətə görə yuğ mərasimini təqdim edən oyunçular beş dəstədən ibarət olurdular: qılıncoynadanlar, çalğıçılar, müğənnilər, ağıçı qadınlar və kişilər. sayaçı. azərbaycanda sayaçı oyunu çox məşhurdur. köçəri türk tayfaları, qoyunçuluqla məşğul olan elat camaatı, heyvandar tərəkəmələr arasında geniş yayılıb. qoyunun yun qırxımı, döl və quzulama dövrlərində qoyunçular tərəfindən keçirilən kənd mərasimidir. oyunçular şən bayatılar çağıra-çağıra, holavarlar söyləyə-söyləyə, mərasimə uyğun nəğmələr zümzümə edə-edə çıxışa hazırlaşırdılar. geyim mərasimindən sonra sayaçılar şadlıq edən izdihamın dövrəsmdə yurdları gəzər, bərəkət, firavanlıq, halal ruzi olan qoyuna aid sayalar oxuyardılar. qaravəlli. mahiyyəti və estetik tipi baxımından komediya tamaşasıdır. orta əsrlərdə toy-nişan mərasimlərində, dastan-nağıl məclislərində qaravəllilər söylənilib. əvvəllər varsaqlar, sonralar aşıqlar söylədikləri nağıl-dastanın arasında bir növ nəfəs dərmək, gərginliyi, psixoloji dramatizmi aradan götürmək üçün yumorlu hadisələr nəql edirdilər. məzhəkə, məsxərə tipli bu söyləmələr qaravəlli adlanırdı. əsrlər, qərinələr keçdikcə qaravəlli oyunu nağıl məclislərindən ayrılıb və müəyyən estetik göstəricilərlə səciyyələnən məzhəkə-oyun meydan tamaşasma çevrilib. məzhəkə. xalq oyunlarının ən qədimlərindən biri də məzhəkədir. formaca xalq tamaşalarının daha çeviki, bitkini olan məzhəkə tamaşalarının oyun prinsipi bilavasitə improvizəyə əsaslanır. qaravəlli oyunlarından fərqli olaraq, məzhəkə tamaşalarında kobud, əndazəni aşan zarafatlara, şit atmacalı lağaqoymaya, intim epizodları qabartmağa üstünlük verilib. məzhəkələrdə mənfi xarakterli insanlar, əməli qüsurlu adamlar, cəhalət, kütlük, mənəviyyatsızlıq, əxlaqsızlıq, cəmiyyətin kiçik qüsurları, həyat davranışındakı zahiri çatışmazlıqlar ifşa hədəfi seçilib. məsxərə. mənşəcə qədim saray tamaşaları ilə bağlı olan məzhəkəli oyun-tamaşa növüdür. sonralar saray "çərçivəsindən" çıxaraq meydan tamaşası kimi geniş intişar tapıb, yeni inkişaf səmtinə düşüb, təzə ifadə vasitələri ilə zənginləşib. məsxərə oyunları camaatın gur yığnaq yeri olan meydanlarda göstərilib. eyni zamanda karvansaraylarda, aşxanalarda, hətta ev mərasimlərində də ifa olunub. məsxərələrdə müxtəlif peşə sahiblərinin tipikləşdirilmiş, qroteskli hərəkətlərlə, satirik, hətta şit, açıq-üryan təhqirlərlə məişət koloriti aşılanmış tipik obrazları lağa qoyulub. kənd yerlərində göstərilən belə tamaşalara l a ğ o y u n u da deyilib. dərvişlik. mənası qapı atzında yatan, yoxsul, dilənçi deməkdir. dərvişlik təxminən xi əsrdən başlayaraq hindistanda, pakistanda, indoneziyada, iranda və azərbaycanda geniş yayılıb. tədricən sufi təriqətinin bir qolu kimi formalaşıb. ilk əvvəllər dərvişlər müxtəlif dini təriqətlərin təmsilçiləri və təbliğçiləri zəminində intişar tapıb. get-gedə ölkələri, şəhərləri, kəndləri didərgin həyat tərzində gəzərək el arasında nağıl məclisləri quran nağılbaz-oyunbazlar kimi tanınıblar. eyni zamanda zəhərli ilanlar gəzdiriblər, əqrəblər oynadıblar, gözbağlayıcılıq ediblər, ritmik hərəkət oyunları çıxarıblar. onların göstərdikləri tamaşalara d ə r v i ş  m ə r ə k ə s i deyilib. dərvişlər dəridən tikilən və ya qalın toxunuşlu parçadan saya paltar geyiniblər. çiyinlərindən kəşkül asıblar, sağ qulaqlarında həlqəvari sırğa olub. hoqqa. sözun mənası "sehrli qutu", sandıqça deməkdir. sonralar müəyyən mürəkkəb oyunlar hoqqa adlanıb. el arasında ona g ö z b a ğ l a y ı c ı oyunu da deyilir. əyləncəli səhnə oyun-tamaşalarına aid olan oyunlar meydan teatrının yığcam, iştirakçısı az olan formasıdır. onlardan ən məşhurlarının qısa şərhini nəzərdən keçirək. lağlağı oyunu. bir ifacının göstərməsi olan bu oyun bəzən l a ğ o y u n u da adlanır. xarakterlərinin mahiyyətinə görə məsxərə oyununa bənzəyir. ifaçı kənd arasında müəyyən xarakterik xüsusiyyətləri, davranış tərzi, geyim-kecimi, danışığı, görkəmi ilə fərqlənən bir şəxsi özünə "obyekt" seçib. sonra onun komik obrazını tamaşaçılara təqdim edib. bu oyun əyləndirmə və güldürmə xarakteri daşıyıb. şəbədə. geniş yayılıb və xaraktercə, üslubca lağ oyununa yaxındır. şəbədə  oyunlarının mövzusu bilavasitə məişət hadisələrindən götürülüb. kiçik və sadə süjetli əhvalat qəsdən</Page><Page Number="8">eybəcərləşdirilir. fərd bəzən şit, təhqiramiz, bəzən isə sataşmaq, cırnatmaq məqsədilə həcv obyektinə çevrilir. şəbədə oyunu kütləvi yığnaqlarda, toy-düyün şənliklərində göstərilib. şux zarafata üstünlük verən şəbədələrdə yamsılama (parodiya) əsas götürülürdü. lal oyunu. him-cimlə, plastik, zərif hərəkətlərlə, söz, danışıq ışlənmədən gostərılıb. oyunçulara psıxolojı yardım etmək, hərəkətləri mənalandırmaq məqsədilə qara zurnadan, aşıq musiqisindən, təbildən, cüngdən istifadə olunub.  tənbəki oyunu. lağlağı el oyununa bənzəyir və onun bir növü kimi xarakterizə oluna bilər. əsasən, kənd yerlərində oynanılan tənbəki oyununda tamaşanın əsasını camaata tanış olan, nə vaxtsa baş vermiş konkret hadisə təşkil edir. oyun meydançada çıxarılır. ideyası tərbiyəvi əhəmiyyət daşıyır, süjeti sadə olub, məzmunca didaktik ruhludur. el arasında ona t ö v b ə l ə t m ə  o y u n u da deyilib.  kəndirbaz oyunu. oyun keçirmək üçün çataqlanmış ıki ağacın üstünə kəndir və ya sim çəkilir. kəndirbaz ora çıxıb mürəkkəb hərəkətlər göstərir, qorxulu tryuklar edir. onun yardımçısı keçəpapaq isə yerdə kəndirbazın hərəkətlərini "təkrarlayır". onun gülməli hərəkətləri pantomima teatrının elementlərinə əsaslanır. keçəpapaq tamaşaçılardan pul və ya pay yığmaq üçün yeri gələndə gülməli lətifələr söyləyir, qısa qaravəllilər danışır. kəndirbaz oyunları şəhər və bazar meydanlarında, kənd yerlərində, düzəngah çəmənlikdə, karvansaraylarda göstərilirdi. oyun-tamaşaların pantomim əsaslar (lal oyunu) üzərində qurulmuş çoxlu növləri var. teatrallıq baxımından onların daha xarakteriklərinin qısaca şərhini vermək məqsədəuyğundur. onların arasında ən çox yayılanı "bağbelləmə"dir. onun bir və bəzən bir neçə ifaçısı olur. oyunçu və oyunçular ifadəli və yığcam, az, lakin plastik, mənalı hərəkətlərlə təbiətdə yaz fəslinin nəfəsi duyulanda bağın bellənməsi prosesini göstərirlər. zəriflik, dəqiqlik, məntiqlə, aydın ideya ilə yanaşı, bağbelləmə oyununda mənalı və şux gülüşün olması da vacib saydırdı. "kaftarkus" oyunu da pantomim jestlərlə göstərilirdi. burada iki obraz və iki ifaçı olurdu. oyunçular ölünün dirilməsini, goreşənin hoqqalarını gülməli lal hərəkətlərlə çatdırırdılar. "kar toyu" oyununda ifaçının pantomim hərəkətlərini mütləq musiqi müşayiət edir, himcimə üstünlük verilirdi. oyunun adındakı məna tamaşa göstərmənin məzmun mahiyyətini təcəssüm etdirir. heykəl, abidə mənası daşıyan "mücəssəmə" lal oyununda, pantomima tamaşasında ağa və nökərin, kəndli və mülkədarın münasibətləri üzərində qurulmuş mövzu əsasdır. mücəssəmə sadə süjetli, tərbiyəvi əhəmiyyətli və ifşa xarakterlidir. "kor döyüşü"nün iki ifaçısı olur. tamaşada, guya görməyən iki adi adamın çox gülməli və şit hərəkətlərlə bir-birini döyməsi, onların əl, ayaq savaşı, yaxa dartışması oyunçuların məharəti ilə göstərilir. lal oyununun (pantomimanın) heyvanlarla bağiı "lökləmə", "maral oyunu" adlı qısa tamaşaları da var. "maral oyunu"nda iki nəfər həmin heyvanın dərisinə və ya xüsusi tikilmiş maral müqəvvası paltarına girərək maralın çəmənlikdə otlamasını, ilanla savaşını, balasını hansısa vəhşinin caynağından xilas etməsini tamaşaçılara çatdırır. "lökləmə"də isə yük altında olan dəvənin (lök, nər, maya...) hərəkət tərzi oyunçunun pantomim jestlərində təcəssüm tapır. həmin oyuna "d ə v ə d a b a n ı" da deyilib. pantomima, lal oyunu tamaşaları həmişə qısa və lakonik süjeti, ideya məzmunu, forma yığcamlığı ilə xarakterik olub. pantomima tamaşalarına ə l-q o l ö l ç m ə, işarət oyunları da deyilib. daha çox sifət ifadələri ilə, yəni him-cimlə göstərilən tamaşalar qaş-gözatına da adlandırılıb. burada işvəli sifət cizgiləri, qaş-gözü mənalı oynatına, dodaqbüzınə, üztur-şutma vərdişlərinə yiyələnmək oyunçu üçün vacib sayılıb.</Page><Page Number="9">oyun-tamaşalarda obrazlar və maskalar  azərbaycanda müxtəlif maskalar ilk əvvəl ovçuluq əsatiri ilə bağlı meydana gəlib. xalqımız eneolit və mezolit dövrlərində məişətdə maskalardan və müqəvvalardan istifadə ediblər. ibtidai insanlar ovlayacaqları heyvanın maska və müqəvvas;na "girərək" ovçuluq etmişlər. bu hərəkət ov heyvanını ürkütməmək məqsədi güdürdü. əsatir mərasimlərində maskalar tanrını, əfsanəvi məxluqların sifətlərini,  müqəddəs quş başlarını, totem sayılan heyvanları təmsil etmək üçün oyunçular üzlüklər (maskalar) - taxıblar. əsrlər keçdikcə maskalar bədii ifadə vasitələrinə çevrilmişdir. xalq meydan tamaşalarında yumora, satiraya, məsxərəyə, bütövlükdə gülüşə müxtəlif çalarlar vermək, tipləri xarakterləşdirmək, tipajları qabartmaq üçün maskalardan istifadə edilib. el arasında üzlük də deyilən maskalar çoxnövlü olub. hər biri ayrılıqda müxtəlif səciyyəli həyat, məişət məsələlərini, təbiət hadisələrini, eybəcərliyi və gözəlliyi, xeyir və şəri, gücü və zəifliyi, sevinci və kədəri təmsil edib. maskalar, ilk növbədə, tamaşaçılarda hadisə, obraz, mövzu və ideya barədə ilkin və aydın anlayış oyatınaq, onlara məlumat aşılamaq xarakteri daşıyıb. bütün söylənilənlərdən o qənaət hasil olur ki, meydan teatrının öz estetikası, öz poetika prinsipləri, öz oyun-üslub parametrləri, səhnə-tamaşaçı nəzəri əsasları var. kosa. xalq meydan tamaşalarının ən fəal, ən sevilən və ən çox oyunlarda iştirak edən personajı kosadır. kəvsəc, kosa-kosa, novruz mərasim şənliklərində, digər müxtəlif meydan tamaşalarında kosa həm hadisələrin mərkəzində duran, həm də süjet xəttinin əsasını təşkil edən obrazdır. qədim qam-şaman sənəti və ulu çağların inancları ilə də kosanın bağlılığı var. xalq oyun-tamaşalarının bu ən qədim personajı bir müddət qocalmış günəş tanrısının yer üzündə təmsilçisi obrazı kimi də verilib. hələ bizim eradan əvvəl kosa köhnə ilin, qış fəslinin, həmçinin şərin, bəd əməlin, pis xarakterin timsalı, insana aclıq, yoxsulluq, səfalət, fəlakət gətirən obraz kimi qəbul olunub. ona görə də mərasim və əsatir oyunlarında kosanı qara rəngdə göstərirdilər. bunun üçün qrim vasitəsi kimi hisdən, kömürdən, yandırılmış fındıq qabığının tozundan istifadə edilərək kosa eybəcər, vahiməli, bədheybət görkəmə salınırdı. şərin rəmzi apuş divi obrazı da bu minvalla oyun meydanına (səhnəyə) çıxarılıb. müəyyən zaman kəsiyindən sonra "kosa oyunu"nda məişət hadisələri əsatir oyunlarını üstələyib. nəticədə kosanın gülərüzlü, zarafatcıl, xeyirxah sifətli maskaları meydana çıxıb. meydan tamaşalarinda, həmçinin buğa, keçi, qoyun, qurd, keçəl, qış, yaz.. kimi əsatir mənşəli maskalardan istifadə edilib. maska taxmaqda məqsəd obrazı aydın göstərmək, xeyrin şər üzərində təntənəsini, zülmün süqutunu, zəhmətin qələbəsini, idrakın nurunu... qabarıq vermək məqsədi daşıyıb. bu baxımdan qışı qorxutmaq üçün icra olunan "kəvsəc" oyun-tamaşası xarakterikdir. kosanın geyimində şaman libasmm rəmzi əlamətləri çoxluq təşkil edib. keçəlin maskaları keçədən, ya boz parçadan düzəldilirdi və ona keçi saqqalı taxılırdı. tamaşa vaxtı kosaya eybəcər və gülməli görkəm vermək üçün oyunçu maskanı taxır və çiyninə tüklü dəri atır, belinə taxta xəncər qurşayırdı. onun bir yanından süpürgə, o biri böyründən çömçə asılırdı. kosa şiş, şüllə papağına zmqrov keçirir və sonra başına qoyurdu. kosanın maskası uzunburunlu, ordu ordundan keçən, arıq üzlü olurdu. tamaşadakı bütün obrazların ifaçısı kosa özü olanda o, müxtəlif maskalardan (xarakterlərdən) istifadə edib. müdhiş görkəmli qış, bərələ gözlü, fırıldaqçı ara həkimi, qorxunc üzlü, riyakar qazı, ayağı ruzili və bərəkətli, xoşsima yaz, müdrik çöhrəli aqil adam və bu kimi maskalardan kosa-aktyor bacarıqla barınıb. bununla da tamaşaya coşğun ritm, dinamik sürət, hərəkət çevikliyi gətirib.</Page><Page Number="10">kosa bu ən müxtəlif maskaları, əsasən, belinə sarıdığı qurşaqdan sıra ilə asırdı. ya da istifadə etdikdən sonra onları gərdək-pərdə arxasmdaki qulbeçəsinə (yardımçısına) verirdi. "kosa oyunu" maska tamaşasını bilavasitə hazırlayan və onu idarə edən ifaçıya  kosabaşı  deyilib. bir əsrdən çoxdur ki, novruzun baş personajı kimi, kosa oyun iştirakçıları ilə birgə çalıb-oynayan, rəqs edən, şən və zarafatcıl nəğmələr oxuya-oxuya ev-ev gəzən məzəli, gülməli, xoş məramlı komediya, məsxərə, məzhəkə obrazına çevrilib.  keçəl. kosadan sonra oyun-tamaşalarda ən fəal obraz keçəldir. yaranma kökləri islamdan əvvələ, muğ (çağdaş deyimdə maq, kahin) sənəti ilə bağlılığa gedib çıxır. əsrlər ötdükcə xalqm əksər qaravəllilərinin, məzhəkələrinin diribaş, hazırcavab, sadəlövh görünən, lakin hər cür mürəkkəb vəziyyətlərdən dəyanətlə çıxan, təmiz qəlbli, xalqın sadə təbəqəsinin təmsilçisi, haqqın qoruyucusu, sirlərdən agah obrazı kimi sevimli tamaşa personajına çevrilib. keçəl obrazının ifaçısının vaxtilə iki əsas maskası olub. birincisi. xalqın ideal və arzularının ifadəçisi, gücsüzlərin intiqamını zalımlardan alan fərasətli, cəsur, fəndgir, diribaş, ağıllı keçəlin maskası. ikincisi. lovğa, təkəbbürlü, naqqal, qorxaq, heyvərə, fərasətsiz, əfəl, mayınaq keçəlin maskası. keçəlin hər iki maskasma uyğun ayrıca geyim-kecimi olub. onlardan oyun-tamaşaların məzmun və qayəsinə uyğun olaraq istifadə edilib. illər keçdikcə keçəl maskası da aradan çrxıb. oyunçu-aktyorlar bu obrazı maskasız ifa ediblər. ifaçı cındır, nimdaş libas geyinib. qrim əvəzinə üzünü unlayıb, yaxud buna bənzər vasitələrlə çöhrəsmi gülünc doğuran şəklə salıb. sallaq və uzun bığ yapışdırıb. boynundan balqabaq asıb. təbil və yaxud qaval gəzdirib. oxumağı, ən müxtəlif kişi və qadim rəqslərini məzəli tərzdə oynamağı, zərb, simli və nəfəsli musiqi alətlərində çalmağı bacarıb. tədricən  "keçəl" sözü meydan tamaşalarının mahir ifaçısı, mərasim oyunlanının əsas personajı, meydan aktyoru anlamlarında da işlənilib. keçəl obrazının ifaçısı keçəllik əlaməti kimi ya başına tərsinə çevrilmiş qoyun qarnı keçirir, ya da başına ağ bez sarıyır və papağı da tərsinə qoyurdu. indinin özündə də bu ün-sür qalmaqdadır. keci. qədim zamanlarda günəş tanrısının yerdəki totemi sayılıb. zaman keçdikcə real obraz kimi əsatir və mərasim oyunlarının aparıcı iştirakçılarından olub. keçi rolunun (obrazının) ifaçısı yaxşı aşılanmış keçi dərisinə bürünürdü. üzünə uzun və təbii keçi saqqalı yapışdırılmış maska taxırdı. maskanın aşağı hissəsindən, saqqalın altından bağlanan torba üzüaşağı sallanırdı. oyunçu çevik, cəld hərəkətlərlə keçi kimi atılıb-düşür, keçi kimi mələyir və bu kimi oyunbazlıqla obrazını canlı, cazibəli, koloritli verməyə səy göstərirdi. keçi obrazı müəyyən tarixi mənbələrdə "təkə" adı ilə verilib. xalq arasında təkə sözü erkək keçiyə, dağ-keçisinə, vəhşi keçiyə deyilib. keçəpapaq. kəndirbaz oyunlarında aşağıda məzhəkəli keçəpapaq hoqqalar çıxaran, qaravəlli söyləyən, məzəli, yumorlu gülməcələr danışan meydan aktyoruna verilən adlardan biri keçəpapaqdır. bu komik personaj qədim vaxtlarda oyun vaxtı keçədən hazırlanan papaq qoyurdu. keçəpapaq üz maskası ilə bitişlk olurdu. maska dəridən biçilib-kəsilirdi və keçinin görkəminə bənzədilirdi. yerindən və məkanından asılı olaraq, bəzən həmin üz maskasının təpəsinə buynuz da tikilirdi. bundan gülməli süjetli hadisələrdə obraz kimi istifadə edilirdi. hazırda kəndirbazın yardımçısı olan keçəpapaq keçi dərisindən və ya şit, əlvan parçalardan tikilmiş, məzəli görkəmli paltar geyinir. arxadan özünə eşşək quyruğu bağlayır, üst-başından zınqırovlar asır. yaxalığına müxtəlif dualar tikir. ayağına qalın və bəzəkli yun corab geyinir. bəzən corabın üstündən şatırı çarıq da geyinir.</Page><Page Number="11">üzlük-niqab. bilavasitə şəbih tamaşalarında istifadə edilib. müqəddəs dini  şəxslərin (imamların, qadınların) obrazlarına girən ifaçıların üzlərini gizlətınək üçün istifadə edilən niqab bir qədər şəffaf, ağ parçadan hazırlanırdı. şəbih oyunçusu üzlük-niqabın altından ətrafdakıları, xüsusən tamaşa iştirakçılarını görə bilirdi. lakin tamaşaçılar və bir qədər aralıda dayanan oyunçu yöndaşları niqab altında onun sifət cizgilərini görə bilmirdilər. üzlük-niqablara xalq arasında tutuq da deyilib. meydan tamaşalarında həmçinin bir sıra rəmzi mənalar daşıyan müxtəlif maskalar işlədilib. buğa maskası gücü və qüdrəti təmsil edib. qoyun maskası bərəkət rəmzi sayılıb. yaz maskası səadətin, sevincin, təzələnmənin rəmzi kimi qəbul olunub. qış maskası qorxu, ölümə məhkum obrazı kimi qavranılıb. cənubi azərbaycanda maskadan istifadə edən meydan tamaşaları oyunçularına el arasında rübəndbaz deyiblər. rübənd sözü fars dilində üz örtüyü mənasında işlədilir. oyun-mərasim maskaları forma baxıımından iki cür olub: papağa bitişlk düzəldilən, başdan keçirilən və sifəti boyaboy örtən maskalar; yalnız üzü tutan və sifətə taxılan maskalar. maskaların hazırlanma texnologiyaları və materialları müxtəlif olurdu. bir qrup maskalar başqa-başqa meyvə və bəzək ağaclarının qurudulmuş zərif qabıqlarından düzəldilirdi. onların ömürləri az olurdu. bir neçə tamaşadan sonra sınır və yaxud zay görkəmə düşüb sıradan çıxırdılar. başqa qisim, yəni nisbətən yüngül, ömrü uzun maskalar yaxşıca aşılanmış heyvan (öküz, keçi, dəvə, maral, əlik və sairə) dərilərindən hazırlanırdı. onları saxlamaq, səyyar tamaşalar göstərmək üçün günlərlə bir məkandan başqa məkana gedəndə xurcun və sandıqçalarda qablaşdırmaq həm əlverişli, həm də asan idi. onlara isti havalarda güvə düşməsin deyə, barxanaya qablaşdıranda yanlarına yovşan qoyurdular. maskaların daha dözümlüləri isə elastikliyini uzun müddət qoruyub saxlaya bilən ağacların gövdələrindən yonulurdu. yonulub müxtəlif şəkillərə salınan maskaların keyfiyyətini uzun müddət qorumaq üçün onları oyun-tamaşalardan sonra xüsusi kətan və yaxud mahud parçalara bükürdülər. illər keçdikcə maskaların materialları və hazırlanma texnologiyaları sadələşdirilib. bununla yanaşı, get-gedə qiymətli materiallardan imtina olunub. bunun əsas səbəbi əsatir oyunlarının tədricən sıradan çıxması ilə bağlı idi. əsatirlə bağlı oyunlar azaldıqca, məişətdən doğan həyat hadisələri meydan tamaşalarının aparıcı mövzularına çevrilib. bununla bağlı olaraq maskaların hazırlanma materialları da sadələşdirilib. beləliklə, maskaların (üzlüklərin) hazırlanma prinsipində yüngüllük, rahatlıq, görkəmcə obrazlılıq və emosional duyğular oyatmaq ruhu əsas götürülüb.</Page><Page Number="12">meydan oyunçulari  müxtəlif tipli meydan tamaşalarının oyunçularına ayrı-ayrı dövrlərdə başqa-başqa da adlar verilib. deyimləri fərqli olsa da, həmin sözlər daşıdıqları məna yükünə və bədii-estetik səciyyələrinə görə aktyor peşəsinin ayrı-ayrı məziyyətlərinə uyğundur. meydan aktyoru gözəl rəqs edir, mürəkkəb akrobatik hərəkətlər göstərir, gözbağlayıcılığı bacarır, aydın tələffüzlə danışır, him-cim ustası olur, az sözlə və mənalı "xəsis" hərəkətlə çox mətləbləri açıqlaya bilirdi. şamaxı, təbriz, qarabağ, makul, naxçıvan, şəki bəyləri aktyor və rəqqas dəstələri saxlayıblar. şahlıq dövründə saray aktyorlarına yaşlı sənətçilər rəhbərlik ediblər. xii əsrdə azərbaycanda şeyx kərim adlı məşhur gülüş ustası olub. meydan oyunçularına (aktyorlarına) verilmiş adlardan bir neçəsini ayrıca qeyd etmək lazımdır.  * * *  mütrüb. bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. ərəb dilində "çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var. xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var. mütrüb sözü lap qədim dövrlərdə azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də əlaqəlidir. eramızın xxi əsrlərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib. xix əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı. mütrüb oynatmaq daha çox bakı-şamaxı bölgəsi üçün xarakterikdir. lotu. çox işlənən bu sozu lut, üryan, çılpaq mənasını daşıyır. bəzi mülahizələrə görə lüt peyğəmbərin adı ilə bağlıdır. üç əsr bundan əvvəldən başlayaraq, qədim məsxərə xalq tamaşalarını göstərən meydan oyunçularına lotu deyilib. lotu toy məclislərində, el şənliklərində tək, çox vaxtlar isə mütrüblər dəstəsi ilə birgə çıxış edib. o, adəti üzrə un və yumurtanın qatışığından hazırlanmış qatı yaxına ilə qrimlənirdi. əsasən, tamaşaçılar qarşısında qaravəlli, məsxərə, bədyə, meyxana söyləyir, hoqqa oyunu (gözbağlayıcı) çıxarır, parodiyalar edir, gülməcələr danışırdı. lotu özü ilə əhliləşmiş meymun, ayı, tutuquşu da gəzdirib. bəzi hallarda özü danışdığı qaravəlliyə uyğun heyvanların cildinə girib. him-cimlə gözəl rəqs etmək, oxumaq, komizm elementlərinə malik olmaq lotu üçün vacib yaradıcılıq vərdiş və xüsusiyyətləri sayılırdı. lotu adlanan komik ifaçıya el arasında t əl x ə k, l o t u-b a m b ı l ı da deyilib. hansısa məclisdə tək deyil, bir neçə lotu dəstə halında iştirak edirdisə, onların başçısı lotubaşı adlanırdı. l o t u b a ş ı azərbaycanın bəzi bölgələrində x ə l f ə kimi də çağırılıb. məclisdə lotuya yardımçı olan, ona bir növ assistentlik edən və ustadının yanında şəyird duran yeniyetmə cavana l o t u b e ç ə deyilirdi. son üç yüz ildə azərbaycanda lotuoğlu, lotu məstalı, lotu kərim, lotu ibrahim təbrizi, lotu cabbar, lotu qulu, abdal qasım kimi şöhrətli oyunçular olmuşlar. xx əsrdə lənkəranda xudadad, əjdər, qarabağda məmmədqulu, kərim, rizvan, ismayıl adlı istedadlı və hörmətli lotular fəaliyyət gostərmışlər.</Page><Page Number="13">bakıda yaşamış lotu məşədi cabbar təkbaşına irihəcimli komediyaları, çox personajı olan məsxərələri məharətlə oynayıb. tamaşa zamanı hadisələrə uyğun olaraq müxtəlif quş və heyvan səsləri çıxara bilib. o, dəfələrlə bütün qafqazda, orta asiyanın aşqabad, mərv, səmərqənd şəhərlərində, iran və türkiyədə hörmət tapmış, dəfələrlə oralara qastrola, toylara getmiş cabbar qaryağdıoğlu (qaryağdı) ilə tez-tez həmməclis olub. 1914-1915-ci illərdə varşavanın "ekstafon" firması lotu cabbarın ifasında "mirzə oyunu", "qaravəlli", "hey-anacat danışığı", "ceyranı", "qatıq satmaq" oyunlarını vala yazıb. həmin vallar kütləvi tirajla satılıb. lotular arasında ad-san qazanmış, səriştəli istedadı olan oyunçuya (aktyora) m e y d a n  l o t u s u deyilib. təlxək. neçə-neçə yüz illər boyu adamı, tamaşaçıları "acılayan" məna anlamında təlxək deyimi işlənib. təlxək xxi əsrlərdə soltan mahmud qəznəvinin sarayında özünün duzlu, koloritli, yumorlu, məzəli, əyləncəli və cazibəli oyunları ilə tanınmış, çoxlu gülməcələr, lətifələr yaratmış şəxsin adıdır. sonraki dövrlərdə azərbaycanın başqa-başqa xanlıqlarında hökmdarları, saray əyanlarını məzhəkəli sözlərlə, yumorlu hərəkətlərlə, kəskin deyimlərlə əyləndirən yumor, gülüş ustaları da t ə l x ə k adı ilə çağırılıblar. təlxək hazırcavab olur, ritmık, ancaq məzəli rəqs edir, bir neçə musiqi alətində məharətlə çalır, mürəkkəb him-cim (pantomima) ifadə vasitələrini sərbəstcə bacarır, çoxlu hərzə-hədyan ibarə, ifadə və sözlər bilir, yumorun, satiranın ən müxtəlif növlərindən, qroteskdən məharətlə bəhrələnir, hətta təmiz akrobatik hərəkətlərdə əsil ustalıq göstərirdi. təlxəyin əsas funksiyası əyləndirmək olsa da, həmin peşə sahibləri özlərinin hazırcavablıqları, ötkəmlikləri, iti ağılları, işıqlı dərrakələri, düz sözü zarafat donuna büküb şax, üzə demələri ilə seçilmiş və hər yerdə sadə camaatın rəğbətini qazanmışlar. el arasında şit, bayağı zarafat, dolamaq, sataşmaq tərzli oyunlar təlxək oyunu adlanıb. həmin oyun-tamaşalarda ifaçılar təlxəkliyi peşə seçən bacarıq, səriştə və istedad sahibləri olmuşlar. xix əsrin sonlarında və xx əsrin əvvəlində cənubi azərbaycanda və qarabağda təlxək qasım adlı məşhur komik oyunçu olub. o, son dərəcə yüksək aktyorluq məharəti ilə şöhrətlənib. müxtəlif vaxtlarda və azərbaycanın müxtəlif bölgələrində təlxəklərə aşağıdakı adlar da verilib. orta əsrlərdə hökmdarların hüzurunda məsxərə oyunları çıxarmağa, qaravəlli söyləməyə icazəsi olan təlxək: köşk (hüzur) məsxərəbazı. müntəzəm oyun-tamaşalar göstərən təlxəklər: nay, dünbal, ağcadaban, axşumdal, güldürmən. liliput, bəstəboy saray təlxəkləri: cücə, altıqarış, qarış-saqqal, tösmərək. qadın paltarı geyinib oyun çıxaran təlxəklər: ayqax. ayqax təlxəklər daha çox naxçıvan üçün səciyyəvidir. toyxanalarda, müxtəlif mərasim şənliklərinin zarafat məclislərində çıxış edən lotusayağı oyunçu-təlxəklər: bambılı, həzal, dolabçı, yerbaz, dalqovuğ. insanların fiziki eybəcərlikləri (qozbel, pəltək, taytaq və sairə) ilə oyun çıxaran təlxəklər: kəkə (kəkov), cürə, həqqə-dağ. lağlağı söyləyib məsxərə çıxaran təlxəklər: alayçı, şivədar, tənnaz, şəbədəbaz, dübbə. küçə və meydanlarda təkbaşına oyun çıxaran, əsasən, him-cim ifaçısı olan təlxək: dəbbaz. bayram şənliklərində tamaşaçıları əyləndirən təlxəklər: törənçi. muğ və sehrbaz sənəti ilə məşğul olanlar qadaqçı adlanıblar. sonralar peşəkar komiklər və təlxəklər də həmin adla çağırılıblar. lağbaz. ən qədim dövrlərdə yaranan, yazın gəlişi ilə bağlı olan mərasim oyunlarından biri "kosa-kosa"dır. ələ salmaq, lağa qoymaq, məsxərə hədəfinə çevirmək, təhqir etmək üçün icra olunan belə oyunların bəzisinə l a ğ o yu n u deyilib. orta əsrlərdə ölümə məhkum caninin, əsir alınmış düşmənin eybəcər müqəvvası düzəldilir, tərsinə ulağın belinə qoyulur, söyüş-təhqirlərlə şəhərin gur yerlərində oyun çıxarılırdı. mərasim hay-</Page><Page Number="14">küylü olur və göstərildiyi şəhərin baş meydanında tamamlanırdı. bəzi müqəvvaları özünü görkəmcə təhqir olunanlara bənzədən aktyor-oyunçu əvəzləyirdi. onlara və lağ oyununun ifaçılarına da  l a ğ b a zı deyilirdi. lağbazın gözəl səsi, aydın diksiyası, plastik hərəkətləri ustalıqla ifa etmək bacarığı, şirin-şəkər, duzlu, cazibəli yumor qabiliyyəti, improvizə istedadı, zəngin müşahidə duyumu olmalı idi. o, eyni məqamda həm hönkürtü ilə ağlamağı, həm də şaqqanaq çəkib gülməyi bacaran və bu qabiliyyətini ustalıqla tamaşaçılara çatdırmağa qabil sənətçiydi. hər bir oyunun mövzusuna, hadisələrin məzmununa və oyun-tamaşaların göstərildiyi ərazi-məkana, yerli əhalinin danışıq şivəsinə uyğun olaraq lağbazı bu kimi adlarla da çağırırdılar: ş i v ə d a r, ş i v ə b a z, a l a y ç ı, ş ə n g ü l, p a r ç a ç ı. naqqal. məclislərdə, gəzərgi yox, birməkanlı yığnaqlarda meydangirik edib şövqlə nağıl danışana, lətifə söyləyənə, dastan düzənləyənə n a q q a 1 deyilib. o, bir aktyorun teatrı üçün vacib olan plastik hərəkətlərə, him-cim ünsürlərinə, rəqqaslığa, daxili ehtirasa, səslə dinamik əl-qol oyunlarını vəhdətdə uzlaşdırmağa malik, istədiyi vaxt gülüb-ağlamağı məharətlə bacaran istedad sahibi idi. naqqalın audi-toriya dairəsi nisbətən darəhatəli olub. tarixin müəyyən dövrlərində hökmdar saraylarında əyanları əyləndirmək məqsədilə naqqallar cəmləşib. onların öndərini naqqalbaşı deyə çağırıblar. meyxanaçı. xüsusən azərbaycanın abşeron bölgəsində geniş yayılıb və bu gün də mövcuddur. əsasən, kənd toylarında meyxana söyləmək üçün xüsusi vaxt ayrılır. toya bir, əsasən, iki və ya daha çox meyxana deyən (meyxanaçı) çağırılır. onlar xüsusi ritm-çırtıqla ortalığa bir qafiyə atır va bu qafiyə ətrafında söz-hərəkət yarışına çıxırlar. əvvəl toybəyini vəsf edirlər. sonra isə müxtəlif deyişmələr, həcv cəhli, sözlə hərbə-zorba yarışı başlayır. meyxanaçı bədahətən şer deməkdə səriştəli olmalı, seçilən bəhr-vəzndən qırağa çıxmamalıdır. onun aktyorluq məharəti nəzmlə dediyi sözləri paralel olaraq hərəkətlə, xüsusən mənalı sifət ifadələri ilə tamaşaçdara çatdırmaqda özünü göstərir. meyxanaçılar toylardan əlavə də xüsusi deyişmə (yarışma) mərəkələri qururlar. meyxanada xüsusi qələbə və şöhrət qazanana u s t a d deyirlər. yaxud da ki, ustad meyxanaçının adından sonra ehtiram əlaməti olaraq "qədeş" sözü işlədilir. meyxanaların öz ritmləri olur və yardımçılar, yaxud tamaşaçılar çırtıqla ona dəstavüz verirlər. bəzən nağara və dəf ritmlərindən də istifadə olunur, ahəng tutulur. ritm meyxanaçını ehtizaza gətirir, onu daxilən coşdurur, ruhən söz və oyun hərəkətlərinə kökləyir. dərbədəri. meydan oyunçularının adlarından biridir. iran azərbaycanı üçün daha xarakterik olan xalq mərasimlərinin aparıcılarına deyilib. dərbədər sözü farsca qapı-qapı gəzən mənasını verir və eyni zamanda avara, sərgərdan, sərsəri anlamları var. dərbədəri gəzəyən həyat keçirib, tək ifaçı kimi fəaliyyət göstərib. o, öz tamaşalarını küçə və meydanlarda, camaat yığnağının gur yerində göstərib. repertuarı yığcam qaravəllilərdən, məzəli lətifələrdən, açıq-saçıq məişət məsxərələrindən, şəbədə və hədyanlardan ibarət olub. əncümansaz. fars dilində "məclis düzəldən, mərəkə təşkil edən" mənaları var. dərvişliyin geniş yayıldığı dövrlərdə onlar, sazəndələr və naqqallar bir toplumda həmoyunçu olub məclis keçirirdilər. daha çox novruz bayramının çərşənbə axşamlarında onların birgə keçirdikləri kütləvi oyunlar əncüman adlanırdı. əncümanın ifaçılarını bir-birindən ayırmadan əncümansaz deyə çağırardılar. əncümansaz üçün rəqqaslıq, oyunbazlıq, şövqlə oxumaq, qaravəlli söyləmək, şəbədə çıxarınaq vacib yaradıcılıq qabiliyyəti sayılıb.  şaman (şamançı). azərbaycanda islamın təşəkkülündən min-min il əvvəl mövcud olmuş şaman oyunçusuna verilən addır. aşıq və ozan sənətinin qədim sələfi sayılan əsatiri şaman oyunlarının ifaçıları həm cadugərlik edər, müxtəlif mistik dualar oxuyar, həm də şeir qoşar, nağıl söyləyərdilər. şamanlar</Page><Page Number="15">musiqi alətində çala-çala ən müxtəlif rollara girə, tamaşaçını heyrətdə, maraqda, təəccübdə saxlaya bilirdilər. şaman bir əlində qaval, o biri əlində "qam" adlı əsa tuturdı. onlar bəlağətlə danışmağı bacarır, oxumaq ilə oyunu (həmçinin ritmık rəqsləri, mürəkkəb plastik hərəkətləri) ahəngdar vəhdətdə məharətlə birləşdirirdilər. qam. şamançıların əllərində tutduqları əsaya görə sonralar onlara qam deyilib. yaradıcılıq estetikasının xarakteri baxımından şam və qaman eyni anlamdadır.</Page><Page Number="16">meydan tamaşalarinin hazirlanmasi və göstərilmə məkani  oyun-tamaşa rejissurası  əksər xalq oyunlarını əvvəlcədən hazırlayan, yaxud oynanılan gün ona rəhbərlik edən, tamaşanın bütün prosesinə başbilənlik göstərən əsas oyunçu (canbaz) və başçı olub. onların fəaliyyəti müəyyən mənada çağdaş teatr sənətinin rejissorluq peşəsinin funksiyasını xatırladır. ümumilikdə dəstəbaşı adlandırılan tamaşa təşkilatçısı rolların bölünməsmə, hovuz üstündə, kənd içində, zəmi kənarında, xırmanda, bazar başında, karvansaray meydançasında... səhnələrin qurulub, xovsuz xalçalarla, qurama pərdələrlə tərtib edilməsmə, çalğıçıların yerbəyer olmasma başçılıq və nəzarət edirdi. dəstəbaşı oyunçuların geyim işinə, kömürlə, unla, tabaşirlə qrimlənməsmə də nəzarət edir, əksər hallarda icraçı olur və bütün bunlara cavabdehlik daşıyırdı. o, müəyyən mənada səhnə tərtibatı verən rəssamın, əsərə musiqi bəzəyi vuran musiqiçinin funksiyasını, bugünkü rejissura tələbləri baxımından primitiv səviyyədə olsa da, həyata keçirirdi. dəstəbaşı, həmçinin qaravəllilərdə, məzhəkələrdə, məsxərələrdə, bir sözlə, hər hansı oyun-tamaşada mətni əzbər bildiyi üçün dilmanc-suflyorluq edirdi. səhnə ilə tamaşaçılar arasında canlı ünsiyyət yaradan meydanbəyi idi. yeri gələndə dəstəbaşı oyun başlanmazdan əvvəl tamaşadakı hadisə və obrazlar, münaqişə və mübarizələr, obrazlar və tiplər barədə seyrçilərə qısa, dəyərli məlumatlar verirdi. tamaşadan sonra isə göstərilən oyunda qaranlıq qalan mətləbləri onlar üçün aydınlaşdırırdı. bəzi oyunlarda rejissorun (dəstəbaşının) köməkçiləri olurdu. həmin köməkçilərin hərəsinin öz funksiyası vardı. məsələn, əlbəsədar çağırılan oyunçu dəstə tutub, məkan-məkan tamaşa göstərənlərin geyimlərinə nəzarət edirdi. o, tamaşadan əvvəl hər oyunçunun libasını ayırıb özünə verir, oyun qurtarandan sonra onları ifcincə yığıb, yüngül həsir sandığa və ya xovsuz xalça üslubunda toxunmuş kisəyə qoyurdu. dəstəbaşıya bədii və texniki işlərdə yardımçı durana, çağdaş anlamda rejissor assistentinə lotubeçə deyilirdi. rejissor anlamının oynanılan tamaşaların xarakterinə və məkan-bölgənin ləhcə deyiminə uyğun adları da olub. bunlardan daha geniş miqyasda işlənəni, dilağızda daha çox dolaşanı, mahiyyətcə daha dərini, mənaca daha tutumlusu aşağıdakılardır. aynaz. göstərmə xarakterinə görə ayna (güzgü) sözü ilə bağlıdır. azərbaycanın şimal-qərb şəhər və kəndlərində tamaşalara rəhbərlik edənlər bu adla çağırılıblar. onlar həm də əsas oyunçular sayılıblar. qızılqaz. dilimizdə öndəri seçmək, onun böyüklüyünü mübaliğə ilə nəzərə çatdırmaq, deyimin təsir gücünü məcazi mənada artırmaq üçün işlənən ifadədır. meydan teatrı estetikasında oyun-tamaşanı hasilə gətirib tamaşaçılara təqdim edən başçıdır. qızılqaz söz-deyimi daha çox məmləkətimizin qərb bölgələri üçün xarakterikdir. yarənbaz. fars mənşəli "yar" (dost, aşna, yardımçı...) və "ənbaz" (ortaq, şərik) sözlərinin birləşməsindən yaranıb. cənubi azərbaycanın təbriz, ərdəbil, qəzvin, makul, xoy, urmu mahallarında daha çox işlənib. "həmsənət", "yöndaş" (tərəf-müqabil) mənalarını da ifadə edib. lakin ilk növbədə müxtəlif xarakterli və müxtəlif məzmun-formalı oyunlara başçılıq edənlərin çağırıldıqları addır. yürən. meydanlarda, karvansaraylarda, bazar içində məzhəkəli oyun çıxaranların öncüllərinə y ü r ə n deyilib. mənşəcə kökü daha qədim zamanlara gedib çıxır. kəhya. həm idarə edən, həm də saman (farsca kah sözündəndir) anlamlarını daşıyır. bəzən yağışdan sonraki palçiqlı meydançalarda tamaşaların rahat oynanılması üçün yerə saman tökürdülər. idarə edən ifadəsi isə funksiya baxımından həmin flkri ehtiva edir.</Page><Page Number="17">kosabaşı. bu deyim, əsasən, kosanın qəhrəman olduğu xalq tamaşalarına aiddir. tamaşanı hazırlayan şəxs el ağzında və oyunçular arasında kosabaşı çağırılıblar. lotubaşı. oyunçuları lotu adlandırılan məzhəkə, məsxərə, şəbədə və qaravəllilərin əsas ifaçısına və həmin oyunları hazırlayıb ərsəyə gətirənlərə deyilib. lotubaşı tamaşa boyu hər şeyə, yəni bədii və texniki gedişata tam nəzarət edib. xəlfə. ərəbcə bu sözün mənalarından biri məclisə başçılıq edəndir. xalq içində həm lotubaşı anlamı var, həm də toy şənliklərində teatral çalarlı oyunların təşkilatçısına deyilib. meydan qarababası. baba sözü başçı, ağsaqqal, qara kəlməsi isə böyük mənalarında işlədilib. qara baba (qarababa kimi də işlədilib) küçə və meydanlarda və üstüörtülü böyük binalarda göstərilən tamaşaların təşkilatçısı və rəhbəri olub. zikr mərasimi icra edən dərviş dəstəsinin başçısı da meydan babası kimi tanınıb. müqəllid. ərəb dilində bu sözün təqlid edən, təqlidçi, artist, yamsılayan kimi yozum-mənaları vardır. əsasən, təlxəklərin və şəbədəçilərin göstərdikləri tamaşaları hazırlayanlara, çox vaxtlarda da baş "rolda" çıxış edən oyunçulara müqəllid deyilib. cütçü baba. əkinçiliklə bağlı mərasimlərdə əsas cütçünü mütləq el-obanın müdrik ağsaqqalı oynayırdı. cütçü baba çağırılan həmin ağsaqqal həm də oyun-mərasimi göstərmək üçün hazırlayırdı. macgal. cütçülük və əkinçiliklə bağlı mərasim tamaşalarının əsas ifaçısına və təşkilatçısına verilən adlardan biridir. mac cüt və kotanın əsas dəstəyinə, macgal isə şum vaxtı macdan tutana deyilib. macgal, həmçinin cütçü babanın köməkçisi (assistenti) funksiyasını daşıyıb. hodaq. kənd mərasimlərindən sayılan "cütçü şumu"nun təşkilatçısı, həm də cütçü babanın köməkçisi kimi fəaliyyət göstərib. cüt və ya kotana qoşulan öküzü (öküzləri) sürən hodaq adlanıb.  * * *  tamaşaların göstərildiyi yerlər  təbii ki, min illər boyu əsatir şənlikləri, el-oba oyunları, mərasim tamaşaları açıq havada, şəhər meydanında, kənd içində, bazarda, əkənək sahəsində, camaatın gur toplandıqları yerlərdə, hovuz üstündə, saray həyətində, xırman düzündə, ocaq başında, şenlik çalmalarında, gül-çiçəkli yaylağa və bu kimi yerlərdə göstərilib. məhz ilk növbədə buna görə həmin oyun-göstərmələr meydan teatrı kimi ümumiləşdirilib. kütləvi oyun yerləri xalq arasında müxtəlif deyimlərlə adlandırılıb. onlardan dildə-ağızda daha çox işlədilənlərinin qısaca şərhini verməklə, oyun məkanlarının adları barədə müəyyən təsəvvürə gəlmək olar. alan. bu, müəyyən xalq oyunu üçün düzəldilən məkandır. formaca yarımdairə və qövsvarı olub. ona görə də ətrafına çoxlu tamaşaçı toplanınasma imkan vardı. balaxan. qədim elarası danışıq dilində "yuxarı otaq" mənasında işlənib. açıq havada taxtadan və ya hamar yonulmuş ağac tirlərindən düzəldilirdi və səhnə funksiyasını daşıyırdı. bəzən arakəsməli çadırabənzər görkəmdə olurdu. qaldıran. süjetli qaravəlli tamaşalarının oynanılması üçün səkiyəbənzər, tamaşaçılar duran səviyyədən azacıq hündür yer. bu, yamaclı çəmən də ola bilərdi, torpaq atılıb tez vaxtda hasilə gətirilən kövər də. əndam. hərfi mənada görkəmli, iri mənasındadır. ərəbcə isə bədən, qədd-qamət, boy-buxun, biçimli adam deməkdir. qədim dövrlərdə gəzərgi yox, bir məkanda çıxarılan oyunlar, göstərilən tamaşalar üçün seçilmiş böyük həyətin hündür yeri. yaxud, müvəqqəti qurulmuş, adamın dizi bərabəri qurulan meydança əndam kimi tanınıb.</Page><Page Number="18">gac. mənası görünən səhnə deməkdir. məişətdə işlənən, ağacdan düzəldilmiş, qurşaqboyu taxt məzhəkə oyunlarında gətirilib meydançaya qoyulurdu. aktyor-oyunçular bu gacın üstündə tamaşalar oynayırdılar. geniş səkiyə taxta düzülüb, kilim-palaz salınıb üstündə tamaşa oynanılan yerə də bu ad verilib. mərəkə. ərəb sözüdür və çoxlu mənaları var. dilimizdə izdiham, qələbəlik, qalmaqal, vurhavur, vurhəşir, cəncəl deyimləri mövcuddur. meydan oyunçuları arasında çox geniş və qələbəlik yerdə çıxarılan oyun məkanlarının adlarından biridir. tək və cüt oyunçuların, həmçinin dərvişlərin, naqqalların, lotuların, məsxərəbazların, məzhəkəçilərin, hətta canbaz və kəndirbazların kütləvi tamaşalar göstərdikləri yerdir. mərəkə yeri seçiləndə, adətən, orada uzun illər tamaşalar oynanılırdı. mərəkə yerlərində tamaşaçılara şirniyyat, sərinləşdirici içki satanlar da olurdu. buraya daha çox tamaşaçı toplaşa bilirdi. nümayişgah. nümayiş sözü göstərmək, baxılan, görünən, gah isə yer, ev mənasındadır. həmin mənalardan götürülən bu deyim açıq havada teatr oynanılan məkan anlamında işlədilib. nəzrgah. tamaşaxana, səhnə, oyun göstərilən meydan mənasını ifadə edən bu sözün işlənməsi iran azərbaycanının yaşayış məkanları üçün daha xarakterikdir. oynaqlıq. açıq oyun meydançalarına verilən ümumi adlardan biridir. həmin sözün oynaq,  o y n a q m ə k a n deyimləri də var. səhnəcə. kiçik süjetli, daha çox tək ifaçının göstərəcəyi oyun üçün iri mülkün həyəti, bazarın bir küncü, iki küçənin kəsişdiyi tin, tamaşaçı az yığılan yer seçilirdi. səhnəcə deyilən bu yer kiçik, yığcam, xudmani tamaşa yeri mənalarını verirdi. hovuzüstü. saray həyətində, memarlıq qurumu dairəvi və ya dördkünc olan karvansarayın ortasında, şəhər bağında hündürlüyü yarım metr və ya bir metr olan hovuzun üstünə qalın taxtalar atılırdı. sıx düzülən taxtaların üstü xovsuz xalçalarla döşənirdi. onun üstündə qısa məzmunlu, ancaq əyləncə xarakterli, sadə süjetli və gülməli tamaşalar göstərilirdi. yayın istisində hovuzun suyu oyunçu-aktyorlara sərinlik gətirirdi. çavıstan. kənd oyun tamaşalarının göstəriləcəyi yer çox vaxt əvvəlcədən müəyyənləşdirilirdi. oyunun təşkilatçıları dikdir yerlərdən torpaq qazıb ortaya tökürdülər. sonra onu hamarlayırdılar. səki və ya səhnə kimi görünən yer çavıstan adlanırdı. həngə. ən müxtəlif kiçik oyunların və uzun çəkən tamaşaların göstərildiyi yerə verilən addır. bəzi bölgələrdə həmin yerə h ə n g a m ə x a n a da deyilir. söz həngamə, yəni məzəli oyun çıxarılan yer mənasını verir. şelaxana. daha çox musiqili oyunlar göstərilən yerə deyilib. müəyyən mənada tamaşaxananın və seyirxananın təhrif olunmuş şəklidir. adları göstərilən tamaşa yerlərinin bir qisınındə, nisbətən iri sahəsində ifaçıların paltar dəyişmələri, "qrimlənib" oyuna hazırlaşmaları, səhnədə sözünü qurtarıb kənara çəkilən və növbəti çıxışmı gözləyən oyunçunun dayanması üçün camaatla səhnənin arxa hissəsinə pərdə çəkilirdi. yaxud da araya vərni, zili, şəddə, sumax, bir sözlə, yüngül olan xovsuz xalça tutulurdu. "kulis", "şırma" mənasını verən həmin örtüyə ç a t ı n a p ə r d ə adı verilmişdi.</Page><Page Number="19">"kilimarasi":  bəbək, ipdəoyuq, kosagəlin  min illər boyu azərbaycanlıların yaşadıqları böyük və möhtəşəm ərazidə kukla oyunları da geniş yayılıb. el arasında kukla oyunlarına b ə b ə k, o y u q və i p d ə o y u q oyunları da deyilib. bu oyunlar üçün kukla düzəldənlər oyuqçular adlanıblır. kukla oyunlarını üç tipə bölmək olar: kilimarası; kukla oyunu; kölgə oyunu. buna x ə y a l o y u n u da deyilir. kukla oyunlarına müxtəlif zaman və məkanlarda 1öbətbazlıq və ərüsəkbazlıqda deyilib. kilimarası tipli kukla oyun-tamaşalarının eyni kökdən olan bir neçə forması var. bunlardan ən geniş yayılanı b ə b ə k oyunudur. bu oyun, əsasən, kilim arasında göstərilib. onun tamaşasında ələ qolçaq kimi taxılan və barmaqlarla hərəkətə gətirilən "bəbək" adlı kuklalardan istifadə olunub. məşhur tamaşası "keçəl pəhləvan"dır. el arasında "keçəlpəlvan" deyimi də var. bəbək kuklalar forma biçimləri və zahiri görkəmləri ilə seçilirdilər. bu kuklalar qolçaq formasında olur, ələ və bəzən də dizlərə keçirilirdi. oyunçu arxası üstə kilimin üstünə uzanırdı və dizlərini sinəsinə doğru qatlayırdı. köməkçilər kilimin yanlarını qatlayıb səhnə-pərdə yaradırdılar. yaxud, oyunçu kilimin üstündə oturub dizlərini aralı qoyurdu. oyunun məzmununa uyğun olaraq, əllərinə və ayaqlarına müxtəlif xarakterli bəbək-kuklalar keçirirdi. həmin kuklalarda ağız, burun, göz, qaş olmurdu. dizə bərkidilən kuklalar, adətən, taxta çömçələri bəzəməklə hasilə gəlirdi. onlar əldə oynadılan kuklalarla müqayisədə hərəkətcə məhdud və passiv idilər. ələ taxılan qolçaq kuklalar isə bəzən 15-20 santimetrlik nazlk çubuqlara bərkidilir və oyun-ifa zamanı oyunçunun barmaqlarına bərkidilirdi. yaxud da kuklalar birbaşa biləyə qədər ələ keçirilir və hər bir barmaq bəbəyin bir hərəkətini tənzimləyirdi. ələ keçirilən bəbək-kuklalar çevik, cəld hərəkətlərlə səciyyəvidir. bəzən kilimarısı oyun-tamaşalarında istifadə edilən kuklalar uşaq boyda olur. onda oyunçular həmin kuklalara uşaq paltarları geyindirirdilər. bununla da göstərilən oyunun təbiiliyi artır, cazibəsi təravətlənir, tamaşaçılara təsir gücü çoxalırdı. azərbaycanın müxtəlif ərazilərində bəbək oyunları bazi-yebənd və şəbşəbi kimi tanınıb. onun müxtəlif süjetli "keçəl pəhləvan" tamaşaları ilə yanaşı, mahiyyətcə həmin xarakterli "qanqal pəhləvan", "yalançı pəhləvan" oyun-tamaşaları da mövcud idi. bəzi mahallarda eyni tamaşa üç-dörd müxtəlif adla göstərilib. həmin oyunların hamısı bir yerdə q o 1 ç a q – q o 1 ç a q kimi ümumiləşdirilib. kilimarası oyununun başqa bir forması. yerə enli və uzun kilim salındı (kilimi xovsuz xalça texnikası ilə toxunmuş zili, sumax, vərni, şəddə ilə də əvəz etmək olardı). oyunçu özü kilimin tən ortasında, əsasən, oturuqlu vəziyyətdə qərar tuturdu. onun iki köməkçisi isə camaatın əyləşdiyi tərəfdən kilimin ətəyini bir metr (bəzən az və ya çox da ola bilərdi) hündürlükdə yuxarı qaldırırdılar. ətəklər tarım çəkilirdi. kilimin tarım ətəyi pərdə funksiyasını daşıyırdı və əsas oyunçu onun arxasında ya uzanıqlı, ya da oturuqlu halda olmaqla görünmürdü. o, kuklaları görünən səviyyədə idarə edir, hadisə və obrazlara uyğun olaraq müxtəlif xoş, ağlamalı, əcaib-qəraib, gülməli səslər çıxarırdı. tamaşaçılar gur olan meydanlarda "keçəl pəhləvan" tamaşası başlanmazdan əvvəl əsas oyunçunun baş köməkçisi qoyun dərisindən olan kürkü əyninə tərsinə geyinirdi. kürkün astar üzünün hər yerindən ala-bəzək parçalar sallanırdı. baş köməkçi üzünü kömürləyir, unlayır və özünü gülməli, məzəli görkəmə salırdı. sonra da şit hərəkətlərlə camaatı güldürür, atmacalar atır və oyuna baxanlardan nəzir-niyaz yığırdı. həmin tamaşalarda, əsasən, keçəl, div, molla, nökər və sərvinaz (qız) personajları olurdı.</Page><Page Number="20">kilimarasının başqa bir formasında yüngül, eni bir metr olan kilim şaquli vəziyyətdə dörd küncündən iki ağac-tirə bağlanırdı. ağac-tirlər sicim və ya iplə ətraflarda yerə çalınınış mıxçalara bərkidilirdi. oyunçular bu şərti pərdə arxasında iştirakçı obrazları çox olan tamaşalar göstərirdilər. burada daha çox qolçaq kuklalar (onlara kosagəlin də deyilirdi) oynadılırdı. kilimarasının bu formasında göstərilən tamaşaların ən xarakteriki "tapdıq çoban" idi. "tapdıq çoban"da dörd iştirakçı var: tapdıq, ceyran xanım, onun əri səfi və qızları züleyxa. mövzusu kənd həyatından götürülmüş tamaşada hadisələr məzəli süjet xəttində nümayiş olunurdu. tamaşa göstərən oyunçular bu üslub-formada məkan genişliyinə malik olurdular. çünki kilim-pərdənin arxasında sərbəst hərəkətlər üçün genişlik vardı. buna görə də kuklalar həm öndə-kilimin üstündə, həm də dərinlikdə (çağdaş teatr dilində desək, ikinci və üçüncü planlarda) sərbəstcə hərəkətə gətirilirdi.  kilimarasının "maral oyunu" növü də məlumdur. kilim tarıma çəkilir. iki oyunçu maral və ovçu qiyafələrinə "girir". sonra kilim aşağı endirilir və oyun başlanır. oyun plastik hərəkətləri, gərgin dramatik vəziyyətləri ilə səciyyəvidir. maral oyunu kəlbəcər rayonu ərazisində daha çox yayılıb və günümüzə qədər gəlib çatıb. burada maral oyunu tamaşası parçadan tikilmiş maral müqəvvasma iki nəfərin girməsi və tək ifaçının çoban rolunda çıxış etməsi ilə də göstərilir. məşhur kilimarası oyunları "maral oyunu", "şölə", "şah səlim", "qaragöz", "hacı gəldi", "keçəl pəhləvan" tamaşalarıdır. oyuq-kukla tamaşaları kilimarasından sonraki dövrlərdə yaranıb. onun özünün də bir neçə növü var. ümumi kökdən rişələnsələr də, kilimarasının və kukla oyunlarının özəllikləri, müxtəlif göstərmə prinsipləri, başqa-başqa məkan qurumları var. kukla (oyuq) tamaşalarında öndəki pərdəyə gərdək və atəşpərdə deyilib. bu pərdə oyunçuları tamaşaçılardan "gizlədib". həm gərdək, həm də atəşpərdə bəzəkli, əlvan rəngli, şux ovqat doğuran parçalardan hazırlanırdı. kuklalar üç prinsipdə hərəkət etdirilirdi. b i r i n c i p r i n s i p. oyunlar çubuqlu qolçaq və qolçaq-əlcək kuklalarla göstərilirdi. bu oyun-tamaşalarda personajlar çoxluq təşkil edirdilər və buna görə ifaçıların sayı da ona uyğun olaraq artırdı. i k i n c i p r i n s i p . burada güdu adlanan kuklalardan istifadə edilirdi. həmin kukların boyu bəzən bir metrdən artıq olurdu. kukla fiquru iki uzun və möhkəm ağacdan kəsilmiş çubuğa, ya çomağa keçirilirdi. hərdən də çarmıxabənzər qurğuya bağlanırdı. güdu kuklalar böyük olduqlarına görə beldən (qurşaqdan) əyilmirdilər. buna görə də onların hərəkətlərində ağırlıq və lənglik vardı. dinamik süjetli, sürət-ritmi çevik və iti olan tamaşalarda güdudan istifadə edilmirdi. ü ç ü n c ü p r i n s i p. əsasən, "şah səlim" tipli tamaşalar göstərilirdi. bu tamaşalarda istifadə olunan kuklalar kosagəlin adlanırdılar. kosagəlin kuklalar geyimlərinə, sifət cizgilərinin tamlığına, aydınlığına və müxtəlif xarakter-tiplərə bölünmələrinə görə seçilirdilər. kosagəlin kuklalara azı dörd sap (və ya bərk, ancaq nazlk ip, yaxud da kirişli qaytan) bağlanırdı. əsas saplar ayaqlara və əllərə bağlanırdı və onların ucları xaçşəkilli taxçaya bəndlənirdi. xaçvarı taxçada oyunçu üçün tutacaq qoyulurdu. səriştəli oyunçu hər əlində bir kuklanı sərbəstcə oynadıb hərəkətə gətirə bilirdi. kosagəlin kuklalar hərəkətetmə prinsiplərinə görə və formaca dünya teatrlarındakı marionetlərə bənzəyirdilər. belə tamaşaların qədim adlarından biri qaraçöpdür. qaraçöpün isə mənası qaratikan (böyük tikan) deməkdir. kukla tamaşasının xeyməkəmər adlanan forması da olub. gəzərgi, səyyar kukla tamaşalarına ümumilikdə verilən addır. xeymə sözü çadır mənasını daşıyır. xeyməkəmər oyunları qədim şamaxıda daha geniş yayılıbmış. meydanlarda, bazarlarda, karvansaraylarda, adamlar gur olan küçələrdə oyun-tamaşanın tək ifaçısı gəzib-dolaşırdı. o, avazlı səslə, şən zarafatlarla camaatı səsləyib oyuna dəvət edirdi. kifayət qədər tamaşaçı toplanan kimi oyunçu çadırı (xeyməni) başı bərabəri yuxarı qaldıraraq "pərdə" (gərdək) yaradırdı. həmin pərdənin arxasında qısa süjetli hadisəni</Page><Page Number="21">nəql edən kukla oynadılırdı. oyunçu sözləri istədiyi kimi dəyişir, improvizə edirdi. əsas diqqətini yumorlu hərəkətlərə yönəldirdi ki, gülüş bol olsun. çadırxəyal da formaca xeyməkəmərə bənzəyir. bu forma üçün xarakterik olan "şah səlim" oyunları novruz və qurban bayramlarında, ailə şənliklərində, evin içində göstərilirdi. çadırdəsti də bu qəbil oyunlardan sayılırdı. bu tamaşa hansısa ailədə uşaq doğulanda oynanılırdı. kuklalar həm iplik, həm də əlcək-qolçaq olurdu. kukla tamaşalarının xeymə forması da geniş yayılmışdı. tamaşaları oynamaq üçün xüsusi xeymə (çadır) qurulurdu. kətan parça dördbucaq şəklində, hündürlüyü adamboyu olan payalara bərkidilirdi. üstü açıq qalırdı. oyunçular fiqurları hərəkətə gətirməkdə sərbəstlik qazanırdılar. təbriz, xoy, zəncan, makul bölgələrində bu oyuna xeyməşəbbazi deyilirdi. xümoyunu kukla tamaşalarının bir növüdür. oyunçu iri saxsı və ya gildən düzəldilmiş küpün içinə girir və görünmür. əllərinə keçirdiyi qolçaq kuklaları başı üzərindən, küpün boğazından yuxarı qaldıraraq tamaşaya başlayırdı. qərbi azərbaycanda kukla oyunları çömçəgəlin kimi ümumiləşdirilib. "şah səlim" oyunları ifadə formalarına görə iki yerə bölünürdü. dəzgah şahsəlimi adlanan tamaşalar açıq pərdə önündə və saplardan asılmış kuklalarla (marionetlərlə) göstərilirdi. oyunçulara dəzgahdar deyirdilər. dəzgahdar bir əli ilə kukla oynadır, o biri əli ilə nəfəsli musiqi alətində çalırdı. ikinci bölməyə aid ola şahsəlimi oyunları, adətən, gecələr göstərilirdi. ona görə də gecə oyunu, şəbbazi kimi adları da var. iskəmə oyunu ailənin sevincli günlərində oynanılırdı. tamaşa önünə pərdə-örtük tutulan masa arxasında göstərilirdi. oyunçu tək olurdu. o, əlcək-qolçaqlı iki kuklanın duet-dialoqları əsasında hadisə-oyun quraşdırırdı. kukla tamaşalarının çox yayılmış formalarından biri pişbənd adlanırdı. bu növ tamaşada oyunçu və onun köməkçisi örtülü çadırın içərisində olurdular. çadırda adamboyu hündürlükdə kvadrat şəkilli dəlik (dəlikcə) açılırdı. həmin dəlikcədən sapla istifadə edilən kuklalar vasitəsilə tamaşalar göstərilirdi. göstərilən oyun-tamaşanı, hadisələrin xarakterinə uyğun olaraq kamança, saz, tütək, qara zurna müşayiət edirdi.  kölgə oyunları (xəyal oyunu) kukla tamaşalarının orijinal bir formasıdır. həmin tamaşalar üçün obraz-kukların silueti dana, dəvə dərilərindən və ya qalın kordondan kəsilirdi. nağıl məclisində nazlk parçadan ekran-pərdə qurulurdu. köməkçi ekran-pərdənin arxasında tamaşaya aid müxtəlif fiqur-kuklaları xüsusi ipə düzürdü. digər hazırlıq işlərini də görüb qurtarandan sonra işıq yandırırdı. bu işığa xəyalfanar və ya şəma deyilirdi. şəma zeytun yağı və ya qara neft tökülən, çoxlu piltəsi olan nəlbəki idi. çırağın əsas funksiyası oynadılan kukların hərəkətlərini pərdə-ekranlara salmaq idi. əsas oyunçu xəyalbaz və ya ş ə b b a z adlanırdı. fiqurları gəzdirib hərəkətə gətirən oyunçular k ö l g ə ç i, s a y ə d a r, s a y ç ı da çağırılırdılar. kölgə və xəyal oyunlarında istifadə edilən pərdə-ekrana göstərməlik, görənək deyilirdi. kölgə tamaşa-oyunları üçün hazırlanmış yüzlərlə yastı kukla (xaməcik) fiqurları xüsusi sandıqçalara yığılırdı. xəyalbazın sandıqçanı daşıyan yardımçısı həmal (hambal) deyə çağırılırdı. azərbaycanda az yayılmış bacbacı (əzizləmə, bacı-bacı mənasında) oyunu da olub. həmin oyun yalnız qız-gəlinin ifasında göstərilib. ifaçı qızlar dabanlarını rəngli əsgilərlə sarıyaraq, onu adama bənzədirdilər. sonra qılçalarını topuqdan yuxarı örtüklə bürüyüb arxası üstə uzanır, ayaqlarını sağa-sola, aşağı-yuxarı tərpətınəklə "obrazları" hərəkətə gətirirdilər. tamaşaların əsas süjeti balbacı (badambacı) ilə cicibacı (və ya canbacı) arasında gedən zarafat-yumor üzərində qurulurdu. kukla tamaşaları mərasim oyunlarında və meydan göstərmələrində təşəkkül tapıb formalaşan xalq dramaturgiyamızda yeni janrlı səhnəciklər, məsxərələr, məzhəkələr, hoqqalar yaranması üçün zəmin olub. kukla oyunları xalq tamaşalarında əlvan bədii tərtibatlardan istifadənin yeni-yeni prinsiplərini, ölçülərini, forma xüsusiyyətlərini üzə çıxarıb və onları təkmilləşdirib.</Page><Page Number="22">kukla oyunlarının çoxunda müxtəlif ritm-ahəng ölçülərində musiqidən istifadə edilib. kukla oyunlarında hadisələr həm keçmiş zamandan, həm də çağdaş dövrdən bəhs edirdi. kukla tamaşaları nağıl söyləmə estetikasma söykənsə də, tədricən onun özünün məkan-zaman anlayışı da formalaşıb. nəhayət, onu da qeyd etmək lazımdır ki, milli kukla (oyuq) oyun-tamaşalarında çağdaş dövrdə peşəkar kukla teatrları üçün örnək ola bilən, zəngin poetika göstəriciləri, əlvan estetik prinsiplər vardır.</Page><Page Number="23">şəbih tamaşalarinin əsas səciyyələri  şəbih sözü ərəbcə bənzər, oxşar deməkdir. şəbih dini-misteriya tamaşasıdır və meydan teatrının bir formasıdır. yaxın və orta şərqdə, o cümlədən azərbaycanda geniş yayılıb. şəbih tamaşalarının özünəməxsus dramaturgiya və teatr poetikası vardır. şəbihlərin baş mövzusunu imam hüseynin tərəfdarları ilə yezid, onun qoşunları arasındakı mübarizələr təşkil edir. müsəlman dininin banisi məhəmməd peyğəmbər 632-ci ildə mədinədə vəfat etdi. müsəlmanlığa (islama) rəhbərliyi məhəmmədin əmisi oğlu və qızı fatimənin əri həzrət əli və ya peyğəmbərin qayınatası (aişənin atası), qüdrətli sərkərdə, məhəmmədin inanılmış silahdaşı əbubəkr öz üzərlərinə götürməliydilər. birinci xəlifə, yəni başçı, rəhbər əbubəkr oldu və iki il hakimiyyətdə qaldı, iraq və suriyanı istila etdi. əli tərəfdarları şiələr (şieyi-əli) bundan narazı qaldılar və öz başçılarını hakimiyyətə gətirmək üçün yollar axtarıb, məqam gözləyir, üsullar fikirləşirdilər. əbubəkrdən sonra xilafətə rəhbərliyi ömər (10 il) və osman (12 il) etdilər. osmanın qətlindən sonra əli hakimiyyətə gəlib dördüncü xəlifə və şiələrin birinci imamı oldu. beş ildən sonra əli də xəyanət nəticəsində dünyasını dəyişdi və onun böyük oğlu, peyğəmbərin nəvəsi həsən xəlifə elan edildi. müaviyyə külli miqdarda pul verib, fitnə ilə hakimiyyəti həsəndən aldı, az sonra isə onu zəhərlətdirib öldürtdü. müaviyyə xilafətin paytaxtını mədinədən suriyanın dəməşq (şam) şəhərinə köçürtdü. bu qərarla o, şiələrə sarsıdıcı zərbə vurdu, çünki əlinin tərəfdarları bilavasitə mədinədə cəmləşmişdilər. on doqquz ilə yaxın xəlifəlik edən müaviyyə ərəbləri mənən birləşdirdi və sağlığında oğlu yezidi özünə varis elan etdi. bu dövrdə həsənin kiçik qardaşı hüseyn mədinədə bir növ surgündə yaşayırdı. şiələr arasında böyük hörmət və izzət sahıbi olan hüseyni dəfələrlə kufəyə dəvət etmişdilər ki, qüvvələri birləşdirib onu hakimiyyətə gətirsinlər. hüseyn ailə üzvlərindən və yaxın qohumlarından ibarət 72 nəfərlə kufəyə gedərkən kərbəla yaxınlığında mühasirəyə alındılar. o, yezidin hüzuruna gedib ona biyət (hakimiyyətini qəbul etmək) təklifini rədd etdi və onuncu gün böyük orduya qarşı döyüşə girdi. hüseyn, onun ögey qardaşı həzrət abbas və digər tərəfdarları qılıncdan keçirildilər, arvad, uşaq isə əsir alınıb, dəməşqə göndərildi. müəyyən siyasi və dini mahiyyət daşıyan bu hadisə islam tarixinə kərbəla müsibəti kimi daxil oldu. viii əsrdən üzü bəri şiələr hüseynə və başqa şəhidlərə ağılar deyir, qəsidələr söyləyir, təziyələr keçirirdilər. xv əsrdən başlayaraq şiələrin kərbəla müsibətlərini hər il qeyd etmələri geniş vüsət aldı, şəbih tamaşaları daha böyük inkişaf yoluna çıxaraq geniş əraziyə yayıldı. o cümlədən azərbaycanda, xüsusən öikənin cənub bölgələrində məhərrəmlik ayında şəbih tamaşaları göstərilməyə başlandı. şəbih mərasimi iki hissədən ibarət olur. məhərrəmlik ayının ilk on günü əza (matəm) keçirilir. onuncu günə aşura (onluq) deyilir və dini etiqada görə imamlar və övladları mühasirənin onuncu günü qətlə yetiriliblər. həmin vədəyə qətl sınan gün də deyirlər. aşura günü və ondan sonraki günlərdə müxtəlif adlarda böyük və təntənəli şəbih tamaşaları oynanılır. ərəb sözü olan "əza" matəm deməkdir. məhərrəmliyin ilk günündən matəm təntənəli və izdihamlı keçirilir. bu izdiham səyyar tamaşa ünsürləri ilə zəngin olur. ona əza qafiləsi də deyilir. əza qafiləsi izdihamının yürüşünə yas bayraqları gəzdirən ələmdar, tuğdar, xərəkdar, sənkzən, səlladar və digər əzadarlar daxildirlər. onlar öndə gedirlər və hamısı bir yerdə əlviyyə adlanır. əza qafiləsində və həmçinin şəbih tamaşasında imam hüseynin məslək tərəfdarları, onunla birgə qətlə yetirilənlər əsabə (əshabə) adlanırlar. sayca 72 nəfər olan əsabə imam-həng dəstəsinin təmsilçiləridir. əza qafiləsində əliəkbər otağı düzəldilir və xərəyin üstünə qoyularaq gəzdirilir. əliəkbər imam hüseynin böyük oğlu olub və o da 18 yaşında qətlə yetirilib. əliəkbər otağında onun rəmzi</Page><Page Number="24">nəşi düzəldilir. həmin müqəvvanın önündə qara paltar geyınıniş uşaq oturur. xərəyin ardınca öndə şəhidin anası gedir. ananın, hüseynin və həzrət abbasın rollarını ifa edən şəbih aktyorlarının üzləri ağ niqabla örtülür. bu, ilahiliyi qorumaq məqsədi daşıyır. həm də qadın qiyafəsində kişinin olduğunu gizlədir. "qasım otağı" əza qafiləsinin ən mühüm oyun atributlarındandır. toy çadırının modeli şəklində düzəldilib xərəyin üstündə qurulur. onun içərisinə imam həsənin şəhid oğlu qasımın nəşini andıran müqəvva qoyulur. həmin müqəvvanın üstünə çoxlu qan çilənir. xərəyin kənarlarına fanarlar düzülür, ya düzəltmə, ya da fəsilə uyğun çiçəklərlə bəzənir. qafilə hərəkətə başlayanda bir nəfər "qasım otağı"nın baş tərəfində ayaq üstə dayanaraq dualar oxuyur. xərəyin ətrafında oturmuş, ərəb libasları geyinmiş qız uşaqları ağlaya-ağlaya başlarına saman tökürlər. əbülfəzlabbas (həzrət abbas) obrazının əza qafiləsində xüsusi yeri var. o, on gün mühasirədə qalan müddətdə imam hüseynin ailəsinə və əshabələrinə su gətirib. axırıncı döyüşdə qolları kəsilərək öldürülüb. şəbih tamaşalarında onun üçün xüsusi at seçilir. həmin at gözəl çulla çullanır, qiymətli yəhərlə yəhərlənir. yəhərdən (və ya çuldan) əbülfəzlabbasın "kəsilmiş əlləri" asılır. yaxud, atın üstünə əyni qanlı, qolsuz köynək geyindirilmiş müqəvva bağlayırlar. müqəvvanın ağzına xəncər verilir, gözlərinə oxlar sancılır, çiyninə isə boş su tuluğu aşırılır. bir nəfər atın yüyənindən tutub asta-asta əza qafiləsinin önündə gedir. "qəbri-hüseyn" də əza qafiləsində gəzdirilir. bu, sərdabə şəklində qurulur və xüsusi xərək üzərində yerləşdirilir. imam hüseynin qəbrinə işarə olub, onu təmsil edən sərdabə ipək-atlas, zərxara parçalarla bəzədilir, qiymətli daş-qaşla süslənir. sərdabənin yuxarı hissəsinə zərli çalma qoyulur, yan-yörəsmə isə qılınc, qalxan, ox, kaman, uzunboğaz cəkmə və imam hüseynə aid edilən digər əşyalar düzülür. sərdabə qurğusunun içərisinə ağzıbağlı tabut qoyulur və ona ağ göyərçinlər bağlanır. həmin göyərçinlər imamın ruhunu qanadlarında gəzdirən mələklərin təmsilçiləridir. "qasım otağı", "qəbri-hüseyn", "həzrət abbasın kəsili qolları", "əliəkbər otağı" on gün ərzində əza qafiləsinin səyyar tamaşası kimi gəzdirilib nümayiş etdirilir. əza qafiləsi şəhərin və ya kəndin bütün küçələrini gəzir. adları çəkilən göstərmə oyunları tək də, ikisi bir yerdə və ya hamılıqla da nümayiş olunurdu. yaxud, mərasim daha güclü keçən şəhərlərdə hər əza qafiləsi ayrılıqda iki gün gəzib gərdiş edirlər. əza qafiləsini xüsusi mərsiyəxanlar müşayiət edirlər. bu oxumaları şaxsey-vaxsey əvəzləyir. baş mərsiyəxan ucadan bir misra deyir, kütlə isə xorla "şaxsey-vaxsey" söyləyib sinə vurur. məsələn:  tək - necə qan ağlamasın daş bu gün...  xor - şaxsey, vaxsey, şaxsey, vaxsey...  tək - kəsilib yetmiş iki baş bu gün...  xor - şaxsey, vaxsey, şaxsey, vaxsey...  tək - qanlı qılınc kərbəlada pas tutar...  xor - şaxsey, vaxsey, şaxsey, vaxsey... və sairə və ilaxır.  aşuranın doqquzuncu günündən onuncu günə keçən gecə "qətl" tamaşası oynanılır. bu oyun "eydiqətl", "imam hüseynin şəhadəti" də adlanır. bununla da şəbih mərasiminin ikinci hissəsinə keçid başlanır. əza qafiləsinin gəzdirdiyi bu cür sərdabə və otaqlar bir yerə cəm olur. açıq havada, şəhərin baş meydanında, yaxud, şəhər kənarındakı düzəngahda şəbih tamaşaları göstərilir. burada sərdabədən, otaqdan istifadə edilməklə kərbəla qırğınının müəyyən bir epizoduna həsr olunmuş, süjetli, kompozisiyalı, ideyalı, gərgin konfliktli şəbih tamaşaları oynanılır. imam</Page><Page Number="25">hüseynin, zeynəbin, fatimənin, səkinənin obrazlarını ifa edən şəbihçi aktyorlar son dərəcə gözəl libaslar geyinirdilər. imkanlı adamlar zinət əşyalarını, qiymətli xalçalarını, al-əlvan xeymələrini (çadırlarını), say-seçmə atlarını, dəvələrini şəbih tamaşalarının təmtəraqlı keçirilməsmə peşkəş edirdilər. imam hüseyn obrazının ifaçısı kimin yəhəri, üzəngisi, sağrısı, tapqırı, yüyəni al-əlvan qotazlarla bəzənən ağ atına minərdisə, bu, fəxr sayılırdı. xalq arasında "əliəkbərin şəhid olması", "həzrət abbasın şəhid olması", "imam hüseynin şəhid olması", "səkinənin vəfatı", "qasımın nişanlısı səkinənin ölümü", "qasım həsən oğlunun şəhadəti", "əsirlərin qayıtması", "tiflani-müslüm", "hürrün şəhadəti", "fatimənin qətli", "kərbəla davası", "mədinə səfəri", "əsirlərin kərbəlaya daxil olmaları", "imam hüseynin 18 yaşlı oğlunun şəhadəti", "müslümün kufədə qətli", "kərbəla müsibəti", "əlinin qətli" və bu kimi fäciə tamaşaları mövcuddur. müəyyən komediya janrlı şəbihlər də var. "ömər cəhənnəmdə", "tərs toy" və bu kimi satirik komediyalarda kərbəla müsibətini törədənlər lağa qoyulub təhqir edilirlər. həmin tamaşalarda ömərin, şümürün, ya da yezidin geyimləri ayrılıqda ulağa qoyulur, şəbihçilər gülüş, söyüş və təhqirlərin müşayiəti ilə şəhəri dolanırdılar. azərbaycanda şəbihlər üçün qəmli, faciəvi qəsidələr, mərsiyələr, müxtəlif janrlı şeirlər yazan peşəkar şairlər olub. onlardan mollağa bihudun (1832-1892), baqir ağamirzə məhəmmədbağır xalxalının (1830-1892), valeh gülablının (1776-1834), novrəs mirzənin (1846-1918), məhəmməd dilsuzun (xix əsr) yaradıcılıqları xarakterikdir və əsərləri xalq arasında şöhrət tapıb. şuşada musiqiçi xarrat qulu, bakıda peşəkar aktyor rüstəm kazımov şəbihgərdan kimi məşhur olublar və uzun illər bu sahədə fəaliyyət göstəriblər.</Page><Page Number="26">şəbih tamaşalarinin hazirlanmasi  şəbih tamaşalarının təşkilatçısına (rejissoruna) şəbihgərdan deyilir. şəbihgərdan özü əsas rolları ifa etməklə iştirakçılar arasında rol bölgüsü aparır. şəbih oynanılan məkanın bütün tərtibatını, geyimlərin seçilməsini, qrim işlərini də baş şəbihgərdan görür. imam övladlarına su verməyən şümürün lal-dinməz obrazını, adətən, başqa millətdən olanlar oynayırlar. şəbih tamaşalarında şir, göyərçin kimi rəmzi obrazlardan istifadə edilir. şir imam hüseynin damarlarından axan qanın qoruyucusu, göyərçin isə mələklər rəmzidir. şəbihgərdan quruluş verdiyi tamaşalarda natural effektlərdən istifadə edir. məsələn, mal bağırsaqlarına qan doldurulub əvvəlcədən hazırlanır. tamaşa vaxtı bu bağırsaqları şəhid olacaq yetmiş iki nəfərin boyunlarına, sinələrinə dolayırlar. yezidin qoşunları onları qılıncdan keçirəndə dəhşətli mənzərə alınır, tamaşaçılar hönkür-hönkür ağlayırdılar. mücərrəd rəmz-effektlərdən də istifadə olunurdu. belə ki, ortalığa bir ləyən su qoyulurdu. şümürü oynayan şəbihçi də əli qılınclı onun yanında dayanırdı. guya bu, fərat çayıdır. yaxud, yerə sancılan bir neçə ağac budağı camaata xurma bağı kimi çatdırılırdı. tamaşaçı bu rəmz effentləri təbii qəbul edir, onu da qanlı at cıdırının, döyüş səhnələrinin reallığı kimi qavrayırdı. şəbihçi aktyorlar susuzluq əzablarını, imam övladlarının keçirdəkləri psixoloji sarsıntıları həssaslıqla, bacarıq və məharətlə ifa edə bilirlər. uzun illər şəbih mərasimlərində, xüsusən əza qafiləsində dərvişlər də fəal iştirak ediblər. onlar həm tək, həm də dəstə ilə şəhərləri, kəndləri dolanır, həyəcanlı səslə imamları vəsf edən qəsidələr oxuyur, kərbəla müsibətləri barədə rəvayətlər söyləyirdilər. şəbihlər yay, yaz, payızın ilk aylarında açıq havada, məhərrəmlik ayı miladi təqvimlə qış günlərinə düşəndə qapalı yerlərdə göstərilib. bu tamaşalarda çoxlu obrazlardan istifadə edilib və onların əksəriyyəti tarixi şəxsiyyətlər olublar. onlardan daha çox işlənənlərini və müəyyən söz terminlərinin qısaca açıqlamasını vermək müəyyən aydınlıq yaradır. əhlibeyt. şəbih tamaşalarında və əza qafiləsində imam hüseynin arvad-uşağımı və ailə üzvlərini təmsil edən surətlər toplusuna deyilir. əcsad. cəsəd, rəmzli müqəvvalar, kəsilmiş əl-qol, baş doldurulmuş xərəklər əza qafiləsində xüsusi yer tutur. müqəvvalara qum doldurulur və ya saman təpılırdı. onların hamısına bir yerdə əcsad deyilib və el arasında "əmvat" deyimi də var. əşkal. təsvirlər toplusu və təsvirlərin təcəssümü anlamındadır. şəbih açıq havada olanda dekor funksiyası daşıyan ağacları, əza xərəklərini, qapalı binada oynanılanda isə divarları kərbəla, məkkə, mədinə təsvirləri çəkilmiş lövhələr bəzəyib. əza qafiləsində belə lövhələr əllərdə bayraqlarla yanaşı gəzdirilib. hamısı bir yerdə əşkal adlanıb. təziyə. məhərrəmlik mərasiminə və onun ayrı-ayrı mərhələlərdə keçirilməsmə verilən ümumi addır. xeyməgah. məhərrəmlik mərasimlərində, xüsusən də şəbih tamaşalarında açıq havada imam hüseynin və onun tərəfdarlarının yaşadıqları çadırlar (xeymələr) qurulurdu. onların hamısına bir yerdə x e y m ə g a h deyilirdi. sütun haşiyə. şəbih göstərilən yerlərdə ağaclardan və ya divarlardan üzərinə quran ayələri yazılmış pərdələr asılırdı. sütun haşiyə adlanan həmin pərdələrə ayələri xüsusi xəttatlar yazırdılar. sütun haşiyələri cazibəli, gözəgəlimli yerlərə bənd edirdilər. həmin işin icraçılarına a s q ı ç ı deyilirdi. təndirəcuzə. rəvayətlərdən birinə görə şümür imam hüseynin başını kəsib və təndirdə gizlədib. təndirdən işıq saçıb və ətrafı nura qərq edib. camaat bundan duyuq düşüb.</Page><Page Number="27">məhərrəmlik mərasimində gəzdirilən əza qafiləsində təndirəcuzə modeli düzəldilir və xərəyin üstünə qoyularaq nümayiş etdirilirdi. mərsiyəxan. məhərrəmlik təziyələrinin davam etdiyi otuz doqquz-qırx gündə müxtəlif mərasimlərdə mərsiyələr deyilirdi. mərsiyəni gözəl səsli, şaqraq avazlı, əruzun mahir biliciləri söyləyirdilər. onların ustadları mərsiyəxan çağırılırdılar. zülfüqar. həzrət əlinin ikiağızlı qılıncının adıdır. zülfüqar şəbih tamaşalarının bəzəyi sayılır. ziyarətnamə. şəbih tamaşalarının bəzən əvvəlində və əsasən, qurtarandan sonra xüsusi şəbihgərdanlar on iki imamın müqəddəs ruhları şərəfinə, onların xatirələrini ehtiramla yad etmək məqsədilə birgə dualar və ya mədhiyyələr oxuyurdular. tamaşaçıların əksəriyyəti onlara vagirlik edirdilər. bu, ziyarətnamə adlanırdı. bununla şəbih tamaşalarının sona çatdığı bildirilirdi. zinpuş. bu, imam hüseynin zilcənah adlı atının çulunun rəmzidir. əza qafiləsində həm əllərdə gəzdirilir, həm də atın belinə atılıb tamaşaya toplaşanlara göstərilirdi. zilpuş al qana boyanır, üstünə qırmızı rəngli səksən səkkiz ox bənd edilirdi. oxlar ona edilən amansız zülümlərin, verilən dəhşətli işgəncələrin rəmzi idi. zilpuşun dövrəsmdə müəyyən tamaşalar oynanılır, qəmli şeirlər söylənilirdi. əli. müəyyən şəbih tamaşalarında əli ibn əbutalıb (şiələrin birinci imamı və ilk müqəddəs dörd xəlifənin axırmcısı) teyf kimi iştirak edirdi. onun üzündə mütləq ağ niqab olurdu. din xadimləri əlini "şahimərdan", "əli mürtəza", "həzrət əli" deyimləri ilə də ehtiramla şərəfləndirirdilər. fatimə. məhəmməd peyğəmbərin sevimli qızı, həzrəti əlinin arvadı və imam hüseynin anasıdır. şəbih tamaşalarında o da üzü niqablı, teyf şəklində görünürdü. tamaşaların çox müqəddəs obrazlarından sayılır. zeynəbxatun. şəbih tamaşalarında böyük ehtiram və məhəbbətlə ifa olunan qadın obrazlarından biridir. imam hüseynin bacısının taleyini təcəssüm etdirən surətdir. əza qafiləsində zeynəbxatunun iki oğlunun nəşi gəzdirilirdi. onlar qara geyimdə olurdular. zeynəbxatun obrazının ifaçısı da başdan-ayağa qara libas geyinirdi. ya xərəyin gəzdirildiyi arabada otururdu, yaxud da arabanın ardınca gedə-gedə ucadan və təsirli avazla ağlayırdı. yezid (yəzid). xəlifə müaviyyənin oğludur. kərbəla müsibəti yezidin xəlifəliyi dövründə törədilib. yezid şəbih tamaşalarında az iştirak edir. lakin şəbihlər göstərilən zamanda, əza qafiləsinin gəzdirilmə mərasimində, qafilə iştirakçılarının oyun-tamaşalı yürüşlərində yezidin adı tez-tez və lənətlə çəkilir. ünvanına qəzəblə söyüşlər və lənət-lər yağdırılır. yezid rolunu ifa edən şəbihçi başına şəbkulah qoyur və yaşıl çalma vururdu. əyninə sarı, üstündə qara ləkələr olan xalat geyinirdi. ətrafdakılarla çığır-bağırla danışırdı. şümür. xəlifə yezidin qoşun başçısı olub. şəbih tamaşalarının ən mənfi personajlarından sayılır. tamaşalarda şümürün mindiyi at mütləq qara olurdu. onun ifaçısı başına dəmir dəbilqə qoyur, zirehli libas geyinirdi. şümür tamaşa boyu imam əshabələrini qətlə yetirdikcə vəhşətlə qəlıqəhələr çəkirdi. küffar qoşunu. dinsizlər, kafirlər qoşunu kimi səciyyələnir. bu rollarda çıxış edən şəbihçilər qara atlara süvar olurdular. bəzən onlara şümür qoşunu da deyilirdi. şəbih tamaşalarında yaraqlı olan küffar qoşununun döyüşçüləri başlarına əlvan yaylıqlar bağlayır, əllərindəki nizələrin ucuna insan "başları" keçirirdilər. libasları qıpqırmızı, qan rəngində parçadan tikilirdi. orılar əza qafiləsində bəzəkii dəvələrə minirdilər, hərəkətlərini musiqi müşayiət edirdi. küffar qoşunu iştirakçılarının rollarında çıxış edən şəbihçilər üçün dinamik, çılğın, əndazədən kənar hərəkətlər səciyyəvi idi. cinnicəfər qoşunu. bəzi şəbih tamaşalarında imam hüseynə öz köməklərini təklif edən silahlı, ərəb geyimli dəstə belə adlanırdı. bir qayda olaraq, cinnicəfər qoşunu dəstəsindəki</Page><Page Number="28">döyüşçülərin rollarında uşaqlar oynayırdılar. şəbihgərdan onlara kömürdən bığ və saqqal çəkirdi. tamaşa daxilindəki davranışlarında pərakəndəlik, nizamsızılıq gözə çarpırdı və bu, hadisələrə təbiilik gətirmək naminə edilirdi. şəbih tamaşaları və dərviş zikrləri üçün tikilən binaya təkyə deyilib. təkyə sözü ərəbcə "söykənmə", "istinadetmə" mənalarını verir. şəbih tamaşalarının qış aylarında və əsasən, axşamlar göstərilməsi üçün müvəqqəti qurulan, səhnəyəbənzər meydançası olan yerlərə şuraxana, qəməriyyə, mahtab adları verilib. şəbih tamaşalarının keçirilməsini, onlara çəküəcək bütün xərcləri öz üzərinə götürən mömin adam tənyədar adla-nıb. şəbih tamaşaları üçün istifadə olunan bədii mətnlərin təziyənamə adı da var. səyyar əza qafiləsinin hər bir oyunçusu əzadar deyə çağırılıb. əza qafiləsi özünün mərasimini gecə də davam etdirəndə öndə məşəlçilər gedirdilər. üzərində "qasım otağı" və bu tipli məkanlar quraşdırılan xərəklər çoxlu əzadarın çiyinlərində aparılırdı. xərəyə el arasında təxtirəvan da deyilirdi. şəbihgərdanlar, şəbih tamaşalarında oynayanlar gərdun adı ilə də tanınırdılar. milli teatrın romantik faciə qolunun poetika göstəricilərini və estetik prinsiplərini daha dərindən öyrənmək üçün şəbih oyunlarının bədii, nəzəri əsaslarına da yiyələnmək lazımdır. şəbih tamaşalarında çağdaş teatr üçün səmərəli ola biləcək kifayət qədər ifadə vasitələri, forma elementləri vardır.</Page><Page Number="29">mirzə fətəli axundzadə (1812-10.3.1878)  milli peşəkar azərbaycan dramaturgiyasının banisi mirzə fətəli axundzadə sayılır. o, görkəmli ictimai xadim, filosof-estetik və yazıçı olub. fəlsəfə elminə "kəmalüddövlə məktubları" traktatını (1865), "həkimi-ingilis yuma cavab", "yek kəlmə haqqında" kimi əsərlərini bəxş edib. yazıçılığının dörd şaxə-qolu var. "səbuhi" təxəllüsü ilə şeirlər yazıb. bu janrda məşhur əsəri "puşkinin ölümünə şərq poeması" (1837) sayılır. klassik janrlarda lirik, ictimai-sosial və satirik şeirlər yazıb. nəsr janrında "aldanınış kəvakib" (1857) kimi inci yaradıb. ikinci adı "hekayəti-yusif şah" olan bu əsər realist nəsrimizin ilk nümunəsi sayılır. bu əsərində yazıçının arzuladığı cəmiyyət haqqında, dövlətçilik, elm və təhsil, mənəvi-əxlaqi problemlər barədə fikirləri öz təcəssümünü tapıb. müxtəlif mövzularda fəlsəfi-estetik məqalələr, dramaturgiyaya, poeziyaya aid nəzəri əsərlər yazıb. "nəzm və nəsr haqqında", "tənqid risaləsi" (1862), "mirzə ağanın pyesləri haqqında kritika" (1871) əsərləri fikir dərinliyinə, forma xüsusiyyətlərinə, məzmun səciyyələrinə görə dəyərlidirlər. bütün bunlarla yanaşı, mirzə fətəli axundzadə həm milli, həm də dünya ədəbiyyati tarixində dramaturq kimi daha əzəmətli yer tutur. "hekayəti-molla ibrahimxəlil kimyagər", "hekayəti-müsyö jordan həkimi-nəbatət və dərviş məstəli şah caduküni-məşhur", "sərgüzəşti-vəziri-xani-lənkəran" (1850), "hekayəti-xırs quldurbasan" (1851), "sərgüzəşti-mərdi-xəsis" ("hacı qa-ra" 1852) və "mürafiə vəkillərinin hekayəti" (1855) komediyalarını yazıb. bu əsərlər ədəbiyyat tariximizdə asan və qısa şəkildə "mola ibrahimxəlil kimyagər", "dərviş məstəli şah" (və yaxud "müsyö jordan"), "lənkəran xanının vəziri", "xırs quldurbasan", "hacı qara" və "mürafiə vəkilləri" kimi yazılır. dramaturq komediyaları hamısı bir yerdə "təmsilat" adlanır.  * * *  mirzə fətəli mirzə məhəmmədtağı oğlu axundzadə 1812-ci ildə azərbaycanın nuxa (indiki şəki) şəhərində doğulub. atası nəslən təbriz şəhəri yaxınlığındakı xəmnə kəndindəndir. babası xəmnənin kəndxudası olub. mirzə məhəmmədtağı, əsasən, ticarətlə məşğul olub və şəkiyə də bu məqsədlə gəlib. burada fətəlinin iki yaşı olanda atası və anası nanə xanım ticarət işləri ilə bağlı şəkidən xəmnə kəndinə köçüblər. iki yaşlı fətəli də onlarla gedib və yeddi il xəmnədə yaşayıb. burada ilk dini təhsil alıb. anası ərindən boşanandan sonra oğlunu da götürərək 1821-ci ildə şəkiyə qayıdıb. şəkidə uşağın tərbiyəsi ilə anasının əmisi, dini savadına görə hörməti uca tutulan axund hacı ələsgər məşğul olub. o, fətəlini oğulluğa götürüb və ona dini təhsil verməyə başlayıb. axund məkkəyə həcc ziyarətinə gedəndə fətəlini dini təhsilini davam etdirmək üçün 1832-ci ildə gəncə şəhərinə gətirib. burada onu molla hüseyn pişnamazzadəyə tapşırıb və xahiş edib ki, o, uşağa fiqlı (şəriət elmi) və məntiq dərsi versin. fətəli gəncədə, eyni zamanda şair mirzə şəfi vazehlə tanış olub, onun klassik poeziyaya aid dəyərli söhbətləri sayəsində lirikaya maraq göstərib. həcc ziyarətindən qayıdandan sonra axund hacı ələsgər onu yenidən şəkiyə gətizdirib. fətəli şəhərdə yenicə açılmış rus məktəbinə gedib və burada bir il oxuyub. 1834-cü ildə gələcəyin böyük dühası hamisi ilə birgə qafqazın inzibati mərkəzi sayılan tiflisə gəlib. axundun hörmət və izzəti sayəsində fətəli axundzadə qafqazın baş hakimi baron rozenin dəftərxanasında işə girib. onu mülki işlər üzrə şərq dilləri mütərciminin şagirdi vəzifəsinə götürüblər. tezliklə iş yerində və camaat arasında böyük hörmət qazanıb və ehtiram əlaməti olaraq onu "mirzə" deyə çağırıblar. mirzə fətəli axundzadə 1836-cı ilin dekabr ayında şəhərin "qəza məktəbi" adlanan təhsil ocağına müəllim işləməyə dəvət alıb. dörd ilə yaxın (1840-cı ilin sentyabrına kimi) burada azərbaycanlı balalarına fars və ana dillərini tədris edib.</Page><Page Number="30">yenidən qafqaz canişinliyinə böyük qulluğa çağırılan mirzə fətəli uzun illər burada çalışmış, rusiya-iran və rusiya-türeiyə siyasi-diplomatik məsələlərində tərcüməçilik etmişdir. tərcüməçilikdə polkovnik rütbəsi vəzifəsinə kimi yüksəlmişdir. eyni zamanda rus dilinə mükəmməl yiyələnməklə dünya ədəbiyyatının klassik sənətkarlarının yaradıcılıqları ilə yaxından tanış olub. o cümlədən də fransız ədibi jan batist molyerin dramaturji irsini öyrənib və qəlbində ədəbiyyatın dram janrına böyük maraq oyanıb. elə bu maraqdan da ədəbiyyatımızda yeni janrın təməli qoyulmuş, mədəniyyat tariximiz "təmsilat" kimi inci ilə zənginləşmişdir. mirzə fətəli axundzadə 10 mart 1878-ci ildə ağır ürək xəstəliyindən vəfat edib. özünün vəsiyyətinə görə onu tiflisdə, müəllimi mirzə şəfi vazehin məzarı yanında dəfn ediblər.  * * *  "molla ibrahimxəlil kimyagər" mirzə fətəlinin ilk komediyasıdır. elə ilk komediya da onun müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizınə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı hansı işıqlı mübarizə mövqeyində durduğunu göstərib. dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrin özünü və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. bir dramaturq kimi mirzə fətəli axundzadəni həmişə hansısa fırıldaqçının əməllərinin nəticəsi deyil, onu doğuran səbəblərin, ictimai bəlaların ifşası maraqlandırıb. məhz bu mövqedə o, həm görkəmli maarifpərvər, həm də sənətkar estetikasının fəlsəfi-psixoloji xassələrinə görə realist satirikdir.  pyesdə fırıldaqçı molla ibrahimxəlil misi gümüşə çevirə bilmək "məharəti" ilə varlanmağa həris, avam adamları aldadıb pullarını əllərindən alır. misin gümüşə çevrilməməsinin səbəbini isə onların meymunu yadlarına salmaları bəhanəsində görür. bu gülməli, bu məsxərəvari hadisə avantürist molla ibrahimxəlilin və onun köməkçisi molla həmidin çirkin əməlləri kimi səciyyələnmir. burada əsil mətləb daha dərin qatlardadır. axundzadənin ifşa hədəfi ictimai mühit, pas atınış düşüncələr, nadanlıq, xurafat, xudbin ehtiraslar, mənəvi rəzilliklər, əbləhlik, acgözlük ehtirasının doğurduğu vəhşətlərdir. dramaturq bütün bunların meydana çıxmasını və fırıldaqçılığın tüğyan etməsini cəmiyyətin durğunluğu ilə bağlayıb. "molla ibrahimxəlil kimyagər" komediyasında qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "dərviş məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan molla ibrahimxəlillə qohumdur, doğmadır. lakin dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan məstəli şah milli  dramaturgiyamızda orijinal dramaurji obrazdır. dərviş məstəli şah da sırf real cəmiyyətin real sosial-ictimai tipidir. buna görə də mirzə fətəli axundzadə bilərəkdən məstəli şahın "parisi dağıtmaq" hoqqasını komediyanın sonuna keçirib. belə bir bədii fəndlə və dramaturji üslubla ədib cəmiyyətin "molla ibrahimxəlil kimyagər" komediyasında görmədiyimiz tərəflərini daha satirik səpkidə təsvir edib. avropa və asiya həyat tərzlərinin mahiyyətini və bu mahiyyətin şüurlara təsirini açıqlayıb. avropa tipinin xarakterik nümayəndəsi olan müsyö jordan obrazını yaradıb. digər tərəfdən, artıq bu məsxərədə təkcə bir şəhərin ("yəni nuxuluların") tipik nümayəndəsinin deyil, böyükbir mahalın - təklə muğanlı obasının məşhur bəyinin (hatəmxan ağa), avropaya, mədəniyyət işığına meyl göstərən (şahbaz bəy) gəncin bitkin obrazları yaradılıb. ən əsası isə, axundzadə bu komediyasında mövcud ictimai müsibətləri, şüurların kəsafətini, savadsızlığın törətdiyi miskinliyin sarsıdıcı daxili xüsusiyyətini qadın obrazları vasitəsilə verib. dramaturqun qüdrəti bir də orasındadır ki, milli ədəbiyyatımızda ənənəsi olmayan bir janrda belə bitkin, belə canlı, belə real və belə dadlı-duzlu, şirəli xarakterlər, o cümlədən qadın surətləri yarada bilib.</Page><Page Number="31">düzdür, bu qadınlar dar bir məkanm, yəni hatəmxan ağanın həndəvərinin təmsilçiləridir. lakin dramaturq məhz bu "dar" çərçivədə elə ustalıqla bədii personajlar verib ki, elə bunlar da o dövrün ictimai mənzərəsində qadın və cəmiyyət probleminin hərtərəfli üzə çıxması üçün kifayət edib. şəhrəbanu xanım hatəmxan ağanın arvadıdır, qırx beş yaşı var. on aitı yaşlı şərəfnisə xanım və doqquz yaşlı gülçöhrə onların qızlarıdır. xanpəri isə şərəfnisə xanımın dayəsidir və qırx yaşı var. bu dayəlik avropadaki kimi elm-savad öyrədən, əxlaqi keyfiyyətlər aşılayan dayələrdən deyil.  əsilində bu dayə kütlük və nadanlıqda, miskin zavallılıqda şəhrəbanudan heç nə ilə fərqlənmir. məhz belə bir ictimai panoramda mirzə fətəlinin cəmiyyət və qadın problemi daha əzəmətli görünür, satira sırf sosial məna daşıyır. mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" komediyası müəyyən mənada tarixi xarakter daşıyır. lakin dramaturqun bu komediyası azərbaycanın tipik surətlərini indi də siyasi-ictimai kontekstdə, kinayəli sarkazmla, kəskin satira ilə cilalanan və eyni zamanda vəziyyət komediyası janrının estetik prinsiplərinə əsaslanan forma-üslubda yazılıb. dramaturq tarixi hadisələrin müasir dövrün insani psixologiyası, çağdaşlarının primitiv dünyagörüşləri, zamanm məişət abı-havası ilə həssaslıqla əlaqələndirə bilib. eyni zamanda komik hadisələrə kəskin ictimai motivlər aşılaya bilib. ən əsası isə odur ki, mirzə fətəlinin bədii personajları bu komediyadaki xarakterlərlə daha da dolğunlaşdı. oxucular dramaturqun obrazlar palitrasında yeni rənglər kimi görünən kütbaş lənkəran xanı, riyakar vəzir mirzə həbib, cəngavər təsiri bağışlayan teymur ağa, diribaş və gözüaçıq şölə xanım, əbləh mehtər kərim, tədbirli görünməyi ilə kürəkəninin başına oyun açan pəri xanım, bəd əməllərinə görə səksəkədə olan tacir hacı salah, dinməz olduğu qədər də vahiməli təsir bağışlayan xacə məsud surətləri ilə rastlaşdılar. başlıcası isə odur ki, axundzadə "lənkəran xanmm vəziri" komediyasıda da tənqid hədəfinə aldığı personajları əsil məsxərə estetikası, məzhəkə oyun-tamaşa poetika prinsipləri ilə canlandırıb. ilk üç pyesindən bir il sonra yazdığı dördüncü dram əsərində mirzə fətəlinin zahirən əyləncəli gorünən, lətifəvari təsir oyadan hadisələrin dərin qatlarında yenə də cəmiyyətin kəskin problemləri təsvir olunub. əlbəttə ki, yeni mövzu-problematikada, yeni hadisələr burulğanında və əlbəttə ki, yeni bədii personajlar vasitəsilə. "xırs quldurbasan" komediyası həyati olduğu qədər də canlı, gülməli, həyat nəfəslidir, cazibəli və əyləndiricidir. həyatın real hadisələrini reallıqla təsvir etmək məharəti bu komediyada da axundzadənin sənətkarlıq üslubunun estetik xüsusiyyəti kimi səciyyələnir. məişət komediyası janrı "xırs quldurbasan" səhnə əsərində əvvəlki pyeslərdən tamam fərqli rakursdan və tamam fərqli bədii-estetik məziyyətlərlə təcəssüm tapıb. cəmiyyətdəki ictimai bərabərsizlik, sosial bərabərsizliyin eybəcər fitnə-fəsadları həm satirik, həm də yumorlu ifadə vasitələri ilə qələmə alınıb. bir zümrənin özbaşınalığı ilə itaətə məhkum olan başqa zümrənin mütiliyi qarşılaşdırılıb və bu toqquşmada, bu müstəvidə mövcud cəmiyyətin rəzillikləri gülüş hədəfinə çevrilib. "xırs quldurbasan" komediyasında təsvir olunan pərzad dramaturqun əvvəlki qadın tiplərinin yeni və bir qədər təzə səciyyələr daşıyan personajıdır. bu komediyada zalxa və sona yeni bədii tutumlu obrazlar olduğu kimi, tarverdi və divanbəyi, yasavul kərim, dilmanc kamalov, vəli xatunoğlu, oruc nəsiboğlu, koxa, matvey surətləri tamam təzə personajlardır. dramaturq bundan əvvəlki pyesində fransız müsyö jordanla iranlı məstəli şahı üz-üzə gətirməsə də, bir müstəvidəki hadisələr zəminində bağlayıb. bu bağlamaqla da çox gülməli vəziyyət komediyası yaradıb. "xırs quldurbasan"da isə daha çevik formadan istifadə etməklə vəziyyət komediyasını daha sərt məişət olayları ilə daha canlı, daha gülməli və daha gözlənilməz finallı təqdimdə işləyib. pərzadın sevgisini "qazanmaq" üçün karvan soymağa çıxan qorxaq tarverdi təsadüfən yol keçən, milliyyətcə alman olan, hafizi-canəvarən frans foxtla rastlaşır. elə əsil mərəkə də bundan sonra başlayır. yenə də biz avropa və şərq şüur-əxlaq və məişət davranışı əksliklərinin gülüş doğuran, sarkazınla yoğrulmuş bədii təsviri ilə rastlaşırıq.</Page><Page Number="32">öyüd-nəsihət verən, insanları pis və bəd, yaramaz və rəzil əməllərdən çəkinməyə çağıran divanbəyi obrazı mirzə fətəlinin "hacı qara" komediyasında naçalnik surəti kimi verilib. lakin bu komediyasından əvvəl dramaturq bir qədər də siyasi-ictimai səciyyə daşıyan "lənkəran xanının vəziri" əsərini tamamlayıb. "mürafiə vəkilləri" (bəzən "təbriz vəkilləri" yazılıb) mirzə fətəlinin sonuncu dram əsəridir. dramaturqun bu pyesi 1855-ci ildə yazılıb və komediyadan daha çox dram janrının estetik tələblərinə daha yaxındır. mirzə fətəli burada yaşı on səkkiz olsa da, dərrakəsi, dünyaya açıq gözlə baxması, qətiyyəti, iradəsi ilə seçilən səkinə obrazı yaradıb. məhz bu insani keyfiyyətlərinə görə o, nadürüst, haramzada təbriz vəkilləri ilə mübarizədə, insanlıq haqqı, varislik haqqı, sevib-sevilmək haqqı uğrundakı çətin mübarizədə qalib gəlir. mirzə fətəli axundzadə əvvəlki beş komediyasında rast gəlmədiyimiz, lakin cəmiyyət üçün xarakterik olan vəkillər ağa salman və ağa mərdan, bazar darğası hacı rəcəbəli, ləçər, bihəya və riyakar zibeydə, pullu tacir olan, amma haqq mübarizəsində uduzan ağa həsən kimi bədii obrazlar yaradıb. mirzə fətəli axundzadənin komediyaları ("təmsilat"ı) milli ədəbiyyatımızda yeni janrın bünövrəsmi qoyub. mirzə fətəli axundzadənin pyesləri azərbaycanda qüdrətli dramaturqların yetişib-formalaşmaları üçün təməl olub. mirzə fətəli axundzadənin dram əsərləri dövrün ictimai-sosial mənzərəsini bədii reallıqla, xarakterik həyat hadisələri ilə təcəssüm etdirib. mirzə fətəli axundzadənin komediyaları öz dövrünün ən tipik insan xarakterlərini, cəmiyyətin təzadlı zümrələrinin koloritli təsvirini təbii boyalarla gələcək nəsillərə çatdırıb. nəhayət, mirzə fətəli axundzadənin komediyaları milli peşəkar teatrımızın təşəkkülü və inkişafı, geniş yayılması və ayrı-ayrı sənət ocaqlarının formalaşması üçün münbit zəmin olub və ölməz ənənə kimi ləyaqətlə davam etməkdədir.</Page><Page Number="33">peşəkar teatrin təşəkklü  milli xalq oyun-tamaşalarımızın tarixi neçə min illər əvvələ bağlı olsa da, peşəkar teatrımızın yaranması və təşəkkülü xix əsrin ortalarından o yana gedib çıxmır. bu tarixin özündə də hələ dürüstləşdirilməyən məqamlar qalmaqdadır. 1841-ci ildə qarabağın incisi sayılan şuşa şəhəri qəza mərkəzinə çevrilib. bununla bağlı şəhərdə inzibati idarə binaları ilə yanaşı, mədəniyyət obyektləri də tikilməyə başlayıb. şəhər teziiklə qafqazın mədəniyyət mərkəzlərindən birinə çevrilib. on doqquzuncu əsrin qırxıncı illərində şuşada lamberkerin sirk binası fəaliyyət göstərib. burada musiqi məclisləri də qurulub. "kavkaz" qəzetinin 1848-ci ildə çıxan 43-cü sayında "a.s." imzalı şəxs yazır ki, şuşalılar estetik cəhətdən inkişaf ediblər, incəsənəti dəra edə bilən zövqə malikdirlər. gözəl dekorasiyalarla göstərilən teatr tamaşalarına əhali həvəs və maraqla baxır. teatr salonunda bəzəkii lojalar qurulub və şəhərin tamaşalar oynayan bacarıqlı teatr həvəskarları vardır. təəssüflər olsun ki, məqalə müəllifi oynanılan tamaşanın bədii mətni və təşkilatçıları, ifaçıların kimliyi, oyunların nə vaxtlar və hansı prinsiplərlə göstərildiyi barədə məlumat verməyib. arxivlərdə də bu barədə tutarlı tarixi sənəd əldə etmək, hələ ki, mümkün olmayıb. azərbaycanda ilk teatr binalarından birinin də qədim tarixə malik və xix əsrdə quberniya mərkəzi olan şamaxıda tikildiyi məlumdur. teatr (bunu əyləncə evi kimi də qəbul etmək olar) binasının qurulduğu və orada tamaşa oynanıldığı barədə "kavkaz" qəzetinin 6 iyul 1858-ci il tarixli sayında məlumat var. orada yazılıb ki, şamaxı ziyalıları 1857-ci il dekabrın 6-da xeyriyyə məqsədilə tamaşa veriblər. tamaşadan əvvəl dekorasiyalar çəkiblər, tələm-tələslk afişalar yazıblar. dalbadal beş tamaşa oynanılıb. bina darısqal və tamaşa göstərilməsi üçün əlverişsiz olduğuna görə ziyalılar şəhərdə məxsusi teatr binası tikməyi qərarlaşdırıblar. teatr binasının inşası üçün şəhər knyazı vasitəsilə qubernatordan icazə alnııb. şamaxının əsas küçələrindən birində bu məqsədlə mağazalar kompleksi yerləşən bina seçilib. şəhərin mütərəqqi fikirli gənc ziyalısı ata bəy zeynal bəy oğlu mağazaların sahiblərinin pullarını ödəyib. eyni zamanda teatr binasının inşası, daha doğrusu, qurulması üçün könüllü şəküdə külli miqdarda ianə verib. şəhərin baş memarının müavini qasım bəy binanın yenidən qurulmasını öhdəsinə götürüb. bir aya mağaza teatr tamaşası göstərmək üçün yararlı hala salınıb və hətta salonun sağ-solunda 14 loja qurulub. "kavkaz" qəzetinin yazdığına görə, 1858-ci il aprelin 17-də həmin binada ilk teatr tamaşası göstərilib. qəzet onu da yazır ki, teatr binasını tikənlər və burada tamaşa göstərən səhnə həvəskarları (artistlər) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar. təəssüflər olsun ki, nə 1840-ci illərdə şuşada, nə də 6 dekabr 1857-ci ildə və yaxud 17 aprel 1858-ci ildə şamaxıda göstərilən tamaşaların hansı əsərlər əsasında oynanıldığı, kimlər tərəfindən hazırlandığı, ifaçıların kimliyi barədə əlimizdə heç bir sənəd (afişa, proqram, məlumat-resenziya və sairə) yoxdur. ona görə də milli peşəkar teatrımızın təşəkkül tarixini nə 1857-ci ildən, nə də 1858-ci ildən götürmək elmi-tədqiqi cəhətdən, tarixi dürüstlük baxımından, hələ ki, əsassızdır. bəlkə də, nə vaxtsa həmin tamaşaların göstərilmə tarixlərini təsdiqləyən sənədləri əldə etmək mümkün oldu. onda milli peşəkar teatrımızın tarixini 15-20 il irəli çəkinəyə mənəvi və tarixi haqqımız olar. xix əsrin ikinci yarısından başlayaraq, neft sənayesinin inkişafı sayəsində bakının mədəni həyatında dirçəliş başlayıb. şəhərdə məktəblər açılıb, rus dilində tamaşa-konsert müəssisələri yaradılıb. bu məktəblərdən biri də azərbaycanlı uşaqların təhsilləri üçün nəzərdə tutulmuş realnı məktəb (gimnaziya) idi. məktəbin şagirdləri müntəzəm olmasa da, hərdən rus dilində oynanılan teatr tamaşalarına baxırdılar. növbəti dəfə 1873-cü ildə bakı realnı məktəbin son şinif şagirdi, gələcəyin görkəmli dramaturqu nəcəf bəy vəzirov teatr tamaşasma baxıb. o, ana dilində tamaşa hazırlamaq qərarına gəlib və flkrini görkəmli maarifpərvər, iki il sonra azərbaycan dilində ilk nəşr sayılan "əkinçi" qəzetinin (1875) redaktoru və naşiri olan həsən bəy zərdabiyə bildirib. zərdabi mirzə fətəli</Page><Page Number="34">axundzadənin "təmsilat"ını oxuyub tanış olmaq və oynamağa bir məsxərə seçmək üçün ona verib. nəcəf bəy vəzirov dramaturqun "lənkəran xanının vəziri" komediyasını seçib. tezliklə məhz onun rəhbərliyi və təşkilatçılığı (çağdaş dillə rejissorluğu) ilə şagirdlər əsəri tamaşaya hazırlamağa başlayıblar. həsən bəy zərdabi məşqlərdə pedaqoq kimi, nəzarətçi sifətilə iştirak edib və hazırlıq prosesinə məsuliyyəti öhdəsinə götürüb. "lənkəran xanının vəziri" tamaşası novruz bayramı münasibətilə hazırlanıb. ilk tamaşa mart ayının 10-da "nəciblər klubu" binasında ("sobraniye" binası da adlanıb) göstərilib. afişada əsərin adı "sərgüzəşti-vəziri-xani sərab" yazılıb. milli mədəniyyətimizdə yeni səhifə açan teatr tamaşasında əsas rolları məktəbin şagirdləri əlyar (lənkəran xanının vəziri), səməd (vəzir mirzə həbib), nəcəf (ziba xanım), əsgər (nisə xanım) oynayıblar. ilk afişada göstərilən "nəcəf" nəcəf bəy vəzirov, "adıgözəl" isə gələcəyin ictimai xadimi və bir neçə pyes yazan əsgər ağa haqverdi oğlu adıgözəlov goranidir. tiflisdə çıxan "kavkaz" qəzeti 25 mart 1873-cü ildə çıxan sayında ilk milli teatr tamaşası barədə ətraflı məlumat verib. qəzet yazıb ki, teatr tamaşası hazırlamaqda məqsəd o olub ki, müsəlman əhlinə zövq verilsin. həm də yığılan pul xeyriyyə məqsədinə sərf olunsun. tamaşadan 150 manat pul yığılıb. maraqlıdır ki, teatr tamaşalarından yığılan pulun xeyriyyəyə sərf olunması, kasıb şagirdlərə məsrəf edilməsi həmin vaxtdan ənənə şəklini alıb. beləliklə, 10 mart 1873-cü il azərbaycan milli peşəkar teatrının doğum günü sayılır. bu tarix, həmçinin akademik milli dram teatrının təşəkkül tarixi kimi qəbul olunub. çünki bakıdakı bütün mövcud həvəskarlar truppaları uzun illər müstəqil fəaliyyətdən sonra məhz 1919-cu ildə birləşərək "dövlət teatrosu" ("hökumət teatrosuo da adlanıb) kimi institusional mədəniyyətin faktına çevrilib. bu barədə aşağıdakı dərslərdə daha geniş məlumat veriləcək. ilk işlərindən ruhlanan və müəllimlərinin təşəkkürlərini qazanan şagirdlər elə bu il aprel ayının 17-də daha bir tamaşa hazırlayaraq oynamışlar. növbəti tamaşa üçün mirzə fətəli axundzadənin "hekayəti-sərgüzəşti-mərdi-xəsis" ("hacı qara") komediyası seçilib. bu tamaşanın da əsas təşkilatçısı nəcəf bəy vəzirov olub. həsən bəy zərdabi tamaşaların hazırlanıb oynanılması barədə tiflisdə yaşayan mirzə fətəli axundzadəyə 1873-cü il iyunun 13-də məktub yazıb. zərdabi öz məktubunda bildirib ki, bizim tamaşaçılar hissləri qıcıqlandıran hadisələrə daha çox meyillidir. vəd edib ki, payızda tələbələr (şagirdlər) qayıdanda dramaturqun təzə əsərini tamaşaya hazırlayacaqdır. azərbaycan dilində teatr tamaşaları oynanılmasından müəyyən təşvişə düşən senzor mirzə fətəli axundzadənin pyeslərini daha "diqqətlə" oxumağa başlayıb. hətta bəzi komediyalarda, cüzi də olsa, bəzi ixtisarlar edəndən sonra onları oynamağı izinli sayıb. "lənkəran xanının vəziri" və "hacı qara" tamaşalarından sonra bakıda bir müddət azərbaycanca əsərlər oynanılmadı. bunun da əsas səbəbi o idi ki, nəcəf bəy vəzirov peterburqa (sonra moskvaya) ali təhsil almağa getmişdi. həsən bəy zərdabi isə əsas gücünü və səyini ana dilimizdə ilk qəzetin çap olunmasma icazə verilməsmə sərf edirdi. əsgər ağa gorani də moskvanın razumovski adına kənd təsərrüfatı akademiyasma qəbul olunmuşdu. bakı şəhərindən bu fədakarlıq təşəbbüsünün sorağı həm azərbaycanın, həm də qafqazın soydaşlarımız sıx yaşayan şəhərlərinə də çatdı. oralarda yaşayan ziyalılarımzda da tamaşalar oynamağa maraq və həvəs oyandı. bir-birinin ardınca tiflisdə (əvvəlcə 1873-cü ildə, sonralar 1877-ci ildən başlayaraq), şuşada (1874), qubada (1875), şəkidə (1879), irəvanda (1882), naxçıvanda (1883) teatr həvəskarları olan ziyalılar və məktəb şagirdləri tamaşalar oynamağa başladılar. başqa millətdən olan və azərbaycanca sərbəst danışan alma xanım və onun əri stepan safrazovlar 1882-ci ildən başlayaraq məmləkətimizin müxtəlif şəhərlərini gəzərək yerli həvəskarlarla tamaşalar verirdilər. onların səyyar repertuarının əsasını mirzə fətəli axundzadənin komediyaları və vasaq mədətovun azərbaycanca yazdığı "qırt-qırt", "fətəli şah" vodevilləri təşkil edirdi. tədricən nəcəf bəy vəzirovun kiçik məsxərələri də teatr həvəskarlarının diqqət mərkəzində olub.</Page><Page Number="35">hələlik yalnız həvəskarlıq səciyyəsi daşıyan teatr tamaşalarını hazırlayıb göstərən ziyalıların əsas məqsədləri xalqı maarifləndirmək və müəyyən mənada da camaatı əyləndirib onlara zövq vermək idi. təbii ki, bu zövqvermədə sənətin başlıca estetik prinsipləri gözlənilə bilməzdi. hələ peşəkar aktyorlar yox idi və nəinki peşəkar, heç həvəskar rejissuaradan da danışmağa dəyməzdi, çünki bu anlayış yox idi. tamaşalar rol bölünüb bir-iki gün ötəri məşq edilməklə oynanılırdı. sözləri səhnədə suflyor deyir və ifaçılar təkrarlayırdılar. tamaşalar, əsasən, novruz, orucluq, qurban bayramiarında, ayrı-ayrı məktəblərin müxtəlif mərasimlərində oynanılırdı. amma bütün bunlara baxmayaraq, həvəskarlar özləri də hiss etmədən, peşəkar teatr sənətinin inkişaf yollarını sırf professionallığa doğru əzınlə, fədakarlıqla aparırdılar. yay aylarında əslən qarabağlı olan ziyalılar, rusiyanın və avropanın müxtəlif şəhərlərində ali təhsil alan tələbələr şuşaya yığılırdılar. onlar və maarifçiliyə meyilli yerli gənclər, şəhər məktəblərinin yuxarı sinif şagirdləri burada böyük konsertlər təşkil edir, müxtəlif mədəni tədbirlər keçirirdilər. mədəniyyət hadisələri içərisində teatr tamaşaları göstərmək xüsusi yer tuturdu. bu işdə müəllimlər yusif bəy və mirzə muxtar məmmədov xüsusi səy göstərirdilər. on dörd yaşlı əbdürrəhim bəy haqverdiyevdə teatr sənətinə marağı da məhz yusif bəy oyadıb. mirzə muxtar məmmədov azərbaycanın ilk peşəkar aktyorlarından sayılır. tiflis şəhərində əhalinin böyük qismini təşkil edən azərbaycanlıların teatr tamaşaları oynamaları da tədricən müntəzəm hal alaraq hər aya təsadüf edirdi. bakıda bu işi, əsasən, müəllimlər və şagirdlər görürdülər. teatr tamaşalarını oynamaq üçün bakıda məxsusi bina yox idi. bu çətinliyi aradan qaldırmaq məqsədilə hacı zeynalabdin tağıyev 1883-cü ildə özünün taxıl anbarının özülü üzərində teatr binası inşa etdirib. peşəkar teatr təşəkkül tapdığı ildən sonra təxminən on üç-on dörd il ərzində, əsasən, həvəskarlar tamaşa hazırlamaq cəhdində olublar. onların bəziləri bir, bəziləri iki, bəziləri uzağı üç-dörd tamaşadan sonra bu işdən ayrılır, öz peşələrinin dalınca gedirdilər. ona görə də mərasimdən mərasimə, bayramdan-bayrama yada düşən "teatr çıxarmaq" həvəsində olanlar tez-tez dəyişirdilər. 1873-1886-ci illər bakıda peşəkar teatrın təşəkkülünün və tədricən inkişaf etməsinin ilk mərhələsi sayılır. tiflis, irəvan, naxçıvan, gəncə teatrları, müxtəlif əyalətlərdə səhnə sənətinin yaranına mərhələləri barədə ayrı-ayrı fəsillərdə bəhs olunacaq. ona görə də məhz akademik milli dram teatrının həvəskarlıq mərhələləri kimi bakının teatr prosesinin müxtəlif əsas dövrlərindən bəhs olunacaq.    nəcəf bəy vəzirov (aprel 1854 - 9 iyun 1926)  azərbaycanın görkəmli maarifpərvər yazıçılarından biri də nəcəf bəy vəzirovdur. o, milli peşəkar teatrımızın yaradıcılarından və ilk teatr tamaşasını həm hazırlayanlardan, həm də onun iştirakçılarından biridir. mirzə fətəli axundzadədən sonra dramaturgiya ilə birinci məşğul olub və azərbaycan ədəbiyyatında faciə janrının bünövrəsini qoyub. nəcəf bəy fətəli bəy oğlu vəzirov 1854-cü ilin aprelində şuşa şəhərində doğulub. babası qarabağ mahalındakı zümürxaç kəndinin kasıblamış bəylərindən olub. atası fətəli bəy cavan yaşlarından əmək qabiliyyətini xeyli itirib və kasıblayaraq ailəsini güc-bəlayla dolandırıb. tədricən ailənin təsərrüfat işlərini və ruzi qazanmaq vəzifəsini nəcəf bəyin anası, mahalda qeyrətli və qoçaq qadın kimi tanınan mina xanım öz üzərinə götürüb. yalnız bundan sonra, yəni on iki yaşında nəcəf bəy vəzirov mədrəsədə təhsil almağa başlayıb. iti zehni və çalışqanlığı ilə üç aya quran oxumağı, sərbəst yazınağı öyrənib. bir il sonra şuşa şəhərinin mülkiyyə məktəbinə daxil olub. lakin müəlliminin kobud rəftarına görə məktəbi ataraq təhsilini yarımçıq qoyub. yaxın bir qohumu nəcəf</Page><Page Number="36">bəyə rus dilini öyrədib və o, cüzi yazı-pozu ilə mirzəlik edərək ailəsinə maddi yardım göstərməyə başlayıb. oxumağa, elmə, maarifə böyük maraq göstərən nəcəf bəy qohumlarının tənələrinə və anasının etirazına məhəl qoymadan 1868-ci ildə yarımçıq təhsilini davam etdirmək məqsədilə bakıya gəlib. burada realnı gimnaziyaya daxil olub. altı il şəhərin ən mötəbər təhsil ocaqlarından sayılan gimnaziyada oxuyub. 1874-cü ilin iyun ayında gimnaziyanı gümüş medalla bitirib və ali təhsil almaq üçün peterburqa gedib. uğurla imtahan verib və məşhur peterburq universitetinə qəbul edilib. elə ilk günlərdən şəhərin rütubətli havası ona düşməyib və səhhəti ağırlaşan iyirmi yaşlı nəcəf bəy batdaq qızdırmasma tutulub. müalicə alandan sonra həkimlərin məsləhəti ilə moskvaya gəlib. burada da uğurla imtahan verərək petrovski-razumovski kənd təsərrüfatı akademiyasının tələbəsi olub. kasıbçılıq ucbatından uzun illər palaza bürünüb yatdığına görə ona "dərviş" təxəllüsü veriblər. hətta yazıçı özü də bəzi ədəbi nümunələrində, o cümlədən 1893-cü ildə şuşada kitab şəklində çap olunmuş "daldan atılan daş topuğa dəyər" pyesinin titul vərəqində imzasını belə verib: "inşayi dərviş nəcəf bəy vəzirzadə". akademiyanı 1878-ci ildə qurtardıqdan sonra moskvadan azərbaycana qayıdan nəcəf bəy vəzirov əvvəlcə gəncə quberniyasının tərtər nahiyəsində, dilicanda, sonralar isə müxtəlif bölgələrdə meşəbəyi işləyib. 1895-ci ildə bakıya köçüb və burada vəkililklə məşğul olub. eyni zamanda müxtəlif mətbuat səhifələrində publisistik yazılarla çıxış edib. onun müxtəlif mövzulu məqalələri 1905-1918-ci illərdə "həyat", "irşad", "tazə həyat", "tərəqqi", "yeni irşad", "sədayi-həqq", "e1 həyatı", "açıq söz", "mirat" qəzetlərində çap olunub. bakının məşhur mədəni-maarif cəmiyyətlərindən olan "səfa" 1913-cü il noyabr ayının 15-də tağıyev teatrında (şəhər teatrında) nəcəf bəy vəzirovun ədəbi fəaliyyətinin 40 illiyinin yubiley təntənəsini keçirib. yubiley mərasiminin bədii hissəsində cahangir zeynalovun rejissorluğu ilə ədibin "hacı qəmbər" komediyası oynanılıb. nəcəf bəy vəzirov 1926-cı il iyun ayının 9-da şamaxının çuxuryurd kəndində ürək xəstəliyindən vəfat edib. cənazəsi bakıya gətirilərək burada, hazırda fəxri xiyaban adlanan qəbiristanlıqda dəfn olunub.  * * *  yaradıcılığında nəsr və publisistika ilə məşğul olsa da, ilk növbədə dramaturq kimi ədəbiyyatımızın klassikləri sırasma daxildir. onun yaradıcılığını üç mərhələyə bölmək olar. birinci mərhələ:   1873-1900-cü illər; ikinci mərhələ:    1902-1913-cü illər; üçüncü mərhələ:  1913-1921-ci illər. nəcəf bəy vəzirov dramaturji yaradıcılığa bakıda olarkən başlayıb. 1873-cü il mart ayının 10-da bam realnı gimnaziyanın şagirdləri ilə birlikdə mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" komediyasının tamaşasında oynayıb. bundan təsirlənərək elə həmin il ilk birpərdəli "əti sənin, sümüyü mənim" (1873) və "qaragünlü" (1874) məzhəkələrini yazıb. lakin həmin əsərlər itib. dramaturq bu məzhəkələrdən birincisinin süjeti və mövzusu barədə vaxtilə "əkinçi" qəzetində yazıb. əldə olmayan ikinci məzhəkəsi barədə isə müfəssəl tərcümeyi-halında bəhs edib. moskvanın teatr mühiti, klassik rus və dünya dramaturqlarının yaradıcılıqları ilə yaxından tanış olan vəzirov ədəbiyyata daha ciddi meyil göstərib. tələbə vaxtı "ev tərbiyəsinin bir şəkli" (1875), "gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb. meşəbəyi işləyə-işləyə "daldan atılan daş topuğa dəyər" (1890), "sonraki peşmançılıq fayda  verməz" (1890), "adı var, özü yox" (1891), "yağışdan çıxdıq, yağmura düşdük" ("hacı qəmbər" 1895) komediyalarını, "müsibəti-fəxrəddin" (1896) faciəsini və "pəhlivanani-zəmanə" ("zəmanə pəhlivanları". 1900) dramını tamamlayıb.</Page><Page Number="37">"müsibəti-fəxrəddin" ilk azərbaycan faciəsidir. "pəhlivanani-zəmanə" isə milli buruaziyanın həyatından, bakı neftindən bəhs edən, tacir-burjua obrazı təsvir olunan birinci dram əsəridir. yaradıcılığının lknci dövrünə "ağa kərim xan ərdəbili" məzhəkəsi ilə 1902-ci ildə başlayıb. bu məzhəkə əslində fransız dramaturqu jan batist molyerin məşhur "xəsis" komediyasından iqtibas edilib. lakin nəcəf bəy əsərə güclü milli ruh verə, koloritli və tipik bədii obrazlar yarada bilib. məhz buna görə də həmin komediya dramaturgiyamızda daha çox və əsasən, milli sənət nümunəsi kimi şöhrətlənib. dramaturqun yaradıcılığının ikinci dövrü kimi səciyyələnən mərhələdə nəcəf bəy vəzirov "vay şələküm-məəlləküm" (1909), "nə əkərsən, onu biçərsən" (1911), "keçmişdə qaçaqlar" (1912) səhnə əsərlərini yazıb. fransız ədəbiyyatından götürülmüş "vəkil patelen" vodevilini "dələduz" adı ilə, məzhəkə janrında iqtibas və təbdil edib. həmçinin müxtəlif teatr truppalarında coşğunluqla rejissorluq fəaliyyəti göstərib. bəzən həvəskar aktyor kimi kiçik həcmli rollar da oynayıb. nəcəf bəy vəzirovun ədəbi yaradıcılığının üçüncü dövrü də məhsuldar sayıla bilər. dramaturq ömrünün ağsaqqal çağında və yaradıcılığının müdriklik mərhələsində "pul düşkünü hacı fərəc" (1912), "keçmişdə qaçaqlar" (1912), "təzə əsrin ibtidası" (1920) pyeslərini işləyib. dramaturq nəcəf bəy vəzirovun "mehdi xan tabasarani" pyesi tamamlanmayıb, yarımçıq qalıb. dramaturqun məzhəkə və məsxərə janrında yazdığı dram əsərləri milli folklordan, xalq oyun-tamaşalarının kompozisiya qurumundan, forma elementlərindən, məzmun xüsusiyyətlərindən şirələnib. süjet aydın və sadə, dramaturji dil şirəli və zəngindir. yaradıcılığının sonrakı illərində də xalq dramlarına, meydan oyunları prinsiplorinə əsaslandığına görə nəcəf bəy vəzirovun komediyalarının əksəriyyətinin adı atalar sözü ilə verilib. onun məzhəkələrinin mövzu, ideya-bədii əsasını məişətdə mövcud olan evlənmək və digər ailə məsələləri, varlanmağa hərislik duyğuları, halal zəhmətə rəğbət hissi təşkil edir. dramlarında isə dramaturq burjua mənəvi-əxlaqi dəyərlərinin iyrənc tərəflərini, feodal həyat tərzinin qüsurlu cəhətlərini, nadanlığın bəlalarını, təfəkkür ətalətinin faciələrini, cəmiyyətdəki mövcud əxlaq normalarının rəzilliyini həssaslıqla, inandırıcı vasitələrlə tənqid hədəfinə çevirib. mülkədarlığın dağıdıcı, mənəviyyatları parçalayan xüsusiyyətlərini, nəsil ədavətinə təkan verməsini və bu zəmində faciələr törənməsmə meydan açılmasını sərt dramaturji hadisələr burulğanında verib və bunları öz əsərlərinin baş mövzusu kimi səciyyələndirib. ilk qələm təcrübəsindən başlayaraq, nəcəf bəy vəzirov get-gedə hər təzə əsərində ideyaları dolğunlaşdırmış, kompozisiyanı bütövləşdirmiş, bədii personajların xarakterik cizgilərini cilalamış, dramaturji kolliziyaların mahiyyətini dərinləşdirmiş, dramaturgiyaya yeni-yeni sosial tipləri gətirmişdir. bu baxımdan onun pyeslərində iki yüzə yaxın maraqlı dram surəti vardır. təbii ki, onların arasında bədii cəhətdən qüsurlusu, zəifi, hətta natamam görünəni də var. ancaq məsələ ondadır ki, nəcəf bəy vəzirovun bədii personajları dövrünün canlı, real, həyati insan surətləridir. görkəmli dramaturq "hacı qəmbər"lə azərbaycan komediya janrının yeni mərhələsinin bünövrəsini qoymuşdur. eyni zamanda, "hacı qəmbər" pyesi dramaturgiyamızda traglkomediya janrının bədii sınaqdan çıxarılmasma ilk cəhddir. xix əsrin son on ilində bakı çox sürətlə inkişaf edərək qafqazın ən böyük sənaye və ticarət mərkəzinə çevrilirdi. bu, bir tərəfdən şəhərdə neft istehsalının və ixracının artması ilə bağlı olsa da, digər tərəfdən şəhərin ticarət mərkəzinə çevrilməsi ilə əlaqəli idi. azərbaycanda bakı - tiflis dəmir yolu işə düşmüşdü, xəzər dənizində gəmiçilik inkişaf tapmışdı və bununla bağlı ticarətin yeni formaları meydana çıxmışdı. bakıda milyonçu neftxudalar peyda olmuşdular. güclü bank şəbəkəsi fəaliyyət göstərir, nobel, rotşild kimi əcnəbi milyonçular şəhərə ağlagəlməz yatırım və sərmayə qoyurdular. təbii ki, bütün bunlar həm cəmıyyətin inkişafına təsir göstərir, həm də yeni və mürəkkəb, yeni və təzadlı insani münasibətləri formalaşdırır, gözlənilməz sosial münasibətlər üzə çıxarırdı.</Page><Page Number="38">nəcəf bəy vəzirovun "hacı qəmbər" komediyası bu dövrün xarakterik həyat hadisələrini tipik vəziyyətlərdə və tipik xarakterlərlə təcəssüm etdirib. əsərin qəhrəmanı, tacir-sövdəgər hacı qəmbər mənəvi cəhətdən hacı qara ("hacı qara"), ağa həsən ("mürafiə vəkilləri") obrazları ilə "qohum" olsa da, dramaturji personaj kimi yeni xarakterdir. dramaturq bir tərəfdən geniş ticarətlə məşğul olmaq cəhdində bulunmuş hacı qəmbərin sövdəgərlıyini təqdir edibsə, digər tərəfdən onun savadsızlığını, ailəsi ola-ola qızı yerində qulluqçu yetərlə evlənmək eşqinə düşmüş gülünc vəziyyətini tənqid hədəfinə çevirə bilib. həmin gülünc, lakin dramaturji baxımdan maraqlı vəziyyətdə mayor xudaverdi bəyin, tacir hacı salmanın riyakarlıqları, mənəvi eybəcərlikləri real, bir qədər satirik səhnə dili ilə nəzərə çatdırılıb. yetər isə xalq dramlarının şən, hazırcavab və mürəkkəb vəziyyətlərdən baş çıxarmağa çalışan məzəli obrazlara bənzəyir, lakin onun bədii təsviri orijinaldır. özünün publisistik məqalələrində yazdığı maarifçilik ideyalarını, xalqını xoşbəxt görmək arzularını, cəmiyyət barədə yanğılı və həsrətli fikirlərini dramaturq "hacı qəmbər" komediyasında gənc ziyalı əşrəf bəyin və müəyyən məqamlarda aşıq vəlinin dillərində səsləndirib. əsər həm məişət komediyası, həm də sosial satira kimi dəyərli bədii keyfiyyətlərə malikdir. nəcəf bəy vəzirov ənənə olmadan "müsibəti-fəxrəddin" kimi faciə əsəri yarada bilmişdir. "müsibəti-fəxrəddin" faciəsi ilə ədəbiyyatımızda, həmçinin romantik dramaturgiyanın təməli qoyulmuşdur. sonralar bu əsər eyni zamanda romantik teatrın və romantik aktyor məktəbinin yaradıcısı olmuşdur. "müsibəti-fəxrəddin" faciəsində feodalizm çamırlığında mövcud əxlaq normalarının törətdiyi mənəvi və fiziki faciələr qabarıq verilməklə, maarifçilik ruhunun əsarət zəncirlərini qırmaq əzınındə olduğu da inandırıcı reallıqla təsvir edilmişdir. rüstəm bəy obrazı milli mülkədarların tipik nümayəndəsi, fəxrəddin və bir qədər də fərhad surətləri isə ziyalı təbəqəsinin, işıqlı təfəkkürün "zülmət səltənətində nur" təmsilçiləri kimi verilmişlər. bu iki əks qütbün real təsvirində ölkədə mövcud olan nəsil ədavətinin törətdiyi fitnə-fəsadlar, qanlı müsibətlər daha iyrənc, daha eybəcər şəkildə öz mahiyyətini üzə çıxardıb. dramaturq özünün cəmiyyət və insan, elm və şüurun azadlığı, təfəkkürün təkamülü və ideal həyat, maariflənmə və sosial tərəqqi ideyalarını fəxrəddin obrazının timsalında, xarakterik dramaturji cizgilərlə verib. qadın azadlığı duyğularını isə səadət xanımın timsalında oxuculara çatdırıb. faciədə eyni zamanda feodal-patriarxal cəmiyyətinin kübar təbəqəsinin cahangir bəy, şahmar bəy, mələk xanım, gülbahar xanım kimi nümayəndələrinin və rəiyyəti təmsil edənlərin (qulluqçu hürü xala, nökərlər əhməd və vəli, hacı murad və xəlil) bitkin xarakterləri işlənilib. "pəhlivanani-zəmanə" dramında isə eyni dövrün və eyni millətin burjua əxlaq düşüncələrinin rəzil xüsusiyyətləri, neft möhtəkirlərinin dələduzluqları, vəkil aslan bəyin timsahnda qanunun pulla hərraca qoyulması, həddi-büluğa çatmış qızların nadanlıq pərdəsində yaşadıqları üçün ehtiras düşkünlərinin amansız cənginə düşmələri ürəkağrısı ilə qələmə alınıb. əgər dramaturq "müsibəti-fəxrəddin" faciəsində kəndlilərin avamlıq qəflətindən ayılmamalarının müsibətini veribsə, "pəhlivanani-zəmanə" dramında cəhalət yuxusunda mürgü vuran, torpağı əlindən alınmış qurban kişinin nadanlığını qabarıq nəzərə çatdırıb. nəcəf bəy vəzirov "nə əkərsən, onu biçərsən", "pul düşkünü hacı fərəc", "vay şələküm, məəlləküm" pyeslərində də müxtəlif situasiyalarda və müxtəlif mövzu-problematikada, müxtəlif sosial tiplər vasitəsilə burjua əxlaqını, sərxoşluğu, əxlaqi naqislikləri ifşa hədəfində saxlayıb. "keçmişdə qaçaqlar", "adı var, özü yox", "daldan atılan daş topuğa dəyər" məzhəkə-dramlarında isə mülkədar həyat tərzinin eybəcər tərəfləri, şüur kəmliyinin və savadsızlığın törətdiyi mənəvi-əxlaqi, ictimai-psixoloji fəsadlar, zülmə qarşı namuslu insanların, primitiv şəkildə olsa da, apardıqları mübarizələrin mahiyyəti yazıçı amalının, yazıçı qayəsinin əsas ruhunu təşkil edib. sovet dövrünün ilk ilində yazdığı "təzə əsrin ibtidası" pyesində nəcəf bəy vəzirov mülkədar şüuru ilə zəhmətkeş dü-şüncə tərzini yeni estetik aspektdən qələmə alıb. mürəkkəb dramaturji hadisələrin mərkəzində yeni şüur oyanışının ziyalarını qabarıq verməyə çalışıb.</Page><Page Number="39">nəcəf bəy vəzirovun dramaturgiyası tənqidi realizmın estetik prinsipləri ilə özəl səciyyə daşıyır. nəcəf bəy vəzirov dram əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, həmin dövrün insanlarının mürəkkəb, psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaradıb. nəcəf bəy vəzirov milli dramaturgiyamıza fəlsəfi təməl, psixoloji dramatizm, fəci obrazlar silsiləsi gətirib.    peşəkarliğa keçidin yeni mərhələsi (1886-1896)  teatr prosesi 1885-ci ildə digər şəhərlərə, yəni tiflisə və şuşaya nisbətən bakıda bir qədər öləzidi. onun əsas səbəbi teatr meyilli ziyalılıarın qısa müddətdə müxtəlif şəhərlərə getmələri ilə bağlı idi. bununla belə, il ərzində müxtəlif həvəskarlar mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri", "müsyö jordan və dərviş məstəli şah" komediyalarını, vasaq mədətovun vodevillərini hazırlayıb tamaşaçılara göstərirdilər. bu səylər 1886-cı ildə davam etdirildi. həmin dövrdə əslən şamaxılı olan həbib bəy hacı ibrahimxəlil oğlu mahmudbəyov (1864- 1927) və sultanməcid hacı murtuzəli oğlu qənizadə (1866-1937) tiflis şəhərində aleksandrinsk müəllimlər institutunda oxuyurdular. onlar qış və yay tətillərində bakıda olmuş, burada tanış ziyalılarla birgə bir neçə teatr tamaşası hazırlamışdılar. tiflisdə həm gürcü, həm rus, həm də bu şəhərə gələn əcnəbi teatrlarının, ayrı-ayrı daimi truppaların tamaşalarına baxmış, səhnə sənətinin müəyyən vacib mətləblərinin əsas xüsusiyyətlərini mənimsəyə bilmişdilər. həbib bəy və sultanməcid bəy 1887-ci ildə ali təhsillərini başa vuraraq bakıya pedaqoji fəaliyyətə göndərildilər. burada müəllimliyə başladılar və tez bir zamanda şəhərdə həm maarif və həm də mədəniyyət xadimi kimi tanındılar. ikisi bir yerdə bakıda yeni tipli rus-türk (rus-müsəlman və rus-tatar da deyilib) məktəbi açdılar. "həbib bəyin məktəbi" kimi məşhur olan təhsil ocağı bu gün 132 saylı məktəbdir. həbib bəy mahmudbəyov, sultanməcid qənizadə və onların məslək və əqidə dostu nəcəfqulu vəliyev bakıda teatr həvəskarlarını öz ətraflarında toplayaraq teatr sənətinin dirçəlişinə yeni və səmərəli təkan verə bildilər. onlar bu işə dərs dedikləri məktəblərin yuxarı sinif şagirdlərini də cəlb edirdilər. hər il məktəbi bitirən şagirdləri yenilər əvəz edirdi. məşhur teatr aktyoru və rejissoru hüseyn ərəblinski və aktyor-dramaturq mirmahmud kazımovski də ilk dəfə bu müəllimlərin həvəskarlar dəstəsində səhnəyə çıxıblar. 1923-cü ildə bakıda nəşr olunmuş "azərbaycan türk teatrının müxtəsər tarixçəsi" kitabında yazılıb ki, 1887-ci ildən sonra türk teatrı bakıda gəldikcə tərəqqi etməyə başlayır. o vaxtın cavanlarından sultanməcid qənizadə, həbibbəy mahmudbəyov və nəcəfqulu vəliyev başlarına həvəskarları cəm edib teatrlar verməyə başlayırlar. bu şəxslərin teatr yolunda çəkdikləri əzab, uğraşdıqları ənvai təhqirat, föhşlərin heç biri vəsfə gələsi deyildir". onlar əsil maarifpərvərlik fədakarlığı göstərərək, həvəskarlardan ibarət teatr durumunun güclənləsinə və milli səhnə sənətimizin peşəkärlığın yeni səciyyələrini qazanınasma nail ola biliblər. üçlüyün hazırladığı ilk tamaşalar içərisində mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" komediyası daha böyük uğur qazanıb. şəhər teatrında (tağıyev teatrı) göstərilən tamaşada əsas rolları s.seyidov (dərviş məstəli şah), m.şəkibəyov (qulaməli), s.qayıbov (müsyö jordan), ş.mirzəyev (hatəmxan ağa), kostapova (şərəfnisə), rusiyeva (gülçöhrə) cahangir zeynalov (şahbaz bəy), vəzirov (şəhrəbanu) oynayıblar. tamaşaya məsul s.seyidov olub.</Page><Page Number="40">xatırladım ki, 1920-ci illərə kimi müxtəlif truppalarda, ayrı-ayrı teatr dəstələrində hazırlanıb göstərilən tamaşalara məsul müdir olurdu. bu şəxs bütün inzibati işlərə cavabdehilk daşıyırdı və onu fərasət və bacarığına görə seçirdilər. bu illərdən başlayaraq məşhur komik aktyor cahangir zeynalov və aktyor, rejissor və inzibati işçi əbülfət vəli (vəliyev) teatr sənətində peşəkarlıq yolunu tutmağa başladılar. onların ardınca digər sənətkarlar da teatrı özlərinə əsas peşə seçdilər. həvəskar artistlər oynadıqları tamaşalardan gələn gəlirlərin daha çox hissəsini kasıb şagirdlərin geyim və dərs ləvazimatlarına xərcləyirdilər. teatr sənətinin tərəqqisi ilə bağlı ziyalılarımız dünya dramaturgiyası nümunələrini tərcümə etməyə meyil göstərirdilər. məsələn, 1888-ci ildə tiflisdə çıxan "kəşkül" qəzeti alman ədibi fridrix şillerin "məkr və məhəbbət" faciəsinin tərcüməsini "xüdə və eşq" adı ilə çap etməyə başlayıb. azərbaycan və rus məktəblərinə yardım məqsədilə göstərilən səhnə əsərləri arasında 1889-cu ildə oynanılan "lənkəran xanının vəziri" və "qırt-qırt" (vasaq mədətov) tamaşaları daha maraqlı alınmışdı. qənizadə və mahmudbəyov get-gedə həvəskarlara rol üzərində işləməyin əlifbasını öyrədir, müəyyən mənada sabit dəstə yaratmağa səy göstərirdilər. onlar müəllim yoldaşlarının köməkliyi ilə şəhərdə müxtəlif müsamirələr keçirir və sonda kiçik vodevillər, məzhəkələr oynanılmasını təşkil edirdilər. 1890-cı ilin ən böyük teatr hadisələrindən biri martın 10-da tağıyev teatrında göstərilən komediya olub. əvvəlcədən elan vurulmuşdu ki, tamaşadan gələn gəlir yoxsul şagirdlərə xərclənəcək. başqa bir tarixi hadisə o olub ki, milli səhnəmizin ilk peşəkar artistlərindən sayılan məhəmməd bəy məlikov (əlvəndi) aktyorluğu özünə peşə seçərək səhnə fəaliyyətinə başlayıb. digər teatr hadisəsi bina ilə bağlıdır. bakı neftxudası, xeyirxah milyonçu ağa musa nağıyev şəhərdə "obşestvennoye sobraniye" ("cəmiyyət yığnağı", "nəciblər evi") binası tikdirib. həmçinin "nağıyev teatrı" adlanan bu binada teatr tamaşaları oynanılıb, mədəni müsamirələr, yığılan vəsait mədəniyyətə sərf olunan ianə axşamları keçirilib. nəriman nərimanovun 1891-ci ildə bakıya gəlməsinin də teatr prosesinin təkamülünə müsbət təsiri olub. əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" faciəsinin tamaşaya hazırlanmasında iştirak edən nərimanov həm də əsərdə nəcəf bəyin rolunu oynayıb. cəlal ünsizadə aleksandr puşkinin məşhur "boris qodunov" faciəsini azərbaycan dilinə tərcümə edib. teatr həyatında canlanına 1892-ci ildə bir qədər də artıb. ilin ilk aylarında teatr həvəskarları tağıyev teatrında vasaq mədətovun "bacı və qardaş" (4 fevral) vodevilini göstəriblər. il ərzində oynanılan tamaşalardan daha çox diqqətçəkəni sultanməcid qənizadənin rus dramaturqu dyaçenkodan tərcümə-təbdil etdiyi "qurban üçün qurban", mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" (hər ikisi 9 martda oynanılıb), nəcəf bəy vəzirovun "yağışdan çıxdıq, yağmura düşdük" ("hacı qəmbər". 7 dekabr) əsərlərinin quruluşları olub. nəriman nərimanov bakıda bir dram dərnəyi yaradıb. dərnəyin ətrafına xeyli teatr həvəskarı toplaşıb, onlar əvvəlcədən müəyyən repertuar müəyyənləşdiriblər. həmin dərnəyin ömrü az olsa da, bu ilk səy sonraki teatr dəstlərinin yaranması üçün zəmin-təcrübəyə çevrilib. sultanməcid qənizadə savadsız əhalinin kiçik həcmli məzhəkə və məsxərələrə daha maraqlı olduğunu nəzərə alaraq, təbdillər etməyə üstünlük verib. onun təbdilində "xor-xor" məzhəkəsi 1893-cü ildə dəfələrlə təzə quruluş və heyətdə oynanılıb. qənizadə dahi rus ədibi lev tolstoyun "əvvəlinci şərabçı" birpərdəli məzhəkəsini də tərcümə edib və may ayında özü tamaşaya hazırlayıb. o, bu barədə yasnaya polyanada yaşayan lev tolstoya məktub da yazıb. mirzə fətəlinin "hacı qara" komediyası il ərzində tağıyev teatrında və "dənizçilər klubunda" bir neçə dəfə tamaşaçıların ixtiyarına verilib. 1894-cü illərdə teatr həvəskarlarının bəsit repertuarının əsasını mirzə fətəli axundzadənin komediyaları, nəcəf bəy vəzirovun məzhəkələri, vasaq mədətovun vodevilləri və sultanməcid qənizadənin təbdilləri, iqtibasları təşkil edib.</Page><Page Number="41">tiflis şəhərində fəaliyyət göstərən qafqaz senzurası 1895-ci ildə nəriman nərimanovun ilk səhnə əsəri olan "nadanlıq" komediyasının oynanılmasma icazə verib. komediya ilk dəfə bakının teatr həvəskarları tərəfindən oynanılıb. tağıyev teatrı binasında göstərilən tamaşada dramaturq özü imran rolunda çıxış edib. tamaşadan 800 manat hasil olub ki, bu da o dövr üçün hadisə idi. yəni tamaşaya çoxlu tamaşaçı gəlib. ümumiyyətlə isə, əbdürrəhim bəy haqverdiyev ilə nəriman nərimanovun əsərlərinin həvəskarların repertuarında yer tutması fədakarların mövzu-problematika axtarışlarına meydan açmışdı. il ərzində həvəskarlar "lənkəran xanının vəziri", "hacı qara", "müsyö jordan və dərviş məstəli şah", "daldan atılan daş topuğa dəyər", "hacı qəmbər", "ev tərbiyəsinin bir şəkli" (nəcəf bəy vəzirov), "xor-xor", "qırt-qırt" komediya, təbdil və məsxərələrini dönə-dönə ifa etmişlər. ağa musa nağıyev bir qrupda birləşmiş ziyalı gəncləri hamiliyə götürmüşdü. o, gənclərə maddi yardım edir, onların maarifçilik fəaliyyətlərinə hərtərəfli şərait yaratmağa çalışırdı. gənclər müxtəlif mədəni-maarif tədbirləri keçirir, musiqili-bədii müsamirələr hazırlayır və tamaşalar göstərirdilər. toplanan pullar müxtəlif xeyriyyə işlərinə xərclənirdi. mədəniyyət fədailəri olan bu gənclər dramaturq nəriman nərimanovun "şamdan bəy" ("dilin bəlası") komediyasının ilk quruluşunu oynayıblar. tamaşa 1896-cı il noyabrın 23-də tağıyev teatrında göstərilib. elə həmin gün bu tamaşadan sonra eyni truppanın ifasında "qırt-qırt" vodevili də tamaşaçılara təqdim olunub. "şamdan bəy" komediyasının rejissorları nəriman nərimanov və cahangir zeynalov idilər. onlar digər təşkilati işləri də öz üzərlərinə götürmüşdülər. tamaşada əsas rolları cahangir zeynalov (hacı ibrahim), əbülfət vəli (niyaz) və məlikov (şamdan bəy) ifa ediblər. cahangir zeynalov bakının tanınmış tacirlərindən idi. ticarətdən əldə etdiyi qazancın böyük bir qisınıni həvəskar aktyorlara və tamaşaların hazırlanmasma (bina, paltar, dekorasiya kirayəsi və sairə) xərcləyirdi. məşqlər çətin vaxtlarda onun evində aparılırdı. bütün bunlara görə "şamdan bəy"in premyerasından sonra tamaşaçıların iştiraki ilə cahangir zeynalova qızıl qol saatı bağışlandı. teatr sənətinin inkişafındakı məqsədyönlü və səmərəli fəaliyyətinə görə nəriman nərimanova isə həmin axşam brilyant üzük verildi. hədiyyələrin xərclərini ağa musa nağıyev çəkmişdi. 1896-cı ildə həsən bəy zərdabi (məlikov) teatr həvəskarlarından ibarət truppa yaratmağa icazə almaq üçün bakıdakı yerli hökumətə məktubla müraciət etmişdi. lakin bunun nəticəsi olmamışdı. sonralar nəriman nərimanov bu işə girişdi. nəhayət, peşəkar milli teatrın fəaliyyətinin iyirmi üçüncü ilində ilk dəfə birləşmiş teatr dəstəsi yaradıldı. ona "birinci müsəlman" truppası" adı verildi. truppadan daha çox yığcam dəstəni xatırladan kollektivə cahangir zeynalov, nəriman nərimanov, həsən bəy zərdabi, isgəndər bəy məlikov, məhəmməd bəy məlikov (əlvəndi), əbülfət vəli (vəliyev) və digər teatrsevər ziyalılar, səhnəyə həvəs göstərən gənclər daxil oldular. truppa ilin sonlarında yarandığına görə, onun əsas fəaliyyəti növbəti ildən başlandı. bu isə peşəkar teatrımızın inkişaf mərhələlərində yeni dövr kimi səciyyəvidir. qeyd. müxtəlif teatr truppaları, təhsil ocaqları ilə bağlı "müsəlman" sözünə tez-tez rast gələcəksiniz. bu söz "azərbaycan" mənasında işlədilib. siz də onu elə oxuyun.</Page><Page Number="42">cəlil məmmədquluzadə (10.2.1866-4.1.1932)  milli ədəbiyyatımızın ən görkəmli simalarından bıri cəlil məmmədquluzadə sayılır. bütün yaxın şərqdə sevilə-sevilə oxunan "molla nəsrəddin" (7 aprel 1906) jurnalının banisidir. bu jurnalın mühərriri olmaqla ətrafına görkəmli maarifpərvər qələm sahiblərini toplayıb və mollanəsrəddinçilər ədəbi cərəyanının yaradıcısına çevrilib. buna görə ədəbi təxəllüsü "molla nəsrəddin" olub. ilk qüdrətli felyeton ustasıdır. azərbaycan nəsrinin yeni mərhələsini yaradıb. milli ictimai şüurun oyanmasında və inkişafında müstəsna xidmətləri var. jurnalistika elmimizin qüdrətli dühalarındandır. ən müxtəlif mövzulu povest və hekayələrində, felyeton və satirik məqalələrində azərbaycan dilinin zəngin imkanlarını ölməzliklə təcəssüm etdirib. xix və xx əsr azərbaycan kəndinin sosial həyatını və tipik xarakterlərini ustalıqla yaradıb. ötən əsrdə realist ədəbi cərəyanın öndəri olub. cəlil məmmədqulu oğlu məmmədquluzadə 10 fevral 1866-cı ildə naxçıvanda anadan olub. ilk təhsilini səkkiz yaşında mollaxanada alıb. bir il sonra isə naxçıvandakı rus-türk (rus-tatar deyilib) məktəbində oxuyub. 1882-ci ildə gürcüstanın qori şəhərində yerləşən zaqafqaziya müəllimlər seminariyasının ehtiyat sinifinə daxil olub. burada qabiliyyət və bacarığını göstərdiyinə görə əsas sinifə keçirilib. seminariyanı 1887-ci ildə bitirib. vəsiqəsində ibtidai məktəblərdə müəllimlik edə bilmək hüququ oldüğu göstərilən cəlil məmmədquluzadə işləmək üçün irəvan quberniyasma göndərilib. quberniyanın uluxanlı, baş noraşen kəndlərində üç il, hazırki babək rayonunun nehrəm kəndində səkkiz il (1890-1897) müəllimlik edib. ilk qələm təcrübəsi olan "çay dəstgahı" alleqorik pyesini 1889-cu ildə baş noraşendə yazıb. sonra nəsr əsərlərini qələmə alıb. cəlil məmmədquluzadə 1895-ci ildə moskvaya və peterburqa gedərək müəyyən müddət burada qalıb. o, rus imperiyasının həmin dövrdə mədəniyyət mərkəzləri sayılan bu şəhərlərində ədəbiyyatla, teatrla, mütərəqqi ziyalıların ictimai görüşləri ilə yaxından tanış olub. 1898-ci ildə irəvan şəhərinə gedib. orada müxtəlif idarələrdə mütərcimlik edib, məhkəmədə vəkil kimi çalışıb. burada ona hörmət əlaməti olaraq "mirzə" deyə müraciət ediblər. buna görə də bəzi mənbələrdə ədibin imzası mirzə cəlil məmmədquluzadə (qısa olaraq mirzə cəlil) kimi verilib. nə tərcüməçilik, nə də vəkillk onun ürəyincə olmayıb. ona görə də işləməyi ataraq özünü sırf bədii yaradıcılığa həsr edib. həyat yoldaşı ağır xəstələnən cəlil məmmədquluzadə onu müalicə etdirmək üçün 1903-cü ildə tiflisə gəlib. qafqaz azərbaycanlılarının mədəniyyət mərkəzlərindən sayılan bu şəhərdə o, görkəmli ziyalılarla, məşhur maarifpərvərlərlə tanış olub. onlardan biri də "şərqi-rus" qəzetinin redaktoru məhəmməd ağa şahtaxtlı idi. o, mirzə cəlilin yeni yazdığı "poçt qutusu" hekayəsini dinləyib və çox bəyənib. buna görə də gələcəyin dahi ədibini "şərqi-rus"da işləməyə dəvət edib (1904). hətta bu ilin noyabrında mirzə cəlil həmin qəzetin müvəqqəti redaktoru olub. bir il sonra "şərqi-rus" qəzeti bağlanıb, cəlil məmmədquluzadə jurnalist ömər faiq nemanzadə, maarifpərvər tacir məmmədəli bağırzadə ilə birləşərək qəzetin mətbəəsini alıb. mətbəəyə "qeyrət" adı verərək burada müxtəlif kitablar, intibahnamələr nəşr etdirib. 1906-cı ildə "molla nəsrəddin" jurnalını çap etdirməyə başlayıb. bu jurnal tiflisdə (1906-1917), az vaxt təbrizdə (1921, cəmi səkkiz nömrəsi buraxılıb ) və son illərdə bakıda (1922-1931) bilavasitə cəlil məmmədquluzadənin redaktəsi ilə çap olunub. jurnalın təbrizdə çap olunmasının səbəbi o idi ki, azərbaycana sovet hakimiyyəti gələndə cəlil məmmədquluzadə irana getmişdi (iyun, 1920). lakin 1922-ci ildə hökumətin dəvəti ilə bakıya qayıtmışdı. ədib bakıda "yeni yol" qəzetinin redaktoru olub, "mədəni maarif", "şərq qadını" jurnallarında, "yeni kənd" qəzetində əməkdaşlıq edib. məşhur qarabağ bəyzadələrindən olan həmidə xanımla evlənmiş məmmədquluzadə 1918-ci ildə onun ağdam yaxınlığındakı kəhrizli kəndindəki (ağcabədi rayonuna aiddir) malikanəsində yaşayıb. burada özünün gələcək publisist əsərləri üçün kifayət qədər həyati material toplayıb.</Page><Page Number="43">cəlil məmmədquluzadə 1932-ci il yanvar ayının 4-də bakıda vəfat edib. məzarı fəxri xiyabandadır.  * * *  cəlil məmmədquluzadə azərbaycan nəslinə "danabaş kəndinin əhvalatları" ("eşşəyin itməkliyi"), "qurbanəli bəy", "usta zeynal", "poçt qutusu", "bəlkə də qaytardılar", "iranda hürriyyət", "zırrama", "saqqallı uşaq", "kişmiş oyunu", "konsulun arvadı", "yan tütəyi", "pirverdinin xoruzu", "xanın təsbehi", "taxıl həkimi", "quzu" kimi klassik nəsr nümunələri bəxş edib. yazıçının onlarca felyetonu bədii-estetik məziyyətləri, dil-ifadə vasitələrinin zənginliyi, forma orijinallığı ilə bu gün jurnalistika yaradıcılığı üçün örnəkdir. bununla belə, dram əsərləri yazıçının yaradıcılığının mühüm bir hissəsini təşkil edir. cəlil məmmədquluzadə yalnız adi dram əsərləri yazınayıb. onun müxtəlif mövzulu pyesləri forma və məzmun xüsusiyyətlərinə, estetik səciyyələrinə, xarakterlərinin əlvanlığına və bədii kamilliyinə görə milli dramaturgiya tariximizdə mühüm yer tutur. cəlil məmmədquluzadə ədəbi yaradıcılığa pyeslə başlayıb. bu yaradıcılıq şərti olaraq iki dövrə bölünür. birinci dövr: 1889-1906-cı illər; ikinci dövr: 1909-1928-ci illər. onun ilk qələm məhsulu "çay dəstgahı" (1889) alleqorik dramıdır. əsər birpərdəlidir və nəzınlə yazılıb, süjeti sadədir, dramatik mübarizə bəsit şəkildədir. bu pyes milli dramaturgiyamızda alleqorik janrda yazılmış ilk səhnə əsəridir. bəlkə də bunun üçün müəllifin eyhamlardan, rəmzi işarələrdən istifadə etməsmə baxmayaraq, dramın janr xüsusiyyətləri cəhətdən bədii zəiflikləri vardır. əsərin qüsurlarını hiss edən dramaturq onu çapa verməyib. müəllif hadisələri samovar, padnos, çaynik, istəkan, nəlbəki, qaşıq, maşa, truba, nökər obrazları əsasında qurub. "çay dəstgahı" oxumaq üçün pyes qrupuna aiddir. mükalimə şəklində qələmə alınmış təmsili də xatırladır. cəlil məmmədquluzadə ruhən satirik zəmində köklənmiş yazıçı idi. bu keyfiyyət onun ikinci dram əsəri olan "kişmiş oyunu" məzhəkəsində özünü müəyyən mənada göstərib. nəsrlə yazılan bu əsər mövzu, dramatik konflikt, üslub baxımından yenidir. lakin pyes cəlil məmmədquluzadənin zəngin irsinin ümumi fonunda böyük sənət nailiyyəti kimi dəyərləndirilə bilməz. yəqin buna görə də dramaturq "kişmiş oyunu" məzhəkəsini 1892-ci ildə yazıb və onun səhnədə oynanılmasma cəhd göstərməyib. mirzə cəlil sonralar həmin əsəri hekayə janrında da işləyib. yaradıcılığının ikinci dövrü ədibin təkamül dövrüdür və bu mərhələ bilavasitə "molla nəsrəddin" jurnalının yaranması ilə bağlıdır. həmin dövrdə yazılan pyeslər bədii dəyərinin hüsnü və dramaturji prinsiplərinin estetik yenilikləri ilə diqqətəlayiqdir. mərhələnin ilk nümunəsi "ölülər" dram əsəridir. pyes milli dramaturgiyamızda ilk traglkomediya janrlı əsərdir. dörd pərdədən ibarət olan "ölülər" dramı 1909-cu ildə yazılıb. xurafata, nadanlığa, rəzilliyə, mənəvi naqisliyin zehniyyatda yaratdığı faciələrə, mövhumat dələduzlarının ifşasma həsr edilmiş dram əsərləri içərisində "ölülər" traglkomediyasma (daha çox satirik komediyadır) tay ola biləcək pyes yoxdur. camaatın nadanlığından istifadə edərək və dini əldə dəstavüz tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı şeyx nəsrulla, onun köməkçisi şeyx əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli isgəndər, "ölü dirilərmi?" xofunda çaş-baş qalmış hacı həsən ağa azərbaycan dramaturgiyasında yeni tipli bədii personajlardır, ümumiləşdirilmiş tipik xarakterlərdir. qəbiristanlıq səhnəsi, yəni şeyx nəsrullanın "ölü diriltmə" epizodu dünya dramaturgiyasında analoqu olmayan bədii ifadə vasitəsidir. mirzə cəlil məhz həmin üslub-fəndlə cəmiyyətin rəzilliyini, cəhalətin faciələrini dramaturji ideyanın münaqişə cazibəsinə çəkib. ölülər aləmi küll halında dramaturqun ən kamil rəmzi obrazıdır. məhz həmin surətin bədii məziyyətləri, psixoloji tutumu,</Page><Page Number="44">tipik səciyyələri ilə "ölülər" və "diri ölülər" dünyasının mahiyyətləri qarşılaşdırılır. qarşılaşıb toqquşmada cəlil məmmədquluzadənin kütləvi nadanlığa, qaragüruh cəhalətə, məfkurəvi rəzalətə qarşı mənəvi harayı qroteskii faciə notlarında oxuculara çatdırılır. isgəndərin mənəvi harayı cahilliyin, qürurunu, ləyaqətini itirmişlərin ifşasma yönəlir. isgəndər ziyalıdır, cəsarətlidir, gözüaçıqdır, həqiqət carçısıdır, mühakimələrində kəskin olduğu qədər də mənən vüqarlıdır, kinayəli sözləri real ünvanlıdır. şərəf və ləyaqət hissini itirmişlərə qarşı ürək göynərtisi ilə etiraz səsini ucaldır. kütləvi surət olan "ölü canlarla" mübarizədə tək və yenilməzdir, qətiyyətlidir. şeyx nəsrulla məhəlli yox, zaman üçün təhlükəli olan, beynəlxalq səciyyəli fırıldaqçı və avantüristdir, riyakardır, mənəvi pozğun və dini dəllaldır. bəlkə də ağılagəlməz dərəcədə geniş imkanlara malik "kəşfiyyatçıdır" və məhz bu səriştəsi sayəsində əvvəlcədən hadisənin baş verdiyi irəvan kəndlərindən biri barədə müfəssəl məlumat toplayıb. bir neçə il əvvəl rəhmətə getmiş kərbəlayı fətulla haqqında, onun qohumları, hacı həsən ağa, kənd sakinləri mir bağır ağa, hacı baxşəli, kərbəlayı vəli, onların ölmüş qohum-əqrəbaları barədə kifayət qədər bilgisi olduğuna görə də qəbiristanlıqda ölü "diriltınəyə" cəsarətlə girişir. "anamın kitabı" dramı 4 pərdəlidir. dramaturq bu əsərini 1919-cu ildə yazıb. ideya və qayə, məfkurəvi tutum, ictimai-sosial məna baxımından "anamın kitabı" satirik komediyası "ölülər"in davamıdır. pyes ilk növbədə milli ruhun müqəddəsliyini uca tutması və doğma ana dilinin təravətinin, pakiığının qorunmasını təbliğ etməsi, kökə bağlılıq probleminə fəlsəfi yanaşması ilə qiymətlidir. bu mövzu da ümumilikdə cəlil məmmədquluzadə yaradıcılığının qeyrət damarını təşkil edir və yazıcının bütün janrlı əsərlərində özünü bədii məntiqlə büruzə verir. əsilini danmağın insanı haramzadəliyə aparması ideyasını dramaturq bir ailənin üç övladının timsalında verib. böyük oğul rüstəm bəy rus darülfünununda təhsil alıb və ona görə də özünü rus intelligenti kimi göstərir, bu mədəniyyətin təbliğçisidir. ortancıl övlad mirzə məhəmmədəli iran ürəfası libasındadır və bilavasitə farsca danışır, bu mədəniyyətin carçısıdır. o, elmi-ilahi müəllimidir. istanbulda ədəbiyyat dərsi almış səməd vahid türk dili müəllimidir, osmançılığın alovlu tərəfdarıdır. qardaşların üçü də öz dillərində danışmağa sanki çirkinirlər. hətta anaları zəhra bəyimlə, iyirmi yaşına çatmış, kamallı bacıları gülbaharla davranışlarında da hərəsi özünün çürük həyat "fəlsəfəsini" diktə edir. dramaturq çobanlıq edən qənbər, qurban və zaman surətlərini səmimiyyətin təmsilçiləri, sadə xalqın nümayəndələri, kökə bağlılığın müqəddəsliyi kimi yaradıb. "anamın kitabı" pyesinin adı bir neçə rəmzi məna daşıyır. dramaturqun məntiqinə görə, anaya məhəbbət ən müqəddəs kitabdır. doğma dilə məhəbbət ana sevgisinin bir mərhələsidir. nəhayət, "anamın kitabı" deyimi dünyasını dəyişmiş atanın öz övladları üçün yazıb qoyduğu vəsiyyətnamənin ruhu və canıdır. məhz həmin vəsiyyətnaməni oxumaqla gülbahar öz qardaşlarını ana məhəbbətinə sığınmağa, milli kökə bağlanmağa səsləyir. "kamança" faciəsi bir pərdədən ibarətdir. cəlil məmmədquluzadə bu əsəri 1920-ci ilin yanvar ayında şuşa şəhərində qələmə alıb. əsər milli zəmin əsasında yazılmış psixoloji faciədir. müəyyən mənada da mükalimə səpkisində yazılmış qəmli, dramatik əhvalat-hekayətdir. kiçikhəcmli olmasma və dialoqların azlığına baxmayaraq, pyesin konflikti kəskin ictimai-sosial məzmun daşıyır. qəhrəman yüzbaşı, qaraş, zeynəb, kamançaçı baxşı surətləri dolğun və bitkin, dramaturji cəhətdən əsaslı xarakter təsiri bağışlayırlar. "kamança"da dramaturqun həyat müdrikiiyinin, insani bütövlüyünün yeni tərəflərini görmək olur. cəlil məmmədquluzadə 1921-ci ildə pyes kimi qələmə verilən "lal" əsərini və 4 pərdəli "danabaş kəndinin məktəbi" komediyasını yazıb. "lal" həm də ssenari adlandırılıb. lakin dramaturq özü səhifə yarımlıq bu əsərini "teatr üçün bir pərdə" janrında təqdim edib. "lal" dialoqsuzdur və bir məkanda beş fraqment-epizodun təsvirindən ibarətdir. əsilində bu əsər pantomima janrı üçün işlənmiş fəlsəfi-psixoloji mətndir.</Page><Page Number="45">"danabaş kəndinin məktəbi" fikir və ideya baxımından "eşşəyin itməkliyi" povestinin dramaturji variatsiyasıdır. cəlil məmmədquluzadə əvvəlcə bu əsərin hekayə variantını yazıb və sonra onun əsasında məzhəkə işləyib. başqa bir məsələ. müəllif pyesin remarkasında yazıb ki, "əhvalat vaqe olur irəvan quberniyası, danabaş kəndində, miladi tarixinin 1895-ci ilində". bilirik ki, nəinki azərbaycanın bir parçası olmuş irəvan quberniyasında, hətta cəmi məmləkətimizdə danabaş kəndi adlı məkan olmayıb. mirzə cəlilin qənaətində bu ad rəmzi məna daşıyır və nadanlığın, geriliyin, dar düşüncənin, kütbeyinliyin, əbləhliyin toplumu kimi verilib. cəlil məmmədquluzadənin bu komediyasının kompozisiya qurumu məsxərə, qaravəlli, hoqqa, şəbədə, məzhəkə xalq oyun-tamaşalarının estetik prinsiplərinə uyğundur. pyesdə həm ləzzətli, gülməli vəziyyət komediyasının ruhu, həm sarsıdıcı satirik komediya ahəngi, həm karnaval estetikasının məzəli personajları, həm də dövrün tipik vəziyyətlərini təcəssüm etdirən tip-obrazlar var. xüsusən işinin mənasını padşaha dua oxumaqda görən qazı, yaltaq və səriştəsiz inspektor, əsilində millətin idrak işığına barınaq tıxayan naçalnik, maarif və mədəniyyətin mənasını anlamayan mirzə məhəmmədqulu, xalqın psixologiyasından bixəbər uçitel həsənov, həqiqəti şallaq gücündə axtaran pirverdi bəy, nadanlıq və avamlıq həyatının mənasına çevrilmiş qasım kişi surətləri düşüncə tərzlərinə, primitivliklərinin görünüşünə və cəmiyyətin hansı təbəqəsinin təmsilçisi olmalarına görə fərqlənsələr də, ümumi gülüş estetikasının koloriti baxımından bir-birinə doğmadırlar. dramaturq bu əsərində "camaat" məvhumunu vahid və ümumiləşdirilmiş obraz kimi götürüb. cəlil məmmədquluzadənin janr təyininə görə "dəli yığıncağı" komediyadır. beş pərdədən ibarət olan əsər mahiyyətcə psixoloji satiradır, fəlsəfi kinayədir və müəyyən mənada da gülməli faciədir. dramaturq bu komediyanı 1927-ci il-də (bəzi mənbələrdə 1926-cı il göstərilib) yazıb. əsər ilk dəfə 1936-cı ildə çap edilib. dramaturqun pyesin remarkasında yazdığına görə, əsərdə təsvir olunan hadisələr cənubi azərbaycandan götürülüb. lakin mənəvi dəyərlər, zehni şikəstlik, xurafatın vəhşətlə tüğyan etməsi baxımından "dəli yığıncağı" pyesi mirzə cəlilin digər əsərlərinin mövzusu və ideyası ilə həmahəngdir. dramaturq "dəli kimdir?" fəlsəfi sualı ilə cəmiyyətin ən müxtəlif zümrələrini bədii mühakiməyə çəkir. abdal, məsləksiz, əqidəsiz, dini hərraca qoyan hacılarla, kərbəlayılarla mühakimələrində arif, səlist və ağıllı "dəliləri" dramatik süjet axarında qarşılaşdırır. bu qarşılaşdırmada kəskin ictimai-sosial konflikt və təzadlı əxlaqi görüşlər, mənəvi aləmlərin fərqli mürəkkəbliyi süjetin əsasında durub. pyesin qəhrəmanı molla abbas obrazı özünün fəlsəfi yükünə, millət kədəri çəkməsmə, qaranlıq içində zəka işığı saçmasma görə kefli isgəndərin yeni təqdimidir. bu surətin də fəryadları dramaturqun daxili təlatümünün hayqırtıları kimi görünür. "dəlixananın" sakinlərindən olan pırpız sona cəmiyyətin mənəvi dəyərlərinə və xurafatda siğənin sürüklədiyi əxlaqsızlığa qarşı qoyulub. o, özünün səmimi davranışı, əri molla abbasa sədaqəti ilə seçilir. qaynı, onu zor gücünə özünə övrət etmək istəyən fazil məhəmmədə qarşı mətanətlə çıxır. bu mənəvi üsyan da cəlil məmmədquluzadənin yazıçı fəryadıdır və ədibin hekayə, feylyeton və pyeslərinin ana xəttində dayanıb. məhz molla abbasla pırpız sonanın "dəlilik" kimi görünən insani pakiıqlarının müqabilində həzrət əşrəfin, hacı nayibin, hacı xudaverdi şürəkanın, fərraş şimrəlinin, fazil məhəmmədin çürük mənəviyyatları, din pərdəsi altında törətdikləri fitnəkarlıqlar daha qabarıq şəkildə ifşa hədəfində durub. cəlil məmmədquluzadə bir dramaturq kimi sovet həyat tərzinin, kənddə riyakar inzibatçılığın, primitiv düşüncə tərzü idarəçiliyin, nadanlıqdan doğan rəzalətlərin tənqidinə də xususi diqqət yetirib. bu baxımdan onun "yığıncaq" məzhəkəsi maraq doğurur. təəssüf ki, bu əsər yarımçıq qalıb, tamamlanınayıb. onu qeyd etmək lazımdır ki, "danabaş kəndinin məktəbi" komediyasındakı nadanlıq təmsilçilərini "yığıncaq"da həsənəli, zeynal, süleyman, kəbla salah, cabbar obrazları başqa forma və məzmunda əvəz edirlər.</Page><Page Number="46">dramaturq cəlil məmmədquluzadə 1928-ci ildə "qəmərin toyu" adlı dram-məsxərə yazıb. lakin əsər tamamlanandan sonra müəllifin özünün xoşuna gəlməyib və o, əl yazılarını cıraraq yandırıb. cəlil məmmədquluzadə mükəmməl dramaturji üslubu, zəngin mövzu variatsiyaları olan, silsilə tipik və real həyati xarakterlər yaratmış, xalqın mənəvi faciələrini ürəyinin qanı ilə qələmə almış qüdrətli dramaturqdur.    əbdürrəhim bəy haqverdiyev (17.5.1870-11.12.1933)  realist azərbaycan ədəbiyyatının görkəmli simalarından biri əbdürrəhim bəy haqverdiyevdir. yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olub. görkəmli teatr təşkilatçısı idi və azərbaycanın ilk peşəkar rejissoru sayılır. dili son dərəcə zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır. milli mədəniyyətimizə nasir, dramaturq, publisist, teatr xadimi, rejissor, tərcüməçi kimi dəyərli töhfələr verib. lap gənc yaşlarından ömrünün sonuna qədər maarifçiliyin alovlu təbliğatçısı və təmsilçisi olmuş, səmərəli pedaqoji fəaliyyət göstərmişdir. azərbaycan respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib (1928). əbdürrəhim bəy əsəd bəy oğlu haqverdiyev 1870-ci il may ayının 17-də qarabağ mahalının şuşa şəhəri yaxınlığındakı ağbulaq kəndində doğulub. əsəd bəy qəza dəftərxanasında katib işləyib. əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi əbdülkərim bəy onu himayəyə götürüb. iki il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. əbdürrəhim bəy əmisi arvadının ona verdiyi işgəncə və sitəmlərdən qurtulmaq üçün təzə ər evində yaşayan anasının yanına gəlib. atalığı h.sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub. on yaşı olanda atalığı əbdürrəhim bəyi şuşada yusif bəy məliknəzərovun müvəqqəti yay məktəbinə qoyub. o, burada qısa müddətdə rus dilini öyrənib, dünya ədəbiyyatını mütaliəyə başlayıb. on dörd yaşında şuşa şəhərində yerli ziyalıların göstərdikləri "xırs quldurbasan" (mirzə fətəli axundzadə) komediyasma baxıb. bu, onun gördüyü ilk səhnə əsəri idi və bundan təsirlənən gənc əbdürrəhim bəy axundzadənin komediyalarını mütaliə edərək "hacı daşdəmir" adlı məsxərə yazıb. ilk qələm təcrübəsini oxumaq üçün müəlliminə verib və sonra ondan müəyyən məsləhətlər alıb. şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran əbdürrəhim bəy bir il də tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə peterburqa gəlib və uğurla imtahan verərək yol mühəndisləri institutuna daxil olub. səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib. ədəbiyyata qızğın maraq göstərib və həmin dövrdə rusiyanın ən qabaqcıl sənət ocaqlarından sayılan aleksandrinsk teatrının tamaşalarını müntəzəm izləyib. qəlbində dramaturgiyaya güclü maraq oyanıb. dünya dramaturgiyasının klassik nümunələrini mütaliə edib. təhsilini yüksək qiymət göstəriciləri ilə başa vuraraq 1899-cu ildə peterburqdan şuşaya qayıdıb. iki il burada yaşayıb, şəhərdə teatr tamaşalarının hazırlanmasında iştirak edib, xalq yaradıcılığının nümunələrini toplayıb. iki il sonra isə bakıya gəlib, burada "müsəlman artistləri dəstəsi"nin baş rejissoru kimi çalışıb. 1904-cü ildə şuşa şəhəri idarəsmə üzv seçilərək oraya gedib. bir il sonra gəncə quberniyasından rusiya dumasma deputat seçilib və peterburqa yollanıb. duma dağılandan sonra bir müddət orada yaşayıb və yazacağı "ağa məhəmməd şah qacar" faciəsinə materiallar toplayıb. bu işi iranın mazandaran şəhərində də davam etdirib.</Page><Page Number="47">1908-ci ildən "nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu hacı zeynalabdin tağıyevin kür-xəzər gəmiçiliyi idarəsmdə işləyib. xidməti vəzifəsi ilə bağlı qafqazı, iranı, volqaboyu diyarları, orta asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan əbdürrəhim bəy ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə tiflisdə rus dilində nəşr olunan "şəhərlər ittifaqının qafqaz şöbəsi əxbarı" aylıq məcmuəsinə müdir təyin olunub. bir il ötəndə borçalı qəzasma müvəkkil təyin edilib. 1919-cu ildə müsavat hökuməti onu dağıstana azərbaycan demokratik respublikasının nümayəndəsi göndərib. əbdürrəhim bəy haqverdiyev 1920-ci ilin iyununda bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə azərbaycan dövlət universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə rusiya elmlər akademiyasının ölkəşünaslıq bürosuna müxbir-üzv seçilib. əbdürrəhim bəy haqverdiyev 1933-cü il dekabrın 11-də bakıda vəfat edib. məzarı fəxri xiyabandadır.  * * *  "molla nəsrəddin" jurnalında "lağlağı", "ceyranəli", "xortdan", "həkiminun-səğir", "mozalan", "süpürgəsaqqal" imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. klassik irsimizə "marallarım" silsilə hekayələrini, "xortdanın cəhənnəm məktubları" povestini bəxş edib. "şeyx şəban", "mirzə səfər", "bomba", "pir", "çeşmək", "qiraət" əsərləri nəsrimizin incilərindən sayılır. ədəbiyyat tariximizə, milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin müəllifidir. dünya klassiklərindən vilyam şekspirin "hamlet", fridrix şillerin "qaçaqlar", emil zolyanın "qazmaçılar", mari fransua volterin "sultan osman", hans xristian andersenin "bülbül", maksim qorkinin "izergil qarı" hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə edib. əbdürrəhim bəy haqverdiyevin dramaturgiyası onun zəngin və əlvan yaradıcılığının mühüm qolunu təşkil edir. şərti olaraq onun dramaturji fəaliyyətini üç mərhələyə bölmək olar. birinci mərhələ on doqquzuncu əsrin son on beş və iyirminci əsrin ilk ilini əhatələyir. ikinci mərhələyə dramaturqun molla nəsrəddinçilər yaradıcılıq platformasının məşhur maarifpərvəri kimi yazdığı dram və komediyalar daxildir. bu mərhələ 1905-1911-ci illəri əhatə edir. sovet dövrü yaradıcılığı (1920-1933) dramaturqun yaradıcılığının üçüncü mərhələsidir. qeyd edim ki, birinci dövr pyesləri sanbalma, ideya kəsərinə, ikinci dövr faciələri mövzu əlvanlığına, dram və komediyalarının bədii-estetik kamilliyinə görə daha bitkindir. dramaturqun ilk qələm təcrübəsi olan "hacı daşdəmir" məzhəkəsi əldə yoxdur. müəllifin etiraf etdiyi kimi, bu pyes "hacı qara" komediyasının təsiri altında yazılsa da və zəif alınsa da, hər halda fakt kimi dəyərlidir. peterburqda "yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) məzhəkəsini, "dağılan tifaq" (1896) faciəsini qələmə alıb. şuşada "bəxtsiz cavan" (1900) faciəsini və bakıda "pəri cadu" (1901) dramını tamamlayıb. həm nəsr, həm də dramaturji fəaliyyətinin ikinci dövrü kimi səciyyələnən illərdə əbdürrəhim bəy haqverdiyevin yaradıcılığı bir sıra estetik-bədii məziyyətlərinə görə diqqətəlayiqdir. teatrla get-gedə daha yaxından və daha səmərəli şəkildə məşğul olan, azərbaycanda peşəkar rejissuranın tərəqqisində misilsiz və möhtəşəm işlər görmüş əbdürrəhim bəy haqverdiyev 1905-ci ildə "millət dostları" satirik dramını yazıb. üzərində bir neçə il işlədiyi, zəngin tarixi faktlar toplayaraq onların əsasında yazdığı "ağa məhəmməd şah qacar" faciəsini 1907-ci ildə bakıda bitirib. bu faciədə dramaturq rejissor hüseyn ərəblinskinin xahişi ilə qadın personajları qələmə almayıb. o, ikinci mərhələdə rus ədibi sergey yakovlevin eyniadlı vodevili əsasında "kimdir müqəssir?" məzhəkəsini yazıb və əsər 1909-cu ildə "kaspi" mətbəəsində çap olunub. aktyor dostları hüseyn ərəblinskiyə və əbülfət vəliyə həsr etdiyi "ac həriflər" məzhəkəsi 1911-ci ildə tamamlanıb. həmin il əbdürrəhim bəy "xəyalət" dramını da yazıb. əsər mirzə fətəli axundzadənin</Page><Page Number="48">anadan olmasının yüz illiyinə həsr edilib. buna görə pyesin adı bəzi mənbələrdə "mirzə fətəli axundzadə" kimi də verilib. "ac həriflər" və "xəyalət" dramları ilk dəfə 1911-ci ildə "orucovlar qardaşları nəşriyyatı"nda ayrı-ayrı kitabça kimi buraxılıb. ədibin dramaturji yaradıcılığının üçüncü mərhələsi on iki ili əhatə edir. bu dövrdə yaranmış pyeslər, xüsusən kiçik həcmli dramlar daha çox sovet ideologiyası prinsiplərində yazıldıqları üçün, müəyyən sənətkarlıq səciyyələrinə görə zəif və ya natamam təsiri bağışlayır. bununla belə, 1927-ci ildə yazılmış "köhnə dudman" və "baba yurdunda" dilogiyası dramaturqun yaradıcılığında yeni mövzu-problematika, yeni ideya, yeni konflikt-xarakterlər baxımından əhəmiyyətlidir. dramaturji fəaliyyətinin son dövründə əbdürrəhim bəy haqverdiyev müxtəlif həcmli "qırmızı qarı" (1921), "padşahın məhəbbəti" (1921), "ağac kölgəsində" (1921), "qoca tarzən" (1922), "vaveyla" (1922), "ədalət qapıları" (1923), hüseyn ərəblinskinin ölümünün yeddi illiyinə həsr etdiyi "səhnə qurbanı" (1926), "məşədi qulam qiraət öyrənir" (1927), "qadınlar bayramı" (1928), "kamran" (1931), "sağsağan" (1931), "yoldaş koroğlu" (1932), "çox gözəl" (1932), "daşçı" (1933) pyeslərini yazıb. dövrlə, yaşadığı zamanla həmahəng olduğuna görə əbdürrəhim bəyin də yaradıcılığının böyük bir dövrü mövzu baxımından mülkədar həyatı ilə bağlıdır. mülkədarlıq həyat tərzinin nadanlıq üzərində qurulmuş məcrasının doğurduğu faciələr haqverdiyevin pyeslərində yeni bədii səciyyələrlə təsvir olunub. onun üslubu fərdi keyfiyyətlərlə zəngindir. faciələri üçün təsirli həyat hadisələri seçə bilib. təsvir etdiyi obrazların dil-ifadə xüsusiyyətləri ilk növbədə xarakterlərin tipik xüsusiyyətlərinin açılmasma yönəlib. o, faciə, komediya, məzhəkə, məsxərə, dram, rəmzi dram ("pəri cadu") janrlarında əsərlər yazıb. dram ("ədalət qapıları"), rəmzi dram janrlarını və bioqrafik səciyyəli pyesləri ("səhnə qurbanı" və "xəyalət") milli dramaturgiyamıza ilk dəfə əbdürrəhim bəy haqverdiyev gətirib. zaman və məkan vəhdətini (xronotopunu) əbdürrəhim bəy mövzunun tarixi xarakterini daha dərindən açmaq məqsədilə cəsarətlə, inamlı improvizələrlə sındırıb. məsələn, "ağa məhəmməd şah qacar" faciəsində tarixi hadisələr 1887-1897-ci illər arasındakı onillik zamanda baş verir. bu hadisələr müxtəlif məkanlarda-mazandaranda, tehranda, tiflisdə, muğanda, şuşada, xorasanda təsvir edilib. ancaq bu dağınıqlıqda tarixi-xronoloji faciə janrının (məsələn, vilyam şekspirin "dördüncü henri" dramatik xronikası) estetik prinsipləri dramaturq tərəfindən həssaslıqla gözlənilib, bədii dəqiqliklə təcəssüm tapıb. hadisə dağınıqlığı dramaturqun "bəxtsiz cavan", "köhnə dudman", "dağılan tifaq" dramlarında başqa şəkildə nəzərə çarpır. lakin dramaturq bunu da növbəti fərdi yaradıcılıq üslubu, bədii fənd (priyom) kimi realizə edə bilib. əbdürrəhim bəy haqverdiyev dramaturgiyaya çoşğun daxili ehtiraslı, çılğın xarakterli dramatik obrazlar gətirib. dramaturqun qacar ("ağa məhəmməd şah qacar"), pəri və hafizə ("pəri cadu"), nəcəf bəy ("dağılan tifaq") obrazları əsər boyu, dramaturji konfliktə uyğun şəkildə, gərgin psixloji dəyişmə prosesi keçirlər. məhz əbdürrəhim bəy dramaturgiyamızda belə psixoloji-dramatik dəyişmənin real təsvirini və parlaq bədii həllini ilk dəfə yaradıb. əbdürrəhim bəy haqverdiyev "müsibəti-fəxrəddin"dən sonra milli dramaturgiyamızda ikinci faciə olan "dağılan tifaq"ı yazıb. burada bir ailənin müsibəti fonunda çürüməkdə olan mənəvi-əxlaqi dəyərlər, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji əsasları mürəkkəb dramaturji konfliktin əsasını təşkil edir. iflasa uğramış cəmiyyət davranışlarının tənqidi əsasında həyatları faciə axarına düşmüş insan xarakterləri dururlar. bunların da bariz nümayəndələri nəcəf bəy və süleyman bəy obrazlarıdır. dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr  "bəxtsiz cavan"da dramaturgiyamızda əvvəllər işlənmiş süjet-konflikt əsasında, lakin yeni estetik prinsiplərlə və daha kamil bədii obrazlarla əks olunub. əsərin qəhrəmanı, təhsil alb doğma yurda qayıtınış fərhad həm ictimai quruluşun çürümüş qanunlarına, həm də uzun illər ənənəyə çevrilmiş ailə adətlərinə,</Page><Page Number="49">kasıbların mənəviyyatlarını alçaldan mülkədar-rəiyyət münasibətlərinə qarşı çıxır. iradə və qüvvəsi bu mübarizə yolunda tab gətirməyib sarsılan və faciəyə məruz qalan fərhad maraqlı dramaturji obrazdır. mənəviyyatca, cəmiyyətin problemlərinə baxışlarına görə fərhadla əks qütbdə dayanan əmisi hacı səməd ağa, anası mehri xanım, xidmətçi mirzə qoşunəli, əmisi oğlu çingiz milli dramaturgiyamızda təravətli bədii personajlar kimi yaşayırlar. dramaturq özü etiraf edib ki, "pəri cadu" faciəsini alman dramaturqu herhart hauptınanın simvolizm ədəbi cərəyanının parlaq nümunəsi olan "qərq olmuş can" dramının təsiri ilə yazıb. yəni bu təsir süjet, mövzuya fəlsəfi münasibət eyniliyi kimi deyil, sırf janra yanaşma tərzi baxımından nəzərə çarpır. əbdürrəhim bəy fəlsəfi mistikanı "pəri cadu" faciəsində mücərrəd xəyalət aləmi ilə bağlasa da, dramaturq qayəsinin əsasında real dövrün müxtəlif sosial zümrələrə məxsus həyati obrazlarının təsviri durub. bu baxımdan ailəsini atıb varlı qadın hafizə ilə eyş-işrətə qurşanınış odunçu qurbana qarşı pərinin qısqanclığı, keçirdiyi daxili sarsıntılar və psixoloji iztirablar həyatidir, təsiredicidir və insani hisslərlə çuğlaşıb. əbdürrəhim bəy "pəri cadu" faciəsində real həyat hadisələrilə mistik obrazları (pəri, iblis, əcinnə, şamama cadu) dramaturji konfliktə çəkinəklə, maraqlı fəlsəfi qənaətə gəlib. bu qənaət aydın, ifadəli və həyatidir. əxz olunan ideya budur: nəfsi-əmmarənin qulu olmayan insanın xoşbəxtliyi onun halal zəhmətindədir. müliyyətcə azərbaycanlı olan, iranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin banisi məhəmməd qacar obrazını ədəbiyyatımıza ilk dəfə əbdürrəhim bəy gətirib. o, "ağa məhəmməd şah qacar" faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş cəfərqulu xanın, əliqulu xanın, mürtəzaqulu xanın,  mustafa xanın, rzaqulu xanın, əli xanın, vəzir hacı ibrahim xanın, ii iraklinin, tavad keyxosrov avelianinin zəngin bədii səciyyəli xarakterlərini təsvir etmişdir. faciənin ən dolğun obrazları qacar və iraklidir. dramaturq həmin surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. belə bədii təsvirdə tirançılıq ideyaları, vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssüm tapıb. əbdürrəhim bəy haqverdiyevin faciə qəhrəmanları zaman və cəmiyyət problemlərinin qlobal tərəflərinə baxış prizmasından işlənilib. onun komediya və məzhəkələrində, məsxərələrində və bəzi məişət dramlarında boşboğaz "millət qəhrəmanları" ("millət dostları"), simasız ziyalılar ("ac həriflər"), eybəcərliyə aparan ailə qalmaqallarının sosial zəmini ("yeyərsən qaz ətini, görərsən ləzzətini"), nağılvarı süjetdə kasıb və varlı münasibətində ailə namusu mövzusunun bədii təsviri ("padşahın məhəbbəti") ön plandadır. dramaturqun məişət komediya obrazları canlı, ifadəli, təbii yumorlu real insan surətləri təsiri bağışlayır. əbdürrəhim bəy haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli məsxərələrində də (məsələn, "ədalət qapıları") insan amili ilkindir. əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar", "pəri cadu", "köhnə dudman", "baba yurdunda" dram əsərləri ictimai-sosial konfliktin kəsərinə, ehtiraslı xarakterlərinə, romantik-dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol oynayıb. onun "ac həriflər", "millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında teatrların repertuarlarında dəyərli yer tutub. milli səhnə estrada janrında yazan ilk dramaturqların sırasında əbdürrəhim bəy haqverdiyevin öz şərəfli mövqeyi var. bakı azad tənqid və təbliğ teatrında onun məzhəkə-intermediyaları uğurla oynanılıb.</Page><Page Number="50">nəriman nərimanov (14.4.1870-19.3.1925)  iik növbədə maarifpərvər ziyalı və yazıçı olan nəriman nərimanov, həmçinin görkəmli siyasi və ictimai xadim, dövlət rəhbəri, teatr fədakarı idi. mütəfəkkir yazıçı kimi dövrün ictimai ədalətsizliklərini, nadanlığı, dini xurafatı, cəmiyyətin mənfur qanunlarını, mənəvi rəzilliyi, istibdadm faciələrini tənqid edib. maarifçiliyin, vətənpərvərliyin, azadlıq ideyalarının təbliği uğrunda yorulmaz mübariz olub. mirzə fətəli axundzadə realist ədəbi məktəbinin ləyaqətli davamçılarından idi. milli ədəbi irsimizin möhtəşəm, bəşəri, mütərəqqi ideyaların təbliği ilə zənginləşməsində böyük işlər görüb. alovlu publisist, qeyrətli tənqidçi, obyektiv teatrşünas və ədəbiyyatşünas fəaliyyəti var. azərbaycan teatr mədəniyyətini volqaboyu müsəlman ölkəiərində, xüsusən hacıtərxan (həştərxan) şəhərində geniş təbliğ edib. nəriman nəcəf oğlu nərimanov 1870-i il aprel ayının 14-də tiflis şəhərində anadan olub. atası kərbəlayı nəcəf maarifə və mədəniyyətə meyilli adam idi və həlim xasiyyətli anası həlimə xanım oğluna xüsusi məhəbbət bəsləyirdi. kiçik yaşlarında nəriman yazıb-oxumağı əmisindən və qardaşından öyrənib. elə uşaq yaşlarından da ədəbiyyata güclü maraq göstərib. fərdi yolla müəyyən ibtidai təhsil alandan sonra 1882-ci ildə gürcüstanın qori şəhərindəki zaqafqaziya müəllimlər seminariyasma daxil olub. burada klassik dünya ədəbiyyatı nümunələri ilə ilk tanışlığı başlayıb və yazıçı kimi özünün birinci bədii yaradıcılıq nümunələrini yazıb. iyirmi yaşında seminariya təhsilini başa vuran nəriman nərimanov tiflis quberniyası borçalı qəzasının qızılhacılı kəndinə müəllim göndərilib. bir ildən sonra o, bakıya gəlib. burada bir ziyalı dövlətlinin şəxsi progimnaziyasında dərs deyib. sonra şəhərin realnı məktəbində (gimnaziyasında) sinif mürəbbisi (tərbiyəçisi) işləyib. burada geniş siyasi-ictimai və mədəni-maarif işlərinə başlayıb. 1894-cü ildə bakıda ilk kütləvi qiraətxana-kitabxana açıb. azərbaycan və rus dillərini öyrənənlərdən ötrü dərsliklər tərtib edib, müntəzəm ədəbi yaradıcılığa başlayıb, dilimizə əsərlər tərcümə edib (məsələn, qoqolun "müfəttiş" komediyasını). o, 1902-ci ildə bakıdakı mütərəqqi üsullu gimnaziyaya ekstern üsulla imtahanlar verib və buranı qurtarınaq barədə kamal attestatı alıb. həmin il odessa şəhərinə gəlib və burada novorossiya universitetinin tibb fakültəsinə qəbul olunub. oranı ali təhsilli mütəxəssis kimi 1908-ci ildə bitirib və bakıya gələrək şəhər xəstəxanasında həkimlik edib. xalq arasında "doktor nəriman" kimi tanınıb. bir ildən sonra siyasi hadisələrlə bağlı tiflisə gəlib. burada həkim işləyib, lakin inqilabi fəaliyyətinə görə həbs olunub. 1913-cü ildə yenidən bakıya gəlib və qara şəhərdəki xəstəxanaya həkim götürülüb. getdikcə "hümmət" siyasi təşkilatında fəaliyyətini gücləndirən nəriman nərimanov 1919-cu ildə hacıtərxanda zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar seçilib. həmin il moskvaya yüksək vəzifəyə dəvət alıb. 1920-ci ildə azərbaycanda şura hökuməti yaradılması ilə əlaqədar əvvəlcə inqilab komitəsinin sədri, sonra isə xalq komissarları sovetinin səd-ri seçilib. 1922-ci ilin dekabrında ssri məraəzi icraiyyə komitəsinin sədri seçilib (zsfsr tərəfindən). tezliklə bütün ölkədə böyük nüfuz qazanan nəriman nərimanov 19 mart 1925-ci ildə qəflətən vəfat edib. məzarı moskvanın qızıl meydanında, kreml qalasının divarları yanındadır.  * * *   nəsr, publisistika (xüsusən felyeton), ədəbi-bədii tənqid yaradıcılığı ilə yanaşı, nəriman nərmanov dramaturgiya və teatr ilə daha ciddi məşğul olub. onun ilk dram əsəri "nadanlıq" komediyasıdır. müəllif bu əsərini 1894-cü ildə yazıb və elə həmin il də bakı şəhərində dəmirovun mətbəəsində çap etdirib.</Page><Page Number="51">pyesin adı onun ictimai mahiyyətinə, sosial konfliktinə, xarakterlərinin dəyər və mənasına sanki bir kod-açardır. dramaturqun nadanlığa qarşı mübarizəsi, milli şüuru xurafat buxovlarının  zəncirlərindən xilas etmək ideyalarının təbliği onun maarifçilik arzularının parlaq nümunəsidir. nəriman nərimanov komediyanın ilk çapının müqəddiməsində əsərin yazılmasının qayə və məqsədini sərrast açıqlayaraq göstərib: "hər millətin qabağa getməyinə səbəb mədəniyyətdir. və məlumdur ki, biz müsəlman millətinin arasında mədəniyyət və mərifət nəhayətdə az yayılıbdır... əsəri yazınağıma səbəb qafqaz müsəlmanlarının əksəriyyətinin bimərifət və nadanlığı oldu. hənuz əsər çöl xalqının zindəganına dair olan əhvalatdır. bu qissədən oxuyanlarım aşkar yəqin edirlər ki, nadanlıq həqiqətdə insanı heyvan edərmiş". "nadanlıq" pyesinin kompozisiya elementlərində və struktur qurumu ilə mövzunun estetik dramaturji təqdimində faciə elementləri də vardır. dramaturq nadanlığın dramatik konfliktini hacı abdullanın iki oğlu, oxumuş ömər ilə nadan vəli arasındakı həyata təzadlı baxışlar əsasında işləyib. ata da öz nadan oğlu vəli ilə fəxr edir, onun nahaq yerə adam öldürüb qaçaq düşməsindən qürur duyur. ömər isə millətin tərəqqisi yolunda özünü fəda edir, qonşu kənddə məktəb tikintisinə əl tutınağa çalışır, hənikəndhlərini qəflət yuxusundan ayıltmağa səy göstərir. dramaturq nadanlığın faciələrini sadə kəndli, elmə tərəddüd göstərən qurbanəlinin və mühafizəkar dindar ağakişinin timsallarında problemə yeni baxım bucağından təqdim edib. nəriman nərimanov ikinci dram əsəri "şamdan bəy"i də komediya janrında yazıb. 1895-ci ildə tamamlanmış komediyanın adı ədəbiyyatşünaslıqda və teatr afişalarında "dilin bəlası", "şamdan bəy, yaxud dilin bəlası", "dilin bəlası, yaxud şamdan bəy" kimi də göstərilib. müəllif bu komediyanı milyonçu ağa musa nağıyevin maddi yardımı ilə bakıda, quberniya idarəsi mətbəəsində ayrıca kitab şəklində çap etdirib. dramaturq "şamdan bəy"in ilk çapma da müqəddimə yazıb və orada özünün yazıçı amalmı belə göstərib: "hənuz bu komediyanın əsil məqsədi budur ki, şəxs gərəkdir dilinin sahibi olub, onu pis-pis sözlərdən saxlasın. zira necə ki, zindəganlığımızda, insan çox vaxt tövrbətövr bəlalara giriftar olur, ancaq dilinin səbəbinə... və dəxi şəxs gərəkdir dilinin gücünə ümid bağlayıb bir işdə ki, ondan ona xeyir gələcəkdir, yoldaşa və ya qeyri adamlara xəyanət etməsin". bu sözlər komediyanın ideya kəsərini, tərbiyəvi əhəmiyyətini çox dürüst və aydın ifadə edir. nəriman nərimanov "şamdan bəy" komediyasında obrazların psixoloji təqdimini məmləkətdə kapitalizmın sürətlə inkişafının törətdiyi mürəkkəb insani münasibətlər əsasında verib. var-dövlət hərisliyinin, haram pul qazanınaq ehtirasının həyat və məişətdə yaratdığı fitnəkarlıqlar satirik boyalarla təsvir olunub. dramaturq pyesdə üç hadisə xəttini müxtəlif mövzu-ideyaya bağlılıqda işləyərək, onları bir kompozisiya daxilində qələmə alıb. yusif - xədicə saf məhəbbət xətti psixoloji dramatizmlə və bir qədər lirik səpkidə işlənib. xəbis qəlbli, rəzil düşüncəli, gopçu şamdan bəyin dostu, xeyirxah qəlbli, sadə duy-ğulu, maarifpərvər ruhlu, fədakar yusifi aldatması, ona xəyanət etməsi tənqidi sarkazmla və dramatik gərginliklə qələmə alınıb. hər iki xətt isə bir məcradan başlayır. pul ehtirasının və ləyaqətsizliyin, nadanlığın təmsilçisi olan, mənəvaiyyatsızlıqda şamdan bəylə eyni rəngdə görünən hacı ibrahimlə (xədicənin atası) bağlı hadisələr üçüncü xətt kimi səciyyələnib. dramatik xətlərin reallıqla sona çatması və həqiqətə söykənməklə obrazların xarakterlərini açması üçün dramaturq mənəviyyatlı, qürurlu və vicdanlı niyaz bəy (o, xədicənin dayısıdır) surətini yaradıb. məhz niyaz bəy şamaxıdakı məsləkdaşları vasitəsilə başda dostu yusif olmaqla, həmin fitnəkar yalanları ilə aldadan şamdan bəyin kimliyini müəyyənləşdirir, onun əsil mənfur simasını açır. ilk komediyasından fərqli olaraq, "şamdan bəy" əsərində dramaturq, zəif də görünsə, nadanlığa qarşı çıxan, mütərəqqi fikirlərlə yaşayan, dostluqda fədakarlığa hazır olan və səmimiyyətlə davranan, sağlam düşüncəli gənclər sultan, murad, rəsul, yusifin nökəri qulu kimi real obrazlar yaradıb. niyaz bəy də dramaturqun arzularının təmsilçisi mövqeyində canlı bədii personajdır. bunların bədii təqdimində tüfeyliliklə yaşamağa, haram pulla hansısa mənsəbə çatınaq</Page><Page Number="52">cəhdlərinə, qeyrətsiz ziyalıların ictimai passivliklərinə qarşı dramaturqun tutduğu vətəndaş və yazıçı mövqeyi sağlam, aydın və təsiredici görünür. tipik xarakterlərin tipik şəraitdə verilməsi və obraz əlvanlığı yaradılması baxımından pərzad qarı, şəhər sakinləri rza bəy, nəcəf bəy, heydər bəy, hacı ibrahimin nökəri cəfər, arvadı nigar, onun qulluqçusu nazlı surətləri maraq doğurur. bədii təsvirlərində və dramatik inkişafla əlaqələndirilməsində müəyyən qüsurlarına baxmayaraq, həmin obrazlar komediyaya canlılıq və təbii reallıq ahəngi aşılayıb. azərbaycan dramaturgiyasında tarixi dram və tarixi faciə janrında ilk səhnə əsərini nəriman nərimanov yazıb. "nadir şah" (bəzən "nadir şah əfşar" kimi verilib) faciəsi, eyni zamanda nəriman nərimanovun dramaturgiya yaradıcılığının zirvəsi sayılır. bu ilk tarixi dramı ədib 1899-cu ildə yazıb. həmin il də milyonçu hacı zeynalabdin tağıyevin xərci ilə "aror" nəşriyyatında kitab şəklində çap olunub. on dörd ildən sonra faciəni təzə çapa hazırlayan dramaturq onun üzərində yenidən işləyib, bəzi epizodları, ayrı-ayrı dialoqları ixtisar və əlavələrlə təzələyib, hətta remaraalarda dəyişikliklər edib. "nadir şah"ın həmin variantı 1923-cü ildə bakıda orucov qardaşlarının elektrik mətbəəsində çap olunub. faciənin mövzusu iran hökmdarı, soy kökü azərbaycan türklərinin qolundan olan, şöhrəti bütün şərqə yayılmış nadir şahın (1688-1747) həyatından götürülüb. dramaturq öz əsərini yazınaq, nadir şahı ictimai və siyasi xadim kimi vermək üçün müxtəlif müəlliflərin "tarixi-nadir" salnamələrindən istifadə edib, şahın müharibə tarixlərini dəqiq öyrənib. buna görə də dramaturq tarixi şəxsiyyətlərin (nadir şah, onun oğlu rzaqulu, şah təhmas, cəfər xan, məhəmməd xan, ədhəm) timsalında dövrün ictimai-siyasi panoramını, zamanın sosial xarakterini yarada bilib. bədii təxəyyülün məhsulu olan, ümumiləşdirilmiş tip-obrazlar səpkisində verilən yaraqlı qaçaqlar, yolçular, müqərrəblər (şaha yaxın adamlar), kənd adamları personajları epizodik və yardımçı səciyyə daşısalar da, əsərin reallıq və həyatilik ruhunu artırmışlar. nəriman nərimanov "nadir şah" faciəsində əvvəlki iki komediyasından fərqli olaraq, hadisələri monumental həyat lövhələri ilə, obrazları coşğun ehtiraslarla, kənd mühitini dramatik psixologizınlə, müxtəlif cəmiyyət zümrələrinin həyat görüşlərini, hakim və hakimiyyət problemini realhğa əsaslanan romantik-dramatik vüsətlə təsvir edib. təmkinli epik lövhələr psixoloji-dramatik epizodları, məişət səhnələri monumental problemlərdən şirələnən mərhəmət və itaət anlayışmı qabardan dialoqları əvəzləyir. həmin dramaturji zəmində şah və rəiyyət münasibətləri, hökmdar və səltənətin idarə olunması problemi, qatil ata və gözü çıxarılan zavallı övlad faciəsi problemləri qabarıq və ifadəli, bədii və inandırıcı təsir bağışlayır. nəriman nərimanov bu faciəsində nadirin mürəkkəb xarakterli tarixi şəxsiyyət olduğunu hərtərəfli göstərmək məqsədilə onun şahlıq səltənətində atdığı mütərəqqi addımları da təsvir edib. müsəlmançılığın şiə və sünnilik kimi iki təriqətə ayrılmasını nadir şah pisləyib və bunu dövlətçilik sütunlarının laxlamasma gətirib çıxaracağını göstərib. dramaturq nadir şahın bu flkrinə və dinin dövlətdən ayrı olmasma çalışması səyinə pyesdə xüsusi bədii lövhə, xüsusi məntiqi inkişaf xətti ayırıb. həmin xətdə nadir şahın əqəliyyət (azlıq) təşkil edən xristianlara xüsusi fərmanla dini azadlıq verməsi, müqəddəs "incil"i tərcümə etdirmək səyində olması da dramaturji hadisələrə və əsas ideyaya bağlanıb. dramaturq bütün bunları, yəni sərt və amansız, qanlar tökən və məmləkətin sərhədlərini genişləndirmək naminə müharibələr aparan nadir şahın reformalarının mütərəqqi xüsusiyyətlərini da dramaturji konfliktin mərkəzinə çəkib. bununla da nadir şah həm xaraktercə ziddiyyətli, gözlənilməz addımlar atan tarixi şəxsiyyət, həm də möhtəşəm, mürəkkəb bədii-dramatik obraz kimi yadda qalır. nəriman nərimanovun son dram əsəri 1915-ci ildə yazdığı "bahadır və sona" faciəsidir. dramaturq bu əsərini özünün eyniadlı romanı əsasında yazıb, daha doğrusu, səhnələş-dirib. "bahadır və sona" romanının birinci hissəsi isə 1896-cı ildə bakıda və ikinci bölümü 1900-cü ildə yelendorf şəhərində (indiki xanlar rayonu) çap edilib. ikinci hissə səkkiz səhifədən ibarətdir və bunu</Page><Page Number="53">dramaturq bəzi mətləblərə aydınlıq vermək məqsədilə yazıb. burada hadisələr bahadırın öz tələbə dostu soltanla birlikdə, məşhur qafqaz yolu ilə tiflisdən peterburqa getmələri ilə bitir. "bahadır və sona" faciəsini dramaturq şamaxıda səhnələşdirib və elə həmin il də tiflisdə yerləşən senzura komitəsinə yollayaraq əsərin səhnədə oynanılmasma icazə alıb. bu əsər azərbaycanlılar yaşayan məkanlarda müxtəlif ictimai mübahisələrə səbəb olub. dramaturq şərq poeziyasında, xalq dastanlarında müxtəlif şəkillərdə toxunulan xristian qızına müsəlman gəncinin aşiq olması mövzusunu yeni sosial, fəlsəfi-psixoloji düşüncə kontekstində qələmə alıb. rahatsızlıq doğuran məsələ, əsasən, o idi ki, müəllif iki gəncin faciəli eşq macərasından daha çox, feodal düşüncə tərzinin zülmətə sürükləyən məqamlarını dramatik sərtliklə verə bilmişdi. bunun yüksək bədii həllinə nail olmaq məqsədilə nəriman nərimanov pyes variantında romanın süjetini xeyli yığcamlaşdırmış, bir sıra epik hadisələrdən və yardımçı mövzulardan imtina etmişdi. bu imtina süjet xəttinə dinamizın, xarakterlərin hərəkətlərinə dramatik fəallıq, konfliktə sosial-ictimai kəsər gətirib. ideya-bədii məzmun faciə janrının estetik prinsipləri baxımından xeyli zənginləşib. millət anlayışı, vətənpərvərlik duyğusu, maarifçiliyə münasibət, psixoloji ailə münasibətləri kimi həyati məsələlər dramda yeni səciyyələrlə bədii materialın əsasında durub. dramaturq öz əsərində mürtəce qüvvələrin təmsilçilərinin bədii obrazlarını təsvir etməyib. lakin onların düşüncə tərzləri, köhnəliklə yeniliyin ideya mübarizələri, bəşəri duyğuların təbliği dramatik hadisələrin psixoloji əsasını müəyyənləşdirib. nəriman nərimanov bahadırı real həyati obraz kimi təsvir etməklə yanaşı, onun dünyagörüşlərinin ziddiyyətlərini, maarifpərvərlik yolundakı tərəddüdlərini də cəsarətlə verib. pyesdə qadın və şəxsiyyət azadlığı, məhəbbət və vicdan pakiığı problemləri sona və soltan, yusif obrazlarının timsalında yeni dramatik vasitələrlə və orijinal ziyalı fikirlərilə təsvir olunub. onların da dramatik xarakterləri birrəngli deyil, mürəkkəb və əlvandır, təzadlı və ziddiyyətlidir.</Page><Page Number="54">ilk teatr truppalari  (1897-1905)  teatr həvəskarları "birinci müsəlman truppası"nda birləşəndən sonra müəyyən iş prinsipi qurmağa, tamaşaları, heç olmasa, ayda iki dəfə, lakin müntəzəm oynamağa çalışırdılar. həmin illərdə və iyirmi il sonraki dövrlərdə yay və qış aylarının müəyyən dövrü mövsümün qapanması kimi qəbul olunmuşdu. fəaliyyəti "qış mövsümü" və "yay mövsümü" bölgülərinə ayrıldığına görə truppa müstəqil şəkildə öz tamaşalarını 1897-ci ilin martından göstərməyə başladı. il ərzində isə xeyli tamaşa oynanıldı. bunların arasında nəcəf bəy vəzirovun "daldan atılan daş topuğa dəyər", sultanməcid qənizadənin "dursunəli və ballıbadı" (hər ikisi 1 martda oynanılıb), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (9 mart. rejissor sultanməcid qənizadə), nəriman nərimanovun tərcüməsində və rejissorluğunda nikolay qoqolun "müfəttiş" (15 oktyabr və 28 noyabr), nəriman nərimanovun "nadanlıq" (5 dekabr) komediyalarının tamaşaları xüsusi yer tutub. tamaşaların hamısı tağıyev teatrının binasında göstərilib. mühüm hadisə kimi "müfəttiş" tamaşasının uğurunu xüsusi qeyd etmək lazımdır. milli teatrımızın tərcümə əsərlərinə müraciətində bu tamaşanın premyerasının maraqla qarşılanması yüksəlişə doğru əsaslı dönüş yaratdı. tamaşanın maraqlı aktyor ansamblı vardı. əsas rolları nəriman nərimanov (bələdiyyə rəisi), həbib bəy köçərlinski (osip), bədəl bəy bədəlbəyov (dobçinski), əbülfət bəy vəli (bobçinski) ifa ediblər. 1897-ci ildə bakıda birinci dəfə "artistlər ittifaqı" yaradılıb. üç yüz nəfər üzvü olan ittifaqa bir neçə nəfər azərbaycanlı səhnə həvəskarı da qəbul olunub. hər fərd üçün üzvlük haqqı 6 manat təyin edilib. sultanməcid qənizadənin şagirdləri hüseyn xələfov (ərəblinski) və mirmahmud kazımovski bu il göstərilən "lənkəran xanının vəziri" komediyasında mehtər kərəm və kəndli rollarında ilk dəfə səhnəyə çıxıblar. gələcəyin tanınmış aktyoru, dramaturqu və tərcüməçisi olan mehdi bəy hacınski isə "nadanlıq" tamaşasında səhnədə birinci addmını atıb. truppa 1898-ci ildən afişalarda, qəzet xəbərlərində "müsəlman dram artistləri dəstəsi" (bəzən "müsəlman dram artistləri") kimi təqdim edilib. tamaşalara rejissorluğu sultanməcid qənizadə, həbib bəy mahmudbəyov və az da olsa, nəriman nərimanov ediblər. müəyyən coşğunluqla çalışan dəstə üzvlərinin yaxşı işləri ötəniiki əsərlərin təkrar quruluşda oynamlması və əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" (1 mart), isgəndər bəy məlikovun "yaxşılığa yamanlıq" (15 və 20 aprel) və mirzə fətəlinin "hacı qara" (13 noyabr) faciə, dram və komediyalarının hazırlanıb göstərilməsi olub. dəstənin teatr tamaşalarının göstərilməsi 1899-cu ildə adda-budda xarakter almağa başlayıb. ötənilki səhnə əsərlərinin sırasma nəcəf bəy vəzirovun "qarınqulu" və haşım bəy vəzirovun "evlənmək su içmək deyil" (ikisi də matın 9-da oynanılıb), əbdürrəhim bəy haqverdiyevin "yeyərsən qaz ətini, görərsən ləzzətini" məzhəkələrinin tamaşaları daxil edilib. cahangir zeynalov dərviş məstəli şah ("müsyö jordan və dərviş məstəli şah". 3 mart) rolunda yüksək komediya aktyorluğu ilə tamaşaçıların daha dərin rəğbətini qazanıb. hüseynqulu rzayev truppada çalışan nəcəfqulu vəliyevin təşəbbüsü və nəriman nərimanovun səyi ilə taleyini səhnə sənətinə bağlayıb. sonralar "sarabski" (bəzən "sarablı" yazılıb) təxəllüsü ilə dram, faciə və opera aktyoru kimi böyük şöhrət qazanıb, rejissorluq edərək çoxlu tamaşalara quruluşlar verib. bu il tağıyev teatrında müəyyən yenidənqurma işləri aparılıb, tamaşa salonu genişləndirilib, oturacaqların sayı bir xeyli artırılıb. binanın kirayə götürülməsində çətinliklər yarandığına görə məşqlər cahangir zeynalovun, isgəndər bəy məlikovun evlərində, "kaspi" qəzetinin redäksiyasında keçirilib. dəstədə "rejissor" anlayışı hələ formalaşmamışdı. həvəskarları bir yerə toplayıb rol bölgüsü aparana "rejissor" deyilirdi. tamaşalar iki-üç günə, bəzən bir həftəyə hazırlanırdı.</Page><Page Number="55">1900-cü ildə teatr prosesindəki durğunluqdan çıxmağa cəhd göstərilsə də, nəzərə çarpacaq dəyişiklik və müəyyən sənət nailiyyəti olmayıb. hətta truppa dağılmaq həddinə çatıb. nəriman nərimanovun truppanı bərpa etmək və rəhbərliyi öz üzərinə götürmək cəhdi baş tutınayıb. mövcud çətinliyi ilin sonlarında şuşadan bakıya gələn və 1901-ci ildə "bakı müsəlman truppası" yaradıb işgüzar fəaliyyətə başlayan əbdürrəhim bəy haqverdiyev aradan qaldırdı. o, cəsarətlə baş rejissor funksiyasını üzərinə götürdü və milli teatr tariximizdə bu vəzifəni ləyaqətlə icra edən ilk ziyalı oldu. əbdürrəhim bəy haqverdiyev ötən illərdə oynanılan pyeslərə yeni quruluşlar verməklə yanaşı, nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" faciəsini, jan batist molyerin "xəsis" əsərindən iqtibas etdiyi "ağa kərim xan ərdəbili" komediyasını, özünün "pəri cadu", "bəxtsiz cavan" dramlarını repertuara daxil etdi. o cümlədən qoqolun "müfəttiş"i (nəriman nərimanovun tərcüməsində) və tamaşaçıların xoşladıqları vodevilləri yenidən səhnəyə gətirdi. cahangir zeynalovun quruluşunda və baş rolun ifasında "hacı qara" tamaşası böyük maraqla qarşılanıb. truppa 1902-ci ildə qoqolun "evlənmə" komediyasını mehdi cuvarlinskinin, "müfəttiş"i isə m.rüstəmbəyovun tərcüməsində, "ağa kərim xan ərdəbili", "hacı qəmbər", "şamdan bəy" əsərlərini yeni quruluşlarda oynayıb. 1903-cü ildə isə truppa daha çox "müsəlman dram artistləri dəstəsi" ilə təqdim edilib. tağıyev teatrının icarədarları palonski və kruçinin azərbaycanlı aktyorları əlbəsə və rekvizit ilə pis təmin edirdi. bir neçə il azərbaycanlı aktyorlar bütün tamaşaları bir otaq-dekorasiyada oynayıb. repertuarda köhnə əsərlərlə yanaşı, n.loxmanovanın "napoleonun vəfatı" ("sant helen cəzirəsində imperator napoleonun vəfatı") dramının, anton çexovun "ayı" vodevilinin tamaşaları da vardı. əbdürrəhim bəy haqverdiyev dramaturqlarla teatr dəstəsi arasında anlı əlaqələr yaratmağa çalışırdı. həvəskarların müəyyən bir qisınınin aktyorluq sənətini peşə seçmələrinə səbəb olmuşdu. bu cəhd 1904-cü ildə bir qədər də gücləndi. dəstə tamaşalarını daha çox artistlər klubunda göstərib. bakıda bəzi həvəskar dəstələr də hərəsi il ərzində bir neçə tamaşa ilə çıxış ediblər. repertuarda nəcəf bəy vəzirovun və sultanməcid qənizadənin məsxərələri üstünlük təşkil edib. sanballı faciə və komediyalar təkrar-təkrar göstərilib. adı müxtəlif cür yazılan teatr dəstəsi 1905-ci ildə müəyyən çətinliklərlə qarşılaşıb. rusiyadakı siyasi ixtişaşlar (9 yanvar gülləbaranı, tətillər və sairə) bakının mədəni həyatına da təsir edib. tamaşaya qoyulmaq üçün əsərlərin icazəsi həftələrlə yubadılıb, tamaşalara nəzarət güclənib. hətta fevral ayında bakıda komendant saatı elan edildiyi üçün axşam ta-maşalarının oynanılmasma qadağa qoyulub. əbdürrəhim bəy haqverdiyev işini dəyişməklə əlaqədar olaraq dəstəyə rəhbərlikdən uzaqlaşıb. işin ağırlığını müxtəlif aktyorlar (əsasən, cahangir zeynalov, hüseyn ərəblinski, əbülfət vəli, hüseynqulu sarabski) öz üzərlərinə götürüblər. repertuarda təbdil olunmuş vodevillər, kiçik məsxərələr çoxluq təşkil edirdi. il payıza dönəndə rusiyadakı müəyyən reformaların sədası bakıda da hiss olundu. nəriman nərimanov, dadaş bünyadzadə, məmməd məmmədyarov, məşədi əzizbəyov, həmid sultanov fəhlə rayonlarında dram dərnəkləri yaradıblar. "təkamül" qəzeti nəzdində "hümmət" təşkilatının eyniadlı truppası fəaliyyətə başlayıb. onlar qara şəhərdə, sabunçuda, balaxanıda, murtuz muxtarovun klubunda, bayılda tamaşalar oynayıblar. aleksandr nevski adına azərbaycan-rus qız məktəbində müəllim və şagirdlər, mərdəkandakı tağıyev bağçılıq məktəbində könüllü gənclər, ağa musa nağıyev klubunda ("obşestvennoye sobraniye") ziyalı cavanlar, ikinci məktəbin şagirdləri müxtəlif vaxtlarda tamaşalar hazırlayıblar. bu il aktyorlar arasında "birincilik" iddiasında olmaq, yersiz təkəbbür göstərmək, repertuarı özünə "uyğun" qurmaq truppada müəyyən parçalanmaya gətirib çıxarıb. əbdürrəhim bəy haqverdiyevin peterburqa gedişindən sonra sənət axtarışları zəifləyib. aktyor və rejissor əbülfət vəli dəstə toplayaraq kiçik əsərlərdən ibarət repertuarla azərbaycanın rayonlarında fərdi qastrollarda olub. dəstə öz tamaşalarına yerlərdəki həvəskar aktyorları da cəlb edirdi.</Page><Page Number="56">1897-1905-ci illər arasında müxtəlif teatr truppalarının fəaliyyətində aşağıdakı hallar qabarıq nəzərə çarpırdı. repertuarda təkrarçılıq və yeknəsəklik hökm sürürdü. eyni dram, faciə və ya vodevil il ərzində bir neçə quruluşda oynanılırdı. əksər vaxtlarda hansısa tamaşada baş rolda çıxış edən aktyorun dəyişdirilməsi təzə quruluş kimi təqdim olunurdu. ifaçılar öz sözlərini əzbərləmirdilər. mətn, dialoq və monoloq suflyor vasitəsilə çatdırılırdı və aktyorlar da onu eşitdikləri kimi (yəni bəzən səhv mətnlə) təkrarlayırdılar. ona görə də suflyor teatrda vacib peşə sahibi sayıılırdı. tamaşada musiqidən və məxsusi tərtibatdan istifadə edilmirdi. artistlərin əksəriyyəti öz ailəsinin çörəkpulunu başqa peşələrdən çıxardırdılar. müxtəlif dəstələrdə fəaliyyət göstərən həvəskarlar tez-tez yerlərini dəyişirdilər. bu hal 1906-1919-cu illərdə daha xoşagəlməz hal almışdı. kiçik məsxərələr və vodevil-məzhəkələr ikisi, bəzən üçü və dördü bir yerdə, eyni gündə göstərilirdi. bir ildə bir neçə dəfə oynanan tamaşaların əksəriyyət ifaçıları dəyişirdilər. bəzən də ifaçılar qalırdılar, lakin onların rolları dəyişidirilirdi. bu illərdə teatr tamaşalarında yazıçılardan nəriman nərimanov, nəcəf bəy vəzirov, əbdürrəhim bəy haqverdiyev, süleyman sani axundov, müxtəlif sahələrdə işləyən ziyalılardan bədəl bəy bədəlbəyov, hacı bəy axundov (şirvanski), rəhim bəy məlikov, midhət bəy məlikov, əbdüləli bəy vəlibəyov, rəsul bəy tahirbəyov, məlik bəy tahirbəyov, səməd mənsur kazımzadə, həbib bəy köçərli, mehdi bəy cuvarlinski, sadıq bəy salaşbəyov, hüseyn minasazov və başqaları çıxış edirdilər. nisbətən təcrübəli mirzə muxtar məmmədov, cahangir zeynalov, məhəmməd əlvəndi, əbülfət vəli, gənclərdən hüseynbala xələfov (hüseyn ərəblinski), murad muradov, hüseynqulu sarabski (rzayev), mirmahmud kazımovski, mirzağa əliyev, rüstəm kazımov, mehdi bəy hacınski, ağalar gəraybəyov aktyorluqla müntəzəm məşğul olurdular. dövri mətbuat, siyasi mövqelərindən asılı olmayaraq, teatr prosesini nəzərdə saxlamağa, tamaşalar barədə məlumatlar verməyə, əsərlərin qısa şərhinə meyil göstərən yazılar çap etməyə çalışırdılar.   dramaturgiyada kütləvillk və bədii axtarişlar (1890-1920)  azərbaycanda xx əsrin sonlarında maarifçilik ideyalarının təbliği daha geniş miqyas aldı. maarifpərvərlər, ilk növbədə müəllimlik peşəsi ilə məşğul olanlar xalqı nadanlığın, xurafatın cəngindən xilas etmək üçün ən çevik forma-vasitələrdən biri kimi teatra xüsusi diqqət yetirirdilər. bu istiqamətdə tiflis aleksandrinsk müəllimlər institunu bitirib bakıya gəlmiş həbib bəy mahmudbəyovla sultanməcid qənizadənin fəaliyyətləri daha qabarıq nəzərə çarpırdı. diqqətçəkən məsələlərdən biri bu idi ki, teatr tamaşaları hazırlayan müəllimlər və ya başqa peşə sahibləri eyni zamanda özləri müxtəlif əcnəbi yazıçıların əsərləri əsasında iqtibaslar və ya təbdillər işləyirdilər. yaxud kiçik həcmli orijinal pyeslər yazırdılar. yazılan dram əsərləri, əsasən, vodevil (kiçik məsxərə), məzhəkə, fars, qaravəlli janrında olurdu. onların başlıca qayəsi xalqı maarifləndirmək, teatr tamaşalarına baxanları didaktik-tərbiyəvi əhəmiyyətli əsərlərlə təmin etmək idi. həmin istiqamətdə fəaliyyət göstərən müəlliflərdən bir neçəsi barədə qısa məlumat verəndən sonra ümumi mənzərəni yığcam şəkildə təsvir etməyə çalışacam.</Page><Page Number="57">* * *   rəşid bəy əfəndiyev (1863-31.8.1942)  şəkidə ruhani ailəsində anadan olub. yeddi yaşından dini təhsil almağa başlayıb. 1876-cı ildə şəhərdə açılmış rus məktəbinə gedib. iki ildən sonra təhsilini daha geniş miqyasda davam etdirmək üçün tiflis şəhərinə gəlib. burada ömrünün son aylarını yaşayan, milli dramaturgiyamızın banisi mirzə fətəli axundzadə ilə görüşüb. onun tövsiyəsi ilə 1879-cu ildə məşhur qori müəllimlər seminariyasma daxil olub. rəşid bəy oranı bitirdikdən sonra qəbələdə müəllimlik edib, müxtəlif dərsliklər yazıb və çap etdirib. daha sonralar irəvanda, qubada, şəkidə, naxçıvanda, qoridə pedaqoji fəaliyyət göstərib. rəşid bəy ismayıl oğlu əfəndiyev "qan ocağı", "qonşu qonşu olsa, kor qız ərə gedər", "saqqalın kəraməti", "tiflis səfərləri", "pul dəlisi", "arvad məsələsi" məzhəkələrini, "bir saç telinin qiyməti", "qızıl gül" pyeslərini yazıb. onun dram əsərləri bakıda, tiflisdə, irəvanda, şəkidə, aşqabadda, gəncədə, naxçıvanda müxtəlif dram dərnəkləri, ayrı-ayrı teatr dəstələri həvəskarları, mədəni-maarif cəmiyyətlərinin teatr truppaları tərəfindən tamaşaya hazırlanıb.  sultanməcid qənizadə (1866-1937)  görkəmli maarif xadimi və yazıçı, səhnə sənətinin fədaisi idi. sultanməcid hacı murtuzəli oğlu şamaxı şəhərində orta təbəqəni təmsil edən ailədə anadan olub. ilk təhsilinə əvvəlcə buradakı seyid əzim şirvaninin "məclis" məktəbində başlayıb və sonra yeni tipli şəhər məktəbində oxuyub. 1883-cü ildə tiflis aleksandrinsk müəllimlər institutuna qəbul olunub. burada dörd il təhsil alıb və mövcud imperiya qanunlarına əsasən işləmək üçün bakıya göndərilib. bakıda həmtəhsil dostu həbib bəy mahmudbəyov ilə birlikdə məktəb açıblar. sultanməcid qənizadə tələbatı nəzərə alaraq, şagirdlər üçün dərsliklər işləyib, müntəxəbat tərtib edib. bakıdakı teatr həvəskarlarını bir yerə cəm edərək onlarla müxtəlif bayramlarda tamaşalar hazırlayıb. həvəskarların truppa halında fəaliyyəti üçün səmərəli işlər görüb, səhnə sənətinə çoxlu istedadlı gənclər cəlb edib. pyes qıtlığını, xüsusən kiçik məsxərələrin azlığını nəzərə alaraq dramaturgiya ilə məşğul olmağa başlayıb. 1891-ci ildə ilk dram əsərini yazıb və "qönçə xanım" adlanan həmin faciə əsərini oynamağa senzura icazə verməyib. təəssüf ki, bu pyesin əlyazması itib. sultanməcid qənizadə lev tolstoyun "əvvəlinci şərabçı" və vladimir dyaçenkonun "qurbana qurban" pyeslərini azərbaycan dilinə tərcümə edib. bu əsərləri həvəskarlar dönə-dönə tamaşaya hazırlayaraq oynayıblar. pedaqoq-dramaturq "xor-xor", "axşam səbri xeyir olar", "dursunəli və ballıbadı", "yadımdadır" vodevillərini azərbaycancaya iqtibas və təbdil edib. həmin vodevil-məsxərələr milli məişət və əxlaqımıza sənətkarlıqla uyğunlaşdırıldığına görə, orijinal dram əsərləri kimi dəyərli və əhəmiyyətli olub. həmin əsərlər 1890-1920-ci illərdə müxtəlif şəhərlərdə mövcud olan azərbaycan teatr dəstə və truppalarının repertuarlarında çox mühüm yer tutub. milli səhnəmizin fədailəri sayılan cahangir zeynalov, mirzağa əliyev, sidqi ruhulla, abbasmirzə şərifzadə, əbülfət vəli, mustafa mərdanov, ibrahim isfahanlı, hüseynqulu sarabski kimi şöhrətli sənətkarlar adıçəkilən məsxərələrdə dönə-dönə çıxış ediblər.  səkinə axundzadə (1865-1927)    azərbaycanın ilk qadın müəllimələrindəndir. yazıçılıqla, o cümlədən dramaturgiya ilə də məşğul olub. səkinə xanım qubada doğulub və ibtidai təhsilini də orada alıb. sonra ailəsi ilə birgə bakıya gəlib və buradakı mütərəqqi təhsil sistemi olan məktəblərdən birində oxumağa davam edib. bakıda və qubada xalqın maariflənməsi yolunda böyük işlər görüb. qız məktəblərinin açılmasma, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərib.</Page><Page Number="58">səkinə mirzə heybət qızı axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlayıb. "elmin bəhrəsi" pyesini və "gəlin və qaynana" komediyasını yazıb. milli folklorumuzun hadisə-süjeti əsasında "əbülfəz və rəna" hekayəsini qələmə alıb. onun əsasında isə eyniadlı opera librettosu işləyib. yazıçı-maarifpərvər səkinə xanım görkəmli osmanlı ədibi namiq kamalın "zavallı cocuq" pyesini "bəxtsiz bala" adı ilə dilimizə təbdil edib. süjeti azərbaycanın həyat şəraitinə, mənəvi-psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılmış bu əsər teatr truppalarının tez-tez müraciət etdikləri pyeslərdən olub. səkinə xanım axundzadə məşhur fransız bəstəkarı leo delibin "lakme" operası əsasında dram əsəri yazıb. bu əsər "nicat" truppasında, 1920-ci illərin əvvəllərində milli dram teatrında müxtəlif səhnə quruluşunda tamaşaya qoyulub.  * * *  iyirminci əsrin ilk iki on ilində bakıda "müsəlman artistləri şirkəti", "nicat", "həmiyyət", "səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələri, tiflisdə "müsəlman artistləri", "ittihad", "ibrət" cəmiyyətlərinin truppaları, aşqabadda "5 nömrəli teatr dəstəsi", irəvanda "müsəlman dram cəmiyyəti", təbrizdə "azərbaycan artistləri dəstəsi", "cəmiyyəti-islahi-tərəqqi-maarifi-azərbaycan" adlanan səhnə həvəskarları truppaları fəaliyyət göstərmişlər. onlar, əsasən, yerli müəlliflərin kiçik həcmli dram əsərlərini, həm də təbdil və iqtibas etdikləri pyesləri tamaşaya hazırlamışlar. teatr dəstələrinin repertuarlarında daha tez-tez yer tutan və tamaşaçıların maraq göstərdikləri pyeslər çox olub. bunlardan mirzə məmməd axundzadənin "səfahətin sonu", "analıq", "ana kitabı", "məhəbbətin nəticələri", məmmədsadıq axundovun "ata-babanın günahı", isa bəy aşurbəylinin "cəhənnəm", "azərbay və can", "novruz bayramı", mirzəbala məmmədzadənin "bakı uğrunda müharibə", "qadın məişəti", ceyhun bəy hacıbəylinin "qış gecələri", rza zaki lətifbəyovun "nigar və neman", "köhnə türkiyə", "məhkəmeyi-kübra", "bədbəxt gəlin", "əbdülhəmidin xəli", abbas səhhətin "cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi", həmid bəy məlikovun "bədbəxt milyonçu", məmmədəli nasirin "rüşvətxor qazı", "zorən izdivac", "millətpərəstlik", "şərabxorluq", ismayıl həqqinin "damullalıq qolaymı?", sabit manafzadənin "şərq", "münafiqlər", "talan-talan", "divan", ismayıl rüstəmbəyovun "dövləti-bisəmər", rza quluzadə şərqinin "quqquluqu",  "vəhşi", "cinayət", "mirzə rza kirmani", "pul, yoxsa allah", "dəlilər yurdu", əli razi şəmçizadənin "dirilər", "islam qiraətxanası", isgəndər  bəy məlikovun "yaxşılığa yamanlıq", mehdi bəy hacınskinin "ac bəy", "yezid ibn müaviyyə", sultan muradovun "kəblə qubad", cəfər bünyadzadənin "ovçular məişəti", "xan-xan", "ürək tikmək, yaxud qurban bayramı", yusif talıbzadənin "xalid ibn valid", kərim bəy şərifovun  "məmmədəli  şah,  yaxud  səttarxan", "kəbin", cəmo bəy cəbrayılbəylinin "molla cəbi", "vəhşi", "qramafon", "şəriət qurbanları", "kəl döyüşü", "tiryakilər", mustafa bəy əlibəyovun "məhkəmə qarşısında tökülən qanlı göz yaşları", yaqub nəsirlinin "ravina altında müharibə", eynəli bəy sultanovun "tatarka", haşım bəy vəzirovun "uprava xanımın qızı və tramvay xanım", "döymə qapımı, döyərlər qapını", rza vaizzadənin "səyavuş", "bədbəxt gəlin", "cəhalət qurbanı", "toy" dram əsərləri daha diqqətçəkəndir. tiflisli aktyor mirzəli abbasovun "fəxrəddin kişi", "sultan mahmud qəznəvi", "dövreyi-səltənəti-ənuşirəvani-adil", bakıda sidqi ruhullanın (axundzadə) "xosrov bəy", mirmahmud kazımovskinin "vuphavur", "həmşəri pasportu", "daşım-daşım", "yaftuməli", "əvəz-əvəz", əhməd qəmərlinin "tahir və zöhrə", "cavanlar məişəti", "rüstəm və söhrab", "məkri-zənən", "intiqam", "vaxtın var?", hüseynqulu sarabskinin (rzayev) "cəhalət", "nə doğrasan aşına, o da çıxar qaşığına", qulamrza şərifzadənin "ənuşirəvani-adil" pyesləri də teatr truppalarının maraq dairələrində olub.</Page><Page Number="59">başqa millətdən olan vasaq mədətov azərbaycanca da təhsil alıb. müxtəlif teatr truppalarında təşkilatçı və aktyor kimi çalışan mədətov, həmçinin azərbaycanca vodevil-məsxərələr yazıb. onun səhnə əsərlərindən "qırt-qırt", "tamahkarlıq düşmən qazanır", "gözəgörünməz şal" uzun illər teatr dəstələrinin repertuarlarında yer tutub.   "nicat" teatr truppasi  bakıda teatr prosesi 1906-cı ildə müəyyən yeniliklərlə nəzəri cəlb edib. ilin əvvəlində şəhərdəki "müsəlman dram artistləri" truppası əsasında "ikinci teatr dəstəsi" yaranıb. dəstə müxtəlif mətbuat səhifələrində "tovarişestvo", "müsəlman artistləri tovarişestvosu", "yeni müsəlman teatr dəstəsi" adları ilə də təqdim olunub. dəstənin əsas aktyorları murad muradov, ibrahim rüstəmbəyov, mirzə muxtar məmmədov, hüseynqulu sarabski, mehdi bəy cuvarlinski, əbülfət vəli, hacı bəy axundov (şirvanski) olublar. tanınmış aktyorlar cahangir zeynalov, mirzağa əliyev, hüseyn ərəblinski, mirmahmud kazımovski "şirkətdə" (birinci dəstədə) qalmışdılar. ilin ikinci yarısında mirzağa əliyev özü "həmiyyət" (ərəbcə mənası "qeyrət", "şərəf hissi" deməkdir) adlı müstəqil teatr truppası yaradıb. ziyalı məmmədsadıq axundov bu işdə ona yardımçı idi. truppa bir ilə yaxın fəaliyyət göstərib. azərbaycanda maarifçiliyi genişləndirmək məqsədilə 1906-cı ildə bakıda "nicat" mədəni-maarif cəmiyyəti yaradılıb. cəmiyyət kitabxanalar, məktəblər açıb, qiraətxanalar təşkii edib, gecə kursları yaradıb, müxtəlif mədəni-kütləvi müsamirələr keçirib və oradan toplanan vəsaiti, verilən ianələri, əsasən, yoxsul şagirdlərin tədrisinə xərcləyib. fəaliyyətə başlayanda cəmiyyətin atdığı uğurlu addımlardan biri də teatr truppası yaratmaq olub. "nicat" teatr truppası 1906-cı ilin noyabrından (6 noyabr. tağıyev teatrı, nikolay qoqolun "müfəttiş" komediyasının tamaşası ilə) fəaliyyətə başlayaraq milli teatr sənətinin inkişafında və tərəqqisində, peşəkar aktyorluq sənətinin formalaşmasında böyük işlər görüb. "nicat" 1917-ci ildə öz fəaliyyətinə son qoyub. "nəşri-maarif" xeyriyyə cəmiyyəti bakıdakı müxtəlif teatr dəstələrinə yaxından köməklik göstərib, 1908-ci ildən ısə öz fəaliyyətini "nicat"la birgə aparıb. qısa fasilələri nəzərə almasaq, "nicat" truppasının əsas baş rejissoru hüseyn ərəblinski, daha səmərəli fəaliyyət göstərən sıravi rejissorları əbülfət vəli , hüseynqulu sarabski və son illərdə abbasmirzə şərifzadə olublar. truppa təzə fəaliyyətə başlayanda tamaşalara rejissorluğu aktyorlar və bir neçə dəfə rus teatrından dəvət olunmuş saracan valentinov edib. 1906-cı ildə "nicat" "döymə qapımı, döyərlər qapını" (haşım bəy vəzirov) və "hacı qəmbər" (nəcəf bəy vəzirov) komediyalarını da oynayıb. 1907. "nicat"ın bu il ərzindəki uğurlu işləri mirzə fətəli axundzadənin "hacı qara" (rejissor əbülfət vəli. hacı qara - cahangir zeynalov, heydər bəy - məhəmməd bəy əlvəndi, naçalnik - hüseyn ərəblinski), henrix heynenin "əl mənsur" (rejissor hüseyn ərəblinski. əl mənsur - məmməsadıq axundov, don qanzalo - hüseyn ərəblinski), fridrix şillerin "qaçaqlar" ("əşqiya". rejissor hüseyn ərəblinski. qoca moor - cahangir zeynalov, karl moor - mehdi bəy hacınski, frans moor - hüseyn ərəblinski, şveytser - əbülfət vəli və hüseynqulu sarabski), əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar" (rejissor və qacar rolunun ifaçısı hüseyn ərəblinski, mürtəzaquulu xan - əbülfət vəli, cəfərqulu xan - hüseynqulu sarabski və qulamrza şərifzadə), namiq kamalın "vətən" ("vətən, yaxud silistirə"), nəriman nərimanovun "nadir şah" (nadir şah - hüseyn ərəblinski) əsərlərinin tamaşaları olub. 1908. yanvar ayının 12-də ilk milli muğam operası olan üzeyir bəy hacıbəyovun "leyli və məcnun"unu "nicat" truppası hüseyn ərəblinskinin rejissorluğunda tağıyev teatrı binasında oynayıb (məcnun - hüseynqulu sarabski, leyli - əbdürrəhman fərəcov).</Page><Page Number="60">bu il truppa əvvəllər dəfələrlə oynadığı əsərlərin təkrar quruluşlarından əlavə, repertuarına yeni pyeslərin tamaşalarını da daxil edib. bunlardan "əmir əbül üla" və "ibrahim bəy" (hüseyn bədrəddin və məhəmməd rüfət. tərcümə edəni qulamrza şərifzadə), "sultan osman" (fransua volter. çevirəni əbdürrəhim bəy haqverdiyev), "dəmirçi gavə" (şəmsəddin sami. tərcüməçi süleyman sani axundov), "qəzavat" (s.lanskoy. tərcüməçi əbdürrəhim bəy haqverdiyev), "bəxtsiz bala" (namiq kamal. təbdil edəni səkinə axundzadə), "zorən təbib" (jan batist molyer. tərcüməçi əhməd qəmərli) tamaşalarını göstərmək olar. hüseyn ərəblinski bir qrup sənət dostu ilə bu ilin mart və aprel aylarında tiflisə qastrola gedib. sentyabr ayında "nicat" qüvvələrini səfərbər edərək həftədə bir tamaşa oynamağa qərar verib. bu ildən başlayaraq, təxminən on il ərzində repertuarda mirzə fətəli axundzadənin "hacı qara", "lənkəran xanının vəziri" və "müsyö jordan və dərviş məstəli şah", nəcəf bəy vəzirovun "hacı qəmbər", "ev tərbiyəsinin bir şəkli" və "müsibəti-fəxrəddin", əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan", "ağa məhəmməd şah qacar", "pəri cadu" və "ac həriflər", nəriman nərimanovun "dilin bəlası" ("şamdan bəy"), "nadir şah" komediya və faciələri vaxtaşırı təzə quruluşlarda göstərilib. hüseyn ərəblinski xlestakov ("müfəttiş") rolunda uğurla çıxış edib 1909. "nicat"ın idarə heyətinin rəhbərlərindən isa bəy aşurbəyli ilə aktyorlar arasında ixtilaf yarandığına görə, başda ərəblinski olmaqla, aparıcı sənətkarlar bir müddət truppadan uzaqlaşıblar. onlar qayıtdıqdan sonra truppanın repertuarında yeni canlanma yaranıb. hüseyn ərəblinskinin rəhbərliyi ilə truppanın bir qrup aktyoru tiflisdə, irəvanda, batumda, naxçıvanda qastrollarda olub. repertuarda son on ildə oynanılan əsərlərlə yanaşı, çirikovun "yəhudilər" (tərcüməçi əbdürrəhim bəy haqverdiyev), mirzə fətəli axundzadənin "mürafiə vəkilləri" ("təbriz vəkilləri" adı ilə), viktor dükanjın qumarbazın otuzillik həyatı" (tərcüməçi vəli qasımov), məhəmməd ehsanın "cövdət bəy" (tərcüməçi qulamrza şərifzadə) dram və komediyaları da tamaşaçılara göstərilib. sultanməcid qənizadənin, nəcəf bəy vəzirovun təbdil və məzhəkələri, myasnitskinin "mən ölmüşəm", lentovskinin "aktyorun həyatı", vasaq mədətovun "tamahkarlıq düşmən qazanır" vodevilləri vaxtaşırı oynanılıb. sentyabr ayında "nicat"ın artıq kiçik sayılan teatr bölməsi ləğv olunub və onun əsasında daha böyük dəstə yaranıb. truppaya, bu aktyorlar daxil ediliblər: hüseyn ərəblinski, məhəmməd bəy əlvəndi, əbülfət vəli, hüseyqulu sarabski, əliabbas rzayev (avarski), rüstəm kazımov, məmmədhaşım əliyev, mirmahmud kazımovski, hüseyn ağayev, mirzağa əliyev, imran qasımov, mehdi bəy hacınski, süleyman səlimbəyov, qulamrza şərifzadə, murad muradov, hacı ibrahim qasımov, xəlil hüseynov, murad muradov, məmmədbağır əlinski, məhəmmədhəsən həsənov, abbasmirzə şərifzadə. truppaya, həmçinin azərbaycanca az-çox danışmağı bacaran mislavskaya, aleksandra (şura) olenskaya, tamarina-qruzinskaya, doqmarova, stepanova da aktrisa kimi qəbul olunublar.  1910. azərbaycan operetta teatrının bünövrəsmin qoyulması da "nicat" teatr truppası ilə bağlıdır. bu il may ayının 24-də üzeyir bəy hacıbəyovun operetta janrında yazdığı ilk "ər və arvad" musiqili komediyası oynanılıb. nikitin qardaşlarının sirkində göstərilən tamaşaya quruluşu rejissor hüseyn ərəblinski verib və əsas rolları mirzağa əliyev (kərbəlayı qubad), hüseynqulu sarabski (mərcan bəy) və əhməd ağdamski (minnət xanım) ifa ediblər. repertuarda ilk dəfə göstərilən tamaşalardan ivan turgenevin "pulsuzluq" (tərcüməçi ceyhun bəy hacıbəyli), nikolay qoqolun "evlənmə" (tərcüməçilər isa bəy aşurbəyli və mehdi bəy hacınski), əbdürrəhim bəy haqverdiyevin "kimdir müqəssir?", qulamrza şərifzadənin "molla nəsrəddin", ələsgər kamalın "bədbəxt oğul", yusif talıbzadənin "xalid ibn valid" ("suriyanın fəthi"), vilyam şekspirin "otello" (tərcüməçi haşım bəy vəzirov, rejissor hüseyn ərəblinski. otello-hüseyn ərəblinski, yaqo - məhəmməd bəy əlvəndi), rudolf batşalm "qafqaz çiçəkləri"</Page><Page Number="61">(tərcüməçi abdulla şaiq talıbzadə), yusif talıbzadənin "ərmənusə" ("fəthi-misir"), əhməd qəmərlinin təbdilində "cavanların məişəti", hüseynqulu sarabskinin "cəhalət" pyeslərinin quruluşları da oynanılıb. qurban bayramı münasibətilə yanvarın 30-da azərbaycan teatr həyatında ilk dəfə olaraq aktyor və rejissor kərbəlayı cahangir zeynalova yaradıcılığının 25 illiyi münasibətilə yubiley təntənəsi keçirilib. tağıyev teatrı binasında keçirilən bayram mərasiminin rəsmi hissəsindən sonra "lənkəran xanının vəziri" komediyası göstərilib. tamaşada əsas rolları cahangir zeynalov (vəzir mirzə həbib) və rejissor hüseyn ərəblinski (teymur ağa) oynayıblar. 1911. ötən illərdə teatr tamaşaları iri binalardan, əsasən, tağıyev teatrında, nikitin qardaşlarının sirkində, ağa musa nağıyev teatrında, dənizçilər klubunda, "obşest-vennoye sobiraniye"də göstərilib. bu il fevralın 28-də modem musorqskinin "boris qodunov" operası ilə mayılov teatrının (hazırki opera və balet teatrı) açılışı olub. "nicat" kirayə ilə həmin binada da tamaşalar göstərməyə başlayıb. truppa bu ildən etibarən əbdülhəq hamidin "tariq ibn ziyad, yaxud əndəlis" (tərcüməçilər dadaş bünyadzadə və pirqulu mürsəlzadə), rza zaki lətifbəyovun "köhnə türkiyə", vahid lütfinin "naci bəy" ("naci bəy fədakari-hürriyyət". tərcüməçi dadaş bünyadzadə) pyeslərini də oynamağa başlayıb. tədricən truppanın repertuarında musiqi janrlı tamaşaların göstərilməsi üstünlüyü ələ alıb. mətbuatda buna narazılıq bildirilib və ayrı-ayrı qəzetlər müəyyən qərəzli mövqelərdən üzeyir bəy və zülfüqar bəy hacıbəyov qardaşlarına qarşı qərəzli hücumlar ediblər. bakı şəhər polisi azərbaycanda teatr sənətinin tərəqqisindən təşvişə düşüb. "nicat"ın göstərdiyi tamaşaların hamısında polisin nümayəndəsi birinci sırada əyləşib və səhnədən deyilən senzuradankənar "siyasi" sözləri öz idarəsinə çatdırıb.  1912-1917. bu illərdə "nicat"dan əlavə, bu dəstənin yaradıcı heyəti əsasında "səfa" teatr truppası da yaradılıb. tamaşalar paralel verilib. tədricən gündüz tamaşalarının sayı da artırılıb. truppaların qastrolları geniş vüsət alıb və çox möhtəşəm coğrafi ərazini əhatə edib. azərbaycan teatr tarixində ilk dəfə olaraq 1912-ci ilin noyabrında "nicat"ın aktyoru mirzağa əliyev tamaşa zamanı səhnədən dövlət əleyhinə söz işlətdiyinə görə hacıtərxan şəhərinə sürgün edilib. fəaliyyət göstərdiyi illər ərzində "nicat" teatr truppasında gələcəyin qüdrətli sənətkarları hüseynqulu sarabski (aktyor, rejissor və opera solisti), sidqi ruhulla, abbasmirzə şərifzadə, panfiliya tanailidi (müəyyən fasilələrlə), yeva (yevgeniya) olenskaya, əhməd qəmərli (dramaturq və akt-yor), hüseynağa hacıbababəyov (opera solisti), əbülhəsən anaplı, rza darablı, nataliya lizma, hacıağa abbasov, cəlil bağdadbəyov, hacıbaba şərifov, mir paşa sadıqov, məmmədhənifə tanrıqulov (hənifə terequlov. aktyor və xorbaşı), ələkbər süheyli, müslüm bəy maqomayev (dirijor), ələkbər hüseynzadə, xəlil hüseynov, ibrahim atakişiyev (azəri), məmmədtağı bağırov, məhəmmədhəsən atamalıbəyov, səməd mənsur (kazımzadə. dramaturq, aktyor və rejissor), şeyda xəlilbəyov, yunis nərimanov və onlarca başqaları yetişib formalaşıblar. fəaliyyətinin son altı ilində "nicat" truppası əlliyə yaxın tamaşa hazırlayıb. bunların böyük bir qismini truppa hər il təzə quruluşlarda göstərib. üzeyir bəy hacıbəyovun "şah abbas və xurşid banu", "əsli və kərəm" operalarını, "arşın mal alan" operettasını, mehdi bəy hacınskinin "zülm və istibdadın axırı" ("sultan əbdülhəmidin xəli"), "yezid ibn müaviyyə", nəcəf bəy vəzirovun "keçmişdə qaçaqlar", cəlil məmmədquluzadənin "ölülər" (rejissor hüseynqulu sarabski. isgəndər - mirzağa əliyev, şeyx nəsrulla - əliqulu qəmküsar), əbdürrəsul şərifzadənin "ənuşirəvani-adil", vano mçedaşvilinin "qaçaq kərəm", mirzə məmməd axundzadənin "səd ibn vəqqas", hacı ibrahim qasımovun "qatili-kərimə" ("qızının qatili"), yusif talıbzadənin "əmir xalid ibn valid" ("şamın fəthi və ərəblərin roma ilə müharibəsi"), baxmetovun "napoleon müharibəsi və yaxud moskva yanğını" (tərcüməçi hacı ibrahim qasımov), səməd mənsurun "köhnə və təzə il", abdulla şaiq talıbzadənin "bir saatlıq xəlifə", səkinə axundzadənin təbdil etdiyi "zülmün səmərəsi"</Page><Page Number="62">("lakme". rejissor abbasmirzə şərifzadə. nilufər-lakme - gülsabah xanım, said bəy - hüseyn ərəblinski, səid bəy - abbasmirzə şərifzadə) əsərlərini ilk dəfə məhz "nicat" teatr truppası tamaşaya hazırlayıb. 1916-cı ildə tağıyev teatrında "nicat" mədəni-maarif cəmiyyətinin, o cümlədən onun nəzdindəki teatr truppasının onilliyi yubiley kimi qeyd olunub. "nicat" teatr truppası ilk dəfə aktyorlara müxtəlif bölgülər üzrə maaş kəsib. "nicat" teatr truppası ilk dəfə özünün aksessuarım (rekvizit, butafor, dekorasiya, geyim və sairə) yaradıb. "nicat" teatr truppası sabit repertuar qurmaq istiqamətində ənənə yaradıb. "nicat" müqavilə ilə truppaya aktyorlar götürüb. "nicat" truppası dünya dramaturgiyasının incilərini tamaşaya hazırlamaq məqsədilə tərcümələr sifariş verib. "nicat" teatr truppası fəaliyyətinin sonuna qədər öz repertuarında məzhəkə, dram, komediya və faciələrlə yanaşı, operalara və operettalara da xüsusi yer ayırıb. "nicat" teatr truppası maarifpərvər bakı milyonçularının, əsasən, murtuz muxtarovun, ağa musa nağıyevin köməkiikləri ilə müxtəlif illərdə çoxlu müsamirələr keçirib. yığılan vəsait "nəşri-maarif"ə, ayrı-ayrı məktəblərə, şagirdlərin dərs vəsaitlərinə, bəzi aktyorların müalicə xərclərinə sərf olunub.    "səfa" teatr truppasi  maarifçilik ölkədə geniş intişar tapdıqca, ziyalılar xalqın mədəniyyətini inkişaf etdirməyə daha səylə çalışdıqca və xüsusən "nicat" mədəni-maarif cəmiyyətinin mutərəqqi fəaliyyətinin təsiri gücləndikcə iyirminci əsrin onuncu illərindən müxtəlif adda təşkilatlar yaranmağa başlayıb. bunlardan ən səmərəli və məqsədyönlü çalışanı  "səfa" mədəni-maarif cəmiyyəti olub. nizamnaməsi və yaradıcılıq məramnaməsi "nicat"la üst-üstə düşən "səfa" cəmiyyəti 1910-1917-ci illərdə fəaliyyət göstərib. 1912-ci ilin yazında "səfa"nm nəzdində eyniadlı teatr truppası yaradılıb. bu truppa "nicat"ın aktyor kollektivinin teatr sənəti təcrübəsi və potensial yaradıcılıq qüvvəsi ilə təşkil edilib. milli səhnə sənətimizin yeni tərəqqismə xidmət edən xeyirxah işin təşəbbüskarları və görülən əməllərin, atılan ilk addımların başında duranları, əsasən, cahangir zeynalov (aktyor və baş rejissor) və səməd mənsur olublar. ilk vaxtlar hüseyn ərəblinski, abbasmirzə şərifzadə, rüstəm kazımov, mirmahmud kazımovski, hacıağa abbasov, cəlil bağdadbəyov, əliş haqverdiyev, məmmədbağır əlinski, əli islam, əhməd qəmərli, mehdi bəy hacınski, xəlil hüseynov (aktyor və rejissor kimi), məhəmmədhəsən mərəndi və başqaları "nicat"la bərabər "səfa" truppasında da aktyor kimi çalışıblar. bu ənənə sonralar da davam etdirilib. yəni eyni aktyor müqavilə ilə hər iki truppada işləyib. hətta bəzən eyni aktyor səhər "nicat", axşam isə "səfa" truppasının tamaşalarımda oynayıb. bununla belə, növbəti ildə "səfa" truppasına hilal bağırov, əliabbas rzayev, ağadadaş həsənov, dadaş bünyadzadə, cəfər bünyadzadə, əziz, mirzə muxtar məmmədov, əli səbri qasımov, mircəlal abdinov, ələkbər əliyev, bağır xəlilbəyov, əhməd səfərov (anatollu), şeyda xəlilbəyov, aslan tahirov, xasməhəmmədov, musaxanov və bir neçə il işlədikdən sonra səhnə sənətindən uzaqlaşan gənclər qəbul olunublar. "səfa" truppasının ilk tamaşası nəcəf bəy vəzirovun fransız dramaturqu jan batist molyerin "xəsis" komediyasından iqtibas etdiyi "ağa kərim xan ərdəbili" məzhəkəsi olub. əsəri tamaşaya cahangir zeynalov hazırlayıb. əsas rolları cahangir zeynalov (ağa kərim xan ərdəbili) və abbasmirzə şərifzadə (ağa kərim xanın oğlu) oynayıblar. bu tamaşa 1912-ci il avqustun 31-də tağıyev teatrının binasında göstərilib.</Page><Page Number="63">bundan sonra teatr truppası 1912 və 1913-cü illərdə cahangir zeynalovun quruluşlarında nəcəf bəy vəzirovun "hacı qəmbər" (qəmbər - cahangir zeynalov), şəmsəddin saminin "dəmirçi gavə" (tərcüməçi səməd mənsur. fərhad - cahangir zeynalov, gavə - səməd mənsur, pərviz - abbasmirzə şərifzadə, zöhhak - məhəmmədhəsən mərəndi), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri " (vəzir mirzə həbib - cahangir zeynalov, şölə xanım - şura olenskaya), "hacı qara" (hacı qara - cahangir zeynalov, sona - şura olenskaya, əsgər bəy - səməd mənsur), zülfüqar bəy hacıbəyovun "evliykən subay" (operetta), səməd mənsurun və abbasmirzə şərifzadənin rejissorluqlarında əbdülhəq hamidin "tariq ibn ziyad və yaxud fəthi-ispaniya" (təbdil edəni dadaş bünyadzadə), ismayıl bəy rüstəmbəyovun "dövləti-bisəmər", jan batist molyerin "zorən təbib" (tərcüməçi əhməd qəmərli) əsərlərini tamaşaya hazırlayıb. "nicat" və "səfa" truppalarının aktyorları bir yerdə də tamaşalar oynayıblar. bu baxımdan "yezid ibn müaviyyə" mehdi bəy hacınski), əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan", "pəri cadu", ivan turgenevin "pulsuzluq" (təbdil edəni ceyhun bəy hacıbəyli) tamaşalarını göstərmək olar. hər iki truppanın qabaqcıl aktyorları "səfa"nm fəaliyyətinin ilk iki il ərzində qüvvələrini vahid truppada birləşdirməyə bir neçə dəfə cəhd göstəriblər. lakin cəmiyyətin rəhbərləri və bəzi iddialı aktyorlar buna mane olublar. təəssüf ki, bu iki truppanın tam olmayan, yarımçıq görünən aktyor heyətinin fəaliyyəti sənəti yüksəlişə aparan, faydalı rəqabət doğurmayıb. əksinə, anlaşılmaz qarşıdurma və yaradıcılıq əlaqələrinin sistemsizliyi, repertuar tərtibindəki nizamsızlıq fədakar teatr xadimlərinin səhnə sənətini inkişaf etdirmək zəminindəki potensial güclərini parçalayıb. "səfa" mədəni-maarif cəmiyyəti ədəbiyyat bölməsinin əsas qüvvələri teatr truppası heyəti ilə birlikdə 1913-cü il noyabrın 13-də nəcəf bəy vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə yubiley keçiriblər. rəsmi hissədə bakıdakı ən müxtəlif mədəni-maarif təşkilatlarının təbrikləri olub, ədibə nədiyyələr verilib. bədii hissədə isə dramaturqun "hacı qəmbər" ("yağışdan çıxdıq, yağmura düşdük") komediyası cahangir zeynalovun rejissorluğunda göstərilib. teatrsevərlərin maraqla qarşıladıqları tamaşada əsas rolları cahangir zeynalov (hacı qəmbər), səməd mənsur (hacı səməd), məhəmmədhəsən mərəndi (cəbi), abbasmirzə şərifzadə (əşrəf bəy) oynayıblar. "səfa" truppasının bəzi aktyorları bu il yaranan və bu il də fəaliyyətinə xitam verən "ziya" və "hilal" adlı teatr dəstələrinin tamaşalarında da yaxından iştirak ediblər. 1914-cü il yanvarın 6-da "səfa" teatr truppasının geniş iclası keçirilib və yığıncağın qərarı ilə aktyor heyəti buraxılıb. elə həmin gün truppanın təzə nizamnaməsi qəbul edilib və bu sənəd əsasında dəstəyə aktyorlar götürülüblər. teatr bölməsmə cahangir zeynalov sədr, mehdi bəy hacınski isə sədr müavini, aktyorlardan abbasmirzə şərifzadə, hacıağa abbasov, ələkbər əliyev, hilal bağırov və əli səbri qasımov isə heyətin üzvləri seçiliblər. yeni nizamnaməyə əsasən "səfa"nın aktyorlarına opera və operetta tamaşaları oynamağa da icazə verilib. bu istiqamətdə truppanın ilk addımı yanvarın 17-də atılıb. həmin gün cəlal yusifzadənin "fərhad və şirin" (tarzən saşa oqanezaşvilinin musiqi tərtibində) operasını tamaşaçılara təqdim edib. operanın tamaşasında xosrovun partiyasını cəlil bağdadbəyov oxuyub və şirin rolunu istanbuldan bakıya qastrola gəlmiş mərziyə xanım oynayıb. operanın quruluşunu cahangir zeynalov verib və abbasmirzə şərifzadə ona yardımçı rejissor olub. həmin illərdə üzeyir bəy hacıbəyovun "leyli və məcnun", "əsli və kərəm", "şah abbas və xurşid banu", "rüstəm və söhrab" operaları, "ər və arvad", "məşədi ibad" ("o olmasın, bu olsun"), "arşın mal alan" (1913-cü ildən) operettaları çox dəbdə idi. geniş tamaşaçı kütləsi faciələrdən daha çox musiqi əsərlərinə maraq göstərirdi. bu əsərləri oynamaq səlahiyyəti isə, bəstəkarla bağlanan müqaviləyə əsasən, bilavasitə "nicat" truppasında idi. buna görə də "səfa"nın repertuarına göstərilən tamaşaçı marağı günü-gündən zəifləyirdi. həm mətni, həm də musiqi tərtibatı çox məqamlarda uyuşmayan, janrın estetik prinsipləri baxımından zəif və sönük olan "fərhad və şirin" operasının ardınca "səfa"nın aktyorları dram və komediyalar oynayıblar. cahangir zeynalov dramaturq əbdürrəhim bəy haqverdiyevin "millət</Page><Page Number="64">dostları", jan batist molyerin "zorən təbib", abbasmirzə şərifzadə osmanlı ədibi şəmsəddin saminin "əhdə vəfa və yaxud arnaudlar" (çevirəni səməd mənsur), dəvətlə rejissorluq edən hüseyr ərəblinski tamaşaçıların maraq göstərdikləri hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" əsərlərini tamaşaya hazırlayıblar. "səfa"nın bir qrup aktyoru ilin ikinci yarısında hüseyn ərəblinskinin təşkil etdiyi "müsəlman dram artistləri şirkəti"nin hazırladığı "otello", "yezid ibn müaviyyə", "dəmirçi gavə", "qaçaq kərəm" tamaşalarında oynayıblar. "otello" tamaşasından sonra, 1914-cü ilin lap son günlərində ərəblinskinin truppası yenə dağüıb. aktyorlar "nicat" və "səfa" teatr dəstələri arasında parçalanıblar. aktyor ansamblı nisbətən güclənən "səfa" 1915-ci il yanvarın 9-da tamaşaçıların qarşısına şəmsəddin saminin "tariq ibn ziyad" (çevirəni səməd mənsur və rejissoru cahangir zeynalov) əsəri ilə çıxıb. tamaşada əsas rolları cahangir zeynalov (zübeyr), səməd mənsur (fəttah ağa), sidqi ruhulla (rəcəb), yeva olenskaya (validə), rüstəm kazımov (dəmir bəy) oynayıblar. yanvarın 30-da truppa ötənilki repertuarından əbdülhəq hamidin "tariq ibn ziyad" ("tariq ibn ziyad və yaxud ərəblərin müharibəsi" adı ilə) dramını abbasmirzə şərifzadənin quruluşunda yenidən repertuara daxil edib. baş rollar abbasmirzə şərifzadəyə (tariq ibn ziyad), sidqi ruhullaya (musa ibn nasir), mehdi bəy hacınskiyə (don simanos), yeva olenskayaya (səhra), şura olenskayaya (zəhra), hacıbaba şərifzadəyə (əziz) tapşırılıb. "səfa" truppası "nicat"ın yardımı ilə fevralın 20-də mayılov teatrında abbasmirzə şərifzadəyə ("ağa məhəmməd şah qacar" faciəsi ilə) və aprelin 17-də şura olenskayaya ("müsəlman səhnəsinin qəhrəmanları" tamaşa-kompozisiyası ilə) benefis keçirib. şərifzadə ilk dəfə qacar rolunu oynayıb. truppa beş aya yaxın fasilədən sonra, sentyabr ayının 18-də tağıyev teatrında mövsümü açıb. gündüz ağa rəsul şərifzadənin "ənuşirəvani-adil", axşam isə şəmsəddin saminin "dəmirçi gavə" dramlarının tamaşaları göstərilib. hər iki tamaşanın səhnə quruluşunu hüseyn ərəblinski vermişdi. "dəmirçi gavə"də əsas rolları hüseyn ərəblinski, hüseynqulu sarabski (fərhad), kuznetsova (mehriban), nataliya lizina (mehri), abbasmirzə şərifzadə (pərviz), mirzə muxtar məmmədov (möbid), rüstəm kazımov (zöhhak), cəlil bağdadbəyov (qəhtan) oynayıblar. bir neçə kiçik vodevil və məzhəkələrin, təbdil və iqtibasların üçünü eyni gündə bir neçə dəfə oynayan truppa oktyabrın 23-də ismayıl bəy rüstəmbəyovun "dövləti-bisəmər" pyesini yenidən və təzə səhnə təfsirində (rejissor hüseyn ərəblinski) repertuara daxil edib. baş rollar hüseyn ərəblinskiyə (ağabala), cahangir zeynalova (hacı sultan), hacıağa abbasova (məşədi cavad), hüseynqulu sarabskiyə (vəli bəy), məhəmmədhəsən mərəndiyə (hacı fərəc) tapşırılıb. vano mçedaşvilinin məşhur azərbaycanlı qaçaq kərəmin həyatından bəhs edən eyniadlı qəhrəmanlıq dramının tamaşası hüseyn mirzəcamalovun tərcüməsində dekabrın 11-də tağıyev teatrında göstərilib. qaçaq kərəm, çinovnik və feyzulla rollarında səhnəyə hüseyn ərəblinski, cahangir zeynalov və bağır bağırzadə çıxıblar. gələcəyin tanınmış aktyoru və rejissoru rza darablı (hüsenov) bu il səhnəyə qədəm qoyub və "səfa" truppasının bir neçə tamaşasında iştirak edib. "səfa" truppasının yaradıcılıq ritmi 1916-cı ildə aşağı düşməyə başlayıb. truppanın rejissoru hüseyn ərəblinski yenidən müstəqil teatr dəstəsi yaratmağa çalışırdı. bakıda müvəqqəti truppaların sayı çoxalmışdı. üzeyir bəy hacıbəyov özü, əsasən, musiqi əsərləri, eyni zamanda faciə və komediyalar oynayacaq dəstə yaratmaq fikrinə düşmüşdü. təbii ki, bütün bunlar "səfa"nın yaradıcılığına mənfi təsir göstərirdi. bütün bu çətinliklərə baxmayaraq, truppa 1916-cı ildə hüseyn ərəblinskinin rejissorluğunda "hacı qara" komediyasını (hacı qara - cahangir zeynalov), "dursunəli və ballıbadı" məzhəkəsini (ağa cəfər - hüseyn ərəblinski, dursunəli - cahangir zeynalov), yeni quruluşda "qaçaq kərəm" dramını, səkinə axundzadənin osmanlı ədibi namiq kamaldan təbdil etdiyi "zavallı cocuq"</Page><Page Number="65">("bəxtsiz bala". əta bəy - hüseyn ərəblinski, tahirə - gülbahar xanım) pyesini tamaşaya hazırlayıb. ilin sonlarında "səfa" mədəni-maarif cəmiyyətinin fəaliyyəti acınacaqlı vəziyyətə düşüb. rəhbərlik üstündə daxili çəkişmələr, xəzinədar kürsüsündə oturanların maliyyə pozuntularını nizamlaya bilməmələri və bakıda daha güclü teatr dəstələrinin yaranması nəticəsində "səfa" truppası 1917-ci ilin lap ilk günlərindən fəaliyyətini rəsmi şəkildə dayandırmaq məcburiyyətində qalıb. əsilində isə truppa son tamaşasını 1916-cı ildə oynayıb. "səfa" teatr truppası milli teatrımızın inkişafında, aktyorların və rejissorların vacib peşəkarlıq səriştələrinə yiyələnmələrində müəyyən səmərəli rol oynayıb. "səfa" musiqi əsərlərinin vala yazılmasında xidmətlər və maddi yardım göstərib. "səfa" truppası teatr aksessuranın genişlənməsi, dramaturqlarla və aktyorlarla müqavilə bağlanınası istiqamətində müəyyən faydalı islahatlar aparıb. "səfa" truppası tabeliyində olduğu cəmiyyətin açdığı və yardım göstərdiyi məktəblərdə, qiraətxanalarda teatr sənətinin geniş təbliğini qura bilib.   "müdiriyyət" teatr truppasi  əsilində bu truppanın tam adı rəsmi sənədlərdə belə yazılıb: "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti". bəzən isə afişalarda və qəzetlərdə dəstənin adı "hacıbəyov qardaşlarının müdiriyyəti" kimi verilib. ən çox isə işlənən "müdiriyyət" deyimi olub. bakının ən güclü aktyorlarının toplandıqları "müdiriyyət" truppası 1916-cı ilin avqustunda, əsasən, bəstəkar üzeyir bəy hacıbəyovun rəhbərliyi, təşəbbüsü və səyi ilə yaradılıb. truppaya ilk baş rejissor abbasmirzə şərifzadə dəvət edilib. tezliklə dəstə öz nizamnaməsmə əsasən, operalardan, operettalardan, faciələrdən və komediyalardan ibarət sanballı repertuar yaratmağa başlayıb. onlar kiçik vodevillər və məzhəkələr oynamaqdan bacardıqca imtina edirdilər. üzeyir bəy ilk tamaşanı göstərməyə tələsmirdi və truppa son dərəcə ciddi teatral rejimi ilə çalışırdı. "müdiriyyət" ilk pərdələrini sentyabrın 9-da opera teatrında zülfüqar bəy hacıbəyovun "aşıq qərib" operasının tamaşası ilə açıb. noyabr ayının 10-da isə tağryev teatrında "yezid ibn müaviyyə" (curci zeydanın romanı üzrə işləyəni mehdi bəy hacınski) dramı ilə yaradıcılığının yeni janrda fəaliyyətinə başlayıb. "müdiriyyət" ilin sonuna kimi dörd opera və üç operetta premyerası və altı yeni dram tamaşası göstərib. bununla da qısa müddətdə mövcud truppalar arasında aparıcılığı ələ ala bilib. müsəlman təqvimində səfər ayının başlanması ilə əlaqədar olaraq teatr bir müddət opera və operetta oynamayıb. bütün tamaşaların rejissorluğunu abbasmirzə şərifzadə və dirijorluğunu isə üzeyir bəy hacıbəyov etmişdilər. musiqi əsərləri bu ardıcıllıqla oynanılıb və onların hamısı ilin sonunadək təkrar-təkrar göstərilib. 18 sentyabr. "əsli və kərəm", üzeyir bəy hacıbəyov. 23 sentyabr. "məşədi ibad", üzeyir bəy hacıbəyov. 26 sentyabr. "şah abbas və xurşid banu", üzeyir bəy hacıbəyov. 30 sentyabr. "arşm mal alan", üzeyir bəy hacıbəyov. 6 oktyabr. "evliykən subay", zülfüqar bəy hacıbəyov. 7 oktyabr. "aşıq qərib", zülfüqar bəy hacıbəyov. 20 dekabr. "leyli və məcnun", üzeyir bəy hacıbəyov. üzeyir bəyin əsərlərinin tamaşalarında kərəmin və əslinin, sərvərin və gülnazın, şah abbasın və xurşid banunun, əsgərin və gülçöhrənin, məcnunun və leylinin partiyalarını hüseynqulu sarabski ilə əhməd ağdamski oxuyublar. onlar "aşıq qərib"də qərib və şahsənəm</Page><Page Number="66">rollarının da daha yaxşı ifaçıları sayılıblar. mirzağa əliyev məşədi ibad, kəblə hacı, ələkbər hüseynzadə soltan bəy rollarında şöhrət qazanıblar. "müdiriyyət"in dram tamaşaları aktyor ansamblının ciddi və peşəkar işi, yeni rejissor təfsiri ilə seçilirdilər. "yezid ibn müaviyyə"də əsas rolları abbasmirzə şərifzadə (yezid), şura olenskaya (səlma), xəlil hüseynov (şümür) oynayıblar. 11 noyabr. "ağa məhəmməd şah qacar", əbdürrəhim bəy haqverdiyev. rollarda tanınmış aktyorlardan abbasmirzə şərifzadə (qacar), xəlil hüseynov (əliqulu xan), bağır cabbarzadə (ibrahim xan və iraklinin katibi), rza darablı (elçi) çıxış ediblər. 18 noyabr. "tariq ibn ziyad", əbdülhəq hamid. osmanlıcadan çevirəni dadaş bünyadzadə. tariq rolunda səhnəyə abbasmirzə şərifzadə çıxıb. 25 noyabr. "dəmirçi gavə", şəmsəddin sami. osmanlıcadan çevirəni səməd mənsur. gavə və pərviz rollarında abbasmirzə şərifzadə və rza darablı. 2 dekabr. "qara bəla" ("əkbər şalı hindu"), namiq kamal. osmanlıcadan çevirəni cəlil bağdadbəyov. əsas rolları abbasmirzə şərifzadə (xosrov mirzə), mirzə muxtar məmmədov (əkbər şah), şura olenskaya (bəhrəvar banu), yeva olenskaya (mehridil), cəlil bağdadbəyov (əmir axşild) oynayıblar. 9 dekabr. "dağılan tifaq" ("qumarbazın axır günü" adı ilə), əbdürrəhim bəy haqverdiyev. əsas obrazları səhnədə abbasmirzə şərifzadə (nəcəf bəy), şura olenskaya (sona xanım), xəlil hüseynov (cavad), yeva olenskaya (nazlı xanım), cəlil bağdadbəyov (səlim bəy), rza darablı (həmzə bəy), mehdi bəy hacınski (məşədi cəfər), ibrahim atakişiyev (kərim) canlandırıblar. 15 dekabr. "bahadır və sona", nəriman nərimanov. baş rollarda hüseyn ərəblinski (bahadır), gülsabah xanım (sona) və əbülfət vəli (dayı) çıxış ediblər. tamaşa ərəblinskinin benefisinə hazırlaıbb. "müdiriyyət" ötən ildə oynadığı əksər əsərləri 1917-ci üdə təzə quruluşlarda yenə öz repertuarına daxil edib. bu ildə opera və operettalara üstünlük verilib. təzə quruluşlar arasında hüseyn ərəblinskinin rejissorluq etdiyi "məşədi ibad" (23 fevral. "ismailiyyə" binasında), abbasmirzə şərifzadənin səhnə təfsiri verdiyi zülfüqar bəy hacıbəyovun "əlli yaşında cavan" (9 mart. "malı teatr"ın binasında. orduxan bəy - mirzağa əliyev. bu rolu sonra rza darablı da oynayıb), "leyli və məcnun" (8 dekabr. tağıyev teatrında), hüseynqulu sarabskinin quruluşunda "əsli və kərəm" (11 may. opera teatrında), "arşın mal alan" (5 avqust. opera teatrında) tamaşaçıların daha çox xoşlarına gəlib. tamaşalara dirijorluğu üzeyir bəy və zülfüqar bəy hacıbəyovlar və müslüm bəy maqomayev ediblər. 1917-ci ilin payızında abbasmirzə şərifzadə özü "müsəlman dram artistləri ittifaqı" (qısa şəkildə "artistlər ittifaqı" yazılıb) müstəqil truppasını yaratdığı üçün "müdiriyyət"dən ayrılıb. ona görə də truppaya baş rejissorluğu bir müddət üzeyir bəy hacıbəyov özü edib. sonra, 1918-ci ilin ikinci yarısında bu vəzifəyə hüseyn ərəblinski dəvət olunub. üzeyir bəy özünün bir neçə operasına və operettasma təzə quruluş verib. hüseyn ərəblinski baş rejissor təyin olunmamışdan əvvəl dəvətlə sıravi rejissor kimi "arşın mal alan" (15 yanvar. tağıyev teatrında), "məşədi ibad" (29 yanvar. tağıyev teatrında), "aşıq qərib" (28 fevral), "şah abbas və xurşid banu" (11 mart), "əsli və kərəm" (15 mart) musiqi əsərlərinə quruluşlar verib. fevral ayında erməni daşnakları tağıyev teatrını yandırdılar. mart ayının 24-də isə bakıda və azərbaycanın digər bölgələrində iğtişaşlar törətməyə başladılar. bu hadisələrlə bağlı teatr xadimləri şəhəri tərk etməli oldular. üzeyir bəy hacıbəyov irana getdi. o, vətənə oktyabr ayında qayıtdı və qısa müddətdə, əsasən, rusiyanın müxtəlif və iranın bəzi şəhərlərindən bakıya gələn aktyorları bir yerə cəm edərək "müdiriyyət"in bərpas;na və fəaliyyətinə nail oldu. may ayının 28-də zaqafqaziya seymi dağılmış və azərbaycan cümhuriyyəti yaranmışdı. lakin bakıdakı hadisələrlə bağlı milli hökumət müvəqqəti olaraq gəncə şəhərində fəaliyyət göstərirdi. hökumət payızda bakıya köçürüldü. "hökumət teatrosu" ("dövlət teatrı") elan edilsə də, hələ onun rəsmi açılışı olmamışdı. buna görə də "müdiriyyət" müstəqil fəaliyyətini davam</Page><Page Number="67">etdirirdi. afişaların və tamaşa proqramlarının yuxarı hissəsində lira və onun ətrafında müəyyən qraflk işləmələrdən ibarət olan emblem verilirdi. onun yanında və mətnin ən yuxarı hissəsində isə yazılırdı: hökumət teatrosu. "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti". aşağıda tamaşanın adı, rolların və iştirakçıların siyahısı verilirdi. "müdiriyyət"in ilk tamaşası opera teatrında oldu və uzun fasilədən sonra truppa nəriman nərimanovun "nadir şah" faciəsini seçmişdi. tamaşanı bir neçə günə sidqi ruhulla (mollaoğlu) hazırlamışdı. bayram təntənəsi ilə keçən tamaşada sidqi ruhulla (nadir şah), bağır cabbarzadə (hüseyn xan), ibrahim atakişiyev (gürcü bəy), xəlil hüseynov (rzaqulu xan), rza darablı (şah təhmasib), əbülhəsən anaplı (cavad və heydər xan), hacıağa abbasov (mirzə mehdi xan) çıxış ediblər. bundan sonra truppanın repertuarı müəyyən axara düşüb və 1918-ci ilin sonuna kimi bakıda ən fəal teatr dəstəsi məhz "müdiriyyət" olub. dəstənin oynadığı tamaşaların premyera günlərinin mənzərəsi belədir. 26 oktyabr. opera teatrı. "dəmirçi gavə", şəmsəddin sami. rejissor sidqi ruhulla. rolların ifaçıları: abbasmirzə şərifzadə (gavə), nataliya lizma (mehri), xəlil hüseynov (pərviz), panfiliya tanailidi (mehri), hüseynqulu sarabski (fərhad), mir paşa sadıqov (baş möbid), rza darablı (qəhtan). 2 noyabr. opera teatrı. "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev və "axşam səbri xeyir olar", sultanməcid qənizadə. rejissor abbasmirzə şərifzadə. "dağılan tifaq"da əsas rolları sidqi ruhulla (nəcəf bəy), yeva olenskaya (sona xanım), məxfurə yermakova (pəri xanım), mirzə muxtar məmmədov (mirzə qoşunəli), mirmahmud kazımovski (həmzə), abbasmirzə şərifzadə (süleyman bəy), əbülhəsən anaplı umamverdi və əbdül), rza darablı (ovçu), bağır cabbarzadə (məşədi cəfər), vodevildə isə yeva olenskaya (çimnaz xanım), xəlil hüseynov (ağacavad), hacıağa abbasov (məşədi şaban) oynayıblar. 6 dekabr. opera teatrı. "məşədi ibad", üzeyir bəy hacıbəyov. rejissor hüseyn ərəblinski, dirijor müəllif. 10 dekabr. opera teatrı. "arşın mal alan", üzeyir bəy hacıbəyov. rejissor hüseyn ərəblinski. hacıağa abbasov bu tamaşada birinci dəfə vəli rolunu oynayıb. 13 dekabr. opera teatrı. "əsli və kərəm", üzeyir bəy hacıbəyov. rejissor hüseyn ərəblinski. 16 dekabr. opera teatrı. "evliykən subay", zülfüqar bəy hacıbəyov. rejissor hüseyn ərəblinski. 20 dekabr. "əlli yaşında cavan", zülfüqar hacıbəyov. rejissor hüseyn ərəblinski. tamaşada dövrün ən məşhur komik aktyorları mirzağa əliyev, hacıağa abbasov, rza darablı və əbülhəsən anaplı iştirak ediblər. 28 dekabr. opera teatrı. "şah abbas və xurşid banu", üzeyir bəy hacıbəyov. rejissor hüseyn ərəblinski. əsas partiyaları hüseynqulu sarabski (şah abbas) və məxfurə yermakova (xurşid banu) oxuyublar. "müdiriyyət" 1919-cu ilin birinci yarısında da fəallığı özündə saxlayıb. tağıyev teatrı yandığına görə əksər tamaşalar opera teatrında, az qisıni isə "mikado" teatrının və "malı teatr"ın binalarında göstərilib. bakıdakı peşəkar teatr xadimləri, əsasən, üzeyir bəy hacıbəyovun ətrafında birləşmişdilər. dövlət teatrının rəsmi açılışı isə yalnız bu ilin oktyabrında mümkün olmuşdu. "müdiriyyət"in 1919-cu ildə ən uğurlu və yeni işi müslüm bəy maqomayevin "şah ismayıl" (libretto müəllifi mirzə qədir ismayılzadə) operasının tamaşası olub. opera hüseynqulu sarabskinin (şah ismayıl) benefisinə həsr edilib və mart ayının 7-də göstərilib. tamaşa martın 5-də oynanılmalıydı, lakin hüseyn ərəblinskinin qətlə yetirilməsi ilə əlaqədar iki gün sonra nümayiş etdirilib. "müdiriyyət" təzə quruluşlarda "aşıq qərib" (3 yanvar. rejissor hüseyn ərəblinski. 23 may. rejissor abbasmirzə şərifzadə), mehdi bəy hacınskinin "sultan əbdülhəmidin xəli və yaxud zülm və istibdadın axırı" (6 yanvar. rejissor rza darablı), üzeyir bəy hacıbəyovun "arşın mal alan" (10</Page><Page Number="68">yanvar), "ər və arvad" (3 fevral), "şah abbas və xurşid banu" (7 fevral), "əsli və kərəm" (21 fevral), "məşədi ibad" (23 mart. rejissor abbasmirzə şərifzadə), "leyli və məcnun" (25 mart. rejissor abbasmirzə şərifzadə), s.lanskoyun "qəzavat" (12 yanvar. rejissor hüseyn ərəblinski), əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar" (14 fevral. rejissor abbasmirzə şərifzadə), isa bəy aşurbəylinin "cəhənnəm" (21 mart), "azərbay və can" (25 mart. rejissor abbasmirzə şərifzadə), cəfər cabbarlının "ənvər bəyin ədirnə fəthi" ("ədirnə fəthi". 25 aprel. rejissor abbasmirzə şərifzadə) əsərlərinin tamaşalarını oynayıb. 1919-cu ilin payız mövsümü başlayanda artıq bakının irili-xırdalı bütün truppaları hökumət teatrı kollektivində birləşdirildi. düzdür, teatrın rəsmi açılışı oktyabrın 24-də olub, lakin sentyabrdan kollektiv öz tamaşalarını məhz həmin ad altında və yeni emblemlə göstərib. bununla da "müdiriyyət" özünün fəaliyyətinə bir növ son qoyub. onun tam və rəsmi bağlanması 1920-ci ilin aprelində olub. bu kollektivin əksər opera və operetta tamaşalarına xorbaşılığı hənifə terequlov edib. dirijorluğu isə üzeyir bəylə yanaşı, müslüm bəy maqomayev və bəzən zülfüqar bəy hacıbəyov ediblər. "müdiriyyət" daha kamil və daha məzmunlu repertuar uğrunda müəyyən nailiyyətlər qazanıb. "müdiriyyət"in tamaşalarının rejissor işindəki peşəkarlıq səviyyəsi, aktyorların xarakter yaratmaq vərdişlərinə yiyələnmələri artıb. "müdiriyyət" peşəkar teatr üçün vacib olan estetik prinsiplərə cəsarətlə yiyələnməyə şərait yaradıb. "müdiriyyət" milli teatr sənətinin institusional (təsisatlı) mədəniyyətin faktına keçməsi mərhələsini peşəkarlıqla təminatlandırıb.    truppalarin yaranmasinin əsas amilləri (1916- 1919)  bakının teatr prosesi canlandıqca bu sənət yeni mərhələlərə qədəm qoyurdu. həmin prosesdə uğurlar çox olsa da, anlaşılmazlıqlar, zərərli meyillər də ortalığa çıxırdı. 1915-ci ildə musiqili janrlara tamaşaçı marağı güclənib, repertuarın əsasını operalar və operettalar təşkil edib. bundan istifadə edən "nicat" teatr truppası üzeyir bəy hacıbəyovla, həmçinin zülfüqar bəy hacıbəyovla onların əsərlərini oynamaq prinsiplərində və qonorarın ödənilməsində müqavilə şərtlərini kobud tərzdə pozub. hətta məsələ dəfələrlə məhkəməyə düşüb. keçən illərdə hüseynqulu sarabski özü müstəqil opera artistləri truppası yaratmağa nail olmuşdu, lakin sonralar həmin dəstə dağılmışdı. "tragik" kimi məşhur olan və daha səmərəli rejissorluq fəaliyyəti göstərən hüseyn ərəblinski müqavilə ilə müxtəlif truppalarda tamaşalar hazırlayırdı. lakin müqavilə şərtləri çox vaxt onu razı salmırdı. buna görə də özünün müstəqil teatr dəstəsini yaratmağa can atırdı. abbasmirzə şərifzadə "kiçik ərəblinski" səddini cəsarətlə aşmışdı və o, bacarıqlı faciə aktyoru, səriştəli rejissor kimi şöhrətlənmişdi. təbii ki, o da müstəqil truppa yaratmaq istəyirdi. sidqi ruhulla, əhməd qəmərli, cəlil bağdadbəyov və başqaları fərdi fəaliyyət göstərməyə üstünlük verirdilər. onlar vaxtaşırı kiçik qruplardan ibarət dəstələr düzəldir, tiflisə, irəvana, batuma, orta asiyanın və iranın müxtəlif şəhərlərinə qastrollara gedirdilər. daha çox sidqi ruhulla bakıda və onun kəndlərində, müxtəlif rayonlarda (əsasən, gəncədə, naxçıvanda, salyanda, şuşada, şəkidə) tamaşalar oynayırdı. "müsəlman dram 1915-ci ilin sonlarında hüseyn artistləri cəmiyyəti"   ərəblinski sənət həmkarı hüseynqulu sarabski ilə birlikdə yeni teatr truppası yaratmaq barədə bakı şəhər bələdiyyəsinə (qalabəyinə) rəsmi məktubla müraciət etmişdilər. 1916-cı ilin fevralında bakı vilayət</Page><Page Number="69">məclisi "müsəlman dram artistləri cəmiyyəti"nin məramnaməsini təsdiqləyib. bununla da onların truppa yaratmaq istəkləri gerçəkləşib. müəyyən hazırlıq işləri görüləndən sonra, 1916-cı il may ayının 22-də "ismailiyyə" binasının tamaşa salonunda təsis yığıncağı keçirilib. beləliklə, "müsəlman dram artistləri cəmiyyəti" (bəzən "müsəlman dram cəmiyyəti" və ya "cəmiyyət" kimi də yazılıb) rəsmi fəaliyyətə başlayıb. sadıq bəy hacınski yeni qurumun idarə heyətinə sədr, miryaqub mehdiyev müavin, hüseyn ərəblinski, hüseynqulu sarabski, bağır bəy məlikov üzv seçiliblər. ərəblinski baş rejissor, sarabski isə rejissor ştatlarını tutublar. bu hadisə mövsümün bağlanması dövrünə düşdüyünə görə, "cəmiyyət"in ilk tamaşası "əmir əbül üla" (hüseyn bədrəddin və məhəmməd rüfət) noyabrın 4-də oynanılıb. bundan əvvəl ərəblinski və sarabski yığma aktyorların iştirakı ilə sentyabrın 16-da tağıyev teatrında mirzə abdulla abdullazadənin "xosrov pərviz" pyesinin tamaşasını oynayıblar. "ittihad" məktəbinin nəfinə oynanılan tamaşaya quruluşu hüseyn ərəblinski verib və özü xosrov pərviz rolunu oynayıb. digər obrazları hüseynqulu sarabski (bəhram), abbasmirzə şərifzadə (sərkərdə), nataliya lizma (şirin), bağır cabbarzadə (urmuz) ifa ediblər. "əmir əbül üla" pyesinı qulamrza şərifzadə tərcümə etmişdi. tamaşaya quruluşu hüseyn ərəblinski vermişdi və baş rolu əbu dəyyabı özü oynayırdı. cəmiyyət abbasmirzə şərifzadəni üçillik aktyorluq təhsili almaq üçün xarkova (və ya moskvaya) göndərmək barədə qərar çıxarmışdı. lakin bu istək baş tutmadı. yeni yaranmış truppa öz işini səmərəli qura bilmədi və bir neçə tamaşa oynayandan sonra bağlandı. "tərəqqi"  iran maarif cəmiyyətinin biri də "tərəqqi" adlanıb. əsasən fəhlə klublarında tamaşalar oynayan bu cəmiyyət 1919-cu ildə fəaliyyət göstərib. "ittıhad"  iran cəmiyyəti idi və əsasən, mədəni-maarif işlərı ılə məşğul olurdu. cəmıyyətın nızamnaməsmə görə kollektiv xeyriyyə məqsədilə ayda bir dəfədən az olmayaraq teatr tamaşası oynamağı qərarlaşdırmışdı. bu cəmiyyətin bakıda və tiflisdə məktəbləri və qiraətxanaları, hətta kiçik kitabxanaları da vardı. tiflisdə və bakıda eyniadlı cəmiyyətin və məktəbin teatr truppası yaradılmışdı. bakıdakı teatr bölməsi 1916-1919-cu illərdə mövcud olub. bakıda "ittihad"ın müstəqil truppası və daimi aktyorları yox idi. cəmiyyət, əsasən, "nicat" və "səfa" ilə əməkdaşlıq edir, daha çox "şərq müsamirəsi" keçirməyə üstünlük verirdi. belə müsamirələrdə yığılan vəsaiti maarifçilik işlərinə xərcləyən cəmiyyət teatr tamaşaları hazırlamaq üçün şəhərin qabaqcıl sənət xadimlərini dəvət edirdi. tamaşalar qısa müddətə hazırlanır və kirayə götürülmüş binalarda "ittihad"ın emblemi ilə tamaşaçılara göstərilirdi. "ittihad" öz tədbirlərinin bədii hissəsində daha çox məzhəkə, vodevil və musiqili məsxərə tamaşalarının göstərilməsinə üstünlük verirdi. burada həm vaxt faktoru rol oynayırdı, həm də cəmiyyət belə kiçik həcmli tamaşaların göstərilməsmə az vəsait xərcləyirdi. ayda bir dəfə oynanılan tamaşalar içərisində mirmahmud kazımovskinin "vurhavur" (vur-ha-vur"), "daşım-daşım", əhməd qəmərlinin iqtibas etdiyi "tamahkarlıq və yaxud məkrizənən" musiqili komediyaları, m.əlibəyovun "məhkəmələr qarşısında tökülən göz yaşları", səkinə axundzadənin "elmin mənfəəti", sultan muradovun "kəblə xudu", mehdi bəy hacınskinin "ac bəy", mirzağa vəlizadənin "aclıq qurbanları", sultanməcid qənizadənn "xor-xor", "dursunəli və ballıbadı", təbdil olunmuş "bizim kirayənişin özünü öldürdü", "mən ölmüşəm" məzhəkələri üstünlük təşkil edirdi. "müsəlman dram artistləri dərnəyi"  bu dərnək 1917-ci ilin son aylarında və əsasən 1918-ci ilin birinci yarısında bakı şəhərində mövcud idi.</Page><Page Number="70">dərnəyin üzvləri, əsasən, rza ərəbskidən, həmid məlikovdan,  əli əzimzadədən,  mirabdulla  mirinskidən,  əsgər  hüseynzadədən, abbas bəy qubinskidən,  süleyman hüseynovdan, əbülfəz məcidovdan, heydər bəy məlmovdan, əyyub bağırlıdan, balabəy qubalıdan ibarət olub. "müsəlman dram artistləri dərnəyi" həm kiçik dramları, həm melodramları, həm yüngül süjetli məsxərələri, həm də zəif və primitiv musiqili komediyaları tamaşaya hazırlayıb. onların tamaşaları, əsasən, şəhər ətrafında, fəhlə klublarında göstərilib. dərnəyin tamaşalarının əsas rejissoru mirabdulla mirinski olub. "müsəlman dram artistləri dərnəyi"nin tamaşalarında məşhur pəhləvan salı süleyman özünün orijinal proqramları ilə çıxış edib. dərnəyin üzvləri 1919-cu ildə irana və dərbəndə qastrola gedib. "müsəlman artıstlərı ittifaqı"  bu dram dəstəsini abbasmirzə şərifzadə yaradıb. truppanın adı "artistlər ittifaqı", "bakı  musəlman aktyorları ittifaqı", "ittifaq" kimi də yazılıb. 1917-ci ilin oktyabrında abbasmirzə şərifzadənin başçılığı ilə tanınmış teatr fədailəri bir yerə yığılaraq cəmiyyətin nizamnaməsini və məramnaməsini müzakirə ediblər. bu sənədlər mətbuatda çap olunub. qabaqcıl teatr sənətkarları hüseyn ərəblinski və hüseynqulu sarabski buna ciddi etirazlarını bildiriblər, hətta mətbuatda narazılıq məqaləsi ilə çıxış ediblər. lakin şərifzadə öz inadından dönməyib. o, tanınmış aktyorları, təcrübəli gəncləri və sənətə yenicə gələn bacarıqlı həvəskarları öz ətrafına toplayaraq məşqlərə başlayıb. abbasmirzə şərifzadə yeni dəstənin baş rejissor vəzifəsini tutub. əsas məşqlər "ismailiyyə" binasında keçirilib və "ittifaq"ın idarə heyəti də burada yerləşib. ilk vaxtlar onlar bakı gənclər təşkilatında cəmləşmiş ziyalıların qüvvələrindən də istifadə ediblər. noyabrın 20-də bu teatr truppası özünün ilk tamaşası olan "nadir şah" (nəriman nərmanov) faciəsini göstərib. mətbuatın yazdığına görə, tamaşa uğurla keçib. nadir şah rolunu abbasmirzə şərifzadə özü oynayıb. ilk dəfə məhz bu teatr dəstəsi nargin adasındakı hərbi əsrlərə kömək məqsədilə xeyriyyə cəmiyyəti zalında ("ismailiyyə"də) "əsirlər gecəsi" adlı bədii kompozisiya göstərib. "müsəlman artistləri ittifaqı" hazırladığı tamaşaları, əsasən, "ismailiyyə", "malı teatr", tağıyev teatrı binalarında göstərib. onun repertuarında üzeyir bəy hacıbəyovun "leyli və məcnun", "əsli və kərəm", hacıbaba şərifzadənin "mehr və mah" operaları, namiq kamalın "osmanlı müharibəsi" ("vətən"), nəriman nərimanovun "şamdan bəy" ("dilin bəlası"), əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan" dramları daha tez-tez göstərilib. truppanın 1917-ci ildə ən maraqlı və bitkin işi dekabrın 15-də göstərilən "ədirnə fəthi" (cəfər cabbarlı) tamaşası olub. tamaşaya quruluşu rejissor abbasmirzə şərifzadə verib. əsas rolları abbasmirzə şərifzadə (ənvər paşa), sidqi ruhulla (xalid), xəlil hüseynov (rüfət), mehdi bəy hacınski (kamal), şura olenskaya (zöhrə), rza darablı (mustafa paşa), nataliya lizma (inci), mirzə muxtar məmmədov (molla sübhan), əbülhəsən anaplı (hacı ibrahim), hüseynağa hacıbababəyov (nazir), əhməd qəmərli (şükri paşa) oynayıblar. "müsəlman artistləri ittifaqı" 1918-ci ilin ilk üç ayında daha səmərəli çalışıb. truppa qısa müddətdə abbasmirzə şərifzadənin rejissorluğu ilə aşağıdakı tamaşaları teatrsevərlərin müzakirəsinə verib. 5 yanvar. "nadir şah", nəriman nərimanov. əsas rolları sidqi ruhulla (nadir şah), əhməd qəmərli (şah təhmas), rza darablı (gürcü bəy), mirzə muxtar məmmədov (cəfər xan), yunis nərimanov (rza xan), xəlil hüseynov (rzaqulu xan), hacıağa abbasov (ədhəm xan) ifa ediblər. 12 yanvar. tağıyev teatrında. "qəzavat", s.lanskoy və "əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət. 14 yanvar. müsəlman xeyriyyə cəmiyyəti zalında ("ismailiyyə"). "pəri cadu", əbdürrəhim bəy haqverdiyev. baş rolları sidqi ruhulla və abbasmirzə şərifzadə (qurban), rza darablı (iblis),</Page><Page Number="71">yeva olenskaya (şamama), əbülhəsən anaplı (niyaz), nataliya lizma (hafizə), mehdi bəy hacınski (rəhim), hacıbaba şərifzadə (çoban) oynayıblar. 22 yanvar. tağıyev teatrında. müsəlman əsgərlərinin ("dikaya diviziya") nəfinə. "sultan əbdülhəmidin xəli", rza zaki lətifbəyov. rollarda: əhməd ağdamski (təyyar bəy), hacıağa abbasov (məhəmməd bəy), hacıbaba şərifzadə (rza paşa və qürdü bəy), rza darablı (ənvər bəy), mirzə muxtar məmmədov (əhməd rza bəy), əbülhəsən anaplı (əbdül bəy), əhməd qəmərli (sədrəzəm), xəlil hüseynov (zabit). 2 fevral. "ismailiyyə" binasında. "solğun çiçəklər", cəfər cabbarlı. rollarda: abbasmirzə şərifzadə (bəhram), şura olenskaya (sara), rza darablı (əbdül), nataliya lizma (nisə), yeva olenskaya (pəri). 10 mart. "ismailiyyə" zalında. "trablis müharibəsi" ("yulduz, yaxud trablis müharibəsi"), cəfər cabbarlı. rollarda: abbasmirzə şərifzadə (ramiz), şura olenskaya (yulduz), xəlil hüseynov (əbdülrəhman), rza darablı (ənvər bəy), əhməd qəmərli (izzət paşa), bağır cabbarzadə (şeyx şənusi), hüseynağa hacıbababəyov (ərəb), ibrahim atakişiyev (cinner). bakıdakı 1918-ci ilin mart hadisələri ilə əlaqədar olaraq truppa mart ayının sonlarında azərbaycanı tərk etmək məcburiyyətində qalıb. sidqi ruhulla müstəqil və kiçik dəstə ilə tiflisə, oradan da başqa şəhərlərə gedib. truppanın müəyyən aktyorları abbasmirzə şərifzadənin rəhbərliyi ilə hacıtərxan şəhərinə uzunmüddətli qastrol səfərinə çıxıblar. şəhərin "qış teatrı", "volkan teatrı" və əsasən, "araadi bağı" binalarında şərifzadənin rejissorluğu ilə üzeyir bəy hacıbəyovun "arşın mal alan" (30 may, 8, 26 və 30 iyun. soltan bəy - abbasmirzə şərifzadə. 20 iyunda azərbaycanlı aktyorlar tamaşanı rus dilində oynayıblar), "əsli və kərəm" (7 və 30 iyun), "leyli və məcnun" (9 iyun), "məşədi ibad" (14 və 27 iyun), şəmsəddin saminin "dəmirçi gavə" (25 iyun), abdulla şaiqin tərcümə etdiyi "şeyx şamil" ("qafqaz çiçəkləri") və təbdil olunmuş "bizim kirayənişin" (29 iyun) əsərləri tamaşaçılara göstərilib. truppa volqa çayı boyundakı türkdilli yaşayış məntəqələrində də bir neçə tamaşa oynayıb. 1918-ci ilin payızında kollektiv bakıya qayıdıb. onun əsas yaradıcı heyəti "müdiriyyət" truppasında birləşib.</Page><Page Number="72">ilk peşəkar aktyorlar  birinci dərs  mirzə muxtar məmmədov (1841-1930)  milli səhnə sənətimizin ilk peşəkar aktyorlarından biri də mirzə muxtar məmmədovdur. realist aktyor məktəbinin inkişafında xüsusi xidmətləri var. mirzə muxtar ələsgər oğlu məmmədov 1841-ci ildə şuşa şəhərində təvəllüd edib. əvvəlcə mədrəsədə, iki il sonra, on bir yaşında türk-rus (rus-tatar) məktəbində təhsil alıb. fars və rus dillərini mükəmməl öyrənib. iyirmi yaşından şuşada müəllimliklə məşğul olub. 1870-ci ildə novruz bayramı münasibətilə "qaravəlli" tamaşası hazırlayıb və oyun camaatın xoşuna gəlib. bundan sonra o, bütün bayramlarda məsxərəli və məzhəkəli tamaşalar hazırlayıb. 1874-cü ildə şuşada mirzə fətəli axundzadənin "hacı qara" komediyasını tamaşaya hazırlayıb. tamaşa rus əsgərlərinin qışlamasında (kazarmasında) göstərilib. mirzə muxtar məmmədovun aktyorluğunun ilkin mərhələsi (1873- 1883) şuşa dövrünə aiddir. bir müddət tiflisdə və gəncədə işləyən mirzə muxtar 1899-cu ildə bakıya köçüb. şəhər məktəblərindən birinə müəllimliyə düzələndən sonra şəhərin teatr həvəskarları ilə tanış olub. tezliklə teatr tamaşalarının hazırlanmasında fəallıq göstərən ziyalı kimi tanınıb. müxtəlif illərdə birinci və ikinci "müsəlman dram artistləri cəmiyyəti"nin, "həmiyyət", "nicat", "səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti", abbasmirzə şərifzadənin rəhbərlik etdiyi "müsəlman artistləri ittifaqı"nın dəstələrində aktyorluq edib. əbdürrəhim bəy haqverdiyev və üzeyir bəy hacıbəyov onu aktyor və xanəndə kimi şuşadan yaxşı tanıyırdılar. buna görə də "nicat" teatr dəstəsinin və hüseynqulu sarabskinin "müsəlman opera truppası"nın hazırladıqları opera tamaşalarında şirin və məlahətli səsi olan mirzə muxtar yaxından iştirak edib. üzeyir bəy hacıbəyovun ilk milli operamız olan "leyli və məcnun" əsərinin hazırlamb hasilə gəlməsində yaxından iştirak edib. 1908-ci il yanvarın 12-də göstərilən ilk tamaşada əbül qeys (qeysin atası) rolunu oynayıb. üzeyir bəyin "şah abbas və xurşid banu" operasının ilk tamaşasında (10 mart 1912) isə vəzir rolunda çıxış edib. erməni daşnakiarı 1918-ci ilin martında bakıda vəhşilklə kütləvi qırğınlar törədəndə, şəhəri oda qalayanda 77 yaşlı qocaman teatr xadiminin evi dağılıb, olan-qalan varidatı əlindən çıxıb. o, zəlil günə düşüb və "bəsirət" qəzeti 17 noyabr 1918-ci il tarixli sayında bu barədə məqalə yazıb. üzeyir bəyin təşəbbüsü ilə ziyalılar ona yardım göstəriblər. aktyorun yaradıcılığının bakı dövründəki əsas qadın və kişi rolları bunlardır: yetər, hürü və bədricahan ("hacı qəmbər", "müsibəti-fəxrəddin" və "ağa kərim xan ərdəbili", nəcəf bəy vəzirov), pərizad və cəfər xan ("dilin bəlası" və "nadir şah", nəriman nərimanov), səfər bəy ("hacı qara", mirzə fətəli axundzadə), şeyx əhməd ("ölülər", cəlil məmmədquluzadə), mirzə bayram ("dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), molla sübhan ("ədirnə fəthi", cəfər cabbarlı), əhməd rza ("sultan əbdülhəmidin xəli", mehdi bəy hacınski), şiruyə və baş möbid ("dəmirçi gavə", şəmsəddin sami), ibrahim ("qəzavat", s.lanskoy). mirzə muxtar məmmədov təxminən 1930-cu ildə bakıda vəfat edib. bəzi mənbələr onun 1929-cu ildə, bir qisın isə 1931-ci ildə dünyasını dəyişdiyini göstərib.  əbülfət vəli (1867 - noyabr 1918)  milli teatr sənətimizin səhnə fəaliyyətini özünə yaradıcılıq və həyat yolu seçən ilk peşəkar aktyor əbülfət vəlidir (vəliyev). həyatı haqqında  məlumat çox az olan əbülfət vəlinin yaşını</Page><Page Number="73">əbdürrəhim bəy haqverdiyevin "ac həriflər" pyesinin yazılma tarixi əsasında müəyyənləşdirən teatrşünas inqilab kərimovun qənaətləri inandırıcı və hələlik əlimizdə yeganə istinad dəlilidir. xatırladım ki, əbdürrəhim bəy haqverdiyev "ac həriflər" məzhəkəsində hüseyn ərəblinski ilə əbülfət vəlinin obrazlarını yaradıb və əsərini də məhz onlara ithaf edib. əbülfət vəli səhnəyə 1880-ci illərin ortalarında gəlib. əsasən, müəllimlər həbib bəy mahmudbəyovun və sultanməcid qənizadənin hazırladıqları həvəskar tamaşalarında həm kiçik, həm epizod, həm də əsas rollarda çıxış edib. sonralar özünün, eləcə də sənətkar dostu cahangir zeynalovun quruluş verdikləri tamaşalarda da oynayıb. iyirminci əsrdə "müsəlman artistləri cəmiyyəti", "nicat", "həmiyyət", "səfa" teatr truppalarında aktyorluq və rejissorluq edib. hüseyn ərəblinskinin quruluş verdiyi əksər tamaşalarda məsul müdir əbülfət vəli olub. onun qastrol təşkil etməkdə, truppanı bir qayə ətrafında birləşdirməkdə xüsusi bacarıq və səriştəsi vardı. zəhmətkeş səhnə fədaisi əbülfət vəli bakıda realni məktəbdə oxuyub. bu təhsil ocağının altı sinifini bitirməsi səhnə yaradıcılığında ona kömək olub. 1918-ci il rusca "azərbaycan" qəzetində kərim bəy məlmovun yazdığı vida məqaləsindən aydın olur ki, əbülfət vəli noyabr ayının axırlarında göyçay rayonunda acınacaqlı vəziyyətdə dünyasını dəyişib. səhərisi gün azərbaycanca çıxan eyniadlı qəzet "x" imzası ilə aktyor barədə səmimi vida yazısı dərc edib. azərbaycan aktyorlarının bir dəstəsi əbülfət vəlinin rəhbərliyi ilə irəvan, tiflis, batum, suxumi, istanbul, sevastopol, yalta şəhərlərində qastrolda olub. o, bir neçə dəfə üzeyir bəylə, süleyman sani axundovla, mehdi bəy hacınski ilə birgə "nicat" cəmiyyətində ədəbiyyat və teatr komissiyasının üzvü seçilib. əbülfət vəli mirzə fətəli axundzadənin "hacı qara" komediyasında murov, xəlil yüzbaşı, "müsyö jordan və dərviş məstəli şah" məsxərəsmdə hatəmxan ağa, nəcəf bəy vəzirovun  "müsibəti-fəxrəddin" faciəsində cahangir bəy, rüstəm bəy və fəxrəddin, "daldan atılan daş topuğa dəyər" məzhəkəsində dəli şirin, "ev tərbiyəsinin bir şəkli" vodevilində şahmar bəy, nəriman nərimanovun "nadir şah" tarixi faciəsində sərbaz, şah təhmas, saleh bəy, cavad xan, ədhəm xan, cahangir bəy, əbdürrəhim bəy, "bahadır və sona", "dilin bəlası" dramlarında dayı, niyaz bəy, əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan"ında həkim, heydər bəy və hacı səməd ağa, "ağa məhəmməd şah qacar"da mürtəzaqulu xan, mustafa xan və ikinci irakli, "ac həriflər"də tağı, "dağılan tifaq"da əbdül, rza zaki lətifbəyovun "köhnə türkiyə" pyesində həsən bəy, isgəndər bəy məlikovun "yaxşılığa yamanlıq" didakük əsərində sultan, yusif talıbzadənin "ərmənusə" və "xalid ibn valid" mistik dramında ömər ibn as və əbu übeyd rollarında dəfələrlə səhnəyə çıxıb. aktyorun rollar silsiləsində tərcümə əsərlərində canlandırdığı obrazlar ayrıca yer tutur. onlardan osmanlı ədibləri şəmsəddin saminin "dəmirçi gavə", namiq kamalın "vətən", "bəxtsiz bala", hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" faciələrində gavə, sidqi bəy, xəlil bəy və həkim, əbu diyab (əbu dəyyab da yazılır), şillerin "qaçaqlar", yevgeni çirkovun "yəhudilər", henrix heynenin "əl mənsur", botşaldım "qafqaz çiçəkləri", matterinin "yaddaş kitabçası", təbdil olunmuş "qaranlıqda işıq" dramlarında qoca moor, ata, ömər ibn as və həsən, dağıstan qəhrəmanı, potap rollarını göstərmək olar. o dövrün mətbuatı əbülfət vəlinin tərcümə və təbdil komediyalarında məharətlə oynadığı potap ("əvvəlinci şərabçı", lev tolstoy), cənnətəli ("zorən təbib", jan batist molyer), dobçinski ("müfəttiş", nikolay qoqol), məşədi kərim ("pulsuzluq", ivan turgenev), tağı ("aktyorların məişəti", lentovski) rollarına yüksək qiymət verib. həmin tamaşalarda, aktyorun təbii oyunu, səhnə ciddiliyi və sözləri aydın tələffüzlə çatdırmaq bacarığı qeyd olunub. rejissor kimi də ciddi fəaliyyət göstərən əbülfət vəli dramaturqlardan mirzə fətəli axundzadənin "hacı qara", nəriman nərimanovun "nadir şah", nəcəf bəy vəzirovun "daldan atılan daş topuğa dəyər", "müsibəti-fəxrəddin", "hacı qəmbər", əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan", "dağılan tifaq", qulamrza şərifzadənin "molla nəsrəddin", rza zaki lətifbəyovun</Page><Page Number="74">"köhnə türkiyə", sultanməcid qənizadənin "dursunəli və ballıbadı", üzeyir bəy hacıbəyovun "məşədi ibad" əsərlərinə səhnə quruluşu verib. 1911-ci ildə müvəqqəti olaraq "nicat" cəmiyyətinin teatr truppasından ayrılmış əbülfət vəli "mirat" (güzgü) dram dərnəyi yaradıb. o, burada da müxtəlif əsərləri, əsasən kiçik həcmli pyesləri tamaşaya hazırlayıb. həmin il əbülfət vəli güzəranının çətinliyindən səhnəni atıb daşkəndə getmək istəyib, ancaq bu cəhdi alınmadığına görə dəstə bağlayıb və qafqazın müsəlmanlar yaşayan bölgələrinə qastrola çıxıb. əbülfət vəli, çağdaş dillə desək, ayrı-ayrı dəstələrdə truppa müdirliyi vəzifəsini bacarıqla icra edib. bütün aktyorlar onun hörmət və ehtiramını uca tutublar. həm mətbuat, həm də təcrübəli sənətkarlar əbülfət vəlinin səhnə səmimiyyətini, cəfakeşliyini, istedadı üzərində yaradıcılıqla işləməsini başqalarına nümunə və örnək göstəriblər.  məhəmməd bəy əlvəndi (1872-1918)  milli teatrımızın həvəskarlıqdan peşəkarlığa keçid mərhələlərində dəyərli xidmətləri olan səhnə xadimlərindən biri məhəmməd bəy əlvəndidir. "əlvəndi" onun səhnə təxəllüsüdür, soyadı məlikovdur. o, 1872-ci ildə şamaxıda qulluqçu ailəsində doğulub. ziyalılarla sıx ünsiyyətdə olan məhəmməd bəy azərbaycan və rus dillərində mükəmməl savad alıb. mütaliəyə ciddi maraq göstərib. gənc yaşlarından bakıya gələn məhəmməd bəy əlvəndi müxtəlif hüquq işləri idarəsmdə çalışıb. eyni zamanda teatra ciddi rəğbət bəsləyib. səhnə sənətinin azərbaycanın rayonlarında geniş yayılması üçün hüseyn ərəblinski ilə çiyin-çiyinə və ciddi səylə fəaliyyət göstərib. bakıda mövcud olan müxtəlif teatr truppalarının, əsasən "nicat" mədəni-maarif cəmiyyəti nəzdindəki teatr dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib. səhnəyə ilk dəfə 1890-cı ildə çıxmış məhəmməd bəy əlvəndi mirzə fətəli axundzadənin "hacı qara" komediyasında heydər bəy və hacı qara, nəcəf bəy vəzirovun "hacı qəmbər" məzhəkəsində əşrəf bəy və rüstəm, səkinə axundzadənin "bəxtsiz bala" təbdilində xəlil bəy, əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar" faciəsində mürtəzaqulu xan və sadıq xan, isgəndər bəy məlikovun "yaxşılığa yamanlıq" vodevilində hümbət bəy, yusif talıbzadənin "ərmənusə" və "xalid ibn valid" pyeslərində marks və mixa, nəriman nərimanovun "nadir şah" faciəsində şah təhmas rollarını oynayıb. aktyor eyni zamanda tərcümə əsərlərindən jan batist molyerin "zorən təbib" (təbib ilyas), lanskoyun "qəzavat" (qriqoryev), şəmsəddin saminin "dəmirçi gavə", (qəhtan), hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" (ərəb), nikolay qoqolun "evlənmə" (podkolosin), henrix heynenin "əl mənsur" (həsən), fridrix şillerin "qaçaqlar" (herman), mirzə məmməd axundzadənin iqtibas etdiyi "səd ibn vəqqas" ("səd vəqqas", "səd ibn vəqqas, yaxud ərəblərin iranlılarla müharibəsi" kimi də yazılıb) əsərlərinin tamaşalarında müxtəlif səpkili rollarda səhnəyə çıxıb. 1918-ci ildə ermənilərin bakıda törətdikləri qanlı vəhşiliklərdən möhkəm sarsılıb və səfalət içində dünyasını dəyişib. yaradıcılığının başlıca xüsusiyyətləri realist aktyor məktəbinə uyğundur. səhnə sərbəstliyi, yöndaşlarına diqqətli olnıası ilə seçilib.  rüstəm kazimov (1879-1943)  azərbaycanın ilk peşəkar aktyorlarından sayılır. faciə və komediyalarda, opera və operettalarda çıxış etsə də, yaradıcılığlnın əsasını dramatik obrazlar təşkil edir. rüstəm kazımov 1879-cu ildə bakıda kasıb ailədə doğulub. mollaxanada cüzi təhsil alıb. şirin səsi olduğuna görə məhərrəmlik təziyələrində göstərilən şəbih tamaşalarında iştirak edib.</Page><Page Number="75">1890-cı ilin əvvəllərində bakıda həbib bəy mahmudbəyovun və sultanməcid qənizadənin təşkil etdikləri tamşalarda epizod rollar oynayıb. sonralar "müsəlman artistləri cəmiyyəti" truppasında, cahangir zeynalovun "ev teatrı"nda aktyorluq edib. 1901-1919-cu illərdə əbdürrəhim bəy haqverdiyevin yaradıcığı truppada, "həmiyyət" teatr qrupunda, "nicat", "səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələrində, "türk aktyorları ittifaqı"nda, "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti"ndə əsas aktyorlardan olub. bugünkü akademik milli dram teatrı dövlət təsisatına keçəndə onun truppasına daxil olan rüstəm kazımov 1925-ci ilə qədər bu kollektivdə çalışıb. 1921-ci ilin noyabr ayında bakı azad tənqid və təbliğ teatrı (sonralar türk işçi teatrı adlanıb) yaradılanda onun aktyor heyətinə götürülüb. dörd il hər iki teatrda işləyən aktyor 1925-ci ildən işçi teatrında aktyorluq edib. 1931-ci ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. bu teatr 1933-cü il yanvarın 4-də gəncəyə köçəndə rüstəm kazımov da doğma kollektivdən ayrılmayıb. aktyor 1943-cü ildə gəncədə vəfat edib. rüstəm kazımov müxtəlif truppalarda və mdt-da hacı salman ("hacı qəmbər", nəcəf bəy vəzirov), ərəb və quldur ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), zabit və zöhhak ("dəmirçi gavə", şəmsəddin sami), döyüşçü ("otello", vilyam şekspir), roller ("qaçaqlar", fridrix şiller), irakli, əbdül ("ağa məhəmməd şah qacar" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), hacı həsən ağa, qurban ("ölülər" və "anamın kitabı", cəlil məmmədquluzadə), osvald ("kral lir", vilyam şekspir), cinner, kamal paşa ("yulduz, yaxud trablis müharibəsi" və "ədirnə fəthi", cəfər cabbarlı), naçalnik, xan ("hacı qara" və "lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), oğuz ("şeyx sənan", hüseyn cavid) rollarını oynayıb.  * * *   1900- 919-cu illərdə bakıda milli səhnə sənətimizin inkişafında və aktyorluğun peşəkarlıq estetikası əsasında formalaşmasında çoxlu teatr fədailəri olub. onların sırasında mehdi bəy hacınskinin, ağadadaş həsənovun, səlim səlimbəyovun, əhməd qəmərlinin (məlikov), qulamrza şərifzadənin, məmmədbağır əlinskinin, ağalar gəraybəyovun, ələkbər hüseynzadənin, əhməd ağdamskinin (bədəlbəyov), hüseynqulu sarabskinin (rzayev), əliş haqverdiyevin, şeyda xəlilbəyovun, bağır xəlilbəyovun, ağası bəy şirvanskinin, mir paşanın (sadıqov), məhəmmədhəsən mərəndinin, nurməhəmməd məhəmmədovun, məcid çaybasarskinin, səməd mənsurun, şura (aleksandra) olenskayanın, məxfurə yermakovanın, məmmədhənifə terequlovun, ibrahim atakişiyevin, əli nəbinin, əliabbas rzayevin, hilal bağırovun, yunis nərimanovun adlarını çəkmək lazımdır. bu fədailərin bir qisıni iyirminci və otuzuncu illərdə də azərbaycanın müxtəlif şəhər və əyalət teatrlarında aktyor, rejissor, rejissor yardımçısı kimi və inzibatçılıq sahəsində çalışıblar.   ilk peşəkar aktyorlar  ikinci dərs  ələkbər süheyli(1879-26.2.1927)  azərbaycan milli teatrının peşəkarlıq istiqamətində formalaşmağa doğru inkişafında xüsusi xidmətləri var. "süheyli" onun səhnə təxəllüsüdür. bu sözün ərəbcə mənası "cənubda görünən ulduz" deməkdir. yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyəvi olan aktyor həmçinin rejissorluq sahəsində də çalışıb.</Page><Page Number="76">ələkbər fərəculla oğlu əliyev (süheyli) 1879-cu ildə bakıda doğulub. atası tacir olub və elmə, mədəniyyətə maraq göstərib. buna görə də ələkbərə 7 yaşından xüsusi müəllimlər tutaraq ona ana dilindən əlavə, fars, rus, ərəb dillərini tədris elətdirib. atası və atasının yaxın dostları olan tacirlər rusiya, ərəb ölkələri və iranla ticari yazışma əlaqələrini məhz ələkbər süheylinin vasitəsilə həyata keçiriblər. o, xüsusi tapşırıqlarla, müqavilələr bağlamaq məqsədilə tez-tez xarici öikələrə səfər edib. bakıda olanda boş vaxtlarında "müsəlman dram artistləri cəmiyyəti"nin tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1906-cı ildə yaranan "nicat" mədəni-maarif cəmiyyətinin teatr truppasına ilk üzv götürülənlərdən biri də ələkbər süheyli olub. sonralar "səfa", "müdiriyyət", "müsəlman artistləri ittifaqı"nın teatr truppalarında çalışıb. 1919-cu ildə bugünkü mdt-nm truppasına götürülüb və dörd il bu sənət ocağında işləyib. 1923-cü ildə azad tənqid və təbliğ teatrının truppasına dəvət alıb və vəfat etdiyi günə kimi burada aktyor və rejissor kimi çalışıb. müxtəlif truppalarda və mdt-da ifa etdiyi əsas rolların qısa siyahısı belədir: adolf ("qatili kərimə", hacı ibrahim qasımov), məhiz ("tariq ibn ziyad", əbdülhəq həmid), səlim bəy, vəli bəy, çoban ("dağılan tifaq", "millət dostları" və "pəri cadu", əbdürrəhim bəy haqverdiyev), paşa ("bakı müharibəsi", cəfər cabbarlı), svistinov ("müfəttiş", nikolay qoqol), lodoviqo ("otello", vilyam şekspir), müəllim mirzə həsən ("ölülər", cəlil məmmədquluzadə), bəkir ("keçmişdə qaçaqlar", nəcəf bəy vəzirov), xacə məsud, ohan yüzbaşı ("lənkəran xanının vəziri" və "hacı qara", mirzə fətəli axundzadə), şah ömər ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), xaço ("qaçaq kərəm", vano mçedaşvili), şeyx mərvan ("şeyx sənan", hüseyn cavid), veys ("yezid ibn müaviyyə", mehdi bəy hacınski), qubad ("dəmirçi gavə", şəmsəddin sami), məmmədbağır ("axşam səbri xeyir olar", sultanməcid qənizadə), süleyman paşa ("akif bəy", namiq kamal), allahqulu ("molla cəbi", mirmahmud kazımovski). milli aktrisalarımızın olmadığı dövrdə ələkbər süheyli xeyli qadın rolları ifa edib. onların arasında cahan xala ("arşın mal alan", üzeyir bəy hacıbəyov), sona, hafizə xanım ("dağılan tifaq" və "pəri cadu", əbdürrəhim bəy haqverdiyev), hürzad ("evliykən subay", zülfüqar bəy hacıbəyov), çərkəz xanım ("kəndxuda", mirmahmud kazımovski), tuba ("zorən təbib", jan batist molyer) obrazlarının səhnə ifası aktyorun yaradıcılıq uğurları sayılır. xüsusilə hafizə rolunun uzun illər və ondan artıq quruluşda ən yaxşı ifaçısı ələkbər süheyli sayılıb. aktyor tənqid və təbliğ teatrında məşədi ramazan ("arşın malı", əhməd qəmərli), tacir ("tufan", vladimir bill-beloserkovski), komarov ("1881-ci ildə", nikolay şapovalenko), hacı həsən ağa ("ölülər", cəlil məmmədquluzadə), pastor ("şöhrət silahları", yurin) rollarını oynayıb. burada sidqi ruhullanın, david qutmanın, yevgeni muromskinin quruluşlarında hazırlanan tamaşalarda rejissorluq edib. ələkbər süheyli yaradıcılığının kamilləşdiyi dövrdə, 26 fevral 1927-ci ildə bakıda vəfat edib.  murad muradov (1884- 2.11.1964)  milli səhnəmizin məşhur həvəskar aktyorlarından olub. səhnəyə ilk addımını 1897-ci ildə şuşa şəhərində atıb. xüsusən yay ayları gur, qələbəli keçən şuşa şəhərində ziyalı teatr həvəskarlarının hazırladıqları tamaşalarda epizod rollarda çıxış edib. 1900-cü ildə bakıya gələn murad muradov canlı teatr prosesinə qoşulub və müxtəlif rollar oynayıb. sürətlə səhnə uğurları qazanan aktyor artıq 1901-ci ildə onu şuşadan tanıyan əbdürrəhim bəy haqverdiyevin quruluşunda nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" faciəsində fəxrəddin rolunu " edib. tezliklə truppanın sayılan üzvü olub, əbülfət vəli, məhərnməd bəy əlvəndi, bir qədər sonra mirmahmud kazimovski, hüseyn ərəblinski, sidqi ruhulla, hüseynqulu sarabski kimi qüdrətli səhnə ustaları ilə çiyin-çiyinə işləyib.</Page><Page Number="77">murad məmmədrza oğlu muradov 1884-cü ildə ağdam rayonunun muradbəyli kəndində doğulub. ilk təhsilini ağdamda alıb və bakıdakı realni məktəbdə davam etdirib. o, 1907-ci ildə ümumrusiya teatr cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyorlardan biridir. 1901-ci ildən 1920-ci ilə qədər "müsəlman dram artistləri cəmiyyəti"ndə, "artistlər şirkəti"ndə, "nicat" və "səfa" cəmiyyətlərinin truppalarında, hüseynqulu sarabskinin "müsəlman opera artistləri" dəstəsində, hacıbəyov qardaşlarının "müdiriyyət"ində aktyorluq edib. dram, komediya, opera və operetta tamaşalarında oynayıb. 1919-cu ildən isə müəyyən fasilələrlə akademik milli dram teatrında işləyib. murad muradov 1920-1930-cu illərdə az müddət bakı türk azad tənqid və təbliğ teatrında, müxtəlif təbliğat və təşviqat briqadalarında işləyib. xarakterik və tipik səciyyələr kəsb edən obrazlarda özünün məharət və bacarığını göstərməyə çalışıb. bu baxımdan müxtəlif teatr truppalarında və mdt-da oynadığı əsas rollar bunlardır: aşıq və pərviz ("dəmirçi gavə", şəmsəddin sami), koçkaryov, bobçinski ("evlənmə" və "müfəttiş", nikolay qoqol), çingiz, həmzə bəy ("bəxtsiz cavan" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), hacı məsud, xəlil yüzbaşı ("lənkəran xanının vəziri" və "hacı qara", mirzə fətəli axundzadə), fəxrəddin, kərbəlayı məhəmmədəli, şahmar bəy, cəbi ("müsibəti-fəxrəddin", "adı var, özü yox", "ev tərbiyəsinin bir şəkli" və "hacı qəmbər", nəcəf bəy vəzirov), rzaqulu xan ("nadir şah", nəriman nərimanov), şpigelberq ("qaçaqlar", fridrix şiller), kassio, keşiş ("otello" və "on ikinci gecə", vilyam şekspir), mirzə rzaqulu ("vətən", namiq kamal), ərəb zabiti, şeyx əbülyəhya ("iblis" və "şeyx sənan", hüseyn cavid), həmzə bəy ("dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), xudayar, qorodo-naçalnik, birinci ziyarətçi, medvedev ("dönüş", "1905-ci ildə", "od gəlini" və "yaşar", cəfər cabbarlı), heydər ağa ("ölülər", cəlil məmmədquluzadə), peterburq qaçqını ("intervensiya", lev slavin), keşiş anton ("dubrovski", aleksandr puşkin), böyükağa ("yanar dərə", cabbar məcnunbəyov), əhməd kişi ("vaqif", səməd vurğun), tacir ("qaçaq nəbi", süleyman rüstəm), don qusman briduazon ("fiqaronun toyu", pyer bomarşe), alman casusu ("vəfa", rəsul rza), şəhərli ("tufan", aleksandr ostrovski), andronio ("rəqs müəllimi", lope de veqa), həkim ("türkiyədə", nazim hikmət). murad muradov azərbaycanın ilk mədəniyyət xadimlərindəndir ki, 1933-cü ildə o dövr üçün ssri-nin ən şərəfli mükafatlarından sayılan əmək qəhrəmanı adına layiq görülüb. zəhmətkeş aktyor, fədakar teatr xadimi milli peşəkar teatrımızın 75 illik yubileyi münasibəti ilə 21 iyul 1949-cu ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. ömrünün sonuna kimi səhnədən ayrılmayan aktyor 2 noyabr 1964-cü ildə bakıda vəfat edib.  cəlil bağdadbəyov (1887-21.4.1951)  qarabağ əsilzadələrindən olan əmrah bəyin ailəsində dünyaya göz açan cəlil bağdadbəyov 1887-ci idə şuşada doğulub. atası əmrah bəy oğluna şuşadakı mütərəqqi məktəbdə təhsil verib. o, təhsilini peterburq gimnaziyasında davam etdirib. 1904-cü ildə bakıya qayıdan cəlil bağdadbəyov müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışıb. peterburqdakı təhsil illərində şəhərin mədəniyyəti, xüsusən teatr sənəti ilə dərindən tanış olan gənc cəlil 1907-ci ildə "nicat" mədəni-maarif təşkilatının dram truppasına aktyor götürülüb. o, "nicat", "səfa" teatr truppalarında hüseynqulu sarabskinin təşkil və rəhbərlik etdiyi "müsəlman opera artistləri" dəstəsində, "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə milli dram teatrının truppasına götürülüb. arada bakı türk azad tənqid və təbliğ teatrında da işləyib (1922-1923). aktyorun müxtəlif teatr truppalarında və akademik teatrda oynadığı əsas rollar: təbib ("zorən təbib", jan batist molyer), rza xan ("nadir şah", nəriman nərimanov), rotsman ("qaçaqlar", fridrix şiller), don dieqo ("əl mənsur", henrix heyne), hacı qəmbər ("yağışdan çıxdıq, yağmura düşdük", nəcəf bəy vəzirov), rodriqo, qraf kent ("otello" və "kral lir", vilyam</Page><Page Number="78">şekspir), ibrahim xan, nəcəf bəy ("ağa məhəmməd şah qacar" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), camal bəy ("keçmişdə qaçaqlar", nəcəf bəy vəzirov), hersoq ("şahın bərbəri", aleksey lunaçarski), şeyx kəbir ("şeyx sənan", hüseyn cavid), rıtsar ("dəhşətli röya", herhart hauptman), kral lüdovlk ("nel qülləsinin sirri", aleksandr düma), qraf ("iki yetimə", adolf d'enneri və germon). aktyor opera və operetta tamaşalarında da bir sıra yaddaqalan rollar ifa edib. o, müxtəlif illərdə üzeyir bəy hacıbəyovun "leyli və məcnun" (leylinin anası), "əsli və kərəm" (əsli və şeyx nuran), "şah abbas və xurşid banu" (xurşid banu) operalarının, "məşədi ibad" (sərvər), "arşın mal alan" (süleyman və əsgər) operettalarının tamaşalarında oynayıb. zülfüqar bəy hacıbəyovun "aşıq qərib"ində isə dərviş və aşıq saleh rollarını ifa edib. cəlil bağdadbəyov dərbənddə nəcəf bəy vəzirovun "hacı qəmbər" (1908 və 1911), naxçıvanda nəriman nərimanovun "nadir şah" (1911), vladiqafqazda mirzə fətəli axundzadənin "molla ibrahimxəlil kimyagər" (1912), mahaçqalada vasaq mədətovun "tamahkarlıq düşmən qazanır" (1912), bakıda mirzağa əliyevin "məhkəmələr qapısında tökülən göz yaşları" (1916), hüseynqulu sarabskinin "cəhalət" (1917), mirmahmud kazımovskinin "daşım-daşım", əbdürrəhim bəy haqverdiyevin "ac həriflər" məzhəkələrinə və digər müəlliflərin müxtəlif janrlı pyeslərinə səhnə quruluşu vermişdir. osmanlı ədibi namiq kamalın "qara bəla" ("əkbər şah hindu") dramını azəri türkcənə çevirib. "hürriyyət günü" adlı məişət-sosial mövzulu və ictimai xarakterli pyesi azərbaycan həyat tərzinə uyğun təbdil edib. aktyor və rejissor kimi çıxış edən cəlil bağdadbəyov dəfələrlə irəvanda, tiflisdə, vladiqafqazda, mahaçqalada, hacıtərxanda, idil (volqa) çayının yaxasında yerləşən türkdilli yaşayış bölgələrində, məkərədə (nijni novqorod), orenburqda, iranın şəhərlərində uzunmüddətli qastrol səfərlərində olub. şamaxı, salyan, ağdaş, zaqatala, qaryagin (indiki füzuli), şəmkir, şuşa, ağdam, naxçıvan, ordubad şəhərlərinin dram dərnəklərinə və dövlət teatrlarına müntəzəm yaradıcılıq yardımı göstərib. orada həm aktyor, həm rejissor kimi çıxış edib, tamaşalar hazırlayıb, rollar oynayıb. fövqəladə təşkilatçılıq qabiliyyəti olan, rus, ərəb, fransız, fars, özbək, taclk dillərində sərbəst danışan cəlil bağdadbəyov 1920-ci illərin ikinci yarısında azərbaycan xalq komissarları sovetinin qərarı ilə yerlərdə mədəniyyətin yüksəldilməsi üçün orta asiyaya göndərilib. 1941-ci ildə faşist almaniyası ssri-yə hücum edəndən bir qədər sonra cəlil bağdadbəyov azərbaycan mədəniyyət xadimlərinin tərkibində irana gedib. o və rejissor şəmsi bədəlbəyli təbrizdə yerli teatr həvəskarları ilə tamaşalar hazırlamışlar. irandan qayıdandan sonra hüseynqulu sarabski adına qaryagin dövlət dram teatrında, üzeyir bəy hacıbəyov adına şuşa dövlət musiqili dram teatrında, seyid əzim şirvani adına şamaxı dövlət dram teatrında, mirzağa əliyev adına şəmkir dövlət dram teatrında və digər sənət ocaqlarında rejissorluq etmişdir. bütün ömrünü teatr sənətinin tərəqqismə, xalqın mənəvi-əxlaqi yüksəlişinə, mədəniyyətin inkişafına sərf edən, yorulmadan və coşğun fədakarlıqla çalışan cəlil bağdadbəyov 17 iyun 1943-cü ildə, şuşa teatrında işləyərkən azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. omrünün sonlarında mədəni-maarif səhnəsində işləyən cəlil bağdadbəyov 21 aprel 1951-ci ildə bakıda vəfat edib.  xəlil hüseynov (1890-?)  azərbaycan peşəkar teatr tarixində ilk bacarıqlı truppa müdiri kimi tanınıb. bu peşəni işlədiyi bütün teatr dəstələrində bacarıqla icra edib. əbülfət vəlidən sonra ən səriştəli qastrol təşkilatçısı kimi tanınıb, inzibatçı kimi milli səhnə sənətimizin ilkin təşkilatçısı və təbliğatçılarından sayılır. 1908-ci ildən 1920-ci ilə qədər "nicat", "səfa" mədəni-maarif cəmiyyətinin teatr truppalarında, hüseynqulu sarabskinin "müsəlman opera artistləri" dəstəsində, "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti"ndə, hökumət türk teatrosunda fasiləsiz olaraq ikinci rejissorluq və müavinlik vəzifəsini bacarıqla icra edib.</Page><Page Number="79">xəlil hacı mahmud oğlu hüseynov (hüseynzadə) 1890-cı ildə bakıda doğulub. məktəbə on yaşında gedib və əski üsulla fəaliyyət göstərən məktəbdə oxuyub. bacarıqlı və qabiliyyətli olduğuna görə nəzərdə tutulan təhsili vaxtından əvvəl başa vurub. qayğikeş müəllimlərinin səyi və şəhərin sayılan hacılarından olan atasının köməkiiyi ilə türk-rus məktəbinə daxil olan xəlil burada da şagirdlərə nümunə göstərilib. 1917-ci ildə pedoqoji kursa daxil olub. bir il təhsil alıb. buranı əla qiymətlərlə bitirərək bakıda fəaliyyət göstərən "nəşri-maarif" cəmiyyətinin təsis etdiyi "darülmüəllimi"ndə təhsil almışdır. yaraşıqlı boy-buxuna, fiziki gücünə və əsil idmançı şücaətinə görə onu "bəhriyyə məktəbi"nə (dənizçilik məktəbi) götürmüşlər. daxilən enerjili olan, yorulmaq bilməyən xəlil hüseynov on yeddi yaşında "nəşri maarif "in nəzdində mirzağa əliyevin yaratdığı "həmiyyət" truppasına üzv olmuşdur. tezliklə bacarıq və təşkilatçılıq məharəti ilə hüseyn ərəblinski və əbülfət vəli kimi səhnə xadimlərinin diqqətini cəlb etmişdir. hüseyn ərəblinskinin dəfələrlə aşqabada, krasnovodska, hacıtərxana, dərbəndə, mahaçqalaya, məkərəyə (nijni novqorod), orenburqa səfərlərində xəlil hüseynov dəstənin qastrollarına məsul müdir, hazırlanan tamaşalarda isə ikinci rejissor və ya rejissor müavini olmuşdur. hətta yeri gələndə özü də məsxərələri və hətta operettaları, operaları tamaşaya hazırlamışdır. bugünkü akademik milli dram teatrı 1919-cu ilin 24 oktyabrından isa bəy aşurbəylinin "azərbay-can" ("azərbay və can") dramının tamaşası ilə rəsmi dövlət mədəniyyət müəssisəsi kimi fəaliyyətə başladığı gündən xəlil hüseynov truppanın əsas heyətində olmuşdur. 1924-cü ilə qədər burada işləmişdir. abbasmirzə şərifzadənin, aleksandr ivanovun quruluşlarında rejissorluq və yaxud assistentlik etmişdir. bütün bunlarla bərabər, xəlil hüseynov ilk növbədə aktyor idi. bacarıq və istedadını daim özünün peşəkarlıq fəaliyyətinin təkmilləşməsinə yönəldib. aktyor milli teatrımızın dəstələr şəklində fəaliyyət göstərdiyi və dövlət sənət ocağı kimi çalışdığı illərdə çoxlu səhnə obrazları yaratmışdır. abbasəli ("pulsuzluq", ivan turgenev), pərviz-cavidan və zabit ("dəmirçi gavə", şəmsəddin sami), əliəşrəf bəy ("vətən", namiq kamal), teymur ağa, əsgər bəy ("lənkəran xanının vəziri" və "hacı qara", mirzə fətəli axundzadə), şleyme ("yəhudilər", yevgeni çirikov), yusif izzəddin ("sultan əbdüləzizin xəli", mehdi bəy hacınski), mürtəzaqulu xan, qurban, fərhad, nəcəf bəy ("ağa məhəmməd şah qacar", "pəri cadu", "bəxtsiz cavan" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), don enrikos ("əl mənsur", henrix heyne), cəbi ("zorən təbib", jan batist molyer), məşədi oruc ("ölülər", cəlil məmmədquluzadə), heydərqulu ağa, rəsul bəy, hacı qəmbər, fəxrəddin, şahmar bəy ("adı var, özü yox", "ev tərbiyəsinin bir şəkii", "hacı qəmbər", "müsibəti-fəxrəddin" və "keçmişdə qaçaqlar", nəcəf bəy vəzirov), rüfət, cəmil bəy, əbdülrəhman ("ədirnə fəthi", "bakı müharibəsi" və "trablis müharibəsi", cəfər cabbarlı), rzaqulu xan ("nadir şah", nəriman nərimanov), əbül üla ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), edmund ("kral lir", vilyam şekspir), arif ("iblis", hüseyn cavid), qaçaq kərəm ("qaçaq kərəm", vano mçedaşvili), yavər ("lakme", səkinə axundzadə). hüseynqulu sarabskinin "cəhalət", nəcəf bəy vəzirovun "ev tərbiyəsinin bir şəkli", sultanməcid qənizadənin "xor-xor", mirmahmud kazımovskinin "daşım-daşım" məzhəkələrinə, "leyli və məcnun", "əsli və kərəm", "aşıq qərib" operalarına səhnə quruluşu verib. aktyor xəlil hüseynov azərbaycanın ilk qiraət ustalarındandır. nizami gəncəvidən, məhəmməd füzulidən, molla pənah vaqifdən, nəbatidən çoxlu poetik nümunələri əzbər bilən xəlil hüseynov bakıda vaxtaşırı keçirilən "şərq müsamirəsi"ndə onlardan nümunələri bəlağətlə,  şövqlə söyləyirdi. "divertisınent" adlanan yumorlu müzikl axşamlarında səhnəyə mirzə ələkbər sabirin, səməd mənsurun satirik şeirlərilə çıxardı. 18 sentyabr 1941-ci ildən gənc tamaşaçılar teatrında inzibatçı işləyib. eyni zamanda abdulla şaiqin "vətən" (kəndli), "e1 oğlu" (birinci bəy), əliməmməd atayevlə əhməd</Page><Page Number="80">əhmədovun "seyran" (şükür) pyeslərinin və həmçinin digər əsərlərin tamaşalarında epizod rollar oynayıb.    cahangir zeynalov (1865-1918)  milli teatrımızın ilk peşəkar aktyorlarından biri, azərbaycan realist aktyor məktəbinin banisi kərbəlayı cahangir zeynalovdur. 1865-ci ildə bakıda doğulmuş cahangir zeynalovun atası məşədi rza da, özü də tacirlik etmişlər. cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. bakıda fəaliyyət göstərən lanskoy, şorşteyn, aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. hətta 1916-1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "teatro dəftərçəsi"ndə ("əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. müəyyən vərəqləri itmiş həmin dəftərçə azərbaycan dövlət teatr muzeyində saxlanılır. maddi imkanı geniş olan cahangir zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi. o, indiki hüsü hacıyev və dilarə əliyeva küçələrinin kəsişməsində yerləşən şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırmışdı. otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirmişdi. hacıağa abbasov, mirzağa əliyev, məhəmməd bəy əlvəndi, hüseyn ərəblinski, mirmahmud kazımovski kimi aktyorlar, sultanməcid qənizadə, həbib bəy mahmudbəyov, bədəl bəy bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq etmiş, tamaşalar hazırlamışlar. məşqdən sonra iştirakçıların hamısına süfrə açılardı və xərci kərbəlayı özü ödəyərdi. cahangir zeynalov səhnədə əvvəllər həbib bəy mahmudbəyovla sultanməcid qənizadənin hazırladıqları tamaşalarda oynayıb. xix əsrin sonlarında isə sənət dostu nəcəfqulu vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə müsəlman dram artistləri şirkətinin ("şirkət" də deyilib) təşkilində zeynalovun müstəsna rolu olub. "nicat" (1906) və "səfa" (1912), "nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında kərbəlayı cahangir əsasən aktyorluq edər və həm də tamaşalara quruluşlar verərdi. "səfa"nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-cu ildə yaranmışdı. "səfa"nın kitabxanasının təşkilində böyük işlər görən cahangir zeynalov onun fonduna çoxlu nüsxədə kitab bağışlamışdı. bakıda qabaqcıl elm ocaqlarından sayılan "səfa" məktəbində səməd mənsur, abbasmirzə şərifzadə, cəfər bünyadzadə ilə yanaşı, cahangir zeynalov da dərs deyirdi. o, dəfələrlə, "səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasma seçilmişdi. hətta 1914-cü ildə sədr vəzifəsini cahangir zeynalov, müavinliyi isə mehdi bəy hacınski tutmuşlar. cahangir zeynalov ilk azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley ("yomi ali") keçirib. səhnə fəaliyyətinin 25 illiyi münasibətilə "nicat" cəmiyyətinin qurban bayramı günündə (30 noyabr 1910) tağryev teatrında keçirdiyi yubiley təntənəsində rəsmi hissə olmuş, fasilələrdə xanəndə və sazəndələr çalıb-çağırmış, mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" komediyası oynanılmış, mirzə həbib rolunu cahangir zeynalov ifa etmişdi. yubiley münasibətilə  "günəş", "kaspi", "nicat", "səda", "bakı", "bürhani-tərəqqi", "qafqazskaya kopeyna" qəzetləri məqalələr və nəriman nərimanovun, mehdi bəy hacınskinin, boyarski truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini çap etmişdi. yubiley gecəsi "nicat" tərəfindən səməd bəy acalov, gürcü nəşri-maarif cəmiyyətindən nasidze, bütün müsəlman dram dəstəsi adından qulamrza şərifzadə, "maloross", "kulturnıy soyuz", "prosvita", "nəşri-maarif", "ittihad", "yəhudilər" cəmiyyətləri, "yeni fyüzat", "molla nəsrəddin"</Page><Page Number="81">məcmuələri, "səda", "tərcüman" qəzetləri aktyoru təbrik etmiş, ona qiymətli hədiyyələr bağışlamışdılar. mirzağa əliyev, hacıağa abbasov, məmmədəli vəlixanlı kimi möhtərəm aktyorların səhnəyə gəlişində kərbəlayı cahangirin böyük xidmətləri olub. o, "nicat", "səfa", "müsəlman artistləri ittifaqı"nın, hacıbəyov qardaşlarının "opera və dram truppası"nın aralarındakı xoşagəlməz ləcliyi, çəkişmələri aradan qaldırmış, onları ümumi mədəniyyətin tərəqqisi naminə birləşməyə çağırmışdır. səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən aktyor qızını aktrisa görmək istəmiş, ancaq amansız ölüm bu arzuya kölgə salmışdı. üç yaşında valideyni cahangir zeynalovu itirmiş nəsibə zeynalova sonralar atasının bünövrəsmi qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı kimi tarixiləşdi. 1918-ci ilin 17 martında erməni daşnakiarı bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə cahangir zeynalov həyat yoldaşı hüsniyyə xanımla, körpə qızı nəsibə ilə iranın ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası məşədi əbdüldayan hüseynovun yanına gediblər. oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə "ardahan" gəmisinə minib bakıya qayıdarkən dənizdə fırtına qopub. səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyi yaranıb və kərbəlayı cahangir də həmin azara tutulub. bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişib. aktyor son dəfə səhnəyə "ismailiyyə" zalında oynanan "hacı qara" tamaşasında baş rolda çıxıb. cahangir zeynalovun milli dramaturgiyamızda oynadığı rolların tam olmayan siyahısı belədir: mirzə fətəli axundzadənin "hacı qara"sında hacı qara, "müsyö jordan və dərviş məstəli şah"da şahbaz bəy və məstəli şah, "molla ibrahimxəlil kimyagər"də molla ibrahimxəlil, "xırs quldurbasan"da tarverdi, "lənkəran xanının vəziri"ndə mirzə həbib, nəcəf bəy vəzirovun "hacı qəmbər"ində hacı qəmbər, "ağa kərim xan ərdəbili"də ağa kərim xan, "müsibəti-fəxrəddin"də vəli, əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar" faciəsində tavad maqobeli, rzaqulu mirzə, mirzə cəfər xan, "bəxtsiz cavan" ("tamah"), "kimdir müqəssir?", "millət dostları" dramlarında kişi, hacı səməd ağa, mahmud, "xəyalət"də dərviş. nəriman nərimanovun "dilin bəlası"nda şamdan bəy və hacı ibrahim, "nadir şah" faciəsində ədhəm və cavad, ismayıl rüs təmbəyovun "dövləti-bisəmər", mehdi bəy hacınskinin "sultar əbdüləzizin xəli" pyeslərində hacı fərəc, həsən xeyrulla əfəndi, süleyman sani axundovun "tamahkar"ında hacı murad rolları. o, sultanməcid qənizadənin "axşam səbri xeyir olar " (məşədi şaban), "xor-xor" (seyfulla), "dursunəli və ballıbadı" (dursunəli), məhəmmədhəsən həsənovun "pinəçi seyfulla" (seyfulla), vasaq mədətovun "qırt-qırt" (ağa murad), isgəndər məlikovun "yaxşılığa yamanlıq", "molla nəsrəddin" (molla nəsrəddin) vodevillərində əsas obrazları oynayıb. tərcümə əsərlərindən lev tolstoyun "əvvəlinci şərabçı" (potap), fridrix şillerin "qaçaqlar" (qoca moor), jan batis molyerin "zorən təbib" (eyvaz), şəmsəddin saminin "dəmirçi gavə" (qubad və fərhad), "əhdə vəfa" (zübeyr), hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" (rəbi), s.lanskoyun "qəzavat" (qoca səraərdə), vano mçedaşvilinin "qaçaq kərəm" (çinovnik və xanın katibi), namiq kamalın "vətən" ("vətən, yaxud osmanlı müharibəsi". şeyxülislam) tamaşalarında oynayıb. yuxarıda sadalanan rolların əksəriyyətini dəfələrlə müxtəlif quruluşlarda ifa etmiş cahangir zeynalov bəstəkar üzeyir bəy hacıbəyovun "o olmasın, bu olsun" operettasında rza bəy və rüstəm bəy obrazlarını yüksək məharətlə yaradıb. rejissor kimi də səmərəli fəaliyyət göstərən cahangir zeynalov 1913-cü ildə "səfa"da dramaturqlardan mirzə fətəli axundzadənin "hacı qara", nəcəf bəy vəzirovun "hacı qəmbər", namiq kamalın "vətən", zülfüqar bəy hacıbəyovun "evliykən subay", 1914-cü ildə əbdürrəhim bəy haqverdiyevin "millət dostları", molyerin "zorən təbib", 1915-ci ildə namiq kamalın "əhdə</Page><Page Number="82">vəfa", digər illərdə müxtəlif truppalarda cəlal yusifzadənin "fərhad və şirin" (opera), şəmsəddin saminin "dəmirçi gavə", nəriman nərimanovun "nadir şah" əsərlərinə quruluşlar verib. cahangir zeynalov xalq folklorunun mayasından şirələnən yumordan yaradıcılıqla bəhrələnirdi. cahangir zeynalov o dövrdə dəbdə olan süni pafosla danışmaqdan, ritorikadan, boğazdan yuxarı dekiomasiyaçılıqdan, saxta hərəkətlərdən cəsarətlə imtina edib. cahangir zeynalov teatrda estetik savadsızlığın əleyhinə çıxaraq real oyun ifa üslubunun sistemlər toplusunu yaradıb. cahangir zeynalov oynadığı rolda doğruçuluğa, həyatiliyə, inandırıcılığa nail olmaq üçün obrazın daxili inkişaf məntiqinə əsaslanıb, müxtəlif üslubları sintez edə bilib. cahangir zeynalovun aktyor məktəbi köklü və davamlı prinsiplər əsasında qurulmaqla öz poetikasının müəyyən vacib göstərici-prinsiplərini formalaşdırıb. cahangir zeynalov rolunu nə qədər coşğun ehtirasla, çılğın temperamentlə oynasa da, heç vaxt personajın daxili sürət-ritminin inkişaf ahəngindən çıxmır, həmin rolla təqdim etmək istədiyi estetik flkrin mahiyyətindən uzaqlaşmır, həqiqət hissinə daim sadiq qalırdı. cahangir zeynalov obrazın (məsələn hacı qara, vəzir) ictimai-sosial mənşəyindən çıxış edərək onun cəmiyyətdə tutduğu mövqeyini özü üçün aydınlaşdırır və buna uyğun məntiqlə rolun davranışını, geyimini, danışığını müəyyənləşdirirdi. cahangir zeynalov dramatik rollar (hacı səməd, qoca moor) oynasa da, təbiətən komik idi. sənətdə hər cür zahiri əyləndiriciliyin, yüngül oyunbazlığın, şitliyin əleyhinə çıxır, teatrı yüksək hisslərə çıraq tutan məbəd kimi qiymətləndirirdi. cahangir zeynalov el arasında həmişə özünü yüksək ləyaqətlə, ağır ağayanalıqla aparır, hər yerdə hörmət-izzəti uca tutulurdu, onu müdrik ağsaqqal, xeyirxah ziyalı kimi qəbul edərdilər. cahangir zeynalov aktyorluq peşəsini müqəddəs tutar, sənətinə ciddi yanaşmayanları tənbeh edir, bütövlükdə teatra əvəzsiz tərbiyə ocağı kimi baxırdı.   hüseyn ərəblinski (1881-4 mart 1919)  azərbaycan romantik aktyor məktəbinin banisi hüseyn ərəblinski sayılır. "ərəblinski" qüdrətli aktyor və rejissorun təxəllüsüdür. afişalarda bəzən "ərəbli" kimi də yazılıb. əsil adı hüseynbala, soyadı xələfovdur. 1881-ci ildə bakıda doğulub. atası məmməd kişi yeikənli gəmidə işləyib və hüseyn (hüseynbala) bacısı dürsədəflə kiçik ikən ailənin başçısı dəniz fırtınasında həlak olub. anası pərinin himayəsində qalan hüseyn ərəblinski bir müddət mollaxanada oxuyub, ancaq ailənin pis güzəranına görə ruhani təhsilindən uzaqlaşıb. 1893-cü ildə o, qeyrətli ziyalı, ehtiraslı teatr həvəskarı həbib bəy mahmudbəyovun kasıb uşaqlar üçün açdığı pulsuz təhsil sinifində oxuyub. bu məşhur təhsil ocağı "üçüncü rus-tatar məktəbi" adlanırdı və həbib bəy oranın müdiri idi. sultanməcid qənizadə də orada dərs deyirdi və hüseynin məktəbə qəbulunda onun ciddi səyi olub. həbib bəyin məktəbindən sonra gələcəyin aktyoru "mixaylovskaya şkola"da oxuyub. rus dilini və ədəbiyyatını mükəmməl öyrənən hüseyn 1900-cü ildə hərbi məktəbə (o vaxt "kadetski korpus" adlanırdı) daxil olmaq üçün tiflisə gedib. ancaq nəslən hərbi qulluqçu olmadığına və ya özünün həmin sahədə müəyyən iş stajının yoxluğuna görə onu hərbi məktəbə qəbul etməyiblər. yenidən bakıya gəlib, müxtəlif işin qulpundan yapışaraq çörək-pulu qazanıb. həm də hərdən ayrı-ayrı həvəskar dəstələrinin təşkil etdikləri tamaşalarda epizod rollar oynayıb. 1901-ci il-də şuşadan bakıya gələn əbdürrəhim bəy haqverdiyev burada dağılmaqda olan teatr dəstələrini bir araya gətirib, nisbətən sabit truppa düzəldib. az sonra həmin truppa "müsəlman artistləri cəmiyyəti" (şirkət) adlanıb. hüseyn ərəblinski bu truppa ilə sıx əlaqə yaradıb.</Page><Page Number="83">hüseyn ərəblinski ilk dəfə səhnəyə 1897-ci ildə çıxıb. müəllim işləyən və teatrın  təşəkkülündə böyük xidmətləri olan sultanməcid qənizadə şagirdlərlə "lənkəran xanının vəziri" komediyasını tamaşaya hazırlayıb. əsər novruz bayramı münasibətilə göstərilib və ərəblinski (xələfov) mehtər kərəm rolunda səhnəyə çıxıb. ağabəşiri isə onun məktəb dostu, sonralar aktyor, rejissor, dramaturq kimi fəaliyyət göstərən mirmahmud kazımovski oynayıb. 1900-1905-ci illər ərzində həvəskarların hazırladıqları tamaşalarda nəzərə çarpmayan rollarda çıxış edib. onların arasında nisbətən yadda qalanı və əslində zəif olanı nəcəf bəy vəzirovun öz faciəsi əsasında hazırladığı "müsibəti-fəxrəddin"dəki nökər hacı murad rolu olub. görkəmli teatr xadimi əbülfət vəlinin təşkil etdiyi teatr truppası 1905-ci ildə lənkəranda qastrolda olub. həmin tamaşada xəstələnmiş aktyorun yerinə rüstəm bəyi ərəblinski ifa edib. aktyor bu rolda gözlənilməz uğur qazanıb. qastrol nailiyyəti aktyorun yaradıcılığında ciddi dönüş yaradıb. hüseyn ərəblinski qısa bir müddətdə bakı aktyorları arasında öncüllüyü ələ alıb. o, əsasən "tragik" (faciə rollarını oynayan (aktyor) kimi şöhrətlənmiş və tez bir zamanda, həm də rejissor kimi səmərəli fəaliyyət göstərməyə başlamışdı. hüseyn ərəblinski 1906-1919-cu illər arasında "nicat", "səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, "müsəlman artistləri cəmiyyəti"ndə, "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq və rejissorluq etmişdir. həmin truppaların bəzisində həmçinin baş rejissor kimi də səmərəli işlər görmüşdür. milli teatr sənətimizin peşəkar istiqamətdə inkişafında, başqa ölkə və şəhərlərdə tanınmasında, bir sıra bölgələrdə teatr sənətinin təşəkkülündə hüseyn (məkərə) ərəblinskinin böyük xidmətləri olub. o, özünün təşkil etdiyi truppa-dəstələrlə 1906-cı ildə dərbənddə, tiflisdə, gəncədə, petrovskidə (indiki mahaçqala), temurxanşurada, nijni novqorodda, həştərxanda (hacıtərxan), 1909-cu ildə tiflisdə, irəvanda, batumda, vladiqafqazda, moskvada, şuşada, 1911-ci ildə krasnavodskda, aşqabadda, 1914-cü ildə tiflisdə, 1917-ci ildə hacıtərxanda və tiflisdə qastrol səfərlərində olub. qastrol repertüarının əsasını nəcəf bəy vəzirovun, əbdürrəhim bəy haqverdiyevin, nəriman nərimanovun, şəmsəddin saminin, namiq kamalın, jan batist molyerin, henrix heynenin dram və faciələri, həm milli, həm də tərcümə vodevil və məsxərələr təşkil edib. bir qayda olaraq bu tamaşaların rejissorluğunu ərəblinski öz üzərinə götürüb. 1908-ci il yanvarın 12-də "nicat" cəmiyyəti truppasının oynadığı ilk milli operamız olan üzeyir bəy hacıbəyovun "leyli və məcnun"unun quruluşçu rejissoru hüseyn ərəblinski idi. müxtəlif vaxtlarda üzeyir bəy hacıbəyovun "əsli və kərəm", "şah abbas və xurşid banu" operalarına, "arşın mal alan", "ər və arvad", "məşədi ibad" operettalarına, zülfüqar bəy hacıbəyovun "aşıq qərib", "evliykən subay", "əlli yaşında cavan" əsərlərinə dəfələrlə quruluşlar verib. rejissor kimi hüseyn ərəblinskinin daha peşəkar sayılan quruluşları nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin", "ev tərbiyəsinin bir şəkli", "adı var, özü yox", "hacı qəmbər", "daldan atılan daş topuğa dəyər", mirzə fətəli axundzadənin "hacı qara", "lənkəran xanının vəziri", "müsyö jordan və dərviş məstəli şah", əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan", "dağılan tifaq", "ağa məhəmməd şah qacar", nəriman nərimanovun "nadir şah", yusif talıbzadənin "xalid ibn valid", osmanlı ədiblərindən namiq kamalın "vətən", "akifbəy", "naci bəy fədakari-hürriyyət", şəmsəddin saminin "dəmirçi gavə", hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla", rus müəllifi k.baxmetovun "napoleon" ("1812-ci il və ya moskva yanğını"), alman henrix heynenin "əl mənsur", jan batist molyerin "zorən təbib", vilyam şekspirin "otello", nikolay qoqolun "müfəttiş", fridrix şillerin "qaçaqlar" əsərlərinə verdiyi səhnə təfsirləridir. o, çoxlu xırda vodevillər, birpərdəli əsərlər də hazırlayıb. yuxarıda adı çəkilən faciələrin əksəriyyətinə isə bir neçə dəfə quruluş verib. hüseyn ərəblinskinin ifa etdiyi rolları şərti olaraq iki qismə bölmək olar: milli dramların və tərcümə əsərlərinin tamaşalarında oynadığı obrazlar.</Page><Page Number="84">birinci bölümə nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (hacı murad, rüstəm bəy və fəxrəddin), "hacı qəmbər" (xudaverdi bəy), "daldan atılan daş topuğa dəyər" (əbdürrəhman bəy), "ev tərbiyəsinin bir şəkli" (rəsul), sultanməcid qənizadənin "axşam səbri xeyir olar" (ağa cavad), "dursunəli və ballıbadı" (ağa cəfər), əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" (süleyman bəy), "bəxtsiz cavan" (fərhad), "ağa məhəmməd şah qacar" (qacar), nəriman nərimanovun "nadir şah" (məhəmməd xan, gürcü bəy və nadir şah), "bahadır və sona" (bahadır), "şamdan bəy" (yusif), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (teymur ağa), "hacı qara" (naçalnik), haşım bəy vəzirovun "döymə qapımı, döyərlər qapmı" (ağa məcid), məmmədəmin rəsulzadənin "qaranlıqda işıqlar" (qəhrəman), ismayıl rüstəmbəyovun "dövləti-bisəmər" (ağabala), yusif talıbzadənin "xalid ibn valid" (xalid), mirzə məmməd axundzadənin "səd ibn vəqqas" ("səd vəqqas". səd vəqqas), səkinə axundzadənin "zülmün nəticəsi" (səid bəy), əhməd qəmərlinin "rüstəm və söhrab" (rüstəm), abdulla abdullazadənin "xosrov-pərviz" (xosrov pərviz) əsərlərinin tamaşalarındakı rollar daxildir. aktyor tərcümə əsərlərindən nikolay qoqolun "müfəttiş" (dobçinski və xlestakov), henrix heynenin "əl mənsur" (əli və əl mənsur), fridrix şillerin "qaçaqlar" (frans), namiq kamalın "əta bəy" (əta bəy), "naci bəy" (naci bəy), "vətən" (islam bəy), "namus" ("akif bəy". anif bəy), jan batist molyerin "zorən təbib" (eyvaz), fransua volterin "sultan osman" (sultan osman), yevgeni çirkovun "yəhudilər" (naxman), şəmsəddin saminin "dəmirçi gavə" (gavə və pərviz), s.lanskoyun "qəzavat" (əhməd bəy şamxal), məhəmməd ehsanın "cövdət bəy" (cövdət bəy), lentovskinin "artistlərin məişəti" (vəli), ivan turgenevin "pulsuzluq" (cəmil bəy), hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" (əbu dəyyab), baxmetovun "1812-ci il" (napoleon), abdulla şaiqin təbdilində "qafqaz çiçəkləri" (aslan), vilyam şekspirin "otello" (otello), yusif talıbzadənin təbdilində "ərmənusə" (arkadyos), ehrabinin "ləkkeyi taci kəyan" (səttarxan), vano mçedaşvilinin "qaçaq kərəm" (kərəm), əbdülhəq hamidin "tariq ibn ziyad" (tariq), ələsgər kamalın "bəxtsiz igid" (zakir), özünün tərcümə-təbdilində "bədəfkarın külfəti" (ata) pyeslərinin tamaşalarında müxtəlif səpkili rollar oynayıb. hüseyn ərəblinski 1916-cı ildə "milyonlar və neft səltənəti" filmində lütfəli bəy rolunda çəkilib. azərbaycan teatr tarixində böyük xidmətləri olan onlarca aktyor məhz hüseyn ərəblinskinin şöhrəti və yaxından qayğısı, yaxud ona bəslənən böyük rəğbət nəticəsində səhnə sənətinə gəlmişlər. hətta sidqi ruhulla və abbasmirzə şərifzadə kimi qüdrətli aktyorlar vaxtilə onlara verilən "balaca ərəblinski" qiyməti ilə fəxr etmişlər. rusiyada xüsusi teatr təhsili almaq arzusu ilə yaşayan və həmin istəyi maddi çətinlik ucbatından dəfələrlə puça çıxan hüseyn ərəblinski 1919-cu il martın 4-də dayısı oğlu əbdülxalıq əbdülkərim oğlunun tapançadan açdığı atəşlə qətlə yetirilib. o, son dəfə mart ayının 1-də səhnədə nadir şah rolunda çıxış edib. qacar, fərhad, nadir şah, otello, fəxrəddin, xlestakov, frans, gavə, qaçaq kərəm, islam bəy rolları aktyorun teatr salnaməmizə əbədi həkk olan səhnə surətləridir. hüseyn ərəblinski səhnəmizin ilk aktyorlarındandır ki, suflyordan imtina etməyə səylə can atmış, oynadığı əksər obrazların sözlərini əzbər bilmişdir. hüseyn ərəblinski aktyor sənətini elmi əsaslarla mənimsəmək üçün çoxlu mütaliə etmiş və kitablardan mənimsədiklərini sənət yoldaşlarına da öyrətməklə, səhnədə əyaniləşdirməyə çalışmışdır. hüseyn ərəblinski milli rejissuramızda əbdürrəhim bəy haqverdiyevin qoyduğu ənənəyə sadiq qalaraq tamaşaya hazırlanan əsəri təhlilə çalışmışdır. pyesin ideya və müəllif qayəsi barədə aktyorlara məlumat verməyi vacib saymışdır. hüseyn ərəblinski hər hansı əsəri ayrı-ayrı ifaçılarla işləyib, sonra "calaq" eləmək vərdişinin əleyhinə çıxmış, tamaşanı iştirakçı aktyorların ansambl bütövlüyü ilə işləməyə üstünlük vermişdir.</Page><Page Number="85">sadəlik, canlılıq, eşq və ehtiraslar üzərində köklənən emosionallıq, coşğun temperament romantik aktyor hüseyn ərəblinskinin yaradıcılığı üçün səciyyəvi idi. hüseyn ərəblinskinin məzarı bakıda fəxri xiyabandadır. sumqayıt dövlət musiqili dram teatrı görkəmli sənətkar hüseyn ərəblinskinin adını daşıyır.   teatr tamaşalarinin göstərilmə məkani (1873-1919)  peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə də fikirlər oyanır. elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da mühüm yer tutur. teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir. dünya teatrının müxtəlif inkişaf dövrlərində formalaşan bədii zövqlərə uyğun olaraq teatr tamaşalarının oynanılması üçün tikilən binaların memarlığında da böyük və əsaslı dəyişikliklər aparılmışdır. antik teatrın açıq havadakı binalarını əsrlər keçdikcə müxtəlif sənət izmlərinə, məsələn kiassizm, barokko, qotika, modern... üslublarına məxsus memarlıq binaları əvəz etmişdir. azərbaycanda peşəkar teatr təşəkkül tapmamışdan əvvəl bəzi şəhərlərdə müxtəlif xarakterli kütləvi seyretmə sarayları olmuşdur. şuşada 1848-ci ildə, şamaxı şəhərində isə 1858-ci ildə oyunlar göstərmək, mərasim və müsamirələr keçirmək üçün memarlıq abidələri olan binalar tikilib. o dövrün mətbuatının yazdığına görə, həmin binaların yaraşıqlı lojaları, geniş salonları, əlvan tərtibatlı səhnələri olub. naxçıvan şəhərində ilk tamaşa hacı nəcəf zeynalovun evinin böyük salonunda göstərilib. azərbaycanca tamaşalar irəvanda müxtəlif varlıların evlərində, tiflisdə kazyonnı teatrda, arsruni teatr binasında, zubalov adına "xalq evi"ndə, "zadəganlar klubu"nda, aşqabadda dobrojenskinin sirkində, təbrizdə adi binada oynanılıb. azərbaycanın böyük şəhərlərində iyirminci əsrin əvvəllərində xüsusi "cəmiyyət yığnağı" binaları tikilmişdi və el arasında, mətbuatda "obşestvennoye sobraniye" adlanan həmin mədəniyyət mərkəzləri tamaşalar oynamaq üçün ən münasib yerlər idi. irəvanda və tiflisdə dövlət azərbaycan dram teatrı fəaliyyət göstərməyə başla-yanda da həmin kollektivlərin texniki baxımdan səmərəli binaları olmamışdır. dövlət teatrı hər iki şəhərdə yöndəmsiz, darısqal, səhnəsi kiçik klublarda yerləşmişdir. gəncə dövlət dram teatrı üçün bina 1936-cı ildə tikilib. əslində köhnə bina yenidən qurulub. bir qədər sonra naxçıvanda müasir memarlıq üslubunda səhnə ocağı hasilə gətirilib. hər iki bina indiyə qədər fəaliyyətdədir və texniki imkanları o dövrün primitiv tələblərinə uyğun olaraq qalmaqdadır. 1938-1949-cu illər arasında lənkəranda, ağdamda, ağdaşda, göyçayda, qubada, şamaxıda, qaryagində (indiki füzuli rayonu), şuşada, şəmkirdə, ordubadda, bərdədə, qazaxda, zaqatalada, salyanda, sabirabadda dövlət teatrları fəaliyyət göstərmişlər. lakin onların heç biri üçün məxsusi teatr binası tikilməmişdir. onlar kilsədə, məsciddə, klublarda yerləşdirilmişlər və təbiidir ki, bütün bunlar kollektivin səmərəli fəaliyyətinin estetik hüsnünə mənfi təsir bağışlamışdır. dövlət statusu ilə hazırda sumqayıtda, şəkidə, lənkəranda, mingəçevirdə, qazaxda, füzulidə (müvəqqəti horadizdə məskunlaşıb), qusarda fəaliyyət göstərən dram, salyandakı, gəncədəki, naxçıvandakı, qaxdakı kukla teatrı kollektivləri qeyri-teatral binalarda çalışırlar. hazırda didərgin həyatı yaşayan ağdam və şuşa teatrlarının da müasir binaları yox idi. digər şəhərlərlə müqayisədə bakının teatr arxitekturası daha rəngarəng və geniş şəbəkəli olub. bakıda ilk teatr binasını milyonçu hacı zeynalabdin tağıyev 1883-cü ildə özünün taxıl</Page><Page Number="86">anbarının özülü üzərində tikdirib. bir neçə dəfə yanıb yenidən qurulan teatr indiki musiqili komediya teatrının binasının yerində olub və 1990-cı illərin əvvəllərində sökülüb. akademik milli dram teatrı 1922-ci ildən 1960-cı ilin avqustuna qədər orada yerləşib. sonra həmin bina muskomediya teatrına verilmişdi. 1920-ci ilə qədər bu bina "tağıyev teatrı" və "şəhər teatrı" adlanıb. bakıda azərbaycanca ilk peşəkar teatr tamaşası göstərilən bina "nəciblər klubu" adlanıb. həmin bina iyirminci əsrin əvvəllərinə qədər indiki sabir bağının yanında, gənclər meydanında yerləşən binalarla üzbəüz olub. ikinci mərtəbəyə qalxan pillələrin sol tərəfindəki dəhliz tamaşaçı salonuna aparırdı. qoşa qala qarşısındakı gənclər meydanı 1920-ci ilə qədər duma meydanı adlanıb. meydandakı mülk, hazırda "konstitusiya məhkəməsi" adlanan binaya "haşımovun evi" deyilirdi. "gürcü cəmiyyəti", "artistlər cəmiyyəti", "kommersiya klubu" da müxtəlif vaxtlarda bu binada yerləşib. binanın adı teatr afişalarında müxtəlif cür yazılıb. "obşestvennoye sobraniye" səməd vurğun küçəsində, üzeyir hacıbəyov və xaqani küçələrinin arasında yerləşən zabitlər evinə deyilib. bakı neftxudası ağa musa nağıyev həmin əzəmətli binanı 1890-cı ildə xeyriyyə məqsədli tədbirlər keçirmək üçün tikdirib. bəzi mətbuat səhifələrində, tamaşa elanlarında, afişalarda binanın adı "musa nağıyev teatrı" kimi də yazılıb. hazırda müslüm maqomayev adına azərbaycan dövlət filarmoniyasının binası (1900-1904 və 1910-1912-ci illərdə tikilib) "obşestvennoye sobraniye"nin yay salonu adlanıb. "kolizey teatrı" gənc tamaşaçılar teatrının indiki binasının yerində olub. bir müddət opera teatrı müqabilində həmin binada "malı teatr" fəaliyyət göstərib. "nikitin qardaşlarının sirki" opera teatrının fasad qapısı ilə bülbül prospektinin arasındakı binanın yerində olub. 1904-cü ildə istifadəyə verilib. yanandan sonra indiki respublika mərkəzi kitabxanasının həndəvərində taxtadan yenidən qurulub. "pelmel teatrı" həftəbecər kimi qəbul edilib. milyonçu hacıbaba haşımovun oğlu yaponiyada xoşuna gələn kazino evini bakıda, indiki rus dram teatrı binasının yerində inşa elətdirib. bu bina bir müddət "mlkado teatrı" da adlanıb. "insanpərvərlər klubu" səməd vurğun küçəsi ilə üzüaşağı, dənizkənarı bulvara tərəf düşəndə yolun solunda, tolstoy küçəsinin tinində ucalıb. binanın üzü nəsiminin abidəsinə baxıb. son illərə qədər mətbəə kimi fəaliyyətdəydi, sonra ticarət mərkəzinə çevrildi. 2004-cü ildə sökülüb və yerində yaşayış binası tikilib. bakılılar arasında köhnə univermaq kimi tanınan, hazırda böyük ticarət mərkəzi olan nəhəng binaya "tağıyev pasajı" deyilib. tağıyevin 1898-ci ildə tikdirdiyi, əsasən məktəblilər üçün dərs və geyim ləvazimatı satılan həmin binada kiçik tamaşa salonu olub. "kələntərovun evi" gənclər meydanında yerləşib və "haşımovun evi"nə bitişlkdir. altımərtəbəli binanın ikinci qatında tamaşa salonu olub. sonralar o salon "muza" kinoteatrı adlanıb. "ismailiyyə" binası indiki istiqlal küçəsindəki (keçmişdə nikolayevsk və kommunist küçəsi adlanıb) milli akademiyanın prezidium binasıdır. unikal memarlıq abidəsi olan bu binanı milyonçu musa nağıyev gənc yaşlarında vəfat etmiş oğlu ismayılın şərəfinə tikdirib. təməli 1908-ci ildə qoyulan bina 1913-cü ildə tamamlanıb. tamaşalar oynanılmaqla yanaşı, "artistlər ittifaqı", "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti" 1916-1918-ci illərdə bu binada yerləşib. bina 1918-ci ilin martında erməni daşnakiarı tərəfindən vəhşicəsinə yandırılıb. "bekkendorfun ümumi teatrı" bakının balaxanı qəsəbəsində yerləşib. sonralar "balaxanı klubu", "balaxanı krujoku" da adlanıb. "forrer sirki" 1883-cü ildə teatr meydanında tikilib. çox hissəsi taxtadan quraşdırılan bina sonradan sökülüb və yerində dördmərtəbəli mülk tikilib. "teatr meydanı" keçmiş tağıyev teatrının inzibati giriş qapısı ilə üzbəüz boş meydançaya deyilib.</Page><Page Number="87">"taurek truppası sirki" indiki nizami muzeyinin lojası ilə üzbəüz olub. xix əsrdə taxtadan tikilib. bakıda "odeon", "rekord", "ampir", "ekspress" salonları da olub. orada həm kino və həm də teatr tamaşaları göstərilib. "mayılov teatrı" bakıda tikilən teatr binalarının ən əzəmətlisidir. bu bina xaricdən gətirilmiş layihə əsasında çox qısa müddətdə (29 aprel 1910-27 fevral 1911) tikilib. məhz opera teatrı üçün nəzərdə tutulub. hazırda azərbaycan dövlət opera və balet teatrı həmin binada yerləşir. bina bir müddət "rus operası" kimi tanınıb. azərbaycan opera truppası bu binaya 1925-ci ilin avqust və sentyabrında köçüb. uzun illər həmin kollektivə həftədə yalnız bircə tamaşa oynamağa icazə verilib. "lalayev pasajı" hazırda "azərbaycan" kinoteatrının sağ tərəfindəki əzəmətli binanın boyaboy birinci qatına deyilib. uzun müddət bu bina bakının növbətçi baqqaliyyə mağazası kimi fəaliyyət göstərib. həmin binanın daxilində "qran vio" deyilən kiçik salonda azərbaycanın müxtəlif teatr dəstələri də çıxış ediblər. bakıda ayrıca "kommersiya klubu", "dənizçilər klubu" ("bəhriyyə klubu" və "morskoy klub" kimi də yazılıb), "zəhmət klubu" da olub və o binalarda da teatr tamaşaları oynanılıb. bu binalardan heç biri 1920-ci ilə qədər azərbaycan teatr dəstəsinə mənsub olmayıb. hətta tağıyev teatrında da polonskinin rəhbərlik etdiyi teatr truppası binanı yalnız cümə günləri azərbaycanlı teatr dəstələrinə baha qiymətə kirayə verirdi. adları çəkilən binaların hamısında müxtəlif teatr dəstələri çıxışlar etmişlər. bu çıxışlar yalnız binanın kirayə haqqını ödəyəndən sonra mümkün olurdu. hazırda bakıda akademik milli dram teatrının, opera və balet teatrının, musiqili komediya teatrının, dövlət kukla teatrının, gənc tamaşaçılar teatrının, dövlət "yuğ" teatrının öz binaları var. dövlət gənclər teatrı və dövlət pontomima teatrı binasızdırlar. 1980-ci illərin sonunda istifadəyə verilən gənc tamaşaçılar teatrının və 1998-ci ildə pərdələrini açan musiqili komediya teatrının binaları bir növ çağdaş memarlıq üslubunun prinsiplərində tikilib. ancaq buna baxmayaraq, səhnənin tərtibi, işıq sisteminin, səhnə texnologiyasının qurumundakı bəsitlik yüksək estetik səviyyəli tamaşalar hazırlamağa imkan vermir. bu binaların akustika problemi bərbad haldadır, müxtəlif texniki təchizat sistemi zamanın yüksək tələblərinə cavab vermir.   teatrin təsisatli mədəniyyətin faktina çevrilməsi  (1919-1920)  insan cəmiyyətinin istehsalatda, ictimai və mənəvi sahələrdə əldə etdiyi nailiyyətlərin məcmusu olan mədənıyyət tarixi inkişaf prosesi nəticəsində institusional səviyyəyə gəlib çatıb. institusional (latınca "təsisat" deməkdir) mədəniyyət hər hansı ictimai qurum formalarına, münasibətlərin hüquq normalarına malikdir. teatr institusional mədəniyyətin təsisatı kimi dövlət sisteminə daxil olur. institusional mədəniyyətin başlıca məqsədi ona qədərki dövrdə qazanılmış naliyyətləri hifz və inkişaf etdirməkdir. milli səhnə sənətimizdə institusional mədəniyyətin ilkin faktı olan, birinci dəfə dövlət təsisatına keçən teatr bugünkü akademik milli dram teatrıdır (amdt). peşəkar azərbaycan teatrının tarixi həmçinin məhz amdt-nin təşəkkül günü kimi hesablanır. teatrın müxtəlif adları olub və onların hamısı müəyyən tarixi mərhələ ilə, ictimai-sosial proseslə bağlıdır. növbəti mövzuda bilavasitə bu məsələdən bəhs ediləcək. ona görə də teatrın adı kitab boyu çağdaş dövrdəki kimi verilib. 1918-ci il may ayının 28-də azərbaycan demokratik respublikası yaradılıb. siyasi hadisələrlə bağlı olaraq hökumət bir neçə ay gəncə şəhərində fəaliyyət göstərib və bakıya oktyabr</Page><Page Number="88">ayında köçürülüb. elə bu ərəfədə "müdiriyyət" teatr truppası və əksər yaradıcı şəxslərin bir qüvvədə birləşdikləri dəstə afişa və proqramlarda "azərbaycan hökumət teatrı" sözlərini yazırdı. lakin hələ dövlət teatrı rəsmi şəkildə öz təsisatına çevirə bilməmişdi. 1919-cu ildə bakıda mövcud olan teatr truppalarının əksəriyyəti birləşdirilərək "hökumət türk teatrosu" adlandırılıb. teatr tam şəkildə dövlətin təsisatında olmasa da, bu adla yaradıcılıq fəaliyyəti göstərib, milli dəyərlərə geniş yer ayırmağa çalışıb. tamaşalar opera teatrında və "türk ocağı"nda oynanılıb, çünki tağıyev teatrının yanmış binası hələ bərpa edilməmişdi. opera teatrı əsasən "rus operası" kollektivinin ixtiyarında idi. bu binanın icarədarı pavel amiraqo sayılırdı. o, binanı azərbaycan teatrına kirayə ilə və keyfi istədiyi vaxtda verirdi. türk dövlət teatrının dövlət təsisatı kimi rəsmi qeydiyyata düşməsi 1919-cu ilin avqustundan başlayıb. onun rəsmi açılışı isə 1919-cu il oktyabrın 24-də olub. teatra direktor qulamrza şərifzadə (abbasmirzə şərifzadənin qardaşı), müavin isə zülfüqar bəy hacıbəyov təyin ediliblər. məmmədəli sidqi teatr heyətinin vəkili idi. müsavat hökumətinin rəsmi orqanı olan "azərbaycan" qəzeti 1919-cu ilin sentyabr və oktyabr aylarında teatra işləməyə aktyorlar dəvət edib. belə elan verilib ki, dram, opera və operetta teatrları dövlətin olacaq. oktyabr ayının 22-də qəzet aşağıdakı ardıcıllıqla truppaya daxil olmuş siyahısını dərc edib. rejissorlar: aleksandr ivanov, abbasmirzə şərifzadə və sidqi ruhulla (növbəti rejissor). rəssam: əzim əzimzadə. aktrisalar: qəmər topuriya, yeva olenskaya, aleksandra (şura) olenskaya, nataliya lizma, məxfurə yerimakova, panfiliyia tanailidi, leyla xanım. aktyorlar: həsən səbri abdullazadə, məhəmmədtağı bağırov, ələkbər hüseynzadə, xəlil hüseynov, hüseynağa hacıbababəyov, ağasadıq gəraybəyli, rza darablı, bağır cabbarzadə, əli islam dadaşov, möhsün sənani (cəfərov), q.mahmudov, mirabdulla miriyev (mirinski), yunis nərimanov, hüseynqulu sarabski, sidqi ruhulia, mir paşa sadıqov, hacıbaba şərifzadə, abbasmirzə şərifzadə. göründüyü kimi, mirzağa əliyevin, hacıağa abbasovun, əbülhəsən anaplının, murad muradovun və bir sıra digər tanınmış aktyorların adları siyahıda yoxdur. onlar dövlət teatrının tamaşalarında oynasalar da, hələ ki, müstəqil fəaliyyətindən qalmayan "müdiriyyət"in dəstəsində çalışırdılar. baş rejissor gah şərifzadə, gah da aleksandr ivanov olublar. rəsmi açılışına kimi kollektiv 1919-cu ildə s.lanskoyun "qəzavat" (4 yanvar. rejissor hüseyn ərəblinski), təhsin nahidin "hicranlar" (6 yanvar. rejissor abbasmirzə şərifzadə), mehdi bəy hacınskinin "sultan əbdülhəmidin xəli" (6 yanvar. rejissor rza darablı), isa bəy aşurbəylinin "azərbay və can" (16 yanvar. rejissor aleksandr ivanov), "cəhənnəm" (23 sentyabr. rejissor hacıbaba şərifzadə), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (17 yanvar. rejissor abbasmirzə şərifzadə), "ağa məhəmməd şah qacar" (14 fevral. rejissor abbasmirzə şərifzadə), mirzə rza vaizzadənin "səyavuş" (4 mart. rejissor ismayıl hidayətzadə), cəfər cabbarlının "ədirnə fəthi" (25 aprel. rejissor abbasmirzə şərifzadə), "bakı müharibəsi" (17 sentyabr. rejissor abbasınirzə şərifzadə), nəriman nərimanovun "nadir şah" (16 may. rejissor abbasmirzə şərifzadə), cəfər bünyadzadənin "üç yoldaş" (6 iyun. rejissor rza darablı), namiq kamalın "vətən" (23 iyun), cəlil məmmədquluzadənin "ölülər" (4 avqust. rejissor mirzağa əliyev), nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (20 avqust. rejissor hüseynqulu sarabski), mirzəbala məmmədzadənin "bakı uğrunda müharibə" ("bakı uğrunda müharibə və yaxud nuru paşanın igidliyi" (16 sentyabr. rejissor abbasmirzə şərifzadə) əsərlərinin tamaşalarını, eyni zamanda operalar və operettalar oynayıb. teatrın rəsmi açılışı oktyabrın 24-də olub və bu mədəniyyət hadisəsi dörd gün bayram edilib. dalbadal "azərbay və can", şəmsəddin saminin "dəmirçi gavə" (rejissor sidqi ruhulla), "bakı müharibəsi" və "bakı uğrunda müharibə" tamaşaları göstərilib. rəsmi açılışda başda dövlət başçısı nəsib bəy nəsibbəyov olmaqla, bütün hökumət üzvləri iştirak ediblər.</Page><Page Number="89">ilin sonuna kimi teatr hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" (31 oktyabr. rejissor aleksandr ivanov), mehdi bəy hacınskinin "yezid ibn müaviyyə" (4 noyabr. rejissor aleksandr ivanov), cəfər cabbarlının "yulduz, yaxud trablis müharibəsi" (11 noyabr. rejissor aleksandr ivanov), jan batist molyerin "zorən təbib" (6 dekabr. rejissor aleksandr ivanov), vilyam şekspirin "otello" (12 dekabr. rejissor aleksandr ivanov), ismayıl rüstəmbəyovun "dövlə-tibisəmər" (19 dekabr. rejissor sidqi ruhulla), gündüz və axşam nəriman nərimanovun "şamdan bəy" və cəlil məmmədquluzadənin "ölülər" (26 dekabr. rejissor abbasmirzə şərifzadə) komediya və dramlarını, üzeyir bəy və zülfüqar bəy hacıbəyovların musiqi əsərlərini oynayıb. teatr kiçik məzhəkələr və vodevillər də oynayır, repertuar tərtibində bəzən primitivliyə yol verirdi. hələ tam və sabit repertuar qurulmamışdı. təzə əsərləri tamaşaya hazırlamağa sanki risk göstərilmirdi. əsasən əvvəllər dəfələrlə oynanılan pyeslər repertuarda üstünlük təşkil edirdi. kollektiv belə sürüşkən ovqatla da 1920-ci ildə fəaliyyətə başlayıb. əbdürrəhim bəy haqverdiyevin "ac həriflər", "kimdir müqəssir?", nəcəf bəy vəzirovun "ev tərbiyəsinin bir şəkli" məzhəkələri, "mən ölmüşəm", "bizim kirayənişin özünü öldürdü", "xor-xor" təbdilləri, mirmahmud kazımovskinin "daşım-daşım", ivan turgenevin "pulsuzluq", nadejda loxmanovanın "napoleonun ölümü" əsərləri tez-tez oynanılırdı. bu tamaşalar teatrın yaradıcılıq iqlimində təkanverici rol oynaya bilmirdi. aleksandr ivanov romantik səciyyəli "qaçaqlar" (fridrix şiller. 17 yanvar), "kral lir" (vilyam şekspir. 19 mart), abbasmirzə şərifzadə şən ovqatlı "hacı qara" (mirzə fətəli axundzadə. 13 fevral), qəhrəmanlıq pafoslu "dəmirçi gavə" (şəmsəddin sami. 16 aprel), sidqi ruhulla əsil traglkomediya siqlətli "ölülər" (cəlil məmmədquluzadə. 27 fevral), melodrama janrında işlənmiş "bəxtsiz cavan" (əbdürrəhim bəy haqverdiyev. 29 fevral), psixoloji zəminli "intiqam" (namiq kamal. 12 mart) tamaşaları ilə kollektivin yaradıcılıq iqlimini mövcud durğunluqdan xilas edə bilmişdilər. bu tamaşalarda abbasmirzə şərifzadənin karl moor və gavə, sidqi ruhullanın kral lir və fərhad, mirzağa əliyevin hacı qara və kefli isgəndər, əbülhəsən anaplının kərəməli və hacı bəxşəli, rza darablının şeyx əhməd rolları yüksək peşəkarlıq səciyyələri və yeni görünən estetik məziyyətləri ilə seçilirdilər. 1920-ci ilin 28 aprelində azərbaycana sovet hakimiyyəti gəlib. iyun ayının 1-də bütün teatrlar milliləşdirilib və əbdürrəhim bəy haqverdiyev teatr komissarı təyin olunub. türk dram teatrı yenə bakıda azərbaycanlıların ən güclü səhnə sənəti kollektivi olub. il ərzində baş rejissor kürsüsündə aleksandr ivanov və abbasmirzə şərif zadə bir-birilərini əvəz ediblər. bir-iki nəfər istisna olmaqla teatrın kollektivinin özəyini əvvəlki aktyorlar təşkil ediblər. tədricən ideoloji basqı yaradıcılıq iqliminə təsir göstərməyə başlayıb. ilk vaxtlar sırf dövlət təminatında olan teatr repertuarda ciddi büdrəmələrə yol verib. 1920-ci ilin ən böyük teatr hadisəsi hüseyn cavidin əsərlərinin repertuara ayaq açmasıdır. abbasmirzə şərifzadənin quruluş verdiyi "iblis" faciəsinin premyerası dekabrın 21-də olub. əsas rolları abbasmirzə şərifzadə (iblis), kazım ziya (vasif), rza təhmasib mirseyfəddin kirmanşahlı (arif), rza darablı (ibn yəmin), şura olenskaya (xavər), məhəmmədtağı bağırzadə (ixtiyar), rüstəm kazımov (elxan), möhsün sənani (zabit) ifa ediblər. "iblis" tamaşası ilə milli dram teatrında poetik teatrın təməli qoyulub   milli dram teatrinin  müxtəlif adlari  bir daha xatırlatmağa ehtiyac var ki, bugünkü milli dram teatrının tarixi milli peşəkar səhnə sənətimizin yaranması ilə bir gündən götürülüb. onun fəaliyyəti iki dövrə ayrılır.</Page><Page Number="90">birinci dövr: teatr həvəskarlardan ibarət qüvvələrin, sonralar müxtəlif adlı, lakin peşəkar səciyyəli dəstələrin, mədəni-maarif cəmiyyətlərinin nəzdindəki bölmələrin və truppaların timsalında inkişaf yolu keçib (1873-1919). ikinci dövr: teatrın təsisatlı (institusional) mədəniyyətin faktı olandan sonraki yaradıcılıq yolu (24 oktyabr 1919-cu ildən bu günə qədər). eyni zamanda o da qeyd olunmalıdır ki, teatr yetmiş iki il ərzində (1919-1991) öz adını dəfələrlə dəyişdirmək məcburiyyətində qalıb. burası da məlumdur ki, azərbaycan əlifbası xx əsrdə üç dəfə dəyişilib. ərəb hürufatından latın hərflərinə, ondan kiril hərfləri əsasında düzəldilmiş əlifbaya, ondan isə yenə latın qraflkasma keçilib. həmin əlifbalarda çıxan azərbaycan mətbuatı və rusdilli qəzetlər öz informasiyalarında, məqalələrində, resenziyalarında və elanlarında teatrın adını öz dövrünə uyğun şəkildə verib. bu, gənc teatr tədqiqatçılarında, eləcə də həmin dövrün mətbuatı ilə maraqlanan tələbələrdə çaşqınlıq yarada bilər. buna görə də milli dram teatrının ad dəyişmələrini geniş açıqlamağa ehtiyac var. bakı şəhərində yaranıb fəaliyyət göstərən bu teatr dövlət təsisatına 1919-cu ildə keçib. bununla da kollektiv "hökumət teatrosu" adlanıb. eyni zamanda afişalarda, proqramlarda, qəzet məqalələrində sənət ocağının adı "azərbaycan dövlət türk teatrosu", "dövlət türk teatrosu", "dövlət teatrosu" kimi də yazılıb. rəsmi olaraq 24 oktyabr 1919-cu ildən 27 aprel 1920-ci ilə kimi bu adla (adlarla) fəaliyyət göstərən teatrın öz binası olmayıb. kollektiv hazırladığı tamaşalarını əsasən opera teatrının binasında oynayıb. rusiyadan gələn bolşeviklər 1920-ci ilin 28 aprelində azərbaycanı, təbii ki, birinci növbədə bakını ilhaq ediblər. ölkəmiz azərbaycan sovet sosialist respublikası (assr) adlanıb. bundan sonra respublika xalq maarif komissarlığı nəzdində incəsənət bölməsi yaradılıb. bölmənin rəhbərliyi dramaturq və səhnə xadimi əbdürrəhim bəy haqverdiyevə tapşırılıb. hökumət teatrosunun yaradıcı qüvvələrinin böyük əksəriyyəti bu truppada cəmləşiblər. təzə ictimai-siyasi tələblərlə, həmçinin də təzə mənəvi-əxlaqi ölçülərlə fəaliyyətə başlayan kollektivə yeni ad verilib: "birləşmiş dövlət teatrosu. müstəqil azərbaycan hökumətinin türk teatr truppası" teatr 1920-ci il mayın 4-də şəmsəddin saminin "dəmirçi gavə" faciəsi ilə yeni yaradıcılıq mərhələsinə qədəm qoyub. tamaşalar opera teatrında və fəhlə klublarında (daha çox mərkəzi fəhlə klubunda. hazırkı konstitusiya məhkəməsinin yerləşdiyi bina) göstərilib. birləşmiş dövlət teatrına opera teatrının kollektivi və müxtəlif millətlərin müvəqqəti teatrları da daxil idilər. tağıyev teatrı binası 1920-ci ildə rəsmi sənədlə türk teatr truppasına (milli dram teatrına) verilib. hökumət iki il əvvəl yanmış binanın əsaslı təmirinə və bərpasma başlayıb. azərbaycan ssr xalq maarif komissarlığının 1 mart 1922-ci il tarixli qərarı ilə azərbaycan (türk) teatr truppası müstəqil elan edilib. yəni rus, yəhudi, ukrayna... truppalarından və rus operası dəstəsindən ayrılıb. üç nəfərdən, əbdürrəhim bəy haqverdiyevdən, ağa kərim şərifovdan və əzimovdan ibarət repertuar şurası yaradılıb. mart ayındakı qərardan bir müddət sonra hökumət rəsmi sənədlə teatrın adını yenə dəyişib. bu dəfə kollektiv "türk dövlət teatrosu" adlanıb. az müddət keçib və teatra inqilabçı dadaş bünyadzadənin adı verilib. hazırlanan tamaşalar üçün dərc olunan proqramların və afişaların yuxarı hissəsində sənət ocağı belə təqdim edilib: yoldaş dadaş bünyadzadə adına türk dövlət teatrosu. 1922-ci ilin ilk günlərində birləşmiş dövlət teatrı yenidən bərpa edilib. lakin ciddi cəhdlərdən sonra azərbaycan truppası öz müstəqilliyini saxlaya bilib və birləşmiş teatrın (rus operası və rus operettası kollektivlərinin) ümumi tabeliyindən çıxıb. kollektiv özü rəmzi mənada birləşmiş teatr adlanıb, çünki opera və operetta truppaları da onun nəzdində idi. bu il yanvar ayının 17-də türk dövlət teatrosu öz binasında (tağıyev teatrında) mirzə fətəli axundzadənin "hacı qara" (rejissor aleksandr ivanov) komediyası ilə pərdələrini açıb. kollektiv bu binada 1960-cı ilin</Page><Page Number="91">avqust ayına kimi çalışıb. avqustda çağdaş memarlıq üslubunda təzəcə tikilmiş və füzuli meydanında yerləşən indiki binasma köçüb. opera truppası 1925-ci ilin ikinci yarısında türk dövlət teatrosundan ayrılıb. lakin yenə müstəqil olmayıb və rus operasının nəzdinə verilib. sonralar həmin kollektiv azərbaycan dövlət opera teatrı (bir qədər sonra "balet" sözü də bu ada əlavə olunub) adlanıb. 1938-ci ildə isə opera teatrı truppasının operetta janrına meyilli qüvvələrinin əsasında azərbaycan dövlət musiqili komediya teatrı yaradılıb. teatra cəlil məmmədquluzadənin adı verilib. göründüyü kimi, bir kollektivin yaradıcılıq zəmini əsasından üç müxtəlif teatr doğulub. onlar müstəqil yaradıcılıq yolu keçərək formalaşmışlar və öz fəaliyyətlərini indi də davam etdirirlər. azərbaycan ssr xalq maarif komissarlığının kollegiyası 24 aprel 1923-cü ildə bakıdakı mövcud teatrların adlarının dəyişdirilməsi barədə qərar verib. həmin qərardan sonra rus operası teatrı "böyük dövlət teatrı" (bdt), dadaş bünyadzadə adına türk dövlət teatrosu "dövlət malı teatrosu" (dmt), rus dram teatrı isə "dövlət teatrosu" adlandırılıb. əsilində bu adlar kollektivlərin yaradıcılıq məzmununa deyil, daha çox binalara aid idi. növbəti ildə kollektiv bu adla fəaliyyətini davam etdirib: dadaş bünyadzadə adına dövlət türk akademik dram teatrosu (dtat). teatr özünə yeni rəmz-emblem müəyyənləşdirib. həmin dövrdə mətbuat "teatr" sözünü "teatro" və hətta "tiyatro" kimi yazıb. xalq maarif komissarlığı kollegiyası 1929-cu il oktyabr ayının 21-də teatrın adının dəyişdirilməsi barədə daha bir təzə qərar verib. dadaş bünyadzadənin adı yenə saxlanılıb. lakin dtat sözlərini "türk bədaye teatrosu" (tbt) deyimi əvəzləyib. "bədaye" sözü "xudojestvennoye" kəlməsinin (moskvanın mxat kollektivi) analoqu kimi götürülüb. milli teatrımız 1933-cü ildə özünün yaranmasının 60 illiyini bayram edib. bu münasibətlə martın 5-də teatrın adının dəyişdirilməsi barədə azərbaycan xalq komissarları sovetinin xüsusi qərarı çıxıb. həmin qərarda deyilir: "... türk bədaye teatrının hazınkı zamanda özünün repertuar fəaliyyətini, həmçinin kütləvi-ictimai istiqamətdə işini tamamilə yenidən qurduğunu nəzərə alanda "bədaye" adı onun indiki haldakı yaradıcılıq mahiyyətini əhatə etmir. bunları əsas tutaraq ona "azərbaycan dövlət dram teatrı" (addt) adı verilsin". hökumət həm də dadaş bünyadzadənin adının dəyişdirilməsi barədə qərar verib. azərbaycan dövlət dram teatrı inqilabçı məşədi əzizbəyovun adını daşımağa başlayıb. teatr özünə yeni emblem çəkdirib. bu, afişa və proqramlarda mütləq ən yuxarı başda çap olunub. 1959-cu ildə dövlət dram teatrı moskvada keçirilən azərbaycan ədəbiyyat və incəsənəti dekadasında (ongünlüyundə) böyük sənət  nailiyyətləri nümayiş etdirib. qastrol müddətində kollektivin repertuar siyasəti, romantik və realist aktyor məktəblərinin formalaşması, rejissor üslubunun ciddi təkamül prosesi keçirdiyi ssri-nin mərkəzi qəzetlərində çox yüksək qiymətləndirilib. hətta teatrın baş rejissoru ədil isgəndərov ssri xalq artisti fəxri adı ilə təltif edilib. bunu nəzərə alan azərbaycan nazirlər sovetinin qərarı ilə 16 dekabr 1959-cu ildə teatra "akademik" adı verilib. təxminən otuz iki il teatr yaradıcılıq yolunu bu adla inkişaf etdirib: "məşədi əzizbəyov adına azərbaycan dövlət akademik dram teatrı". ssri dövləti 1991-ci ildə dağıldı. azərbaycan respublikası müstəqilliyin yeni mərhələsinə qədəm qoydu. bütün sahələrdə, əsasən təsisatlı mədəniyyət və incəsənət müəssisələrində adlar dəiyşdirilməyə başlandı. bakı şəhər sovetinin 27 dekabr 1991-ci il tarixli qərarı ilə, "akademik" sözü saxlanılmaqla, teatrın adı dəyişidirildi. həmin gündən kollektiv bu adla fəaliyyətdədir: "akademik milli dram teatrı".</Page><Page Number="92">hüseyn cavid  (25.10.1882-5.12.1941)  azərbaycan romantik dramaturgiyasının görkəmli nümayəndələrindən biri hüseyn caviddir. mənzum dram janrının, mütərəqqi romantizının milli ədəbiyyatımızda banisi kimi tanınır. hələ lap gənc yaşlarından poeziyamızın ən müxtəlif şeir formalarından istifadə edib. yaradıcılığı forma əlvanlığına, janr zənginliyinə, estetik səciyyələrinə görə möhtəşəmdir. böyük sənətkarlıqla yazılmış lirik, psixoloji, ictimai-sosial şeirləri, gərgin süjetli, mürəkkəb kompozisiyalı poemaları vardır. dram janrı yazıçının ədəbi irsinin əsasını təşkii edir. onun ictimai-sosial, fəlsəfi faciələri, lirik-romantik məhəbbət faciəsi, tarixi-siyasi dramları vardır. poeziya nümunələri yazınağa gənclik illərindən başlayıb, lakin yaradıcılığının kamillik dövrü 1910-1936-cı illər və 1937-ci ilin bir neçə ayı sayılır. hüseyn abdulla oğlu rasizadə 25 oktyabr 1882-ci ildə naxçıvanda doğulub. "cavid" onun təxəllüsüdür və fars dilində mənası "əbədi" deməkdir. valideynləri həmin diyarın şahtaxtlı kəndindəndir, naxçıvana sonradan köçüblər və cavid də burada anadan olub. atası ruhani idi. özündən başqa dörd qardaşı və üç bacısı olan hüseyn əvvəlcə ruhani təhsili alıb. on dörd yaşında mollaxananı atıb və həmin dövrdə naxçıvanda çox məşhur olan "məktəbi-tərbiyə" təhsil ocağına gəlib. bu məktəbin təşkilatçısı və əsas müəllimi maarifpərvər yazıçı, şair, teatr xadimi məmmədtağı sidqi idi. hüseynin icazəsiz və gizlin atdığı bu addım atası abdulla kişinin xoşuna gəlməyib. o, hüseyni məktəbə buraxmayıb. yalnız məmmədtağı sidqinin böyük canfəşanlığından sonra abdulla kişi oğlunun oxumasma razı olub. hüseyn bu məktəbdə dörd il təhsil alıb və 1898-ci ildə oranı bitirib. özünün klassik üslubda ilk şeirlərini məktəb illərində "gülçin" (farsca gül dərən, seçmə, bağban mənaları var) və "salik" (ərəbcə bir yolu gedən, bir təriqətə mənsub olmaq deməkdir) təxəllüs-imzaları ilə yazıb. iti zehni, dərin mühakimə qabiliyyəti, incə zövqü olan hüseyn təhsilini davam etdirmək istəyib. amma qəfildən göz xəstəliyinə tutulub. atası onu müalicə almaq üçün təbriz şəhərinə göndərib. gələcəyin mütəfəkkir şairi və dramaturqu 1899-1903-cü illərdə təbrizdə yaşayıb. o dövr üçün mütərəqqi sayılan şəfaxanada müalicə alıb. eyni zamanda, talibiyyə mədrəsəsində təhsilini başqa istiqamətdə davam etdirib. müəllimi məmmədtağı sidqidən və böyük qardaşı şeyx məhəmməddən öyrəndiyi ərəb və fars dillərinin sayəsində dünya ədəbiyyatı, əsasən klassik şərq poeziyası, fəlsəfə elmi ilə dərindən məşğul olub, yorulmadan sənət incilərini mütaliə edib. elə burada da ali təhsil almaq qərarını bir daha qətiləşdirib. iyirmi üç yaşında kifayət qədər ədəbiyyat və həyat təcrübəsi  toplamış, dünyanın müxtəlif fəlsəfi cərəyanlarının əsaslarına yiyələnmiş hüseyn 1905-ci ildə türkiyənin istanbul şəhərinə gəlib. dörd il bu şəhərin məşhur universitetinin (darülfünunun) dil-ədəbiyyat şöbəsinin tələbəsi olub. çətin şəraitdə mühazirələri böyük diqqət və həssaslıqla dinləyib. fəlsəfə tarixi ilə daha ciddi məşğul olub. cavid təxəllüsü ilə lirik, sentimental və fəlsəfi şeirlər yazıb. vətənə 1909-cu ildə, "hüseyn cavid" kimi qayıdan ədib əvvəlcə naxçıvanda, sonra tiflisdə, gəncədə və bakıda (1915-ci ildən) müxtəlif məktəblərdə müəllimliklə məşğul olub, şagirdlərə dil-ədəbiyyat fənnini tədris edib. arada bakını müvəqqəti tərk edən şair-dramaturq 1917-ci ildə yenə bakıya qayıdıb və haqsız yerə "vətən xaini" damğası ilə həbs olunana qədər burada yaşayıb. yaradıcılıqla ciddi məşğul olan hüseyn cavid çoxlu pyeslər və şeirlər yazıb, kitablar nəşr etdirib. lakin onun səhnə əsəri bam şəhərində ilk dəfə 1920-ci ilin dekabrında oynanılıb. bundan bir il əvvəl isə aşqabad şəhərindəki azərbaycanlılardan ibarət teatr həvəskarlarının truppası cavidin iki əsərini oynayıb. 1937-ci ildə şəxsiyyətə pərəstişin tüğyan etdiyi dövrdə şair-dramaturqu həbs ediblər. ona iş kəsilib və "cəzasını" çəkmək üçün sibirə sürgün edilib. məşəqqətli şəraitə, dəhşətli şaxtalara,</Page><Page Number="93">dustaqlara göstərilən qeyri-insani münasibətlərə dözməyən hüseyn cavid 5 dekabr 1941-ci ildə sibirin irkutsk şəhəri yaxınlığındakı həbs düşərgəsində dünyasını dəyişib. uzun illər məzarının yeri də bilinməyən hüseyn cavidin qəbri 1982-ci ildə bakıya gətirildi. buradan isə naxçıvana aparılaraq doğma vətənində torpağa tapşırıldı. məzarının üzərində möhtəşəm sərdabə ucaldılıb.  * * *  bəzi mənbələrə görə, hüseyn cavidin ilk dram əsəri "balaxanı yollarında" pyesidir. lakin həmin əsər əldə deyil və avtoqrafı olmadığına görə onun "ana"dan əvvəl yazıldığını dəqiq söyləmək çətindir. buna görə də "ana" əsəri azərbaycanca yazılmış ilk mənzum dram sayılır. şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. mövzusu dağıstan həyatından alınıb. dramın qəhrəmanı səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. "ana" dramı ilk dəfə 1913-cü ildə tiflisdə çap edilib. "maral" faciəsi nəsrlə yazılıb və 1912-ci ildə tamamlanıb. mövzusu "ana" kimi dağıstan həyatından götürülmüş bu dram 1917-ci ildə bakıda kitab şəklində çap edilib. hüseyn cavidin bu əsərində qadın azadlığı (humay və maralın mürəkkəb xarakterləri timsalında), feodal-burjua düşüncə tərzinin naqis tərəfləri, cəmiyyətdə yenilik duyğuları (cəmil bəy) ilə mühafizəkar köhnəlik (turxan bəy) arasındakı barışmaz mübarizənin reallıqları dramaturji konfliktin mərkəzində durur. növbəti pyesi "şeyx sənan"ı nəzınlə işləyən dramaturq onun üzərində 1912-1914-cü illərdə naxçıvanda və tiflisdə yaşayarkən iki il işləyib. faciə 1914-cü ildə tamamlanıb. əsər lirik-dramatik məhəbbət faciəsi janrında yazılıb. əvvəlcə bakıda çıxan müxtəlif qəzetlər faciədən parçalar veriblər. ayrıca kitab şəklində "açıq söz" qəzetinin mətbəəsində çap olunub (1917). "şeyx sənan" faciəsində dramaturq dünyagörüşü, məhəbbətə münasibəti panteist fəlsəfi ideyaların zəminində formalaşmış şeyx sənanın lirik-romantik, fəci və mürəkkəb psixoloji obrazını yaradıb. dramaturq hadisələri bəşəri fəlsəfi dəyərlər axarına salmaq məqsədilə şeyx sənanın sevgilisini xristian, gürcü qızı tamara (xumar) ilə verib. müsəlman övladının xristian qızına aşiq olması klassik şərq poeziyasında çox və geniş işlənib. cavid isə bu mövzunu öz qəhrəmanı şeyx sənanın faciəvi taleyi fonunda təsvir etməklə onu ideallaşdırmır. əksinə, real həyat fəlsəfəsi, qəlbi humanist insani duyğularla çırpman canlı məhəbbət aşiqi obrazı yaradıb. hüseyn cavid nəsrlə yazdığı "şeyda" dramını 1911-19l2-ci illərdə tamamlayıb. hətta "ana" dramı kitabının girışində dramaturqun "rəmzi" pyesi də olduğu göstərilib. xatırladım ki, "şeyda" pyesinin "rəmzi" və "nakam" adları da var. lakin dram son dəfə 1916-cı ildə redaktə edilib və elə həmin dövrdə də kitab şəklində buraxılıb. buna görə də pyesin yazılma tarixi həmin il göstərilib və göründüyü kimi, bu, yanlışdır. "şeyda" dramında həm cəmiyyətin sosial ziddiyyətləri, həm də ayrı-ayrı fərdlərin dünyagörüşlərindəki, mənəviyyatlarındakı təzadlar konfliktin özəyini təşkil edir. fəhlə və sahibkar münasibətləri fonunda mürəkkəb ictimai-sosial mühitin canlı mənzərəsmi yaradan dramaturqun romantik azadlıq soraqlı şeyda rəmzi, anarxist mövqe tutan mürəttib qara musa, cəmiyyətin real tipi məcid əfəndi obrazları milli dramaturgiyamızda yeni xarakterlərdir. "uçurum" faciəsi nəzmlə işlənib. dramaturq əsəri 1917-ci ildə bitirib, lakin kitab şəklində 1926-cı ildə nəşr olunub. hüseyn cavidin bu əsəri romantik ruhlu ailə faciəsi janrında yazılsa da, mahiyyəti və fəlsəfi fikir dərinliyi ilə güclü ictimai-sosial xarakter daşıyır. hadisələr istanbulda baş verir. dramaturq fransız məişətini, ailə-əxlaq münasibətlərini kor-koranə təqlid etmələrinin müqabilində türklərin üzləşdikləri mənəvi-psixoloji faciələri qələmə alıb. bu əsərdə cavid yaradıcılığı üçün yeni olan gövərçin, uluğ bəy, anjel, cəlal, yıldırım kimi maraqlı dram obrazları vardır. hüseyn cavid 1918-ci ildə yaradıcılığı üçün çox əhəmiyyətli olan, onun şah əsərlərindən sayılan "iblis" mənzum faciəsini tamamlayıb. hərb və insanlığın fəlakəti, savaş və humanizının müsibəti problemlərinə şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri</Page><Page Number="94">ilk növbədə romantik faciədir. cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini mürəkkəb dramatik kolliziyalarda, psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb. "iblis" faciəsi hüseyn cavidin mübahisəli və ədalətsiz tənqidlərə ən çox məruz qalan əsərlərindəndir. dramaturq iblis obrazının müqabilində filosof ruhlu arif, ağsaqqal ixtiyar şeyx, məsum şəfqət bacısı rəna, türk zabiti vasif, ərəb zabiti ibn yəmin surətlərini yaradıb. onların müxtəlif dünyagörüşlərinin toqquşmasında iblislik ideyası estetik kateqoriya kimi kəsərli görünür. faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda iblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: "iblis nədir? - cümlə xəyanətlərə bais... ya hər kəsə xain olan insan nədir? - iblis!.." "afət" dramatik faciəsini hüseyn cavid istanbulda oxuyarkən yazıb. lakin üzə çıxarmayıb və 1917-1920-ci illərdə əsər üzərində yenidən işləyib. bir il sonra isə "afət"in son variantı akademik milli dram teatrına təqdim olunub. bu pyes ruhən, mövzu və problematika baxımından ədibin "uçurum" faciəsinə yaxın və doğmadır. fransız aristokratiyasının kor-koranə təqlidi, fransız əxlaq normalarının türk gəncliyinin mənəviyyatına vurduğu zərbələr "afət"də də ictimai-sosial konfliktin əsasında qoyulub. lakin dramaturq füsunkar afət, mühərrir (jurnalist) özdəmir, məsum alagöz, məğrur altunsaç, qadınları riyakarlıq toruna salmaqda mahir olan doktor qaratay, sadə qəlbli, həyatda pərişan görünən ərtoğrul surətlərini yeni ifadə vasitələri ilə zənginləşdirib. məhəmməd peyğəmbər obrazını milli dramaturgiyamızda ilk qələmə alan hüseyn cavid olub. o, "peyğəmbər" mənzum dramını 1922-ci ildə yazıb. əsər həmin il və 1923-cü il-də "mədəni-maarif" jurnalının müxtəlif saylarında çap edilib. iştirakçılar (əşxas) verilməyən pyes dörd pərdədən ibarətdir. hər pərdədə məhəmməd peyğəmbərin həyatının müxtəlif tarixi dövrü verilib. buna görə də həmin pərdələr bisət (göndərmə, peyğəmbərin xalqı islam dininə çağırmağa hazırlaması), dəvət (islam dinini qəbula dəvət), hicrət (köçmə, məhəmməd peyğəmbərin məkkədən mədinəyə getməsi) və nüsrət (zəfər, allahın köməyi ilə nail olmaq, peyğəmbərin islamı qəbul etdirməsinin sonuncu mərhələsi) adlanır. cavid poeziyasının fəlsəfi qüdsiyyəti, cavid dramaturji təfəkkürünün poetik hüsnü yeni bədii məziyyətlərlə "peyğəmbər" dramında da təcəssüm tapıb. məhəmməd peyğəmbər obrazı idealizədən uzaqdır. dramaturq onu öz ideyası uğrunda mətin mübariz, qüdrətli idraka malik, möhtəşəm zəka sahibi olan real insan, dahi tarixi şəxsiyyət kimi təsvir edib. hüseyn cavid tarixi dram janrında "topal teymur" adlı kamil səhnə əsəri yaradıb. əsərin mövzusu xiv əsrin iki nəhəng hökmdarı - teymurilər imperiyasının banisi, orta asiya hökmdarı əmir teymurun və türkiyə sultanı yıldırım bəyazidin apardıqları axırıncı qanlı müharibədən (1402) götürülüb. "topal teymur" dramındakı şair girmani müəyyən mənada hüseyn cavidin özüdür, onun ideyalarının, insanlıq, hökmdarlıq, məhəbbət, ülviyyət, mərdlik duyğularının tərənnümçüsüdür. xalq oyun-tamaşalarındakı liliput oyunçularının estetikası əsasında işlənmiş cücə personajı dramaturqun kəskin satirasının və kinayəli sarkazmının tərənnümçüsüdür. "knyaz" mənzum faciəsi hüseyn cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə daxildir. əsər ədəbiyyatda və akademik milli dram teatrının bəzi afişa və proqramlarında "dəli knyaz" adı ilə də verilib. pyesin mövzusu 1920-ci illərin əvvəllərində gürcüstan həyatından götürülüb. hələ almaniyanın berlin şəhərində gözlərindən müalicə alanda bu ideya dramaturqu düşündürüb. bunun üçün şairin "azər" poemasının "mühacirlər yuvası" (1926-cı il) bölümünü xatırlamaq kifayətdir. lakin cavid növbəti faciəsini 1929-cu ildə bitirib. milliyyətcə gürcü olan, inqilabi ideyalar uğrunda çarpışan anton xarakteri psixoloji dramatizmi, knyaz surəti ehtiraslı coşğunluğu, çılğın romantizmi, jasmen obrazı ehtiraslarının əsirinə çevrilməsi və kinto personajı milli gürcü koloriti, şən və koloriti yumoru ilə faciəyə bədii təravət, dramaturji əlvanlıq veriblər. dramaturqun növbəti mənzum faciəsi beş pərdədən ibarət "səyavuş"dur. müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi əbülqasim firdovsinin "şahnamə" mənzum epopeyasındakı "dastani-səyavuş" poemasının məşhur süjetindən götürülüb. "azər-nəşr" tərəfindən 1933-cü ildə çap edilmiş "səyavuş" dramında görkəmli iran padşahı</Page><Page Number="95">keykavusun, suriya padşahının qızı, keykavusun arvadı südabənin, turanın böyük hökmdarlarından əfrasiyabın, əfsanəvi pəhləvan rüstəm zalın, əfrasiyabın qardaşı, turan pəhləvanı gərşivəzin, əfrasiyabın ağıllı sərkərdəsi, xeyirxah insan piranın xarakterləri yüksək sənətkarlıqla qələmə alınıb. elə məhz buna görə və bir də qədim süjetin çağdaş ictimai-siyasi motivlər, mənəvi-əxlaqi dəyərlər səviyyəsində işlənməsi baxımından "səyavuş" faciəsi həm cavidin, həmçinin milli dramaturgiyamızın incilərindən, orijinal bədii nümunələrindən sayılır. hüseyn cavid 1935-ci ildə yenə şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. bu dəfə o, mütəfəkkir fars şairi ömər xəyyamın həyatına müraciət edərək "xəyyam" adlı dramını yazıb. dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. filosof-mütəfəkkir xəyyamın yaradıcılığı və keşməkeşli həyatı hüseyn cavidi gənc yaşlarından maraqlandırıb. dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində xəyyamın poetik nümunələrindən iqti-baslar edib. həmin iqtibaslar xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. ilk dəfə 1963-cü ildə çap edilmiş dramda xəyyamla yanaşı, dövrünün böyük diplomatı xacə nizam (nizamülmülk əbu əli həsən ibn əli), ismaililər hakimiyyətinin banisi həsən sabbah, iran səlcuqlar sülaləsinin ikinci hökmdarı alp arslan, alp arslanın oğlu, səlcuqların üçüncü hakimi məlikşah cəlaləddin, abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi müqtədbillahın (abdulla ibn əhməd) maraqlı bədii surətlərini yaradıb. eyni zamanda bədii təfəkkürün məhsulu olan sevdanın (xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb. "iblisin intiqamı" beşpərdəli dramını hüseyn cavid 1937-ci ilin martında bitirib. bu əsər müəyyən mənada dramaturqun "iblis" faciəsinin davamıdır. "iblis" faciəsində olan iblis, arif, rəna obrazları "iblisin intiqamı"nda da verilib. dram əsəri cavidin həyat yoldaşı müşkünaz xanımın köçürdüyü əlyazması əsasında ilk dəfə hüseyn cavidin seçilmiş əsərlərinin dördüncü cildində (1985) çap olunub. pyes mürəkkəb tarixi şəraitdə, yəni italiya və yaponiyanın 1936-1937-ci illərdə faşist dövlətlərinin blokunu yaratmağa səy göstərdiklərı bir zamanda yazılması və sülhü təbliğ etməsi ilə çox dəyərlidir. cavidin bu əsərdəki dili əvvəlki dram əsərlərinin dilindən sadəliyi, şirəliliyi, çağdaş azərbaycan ədəbi dilinə yaxınlığı ilə seçilir. dahi dramaturqun təxminən 1930-1932-ci illərdə yazdığı "telli saz" dramı itib. dramaturqun qızı turan cavidin köməkliyi ilə əsərin süjetini bərpa etmək mümkün olub. onun "xəyyam" faciəsi ilə bir dövrdə yazdığı "şəhla" pyesi də hələlik tapılmayıb. hüseyn cavid dram əsərləri teatrlarımızda ən çox tamaşaya qoyulmuş dramaturqlardandır. o, milli poetik teatrın banisi sayılır.    cəfər cabbarli  (22.3.1899-31.12.1934)  azərbaycan sovet dramaturgiyasında realizmın banisi cəfər cabbarlı sayılır. fitri istedad sahibi olub və bədii yaradıcılığa çox erkən yaşlarından başlayıb. əvvəlcə satirik və lirik şeirlər, kiçik hekayələr yazıb. dramaturgiya ilə daha ciddi və müntəzəm məşğul olub. milli dramaturgiyamıza təzə mövzular gətirib, yeni dövrün ən müxtəlif ictimai-sosial təbəqələrini təmsil edən zəngin xarakterlər silsiləsi yaradıb. bu janra möhtəşəm peşəkarlıq səciyyələri aşılayıb. cəfər cabbarlı bədii tiplərin dramaturji təsvirində əvəzsiz olub. qızğın dramaturji fəaliyyətlə yanaşı, kinossenarilər yazıb. teatrda və kino sənətində rejissor kimi də çalışıb, vilyam şekspirin "hamlet" və "otello" faciələrini, aleksandr afinogenovun "qorxu" dramını, pyer bomarşenin "fiqaronun toyu" komediyasını dilimizə tərcümə edib. bəzi pyes, şeir və məqalələrini "cabbarzadə" soyadı ilə yazıb.</Page><Page Number="96">cəfər qafar oğlu cabbarlı 1899-cu il mart ayının 22-də bakı quberniyasının xızı kəndində (hazırda rayon mərkəzidir) kasıb ailədə doğulub. kömürçülüklə güzəran quran qafar kişi gözlərinin nurunu itirəndən sonra acı yoxsulluğa düçar olan ailə məcburiyyət qarşısında bakıya köçüb. cəfərin üç yaşı olanda atası dünyasını dəyişib. külfəti idarə etməyin ağırlığı anası şalıbikənin üzərinə düşüb. o, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirib və oğluna dini savad vermək istəyib. şahbikə arvad əvvəlcə cəfəri kiçik yaşlarında molla məktəbinə verib, lakin sonra flkrini dəyişərək onu bakıdakı 7 saylı türkrus (rus-tatar) məktəbinə qoyub. cəfər 1914-cü il-də 3 saylı ali ibtidai məktəbə daxil olub və üç il orada təhsil keçib. elə ilk pyesini də bu dövrdə qələmə alıb. qısa vaxtda dramaturq kimi şöhrətlənib tanınan və əsərləri müxtəlif teatr truppalarında tamaşaya qoyulan cəfər cabbarlı təhsilini artırmaq məqsədilə 1917-1920-ci illərdə bakı politexnik texnikumunda (sənaye məktəbində) təhsil alıb. hətta iyirminci illərin əvvəllərində milli dram teatrının repertuarında bir neçə əsərinin oynanılmasma baxmayaraq, azərbaycan dövlət universitetinin şərq və tibb fakültələrində mühazirələr dinləyib, bakı teatr məktəbində sırf səhnə təhsilinə yiyələnib. cəfər cabbarlı 1920-ci ilin ikinci yarısından "kommunist" (indiki "xalq qəzeti") qəzetində ədəbi işçi və tərcüməçi vəzifələrində çalışıb. 1929-cu ildən isə milli dram teatrında ədəbi hissə müdiri işləyib. azərbaycan respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. görkəmli dramaturq 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından qəfildən vəfat edib. məzarı fəxri xiyabandadır. bakıda və xızıda ev muzeyləri, müxtəlif şəhərlərdə adına küçələr, kinoteatrlar var. azərbaycan dövlət teatr muzeyi, irəvan dövlət dram teatrı, gəncə dövlət dram teatrı, "azərbaycanfilm" kinostudiyası cəfər cabbarlının adını daşıyır. özünün sağlığında heç bir dramı kitab şəklində çap olunmayan cəfər cabbarlının ilk səhnə əsəri "vəfalı səriyyə, yaxud göz yaşları içində gülüş" pyesidir. melodrama janrında işlənmiş bu əsər 1915-ci ildə tamamlanıb. birinci qələm təcrübəsi olmasma baxmayaraq, pyes janrının estetik prinsipləri baxımından bitkin təsir bağışlayır. qadın azadlığına çağırış, cəhalətin, nadanlığın tənqidi, primitiv feodal düşüncəsinin sərt ifşası milli dramaturgiyamızda yeni olmasa da, cəfər cabbarlı mövzuya müstəqil və aydın baxım bucağından yanaşması ilə seçilir. dramaturgiyamızda ilk dəfə qələmə alınan qoçu surətləri qurban və camal, tələbələr səriyyə və hüsniyyə, rüstəm, səriyyənin anası çimnaz, çimnazın dayısı həmzə kişi maraqlı bədii personajlardır. dramaturqun ikinci dram əsəri "solğun çiçəklər" pyesidir. cəfər cabbarlının 1917-ci ildə tamamladığı dramı ailə-məişət mövzusuna həsr olunub. konfliktin özəyində var-dövlət və məhəbbət məsələlərinin qarşılaşdırılması qoyulub. cəmiyyətdə mövcud olan naqis əxlaq normaları, ictimai-siyasi bərabərsizlik, mənəvi paklığa çağırış, aldadılıb təhqir olunmuş məhəbbət duyğularının faciəvi lirizmi, saranın daxili ülviyyəti və hüzünlü taleyi dramaturji hadisələrin mahiyyətini təşkil edir. saf qəlbli, xeyirxah duyğulu əbdül, rəhmdillikdən uzaq, xəbis, riyakar ana və bala gülnisə ilə pəri, cəmiyyətin burulğanlı hadisələrində mənəvi tarazlığını itirən, daxili qüruru sınan bəhram gərgin və psixoloji əsaslı dramaturji kolliziyalarda təsvir ediliblər. pyesdə iştirakçı az olsa da, dram əsəri kimi klassik prinsiplərlə yazılıb, beş pərdədən ibarətdir. əldə olan iki müxtəlif və bir qədər fərqli əlyazısı nüsxəsindəki qeydlərə əsasən demək olar ki, cəfər cabbarlı "nəsrəddin şah" dramını 1916 və 1918-ci illərdə yazıb. pyes tarixi janrdadır və beşpərdəli, yeddi şəkillidir. on doqquzuncu əsrin sonlarında iranda baş verən ictimai-siyasi hadisələrdən bəhs edir. dramaturji konfliktin mərkəzində 1848-1896-cı illərdə irana şahlıq etmiş, özü qacarilər sülaləsindən olan nəsrəddin şahın hakimiyyətindən və terrorçu təşkilatın üzvü mirzə rza kirmani tərəfindən qətlə yetirilməsindən bəhs edilir. "nəsrəddin şah" dramında adları çəkilən və nadir, sitarə, rəhim xan, cəmaləddin əfqani, mirzə mülküm xan, mirzə təqi xan, mirzə sadıq xan kimi tarixi şəxsiyyətlərin bədii obrazları ilə bərabər, dramaturqun təxəyyülünün məhsulu olan koioritli personajlar da var. cəfər cabbarlının bu pyesi tarixi dram janrının estetik prinsiplərinə uyğun gəlsə də, əsərin dərin qatlarında müəllifin romantizınə və monumentalizmə meyilini sezmək mümkündür.</Page><Page Number="97">cəfər cabbarlı "nəsrəddin şah"ın birinci variantından sonra bir-birinin ardınca xx əsrin ikinci onilliyinin müxtəlif tarixi hadisələrindən bəhs edən "trablis müharibəsi" ("yulduz, yaxud trablis müharibəsi". 1917), "ədirnə fəthi" ("ənvər bəyin ədirnə fəthi". 1917), "bakı müharibəsi" (1918-1919) dramlarını yazıb. trablis bir məkan kimi liviyanın şimali-qərb hissəsindəki tripolitaniyanın əvvəlki adıdır. hadisələr burada və istanbulda, onun ətrafındakı dağlarda baş verir. cəfər cabbarlı pyesin remarkasında yazıb: "trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir". trablis şəhəri uğrunda gedən siyasi mübarizələr, siyasi münaqişələr və müharibə fonunda dramaturq vətənpərvər ramizin və sədaqətli yulduzun məhəbbət macəralarını, sevgi ülviyyətinin tükənməz qadirliyini təsvir edib. iki pak gəncin sevgisinə qarşı riyakar, rəzil və həqarətli duyğularla yaşayan harisin fitnəkarlığı, rəzalətli əməlləri qoyulub. haris, yulduz, ramiz üçiük süjetində dramaturq mürəkkəb insani münasibətləri və ziddiyyətli mənəvi-əxlaqi problemləri dramaturji münaqişələrin mərkəzinə çəkib. cəfər cabbarlı öz pyesində ramiz və yulduz surətlərini lirik-dramatik planda işlədiyi halda, haris obrazını psixoloji faciə janrının estetik tələbləri əsasında qələmə alıb. pyesdə həmçi-nin müəyyən psixoloji yük daşıyan maraqlı dramatik personajlar (xalid, şəmsa, izzət paşa, cinner, şüeyb, sənusi) da vardır. fikir və ideyanın bədii təsvirinə, hərb və bəşər, sevgi və həyata inam, ləyaqət və vicdan problemlərinin dramaturji gərginliyi baxımından "ədirnə fəthi" əsəri "trablis müharibəsinin mənəvi davamı təsiri bağışlayır. dramaturqun janr təyininə görə bu pyes "faciyeyi-inqilabi" əsərdir. mövzu birinci dünya müharibəsindən götürülüb və əsas ideyanın mayasında, dramaturqun ali məqsədinin məğzində vətənpərvərlik duyğularının müqəddəsliyinin, xalqa, torpağa məhəbbətin tərənnümü, milli qürurun qüdsiyyəti durur. dramaturq belə mürəkkəb dramaturji kompozisiyanı bilməyərəkdən doğma bacısı zöhrəyə aşiq olan xalidin müdhiş məhəbbətinin faciəli aqibətini göstərən hüzünlü süjet xətti ilə məharətlə əlaqələndirib. bununla da janrın dramaturji gərginliyi artıb və inci, kamal, şükri paşa, nazim paşa, molla sübhan, şeyxülislam obrazla-rının ictimai, sosial və psixoloji təsvirlərinin dramaturji mahiyyətləri daha da dərinləşib. erməni daşnakiarının 1918-ci ilin martında bakıda, eləcə də azərbaycanın müxtəlif bölgələrində törətdikləri qanlı faciələrdən bəhs edən çoxlu bədii əsər, o cümlədən bir neçə pyes yazılıb. onların arasında cəfər cabbarlının "bakı müharibəsi" dramı bədii cəhətdən daha sanballı təsir bağışlayır. dramaturq bu pyesi yazmağa 1918-ci ilin sonlarında başlayıb və onu 1919-cu ilin birinci yarısında tamamlayıb. "bakı müharibəsi"nin mətni əldə yoxdur. lakin ilk dəfə 1919-cu ildə oynanılan tamaşanın proqramından və kiçik qəzet məqalələrindən bilinir ki, dram vətənpərvərlik ruhunda yazılıb. "bakı müharibəsi" pyesi həm xalqımızın başına açılan faciəvi müsibətləri, həm də qəhrəmanlıq ideyalarını mürəkkəb vəziyyətlərdə bədii reallıqla təsvir edir. konfliktin kəskinləşməsində müstəsna rol oynayan tarixi hadisənin fonunda cəfər cabbarlı səlim bəy, səməd, tamara, styopa, rəhim bəy, ziya, mosul paşa, fəridə, səfər, atabekyan, avanes, əhməd, nuru paşa, tofiq bəy, pyotr kimi müxtəlif ruhlu bədii tiplər yaradıb. cəfər cabbarlı rolmantik ruhlu "aydın" faciəsini 1919-cu ildə bitirsə də, onun bədii tutumuna sonralar da əl gəzdirib. cəmiyyətin mövcud ictimai və əxlaqi qanunlarına qarşı üsyankar harayın faciəvi zəmində təsvirinə həsr olunan bu dram milli dramaturgiyamızda faciə janrının yeni mərhələsinin başlanğıcı kimi də xarakterikdir. məqsəd və məramı bir qədər reallıqla səsləşməyən, bəşəriyyətin nicatı barədə fikir dünyası bir qədər dumanlı görünən aydın üsyankar xarakterinə görə yenidir, zaman baxımından tipik və orijinaldır. mürəkkəb psixoloji situasiyalarda, gözlənilməz dramatik toqquşmalarda, müxtəlif sosial tiplər kimi qələmə alınmış gültəkin, dövlət bəy, surxay, böyükxanım, balaxan, mirzə cavad, novruz bəy, susanna, pirqulu, səlim, qulam milli dramaturgiyamızda təzə səhnə surətləri təsiri bağışlayırlar. çünki cəfər cabbarlının xarakter yaratmaq, tip təsvir etmək bacarığı "aydın" dramında yeni səpkidə özünü büruzə verib. dramaturq bu faciəsində məhəbbət xəttini sırf siyasi-ictimai hadisələrlə psixoloji dürüstiüklə bağlaya bilib.</Page><Page Number="98">getdikcə daha aydın hiss olunurdu ki, cəfər cabbarlı özünün düşüncə və fikirlərini, fəlsəfi və estetik həyat qənaətlərini ideal qəhrəman timsalında canlandırmaq üçün yeni-yeni dramaturji fəndlərə əl atır, təzə psixoloji münasibətləri mürəkkəb konfliktlərdə sınaqdan çıxartmağa çalışır. bu baxımdan ədibin 1922-ci ildə tamamladığı, lakin bir il sonra tamaşaya qoyulan "oqtay eloğlu" dramı xarakterikdir. cəfər cabbarlı bu pyesində daha aydın sosial mövqeyi olan, milli səhnə sənətinin tərəqqisi yolunda apardığı dönməz mübarizəni həyat amalına çevirən, iradə və mətanətcə aydına nisbətən daha dözümlü görünən oqtay surəti yaradıb. belə bədii təqdimatda dramaturqun maarifpərvərlik ideyaları daha məzmunlu və daha sanballı görünür. digər tərəfdən, dramaturq "oqtay eloğlu" əsərində oxuculara və tamaşaçılara cəmiyyətin yeni tiplərini - zavallı, eşqi yolunda sarsıntılara və hətta xəyanətə məruz qalan firəngiz, ictimai-əxlaqi rəzilliyin qurbanı olan sevər, əqidəsizliyi həyat amalına çevirən miskin mazandaranski, şalıqulu, şəkinski, səhnəmizdə milli aktrisa yoxluğunun yaratdığı acınacaqlı vəziyyətin real təmsilçisi tamara kimi həyati, məzmunlu, dramatik tutumlu obraz-xarakterlər yaradıb. cəfər cabbarlı "od gəlini" dramının üzərində bir neçə il işləyib. əsərin məşqlərinə 1927-ci ildə başlanıb, lakin tamaşa 1928-ci ildə hazır olub. müəyyən mənada tarixi qəhrəmanlıq dramı janrında işlənən əsər mövzunun estetik həllinə görə tamamilə yenidir və pyes cəfər cabbarlımn yaradıcılığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. dramın qəhrəmanı elxan müəyyən mənada tarixi şəxsiyyət olmuş, ərəb istilaçılarına qarşı rəşadətli mübarizə aparmış sərkərdə babəkin (795-838) prototipidir. amma dramaturq bundan bir bədii vasitə kimi istifadə edərək romantik-psixoloji, real-dramatik faciə qəhrəmanının xarakterini yaradıb. elxanın cəsurluğu, igidliyi və rəşadəti islam ideyalarının təbliğatçısı aqşinin mürəkkəb obrazı ilə üzləşmədə daha canlı görünür. elxanın sevgilisi, məhəbbətində paklıq və qüdsiyyəti ləyaqətlə qoruyan solmaz, istilaçılara qarşı döyüşlərdə məsləklərindən dönməyən qorxmaz, dönməz, toğrul, gülgün, altay, ildırım, sönməz, vətənin müdafiəsi uğrunda mübarizəyə qoşulmaqda psixoloji sarsıntılar keçirən yanardağ, maraqlı təsir bağışlayan oddamdı, qəddar, qaniçən əbu übeyd, puç mənəviyyatlı, miskin altunbay, riyakar rəbi obrazlarının bədii təsviri "od gəlini" faciəsinə möhtəşəm monumentallıq gətirib. pyesdə konfliktin mahiyyəti, dramaturji gərginliyi həm ictimai münasibətlərdə, həm də ayrı-ayrı obrazların (məsələn, elxan və aqşin, solmaz və altunbay, elxan və altunbay) psixoloji münasibətlərində bədii realizəsini tapıb. "od gəlini" faciəsi tamaşaya hazır olanda, 1928-ci ilin əvvəllərində cəfər cabbarlı mövzusu çağdaş həyatdan götürülmüş "sevil" dramını tamamlayıb və teatra verib. dramaturq bu pyesində sırf realist üslubu seçərək psixoloji-publisist dram janrında maraqlı və aktual, ictimai dəyərli və məişət xarakterli, sosial tutumlu və mənəvi-əxlaqi problemlərə söykənən əsər yazıb. sadalanan bu məsələlər ilk növbədə yeni cəmiyyətdə qadın azadlığı probleminin necə qavranılması, cəmiyyətdə qadının mövqeyinə çürük fəlsəfi baxışların ifşası, bir qrup "ziyalı" zümrəsmin mənəvi puçluqları kontekstində oxuculara çatdırılıb. meşşan əxlaq tərzinin, savadsızlığın, nadanlığın cəmiyyətdə yaratdığı ədalətsizlik və hüquqi bərabərsizlik real hadisələr əsasında ifşa olunub. bacarıqlı olduğu qədər də miskin görünən balaş, riyakar və yaltaq əbdüləli bəy və məmmədəli bəy, əxlaqsız, fitnəkar və şərəfsiz dilbər (ediliya), zavallılıqdan mübariz mənəvi yüksəlişə qalxan sevil, qətiyyətli və fərasətli, aydın təfəkkürlü gülüş, qəlbləri saf, lakin zavallı, həyatın "dibində" yaşayan atakişi və babakişi obrazları özlərinin bədii dəyərləri ilə əsərdən alman estetik təəssüratı tamamlayıblar. mövzusu şəhər mühitindən götürülmüş "sevil"dən sonra cəfər cabbarlı kənd həyatına müraciət edib. xarakterlərin mübarizə toqquşmalarının əsasında yenicə başlanan kollektivləşmə siyasi-ictimai prosesinin estetik mahiyyəti duran "aimaz" dramını 1930-cu ildə yazıb. bu əsərdə cəfər cabbarlının yaradıcılığında böyük nailiyyət olan və ümumiyyətlə, dramaturgiyamızda ilk dəfə qələmə alınan hacı əhməd kimi mürəkkəb xarakter, şərif, ibad, baloğlan, kərbəlayı fatmanisə, mirzə səməndər, balarza kimi tipik personajlar vardır. müəyyən publisist quruluğu olsa da, kəndə dərs deməyə gəlmiş 18 yaşh müəllimə almaz tipli obrazı da dramaturgiyamızda ilk dəfə cəfər</Page><Page Number="99">cabbarlı qələmə alıb. azərbaycan dilinin şirəliliyinə bələdliyi, incə yumordan, satirik məsxərədən bacarıqla istifadə etməsi, adi həyati hadisələr əsasında monumental kompozisiya qura bilməsi, tipik şəraitdə tipik xarakter yaratmaq istedadı dramaturqun bu əsərində özünün yeni səciyyələrini göstərib. cəfər cabbarlının xarakter yaratmaq və geniş dramaturji kompozisiya qurmaq səriştəsi onun "1905-ci ildə" dramında başqa istiqamətdə və yeni mövzu-problematika məhvərində özünü büruzə verib. 1931-ci ildə yazılmış dramda ədibin əvvəlki əsərlərində rastlaşmadığımız sadə təbiətli imamverdi və allahverdi, şərəfsiz və simasız, mənən murdar ağamyan, fitnəkar siyasətçi, millətlər arasında təfriqə törədən general-qubernator, onun var-dövlət hərisli arvadı mariya timofeyevna, hlkkəli və coşğun, hər şeyə nail olmağı yalnız pulda görən, cırtqoz xarakterli əmiraslan bəy salamov, yaltaq və bir qədər də bic bahadır bəy obrazları koloritli və realdır, duzlu və yumorludur, dramatik cəhətdən təbii və bitkin səhnə surətləridir. dramaturq növbəti pyesinin mövzusunu cəmiyyətin yeni quruculuq yollarında üzləşdiyi çətinliklərə və ictimai-sosial problemlərə həsr edib. "yaşar" adlanan dramını 1932-ci ildə taınamlayıb. dramda publisist dəyər üst qatda olsa da, konflikt real və məzmunludur. bu əsərində də cəfər cabbarlının xarakter yaratmaq bacarığının dəyərli bədii məhsulları ilə rastlaşırıq. şoran torpaqları coşğun ehtirasla məhsuladar əkənəklərə çevirmək istəyən mühəndis-laborantlar yaşar, toğrul və tanya, koramal xislətli imamyar, siyasi baxışlarına görə tərəddüdlər içində qıvrılan niyaz, kənd camaatının şux və təravətli, səmimi və məzəli yumorunu təcəssüm etdirən əmirqulu və şərəbanı, dramatik səciyyəli yaqut və nigar obrazları məzmunlu dram personajlarıdır. komik-satirik çalarlı "dönüş" dramını cəfər cabbarlı milli dram teatrının 1920-ci ildə yenidən dövlət statusu almasının onilliyinə həsr edib. pyesdə çağdaş milli teatrda gedən sənətkarlıq proseslərindən, forma və üslub axtarışlarında yeniliklə köhnəliyin mübarizəsindən, peşəkar ixtisas savadına yiyələnməyin vacibliyindən, repertuar siyasətinin bədii təsdiqindən, estetik əsaslarından söhbət açılır. əsərdəki sənətdə yenilik təmsilçiləri gülsabah, bayram, ötkün, turac, təfəkkür və düşüncələrinə görə zamanla ayaqlaşmayan zaman, sapan, xosməmməd, əlimuxtar, xurşid, asiya, əmrulla - hamısı teatrla bağlı adamlardır. cəfər cabbarlı "dönüş" pyesində özünün teatr görüşlərini, müasir teatrın hansı estetik prinsiplərlə işləməsi ideyasını dialoqların canında əritmişdir. cəfər cabbarlının "əfqanıstan" və "incə" adlı tamamlanmamış pyesləri vardır. dramaturq kiçik həcmli, birpərdəli "bozbaş qazanı" (1924), "təzə peşə" (1925), "yaylağa gedir" (1925), "doktor gedə bilməz" (1925), "2000 pərdə" və "2000 gecə" (ikisi də 1927-ci ildə yazılıb) vodevil, məsxərə və pyeslərini də yazıb. o, həmçinin, peynqold qliyerin "şahsənəm", anton mailyanın "səfa" operalarının librettolarını, "hacı qara", "sevil", "1905-ci ildə", "almaz", "ölülər" kinossenarilərini yazıb. özünün hekayəsi əsasında işlədiyi "sitarə" opera librettosu yarımçıq qalıb.   milli dram teatri  (1921-1931)  teatrın tamaşa hazırlamaqda, repertuar tərtibində, aktyor yaradıcılığının estetik göstəricilər əsasında inkişafında, rejissor sənətinin formalaşmasında müəyyən təcrübəsi vardı. lakin teatrın dövlət təsisatında necə işləməsinin tam aydın olmaması, təzə ictimai formasiyanın siyasi və ideoloji tələblərinin qeyri-müəyyənliyi və hansı estetik prinsiplərlə səhnəyə gətirilməsinin dürüst modelinin hələ tapılmaması yaradıcılıq iqliminə süstlük verirdi. milli dram teatrının yaradıcılıq simasının aydınlaşmamasının əsas səbəblərindən biri kollektivin baş rejissor problemini həll edə bilməməsi idi. qısa müddətdə aleksandr ivanov və abbasmirzə şərifzadə bu kürsüdə bir-birini tez-tez əvəz edirdilər. teatrın konseptual estetik yaradıcılıq məramnaməsi müəyyənləşdirilməmişdi, repertuara əsər seçimi başıpozuq halda həyata</Page><Page Number="100">keçirilirdi, kollektivin oyun-ifa üslubunda qarmaqarışıqlıq vardı. ümumi rejissor üslubu yox idi. buna görə də ötən iki ildə oynanılmış "əl mənsur" (henrix heyne), "olülər" (cəlil məmmədquluzadə), "dağılan tifaq" (əbdürrəhim bəy haqverdiyev), "hacı qara" və "lənkəran xanının vəziri" (mirzə fətəli axundzadə), "əmir əbül üla" (hüseyn bədrəddin və məhəmməd rüfət), "otello" (vilyam şekspir), "iblis" (hüseyn cavid), "nadir şah" (nəriman nərimanov), "qaçaq kərəm" (vano mçedaşvili), "dəmirçi gavə" (şəmsəddin sami) tamaşaları cüzi aktyor dəyişikliklərində, lakin demək olar təkrar rejissor təfsirində 1921-ci ildə repertuarda göründülər. teatr 1921-ci ildə nəcəf bəy vəzirovun "pəhlivanani-zəmanə" (20 aprel. rejissor sidqi ruhulla), məmməd səid ordubadinin "oktyabr inqilabı" (22 aprel. rejissor aleksandr ivanov), süleyman sani axundovun "laçın yuvası" (22 may. rejissor abbasmirzə şərifzadə. əmiraslan ağa - abbasmirzə sərifzadə, ədil bəy - rza təhmasib, cahangir - mirseyfəddin kirmanşahlı, pərican - şura olenskaya), əhməd qəmərlinin təbdil etdiyi "yusif və züleyxa" (17 iyul. rejissor abbasmirzə şərifzadə. yusif - ismayıl hidayətzadə, züleyxa - mərziyə davudova, yaqub - bağır cabbarzadə, binyamin - aslan tahirov, yahuda - möhsün sənani), qabriel sundukyanın "pepo" (26 noyabr. tərcüməçi əbdürrəhim bəy haqverdiyev, rejissorlar sidqi ruhulla və ələkbər süheyli. pepo - sidqi ruhulla, kiqo - mirzağa əliyev, kekel - məxfurə yermakova) əsərlərini tamaşaya hazırlayıb. bu tamaşalarda müəyyən aktyor və rejissor nailiyyətləri olsa da, teatrın 1921-ci ildəki ən maraqlı və bitkin yaradıcılıq işi hüseyn cavidin "şeyx sənan" məhəbbət faciəsinin səhnə təfsiri idi. cavidin milli dram teatrında tamaşaya qoyulan ikinci səhnə əsərinin quruluşunu rejissor abbasmirzə şərifzadə vermişdi. tamaşanın premyerası noyabr ayının 11-də göstərilib. tamaşada əsas rolları abbasmirzə şərifzadə və rza darablı (şeyx sənan), yeva olenskaya (xumar - tamara), nataliya lizma (nina), məhəmmədhəsən atamalıbəyov (platon), kazım ziya (divanə dərviş), ismayıl hidayətzadə (anton), ələkbər hüseynzadə (serqo), mərziyə davudova (əzra), yunis nərimanov (özdəmir) oynayıblar. baş rejissor problemi 1922-ci və 1923-cü illərdə və 1924-cü ilin yayına qədər də davam edib. bu yaradıcılıq postunu abbasmirzə şərifzadə, aleksandr ivanov və vladimir uqryumi (kasabov) tutublar. tam peşəkarlıq səriştəsinə yiyələnə bilməmələri ucbatından onların heç biri teatrı müstəqil və müəyyən yaradıcılıq məramı uğrunda çalışan fəaliyyət yoluna çıxara bilməyib. bununla belə, teatr müqayisədə fərqlənən tamaşaların oynanılmasma nail ola bilib. bu baxımdan 1922-ci ildə göstərilən jan batist molyerin "zorən təbib" (5 mart. rejissor abbasmirzə şərifzadə, təbdil edəni əhməd qəmərli. təbib ilyas - ələkbər hüseynzadə), nəcəf bəy vəzirovun "müsibəti - fəxrəddin" (6 mart. rejissor abbasmirzə şərifzadə. fəxrəddin - xəlil hüseynov), fridrix şillerin "məkr və məhəbbət" (25 mart. rejissor abbasmirzə şərifzadə. ferdinand - abbasmirzə şərifzadə, luiza - məxfurə yermakova), hüseyn cavidin "afət" (14 aprel. rejissor abbasmirzə şərifzadə. afət - şura olenskaya, ərtoğrul - abbasmirzə şərifzadə), "uçurum" (2 iyun. rejissor aleksandr ivanov. gövərçin-məxfurə yermakova, cəlal - abbasmirzə şərifzadə), "şeyda" (15 dekabr. rejissor aleksandr ivanov. məcid əfəndi-ibrahim azəri, şeyda - kazım ziya və abbasmirzə şərif zadə), cəlil məmmədquluzadənin "anamın kitabı" (11 may. rejissor abbasmirzə şərifzadə. səməd vahid - kazım ziya, mirzə məhəmmədəli - ismayıl talıblı, rüstəm bəy - ağasadıq gəraybəyli, zəhra bəyim - nataliya lizma), nikolay qoqolun "müfəttiş" (19 oktyabr. tərcüməçi süleyman səlimbəyov. rejissor abbasmirzə şərifzadə. xlestakov - abbasmirzə şərifzadə, qalabəyi - ağasadıq gəraybəyli, anna andreyevna - mərziyə davudova) pyeslərinin tamaşalarını misal çəkmək olar. 1923-cü ildə isə teatrın yeni işləri sırasında cəfər cabbarlının "aydın" (12 yanvar. rejissor aleksandr ivanov. aydın - abbasmirzə şərifzadə, gültəkin - mərziyə davudova), "oqtay eloğlu" (16 fevral. rejissor abbasmirzə şərifzadə. oqtay - abbasmirzə şərifzadə, firəngiz - mərziyə davudova, xaspolad - kazım ziya), hüseyn cavidin "iblis" (19 yanvar. rejissor aleksandr ivanov. iblis - abbasmirzə şərifzadə), anatoli lunaçarskinin "şahın bərbəri" (27 aprel. tərcüməçi hacı ibrahim qasımov. rejissor n.tabatinski. artistid - rza təhmasib, şah - abbasmirzə şərifzadə),</Page><Page Number="101">fridrix şillerin "qaçaqlar" (9 noyabr. tərcüməçi həsən səbri abdullazadə. rejissor aleksandr ivanov. frans - sidqi ruhulla, amaliya - mərziyə davudova, karl - abbasmirzə şərifzadə), herhart hauptmanın "elqa" ("dəhşətli röya". 16 noyabr. tərcümə edəni kazım ziya. rejissor aleksandr ivanov. rıtsar - cəlil bağdadbəyov, elqa - mərziyə davudova), jan batist molyerin "jorj danden" (14 dekabr. tərcüməçi mustafa mərdanov. rejissor aleksandr ivanov. jorj danden - ismayıl talıblı) dramlarının tamaşaları nisbətən uğurlu olub. teatr 1924-cü ilin birinci yarısında repertuarını ilk növbədə ötən mövsümlərdəki təkrar-təkrar quruluşlarda göstərən müxtəlif janrlı tamaşalar əsasında qurub. bununla yanaşı, indiyədək oynamadığı əsərlərdən karl qutskovun "uriel akosta", aleksandr dümanın "qanlı qala" ("nel qülləsinin sirri"), xalid fəxrinin "bayquş" dramlarını repertuarına daxil edib. aleksandr ivanov 1924-cü il fevral ayının 20-də baş rejissorluqdan çıxıb. teatr dörd aya yaxın baş rejissorsuz işləyib. afişa və proqramlarda "baş rejissor" yerinə "rejissor müavini ismayıl hidayətzadə" yazılıb. iyun ayının 19-da isə aleksandr tuqanov teatra baş rejissor təyin olunub. ilin sonuna kimi onun orijinal quruluşunda mirzə fətəli axundzadənin "molla ibrahimxəlil kimyagər", fitrətin "hind ixtilalçıları" pyesləri tamaşaya qoyulub. eyni zamanda o, repertuarda olan "jorj danden", "müfəttiş",  "şeyx sənan", "aydın", "qaçaqlar", "nel qülləsinin sirri", "pəri cadu" tamaşalarını özünün yeni səhnə təfsirində tamaşaçılara təqdim edib. aleksandr tuqanovun teatra gəlişi onun yaradıcılıq iqlimində ciddi dönüşlər yaradıb. teatrda üslub formalaşmağa, məzmun dərinləşməyə, romantik və realist aktyor məktəbləri müstəqil yönlərdə inkişaf etməyə başlayıb. 1931-ci il iyun ayının 1-də aleksandr tuqanov "köhnəlik" damğası ilə baş rejissorluqdan uzaqlaşdırılıb və o, nəinki teatrı, hətta azərbaycanı tərk edib. 1925-ci ilin yayında opera truppası milli dram teatrından ayrılıb və bu, teatrın forma-üslub axtarışlarına təkan verib. 1921-1931-ci illər ərzində milli dram teatrı aşağıda göstərilən yaradıcılıq vərdişlərinə yiyələnə bilib. teatr hüseyn cavidi və cəfər cabbarlını özünün ətrafında sıx birləşdirərək, onları sənət ocağının daimi dramaturqlarına çevirib. bununla da yeni ənənənin bünövrəsmi qoyub. səhnəqrafiyanın müasir teatr prosesinin inkişafı üçün vacibliyi yaradıcılıq faktları ilə təsdiqlənib. tamaşalar üçün məxsusi bədii tərtibatların hazırlanması vacib yaradıcılıq şərtinə çevrilib. teatrın ştatında baş rəssam vəzifəsi açılıb. milli bəstəkarlar teatra cəlb olunublar və onlar ayrı-ayrı tamaşalara musiqilər bəstələyiblər. bununla da azərbaycan teatrında yeni sənətin bünövrəsi qoyulub və o, geniş inkişaf yolunda irəliləməyə başlayıb. teatrda musiqi hissə müdiri vəzifəsi təsis edilib və tədricən kollektivin kiçik ansamblı orkestr kimi formalaşıb. səhnə danışıqları qüsurlu aktyorlar və xüsusən özgə millətlərdən olan aktrisalar üçün çatışmazlıqları islah məqsədilə sistemli məşğələlər keçirilib. truppanın texniki vərdişlərini artırmaq, səhnə plastikasma nail olmaq üçün trinaj-məşğələlər aparılması sistemləşdirilib. 1926-cı ildən başlayaraq, mirzə fətəli axundzadə adına bakı teatr məktəbi hər il teatrı ixtisaslı aktyorlarla təmin edib. tələbələr kütləvi səhnələrə çıxıblar. bununla da aktyor sənətinin inkişafında peşəkarlığın yeni mərhələsi açılıb. teatr tam truppa şəklində ilk dəfə 1930-cu ildə ssri miqyasında teatr olimpiadası keçirilməsi münasibətilə peterburq (10-20 may), kazan (6-15 iyun) və moskva (22-30 iyun) şəhərlərində qastrolda olub. həmin səfərdə "zaqmuq" (anatoli qlebov), "namus" (aleksandr şirvanzadə), "hacı qara" (mirzə fətəli axundzadə), "od gəlini" və "sevil" (cəfər cabbarlı), "hamlet" (vilyam şekspir), "gülən adam" (viktor hüqo) tamaşaları göstərilib. tamaşaların hazırlanmasında quruluşçu rejissordan əlavə rejissorlar, rejissor assistentləri və köməkçiləri də (əlihüseyn rzayev, əliağa əliyev, cəfər cabbarlı, rza darablı, ismayıl hidayətzadə) iştirak etməyə başlayıblar.</Page><Page Number="102">teatr realist dramlara, məişət komediyalarına repertuarında xüsusi yer verib. bununla bərabər, monumental romantik tamaşalar yaratmağa da cəsarətlə əl atıb, bu istiqamətdə ciddi cəhdlər göstərib. kompozisiyanın zahiri effektlərinə uymaq, monumental səciyyə tələb edən epizodlarda sözlə hərəkətin ayrılıqda həlli, yəni ahəngdar cazibədə uyuşmaması qüsur kimi mövcud idi. aktyorların romantik ruhlu tamaşalardakı çıxışlarında zahiri pafos, boş ritorika, yöndaşların ünsiyyətlərində peşəkarlıq vərdişlərinin formalaşmaması ciddi çatışmazlıq kimi görünürdü. cəfər cabbarlının, hüseyn cavidin, əbdürrəhim bəy haqverdiyevin, mirzə fətəli axundzadənin dram və komediyalarının tez-tez təzə quruluşlarda təqdimi əsilində daha çox təkrarçılıq xarakteri daşıyırdı. bəzən bir və ya iki ifaçının dəyişdirilməsi nəticəsində köhnə tamaşa premyera kimi təqdim olunurdu. teatr benefis "xəstəliyindən" xilas uğrunda səylə çalışıb və istəyinə nail ola bilib. haqqında söhbət gedən dövrdə teatrda aleksandr tuqanovla yanaşı, digər istedadlı milli rejissorlar da tamaşalar hazırlayıblar. bu baxımdan mirseyfəddin kirmanşahlının rejissorluğunda göstərilən karlo haldoninin "köhnə fikirlər, yaxud savadsız müəllim" (9 noyabr 1925-ci il), hüseyn cavidin "şeyx sənan" (19 noyabr 1925-ci il), yusif yulduzun quruluşunda oynanılan əbdürrəhim bəy haqverdiyevin "köhnə dudman" (20 oktyabr 1927-cı il) və "baba yurdunda" (2 mart 1928-ci il), maksim qorkinin "həyatın dibində" ("yurdsuz insanlar". 21 noyabr 1927-ci il), jan batist molyerin "bağa qınını bəyənməz " ("meşşan dvoryanlıqda". 9 aprel 1928-ci il), viktor lyubomirovun "talış qızı" (15 aprel 1929-cu il), hüseyn cavidin "knyaz" (18 may 1931-ci il), əlihüseyn rzayevin təfsirində tamaşaçılara göstərilən hüseyn cavidin "şeyx sənan" (14 yanvar 1929-cu il), cəlil məmmədquluzadənin "ölülər" (5 mart 1929-cu il), cəfər cabbarlının "aydın" (1 aprel 1929-cu il), şəmsəddin saminin "dəmirçi gavə" (28 noyabr 1929-cu il), aleksandr şirvanzadənin "namus" (16 dekabr 1929-cu il), nikolay qoqolun "müfəttiş" (3 mart 1930-cu il), fridrix şillerin "qaçaqlar" (8 aprel 1930-cu il), şəmsəddin abbasovun "qələbə" (12 mart 1931-ci il), əliağa əliyevin səhnə quruluşunda m.danilovun "qara su" (19 fevral 1931-ci il), abbasmirzə şərifzadə və əsəd tahirin "axirəzzaman" (15 oktyabr 1931-ci il), cəfər cabbarlının işləməsində özünün "sevil" (10 dekabr 1931-ci il) əsərlərinin tamaşaları müəyyən sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edib. təzə rejissor dəsti-xətti, müəyyən təcrübəsizliklərinə baxmayaraq, ümumilikdə janr və üslub axtarışlarına, aktyorların yaradıcılıq imkanlarının genişlənməsinə və mənalı ifadə vasitələrinin zənginləşməsinə təkan verib. teatrın aktyorlarından abbasmirzə şərifzadə, sidqi ruhulla, mirzağa əliyev, mərziyə davudova, mustafa mərdanov, yeva olenskaya, möhsün sənani, rza təhmasib, mirseyfəddin kirmanşahlı, rza darablı, ismayıl hidayətzadə, hacıağa abbasov daha yüksək sənətkarlıq nailiyyətləri qazana biliblər. on ildə kollektivə xeyli azərbaycanlı aktrisa gəlib. onların arasında sonralar şöhrət zirvələrinə qalxan ana-bala aktrisalar əzizə məmmədova və sona hacıyeva da olublar. panfiliya tanailidi və şəms qəmər topuriya yenidən tiflisdən bakıya qayıdıblar. truppaya gələcəyin görkəmli aktyorları olan rza əfqanlı, ismayıl dağıstanlı (hacıyev), ağahüseyn cavadov, əli qurbanov, məmmədəli vəlixanlı, ülvi rəcəb kimi istedadlı gənclər götürülüblər. bəzən mətbuatda haqsız yerə, heç bir bədii məntiq olmadan başqa sənət ocaqları milli dram teatrına qarşı qoyulurdu. bununla belə, söhbət konseptual şəkildə fundamental yaradıcılıqdan gedəndə birincilik milli dram teatrının payına düşürdü.</Page><Page Number="103">milli dram teatrinda  rejissor sənətinin təkamülü  (1920-1939)  milli peşəkar teatrın təşəkkül tapdığı gündən 1920-ci illərin əvvələrinədək bakıda, eləcə də irəvanda, tıflisdə, təbrizdə, aşqabadda fəaliyyət göstərən azərbaycan teatr truppalarında təhsil görmüş aktyor və rejissor olmayıb. əvvəlki dərslərdə deyildiyi kimi, tamaşaları truppanın qabaqcıl aktyorları hazırlayıblar. teatrın dövlət təsisatına keçdiyi ilk illərdə də rejissor kadrlarının yoxluğu repertuar qurumunda, pyes seçimində, sənət ocağının üslub xüsusiyyətlərinin və aktyor yaradıcılığının formalaşmasında əngəllər törədirdi. rus teatrından dəvət edilmiş aleksandr ivanov, aktyorlar abbasmirzə şərifzadə və sidqi ruhulla ciddi səy göstərsələr də, bu boşluğu tam doldura bilmirdilər. bununla belə, onların quruluş verdikləri tamaşaların bir qismi teatrın yaradıcılıq xüsusiyyətlərinə, romantik və realist aktyor məktəblərinin estetik prinsiplərinə və poetika göstəricilərinə uyğun gəlirdi. abbasmirzə şərifzadənin hüseyn cavidin "iblis" (21 dekabr 1920), "şeyx sənan" (11 noyabr 1921), "afət" (14 aprel 1922), vano mçedaşvilinin "qaçaq kərəm" (13 aprel 1921), cəfər cabbarlının "yulduz, yaxud trablis müharibəsi" (10 aprel 1922), "aydın" (9 may 1922), "oqtay eloğlu" (16 fevral 1923), əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar" (8 mart 1922), "dağılan tifaq" (26 oktyabr 1922), nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (6 mart 1922), cəlil məmmədquluzadənin "ölülər" (19 fevral 1922), "anamın kitabı" (11 may 1922), nəriman nərimanovun "nadir şah" (6 fevral 1923) əsərlərinə verdiyi quruluşlarda rejissura baxımından nailiyyətlər vardı. aleksandr tuqanov mdt-ya baş rejissor təyin olunandan sonra əsas diqqətini və səyini aktyorluğa sərf edən abbasmirzə şərifzadə teatrda jan batist molyerin "don juan" (18 yanvar 1926) komediyasma və əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" (21 fevral 1935) faciəsinə quruluş verməklə kifayətlənib. aleksandr ivanovun rejissurası daha peşəkar görünürdü. onda çatışmayan əsas cəhət azərbaycan adət-ənənələrinə və psixologiyasma yaxından bələd olmaması idi. bu qüsur milli dramaturgiyamızın nümunələrinin səhnə təcəssümündə qabarıq görünürdü. rejissor quruluş verdiyi tamaşalarda kompozisiya bütövlüyünə, aktyorların ansamblının bitkinliyinə, dünya mədəniyyəti incilərinin mahiyyətini mənimsəmələrinə, ifaçıların səhnə ünsiyyətinə və ifadə vasitələri axtarışlarına nail olmağa çalışırdı. bu baxımdan onun vilyam şekspirin "otello" (12 noyabr 1920), nəcəf bəy vəzirovun "hacı qəmbər" (9 mart 1922), hüseyn cavidin "uçurum" (2 iyun 1922), "şeyda" (15 dekabr 1922), "iblis" (19 yanvar 1923), "şeyx sənan" (5 oktyabr 1923), cəfər cabbarlının "aydın" (12 yanvar 1923), fridrix şillerin "qaçaqlar" (9 noyabr 1923), herhart hauptmanın "dəhşətli röya" ("elqa". 16 noyabr 1923), jan batist molyerin "jorj danden" (14 dekabr 1923), karl qutskovun "uriel akosta" (11 yanvar 1924) pyeslərinin tamaşalarına verdiyi quruluşlarda müəyyən yeniliklər nəzərə çarpırdı. teatrın aparıcı aktyorlarından olan sidqi ruhulla müəyyən tamaşalarda ikinci rejissor kimi çalışmaqla yanaşı, mirzə fətəli axundzadənin "hacı qara" (17 yanvar 1921), cəlil məmmədquluzadənin "ölülər" (1 fevral 1921), şəmsəddin saminin "dəmirçi gavə" (5 may 1921) əsərlərinin hazırlanmasında müstəqil rejissor kimi çalışıb. tiflisdə aktyorluq vərdişlərinə yiyələnmiş gürcü teatrı studiyasında təcrübə toplamış mirseyfəddin kirmanşahlı moskvada iki illik aktyor təhsili alandan sonra 1924-cü ildə bakıya gələrək milli dram teatrının truppasına üzv oldu. savadlı və təcrübəli aktyor rejissorluğa da meyl göstərirdi, bəzi tamaşalarda rejissor yardımçısı kimi çıxış edirdi. truppaya qəbul olunandan bir neçə ay sonra ona müstəqil quruluşlar tapşırıldı. kirmanşahlı böyükağa talıblının "kef içində" (3 aprel 1925), karlo haldoninin "köhnə fikirlər, yaxud savadsız müəllim" (9 noyabr 1925), hüseyn</Page><Page Number="104">cavidin "şeyx sənan" (19 noyabr 1925), cəfər cabbarlının "oqtay eloğlu" (22 dekabr 1925) dramlarına maraqlı quruluşlar verib. peterburq səhnə sənəti institutunda rejissor təhsili almış yusif yulduz 1927-ci ildə bakıya gələrək teatra qəbul olundu. o, əbdürrəhim bəy haqverdiyevin "köhnə dudman" (20 oktyabr 1927) pyesinə verdiyi quruluşla teatra yeni nəfəs gətirdi və özünü istedadlı rejissor kimi tanıtdı. bundan sonra yusif yulduza maksim qorkinin "yurdsuz insanlar" ("həyatın dibində". 21 noyabr 1927), əbdürrəhim bəy haqverdiyevin "baba yurdunda" (2 mart 1928), jan batist molyerin "bağa qınını bəyənməz" ("meşşan dvoryanlıqda". 9 aprel 1928), valentin katayevin "dairənin mürəbbələşməsi" (12 noyabr 1928), viktor lyubomirovun "talış qızı" (15 aprel 1929), konstantin trenyovun "düşmənlər" ("lyubov yarovaya". 3 noyabr 1930), hüseyn cavidin "knyaz" (18 may 1931), aleksandr korneyçukun "31 -43" ("eskadranın məhvi". 5 noyabr 1934) quruluşları tapşırıldı. 1931-ci ildə aleksandr tuqanov baş rejissorluqdan gedəndə bir müddət tamaşaları kollektiv rejissorlar hazırlayırdılar. məsələn, hüseyn cavidin "şeyx sənan" məhəbbət faciəsini 28 oktyabr 1932-ci ildə rza darablı, ismayıl hidayətzadə, rza təhmasib və ələsgər şərifov, cəlil məmmədquluzadənin "ölülər" traglkomediyasını 1933-cü il fevralın 16-da rza darablı, ismayıl hidayətzadə və cəfər cabbarlı tamaşaya hazırlamışdılar. hər pərdəni bir rejissor işlədiyinə görə tamaşalarda ciddi üslub qarışıqlığı vardı. bu dövrdə gənc rejissor əlihüseyn rzayev hüseyn cavidin "şeyx sənan" (14 yanvar 1929), cəlil məmmədquluzadənin "ölülər" (1 mart 1929), cəfər cabbarlının "aydın" (1 aprel 1929), şəmsəddin saminin "dəmirçi gavə" (28 noyabr 1929), aleksandr şirvanzadənin "namus" (16 dekabr 1929), nikolay qoqolun "müfəttiş" (3 mart 1930), fridrix şillerin "qaçaqlar" (8 aprel. 1930), şəmsəddin abbasovun "qələbə" (12 mart 1931), mirzə fətəli axundzadənin "hacı qara" (18 yanvar 1932), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (3 may 1932) pyeslərinə quruluşlar verib. digər istedadlı yeniyetmə rejissor əliağa ağayev aleksandr tuqanovla birgə əs həbib vəfanın "bombey" və cəfər cabbarlının "od gəlini" dramlarını tamaşaya hazırlayandan sonra özü m.danilovun "qara su" (19 fevral 1931) və əsəd tahirlə abbasmirzə şərifzadənin "axirəzzaman" (15 oktyabr 1931) əsərlərinin quruluşçu rejissoru olub. dramaturq cəfər cabbarlı əvvəllər ikinci rejissor və rejissor assistenti kimi fəaliyyət göstərdikdən sonra qüvvəsini müstəqil quruluşda da sınadı. o, aleksandr tuqanovla özünün "almaz" (13 aprel 1931), leninqraddan dəvət olunmuş vladimir lütse ilə birgə "1905-ci ildə" dramlarını tamaşaya hazırlayıb. sonra isə "sevil" (10 dekabr 1931), aleksandr afinogenovun "qorxu" (18 fevral 1932), yenidən "1905-ci ildə" (20 oktyabr 1932) pyeslərinin quruluşçu rejissoru kimi çalışıb. lakin nədənsə bunların heç biri baş rejissor kürsüsünə layiq bilınmədilər. hətta bu ərəfədə rus dram teatrının baş rejissoru sergey mayorov "otello" (15 aprel 1932), "hamlet" (17 aprel 1933), "od gəlini" (2 dekabr 1933) faciələrini hazırlamaq üçün teatra dəvət edilib. bundan sonra isə yakov varşavski (1933-cü ilin sonlarından 1934-cü ilin birinci yarısınadək) mdt-na baş rejissor təyin edilib. o, kollektivdə bir il əvvəl cəfər cabbarlının "yaşar" (22 dekabr 1932) tamaşasma quruluş vermişdi. baş reşissor kimi isə lev slavinin "intervensiya" (27 sentyabr 1933) dramını tamaşaya hazırlayıb. bundan az sonra isə vəzifəsindən istefa verib. 1934-1936-cı ildə rejissura sayəsində ciddi sənət nailiyyətləri qazanıldı. bunun bir qolu ismayıl hidayətzadə ilə bağlı idi. teatr onun monumental-romantik quruluşlarında hüseyn cavidin "səyavuş" (1 mart 1934) və mirzə fətəli axundzadənin "aldanmış kəvakib" povesti əsasında cananın işlədiyi "şahnamə" (28 may 1936) pyeslərinin tamaşalarını öz repertuarına daxil etdi. sonralar bu istedadlı rejissor opera və balet teatrında işləyə-işləyə mdt-da "1905-ci ildə" (3 noyabr 1937), "od gəlini" (29 sentyabr 1939) və süleyman rüstəmin "qaçaq nəbi" (26 sentyabr 1940) əsərlərini uğurla tamaşaya hazırlayıb.</Page><Page Number="105">məşhur aktyor rza təhmasib istedadını müstəqil rejissurada sınaqdan çıxararaq vasili şkvarkinin "özgə uşağı" (27 mart 1934) pyesinə səhnə təfsiri verib. ikinci dəfə isə 1939-cu il noyabrın 29-da mirzə ibrahimovun "madrid" dramını hazırlayıb və bundan sonra yaradıcılıq fəaliyyətini kino sənətində davam etdirib. ismayıl hüseynov valentin katayevin "çiçəklər yolu" (20 oktyabr 1934) pyesini tamaşaya hazırladıqdan sonra tiflis dövlət azərbaycan teatrında işləməyə gedib. dəvət edilmiş daşkovski aleksandr ostrovskinin "günahsız müqəssirlər" (28 yanvar 1935) dramını tamaşaya hazırlayandan sonra bir daha bu teatrda quruluş verməyib. həm faciə, həm də komediya aktyoru olan rza darablı moskvada rejissorluq kursu keçəndən sonra mdt-da ona "1905-ci ildə" (23 aprel 1935), "hacı qara" (2 oktyabr 1935), jan batist molyerin "skapenin kələkləri " (5 dekabr 1936) əsərlərinin müstəqil quruluşları tapşırılıb. moskvada ali rejissor təhsili almış ələsgər şərifov və ədil isgəndərov 1935-ci ildən müstəqil quruluşlar verməyə başlayıblar. ağəli dadaşov "almaz" (5 oktyabr 1936) və georgi mdivaninin "vətən namusu" ("vətən oğlu". 28 aprel 1938) pyeslərini tamaşaya hazırlayandan sonra yaradıcılığını əsasən gənc tamaşaçılar teatrı ilə bağlayıb. ali təhsilli rejissor məcid zeynalov şəmsi bədəlbəyli ilə mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" (15 oktyabr 1938) komediyasını və tək quruluşda pyer bomarşenin "fiqaronun toyu" məzhəkəsini hazırlayıb və bakını tərk edərək qazax kolxoz-sovxoz teatrında işləməyə gedib. moskvada təhsil almış və gtt-də böyük sənət uğurları qazanan məhərrəm haşımov dramaturq sabit rəhmanın mövzusu o dövrün müasir kənd həyatından alınmış "toy" (28 aprel 1939) komediyasma orijinal səhnə təfsiri verib. bu tamaşa teatrın həyatında sənət hadisələrindən biri kimi tarixiləşib. ədil isgəndərovun 1938-ci ildə milli dram teatrına baş rejissor təyin olunması ilə sənət ocağının yaradıcılıq üslubunda, janr axtarışlarında və aktyorlarla iş prinsipində ciddi reformalar başlandı. tədricən monumental-romantik üslublu tamaşalar hazırlamağa meyil göstərən rejissorlar üçün geniş yaradıcılıq imkanları açıldı.</Page><Page Number="106">aleksandr tuqanov (31.3.1871-6.3.1960)  azərbaycan milli teatrının inkişafında böyük işlər görmüş rejissor və pedaqoq aleksandr aleksandroviç tuqanov 31 mart 1871-ci ildə moskvada doğulub. teatr fəaliyyətinə aktyor kimi moskvada həvəskar dəstədə, sonra korşun teatrında başlayıb. ayrı-ayrı illərdə tula, hacıtərxan, nijni novqorod, yaroslav, bakı (1914), riqa, penza, voronej və digər şəhərlərdə aktyorluq edib. 1915-ci ildə tiflisə gəlib. k.nikulinin truppasında çalışıb və həm də buradakı "rusiya teatr cəmiyyəti artistləri ittifaqı"na rəhbərlik edib. aktyorluqla məşğul olduğu teatrlarda hamlet və petruççio ("hamlet" və "şıltaq qızın yumşalması", vilyam şekspir), çatski ("ağıldan bəla", aleksandr qriboyedov) rollarının mahir ifaçılarından sayılıb. uzun illər müxtəlif truppalarda fəaliyyət göstərən tiflisdəki azərbaycanlı səhnə fədailəri 1922-ci ildən tiflis dövlət azərbaycan dram teatrı kimi yeni yaradıcılığa başlayıb. kollektivin əsas aktyorları ilə əvvəldən müxtəlif truppalarda yaradıcılıq ünsiyyətində olmuş aleksandr tuqanov bir il sonra tiflis teatrına baş rejissor təyin edilib. burada onun rejissorluğu ilə cəfər cabbarlının "aydın", "oqtay eloğlu", hüseyn cavidin "şeyda", "iblis", "uçurum", "şeyx sənan", vilyam şekspirin "otello", fridrix şillerin "qaçaqlar", şəmsəddin saminin "dəmirçi gavə" əsərləri tamaşaya hazırlanıb və repertuarın əsasını təşkil edib. aleksandr tuqanov tiflis azərbaycan teatrının repertuarının zənginləşməsində, aktyor yaradıcılığının formalaşmasında cəsarətli addımlar atıb. o, teatrın repertuarında azərbaycanlı dramaturqların əsərlərinin üstünlük təşkil etməsmə xüsusi diqqət yetirib. 1924-cü ilin ikinci yarısında aleksandr tuqanov azərbaycan hökumətinin qərarı ilə bakıya dəvət olunub. iyun ayının 19-da o, akademik milli dram teatrına baş rejissor təyin edilib. rejissor yeddi ildən çox bu kollektivə rəhbərlik edib, kollektivin mövzu və məzmun, üslub və forma istiqamətindəki müasirlik axtarışlarında səmərəli işlər görüb. 1931-ci ildə teatrdaxili çəkişmələr nəticəsində kollektivdən ayrılan aleksandr tuqanov bakıdan uzaq şərqə gedib. bir müddət sonra oradan qroznıya gələrək müxtəlif teatrlarda işləyib. milli dram teatrında yenə baş rejissor problemi yarananda aleksandr tuqanov 1935-ci ildə bakıya çağırılıb. o, akademik teatra baş rejissor göndərilib. iki il burada çalışan rejissor sonra gənc tamaşaçılar teatrında işləməyə gedib. bu kollektivin əsasən rus bölməsində tamaşalar hazırlayıb. gtt-da işləyə-işləyə opera və balet teatrında, dövlət rus dram teatrında, həm də akademik sənət ocağında quruluşlar verib. əvvəllər bakı teatr məktəbində dərs deyən rejissor 1945-ci ildən teatr institutunda pedaqoji fəaliyyət göstərib. 1947-ci ildən professor idi. akedemik milli dram teatrında aleksandr tuqanovun rejissorluğu ilə mirzə fətəli axundzadənin "molla ibrahimxəlil kimyagər" (1924), "hacı qara" (1925, 1928, 1930), hüseyn cavidin "şeyx sənan" (1924, 1926), "uçurum" (1924), "iblis" (1925, 1926), "topal teymur" (1926),  "knyaz" (1930), fitrətin "hind ixtilaçıları" (1924), nikoiay qoqolun "müfəttiş" (1924, 1929), jan batist molyerin "jorj danden" (1924), "don juan" (1926), aleksandr dümanın "qanlı qala" ("nel qülləsinin sirri".  1924), cəfər cabbarlının "aydın" (1924, 1926), "oqtay eloğlu" (1926, 1927), "sevil" (1928), "od gəlini" (1928, 1930), "almaz" (1931, 1935), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (1924, 1926), "ağa məhəmməd şah qacar" (1927), cəlil məmmədquluzadənin "ölülər" (1924, 1926, 1928), fridrix şillerin "qaçaqlar" (1924, 1928), "vilhelm tel" (1925), "məkr və məhəbbət (1925), vilyam şekspirin "otello" (1925),  "hamlet" (1926), "şıltaq qızın yumşalması" (1929), "maqbet" (1936), "romeo və cülyetta" (1937), maksim qorkinin "yurdsuz insanlar" ("həyatın dibində". 1925), vano mçedaşvilinin "qaçaq kərəm" (1925, 1927), adolf d'enneri və germonun "iki yetimə" (1925), qriqori genin "trilbi" (1925), jül vernin "kapitan qrantın çocuqları" (1926), "80 gün dünya səyahəti" (1927), nəriman nərimanovun "nadir şah" (1926), brandon tomasın "tələbələrin kələyi" (1926), fuldun "axmaq" (1927), biçer</Page><Page Number="107">stounun "tom dayının koması" (1927), rında alekseyevanın "dəmir divar" (1927), aleksandr suxovo-kobılinin "kreçinskinin toyu" (1927), şəmsəddin saminin "dəmirçi gavə" (1928), anatoli qlebovun "zaqmuq" ("qullar bayramı". 1929), konstantin trenyovun "düşmənlər" ("lyubov yarovaya". 1929), viktor hüqonun "gülən adam" (1930), əs həbib vəfanın "bombey" (1930), moris meterlinkin "göy quş" (1935), aleksandr puşkinin "dubrovski" (1937), onore de balzakin "ögey ana" (1939) pyeslərinin tamaşaları oynanılıb. aleksandr tuqanov azərbaycan dövlət opera və balet teatrında müslüm bəy maqomayevin "nərgiz" operasına monumental quruluş verib. romantik pafosu, kompozisiya möhtəşəmliyi ilə seçilən tamaşa 1938-ci ildə moskvada keçirilən azərbaycan incəsənəti dekadasında həm musiqismə, həm də rejissor işinə görə yüksək qiymətləndirilib. opera truppası milli dram teatrının nəzdində olanda (1925-ci ilin yayına qədər) aleksandr tuqanov muğam operalarımızın inciləri sayılan üzeyir bəy hacıbəyovun "leyli və məcnun" və "əsli və kərəm" əsərlərini, "arşın mal alan" operettasını tamaşaya hazırlayıb. aleksandr tuqanov bakıdakı yəhudi teatrında karl qutskovun "uriel akosta", erməni teatrında nıkolay qoqolun "müfəttiş" (1939), rus dram teatrında fridrix şillerin "qaçaqlar" (1937), "məkr və məhəbbət" (1938), jan batist molyerin "tartüf", vilyam şekspirin "romeo və cülyetta" əsərlərinə səhnə həyatı verib. monumentalizmə meyil göstərən rejissor gənc tamaşaçılar teatrında maksim qorkinin "meşşanlar", nikolay qoqolun "müfəttiş", denis fonfizinin "nadan övlad", aleksandr ostrovskinin "öz adamlarımızdır, dil taparıq", fridrix şillerin "məkr və məhəbbət", valentina lyubimovanın "qızıl medal", "onun dostları", karlo haldoninin "iki ağanın bir nökəri" əsərlərinə səhnə təfsiri verib. aleksandr tuqanov azərbaycan teatrında aktyor ansamblının formalaşmasma ciddi diqqət yetirib. plastik hərəkətlərin vərdişlərinə yiyələnmək üçün aktyorlara gündəlik trinaj-məşqlər təyin edib. onlara qrimdən, parikdən və avropa pyeslərində geyimlərdən istifadənin, kübar və zadəgan davranış qaydalarının, təzim və müraciət ədalarının prinsiplərini öyrətınəyə başlayıb. teatrda tamaşalar gec başlanır, bəzən gecə saat 2-də qurtarır, hətta yarımçıq saxlanılıb sabaha keçirilirdi. aleksandr tuqanov bu işdə ciddi intizam yaratmağa nail olub. şekspirin, şillerin əsərlərinin monumental üslub-formada oynanılmasını, bu tamaşaların bəşəri problemlərlə uyarlı səslənməsini təmin edib. viktor hüqo, moris meterlink, onore de balzak, jül vern, biçer stou kimi müəlliflərin adlarını akademik teatrın repertuar siyahısına məhz tuqanov daxil edib. rol üzərində iş, tərtibat və tamaşa, musiqi, teatr və bu səpkili nəzəri məsələlərin azərbaycan səhnəsində əyaniləşdirilməsində sənədli islahatlar aparıb. sabit və məzmunlu, əlvan və mövzuca rəngarəng repertuar uğrunda cəfər cabbarlı ilə birgə yeni ənənələr yaradıb. aleksandr tuqanov bakı teatr məktəbində və sonralar azərbaycan dövlət teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. təcrübəli pedaqoqun onlarca yetirməsi ölkəmizin müxtəlif teatrlarında səmərəli yaradıcılıq axtarışları aparıblar. azərbaycan milli teatrının inkişafında göstərdiyi xidmətlərinə, milli dram teatrının yaradıcılıq üsluburıun monumental səpkidə formalaşmasındakı səmərəli fəaliyyətinə görə aleksandr tuqanov 4 aprel 1936-cı ildə respublikanın xalq artisti fəxri adı ilə təltif olunub. rejissor 6 mart 1960-cı ildə bakida vəfat edib.</Page><Page Number="108">milli dram teatri  (1931-1937)  bu qısa müddət milli dram teatrının tarixində rejissor yaradıcılığı, müəyyən üslub axtarışları, aktyor oyunlarının bədii-estetik səciyyələri, xüsusən müasir mövzu-problemə müraciət, siyasi qurumun mədəniyyəti "məngənəyə" salması baxımından ən ziddiyyətli dövrlərdəndir. digər tərəfdən cəfər cabbarlının öz dramlarında xüsusi istedadla yaratdığı qüvvətli, kamil tip-xarakter aktyorların yeni yaradıcılıq imkanlarına yiyələnmələrinə geniş meydan açıb. hüseyn cavidin qüdrətli dramaturgiyası sayəsində milli poetik teatr əzəmətli inkişaf yolu keçib. müxtəlif aktyor məktəblərinə məxsus olan və bu kollektivdə möhtəşəm yaradıcılıq yolu keçən barat şəkinskaya, atamoğlan rzayev, ismayıl osmanlı, fatma qədri, ələsgər ələkbərov, ismayıl dağıstanlı (hacıyev), hökümə qurbanova (ələkbərova), əli zeynalov, ağasadıq gəraybəyli (gəncədən qayıdıb), rejissorlardan şəmsi bədəlbəyli, ağəli dadaşov, səftər turabov teatra götürülüblər. bəstəkarlardan əfrasiyab bədəlbəyli teatrda fəaliyyətini genişləndirib. kollektivə yeni cəlb olunan bəstkarlardan asəf zeynallı, müslüm maqomayev, niyazi hacıbəyov - tağızadə, asan rufatov, reynqold qlier, boris asafyev, saveli ayzen, səid rüstəmov, tərtibatçı rəssamlardan pavel ryabçikov, sergey yefimenko, rüstəm mustafayev, mixail tixomirov, nüsrət fətullayev, ismayıl axundov, geyim eskizləri işləyən əzim əzimzadə, susanna samorodova müxtəlif tamaşaların hazırlanmasında səmərəli işlər görüblər. 1931. haqsız tənqidlərə məruz qalan aleksandr tuqanov baş rejissorluqdan istefa verəndən sonra bu vəzifəyə 10 iyul 1931-ci ildə leninqraddan (indiki peterburqdan) vladimir lütse dəvət olunub. lütse dramaturq cəfər cabbarlı ilə birlikdə onun "1905-ci ildə" dramına quruluş verəndən sonra (8 oktyabr) ərizə yazaraq teatrdan çıxıb. premyera oktyabrın 1-də göstərilib. "1905-ci ildə" tamaşası məhz cəfər cabbarlının gərgin əməyi, vladimir lütse ilə apardığı yaradıcılıq mübahisələri nəticəsində teatrın uğurlu işləri sırasma daxil oldu. monumentalizmə meyilli əsər ilk növbədə aktyor tamaşası idi. məhəmmədhəsən atamalıbəyov (qoca baxşı), süleyman tağızadə (baxşı), mustafa mərdanov (imamverdi), əli qurbanov (allahverdi), rza əfqanlı (general-qubernator), qəmər topuriya (mariya timofeyevna), mirzağa əliyev və ismayıl hidayətzadə (əmiraslan bəy salamov), ismayıl osmanlı (bahadır bəy), dadaş şaraplı (ağamyan) yüksək səhnə nailiyyətləri qazanıblar. teatr 1931-ci ilin payızında baş rejissorsuz qalanda gənc rejissor əliağa əliyev aktyor abbasmirzə şərifzadə ilə əsəd tahirin yazdıqları zəif, çılpaq ideyalı "axirəzzaman" (15 oktyabr) və dramaturq cəfər cabbarlı özünün "sevil" (10 dekabr) sosial dramına səhnə quruluşu veriblər. "axirəzzaman"ın tamaşası da sönük alınıb. "sevil" (rəssam pavel ryabçlkov, bəstəkar əfrasiyab bədəlbəyli) tamaşası isə mövsümün uğurlu işlərindən sayılıb. tamaşada rolları mərziyə davudova (sevil), ülvi rəcəb və rza təhmasib (balaş), yeva olenskaya (gülüş), mirzağa əliyev və mustafa mərdanov (atakişi), məhəmmədhəsən atamalıbəyov və abbas rzayev (babakişi), ismayıl hidayətzadə, məmmədəli vəlixanlı və rza əfqanlı (əbdüləli bəy), əli qurbanov və ismayıl osmanlı (mirzə məhəmmədəli), qəmər topuriya (dilbər -ediliya), panfiliya tanailidi və nataliya lizma (tafta) oynayıblar. rza təhmasibin, mərziyə davudovanın və ismayıl hidayətzadənin ifaları parlaq sənət qələbələri olub. 1932. teatr 1932-ci ilin aprel ayına kimi baş rejissorsuz qalıb. boşluğu doldurmaq üçün teatrın rəhbərliyi mirzə fətəli axundzadənin "hacı qara" (18 yanvar. hacı qara - mirzağa əliyev, kərəməli - dadaş şaraplı, kərəməli - möhsün sənani, tükəz - panfiliya tanailidi, sona - sona hacıyeva) komediyasının quruluşunu rejissor əliağa əliyevə və aleksandr afinogenevin "qorxu" (18 fevral. tərcüməçi cəfər cabbarlı, rəssam pavel ryabçikov, rəssam reynqold qlier) pyesinin səhnə təfsirini cəfər cabbarlıya tapşırıb. qorxu tamaşası daha uğurlu alınıb və volodin rolunda ülvi</Page><Page Number="109">rəcəblə rza əfqanlının, klara obrazında mərziyə davudovanın, tsexavoy surətində rza təhmasibin oyunları yüksək qiymətləndirilib. 1932-ci il aprel ayının 22-də yakov varşavski teatra baş rejissor təyin olunub. lakin bir neçə ay əvvəl bakıdakı rus dram teatrının rejissoru sergey mayorov ingilis dramaturqu vilyam şekspirin "otello" faciəsini cəfər cabbarlının tərcüməsində hazırlamaq üçün kollektivə dəvət olunmuşdu. premyerası aprelin 15-də göstərilən tamaşada cəfər cabbarlı və əliağa əliyev rejissor, sergey yefimenko rəssam idilər. aleksandr ivanovun quruluşu ilə müqayisədə uğurlu alınan tamaşada əsas rollar abbasmirzə şərifzadə və ülvi rəcəbə (otello), mərziyə davudovaya və sona hacıyevaya (dezdemona), rza əfqanlı və ismayıl hidayətzadəyə (yaqo), mirzağa əliyevə (brabansio), sona hacıyevaya (emiliya), möhsün sənaniyə (kassio) tapşırılmışdı. yakov varşavski sanki tamaşa hazırlamağa tələsınirdi. kollektiv mayın 3-də əlihüseyn rzayevin quruluşunda "pəri cadu" (əbdürrəhim bəy haqverdiyev) faciəsini təhvil verib. payız mövsümü başlayanda isə oktyabrın 1-də cəfər cabbarlının "dönüş" dramı dramaturqun özünün və ismayıl hidayətzadənin rejissorluğunda oynanılıb. yakov varşavski tamaşanın formal şəkildə bədii rəhbəri, rüstəm mustafayev rəssamı və asəf zeynallı bəstəkarı olublar. baş rollar gülsabah və qüdrət arslan surətlərində sona hacıyeva və mərziyə davudova, ülvi rəcəb və rza təhmasib çıxış ediblər. bundan sonra teatr cəfər cabbarlımn "1905-ci ildə" (20 oktyabr. quruluşçu rejissor cəfər cabbarlı, rəssam rüstəm mustafayev və bəstəkar əfrasiyab bədəlbəyli) və hüseyn cavidin "şeyx sənan" (28 oktyabr. quruluşçu rejissorlar rza darablı, ismayıl hidayətzadə, rza təhmasib və ələsgər şərifov, rəssamlar rüstəm mustafayev və əzim əzimzadə) tamaşalarını göstərib. "şeyx sənan"da da bədii rəhbər olan yakov varşavski yalnız dekabrın 22-də cəfər cabbarlının "yaşar" dramı ilə ilk quruluşunu təqdim edib. cəfər cabbarlı və rza darablı tamaşanın rejissorları, sergey yefimenko rəssam və saveli ayzen musiqi tərtibatçısı idilər. tamaşa kompozisiya və aktyor ifası baxımından maraqlı alınmışdı. xüsusilə ülvi rəcəbin (yaşar), rza təhmasib və kazım ziyanın (imamyar), oyunları bədii-realist təqdiminə, əzizə məmmədova və panfiliya tanailidinın (şərəbanu), mirzağa əliyevin (əmirqulu) ifaları yumorlu koloritinə görə cazibəli görünürdülər. 1933. yakov varşavski 1933-cü ilin ilk aylarında baş rejissorluqdan istefa verib, lakin bir müddət sonra qayıdaraq lev slavinin "intervensiya" (27 sentyabr. tərcüməçi cəfər cabbarlı, rəssam y.mandelberq, bəstəkar boris asafyev) əsərinə səhnə quruluşu verib. üslub pərakəndəliyinə yol verən teatr 1933-cü ildə cəlil məmmədquluzadənin "ölülər" (16 fevral. quruluşçu əhməd tiriniç, rejissorlar cəfər cabbarlı, ismayıl hidayətzadə və rza darablı, tərtibat rəssam rüstəm mustafayev, bəstəkar müslüm maqomayev, geyim rəssamı əzim əzimzadə), vilyam şekspirin "hamlet" (17 aprel. tərcüməçi cəfər cabbarlı. quruluşçu rejissor sergey mayorov, rejissorlar rza darablı, əlihüseyn rzayev və cəfər cabbarlı, rəssam sergey yefimenko, musiqi tərtibçisi s.paniyev, hamlet - ülvi rəcəb, poloni-mirzağa əliyev, gertruda - mərziyə davudova, klavdi - ismayıl hidayətzadə, ofeliya - sona hacıyeva, horatsio - rza əfqanlı), cəfər cabbarlının "od gəlini" (2 dekabr. quruluşçu rejissorlar sergey mayorov və əhməd tiriniç, rəssam rüstəm mustafayev, bəstəkar əfrasiyab bədəlbəyli. elxan - ülvi rəcəb və abbasmirzə şərifzadə, altunbay - ağasadıq gəraybəyli, əbu übeyd - rza təhmasib, aqşin - sidqi ruhulla, ələsgər ələkbərov və ismayıl dağıstanlı, solmaz - mərziyə davudova, yeva olenskaya və sona hacıyeva) əsərlərini repertuara daxil edib. əhməd tiriniç inzibatçı işçi idi və onun rejissorluğa müdaxiləsi yaradıcılıq işinə ciddi xələl yetirirdi. bir neçə rejissorun eyni əsərdə hərəsinin bir pərdə hazırlaması "eksperimenti" nə bu il, nə də gələn il səmərə verməyib. 1934. yusif yulduz 1934-cü ilin yazında baş rejissorluğa dəvət alıb. lakin bu son dərəcə istedadlı rejissor həmin il noyabrın 22-də aşqabaddakı dövlət azərbaycan dram teatrına birillik ezamiyyətə göndərilib.</Page><Page Number="110">teatr 1934-cü ildə monumental-romantik üslubda iki və psixoloji səpkidə bir böyük sənət nailiyyəti qazanıb. hüseyn cavidin "səyavuş" faciəsinin (1 mart. quruluşçu rejissor ismayıl hidayətzadə, tərtibat rəssamı vyaçeslav ivanov, geyim rəssamı susanna samorodova, bəstəkar əfrasiyab bədəlbəyli) və aleksandr korneyçukun "eskadramn məhvi" dramının ("31-43". 5 noyabr. quruluşçu rejissor yusif yulduz, rəssam nüsrət fətullayev, musiqi tərtibçisi saveli ayzen, rejissor assistenti şəmsi bədəlbəyli) tamaşaları teatrın monumentalizm axtarışlarında hadisəyə çevrilən sənət nümunələri olub. psixoloji səpkidə isə vasili şkvarkinin "özgə uşağı" (27 mart. tərcüməçilər rza təhmasib və mustafa mərdanov. quruluşçu rejissor rza təhmasib, rəssam sergey yefimenko, musiqi tərtibçisi saveli ayzen) pyesinin tamaşası uzun müddət repertuarda qalıb. "səyavuş"da ülvi rəcəb və abbasmirzə şərifzadə (səyavuş), rza təhmasib və rza əfqanlı (keykavus), mərziyə davudova (südabə), ağasadıq gəraybəyli (əfrasiyab), sidqi ruhulla (rüstəm), möhsün sənani (gərşivəz), "eskadramn məhvi"ndə (bəzən "donanınanın məhvi" yazılıb) mərziyə davudova və yeva olenskaya (oksana), sidqi ruhulla və ülvi rəcəb (bosman kobza), rza əfqanlı və abbasmirzə şərifzadə (qayday), "özgə uşağı"nda mirzağa əliyev və məmmədəli vəlixanlı (qaraulov), sona hacıyeva və yeva olenskaya (manya), mustafa mərdanov və dadaş şaraph (seneqda) ilin ən uğurlu aktyor ifalarına nail ola biliblər. 1935. görkəmli dramaturq, uzun illər teatrın ədəbi hissə müdiri işləyən cəfər cabbarlı 1934-cü il yanvarın 31-də qəflətən vəfat etdi. üstəlik teatr 1935-ci ilə baş rejissorsuz qədəm qoydu. halbuki bu dövrdə kollektivdə ismayıl hidayətzadə kimi istedad yetişmişdi, lakin nədənsə onun baş rejissor kürsüsünu tutmasma mane olurdular. belə bir şəraitdə kollektiv 1935-cı üdə aleksandr osirovskinin "günahsız müqəssirlər" dramının maraqlı (28 yanvar. tərcüməçi rza təhmasib, quruluşçu rejissor l.daşkovski, rejissor assistentləri fərəc süheyli və səftər turabov. neznamov - ismayıl dağıstanlı və sadıq saleh, kruçinina - mərziyə davudova, şmaqa - ismayıl hidayətzadə və mustafa mərdanov) və əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" faciəsinin zəif (21 fevral. quruluşçu rejissor abbasmirzə şərifzadə, rəssamlar rüstəm mustafayev və qolobenkov, bəstəkar niyazi. nəcəf bəy - sidqi ruhulla, rza darablı və abbasmirzə şərifzadə) tamaşalarını tamaşaçılara təqdim edib. milli kadrların arasında baş rejissor görmək istəməyən rəhbərlik həmin vəzifəyə 1935-ci il fevral ayının 10-da qroznı şəhərindən aleksandr tuqanovu dəvət edib. kollektivin truppasını yaxından tanıyan, onun yaradıcılıq prinsiplərinə, üslub xüsusiyyətlərinə müəyyən dərəcədə bələd olan aleksandr tuqanov təzə tamaşa hazırlamağa tələsmədi. o, cəfər cabbarlının "1905-ci ildə" dramına (23 aprel. rəssam rüstəm mustafayev və bəstəkar əfrasiyab bədəlbəyli) və mirzə fətəli axundzadənin "hacı qara" komediyasma (2 oktyabr. bəstəkar əfrasiyab bədəlbəyli, rejissor assistenti şəmsi bədəlbəyli) quruluş verən rza darabhnm işləməsmə şərait yaratmışdı. eyni zamanda əsasən ümumi yaradıcılıq problemlərini nizamlamağa çalışırdı. onun təşəbbüsü ilə gənc rejissor ələsgər şərifov gənc dramaturq qurban musayevin müasir mövzuda yazdığı, lakin zəif alınan "qızıl çeşmə" pyesinə (26 noyabr. rəssam nüsrət fətullayev, bəstəkar niyazi) müstəqil quruluş verib. aleksandr tuqanov özü isə payız mövsümündə də tamaşaçıların görüşünə yeni əsərlə gəlməyib. vaxtilə hazırladığı "sevil" dramının quruluşuna müəyyən əl gəzdirərək onu oktyabrın 27-də premyera kimi təqdim edib. baş rolların ifaçıları dəyişməmişdi. 1936. aleksandr tuqanov vilyam şekspirin "maqbet" (tərcüməçi hacıbaba nəzərli) faciəsi üzərində işləyirdi və bu yaradıcılıq prosesi uzun çəkib. həmin tamaşa ilk dəfə 1936-cı il martın 15-də göstərilib. rəssamın mixail tixomirov, rejissor assistentinin şəmsi bədəlbəyli olduqları "maqbet" tamaşası teatrın şekspir irsinə müraciətləri arasında layiqli yer tuta bilib. tamaşanın əsas ağırlığı abbasmirzə şərifzadənin (maqbet), mərziyə davudovanın (ledi maqbet), sidqi ruhullanın (banko), ələsgər ələkbərovun (maqduf) üzərlərinə düşürdü.</Page><Page Number="111">"maqbet"dən sonra teatr daha bir monumental tamaşanı repertuarına daxil etdi. mirzə fətəli axundzadənin "aldanmış kəvakib"  povestinin motivləri əsasında cananın səhnələşdirdiyi "şahnamə" dramına quruluşu ismayıl hidayətzadə, tərtibatı rüstəm mustafayev vermişdilər. may ayının 28-də ilk tamaşası oynanılan əsərdə baş rolları ələsgər ələkbərov (şah zeyr), rza əfqanlı (şahrux xan), sidqi ruhulla (xacə mübarək), abbasmirzə şərifzadə və möhsün sənani (gülab şirzad), ağasadıq gəraybəyli (mirzə yusif), mərziyə davudova və qəmər topuriya (səlimə xanım) ifa ediblər. bundan sonra aleksandr tuqanov nobel mükafatı laureatı, belçhca dramaturqu moris meterlinkin "göy quş" (28 oktyabr) dramını hazırlayıb. pyesi ismayıl hidayətzadə tərcümə edib və rəssamlığı mixail tixomirov, musiqi tərtibatçılığını ilya sats ediblər. milli səhnəmizin ilk travesti (oğlan rolu oynayan) aktrisası barat şəkinskayanın oynadığı tiltil, sidqi ruhullanın baba və nataliya lizinanın nənə rolları maraqla baxılıb və rəğbətlə qarşılanıb. gələcəyin dahi rejissoru ədil isgəndərov bu il yanvarın 3-də aleksandr korneyçukun "platon kreçet" dramını "polad qartal" adı ilə, ülvi rəcəblə mustafa mərdanovun tərcüməsində diplom tamaşası kimi hazırlayıb. tamaşanın rəssamı mixail tixomirov, bəstəkarı niyazi, rejissor assistenti fərəc süheyli idilər. əsas rolları isə ülvi rəcəb (polad qartal), barat şəkinskaya (şəfiqə), mərziyə davudova və sona hacıyeva (nərgiz), mirzağa əliyev və mustafa mərdanov (loğman) oynayıblar. aleksandr tuqanovun təşəbbüsü ilə cəfər cabbarlının "almaz" (5 oktyabr. rəssam nüsrət fətullayev, bəstəkar əfrasiyab bədəlbəyli. almaz - sona hacıyeva, mirzə səməndər -mirzağa əliyev və abbasmirzə şərifzadə, şərif - möhsün sənani. hacı əhməd - əli qurbanov) dramının quruluşu gənc ağəli dadaşova və jan batist molyerin "kələkbaz skapen" ("skapenin kələkləri". 5 dekabr. tərcüməçi ismayıl hidayətzadə, rəssam nüsrət fətullayev. skapen - ismayıl hidayətzadə, arqant - məmmədəli vəlixanlı, jeront - mirzağa əliyev, oktav - dadaş şaraplı və yunis nərimanov) komediyasının rejissorluğu rza darabhya tapşırılmışdı. 1937. milli dram teatrının 1937-ci ildə ən böyük sənət qələbəsi vilyam şekspirin "romeo və cülyetta" məhəbbət dramının tamaşası olub. pyesi əhməd cavad tərcümə etmiş, onu tamaşaya rejissor aleksandr tuqanov, rəssam mixail tixomirov, musiqi tərtibçisi saveli ayzen hazırlamışdılar. ilk tamaşa yanvarın 14-də göstərilib və əsas rolları barat şəkinskaya (cülyetta) və ülvi rəcəb (romeo) böyük şövqlə, lirik-poetik vüsətlə oynayıblar. cülyetta rolunda sona hacıyeva və fatma qədri də çıxış ediblər. aktyorlardan sidqi ruhullanın (eskal), mustafa mərdanovun (kapuletti), qəmər topuriyanın (sinyora kapuletti), abbas rzayevin (montekki), nataliya lizinanın (sinyora montekki), ağasadıq gəraybəylinin (lorenso), musa hacızadənin (paris), yeva olenskayanın (cülyettanın dayəsi), rza əfqanlının (merkusio), ələsgər ələkbərovun (tibalt) oyunları yüksək sənətkarlıq səciyyələri daşıyırdılar. aleksandr tuqanovun quruluşunda aleksandr puşkinin "dubrovski" (23 fevral. tərcüməçilər ülvi rəcəb və mustafa mərdanov) pyesinin tamaşası güclü aktyorlar abbasmirzə şərifzadənin dubrovski), fatma qədrinin və nəzirə əliyevanın (maşa), sidqi ruhullanın (troyekurov), mustafa mərdanovun (anton sitsin), əli qurbanovun (arxip) iştirakiarına baxmayaraq, "romeo və cülyetta" qədər uğur qazana bilməyib. bu baxımdan ismayıl hidayətzadənin "1905-ci il" (3 noyabr) dramına verdiyi quruluş da rejissorun əvvəlki son iki ildəki işləri ilə müqayisədə zəif görünürdü. sənət nailiyyətləri baxımından ilin ikinci hadisəsi mirzə ibrahimovun eyniadlı pyesi əsasında ədil isgəndərovun hazırladığı "həyat" tamaşası oldu. premyerası aprelin 28-də oynanılan "həyat" tamaşasının tərtibat rəssamı nüsrət fətullayev, geyim rəssamı ismayıl axundov, bəstəkarı səid rüstəmov idi. əsas rolları isə mərziyə davudova (həyat), ələsgər ələkbərov (akif), rza əfqanlı (abbas), sona hacıyeva, barat şəkinskaya və fatma qədri (atlas), mustafa mərdanov (həsənov), ülvi rəcəb (süleyman), dadaş şaraph (pardon qurbanəli), ağasadıq gəraybəyli (məşədi hüseyn) oynayıblar.</Page><Page Number="112">ssri-də, o cümlədən də azərbaycanda başlayan repressiya nəticəsində 1937-ci idə dramaturq hüseyn cavidin, tərcüməçi əhməd cavadın, aktyorlardan abbasmirzə şərifzadənin, ülvi rəcəbin, panfiliya tanailidinin tutulmaları, mirzağa əliyevin, möhsün sənaninin, fatma qədrinin bir müddət teatrdan uzaq düşmələri nəticəsində kollektivin yaradıcılıq iqlimində zəifləmə başlayıb. bir sıra tamaşalar repertuardan çıxarılıb. aleksandr tuqanov 1937-ci il mart ayının 4-də baş rejissorluqdan istefa verib. incəsənət işləri idarəsmin əmri ilə teatrda baş rejissor vəzifəsi ləğv olunub və bədii rəhbər vəzifəsi ilə əvəzlənib. həmin vəzifənin funksiyasının icrası müvəqqəti olaraq gənc rejissor, ötən il moskvada ali təhsilini başa vurub təyinatla bakıya göndərilən ədil isgəndərova tapşırılıb.</Page><Page Number="113">milli dram teatrinda aktyor yaradiciliği (1910-1940)  birinci dərs  bakıda iyirminci əsrin əvvəllərində "nicat", "səfa" və bu kimi teatr truppaları yarandıqca səhnə sənətinin, o cümlədən aktyorluğun peşəkarlıq səciyyələri güclənib. bir sıra həvəskarlar artıq aktyorluğu əsas peşə kimi qəbul ediblər və onu formalaşdırmağa nail ola bilblər. həmin aktyorların içərisində elələri var ki, onların yaradıcılıqlarına xüsusi diqqət yetirmək, oynadıqları rolların mahiyyət və xarakterlərini sistemləşdirmək lazımdır. məhz həmin təhlil prinsipində həm ayrı-ayrı aktyorların yaradıcılıq xüsusiyyətləri üzə çıxır, həm də bütövlükdə milli səhnə sənətimizdə aktyorluq məktəblərinin estetik prinsipləri, poetika göstəriciləri öz təcəssümünü tapır.  mirmahmud kazimovski (1882-1.12.1940)  azərbaycanın ilk peşəkar aktyorlarından olan mirmahmud mirələkbər oğlu kazımovski 1882-ci ildə bakıda doğulub və burada maarifpərvər, teatr xadimi həbib bəy mahmudbəyovun üçsiniflik türk-rus (rus-tatar) məktəbində oxuyub, gələcəyin böyük aktyoru hüseyn ərəblinski ilə dostlaşıblar. bir yerdə səhnəyə ilk dəfə 9 mart 1897-ci ildə müəllimləri sultanməcid qənizadənin hazırladığı "lənkəran xanının vəziri" (mirzə fətəli axundzadə) tamaşasında çıxıblar. həmin gündən başlayaraq cahangir zeynalovun ev tamaşalarında (öz mənzilində göstərilən əsərlərdə) oynamağa başlayıb. sonralar "müsəlman dram artistləri" dəstəsində, əsasən "nicat"ın truppasında və az-az müddətlərdə müxtəlif teatr bölmələrində, həvəskarların dərnəklərində aktyorluq edib. yaradıcılığı bugünkü akademik milli dram teatrı ilə sıx bağlı olan kazımovski iyirminci illərin əvvəllərində bakı türk azad tənqid və təbliğ teatrında işləyib. ömrünün son illərində fəxri təqaüddə olsa da, milli dram teatrının tamaşalarında oynayıb. 1935-ci ildə dərbənddə teatr yaradılmasında iştirak edib. o, "nə qanır, nə qandırır", "vurhavur", "daşım-daşım", "molla cəbi" ("molla cəbi və yaxud kəndxuda"), "cümcümü bəy" "həmşəri mənzili", "yaftuməli" kiçik həcmli dram və vodevillərin müəllifidir. "bakılılar", "kəndlilər", "bismillah" filmlərində epizod rollara çəkilib. 1938-ci il dekabrın 4-də mirmahmud kazımovskiyə azərbaycan respublikasının əməkdar artisti fəxri adı verilib. aktyor 1 dekabr 1940-cı ildə bakıda vəfat edib. mirmahmud kazımovskinin oynadığı çoxsaylı səhnə obrazları arasında ağa bəşir ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), ivan bəy, cahangir bəy və əhməd ("keçmişdə qaçaqlar", "pəhlivanani-zəmanə" və "müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov), mirzə hüseyn və azarlı ("ölülər", cəlil məmmədquluzadə), allalıqulu ("çəkinəçi seyfulla" məhəmmədhəsən həsənov. əsərin adı "pinəçi seyfulla" kimi də yazılıb), nozər ("dəmirçi gavə", şəmsəddin sami), rodriqo, əczaçı ("otello" və "romeo və cülyetta", vilyam şekspir), podpolkovnik ("vətən", namiq kamal), de kastre ("1812-ci il", baxmetov), suxrani ("ağa məhəmməd şah qacar", əbdürrəhim bəy haqverdiyev), molla ("1905-ci ildə", cəfər cabbarlı), piri baba ("qızıl çeşmə", qurban musayev), qurban kişi ("vaqif", səməd vurğun), kolxozçu ("toy", sabit rəhman) epizod rolları daha diqqətçəkəndir.  haciağa abbasov (16.6.1888-7.5.1975)  komik aktyor, fərasətli teatr təşkilatçısı və rəhbəri, ictimai xadim, məlumatlı ziyalı kimi tanınıb sevilən hacıağa mütəllib oğlu abbasov 16 iyun 1888-ci ildə bakının maştağa kəndində müəllim ailəsində doğulub. ibtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində</Page><Page Number="114">alıb və sonra bakıda oxuyub. 1906-1909-cu illərdə petrovsk-portda (indiki mahaçqala) pedaqoji təhsilə yiyələnib. burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə teymurxanşurada (sonra bunyaksk adlandırıldı) teatr açıb. təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə bakıya qayıdıb. balaxanı kəndində mirzə ələkbər sabirlə birlikdə uşaqlara dərs deyib. eyni zamanda "müsəlman artistləri cəmiyyəti"nin, "nicat", "həmiyyət" teatr truppalarının fəal üzvü olub. sonralar "səfa"  cəmiyyətinin teatr truppasında, "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə bugünkü akademik milli dram teatrına üzv olan hacıağa abbasov bir müddət burada çalışıb. həyat və sənət dostu mirzağa əliyevlə birgə 1921-ci il noyabrın 13-də bakı türk azad tənqid və təbliğ teatrını yaradıblar, özü direktor olub. həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında "hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə hacıağa abbasov akademik teatra direktor təyin olunub. bakı teatr məktəbində direktor işləyib (1929-1937). repressiya illərində təqib olunduğuna görə bir müddət orta asiya respublikalarında yaşayıb. səksən yeddi yaşında bakıda dünyasını dəyişib və doğma kəndində torpağa tapşırılıb. əsas rolları: şeyx nəsrulla ("ölülər", mirzə cəlil məmmədquluzadə), mirzə mehdi xan, şamdan bəy ("nadir şah" və "şamdan bəy", nəriman nərimanov), ağa kərim xan, hacı qəmbər ("ağa kərim xan ərdəbili" və "hacı qəmbər", nəcəf bəy vəzirov), molla ibrahimxəlil ("molla ibrahimxəlil kimyagər", mirzə fətəli axundzadə), qubad ("dəmirçi gavə", şəmsəddin sami), osip ("müfəttiş", qoqol), moisey ("yəhudilər", yevgeni çireov). aktyor üzeyir bəy hacıbəyovun "məşədi ibad", "arşın mal alan", "ər və arvad" operettalarında məşədi ibad, soltan bəy, kəblə qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb. sənətdə qazandığı nailiyyətlərə və teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə hacıağa abbasova xalq artisti fəxri adı verilib (1932). hacıağa abbasov 7 may 1975-ci ildə bakıda vəfat edib.  rza darabli (1883 -23.3.1942)  "darablı" onun səhnə təxəllüsüdür. bir müddət tamaşalarda təxəllüsünü "darablinski" yazdırıb. əsasən aktyorluqla, müəyyən illərdə isə rejissorluqla da məşğul olub. 1933-cü ildə azərbaycan respublkasının əməkdar artisti fəxri adı ilə təltif olunub. rza nəcəfəli oğlu hüseynov (darablı) 1883-cü ildə bakıda doğulub. əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən ara-sıra "nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb və üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. rza darablı "nicat", "səfa", "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. üzeyir bəy hacıbəyovun "şah abbas və xurşidbanu" operasındakı məstavər obrazının yaxşı ifaçısı olub. 1919-cü ildən bugünkü milli dram teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib. 1925-1928-ci illərdə moskvada mərkzi teatr sənəti texnikumunda təhsil alıb və yenidən doğma kollektivə qayıdıb. komediya və dram aktyoru rza darablının yaradıcılığını iki dövrə ayırmaq olar: 1919-cu ilə qədərki dövr və ondan sonraki illərdəki fəaliyyəti. birinci dövrdəki əsas rolları: vəli, hambal ("arşın mal alan" və "məşədi ibad", üzeyir bəy hacıbəyov), qacar, həmzə bəy, iblis ("ağa məhəmməd şah qacar", "dağılan tifaq" və "pəri cadu", əbdürrəhim bəy haqverdiyev), məşədi oruc və şeyx nəsrulla ("ölülər", cəlil məmmədquluzadə),</Page><Page Number="115">şamdan bəy, şah təhmasib ("dilin bəlası" və "nadir şah", nəriman nərimanov), tofiq bəy, mustafa paşa, haris ("bakı müharibəsi", "ədirnə fəthi" və "trablis müharibəsi", cəfər cabbarlı), ismayıl bəy və ibrahim ("keçmişdə qaçaqlar", nəcəf bəy vəzirov). teatr dövlət statusu alandan sonra rza darablı daha uğurla ənvər bəy, belokurov, yanardağ, ibad ("yulduz, yaxud trablis müharibəsi", "yaşar", "od gəlini" və "almaz", cəfər cabbarlı), ibn yəmin və iblis, şeyx sənan, knyaz ("iblis", "şeyx sənan" və "knyaz", hüseyn cavid), qəhtan ("dəmirçi gavə", şəmsəddin sami), mixail petroviç ("qaçaq kərəm", vano mçedaşvili), əlimərdan ("eşq və intiqam", süleyman sani axundov), arsini ("nei qülləsinin sirri", aleksandr düma), dərviş abbas ("molla ibrahimxəlil kimyagər", mirzə fətəli axundzadə), ursus ("gülən adam", viktor hüqo), şpigelberq ("qaçaqlar", fridrix şiller), qapral barbaru ("intervensiya", lev slavin), mironov ("özgə uşağı", vasili şkvarkin), usta bəhlul ("şahnamə", canan), məhkəmə sədri ("dubrovski",  aleksandr puşkin),  molla ağabala ("toy", sabit rəhman) rollarını ifa edib. 1940-cı il oktyabrın 24-də pyer bomarşenin "fiqaronun toyu" komediyasında oynadığı antonio rolu rza darablının teatrda son səhnə obrazıdır. səhnə fəaliyyəti ilə yanaşı, bakı teatr məktəbində dərs deyib, filmlərə çəkilib. rza darablı 23 mart 1942-ci ildə bakıda vəfat edib.  panfiliya tanailidi (1891-15.10.1938)  milliyyətcə yunan olan panfiliya nikolayevna tanailidi 1891-ci ildə irəvan xanlığı zəngəzur mahalının basarkeçər kəndində doğulub. ailəsi buraya türkiyənin qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra tiflisə köçüblər. türkcə təmiz danışan panfiliya xanım tiflisdə rus və gürcü dillərini də öyrənib. xüsuci təhsil görməyib. zərif bədəni mütənasib biçimli idi və o, ən müxtəlif ritmli rəqsləri uşaq yaşlarından məharətlə oynayıb. buna görə də on dürd-on beş yaşlarından tiflisin kazyonnı teatr, zubalov adına "xalq evi" kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri müsamirələrdə, müxtəlif həvəskar teatr truppaların hazırladıqları tamaşalarda "zəngəzurskaya" və "sürəyya" təxəllüsləri ilə çıxışlar edib. mustafa mərdanov və mirseyfəddin kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə iranda, türkiyədə qastrollarda tanailidi dram, opera və operetta tamaşalarında oynayıb. bu dövrdə ayrı-ayrı illərdə bakıya gələrək müxtəlif teatr dəstələrinin tərkibində tamaşalarda oynayıb. tiflis dövlət azərbaycan teatrının yaradıcılarından biri də panfiliya tanailidi idi. 1925-ci ildə tiflisdən gəlmiş baş rejissor aleksandr tuqanovun dəvətilə panfiliya tanailidi yenidən milli dram teatrının truppasına daxil olub. panfiliya tanailidi 1919-cu ildə mehriban ("dəmirçi gavə", şəmsəddin sami), şəmsa ("trablis müharibəsi", cəfər cabbarlı), azərbay ("azərbay və can", isa bəy aşurbəyli), 1925-ci ildən sonra isə kəblə fatma ("ölülər", cəlil məmmədquluzadə), emiliya, karvansaraçı, cülyettanın dayəsi ("otello", "şıltaq qızın yumşalması" və "romeo və cülyetta", vilyam şekspir), marqarita, ledi ariyella ("80 gün dünya səyahətində" və "kapitan qrantın uşaqları", jül vern), şamama cadu ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), tükəz ("hacı qara", mirzə fətəli axundzadə), köylü qadın, rübabə, marqo ("topal teymur", "səyavuş" və "knyaz", hüseyn cavid), qəmər xanım ("tələbələrin kələyi", brandon tomas), tamara, böyükxanım, tafta ("oqtay eloğlu", "aydın" və "sevil", cəfər cabbarlı), marri ("tom dayının koması", biçer stou), karoleva anna ("gülən adam", viktor hüqo), amaliya ("qorxu", aleksandr afinogenov), qalçixa "günahsız müqəssirlər", aleksandr ostrovski), nisə xala ("polad qartal", aleksandr korneyçuk), nənə ("göy quş", moris meterlink) rollarını və digər səhnə surətlərini ifa edib. 1937-ci ildə tüğyan edən şəxsiyyətəpərəstiş dövrünün repressiyası panfiliya tanailididən də yan keçməyib. dekabr ayının 15-dən 16-na keçən gecə həbs olunub. dəhşətli və işgəncəli istintaq</Page><Page Number="116">uzun müddət davam edib və aktrisanın güllələnməsi barədə hökm çıxarılıb. şən xasiyyətli, şux zarafatları uə kollektivin rəğbətini qazanmış panfiliya tanailidi 1938-ci il oktyabr ayının 15-də, axşam saat onun yarısında bakıda gullələnib. məzarı yoxdur.   milli dram teatrinda  aktyor yaradiciliği (1910-1940)  ikinci dərs  iyirminci əsrin əvvəllərində bakıda milli antor sənəti iki qol əsasında inkişaf edib. təbii ki, romantik və realist aktyor məktəblərini təmsil edənlərin əksər qismi mənsub olduqları üslubun estetik mahiyyətini, psixoloji-fəlsəfi əsaslarını dərindən, bütün incəlikləri ilə bilmirdilər. bir qrup sənətkarlar isə ilk növbədə fitri istedadlarına arxalanıblar. məhz həmin mənəvi dayaqla yanaşı, şüurlu surətdə yaradıcılıqlarının mahiyyətini təşkil edən, oyun estetikasının prinsiplərini cilalamağa və zənginləşdirməyə səy göstəriblər. beləliklə, bu dərsdə yaradıcılıqları ilə tanış olacağınız səhnə fədailərinin sənətə şüurlu münasibətləri sayəsində romantik və realist aktyor məktəblərinin güclü ənənəsi yaranıb. yaranıb, inkişaf edib, formalaşıb, özünün poetika səciyyələrini müəyyənləşdirib, estetik prinsiplərini təsdiqləyib və qüdrətli bir ənənə kimi bu gün də davam etməkdədir.  * * *  ələkbər hüseynzadə (3.10.1887 - 4.11.1967)  azərbaycan respublikasının əməkdar artisti (1957), stalin mükafatı laureatı (1946) ələkbər hüseyn oğlu hüseynzadə 3 oktyabr 1887-ci ildə bakıda zərgər ailəsində doğulub. beş il mollaxanada oxuyub və sonra rus-tatar məktəbində təhsilini davam etdirib. ilk dəfə səhnə müəllimi səməd bəy hacıəliyevin təşəbbüsü ilə nəcəf bəy vəzirovun quruluşunda "tamahkarlıq düşmən qazanır" (vasaq mədətov) tamaşasında molla cəbi rolunda çixıb. bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən ələkbər hüseynzadə əsasən komediya aktyoru kimi tanınıb. ələkbər hüseynzadə 1913-cü ildə tamaşaya qoyulan "arşın mal alan"da soltan bəyin ilk ifaçısı kimi böyük şöhrət qazanmış və uzun illər həmin rolun ən yaxşı yaradıcısı olmuşdur. "arşın mal alan" filmində də soltan bəy roluna məhz o çəkilib və bu rola görə stalin mükafatına layiq görülüb. aktyor "nicat" və "müdiriyyət" truppalarında dramatik rollarla yanaşı, musiqi əsərlərindən "məşədi ibad"da hambal və məşədi ibad, zülfüqar bəy hacıbəyovun "ər və arvad"ında kəblə qubad rollarını da oynayıb, müxtəlif operalarda da çıxış edib. 1920-ci ilin mayında bugünkü milli dram teatrı yenidən formalaşanda onun truppasına ələkbər hüseynzadə də daxil olub. yaradıcılığı əsasən realizmi, səmimiyyəti və həyatiliyi ilə səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək olar: hacı qara və kərəməli ("hacı qara", mirzə fətəli axundzadə), şeyx nəsrulla və hacı həsən ağa ("ölülər", mirzə cəlil məmmədquluzadə), həsən ("ac həriflər"), hacı fərzəli ("dursunəli və ballıbadı", sultanməcid qənizadə), molla cəbi ("molla cəbi", mirmahmud kazımovski), təlxək və hacı səməd ağa, kərbəlayı bəndəli və mirzə qoşunəli ("pəri cadu" və "bəxtsiz cavan", əbdürrəhim bəy haqverdiyev), hüseynqulu, hacı salman, hacı məmmədhüseyn və məşədi cavad ("dövləti-bisəmər", ismayıl rüstəmbəyov), yolçu, ədhəm xan və şah sultan hüseyn xan ("nadir şah", nəriman nərimanov), isgəndər xan ("ağa kərim xan ərdəbili", nəcəf bəy vəzirov), serqo ("şeyx sənan", hüseyn cavid), zabit və abdulla çavuş ("vətən", namiq kamal), qraf iqnatov ("sultan</Page><Page Number="117">əbdüləzizin xəli", mehdi bəy hacınski), yuhan, saman ("ərmənusə" və "xalid ibn valid", yusif talıbzadə), "boqdan ("tamahkarlıq", əhməd qəmərli), lodoviqo ("otello", vüyam şekspir), molla nəsrəddin ("molla nəsrəddin", qulamrza şərifzadə), əmir ("yezid ibn müaviyyə", mehdi hacıbababəyov - hacınski), türen ("1812-ci il" və yaxud "moskva yanğını", baxmetov), şeyxülislam, ("köhnə türkiyə", rza zaki lətifbəyov), kərbəlayı vəli ("pulsuzluq", ivan turgenevdən təbdil edəni ceyhun hacıbəyli), yuvil ("uriel akosta", karl qutskov), babakişi, hacı əhməd, allahverdi ("sevil", "almaz" və "1905-ci ildə", cəfər cabbarlı). aktyor "arşın mal alan" operettasındakı soltan bəy rolunu opera teatrının və musiqili komediya teatrının quruluşlarında da oynayıb. ələkbər hüseynzadə bakıda sultan muradovun "kəblə xudu", əliağa vahidin "milli meyxana", baba qubinskinin "yeni kupletlər" oyun-məzhəkələrini tamaşaya hazırlayıb. sənətkar 4 noyabr 1967-ci ildə bakıda vəfat edib.  əzizə məmmədova (1892-14.8.1961)  azərbaycan teatrının ilk milli professional aktrisalarından olan əzizə xanım 1892-ci ildə tiflisdə doğulub. atası əbdübağı zülalov dövrünün tanınmış xanəndəsi idi. atasından ilk musiqi təhsili alan əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. həddi-büluğa çatmamış, atası onu şəkili salmana ərə verib. 1908-ci ildə əri vəfat edən əzizə məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan sona hacıyeva ilə tiflisə, atası evinə qayıdıb. ata, qızı və nəvəsi tiflisdə, aşqabadda yaşayıblar və 1919-cu ildə bakıya köçüblər. musiqiyə, incəsənətə coşğun maraq göstərən əzizə xanım tanışları vasitəsilə əvvəl əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət əli bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında bakı türk azad tənqid və təbliğ teatrı təşkil olunanda onun yaradıcılarından mirzağa əliyev və hacıağa abbasov müəyyən səhnə təcrübəsi toplayan əzizə məmmədovanın buraya aktrisa dəvət ediblər. 1923-cü ildə akademik milli dram teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız akademik teatrda çalışıb və 1930-cu il-lərdə qısa müddət yenə türk işçi teatrında (əvvəlki tənqid və təbliğ teatrı) oynayıb. bakı türk işçi teatrında anatoli qlebovun "incə" (zeynəb əkrəmzadə), hacıbaba nəzərli və süleyman rüstəmin "yanğın" (incə qarı), süleyman rüstəmin "qana qan" (səkinə), vladimir kirşonun "küləklər şəhəri" (qadın) tamaşalarında oynayıb. akademik milli dram teatrında oynadığı əsas rollar bunlardır: tükəzban ("vaqif", səməd vurğun), sonanın anası, pəri xanım ("hacı qara" və "lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), cəfər cabbarlının dramlarında gülsüm ("1905-ci ildə"), fatmanisə və xanımnaz ("almaz"), şərəbanı ("yaşar"), gülgəz ("oqtay eloğlu"), güllü ("qardaşlar", rəsul rza), sədaqət xala ("yadigar", islam səfərli), lətifə ("ildırım", cabbar məcnunbəyov), atlasın anası ("həyat", mirzə ibrahimov), luka lukiçin arvadı ("müfəttiş", nikolay qoqol), marfa ("özgə uşağı", vasili şkvarkin), anna ivanovna ("prokurorun qızı", yuri yanovski), terentyevna ("dubrovski", aleksandr puşkin), tokarçuk ("intervensiya", lev slavin), zalxa ("toy", sabit rəhman). əzizə məmmədova "azərbaycanfilm"də istehsal olunan "almaz", "ismət", "hacı qara", "görüş", "yeni horizont", "səhər" filmlərində müxtəlif epizod rollara çəkilib. tamaşaçıların sevimlisi olan aktrisa teatr sənətində göstərdiyi xidmətlərə görə 1 fevral 1936-cı ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. əzizə məmmədova 14 avqust 1961-ci ildə bakıda vəfat edib. kiçik, lakin məlahətli səsi olan əzizə məmmədova səhnə təbiiliyi, koloritli xalq yumoru, çevik improvizə bacarığı ilə realist aktyor məktəbinin səciyyəvi sənətkarlarından biri kimi tarixiləşib. o, öz məlahətli oxusu ilə opera və operettalarda ariozoları, kupletləri ürəyəyatımlı tərzdə oxuyub.</Page><Page Number="118">əbülhəsən anapli (1894-12.2.1921)  azərbaycan teatrının ən görkəmli komiklərindən biri olan əbülhəsən anaplı (məmmədov) 1894-cü ildə qubada doğulub. uşaqlığı bakıda keçən əbülhəsən səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "nicat", "səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, hüseynqulu sarabskinin "müsəlman opera artistləri", "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsində faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə surətləri yaradıb. soyadı bəzi afişa və proqramlarda "anaplinski" kimi də göstərilib. fitrətən güclü yumor keyfiyyətinə malik olan əbülhəsən anaplı dramaturq nəcəf bəy vəzirovun "keçmişdə qaçaqlar" (pirverdi), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (niyaz və əmrah), "dağılan tifaq" (gənc, əbdül və imamverdi), "ac həriflər" (həsən), nəriman nərimanovun "nadir şah" (cavad), cəfər cabbarlının "ədirnə fəthi" (molla hacı), rza zakinin "sultan əbdülhəmidin xəli" (abdulla bəy), mirzəbala məmmədzadənin "bakı uğrunda müharibə və ya nuru paşanın igidliyi" (samson), isa bəy aşurbəylinin "azərbay və can" (ivan), fridrix şillerin "qaçaqlar" (papas), vilyam şekspirin "kral lir" (təlxək), ivan turgenevin "pulsuzluq" (kərbəlayı vəli. əsəri ceyhun hacıbəyli tərcümə-təbdil edib), ismayıl rüstəmbəyovun "dövləti-bisəmər" (abdulla) əsərlərinin tamaşalarında çıxış edib. üzeyir bəy hacıbəyovun "şah abbas və xurşid banu", zülfüqar bəy hacıbəyovun "aşıq qərib" operalarında divanə və güloğlan rollarını oynamış əbülhəsən anaplı "arşın mal alan" və "məşədi ibad" operettalarında vəli ilə hambalın ən populyar ifaçılarından olub. əbülhəsən anaplı azərbaycanın ilk parodiya aktyorlarından biridir. o, sənət dostu rza darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər vermiş, burada faciə aktyorlarından hüseyn ərəblinskinin, abbasmirzə şərifzadənin, komiklərdən mirzağa əliyevin, hacıağa abbasovun, opera ustası hüseynqulu sarabskinin, qadın rollarının mahir ifaçısı əhməd ağdamskinin və başqalarının oyun tərzlərinə maraqlı parodiyalar etmişdir. 1921-ci ilin fevralında əbülhəsən anaplı sənət dostu mir paşa sadıqovla kiçik təbliğat dəstəsi ilə qarabağın keşiş kəndində çıxış edəndən sonra gecə erməni daşnakiarı tərəfindən qətlə yetiriliblər. yaradıcılığı qaravəlli oyun prinsipləri, çevik improvizə bacarığı ilə seçilib. gözəl və məlahətli səsi, zərif plastikası aktyorluq imkanlarına genişlik verib.  rza təhmasib (20.4.1894-14.2.1980)  realist aktyor məktəbinin yetirmələrindən biri də xarakterlər ustası, mürəkkəb, psixoloji, ictimai-sosial zəmini "gizli" obrazları yüksək peşəkarlıqla ifa edən aktyor, teatr və kino rejissoru rza təhmasibdir. rza abbasqulu oğlu 20 aprel 1894-cü ildə naxçıvanda, mədəniyyəti və elmi yüksək qiymətləndirən bir ailədə doğulub. ilk təhsilini naxçıvanda alıb və doğma dillə yanaşı, rus dilini mükəmməl öyrənib. səhnəyə də ilk dəfə 1907-ci ildə məktəbdə hazırlanan nikolay qoqolun "ölü canlar"ında çiçikov rolunda çıxıb. tamaşa rusca oynanılıb. tanınmış tacir olan, türkiyə, iran, irəvan, tiflis... ilə alış-veriş əlaqələri qurmuş abbasqulu bəy 1910-cu ildə oğlunu tiflisə oxumağa yollayıb. gənc rza burada səkkizillik ticarət məktəbinin dördüncü sinifinə daxil olub. az müddətdə tiflisin ədəbi-mədəni həyatı ilə tanış olan rza təhmasib buradakı azərbaycan teatr həvəskarları dərnəyinə üzv yazılıb. təhsil ocağını 1915-ci ildə bitirib və işləmək üçün bakıya göndərilib. o, müxtəlif idarə (kontor) işlərində çalışıb. 1920-ci ilin payızında milli dram teatrına işə götürülüb. milli səhnəmizdə obrazın səhnə təfsirinə (traktovkasma) ciddi yanaşan, sifət ifadələrinin (mimikanın) xarakterin açılmasında mühüm amil olduğunu əyani göstərən aktyorlar arasında</Page><Page Number="119">ilkinlərdən biri də rza təhmasib idi. cəfər cabbarlının tiplər qalereyasında aydın və dövlət bəy ("aydın"), elxan və əbu übeyd ("od gəlini"), balaş ("sevil"), hacı əhməd ("almaz"), imamyar ("yaşar"), general-qubernator ("1905-ci ildə"), mirzə cəlil məmmədquluzadənin ölməz isgəndər və hacı həsən ağa ("ölülər"), hüseyn cavidin iblis və arif ("iblis"), şeyx sənan ("şeyx sənan"), keykavus ("səyavuş"), dəli knyaz ("knyaz"), əbdürrəhim bəy haqverdiyevin fərhad və hacı səməd ağa ("bəxtsiz cavan"), pərviz xan ("köhnə dudman"), nəcəf bəy vəzirovun fəxrəddin və rüstəm bəy ("müsibəti-fəxrəddin"), mirzə ibrahimovun süleyman ("həyat") kimi səhnə personajlarının ifaçıları sırasında mahir xarakterlər aktyoru rza təhmasibin öz yaradıcılıq nailiyyətləri var. onun tərcümə əsərlərində oynadığı rollar silsiləsində bədii ləyaqəti, yumor təbiiliyi, koloritinin dadı-duzu ilə aleksey lunaçarskinin "şahın bərbəri" (aristid), konstantin trenyovun "lyubov yarovaya" (koşkin), aleksandr korneyçukun "31-43" ("donanmanın məhvi". strijen), nikolay qoqolun "müfəttiş" (bələdiyyə rəisi) və maksim qorkinin "həyatın dibində" (aktyor) pyeslərinin tamaşalarındakı obrazları teatr ifaçılıq sənətimizin parlaq səhifələrini təşkil edir. aktyor kimi teatrın aparıcı sənətkarlarından olan rza təhmasib milli dram teatrında rejissorluq da edib. 1930-cu ilin axırlarından isə kino yaradıcılığına keçib. "arşın mal alan" filmi onun ən uğurlu işidir. bu filmə görə stalin mükafatına layiq görülüb. rza təhmasib altmışıncı illərin birinci yarısında azərbaycan teatr cəmiyyətinin (indiki teatr xadimləri ittifaqı) sədri olub. əvvəllər bakı teatr məktəbində, 1946-cı ildən ömrünün sonunadək teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. azərbaycan respublikasının əməkdar incəsənət xadimi (17 iyun 1943) və xalq artisti (29 iyun 1964) fəxri adları ilə təltiflənib. rza təhmasib 14 fevral 1980-ci ildə bakıda vəfat edib və ikinci fəxri xiyabanda dəfn olunub.  ismayil hidayətzadə (19.8.1901-1.11.1951)  aktyor və rejissor 19 avqust 1901-ci ildə bakıda dənizçi ailəsində doğulub. ismayıl hidayətzadənin teatrla ilk tanışlığı meydan və küçə oyun tamaşalarından, dərviş nağıllarından, şəbih mərasimlərindən başlayıb. atası hüseyn kişi onu molla məktəbində təhsilə yollamışdı. kasıb övladı sayıldığı üçün ismayıla "ittihad"da güzəştlə oxumağa izn verilmişdi. 1917-ci ildə atası rəhmətə gedəndən sonra ismayıl təhsildən uzaqlaşmaq məcburiyyətində qalıb və ticarət müəssisələrində pirkeşlik etməyə başlayıb. elə həmin ildən də bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində aktyorluq edib, hətta tamaşalar hazırlayıb. müəllim mirzə rza vaizzadənin "səyavuş" dramını tamaşaya qoyub (1919). bununla da peşəkar teatr dəstələri ilə təması yaranıb. 1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib "dövlət teatrosu" kimi fəaliyyətə başlayanda kollektivin nəzdində ismayıl hidayətzadə də vardı. o, bugünkü milli dram teatrında 1937-ci ilədək aktyor, son iki-üç ildə həm də rejissor işləyib. ismayıl hidayətzadə üzeyir bəy hacıbəyovun "koroğlu" operasının məşqləri ilə bağlı azərbaycan dövlət opera və balet teatrına rejissor ştatına keçib. az sonra kollektivə baş rejissor təyin olunub və ömrünün sonunadək burada çalışıb. ismayıl hidayətzadə sənətə gəldiyi illərdə aktyorların əksəriyyəti kimi özünü faciə aktyoru hüseyn ərəblinskiyə bənzədirdi. cəfər cabbarlının ciddi təhriki ilə ismayıl hidayətzadə xarakter rollar oynamağa keçmiş, "sevil"dəki əbdüləli bəyin ifasında qazandığı sənət nailiyyətindən sonra bu səpkili obrazların əvəzsiz yaradıcısı kimi şöhrətlənmişdi. şərif, mazandaranski, əmiraslan bəy salamov və xosməmməd ("almaz", "1905-ci ildə", "oqtay eloğlu" və "dönüş", cəfər cabbarlı), şvandiya ("lyubov yarovaya", konstantin trenyov), şmaqa ("günahsız müqəssirlər", aleksandr ostrovski), hacı qara ("hacr qara", mirzə fətəli axundzadə), cücə və şakro ("topal teymur" və "knyaz", hüseyn cavid), pyer ("iki yetimə", adolf d'enneri və germon), rəmzi ("tələbələrin</Page><Page Number="120">kələyi", brandon tomas), şeyx nəsrulla ("ölülər", cəlil məmmədquluzadə) baron ("yurdsuz insanlar", maksim qorki) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilib. "almaz" filmində şərif roluna çəkilib. aktyor yaradıcılığına görə azərbaycan respublikasının əməkdar artisti (25 aprel 1933) və rejissor axtarışlarındakı nailiyyətlərinə görə xalq artisti (4 dekabr 1938) fəxri adları ilə təltif olunub. ismayıl hidayətzadə 1 noyabr 1951-ci ildə bakıda vəfat edib. aktyor kimi coşğun ehtirasa, tükənməyən enerjiyə malik idi. səhnədə civə kimi çevik və həssas görünürdü. olduqca qızğın temperamentini obrazın ictimai-sosial xarakterinin, vəziyyətin, geniş mənada tamaşanın ali məqsədinin açılmasma istiqamətləndirməkdə ustaydı. aydın, işıqlı və mənalı gözləri vardı. pauzalarda gözlə məzmunlu, cazibəli və ən əsası, xarakterin təbiətinə uyğun estetik tərzdə oynayır, səhnənin ucqar nöqtəsində də (verilən mizandan asılı olaraq) tamaşaçını cəlb edə bilirdi. oynadığı obrazların hamısına xarakterik sürət-ritm tapmağa çalışırdı. tərcümə əsərlərindəki xarakter rolları oynayanda ilk növbədə həmin obrazların danışığındakı şirəliliyin, koloritin, jarqon deyimlərinin azərbaycanca qarşılığını tapmağa ciddi səy göstərirdi.  * * *  bu dövrün müxtəlif illərində milli dram teatrında yaradıcılıqları müxtəlif üslublar əsasında intişar tapan musa hacızadə, mollağa bəbirli, qəmər topuriya, tamara paşazadə, nəzirə əliyeva, ziba şahtaxtinskaya, bağır cabbarzadə, dadaş şaraplı, məhəmmədhəsən atamalıbəyov, əkbər şəfi, cəvahir hüseynova, fərəc süheyli, şərqiyyə pepinova, əlihüseyn kərimov, fəxrəndə ağazadə, hüseynbala samizadə, rzabala rzayev, əlikövsər yusifov, böyükxanım axundova (qubuşova), əli nəbi (mustafa), 1960-1970-ci illərə qədər truppada çalışan hökümə qasımova, nataliya lizma, hüseyn rafi, sonralar əməkdar artist adı ilə təltif olunan atamoğlan rzayev, qafar həqqi, haşım kələntərli, mirvari novruzova, məcid şamxalov, hacıməmməd qafqazlı, abbas rzayev, qəmər topuriya, sadıq saleh (bağırov), süleyman tağızadə, məmməd sadıqov, fateh fətullayev, cabbar əliyev, ətayə əliyeva kimi aktyorlar vardı.    abbasmirzə şərifzadə (9.3.1891-16.11.1938)  romantik aktyor məktəbinin hüseyn ərəblinskidən sonraki ən ləyaqətli davamçısı görkəmli faciə aktyoru, böyük rejissor, cəfakeş teatr xadimi, kino sənətimizin tərəqqisində müstəsna rolu olan abbasmirzə şərifzadədir. o, 9 mart 1891-ci ildə şamaxıda doğulub və iki yaşında ikən ailəsi bakıya köçüb. atası mirzə rəsul şərifzadə müəllim işləyib, anası fərruxbəyim isə evdar qadın olub. ilk təhsili evdə atasından alan abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar (yəni rus-tünc) məktəbinə daxil olub. üç il burada oxuyan şərifzadə bir ildən sonra üçüncü aleksandr adına kişi gimnaziyasma qəbul edilib. ancaq tutulduğu uşaq xəstəliyi ona təhsilini davam etdirməyə imkan verməyib. böyük qardaşı qulamrza şərifzadənin yanında ticari işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. hüseyn ərəblinskinin oyunu digər həmyaşıdları kimi, abbasmirzəni də məftun edib. get-gedə qəlbində aktyorluq sənətinə böyük maraq oyanan gənc 1908-ci ildə müsəlman dram artistləri dəstəsinin hazırladığı molyerin "zorən təbib" komediyasında lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. bununla taleyini ömürlük səhnəyə bağlayan şərifzadə "nicat", "səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib. aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı "şərifzadə-1" (şərifov), özü "şərifzadə-2" yazılıb.</Page><Page Number="121">1917-ci il 18 oktyabrda kifayət qədər şöhrətlənmiş sənətkar azərbaycan artistlər ittifaqı yaradıb və özü də onun sədri olub. ittifaqda lkiilik aktyorluq kursu yaraddmışdı ki, bu da ilk milli səhnə təhsilimizin qaranquşu sayılır. ittifaqın əsas idarə heyəti "ismailiyyə" binasında yerləşirdi və onların hazırladıqları tamaşaların əksəriyyəti də məhz orada göstərilirdi. 1918-ci ilin mart hadisələrində erməni daşnakları bakını tarmar edəndə "ismailiyyə" binasını da yandırdılar və ittifaq dağıldı. məcburiyyət qarşısında qalan şərifzadə bakını tərk edib volqa çayı boyunca uzunmüddətli qastrola çıxdı. həmin ilin payızında baraya döndü. 1919-cu ildə "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti" dram və opera truppasında baş rejissor işlədi. 1920-ci ilin iyununda bakıdakı bütün teatr dəstələri bir truppada cəmləşərək birləşmiş dövlət teatrosu yaradıldı. buraya rus, gürcü və digər dillərdə fəaliyyət göstərən, o cümlədən bugünkü akademik milli dram teatrı daxil idi. milli teatr 1922-ci ildə ayrılıb müstəqil oldu. 1924-cü ilədək şərifzadə bir neçə dəfə akademik teatra baş rejissor təyin edildi. abbasmirzə şərifzadə iyirminci illərin sonunda qısa müddət bakı türk işçi teatrında (1932) və kino fabrikində işləsə də, 1928-ci ildə opera teatrına baş rejissor təyin olunsa da, onun rejissor, əsasən aktyor yaradıcılığı tiiavasitə milli teatrla bağlıdır. o, azərbaycan səhnə sənətini başqa məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. onun başçılığı ilə aktyorlarımız iranda (1914), aşqabadda (1917), hacıtərxanda (1918), dəfələrlə tiflisdə, batumda, irəvanda... qastrollarda olublar. səssiz kino dövründə "bayquş" filmində xan roluna çəkilmiş şərifzadə "bismillah" (1925), "hacı qara" (1929), "məhəbbət oyunu" (1934) bədii və "azərbaycana səyahət" (1926) sənədli filmlərinə rejissorluq edib. bakı teatr məktəbində aktyor sənətindən dərs deyib. azərbaycan respublikasının əməkdar artisti (19 dekabr 1928) və xalq artisti (1 fevral 1936) fəxri adlarına layiq görülmüş abbasmirzə şərifzadə 1938-ci ilin martında "xalq düşməni" damğası ilə tutulub. şəxsiyyətə pərəstiş dövrünün qurbanı olan sənətkarın güllələnmə ili və günü dəqiq bilinmədiyinə görə bir müddət onun ölümü martdan götürülüb. bəzi mənbələrdə bu tarix 1943-cü ildir. əslində abbasmirzə şərifzadə 16 noyabr 1938-ci ildə güllələnib. əllinci illərdə ölümündən sonra bəraət almış sənətkara 1963-cü ildə təntənəli şəkildə 70 illik yubiley keçirilib. onun adına bakıda küçə var. vaxtilə özü sədr olduğu cəmiyyətin yerləşdiyi aktyor evi abbasmirzə şərifzadənin adını daşıyır. aktyorun mənim verdiyim olum və ölüm tarixi tam dəqiqləşdirilib. aktyorun oynadığı rolları beş qismə bölmək olar: faciə rolları, romantik qəhrəmanlıq obrazları, dramatik psixoloji surətlər, komediya personajları, opera partiyaları. ən parlaq qələbələr qazandığı ifaları faciə rolları olub. cəfər cabbarlının əsərlərində aydın ("aydın"), oqtay ("oqtay eloğlu"), elxan ("od gəlini"), hüseyn cavidin faciələrində iblis ("iblis"), şeyda ("şeyda"), cəlal ("uçurum"), knyaz ("knyaz"), səyavuş ("səyavuş"), vilyam şekspirin eyniadlı pyeslərində hamlet, otello, maqbet, həmçinin nadir şah, ("nadir şah", nəriman nərimanov), qurban, nəcəf bəy, qacar ("pəri cadu", "dağılan tifaq" və "ağa məhəmməd şah qacar", əbdürrəhim bəy haqverdiyev), fəxrəddin ("müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov). ferdinand, karl ("məkr və məhəbbət" və "qaçaqlar", fridrix şiller), seyran ("namus", aleksandr şirvanzadə), buridan ("qanlı qala", aleksandr düma), ənvər bəy ("sultan əbdülhəmidin xəli", rza zaki lətifbəyov), səid bəy ("zülmün səmərəsi", səkinə axundzadə), xosrov ("qara bəla", namiq kamal), barxlay de tolli ("1812-ci il və ya moskva yanğını", baxmetov), uriel akosta ("uriel akosta", karl qutskov) rolları faciə bölumünün ən parlaq nümünələridir. romantik qəhrəmanlıq obrazları: rüstəm, pərviz və gavə ("dəmirçi gavə"), rəcəb və dəmir bəy ("əhdə vəfa", şəmsəddin sami), bestujev ("qəzavat", s.lanskoy), mühənna ("səd ibn vəqqas", mirzə məmməd axundzadə), aslan ("qafqaz çiçəkləri", təbdil edəni abdulla şaiq), islam bəy ("vətən", namiq kamal), tariq ("tariq ibn ziyad", əbdülhəq hamid), söhrab ("söhrab və rüstəm", əhməd qəmərli), qaçaq kərəm ("qaçaq kərəm", vano mçedaşvili), nuşirəvan</Page><Page Number="122">("ənuşirəvani-adil", əbdülrəsul şərifzadə), ərtoğrul, şeyx sənan ("şeyx sənan", hüseyn cavid), gülab ("şahnamə", canan), rayçaran ("hind qızı", əbdülhəq hamid. işçi teatrında), huinplen ("gülən adam", viktor hüqo). dramatik psixoloji surətlər: isgəndər və hacı həsən ağa ("ölülər", mirzə cəlil məmmədquluzadə), dubrovski ("dubrovski", aleksandr puşkin), qaydar ("31-43" və ya "eskadramn məhvi", aleksandr korneyçuk), eyvaz, balaş, ənvər bəy, ramiz, bəhram ("1905-ci ildə", "sevil", "ədirnə fəthi", "trablis müharibəsi" və "solğun çiçəklər", cəfər cabbarlı), osman bəy ("azərbay-can", isa bəy aşurbəyli), insan ("həyati-bəşər", leonid andreyev), əntərə ("əntərə", şükri qazi), əmir əbül üla ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), kral ("şahın bərbəri", anatoli lunaçarski), qoca kəndli ("bayquş", xalid fəxri), baron ("yurdsuz insanlar", maksim qorki), şair kirmani, ixtiyar ("topal teymur" və "iblis", hüseyn cavid), kreçinski ("kreçinskinin toyu", aleksandr suxovokobılin), zer siban ("zaqmuq", anatoli qlebov), zeynal kişi ("axirəzzaman", abbasmirzə şərifzadə və əsəd tahir), maraaron ("inqilabi izdivac", r.lotor), kassio ("otello", vilyam şekspir), şəkib ("cövdət bəy", məhəmməd ehsan), əbdürrəhman ("yezid ibn müaviyyə", mehdi bəy hacıbababəyov - hacınski), abasəli ("pulsuzluq", ivan turgenevdən təbdil edəni ceyhun hacıbəyli), cahangir bəy ("keçmişdə qaçaqlar", nəcəf bəy vəzrov), qrabar ("qara su", m.danilov), eyvaz ("kölgə", seyid hüseyn. işçi teatrında). komediya personajları: bədəl ("hacı qara", mirzə fətəli axundzadə), müştəri ("ac həriflər", əbdürrəhim bəy haqverdiyev), isgəndər bəy, əşrəf bəy ("ağa kərim xan ərdəbili", "hacı qəmbər", nəcəf bəy vəzirov), soldat ("qırt-qırt", vasaq mədətov), niftəli ("daşım-daşım", mirmahmud kazımovski), dursunəli və ağacavad ("dursunəli və ballıbadı" "axşam səbri xeyir olar", sultanməcid qənizadə), əbülhəsən ("bir saatlıq x-lifə", abdulla şaiq), soltan bəy, hambal ("arşın mal alan" və "məşədi ibad", üzeyir bəy hacıbəyov), sevdiməli ("bizim kirayənişin özünü öldürdü", təbdilçi mirzə məmməd axundzadə), xlestakov ("müfəttiş", nikoiay qoqol), don juan ("don juan", molyer), mirzə səməndər ("almaz", cəfər cabbarlı). opera partiyaları: ibn tahir ("şah ismayıl", müslüm maqomayev), padşah ("əsli və kərəm", üzeyir bəy hacıbəyov).  abbasmirzə şərifzadə osmanlı ədibi şəmsəddin saminin "əhdə vəfa", "dəmirçi gavə", mirzə cəlil məmmədquluzadənin "anamın kitabı", "ölülər", təhsin nahidin "hicranlar" nəriman nərimanovun "nadir şah", "dilin bəlası", əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar", "dağılan tifaq", "pəri cadu", mirzə fətəli axundzadənin "hacı qara", namiq kamalın "qaplan paşa", fridrix şillerin "məkr və məhəbbət", "qaçaqlar", hüseyn cavidin "iblis", "şeyx sənan", cəfər cabbarlının "trablis müharibəsi", "aydın", "oqtay eloğlu", süleyman sani axundovun "tamahkar", "laçın yuvası", "eşq və intiqam", nəcəf bəy vəzirovun "pəhlivanani-zəmanə", "müsibəti-fəxrəddin", məmməd səid ordubadinin "dinçilər", xalid fəxrinin "bayquş", mirzə əbdülrəsul şərifzadənin "ənuşirəvani-adil", vano mçedaşvilinin "qaçaq kərəm", əhməd qəmərlinin təbdilində "yusif və züleyxa", mirzəbala məmmədzadənin "bakı uğrunda müharibə", hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla", səkinə axundzadənin təbdilində "lakme"... tamaşalarına, üzeyir bəy hacıbəyovun "leyli və məcnun", "əsli və kərəm", müslüm maqomayevin "şah ismayıl", zülfüqar bəy hacıbəyovun "aşıq qərib" operalarına səhnə quruluşları verib. onun rejissorluq fəaliyyəti ansambl bütövlüyünə meyli, kompozisiya tamlığına cəhd, milli koloriti qabartmaq səyi ilə daha çox səciyyələnir. qüdrətli sənətkar 1919-cu ildə bakıdakı mərkəzi fəhlə klubunda, sonralar fəhlə-kəndli türk dram dərnəyində həvəskarlar dəstəsinə rəhbərlik etmiş, bir sıra tamaşaların quruluşçu rejissoru olmuşdur. abbasmirzə şərifzadənin təşəbbüsü ilə həmin dərnəklərdəki həvəskarların bir çoxu peşəkar aktyorluğa gəlmişlər. ssri xalq artisti mərziyə davudova onun həyat yoldaşı oub. bu ailədə doğulan firəngiz şərifova xalq artistidir və hazırda gənc tamaşaçılar teatrında işləyir.</Page><Page Number="123">abbasmirzənin gur, cingiltili və qəltanlı səsi olub. səsini zil nöqtədə və pıçıltılı danışıqda da sərbəst işlədib, ifadə və ləfzi dəqiq, aydın, sərrast idi. kükrəyib daşan, bir qəlbə sığmayan qızğın ehtirası, bütün tamaşa boyu kökdən düşməyən coşğun temperamenti vardı. poetik teatrın estetik prinsiplərini, poetika xüsusiyyətlərini öz oyununda yüksək səviyyədə təcəssüm etdirdiyinə görə şeyx sənanın, iblisin, səyavuşun, eləcə də hüseyn cavidin digər qəhrəmanlarının ən kamil ifaçılarından sayılır. yumordan "xəsisliklə" istifadə etsə də, komediya rollarında duzlu, məzəli, baxımlı idi. xalq oyun-tamaşa, qaravəlli ifadə vasitələrinə üstünlük verməklə məzhəkə janrının estetik göstəricilərinə daha çox əsaslanırdı. son dərəcə aydın diksiyası, cingiltili səsinin çoxqatlı çalarları, qızğın daxili temperamenti dərin mənası, psixoloji tutumu ilə monumental ifadəlilik kəsb edirdi. bu vəhdətin poetik hüsnü, ecazkar cazibəsi tamaşaçıları coşğun riqqətə gətirirdi. romantik aktyordan tələb olunan bütün yaradıcılıq keyfiyyətlərini yüksək peşəkarlıqla mənimsəmişdi və onları səhnədə yaradıcı sənətkar səxavətilə oyununa məsrəf edirdi. aktyorluq sənətinin elmi-nəzəri əsaslarını yorulmadan öyrənir və əxz etdiyi qənaətləri səhnədə cəsarətlə sınaqdan çıxarırdı. bəzi məqamlarda qrimdən ifrat dərəcədə istifadə etsə də, oyununda, obrazın xarakterini hərəkətlərdə verməkdə buna, yəni qabarıq qrim tipajlığına bəraət qazandırmağa çalışırdı. "hamlet", "otello", "aydın", "şeyx sənan", "iblis" kimi tamaşalarda oynadığı eyniadlı obrazlarla tamaşanın ümumi sürət-ritmi arasında harmonik vəhdət-körpü yaradırdı. abbasmirzə şərifzadənin orta səviyyəli, hətta alınmayan zəif rolları da olub. ancaq aktyor o personajların ifasında da canlı, həyati və səmimi görünüb. abbasmirzə şərifzadə milli romantik aktyor məktəbinin ən parlaq simalarından olan sənət dühasıdır. teatrda milli rejissuranın bərqərar olması uğrunda cəsarətlə mübarizə aparıb.</Page><Page Number="124">ülvi rəcəb  (1903-1938)  milliyyətcə acar olan ülvi rəcəb romantik və realist aktyor məktəblərinin poetika səciyyələrini inamla zənginləşdirən sənətkarlardan biridir. otuz beş illik ömründə və mdt-da on üç illik fəaliyyəti dövründə zəngin yaradıcılıq irsi qoyub getmişdir. ülvi rəcəb 1903-cü ilin yanvarında batum (batumi) yaxınlığındakı canivri kəndində doğulub. atası rəcəb bəy bütün avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynayıb. on altı yaşında atasını itirmiş ülvi təhsilə erkən yaşlarından başlayıb. xalası ilə istanbula gedərək orada təhsil alıb. birinci dünya müharibəsi başlananda ülvi təhsilini ataraq çörəkpulu qazanmaq məcburiyyətində qalıb. 1918-ci ildə, müharibə qurtaranda batuma qayıdıb. həmin il hüseyn ərəblinski geniş repertuarla batumda qastrolda olub. onlar tamaşaları əsasən "artistlər cəmiyyəti"nin zalında oynayırdılar. ülvi "otello" tamaşasma baxıb və ərəblinskinin otellosu onu məftun edib. o, azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub. onların göstərdikləri bir heçə tamaşada epizod rolları oynayıb. gənc teatr həvəskar hətta "arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, soltan bəy rolunda səhnəyə çıxıb. o vaxtdan ülvi rəcəb batumdakı teatrın kollektivinə daxil olub. 1922-ci ildə həmin teatr tiflisə qastrola gəlib. rustaveli teatrında iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfərini yarımçıq saxlayıb. ülvi burada tiflis azərbaycan teatrının yaradıcılarından ibrahim isfahanlı ilə tanış olub. batuma qayıtmayan ülvi rəcəb tiflisdə qalıb və "zubalov evi"ndə fəaliyyət göstərən "azərbaycan uram cəmiyyəti"nə daxil olub. "ölülər" (mirzə cəlil məmmədquluzadə), "dağılan tifaq" (əbdürrəhim bəy haqverdiyev), "aydın" (cəfər cabbarlı) tamaşalarında çıxış edib. az sonra tiflis dövlət azərbaycan dram teatrının kollektivində çalışıb. uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor dramatik, faciə və operetta rollarında eyni uğur və bacarıqla çıxış edib. 1924-cü ilin yayında tiflis azərbaycan teatrının baş rejissoru aleksandr tuqanov hökumətin dəvətilə bakıya, milli dram teatrına çağırılıb. ülvi rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən tuqanov onu da bakıya dəvət edib. ülvi 1925-ci ildən milli dram teatrında işləməyə başlayıb. tezliklə ülvi rəcəb teatrın aparıcı aktyoru abbasmirzə şərifzadə ilə dublyor olub. çoxşaxəli yaradıcılığa malik ülvi rəcəbin ifa etdiyi rolları şərti bölgüyə ayırsaq əsas beş qisının üstündə dayanınış olarıq. qəhrəman obrazları: mixail yarovay ("düşmənlər", konstantin trenyov), səyavuş ("səyavuş", hüseyn cavid), polad qartal ("polad qartal", aleksandr korneyçuk), qüdrət arslan, yaşar ("dönüş" və "yaşar", cəfər cabbarlı). faciə qəhrəmanları: vilyam şekspirin "hamlet" və "otello" əsərlərində hamlet və otello, hüseyn cavidin "knyaz"mda anton, mirzə cəlil məmmədquluzadənin "ölülər"ində isgəndər, cəfər cabbarlının "od gəlini"ndə elxan. aktyor hamlet rolunu həm aleksandr tuqanovun (1926-cı il), həm də sergey mayorovun (1933-cü il) quruluşlarında oynayıb. həmin rolu abbasmirzə şərifzadə kimi təcrübəli aktyor da ifa edib. onun ifası coşğun və çılğın ehtirası, ülvi rəcəbin oyunu isə psixoloji dərinliyi və emosional temperamenti ilə seçilib. ülvinin şahzadəsində filosof düşüncəsinin sanbalı obrazın ifasına əzəməf və siqlət gətirib. dramatik obrazlar: borodin ("qorxu", aleksandr afinogenov), huinplen ("gülən adam", viktor hüqo), jak ("iki yetimə", adolf d'enneri və germon), voronov ("intervensiya", lev slavin), mühəndis eldəniz ("yanar dərə", cabbar məcnunbəyov). ülvi rəcəbin dramatik ifadə vasitələrində güclü müasirlik ruhu və heyranedici reallıq, səmimi təbiilik vardı</Page><Page Number="125">mürəkkəb psixoloji personajlar: aqşin ("od gəlini", cəfər cabbarlı), süleyman ("həyat", mirzə ibrahimov), balaş ("sevil", cəfər cabbarlı. aktyor bu rolu türk işçi teatrında oynayıb), satin ("həyatın dibində", maksim qorki), ninkir sin ("zaqmuq", anatoli qlebov). ülvi rəcəb milli səhnəmizin sırf psixologizm ünsürləri, lirik-emosional ifadə vasitələri ilə səhnədə sücaət göstərən ilk sənətkarlarından olub. bu bacarıq və qabiliyyəti ilə o, romantik oyun üslubu ilə realist ifa tərzi arasında qırılmaz əlaqə bağları yarada bilib. məhəbbət aşiqləri: vilyam şekspirin "romeo və cülyetta", hüseyn cavidin "şeyx sənan" faciələrində romeo və şeyx sənan. belə rollarda ülvi rəcəb səhnəmiz üçün o dövrdə yeni olan poetika xüsusiyyətlərini, estetik ifadə vasitələrini cəsarətlə sınaqdan çıxarıb. o, özünün poetik oyununda lirizmlə psixologizıni ahəngdar cazibədə birləşdirməsi ilə ənənə yaradıb. aktyor bir oyun-üslubdan digərinə çox sərbəstcə, yüksək professionallıqla, janrın poetika-estetika prinsip və ölçülərində keçirdi. onun romeosu təkcə milli dram teatrının deyil, geniş mənada milli səhnə sənətimizin ən parlaq romeosu kimi tarixiləşib. azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsmi qoyan ilkinlərdən biri və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan ülvi rəcəbdir. ülvi rəcəb mdt-da işləyə-işləyə dəvətlə tiflisdə şeyx sənan, yaşar, yarovay rollarını oynayıb. 1931-ci ildə bakı türk işçi teatrının hazırladığı "sevil" tamaşasında ülvi rəcəb balaş rolunu yüksək sənətkarlıqla oynayıb. sevil rolunda onun yöndaşı akademik teatrın aktrisası mərziyə xanım davudova və gülüş obrazında işçi teatrının gənc istedadlarından farma qədri olublar. ülvi rəcəb bakıdakı rus dram teatrında həmin kollektivin hazırladığı "otello" tamaşasında otellonu oynayıb. onun tərəf-müqabilləri b.ilin (yaqo) və a.suvorova (dezdefliona) tanınmış və təcrübəli aktyorların olmasma baxmayaraq, ülvinin oyunu parlaqlığı ilə seçilib. "həyat" (rejissor ədil isgəndərov) tamaşasında oynadığı süleyman rolu ülvi rəcəbin akademik teatrda son işi və son qələbəsi oldu. aktyor ictimai-sosial tutumlu, mürəkkəb psixoloji əsaslı, ikili xarakterli obraz yaratdı. süleyman rolunun uğuru bütövlükdə tamaşanın ideya-bədii tutumunu, fikir dərinliyini, quruluşçu rejissorun ali məqsədini müəyyənləşdirdi. bu tamaşanın premyerasından xeyli müddət sonra ülvi rəcəbi "vətən xaini" damğası ilə tutdular. o, yüzlərlə günahsız qurbanlardan biri kimi faciəli şəkildə güllələndi. teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə ülvi rəcəbə azərbaycan respublikasının əməkdar artisti fəxri adı verilib. ülvi rəcəb milli teatr tariximizdə ilk aktyordur ki, realist-romantik aktyor oyun üslubuna geniş və yaradıcı tərzdə psixoloji dərinlik, lirik ahəng gətirib. ülvi rəcəb nəcib ləyaqətli, saf amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi şövq və məharətlə ifa edib. ülvi rəcəb monumental quruluşlu romantik faciə surətlərinin səhnə təfsirində də həyatdan şirə çəkən poetik realizmə üstünlük verib. ülvi rəcəb cəmimiyyət və məlahət, ürəyəyatımlıq onun ifası üçün səciyyəvi cəhətlər idi. ülvi rəcəb gur və yapışıqlı səsində ürəkoxşayan lirizmn vardı. ülvi rəcəb sifət ifadə vasitələri zəngin, sirayətedici və xarakterik olurdu. ülvi rəcəb öz dövründə psixoloji pauzalardan ustalıqla istifadə edən ən bacarıqlı sənətkar kimi tanınırdı. ülvi rəcəb tərəf-müqabilləri (yöndaşları) ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloji halına uyğun davranmaqda ülvi həmişə nümunə göstərilirdi. ülvi rəcəb ifa etdiyi hər bir personajı dərindən duyan, onun həm məfkurəvi, həm də psixoloji rəsmini dəqiqliklə ölçüb-biçən, ətə-qana gətirən aktyor kimi seçilirdi. o, obrazların daxili dolğunluğuna heyrətamiz coşğunluqla, sadə, ancaq çoxmənalı ştrixlərlə nail olurdu. romantik ruhlu ehtirasa, emosional həssaslığa, dinamik plastikaya malik olan ülvi rəcəb tanrının ona bəxş etdiyi istedadın cövhərli məziyyətləri ilə kifayətlənmirdi. axtarışlar aparır, tapıb</Page><Page Number="126">cilaladığı və oynadığı obrazın mayasma hopdurduğu ifadə vasitələri ilə tamaşaçıları məftun edir, onlara bədii həzz verirdi. ülvi rəcəb janr baxımından rəngarəngliyə, xüsusən mövzu-problem müxtəlifliyinə can atan aktyor idi. ülvü rəcəb 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında bakıda güllələnib.   milli dram teatri  (1938-1960)  teatr 1938-ci ilə baş rejissorsuz qədəm qoyub. yanvar ayının 17-də rza təhmasibin keçən ildən hazırladığı mirzə fətəli axundzadənin "hacı qara" (rəssamlar nüsrət fətullayev və ismayıl axundov, bəstəkar səid rüstəmov. hacı qara - sidqi ruhulla, heydər bəy - ələsgər ələkbərov) komediyasının ilk tamaşası olub. fevralm 16-da ələsgər şərifov dramaturq əbdürrəhimbəy haqverdiyevin "pəri cadu" (tərtibat rəssamı nüsrət fətullayev, geyim rəssamı ismayıl axundov, bəstəkar niyazi. pəri - barat şəkinskaya və sona hacıyeva, qurban - rza əfqanlı və möhsün sənani, hafizə - qəmər topuriya və əzizə məmmədova), martın 26-da ədil isgəndərov gənc cabbar məcnunbəyovun "yanar dərə" (tərtibat rəssamı sergey yefimenko, geyim rəssamı ismayıl axundov, bəstəkar səid rüstəmov. hicran - mərziyə davudova, eldar - sidqi ruhulla), aprelin 28-də ağəli dada şov gürcü ədibi georgi mdivaninin "vətən namusu" ("vətən oğlu". tərcüməçi süleyman rüstəm, rəssam nüsrət fətullayev. yaqor - ələsgər ələkbərov və sidqi ruhulla, natella - mərziyə davudova və nəzirə əliyeva) pyeslərini tamaşaya hazırlayıblar. may ayının 15-də ədil isgəndərov teatra baş rejissor təyin olunub. bu vəzifədə onun ilk işi səməd vurğunun "vaqif" mənzum dramına verdiyi quruluşdur. ilk tamaşası oktyabrın 5-də göstərilən tamaşanın tərtibat rəssamı nüsrət fətullayev, geyim rəssamı ismayıl axundov, bəstəkarı səid rüstəmov olub. əsas rolları ələsgər ələkbərov (vaqif), sidqi ruhulla (qacar), əli qurbanov (vidadi), mustafa mərdanov (vəzir), fatma qədri və mərziyə davudova (xuraman), ağasadıq gəraybəyli (ibrahim xan), möhsün sənani və rza əfqanlı (eldar), abbas rzayev (şeyx alı), dadaş şaraplı (təlxək) oynayıblar. "vaqif" tamaşası böyük uğur qazanıb və teatrın tarixində ən uzunömürlü əsərdir. 1980-ci illərin sonlarına qədər repertuarda qalan tamaşa min dəfədən çox oynanılıb. bu tamaşalardan əlavə, teatr 1938-ci ilin sonuna qədər mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" (15 oktyabr. quruluşçu rejissorlar şəmsi bədəlbəyli və məcid zeynalov, rəssam ismayıl axundov, bəstəkar əfrasiyab bədəlbəyli), mirzə ibrahimovun "madrid" (29 noyabr. quruluşçu rejissor rza təhmasib), imran qasımovun "arzu" (22 dekabr. quruluşçu rejissor ələsgər şərifov, rəssam nüsrət fətullayev) komediya və dramlarını tamaşaya hazırlayıb. ədil isgəndərovun teatra baş rejissor təyin olunması yaradıcılıq iqlimində ciddi dönüşlər yaradıb. teatrın romantik monumental üslubu əsaslı şəkildə formalaşmağa başlayıb. kollektiv 1939-cu ildə aleksandr ostrovskinin "cehizsiz qız" (23 fevral. tərcüməçi ənvər məmmədxanlı, quruluşçu rejissor ələsgər şərifov, rəssam sergey yefimenko. larisa - fatma qədri, krurov - mirzağa əliyev, paratov - rza əfqanlı, karandışev - ismayıl osmanlı), onore de balzakin "ögey ana" (17 aprel. tərcüməçi mikayıl rəfili, qurulşçu rejissor aleksandr tuqanov, rəssam ismayıl axundov. qraf de qranşan - ağasadıq gəraybəyli, gertruda - mərziyə davudova, polina - fatma qədri, kiçik napoleon - barat şəkinskaya), cəfər cabbarlının "od gəlini" (29 sentyabr. quruluşçu rejissor ismayıl hidayətzadə, rəssam fyodor qusak, bəstəkar səid rüstəmov. elxan - ələsgər ələkbərov, aqşin - rza əfqanlı, solmaz - fatma qədri və hökümə qurbanova, əbu übeyd - sidqi ruhulla), mehdi hüseynin "şöhrət" (14 oktyabr. quruluşçu rejissor məcid zeynalov, rəssam ismayıl axundov, bəstəkar əfrasiyab bədəlbəyli), cəlil məmmədquluzadənin "ölülər" (23 oktyabr.</Page><Page Number="127">quruluşçu rejissor şəmsi bədəlbəyli, rəssam ismayıl axundov. şeyx nəsrulla - kazım ziya, isgəndər - ağasadıq gəraybəyli, hacı həsən ağa - əli qurbanov), səməd vurğunun "xanlar" (30 dekabr. quruluşçu rejissor ədil isgəndərov, rəssam nüsrət fətullayev, bəstəkar əfrasiyab bədəlbəyli. xanlar - ələsgər ələkbərov, doktor söhbət - kazım ziya, muxtar bəy - sidqi ruhulla) əsərlərini öz repertuarına daxil edib. bu ilin ən uğurlu tamaşası sabit rəhmanın "toy" komediyası olub. premyerası aprelin 28-də göstərilən tamaşanın quruluşunu rejissor məhərrəm haşımov, bədii tərtibatını rüstəm mustafayev və əsgər abbasov veriblər və musiqisini səid rüstəmov yazıb. əsas rolları mirzağa əliyev (kərəmov), məmmədəli vəlixanlı (mirzə hüseyn), sidqi ruhulla (dəmirçi musa), əzizə məmmədova (zalxa), sona hacıyeva və hökümə qurbanova (zinyət), dadaş şaraplı (şeyda), ətayə əliyeva və sofiya bəsirzadə (kamalə) oynayıblar. teatr 1940-cı ildə ələsgər şərifovun rejissorluğunda nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (18 mart. rəssamlar əsgər abbasov və bədurə əfqanlı), aleksey kaplerin və zlotoqorovanın "lenin" (22 aprel. tərcüməçi mlkayıl rəfili, rəssamlar nüsrət fətuiiayev və ismayıl axundov), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (27 may. rəssam nüsrət fətullayev, bəstəkar niyazi), məmmədhüseyn təhmasibin "bahar" (10 oktyabr. rəssam nüsrət fətullayev, bəstəkar səid rüstəmov), cəfər cabbarlının "oqtay eloğlu" (31 dekabr. rəssam nüsrət fətullayev. oqtay - rza əfqanlı, firəngiz mərziyə davudova), məcid zeynalovun quruluşunda pyer bomarşenin "fiqaronun toyu" (24 oktyabr. tərcüməçi cəfər cabbarlı. qraf almaviva - mirzağa əliyev, fiqaro - möhsün ənani və mustafa mərdanov, suzanna - fatma qədri), ismayıl hidayətzadənin səhnə təfsirində süleyman rüstəmin "qaçaq nəbi" (26 sentyabr. rəssam fyodor qusak. nəbi -ələsgər ələkbərov və rza əfqanlı, həcər - mərziyə davudova, səlim bəy - sidqi ruhulla) pyeslərinin tamaşalarını göstərib. ədil isgəndərov isə cəfər cabbarlının "aydın" faciəsinə (29 iyun) quruluş verib. rəssamı nüsrət fətullayev, geyim eskizlərinin müəllifi bədurə əfqanlı olan tamaşada baş rolları ələsgər ələkbərov (aydın), əminə sultanova (böyükxanım), əjdər sultanov (surxay), mirzağa əliyev (balaxan), qəmər topuriya (susanna), rza əfqanlı (dövlət bəy) ifa ediblər. ədil isgəndərovun baş rejissor olduğu illərdə teatr yüz iyirmidən çox tamaşa hazırlayıb. bunların arasında aşağıdakı tamaşalar kollektivin yaradıcılıq həyatında sənət hadisələri kimi dəyərlidirlər. 23 yanvar 1941. "xoşbəxtlər", sabit rəhman. quruluşçu rejissor ədil isgəndərov və şəmsi bədəlbəyli, rəssam nüsrət fətullayev. əsas rollarda mirzağa əliyev (bərbərzadə), əminə nağıyeva - sultanova (maral), məmmədəli vəlixanlı (mirzə qərənfil), kazım ziya (usta segah) çıxış ediblər. 24 aprel 1941. "kral lir", vilyam şekspir. tərcümə edəni mirzə ibrahimov, quruluşçu rejissor aleksey qripiç, rejissor şəmsi bədəlbəyli, rəssam sergey yefimenko. uğurlu ifalar sidqi ruhullaya və ələsgər ələkbərova (kral lir), fatma qədriyə (reqana), mərziyə davudovaya (qoneriya), barat şəkinskayaya (kordeliya), möhsün sənaniyə (edqar), rza əfqanlıya (edmund) mənsub idi. 6 noyabr 1941. "fərhad və şirin", səməd vurğun. quruluşçu rejissor ədil isgəndərov, rəssam əsgər abbasov, bəstəkar əfrasiyab bədəlbəyli. əsas aktyor nailiyyətlərini ələsgər ələkbərov (fərhad), fatma qədri və mərziyə davudova (şirin), ağasadıq gəraybəyli (xosrov), sidqi ruhulla (şapur), hökümə qurbanova (məryəm) qazanıblar. 20 aprel 1946. "on ikinci gecə", vilyam şekspir. tərcümə edəni mirzə ibrahimov, quruluşçu rejissor mehdi məmmədov, rəssam sergey yefimenko, bəstəkar tofiq quliyev. baş rolları barat şəkinskaya (viola və sezario), əjdər sultanov (orsino), müxlis cənizadə və ismayıl dağıstanlı (sebastian), hökümə qurbanova (oliviya), atamoğlan rzayev (antonio) oynayıblar. 19 iyul 1947. "işıqlı yollar", ilyas əfəndiyev. quruluşçu rejissor ədil isgəndərov, rəssam nüsrət fətullayev, bəstəkar fikrət əmirov. əsas rolları hökümə qurbanova (gülarə), mizağa</Page><Page Number="128">əliyev və əli qurbanov (baba dayı), ismayıl dağıstanlı yelmar), əli zeynalov (səlim) və leyla bədirbəyli (lalə) ifa ediblər. 7 noyabr 1947. "şərqin səhəri", ənvər məmmədxanlı. quruluşçu rejissor ədil isgəndərov, rəssamlar nüsrət fətullayev və bədurə əfqanlı, rəssam səid rüstəmov. quruluşçu rejissor, nüsrət fətullayev. aktyorlardan mirzağa əliyev (nəcəf bəy), kazım ziya (general tomson), sidqi ruhulla (ağalarov), rza əfqanlı (fərhad), mərziyə davudova (gülzar), ismayıl dağıstanlı (kirov) stalin mükafatına layiq görülüblər. 6 may 1949. "otello", vilyam şekspir. tərcüməçi cəfər cabbarlı, quruluşçu rejissor ədil isgəndərov, rəssamlar nüsrət fətullayev və bədurə əfqanlı, bəstəkar qara qarayev. tamaşada ələsgər ələkbərov (otello), barat şəkinskaya (dezdemona), rza əfqanlı (yaqo), fatma qədri (emiliya), əjdər sultanov (kassio) sənət qələbələri qazanıblar. 4 iyun 1949. "solğun çiçəklər", cəfər cabbarlı. quruluşçu rejissor əliheydər ələkbərov, rəssam ismayıl axundov. əbdül - mustafa mərdanov, sara - leyla bədirbəyli, bəhram - əli zeynalov, gülnisə - mərziyə davudova, pəri - məhluqə sadıqova. 31 iyul 1949. "rəqs müəllimi", lope de veqa. tərcüməçi rəsul rza, quruluşçu rejissor mehdi məmmədov, rəssam nüsrət fətullayev, bəstəkar qara qarayev. əsas rolları barat şəkinskaya (florela), əjdər sultanov (aldemaro), fatma qədri (felisiana) və məmmədəli vəlixanlı (belardo) oynayıblar. 4 yanvar 1952. "məzəli hadisə", karlo haldoni. tərcüməçi sabit rəhman, quruluşçu rejissor tofiq kazımov, rəssam bədurə əfqanlı. əsas rolları mustafa mərdanov (filibert), hökümə qurbanova (janniana) və sidqi ruhulla (rikard) ifa ediblər. 20 mart 1953. "türkiyədə", nazim hikmət. tərcüməçi əkbər babayev, quruluşçu rejissor ədil isgəndərov, rəssamlar nüsrət fətullayev və bədurə əfqanlı, bəstəkar cahangir cahangirov. tamaşada teatrın bütün aktyorları iştiran ediblər. 22 oktyabr 1955. "qış nağılı", vilyam şekspir. tərcüməçi tələt əyyubov, quruluşçu rejissor ələsgər şərifov, rəssam nüsrət fətullayev, bəstəkar qara qarayev. hermiona rolunda hökümə qurbanova və avtolik obrazında məmmədəli vəlixanlı böyük qələbələr əldə ediblər. milli dram teatrı 1938-1960-cı illərdə öz fəaliyyətində gənc şair və nasirlərdən səməd vurğunu, imran qasımovu, sabit rəhmanı, mehdi hüseyni, ənvər məmmədxanlmı, süleyman rüstəmi, məmmədhüseyn təhmasibi, ilyas əfəndiyevi dramaturgiyaya şövqləndirib, onların əsərlərini səhnəyə gətirib. həmçinin zeynal xəlilin "intiqam" (1942) və "qatır məmməd" (1945), səttar axundovun "zərif tellər" (1951), rəsul rzanın "vəfa" (1943) və "qardaşlar" (1956), mir cəlalın "mirzə xəyal" (1943), islam səfərlinin "göz həkimi" (1955), "yadigar" (1956) və "ana ürəyi" (1960), adil babayevin "dağlar qızı" (1960) pyeslərinin tamaşalarını öz repertuarına dixil edib. klassiklərimizdən mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (1948 və 1953), "hacı qara" (1955), nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (1940) və "hacı qəmbər" (1955), əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" (1950) və "köhnə dudman" (1950), cəlil məmmədquluzadənin "ölülər" (1948), hüseyn cavidin "şeyx sənan" (1956), cəfər cabbarlının "aydın" (1940), "1905-ci ildə" (1944 və 1955), "sevil" (1944 və 1952), "yaşar" (1947), "od gəlini" (1950), "almaz" (1957) əsərləri yeni quruluşlarda oynanılıb. bu dövrdə teatr tərcümə pyesləri əsasında da maraqlı tamaşalar hazırlayıb. bunlardan mixail lermontovun "iki qardaş" (1941), konstantin simonovun "vətən oğlu" ("bizim şəhərli oğlan". 1941), tur qardaşlarının "gizli döyüş" ("təkbətək döyüş". 1944) və "bir evin sirri" (1949), ceyms qou və arno d'nyussonun "dərin köklər" (1948), aleksandr fadeyevin "gənc qvardiya" (1948), aleksandr ostrovskinin "günahsız müqəssirlər" (1948), anatoli boryanovun "o tayda" (1949), boris lavrenyovun "amerikanın səsi" (1950), hüseyn muxtarovun "ailə namusu" ("allanın ailəsi". 1951), nikolay qoqolun "müfəttiş" (1952), vadim sobkonun "ikinci cəbhə arxasında" (1952), karlo haldoninin "mehmanxana sahibəsi" (1952), lope de veqanın "seviliya ulduzu" (1953),</Page><Page Number="129">maksim qorkinin "vassa jeleznova" (1954), yuri yanovskinin "prokurorun qızı" (1954), aleksandr şteynin "şəxsi iş" (1956), vasili şkvarkinin "özgə uşağı" (1956), nazim hikinətin "qəribə adam" (1956), tsao yuyun "tufan" ("tayfun". 1959), anton çexovun "vanya dayı" (1959), pavel malyarevskinin "daş qartal" (1959), yuri osnos və viktor vinnikovun "hind gözəli" (1959) əsərlərinin tamaşalarını gösfərmək olar. teatrda gənc rejissorlar əliheydər ələkbərov, məcid zeynalov, şəmsi bədəlbəyli, səftər turabov, əşrəf quliyev, nəsir sadıqzadə müstəqil quruluşlar verməyə başlayıblar. gəncə teatrından gəlmiş mehdi məmmədov (1945) və moskva da ali təhsil almış tofiq kazımov (1951) truppaya quruluşçu rejissor götürülüblər. milli dram teatrı 1948-ci ildə moskvada qastrolda olub və 1959-cu ildə azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında iştirak edib. 1948-ci il avqustun 20-dən sentyabrın 5-dək davam edən qastrolda səməd vurğunun "vaqif", ənvər məmmədxanlının "şərqin səhəri", cəfər cabbarlının "1905-ci ildə", vilyam şekspirin "on ikinci gecə", aleksandr ostrovskinin "günahsız müqəssirlər" və "tufan" əsərlərinin tamaşaları göstərilib. dekadanın (22-31 may) repertuarına isə "otello", "almaz", "fərhad və şirin", "iliç buxtası" (cabbar məcnunbəyov) tamaşaları daxil idi. 1948-ci ildə mərziyə davudova, mirzağa əliyev və sidqi ruhulla, 1959-cu ildə ədil isgəndərov ssri xalq artisti fəxri adları ilə təltif olunublar.    ədil isgəndərov  (5.5.1910-18.9.1978)  azərbaycan monumental rejissurasının görkəmli siması, akademik milli dram teatrının aktyor ansamblının formalaşmasında böyük xidmətləri olan rejissor, xarakterik ekran rollarının yaradıcısı ədil rza oğlu isgəndərov 5 may 1910-cu ildə gəncədə doğulub. əsil adı ədil olan sənətkar əksər sənədlərdə rusca deyimə uyğun "adil" kimi təqdim edilib. teatr sənətinə orta məktəbin son siniflərindən maraq göstərib. gəncədəki işçi klubunun dram dərnəyində iştirak edib. bakıda və moskvada tələbə olarkən tətilə gələndə ədil isgəndərov işçi klubunda cəfər cabbarlının "od gəlini", "sevil", aleksandr şirvanzadənin "namus", vano mçedaşvilinin "qaçaq kərəm" pyeslərini həvəskarlarla tamaşaya hazırlayıb. özü həmin tamaşalarda balaş ("sevil"), şəkinski ("oqtay eloğlu"), qaçaq kərəm rollarını oynayıb. ədil isgəndərov 1928-1931-ci illərdə bam teatr məktəbinin rejissor-aktyor şöbəsində təhsil alıb. tələbə ikən milli teatrın tamaşalarında kütləvi səhnələrə çıxıb, epizod rollar oynayıb. bu baxımdan "hacı qara"dakı yasovul obrazı daha maraqlı olub. teatr məktəbini bitirərkən o, dostlaşdığı cəfər cabbarlının tövsiyəsi ilə moskvaya ali təhsil almağa gedib. dövlət teatr sənəti institutunun rejissorluq fakültəsinə daxil olub. tələbəlik illərində moskva bədaye akademik dram teatrında, vaxtanqov teatrında ciddi sənət təcrübələri keçib, zəngin təcrübə toplayıb. son kursda oxuyarkən isgəndərov diplom tamaşası hazırlamaq üçün bakıya göndərilib. akademik teatrda 1935-ci ilin payızında aleksandr korneyçukun "platon kreçet" əsərinin mustafa mərdanov və ülvi rəcəb tərəfindən "polad qartal" adı ilə təbdil edilmiş variantının məşqlərinə başlayıb. tamaşanın premyerası 3 yanvar 1936-cı ildə oynanılıb. rejissorun ilk müstəqil işi əla qiymətləndirilib. yenidən moskvaya qayıdan ədil isgəndərov iyun ayında təhsilini başa vuraraq akademik milli dram teatrına təyinat alıb. teatra sıravi rejissor götürülən ədil isgəndərov 1937-ci ildə xeyli müddət baş rejissor vəzifəsində əvəzedici-icraçı olub. 15 may 1938-ci ildə isə akademik teatra baş rejissor təyin edilib. bir müddət sonra baş rejissor vəzifəsi bədii rəhbər vəzifəsi ilə əvəzlənib və həmin kreslonu tutan ədil isgəndərov 1954-cü ildə həm də teatrın direktoru kimi fəaliyyətə başlayıb. teatrda böyük</Page><Page Number="130">islahatlar aparan, güclü kollektiv formalaşdıran, zəngin və əlvan repertuar quran ədil isgəndərov gözlənilmədən 22 oktyabr 1960-cı ildə həm tutduğu vəzifələrdən, həm də ümumiyyətlə teatrdan uzaqlaşdırılıb. riyakar intriqanın güdazına gedən ədil isgəndərovu müdrik çağında, yaradıcılıq üslubunun yüksək peşəkarlıq səviyyəsində formalaşdığı əlli yaşında teatrdan uzaqlaşdırmaq milli mədəniyyətimizə, təbii ki, ilk növbədə akademik milli dram teatrına ciddi zərbə vurdu. monumental romantik-realist teatr məktəbini formalaşdıran ədil isgəndərov milli dram teatrının səhnəsində mirzə ibrahimovun "həyat" (1937 və 1954), "məhəbbət" (1942), cabbar məcnunbəyovun "yanar dərə" (1938), "iliç buxtası" (ələsgər şərifovla birgə. 1958), səməd vurğunun "vaqif" (1938), "xanlar" (1939), "fərhad və şirin" (1941), cəfər cabbarlının "aydın" (1940), "1905-ci ildə" (1955), "dönüş" (1960), sabit rəhmanın "xoşbəxtlər" (şəmsi bədəlbəyli ilə birgə. 1941), "nişanlı qız" (1953), mehdi hüseynin "nizami" (1942), "cavanşir" (1957), rəsul rzanın "vəfa" (ələsgər şərifovla birgə. 1943), məmməd səid ordubadinin "dumanlı təbriz" (ələsgər şərifovla birgə. 1945), ənvər məmmədxanlının "şərqin səhəri" (1947), "od içində" (1951), ilyas əfəndiyevin "işıqlı yollar" (1947), "bahar suları" (1948), vilyam şekspirin "otello" (1949), aleksandr şirvanzadənin "namus" (1952), nazim hikmətin "türkiyədə" (1953), hüseyn cavidin "şeyx sənan" (ələsgər şərifovla birgə. 1956), adil babayevin "cəfər cabbarlı qəhrəmanları arasında", (ələsgər şərifov və əliheydər ələkbərovla birgə.  1960), islam səfərlinin "ana ürəyi" (1960) pyeslərinə quruluşlar verib. 1959-cu ildə akademik teatr moskvaya azərbaycan incəsənəti dekadasma gedəndə ədil isgəndərov "otello" və "fərhad və şirin" tamaşalarına ciddi şəkildə əl gəzdirib, əsas ifaçıları dəyişdirib. müəyyən kompozisiya dəyişiklikləri aparıb. aktyor ansamblına bəzi ifaçılar əlavə edilməklə hər iki tamaşa premyera kimi təqdim olunub. azərbaycan dövlət opera və balet teatrında reynqold qlierin "şahsənəm" (1938), azərbaycan dövlət rus dram teatrında səməd vurğunun "vaqif", bakı erməni dövlət dram teatrında mirzə ibrahimovun "həyat", cəfər cabbarlının "1905-ci ildə" əsərlərini tamaşaya hazırlayıb. onun yazdığı "partizan məmməd" (sabit rəhmanla birgə) pyesi gənc tamaşaçılar teatrında, "dağlar qoynunda" komediyası (bəstəkar əşrəf abbasov) musiqili komediya teatrında oynanılıb. ədil isgəndərov 1937-ci ildən bakı teatr məktəbində, sonralar isə azərbaycan dövlət teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib, neçə-neçə kursa rəhbərlik edib. 1956-cı ildən professor idi. azərbaycan ssr ali sovetinin dördüncü və beşinci çağırış deputatı olub. teatrdan uzaqlaşdırılandan sonra "azərbaycanfilm" kinostudiyasında sıravi rejissor işləmiş, 1966-1974-cü illərdə oranın direktoru olmuşdur. özü "əhməd haradadır?" kinokomediyasının ekran rejissorudur. kino sənətimizin inciləri sayılan "yeddi oğul istərəm", "nəsimi" kimi filmlər məhz onun direktor olduğu dövrdə çəkilib. görkəmli rejissor çoxlu filmə çəkilib. onların içərisində "uzaq sahillərdə" (rosselini), "qara daşlar" (xəlilov), "qanun naminə" (kamilov), "dərviş parisi dağıdır" (hatəmxan ağa), "məşədi ibad" (qoçu), "axırıncı aşırım" (kərbəlayı), "arxadan vurulan zərbə" (prokuror), "26-lar" (eser nümayəndəsi), "romeo mənim qonşumdur" (professor) filmlərindəki müxtəlif səpkili rolları bədii dəyəri, ifadə vasitələrinin orijinallığı, aktyor oyun üslubunun estetik gözəlliyi ilə daha uğurlu ekran nailiyyətləridir. ədil isgəndərov "şərqin səhəri" (ənvər məmmədxanlı) tamaşasındakı rejissor işinə görə 1948-ci ildə stalin mükafatı (sonralar "ssri dövlət mükafatı" adlandırıldı) ilə təltif olunub. görkəmli teatr xadimi böyük sənət nailiyyətlərinə görə azərbaycan respublikasının əməkdar incəsənət xadimi (4 dekabr 1938), xalq artisti (17 iyun 1943) və ssri xalq artisti (9 iyun 1959) fəxri adlarına layiq görülüb. ədil rza oğlu isgəndərov 18 sentyabr 1978-ci ildə bakıda vəfat edib. məzarı ikinci fəxri xiyabandadır.</Page><Page Number="131">ədil isgəndərov milli dram teatrında güclü kollektiv formalaşdırmaqla və aşağıdakı yenilikləri gətirməklə özünün rejissorluq məktəbini yaradıb. ədil isgəndərov milli teatrda aktyorun səhnədə suflyora möhtac olmasma birdəfəlik son qoydu. ədil isgəndərov ayrılıqda hər aktyorun, bütövlükdə ansamblın yaradıcılıq qüdrətini səhnədə özlərinə tanıtdı. ədil isgəndərov rus, geniş şəkildə qərbi avropa teatrı köklərindən şirələnmiş sənət ocağına güclü milli ruh aşıladı. alınma teatr estetikasının və xalq oyun-tamaşalarının üzvi vəhdətini yaratdı, onların qovuşuğundan yaranan poetikanın estetik göstəricilərinin əsasını qoydu. ədil isgəndərov dünyada, əsasən rusiyada mövcud olan mütərəqqi aktyor sənəti nəzəriyyələrinin toplusundan hasil olan sistem yaradaraq onu cəsarətlə akademik teatrdakı səhnə ustalarımızın rol üzərində işlərinə şamil etdi. ədil isgəndərov teatrın canlı fəaliyyət orqanizınındə (məşqdə, tamaşanın gedişində, qastrol səfərlərində və sairə) ciddi nizam-intizam yaratdı. ədil isgəndərov teatrın ətrafında səməd vurğun, mehdi hüseyn, sabit rəhman, ənvər məmmədxanlı, ilyas əfəndiyev kimi güclü müəlliflər "ordusu" topladı. "ədil isgəndərov teatrı" ifadəsinin elmi-nəzəri əsasında duran canlı teatrın səmərəli fəaiiyyətinə nail oldu. ədil isgəndərov həmin məktəbin güclü aktyor heyətini tərbiyə edib yetişdirdi. məsələn, ələsgər ələkbərov, hökümə qurbanova, rza əfqanlı, leyla bədirbəyli, məlik dadaşov, əjdər sultanov, həsənağa salayev... bütövlükdə azərbaycanın bütün səhnə sənətinə örnək olan milli dram teatrını akademik səviyyəyə qaldırdı. "akademik" adını həm mənəvi, həm də rəsmi (16 dekabr 1959) təsdiqləməklə kollektivin şöhrətini keçmiş ssri respublikaları arasında ən yüksək yerlərdən birinə ucaltdı. ədil isgəndərovun baş rejissorluğu dövründə gənc milli rejissor kadrlarına ciddi quruluşlar etibar edildi, get-gedə güclü rejissor kollektivi formalaşdı. şəmsi bədəlbəyliyə, məcid zeynalova, səftər turabova, əliheydər ələkbərova, ağəli dadaşova, əşrəf quliyevə müstəqil quruluşlar həvalə olundu. özünün bədii rəhbərliyi dövründə rəssamlardan nüsrət fətullayevi, ismayıl axundovu, əsgər abbasovu, kazım kazımzadəni, bədurə əfqanlını, sadıq şərifzadəni, bəstəkarlardan qara qarayevi, niyazini, soltan hacıbəyovu, səid rüstəmovu, fikrət əmirovu, cahangir cahangirovu, zakir bağırovu, elmira nəzirovanı teatr həyatı ilə sıx bağladı. ədil isgəndərov milli teatr tariximizdə yeganə rejissordur ki, onun quruluş verdiyi "vaqif" tamaşası min dəfədən (mininci tamaşa 31 may 1977-ci ildə oynanıb), "fərhad və şirin" 450 dəfədən, "xoşbəxtlər" 350 dəfədən çox səhnədə göstərilib. azərbaycan kino sənətinin milli kadrlarla təminatında (rejissor, operator, ssenariçi) ədil isgəndərov böyük işlər gördü. milli aktyorlarımızın filmlərə daha çox çəkilmələri üçün ciddi inzibati və yaradıcılıq işləri görməklə yanaşı, əsaslı reformalar apardı. dünya şöhrətli klassik sənətkarlarımızın, qəhrəmanlarımızın obrazlarının səhnədə və ekranda canlanmasında, klassik əsərlərimizin ekranlaşmasında da ədil isgəndərov səmərəli islahatlar aparıb. ədil isgəndərovun rejissor poetikasının ən başlıca prinsiplərindən biri o idi ki, bu düha götürdüyü pyesdəki mürəkkəb xarakterlərə aktyor axtarışı "ağrısını" çəkmirdi. o, həm yaradıcılıqlarına, həm də insani xüsusiyyətlərinə dərindən bələd olduğu aktyorlara, onların potensial güclərinə bab gələ bilən repertuar qururdu, truppanın gücünə uyğun pyesə müraciət edirdi. ədil isgəndərova qədər heç bir rejissor truppadakı öncül aktyorlar üçün üç, beş, hətta yeddi illik yaradıcılıq plan-prospektinin işlək və estetik mexanizmini yaratmamışdı. istər ələsgər ələkbərov, istər rza əfqanlı, istər hökümə qurbanova üçün zirvəyə aparan sənət qələbələri pilləsinin möhtəşəm, fundamental özülünü məhz ədil isgəndərov qoyub.</Page><Page Number="132">milli dram teatrinda aktyor yaradiciliği  (1925-1965)  birinci dərs  milli teatrımızın institusional mədəniyyətin faktına çevrilməsi bütövlükdə səhnə sənətinin yeni-yeni inkişaf mərhələlərinə zəmin yaradıb. tamaşa üçün vacib olan komponentlər, teatr sənətinin əsas atributlarını təşkil edən peşələr (səhnəqrafiya, butaforiya, əlbəsə, rekvizit, işıq, müxtəlif texnika və texnologiyalar) inkişaf etməyə başlayıb. eyni zamanda təsisatlı teatrın qüdrətli sənətkarları, ilk növbədə aktyorlar, rejissorlar, teatr rəssamları və teatr bəstəkarları yetişiblər. bu sürətli yetişmə mərhələsində daha qabarıq nəzərə çarpan aktyor sənəti olub. sənətə yeni gələn, ali ixtisas təhsil almış milli rejissor kadrlarımız milli dram teatrının janr və üslub xüsusiyyətlərini müəyyənləşdirdikcə, yeni estetik oyun-üslublu aktyorlar da formalaşıblar. formalaşdıqca da hərnin aktyorların yaradıcılıqları örnəyə çevrilib və bu gün fərdi sənət məktəbi kimi qəbul olunurlar. 1923-cü ildə bakıda azərbaycan dövlət teatr məktəbi açılıb. üç il sonra bu məktəbin ilk məzunları mdt-da və türk işçi və kəndli teatrında işləməyə göndəriliblər. tələbələr təhsil ala-ala dövlət teatrlarının tamaşalarında iştirak ediblər. buna görə də mdt-nın rəhbərliyi teatrın yaradıcılıq üslubuna yaxın olan bacarıqlı gəncləri əvvəlcə sınaq müddətinə truppaya qəbul edib. sınaqdan uğurla çıxanlar isə teatrın aktyor ştatında yer tutublar.  * * *  mustafa mərdanov (28.2.1894- 8.12.1968)  milli komediya teatrımızın nadir istedad sahibi, görkəmli teatr xadimi, gözəl tərcüməçi, xeyirxah insan mustafa haşım oğlu mərdanov 28 fevral 1894-cü ildə gürcüstanın tiflis şəhərində tanınmış ailədə doğulub. atası hacı haşım şəhərdə və xüsusən azərbaycanlıların gur yaşadıqları "şeytanbazar" məhəlləsində sayılıb-seçilən adam idi. elmə böyük nıaraq göstərən mustafa ilk təhsilini mollaxanada alıb. sonra tiflisdəki 3-cü gimnaziyanı bitirib (1905-1916). o, dostları ibrahim isfahanlı və nadir ibrahimovla sultanməcid qənizadənin təbdilində "xor-xor" vodevilini tamaşaya hazırlayıb. 28 fevral 1909-cu ildə qonşuları kaşiyevin zirzəmisində göstərilən tamaşada özü seyfulla rolunu ifa edib. 1910-cu ildən isə gimnaziyada təhsil almaqla yanaşı, tiflis "müsəlman dram aktyorları" heyətinə daxil olub. burada çoxlu rol oynayıb, irana və türkiyəyə qastrollara gedib. 1921-ci ildə o, tiflis dövlət azərbaycan dram teatrında direktor və aktyor kimi çalışıb. 1922-1924-cü illərdə moskvada teatr sənəti institutunda aktyor təhsili alıb. 1924-cü ilin yayından ömrünün sonuna qədər milli dram teatrında aktyorluq edib, realist aktyor məktəbinin parlaq simalarından olan mustafa mərdanovun zəngin yaradıcılığını dörd qismə ayırmaq olar: dramatik rollar, psixoloji-xarakterik obrazlar, əsasən komik personajlar və müxtəlif səpkili tərcümə surətləri. aktyor romantik-monumental tamaşalarda oynadığı rolları da realist səpkidə ifa edib. onun rollar qalereyası bədii təravəti, ifa bütövlüyü, aktyor səmimiyyəti ilə seçilib. parlaq yaradıcılıq nailiyyətlərinin az bir qismi bunlardır: əbdül, imamverdi ("solğun çiçəklər" və "1905-ci ildə", cəfər cabbarlı), hacı qara, xan ("hacı qara" və "lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), vəzir ("vaqif", səməd vurğun), mindilli ("nişanlı qız", sabit rəhman), həsənov, alışov ("həyat" və "kəndçi qızı", mirzə ibrahimov), malvolio, loğman-poloni, rodriqo, kapuletti ("on ikinci gecə", "hamlet", "otello" və "romeo və cülyetta", vilyam şekspir), hofmarşal ("məkr və məhəbbət", fridrix şiller), fiqaro ("fiqaronun toyu", pyer bomarşe), filibert,</Page><Page Number="133">markiz forlipopoli ("məzəli hadisə" və "mehmanxana sahibəsi", karlo haldoni), robinzon, şmaqa ("cehizsiz qız" və "günahsız müqəssirlər", aleksandr ostrovski), luka ("həyatın dibində", maksim qorki), jorj danden, sqanarel, jordan ("jorj danden", "don juan" və "bağa qınını bəyənməz", jan batist molyer), dando, bob ("80 gün dünya səyahəti" və "kapitan qrantın uşaqları", jül vern), xlestakov ("müfəttiş, nikolay qoqol). mustafa mərdanov teatr fəaliyyəti ilə yanaşı, çoxlu bədii filmə çəkilib. ümumilikdə üç yüzə yaxın səhnə obrazı ifa etmiş mustafa mərdanov 1935-ci ildə azərbaycan respublikasının əməkdar artisti və 17 iyun 1943-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. mustafa mərdanov 1962- 1968-ci illərdə azərbaycan teatr cəmiyyətinin (bugünkü teatr xadimləri ittifaqı) sədri olub. ittifaqın və aktyor evinin hazırda xaqani küçəsi, 10-da yerləşən binası mustafa mərdanovla zəfər nemətovun zəhməti və səyləri hesabına hasilə gəlib. 8 dekabr 1868-ci ildə bakıda vəfat edən mustafa mərdanov fəxri xiyabanda dəfn olunub. mustafa mərdanov tipik xarakterlər yaratmağın ustası idi. rolları cazibədar, duzlu və ən əsası, yapışıqlı idi. milli koloritə xüsusi fikir verirdi. fransız, rus, italyan... xalqlarının folklorunu dərindən bildiyi üçün həmin əsərlərdə rol oynayanda o millətin meydan tamaşalarının yumor estetikasından bacarıqla barınırdı. obrazın ictimai və sosial mənşəyini koloritli boyalarla rəsm edirdi.  kazim ziya (213.1896-20.1956)  səlist səhnə danışığı, aydın və məftunedici diksiyası, yüksək səhnə mədəniyyəti, dərin mütaliəsi, geniş dünyagörüşü, müəllimlik məharəti ilə işlədiyi bütün teatrlarda kollektivin böyük rəğbətini qazanmış kazım ziyanın zəngin yaradıcılığı öz dəyər və mənası ilə milli teatr sənətimizin parlaq səhifələrini təşkil edir. kazım ziya hələ gənc yaşlarından səhnədə azərbaycan dilinin aydın və dəqiq tələffüzü uğrunda mübarizə aparmış, nöqsanlara qarşı barışmaz olmuşdur. kazım cəfər oğlu kazımzadə (kazım ziya) 21 mart 1896-cı ildə azərbaycanın ordubad rayonundakı yuxarı əylis kəndində doğulub. yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. sonralar rus və fransız dillərini də mənimsəyib. gələcəyin sənətkarı 1911-ci ildə əmisi hüseynin ailəsi ilə bakıya köçüb. o, 1912-ci ilin payızında burada "ittihad" iran gimnaziyasma daxil olub. bir il sonra kazım məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə hüseyn ərəblinski başda olmaqla teatr fədailəri "ittihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. bununla da kazım ziyanın taleyinin sənət seçimi qətiləşib. həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib. kazım ziya milli dram teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. arada bir il naxçıvana gedib. orada dövlət teatrının formalaşmasında ciddi çalışan kazım ziya 1925-ci ildə yenidən bakıya qayıdaraq bakı türk işçi və kəndli teatrının truppasına daxil olub. bakı türk işçi teatrı 1933-cü ildə gəncəyə köçəndə kazım ziya da doğma kollektivdən ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək tiflisdə və irəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə bakıya gələrək milli dram teatrının formalaşıb şöhrətlənmiş truppasına daxil olub. səhnə səmimiyyəti və yüksək intellektuallığı ilə seçilən kazım ziyanın milli dram teatrında yaratdığı əsas rollar bunlardır: arif, dərviş ("iblis" və "şeyx sənan", hüseyn cavid), vaqif söhbət ("vaqif" və "xanlar", səməd vurğun), surxay, usta segah ("toy" və "xoşbəxtlər", sabit rəhman), piri baba ("eşq və intiqam", süleyman sani axundov), şeyx nəsrulla ("ölülər", cəlil məmmədquluzadə), imamyar, xaspolad ("yaşar" və "oqtay eloğlu", cəfər cabbarlı), mirzə həbib, xan ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), dmitri petroviç ("iki qardaş", mixail lermontov), general tomson ("şərqin səhəri", ənvər məmmədxanlı), sərdar eldarov ("son gülən", kondrat krapiva), baturin ("o tayda", anatoli boryanov), kastenov ("bir evin sirri", tur qardaşları).</Page><Page Number="134">"bismillah", "səbuhi" filmlərinə çəkilən kazım ziya lev tolstoyun "canlı meyit", henri ibsenin "cəmiyyət sütunları", vadim sobkonun "ikinci cəbhə arxasında", aleksandr dümanın "qanlı qala" ("nel qülləsinin sirri") pyeslərini və digər dramları dilimizə tərcümə edib. kazım ziya 17 iyun 1943-cü ildə əməkdar artist olmadan birbaşa azərbaycan respublikasının xalq artisti fəxri adına layiq görülüb. o, 1948-ci ildə "şərqin səhəri" (ənvər məmmədxanlı) tamaşasının bir qrup yaradıcı heyəti ilə birgə tomson roluna görə stalin mükafatı laureatı olub. faciə, məhəbbət qəhrəmanlarını, "partlayan" gülüşlü komediya obrazlarını, birrəngli rəsm edilmiş tipik xeyirxah insan obrazlarını oynamış kazım ziya mürəkkəb səciyyəli xarakterik rollarda əsil sənət qələbələri qazanıb. səhnədə müəyyən mürəkkəb vəziyyətlərdə təqdim olunan obrazların pyesdə göstərilməyən "məişət tərzinin", keçdiyi həyat mərhələlərinin nəzəri-estetik, fəlsəfi-psixoloji fəaliyyət xəttini, dramatik ideya yükünü müəyyənləşdirməyə cəhd göstərən və surətin indisini həmın prizmadan işıqlandırmağa çalışan aktyor idi. ifa etdiyi transız, ingilis, türk, rus... obrazların ictimai-sosial mənşəyinə əsaslanaraq rolun bədii məntiqinə uyğun əda, davranış tərzi, geyim-qrim görkəmi, mimika ifadə vasitələri tapırdı. görkəmli sənətkar 20 noyabr 1956-cı ildə bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub.    ağasadiq gəraybəyli (15.3.1897-5.12.1988)  xarakterlər aktyoru ağasadıq gəraybəylinin sənəti realizm prinsiplərindən şirələnmiş, onun tələbləri zəminində inkişaf etmiş, yetişib formalaşmışdır. aktyor faciə, komediya, dram rollarını eyni məharətlə oynayıb. romantik səpkili tamaşalarda böyük nailiyyətlər qazanıb. gəraybəyli (gəraybəyov) teatr tariximizdə 80 il səhnədə obraz yaradan yeganə sənətkardır. ağasadıq ağəli oğlu 15 mart 1897-ci ildə şamaxıda doğulub, ancaq körpə yaşlarından ailəsi bakıya köçüb. o, burada azərbaycan-rus məktəbində təhsil alıb. 1908-ci ildə hüseyn ərəblinskinin truppasında rejissor köməkçisi olan qardaşı ağaların təşəbbüsü ilə ilk dəfə səhnəyə çıxıb. 1916-cı ildə politexnik məktəbinə daxil olub və tələbəlik illərində "nicat", "səfa" cəmiyyətlərinin teatr truppalarında epizod rollar oynayıb. 1920-ci ilin mayında milli dram teatrının yeni təşkil olunan truppasına götürülüb. 1921-1932-ci illərdə müəyyən fasilələrlə bakı türk azad tənqid və təbliğ teatrında işləyib. opera və operetta tamaşalarında da rollar oynayıb. yaradıcılığı geniş diapazonlu ağasadıq gəraybəyli respublikanın əməkdar artisti (1 fevral 1936) və xalq artisti (4 may 1940) fəxri adları ilə təltiflənib. altıncı çağırış azərbaycan ssr ali sovetinin deputatı olub. ağasadıq gəraybəyli 5 dekabr 1988-ci ildə bakıda vəfat edib. məzarı ikinci fəxri xiyabandadır. faciə rolları: ibn yəmin və ixtiyar, əfrasiyab, alp arslan ("iblis", "səyavuş" və "xəyyam", hüseyn cavid), şveytser, prezident ("qaçaqlar" və "məkr və məhəbbət", fridrix şiller), aginski ("dəhşətli röya", herhart hauptman), altunbay ("od gəlini", cəfər cabbarlı), lorenso ("romeo və cülyetta", vilyam şekspir), simon renar ("mariya tüdor", viktor hüqo), niyaz ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), knyaz abrezkov ("canlı meyit", lev tolstoy), hacı mədinə ("dəli yığıncağı", cəlil məmmədquluzadə), antoni anderson ("şeytanın şagirdi" bernard şou). komik rolları: şəkinski ("oqtay eloğlu", cəfər cabbarlı), əsgər bəy və naçalnik, xan ("hacı qara" və "lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), dəmirçi musa, nəsirov, əliqulu, mindilli ("toy", "xoşbəxtlər", "əliqulu evlənir" və "nişanlı qız", sabit rəhman), ser tobi ("on ikinci gecə", vilyam şekspir), vasya dayı ("nazirin xanımı", branislav nuşiç), vano pantiaşvili ("xanuma", avksenti saqareli), qraf albofiorita ("mehmanxana sahibəsi", karlo haldoni), anton antonoviç ("müfəttiş", nikolay qoqol), tebano ("rəqs müəllimi", lope de veqa).</Page><Page Number="135">dramatik rolları: nazim paşa, dövlət bəy, salamov və general-qubernator ("ədirnə fəthi", "aydın" və "1905-ci il-də", cəfər cabbarlı), satin ("yurdsuz insanlar", maksim qorki), jak ("iki yetimə", adolf d'enneri və germon), andreyev ("özgə uşağı", vasili şkvarkin), murov, paratov ("günahsız müqəssirlər" və "cehizsiz qız", aleksandr ostrovski), qraf de qranşan ("ögey ana", onore de balzak), xosrov, ibrahim xan, hans ("fərhad və şirin", "vaqif" və "insan", səməd vurğun), aleksandr ("iki qardaş", mixail lermontov), vasilyev, nəcəf, qoca knyaz ("işıqlı yollar", "bahar suları" və "xurşidbanu natəvan", ilyas əfəndiyev). ağasadıq gəraybəylinin kino yaradıcılığı 1920-ci ildən başlayıb. "o olmasın, bu olsun" və "bəxtiyar" filmlərindəki rüstəm bəy və ağabala surətləri daha geniş tamaşaçı rəğbəti qazanmışdır. ağasadıq gəraybəyli təbiətən ehtiraslı aktyor idi. iradəcə zəif, süst xarakterli obrazları ifa edəndə də sənətkarın tükənməz enerjisi, daxili ehtirası aktyor oyununda öz təcəssümünü tapırdı. obrazın xarakterindən asılı olaraq, öz ifasında surətin tələb etdiyi xeyirxahlıq və mənsəbpərəstlik, sadəlik və xudbinlik, qəhrəmanlıq və qorxaqlıq, prinsipiallıq və bürokratlıq; vətənsevərlik və riyakarlıq kimi bir-birinə zidd, təzadlı cəhətləri emosional bədiiliklə yoğurub aydınlıqla tamaşaçılara çatdırırdı.  əli qurbanov (20.6.1898-4.10.1962)  yaradıcılığı tiflis dövlət azərbaycan dram teatrı və akademik milli dram teatrı ilə sıx bağlı olan əli mirzəli oğlu qurbanov 20 iyun 1898-ci ildə tiflisdə dünyaya göz açıb. atası dəmir yolunda fəhlə işləyib, anası zinyət (aktyor möhsün sənaninin xalası) mollalıq edib. əli bir neçə il məktəb təhsili almış, saz və tar çalmağı öyrənmişdi. əli qurbanov 1915-ci ildə özündən iki yaş kiçik xalası oğlu möhsün sənaninin təşkil etdiyi üzeyir bəy hacıbəyovun "o olmasın, bu olsun" əsərinin tamaşasında rüstəm bəy obrazını oynayıb. bundan sonra "ibrət" və "ittihad" truppalarında, sonra dövlət teatrında fəaliyyət göstərib. 1925-ci ilin ikinci yarısında milli dram teatrının kollektivinə çağırıb. ömrünün sonunadək burada işləyib. aktyor amdt-da milli dramaturqlarımızdan səməd vurğunun "vaqif" (vidadi), "xanlar" (əzizbəyov), azər baba ("fərhad və şirin"), ənvər məmmədxanlının "şərqin səhəri" (sərdar),  mirzə  ibrahimovun  "məhəbbət"  (əhmədi-biqəm), "həyat" (qurban və cəlal), ilyas əfəndiyevin "bahar suları" (mədət), süleyman sani axundovun "eşq və intiqam" (piri baba), süleyman rüstəmin "qaçaq nəbi" (alı kişi), hüseyn cavidin "səyavuş", "şeyx sənan" (piran və keşiş), məmməd səid ordubadinin "dumanlı təbriz" (cavad ağa), mehdi hü-seynin "nizami" (qivami), mirzə fətəli axundzadənin "hacı qara" (əsgər bəy), dünya klassiklərindən vilyam şekspirin "hamlet" (klavdi), "otello" (brabansio), "qış nağılı" (qoca çoban), "kral lir" (qloster), aleksandr puşkinin "dubrov-ski" (arxip), aleksandr ostrovskinin "tufan" (kuliqin), jül vernin "kapitan qrantın uşaqları" (ayriton), viktor hüqonun "gülən  adam" (lord mounten), jan batist molyerin "skapenin kələkləri" (jeront), nazim hikmətin "türkiyədə" (aşıq hicrani) əsərlərinin tamaşalarında müxtəlif xarakterli rollar oynayıb. aktyor həm də "azərbaycanfilm" kinostudiyasında müxtəlif filmlərə çəkilib. əli qurbanov 4 dekabr 1938-ci ildə azərbaycan respublikasının əməkdar artisti, 4 may 1940-cı ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. aktyor 4 oktyabr 1962-ci ildə bakıda vəfat edib. əli qurbanov ehtirası, daxili imkanları yumşaq ifadə vasitələri üzərində köklənmiş, xarakter etibarı ilə dramatik personajlara meyilli, obrazın zahiri rəsmindən daha çox insani mahiyyətinə diqqət yetirən aktyor idi.</Page><Page Number="136">milli dram teatrinda aktyor yaradiciliği  (1925-1965)  ikinci dərs  məmmədəli vəlixanli (13.3.1899-12.4.1969)  teatr sənətinə marağı uşaq vaxtlarında gördüyü dini şəbih tamaşalarından, "qaravəlli", "kosa-kosa" məzhəkəli xalq oyunlarından oyanan məmmədəli hacı heydər oğlu heydərzadə (vəlixanlı) 13 mart 1899-cu ildə bakının fatmayı kəndində doğulub. baqqallıqla məşğul olan atası onu "səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbə qoyub. həmin dövrdə azərbaycan realist aktyor məktəbinin banisi cahangir zeynalov "səfa"nın teatr truppasında əsas simalardan biri idi. o, 1912-ci ildə quruluş verdiyi mirzə fətəli axundzadənin "hacı qara" komediyasının tamaşasında bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən məmmədəliyə tapşırıb. bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb. 1920-ci ildə milli dram teatrının xor heyətinə işə qəbul olunub. həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. işə başladığı ilk illərdə "leyli və məcnun", "əsli və kərəm", "şah ismayıl" operalarında xorda oxuyan vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. məmmədəli vəlixanlı teatrda işləyə-işləyə bakı teatr texnikumunda təhsilini davam etdirib (1927-1930). otuzuncu illərin sonlarında realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan məmmədəli vəlixanlı mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (mirzə həbib), nəcəf bəy vəzirovun "hacı qəmbər" (hacı qəmbər), sabit rəhmanın "xoşbəxtlər", "əliqulu evlənir" və "nişanlı qız" (mirzə qərənfil, mindilli, xəlil), mirzə ibrahimovun "həyat" (pardon qurbanəli), nikolay qoqolun "müfəttiş" (osip) komediyalarında öz ifası ilə silınməz izlər qoyub. faciə və dramatik janrda yazılmış hüseyn cavidin "səyavuş" (kosa), vilyam şekspirin "qış nağılı" (avtolik), "on ikinci gecə" (ser endri), "maqbet" (qapıçı), mehdi hüseynin "cavanşir" (saran), konstantin trenyovun bizdə "düşmənlər" adıyla oynanmış "lyubov yarovaya" (pikalov), aleksandr ostrovskinin "cehizsiz qız" (robinzon), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (əmrah), fridrix şillerin "qaçaqlar" (vurm), səməd vurğunun "xanlar" (araq şəmistan), imran qasımov və həsən seyidbəylinin "uzaq sahillərdə" (rosselini), brandon tomasın "tələbələrin kələyi" (əli), boris lavrenyovun "amerikanın səsi" (skundirell), süleyman rüstəmin "qaçaq nəbi" (mürsəl kişi), məmməd səid ordubadinin "dumanlı təbriz" (dərviş) pyeslərinin səhnə təfsirlərində son dərəcə şirin, duzlu və koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. teatr sənətimizin inkişafındakı xidmətlərinə görə azərbaycan respublikasının əməkdar artisti (4 dekabr 1938) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. məmmədəli vəlixanlı sabit rəhmanın "əliqulu evlənir" tamaşasının premyerasından (9 mart 1961-ci il) az müddət sonra qəfildən iflic xəstəliyinə düçar olub. altmış iki yaşlı sənətkar bir daha səhnəyə çıxmadan 12 aprel 1969-cu ildə dünyasını dəyişib. məzarı bakıda ikinci fəxri xiyabandadır. məmmədəli vəlixanlı milli xarakter yaratmaqda, xalq teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə mahir ustad idi. hərəkətlərindəki, jestlərindəki, sifət ifadələrindəki aktyorluq boyaları zəngin və əlvan idi. məsələ təkcə bununla bitmirdi, çünki vəlixanlı hər bir obrazı fərdi xarakter kimi götürür, onu konkret tarixin, mühitin, ictimai təbəqənin təmsilçisi prizmasından tamaşaçılara təqdim edirdi. onun çox orijinal, yapışıqlı və mütləq təbəssüm doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı. yumor və satiranın ölçü-əndazələrini səhnədə dəqiq həssaslıqla gözləyə bilirdi.</Page><Page Number="137">rza əfqanli (15.5.1899- 9.11.1973)  romantik aktyor məktəbinin nümayəndəsi, ciddi və xeyirxah, saf qəlbli və sadə həyat tərzli obrazların ifasında ən uğurlu nailiyyətlər qazanan aktyorlardan öndə duranların biri də azərbaycan respublikasının xalq artisti rza əfqanlıdır. ifa etdiyi əsərin orijinal və ya tərcümə olmasından, xüsusən ona tapşırılmış rolun böyük, ya kiçikliyindən asılı olmayaraq, aktyor həmişə ilk növbədə bitkin və xarakterik səhnə obrazı yaratınağa çalışıb. rza rüstəm oğlu cəfərzadə (rza əfqanlı) 1899-cu il mayın 15-də iran azərbaycanının sərab şəhərində doğulub. iki yaşında olarkən atası rüstəm kişi vəfat edib. rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında bakıya gəlib. 1916-cı ildə pyatiqorska gedib və orada çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə bakıya dönən rza əfqanlı əvvəl sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə akademik teatrın aktyoru xəlil hüseynovun təşəbbüsü ilə mərkəzi dövlət səyyar teatrında işləməyə başlayıb.1923-cü ildə milli dram teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə bakı teatr məktəbini bitirib. 1929-cu ildə görkəmli rejissor və aktyor ibrahim isfahanlının dəvəti ilə tiflis azərbaycan dövlət teatrında işləməyə gedib. 1933-1934-cü il teatr mövsümündə türkmənistan respublikasının paytaxtı aşqabaddakı "az millətlər teatrı"nda ("natsmen" teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə milli dram teatrının kollektivinə qayıdıb. rza əfqanlı müxtəlif illərdə əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar" (tavad orbeliani), "köhnə dudman" (bədəl), "baba yurdunda" (isgəndərzadə), "pəri cadu" (qurban), "dağılan tifaq" (nəcəf bəy), cəfər cabbarlının "od gəlini" (rəbi, aqşin və elxan), "oqtay eloğlu" (oqtay), "sevil" (balaş və əbdüləli bəy), "1905-ci ildə"  (general-qubernator), "aydın" (dövlət bəy), vilyam şekspirin "otello" (yaqo), "hamlet" (horatsio), "kral lir" (edmund), hüseyn cavidin "knyaz" (anton), "şeyx sənan" (platon və şeyx sənan), aleksandr suxovo-kobılinin "kreçinskinin toyu" (nelfin), viktor hüqonun "gülən adam" (lord devid), şəmsəddin saminin "dəmirçi gavə" (gavə), konstantin trenyovun "düşmənlər" (vixor yarovay), aleksandr şirvanzadənin "namus" (seyran), səməd vurğunun "vaqif" (eldar), "fərhad və şirin" (fərhad və xosrov), nazim hikmətin "türkiyədə" (hüseyn), mehdi hüseynin "nizami" (nizami), aleksandr ostrovskinin "cehizsiz qız" (paratov), abdulla şaiqin "nüşabə" (isgəndər), nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (rüstəm bəy) əsərlərinin tamaşalarında ifa etdiyi rollar janr əlvanlığı, estetik zənginliyi ilə xarakterikdir. eyni dövrdə yaşadığı sənətkarlar kimi, rza əfqanlının da yaradıcılığında kino rolları ayrıca mərhələdir. o, 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) rza əfqanlı bir müddət sumqayıt dövlət dram teatrında aktyorluq edib. rza əfqanlının rollarında realizmdən şirələnən romantik vüsət, poetik cazibədarlıq vardı. zəhmli baxışları, sərt və ifadəli sifət cizgiləri ürəyəyatımlı idi, aktyor onları obrazın bədii siqlətinə uyğun tərzdə istiqamətləndirirdi. janrından asılı olmayaraq, bütün tamaşalarda obrazın fərdi xarakterini, konfliktdə daşıdığı yükü bütövlükdə tamaşanın ali məqsədinin məhvərində təcəssüm etdirirdi. romantik zəmində formalaşan rza əfqanlı realist obrazları da şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayırdı və bununla da öz üslübuna yeni səpki təravəti verirdi. həyat yoldaşı tanınmış teatr rəssamı bədurə xanım əfqanlı idi. aktyor 1938-ci il dekabrın 4-də azərbaycan respublikasının əməkdar, 1943-cü il iyulun 17-də xalq artisti fəxri adları ilə təltif edilib. 1948-ci ildə "şərqin səhəri" (ənvər məmmədxanlı) tamaşasındakı fərhad roluna görə stalin mükafatına layiq görülüb. rza əfqanlı 9 noyabr 1973-cü ildə bakıda vəfat edib.  yeva olenskaya (1900-19.5.1959)</Page><Page Number="138">azərbaycan səhnəsində çıxış edən milliyyətcə rus aktrisaları arasında dili çox yaxşı bilən, birbaşa respublikanın xalq artisti adına layiq görülən (21 iyul 1949), ömrünün sonunadək səhnədən ayrılmayan, uzun illər "yeva xanım" imzası ilə çıxış edən yeva (yevgeniya) nikitiçna olenskayadır. 1900-cu ildə qubada doğulmuş yeva xanım azərbaycan dilini uşaqlıqdan öyrənmişdi. iyirminci əsrin əvvəllərində (1907) ailəsi bakıya köçən yevanın böyük bacısı aleksandra (şura) olenskaya müxtəlif azərbaycan teatr truppalarında aktrisalıq edirdi. onun səyi və təşəbbüsü ilə yeva ilk dəfə 13 yaşında səhnəyə çıxıb və taleyini ömürlük teatr sənətiylə bağlayıb. yaradıcılığa başladığı ilk illərdən "nicat", "səfa" truppalarının, "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti" opera və dram dəstəsinin hazırladıqları tamaşalarda oynayıb. yeva olenskaya 1922-ci ilin axırlarından 1925-ci ilin əvvəllərinədək bakı türk azad tənqid və təbliğ teatrında işləyib və sonra yenə milli dram teatrının kollektivinə qayıdaraq otuz dörd il sərasər bu səhnədə çıxış edib. yeva xanım həm milli dramaturgiya nümunələrində, həm də tərcümə əsərlərinin tamaşalarında dramatik, faciə, komik və xarakterik rollar yaradıb. pyesləri tamaşaya qoyulan klassik və çağdaş azərbaycan dramaturqlarından mirzə fətəli axundzadənin "hacı qara" (sona və teybə), "lənkəran xanının vəziri" (şölə xanım), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (şamama), "köhnə dudman" (pərviz xanın qızı), "dağılan tifaq" (nazlı), cəfər cabbarlının "almaz" (xanımnaz və yaxşı), "oqtay eloğlu" (gülgəz), "sevil" (tafta və gülüş), "od gəlini" (solmaz), "yaşar" (tanya), səməd vurğunun "vaqif" (hərəmxana qarısı), "fərhad və şirin" (məhmənə banu), süleyman sani axundovun "eşq və intiqam" (yasəmən və qəmər), hüseyn cavidin "afət"  (altunsaç),  "şeyx sənan" (tamara-xumar), "iblis" (xavər), "knyaz" (lena), cəlil məmmədquluzadənin "ölülər" (zeynəb və nazlı) əsərlərinin tamaşalarında uğurlar qazanıb. dünya ədiblərindən vilyam şekspirin "hamlet" (ofeliya), "romeo və cülyetta" (cülyettanın dayəsi), fridrix şillerin "məkr və məhəbbət" (millerin arvadı), "qaçaqlar" (amaliya), onore de balzakin "ögey ana" (marqarita), biçer stounun "tom dayının koması" (eliza), jül vernin "80 gün dünya səyahətində" (aoda), "kapitan qrantın uşaqları" (elmina), viktor hüqonun "gülən adam" (dea), aleksandr ostrovskinin "günahsız müqəssirlər" (arxipovna), aleksandr fadeyevin "gənc qvardiya" (vera nənə), tur qardaşlarının "bir evin sirri" (erna kurtsius), karlo haldoninin "mehmanxana sahibəsi" (ortenziya), nazim hikmətin "türkiyədə" (tərcüməçi), yuri yanovskinin "prokurorun qızı" (leokadiya lvovna), aleksandr şteynin "şəxsi iş" (derqaçova) əsərlərinin tamaşalarındakı rolları maraqlıdır. yeva xanım dramatik obrazların ifasında sözləri xüsusi psixoloji intonasiyalarla söyləyirdi, tələffüzü aydın və qrammatik cəhətdən dəqiq səslənirdi. xarakterik nənə, yaşlı qadın, ağbirçək kənd adamı obrazlarını xüsusi şövq və məlahətlə, zərif, yumşaq boyalarla oynayırdı. yeva olenskaya 19 may 1959-cu ildə bakıda vəfat edib.  möhsün sənani (19.6.1900-11.2.1981)  yaradıcılıq palitrası rəngarəng, aktyor ampluası çoxşaxəli olan, əlvan xarakterlər toplusunun salnaməsini yaradan möhsün sadıq oğlu cəfərov (sənani) 19 iyun 1900-cu ildə tiflis şəhərinin şeytanbazar məhəlləsində doğulub. bura o dövrdə azərbaycanlıların sıx yaşadıqları yer idi. möhsün valideynlərini çox erkən itirib və nənəsinin himayəsinə keçib. 1906-cı ildən mədrəsədə təhsil almağa başlayıb. 1908-ci ildə nənəsi də dünyasını dəyişib və o, xalası zinyətin evinə gəlib. xalq artisti əli qurbanovun anası olan zinyət xanım da çox kasıb dolandığından möhsün 1909-cu ildən şeytanbazarda gündəlik çörəkpulu qazanınaq üçün müxtəlif buyruqlara gedir, hər cür ağır işin qulpundan yapışırdı. şirin və məlahətli səsi olan möhsün sənani 1911-ci ildə məhərrəmlik ayında göstərilən şəbih tamaşalarında "qasım otağı" epizodunda çıxış edib. "hicaz" muğamı üstündə oxuduğu mərsiyə-</Page><Page Number="139">qəsidənin xoş sədası məhəlləyə yayılıb. tiflis şəhərində azərbaycanlıların həvəskar teatr truppasının məşhur aktyoru mirzəxan quliyev onu şagird və yeniyetmələrin dram dərnəyinə dəvət edib. 1914-cü ilin axırlarında aktyorluğa ciddi maraq göstərən, səylə çalışan möhsün sənani taleyini ömürlük səhnə sənətinə bağlayıb. 1915-1919-cu illər arasında tiflisdə azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalarda iştirak edən möhsün sənani 1919-cu ilin iyununda bakıya gəlib. bir qədər həvəskar aktyor kimi çıxış edib və sonra dövlət teatrının truppasına qəbul olunub. möhsün sənani milli dram teatrında işləməklə yanaşı, 1927-1930-cu illərdə bakı türe işçi teatrında hazırlanan bir sıra tamaşalarda da oynayıb. möhsün sənaninin yaradıcılığında iki üslub xüsusilə formalaşıb. ifadə vasitələri müxtəlif, janr-estetika prinsipləri fərqli olsa da, aktyor onları özünün fərdi üslubunun poetika bütövlüyündə ustalıqla birləşdirirdi. sənani dramatik obrazları tamaşanın mövzu-problematikasından, janr təyinindən asılı olaraq taciə, psixoloji, bəzən lirik-psixoloji, publisist notlarda kökləyib oynayırdı. buna aşağıdakı rolları misal göstərmək olar. isgəndər, mirbağır ağa və məşədi oruc ("ölülər", cəlil məmmədquluzadə), yuri ("iki qardaş", mixail lermontov), nəbi ("qaçaq nəbi"), mehdi-mixaylo ("uzaq sahillərdə", imran qasımov və həsən seyidbəyli), qatır məmməd ("qatır məmməd", zeynal xəlil), edqar,  molkolm ("kral lir" və "maqbet", vilyam şekspir), vano quliaşvili ("vətən oğlu", konstantin simonov), eldar ("vaqif", səməd vurğun), gərşivəz ("səyavuş", hüseyn cavid), zavyalov ("çiçəklər yolu", valentin katayev), surxay ("aydın", cəfər cabbarlı), ferdinand ("ögey ana", onore de balzak), sergey tulenin ("gənc qvardiya", aleksandr fadeyev), xanınurad ("bahar suları", ilyas əfəndiyev), şərif, dövlət bəy, xosməmməd ("almaz", "aydın" və "dönüş", cəfər cabbarlı), vano dayı ("darıxma, ana!", nodar dumbadze), heydər bəy və teymur ağa ("hacı qara" və "lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), skapen ("skapenin kələkləri", jan batist molyer), fiqaro ("fiqaronun toyu",  pyer bomarşe), kavaler ripafratta ("mehmanxana sahibəsi", karlo haldoni), həsənağa ("göz həkimi", islam səfərli). möhsün sənaninin yaradıcılığında "azərbaycanfilm"də istehsal olunmuş kinolarda oynadığı rollar xüsusi yer tutur. aktyorun çəkildiyi səssiz və səsli, ağ-qara və rəngli filmlərdəki rollarının ən məşhuru eldar ("kəndlilər". 1939) və qoçu əsgər ("o olmasın, bu olsun". 1956) obrazlarıdır. möhsün sənaninin geniş aktyor diapazonu olub. bir sıra tamaşalarda mahnıları şövq və məlahətlə oxuyub. təbii yumoru, güclü özgələşmə bacarığı, rəngarəng sifət ifadə vasitələri, koloritli danışıq tərzi olan möhsün sənani realist aktyor məktəbinin layiqli nümayəndələrindən biridir. aktyorun yumor istedadının güclü cazibə qüvvəsi vardı və bu məhrəmlik onun öz tamaşaçı qüvvəsini yetişdirmiş, onları sənətkarın istedadına, səhnəyə hər çıxışma məhəbbət ruhunda kökləmişdi. möhsün sənani azərbaycan respublikasının əməkdar artisti (17 iyun 1943) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. möhsün sənani 11 fevral 1981-ci ildə bakıda vəfat edib və ikinci fəxri xiyabanda dəfn olunub.  * * *  bu dövrün 1940-1950-ci illərində teatrın truppasına sonralar xalq artisti və əməkdar artist fəxri adlarını alan əminə sultanova (nağıyeva), imamverdi bağırov, sadıq hüseynov, müxlis cənizadə, muxtar maniyev, bürcəli əsgərov, aktyorlar səadət zülfüqarova, seyfəli mehrəlioğlu, fatma kərimova, nadir rzayev, eldəniz zeynalov, şövkət rzayeva, mustafa süleymanov, əfrasiyab məmmədov, məmmədəli əliyev, osman həqqi, əmənulla rəsulov, leyla rzayeva, yusif isgəndərov, arif namazəliyev, afiqə yolçuyeva (kazımova), bir müddət işləyəndən sonra</Page><Page Number="140">rejissor sənətinə keçən ağakişi kazımov, əşrəf quliyev, nəsir sadıqzadə, məmmədkamal kazımov kimi bacarıqlı gənclər götürülüblər.   milli dram teatrinda  aktyor yaradiciliği  (1925-1965)  üçüncü dərs  nataliya lizina (1892-1957)  əcnəbi millətdən olub azərbaycan teatr sənətinə xidmət edən aktrisalardan biri də nataliya lizinadır. səhnəyə qədəm basdığı ilk illərdə soyadı afişalarda "lizinaya" klmi də yazılıb. 1940-cı illərin proqramlarında nataliya lizina (ismayılova) kimi təqdim olunub. cəfakeş aktrisa idi. əsasən ikinci dərəcəli obrazlar və psixoloji, tipik personajları ifa edib. azərbaycanca danışığı aydın, ifadəli və yumşaq idi. romantik və pafoslu danışıq tərzindən qaçır, oynadığı səhnə surətlərinin realist təsvirinə çalışırdı. nataliya davıdovna lizina (ismayılova) 1892-ci ildə tiflisdə ziyalı rus ailəsində doğulub. qadın gimnaziyasında təhsil alıb. gimnaziyada gürcü dilini öyrənən nataliya lizina müxtəlif millətlərin yaşadıqları qaynar həyatlı məhəllələrində əsasən azərbaycanlı ailələri ilə ünsiyyət saxlayırdı. buna görə azəri türkcəsində təmiz danışa bilirdi. səhnəyə ilk dəfə 1908-ci ildə tiflisdə çıxıb. 1914-cü ilin yazında ailələri bakıya köçüb. tiflisdə hüseyn ərəblinski, sidqi ruhulla, əbülfət vəli, hüseynqulu sarabski, xəlil hüseynov ilə tanış olan nataliya xanım "nicat" cəmiyyətinin teatr truppasına daxil olub. o, paralel olaraq "səfa" dəstəsinin də hazırladığı tamaşalarda iştirak edib. 1917-1919-cu illərdə "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti", "müsəlman artistləri ittifaqı" truppalarında da fəal iştirak edib. hətta arada tiflisə gedərək yerli dəstələrin tamaşalarında rollar oynayıb. 1920-ci il iyun ayının 1-də bugünkü akademik milli dram teatrı dövlət kollektivi kimi yenidən təşkil olunanda nataliya lizina truppaya qəbul edilib. arada bakı azad tənqid və təbliğ teatrının tamaşalarına  dəvət alan aktrisa 1927-1929-cu illərdə türk işçi teatrının kollektivində çalışıb və bu sənət ocağının səhnəsində xeyli rol ifa edib. 1929-cu ildə aktrisa yenidən akademik teatrın truppasına qəbul olunub. nataliya lizina 1914-cü ildən milli dram teatrının əsasını təşkil edən truppalarda və 1920-ci ildən dövlət statusu alan kollektivdə oynadığı əsas rollar bunlardır: mələk xanım ("müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov), hafizə, sona xanım ("pəri cadu" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), inci ("şamdan bəy", nəriman nərimanov), emiliya, sinyora montekki ("otello" və "romeo və cülyetta, vilyam şekspir), mehri ("dəmirçi gavə", şəmsəddin sami), olqa, tamara, gültəkin, tafta, xanımnaz, tükəzban ("bakı müharibəsi", "oqtay eloğlu", "aydın" "sevil", "almaz", və "yaşar", cəfər cabbarlı), kərbəlayı fatma, zəhra bəyim ("ölülər" və "anamın kitabı", cəlil məmmədquluzadə), rəbiyyə ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), ziba xanım, tükəz ("lənkəran xanının vəziri" və "hacı qara", mirzə fətəli axundzadə), nina, alman qadını, ilçay ("şeyx sənan", "knyaz" və "afət", hüseyn cavid), tuba ("zorən təbib", jan batist molyer), marqo ("şahın bərbəri", anatoli lunaçarski), marino ("dəhşətli röya", herhart hauptman), maskalı qadın ("nel qülləsinin sirri", aleksandr düma), kvaşnya ("yurdsuz insanlar", maksim qorki), marianna ("iki yetimə", adolf d'enneri və germon), ledi buqçen ("gülən adam", viktor hüqo), nənə ("göy quş", moris meterlink), odessalı qadın ("intervensiya", lev slavin), qarı ("fərhad və şirin", səməd vurğun).</Page><Page Number="141">teatr sənətinin inkişafındakı xidmətlərinə və milli dram teatrının 75 illik yubileyi münasibəti ilə nataliya lizina (ismayılova) 21 iyul 1949-cu ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. o, 1957-ci il-də bakıda vəfat edib.  qəmər topuriya (15.8.1902-3.6.1947)  milliyyətcə gürcüdür. bütöv adı və soyadı pasportda belə verilib: tamara vissarionovna topuriya. "qəmər" onun təxəllüsüdür və səhnəyə qədəm basdığının ikinci ilindən, yəni 15 yaşından tamaşaların proqramlarında adı (soyadsız) belə yazılıb. aktyorluq fəaliyyətinin dördüncü ilindən həm "qəmər xanım", həm də "qəmər topuriya" imzaları ilə çıxış edib. bəzi proqramlarda "şəms qəmər" kimi təqdim olunub. qəmər xanım topuriya realist aktyor məktəbinin aktrisası kimi dramatik və xüsusən incə yumoru olan real obrazları xüsusi məharət və ilhamla oynayırdı. tiflisin şeytanbazar məhəlləsində 15 avqust 1902-ci ildə doğulan qəmər xanımın bütün qonşuları azərbaycanlı ailələri olduğuna görə azəri türkcəsində çox şirin və gözəl danışa bilirdi. rus dilində beş sinif həcmində təhsil alıb. qəmər  topuriya ilk dəfə 1917-ci ildə qulluqçu ("bəxtsiz cavan", əbdürrəhim bəy haqverdiyev) rolunda səhnəyə çıxıb. 1918-ci ildən isə aktyorluq sənətini özünə peşə seçib. qəmər xanım topuriya 1918-1920-ci illərdə tiflisdə və bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda oynayıb. 1922-1925-ci illərdə tiflis dövlət azərbaycan teatrında işləyib. 1925-ci ilin əvvəllərində bakıya dəvət olunub. ömrünün sonuna qədər akademik milli dram teatrında aktrisalıq edib. aktrisa bakıda müxtəlif truppalarda və akademik teatrda fəridə, dilbər xanım, susanna, mariya timofeyevna, gülgün, tanya, xurşud ("bakı müharibəsi" "sevil", "aydın", "1905-ci ildə", "od gəlini", "yaşar" və "dönüş", cəfər cabbarlı), nazlı və zeynəb ("ölülər", cəlil məmmədquluzadə), reqana, sinyora kapuletti ("kral lir" və "romeo və cülyetta", vilyam şekspir), xubçöhr ("dəmirçi gavə", şəmsəddin sami), əsgər qız, jasmen, olqa, firəngiz ("iblis", "knyaz", "topal teymur" və "səyavuş", hüseyn cavid), şarlotta ("don juan", jan batist molyer), leyla ("tələbələrin kələyi, yaxud çarleyin xalası", brandon tomas), məryəm ("namus", aleksandr şirvanzadə), hersoqinya jozeanna ("gülən adam", viktor hüqo), anna andreyevna ("müfəttiş", nikolay qoqol), raya ("özgə uşağı", vasili şkvarkin), korinkina ("günahsız  müqəssirlər", aleksandr ostrovski), gecə məlalkəsi ("göy quş", moris metterlink), hafizə ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), ledi milford ("məkr və məhəbbət", fridrix şiller), xarita və oqudalova, kabanixa ("cehizsiz qız" və "tufan", aleksandr ostrovski), mələk xanım ("müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov), qrafinya ("fiqaronun toyu", pyer bomarşe), amaliya ("insan", səməd vurğun) kimi mürəkkəb və xarakterik rollar oynayıb. qəmər xanım topuriya teatr sənətinin inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. aktrisa 1947-ci il iyun ayının 3-də uzun sürən xəstəlikdən bakıda vəfat edib.  sona haciyeva (25.6.1907- 4.12.1979)  azərbaycan teatrının ilk milli aktrisalarından olan, opera və dram tamaşalarında əksər rolların əzəl qadın ifaçısı sona salman qızı hacıyeva 25 iyun 1907-ci ildə nuxada (indiki şəki) doğulub. anası əzizə məmmədova da səhnəmizin ilk peşəkar aktrisalarındandır. babası əbdübağının xanəndəlik sənəti, anasının gözəl qarmon çalması sona xanımda uşaq yaşlarından musiqiyə ciddi maraq oyadıb. onun özünün də məlahətli səsi olub. sona xanım bir yaşında olanda atası vəfat edib. babası xanəndə əbdübağı zülalovun himayəsində yaşayan əzizə xanım və qızı sona 1916-cı ildə tiflisə köçüblər. az sonra tiflisdən türkmənistanın aşqabad şəhərinə, 1919-cu ildə oradan bakıya gəliblər. əvvəl anası, sonra isə 13 yaşlı sona hacıyevanın özü əli bayramov klubunda dram dərnəyinə üzv olublar. 1921-ci ildə bakı</Page><Page Number="142">türk azad tənqid və təbliğ teatrı təşkil olunanda sona hacıyeva teatra aktrisa dəvət edilib. aktrisa iki ilə yaxın bu teatrda işləyib. sonralar arada yenə teatrın müxtəlif tamaşalarında oynayıb. sona hacıyeva 1923-cü ildə milli dram teatrının kollektivinə daxil olub. 1979-cu ilədək, yəni ömrünün sonuna qədər (arada qısa fasilələrlə) bu sənət ocağında işləyib. 1925-ci ilin payızına kimi opera tamaşaları milli dram teatrının kollektivi tərəfindən hazırlanırdı. milli teatrda ilk rolu əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" faciəsində səlimə olan sona hacıyeva üzeyir bəy hacıbəyovun "leyli və məcnun", "əsli və kərəm", zülfüqar bəy hacıbəyovun "aşıq qərib" operalarında leylinin, əslinin, şahsənəmin partiyalarını ifa edib, "arşın mal alan" operettasında asyanın rolunu oynayıb. yaradıcılığı dram tamaşalarında formalaşan aktrisa milli dramaturqlarımızın əsərlərinin tamaşalarında solmaz, (gülüş və sevil, yaqut, sevər, sona, gülsabah ("od gəlini" "sevil","yaşar", "oqtay eloğlu", "1905-ci ildə" və "dönüş", cəffər cabbarlı), zinyət, sünbül ("toy" və "aydınlıq", sabit rəhman), səadət ("bahar suları", ilyas  əfəndiyev), sona ("hacı qara", mirzə fətəli axundzadə), xumar, lena, çin qızı ("şeyx sənan", "knyaz" və "səyavuş", hüseyn cavid), nazh ("ölülər", cəlil məmmədquluzadə), sona, sayad ("dağılan tifaq" və "pəri cadu", əbdürrəhim bəy haqverdiyev), zöhrə ("eşq və intiqam", süleyman sani axundov), gülnar, mehriban ("vaqif" və "xanlar", səməd vurğun), afaq ("nizami", mehdi hüseyn), gülcamal ("qatır məmməd", zeynal xəlil) rollarını ifa edib. tərcümə əsərlərinin tamaşalarındakı əsas rollarının yığcam siyahısını belə ümumiləşdirmək olar: vilyam şekspirin "hamlet", "otello" və "romeo və cülyetta" faciələrində ofeliya, dezdemona və cülyetta, "on ikinci gecə" komediyasında mariya, aleksandr ostrovskinin "tufan" və "cehizsiz qız" dramlarında varvara və qalçixa, maksim qorkinin "həyatın dibində" və "vassa jeleznova" pyeslərinin tamaşalarında anna, nikolay qoqolun "müfəttiş"ində mariya antonovna, pyer bomarşenin "fiqaronun toyu"nda fanşetta, jan batist molyerin "skapenin mələkləri"ndə zerbinetta, fridrix şillerin "məkr və məhəbbət"ində luiza, jül vernin "kapitan qrantın uşaqları"nda meri, vasili şkvarkinin "özgə uşağı"nda manya, aleksandr korneyçukun "polad qartal"ında nərgiz, lev şeynin və tur qardaşlarının "gizli döyüş"ündə osenina, aleksandr şirvanzadənin "namus"unda süsən və sairə. sona hacıyeva "sevimli mahnı", "qızmar günəş altında", "səhər", "o olmasın, bu olsun", "bəxtiyar" bədii filmlərində epizod rollara çəkilib. o, 24 aprel 1933-cü ildə azərbaycan respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub. sona hacıyeva 4 dekabr 1979-cu ildə bakıda vəfat edib. teatr tariximizə cığırdaşlar cərgəsində daxil olmuş sona hacıyeva neçə-neçə gəncin aktrisalıq sənətini seçməsmə səbəb olub. onun yaradıcılığı təbiiliyi, sadəliyi, enerji mütəhərrikliyi, ən əsası isə milli koloriti ilə səhnəmizə təzə ab-hava, tamaşaların ruhuna xoş iqlim və ovqat gətirib.   atamoğlan rzayev (1912-2.12.1966)  civə kimi qaynar təbiətli rolları daha şövqlə oynayıb. aktyorluq qabiliyyətinin imkanları baxımından romantik teatr məktəbinin estetik poetika xüsusiyyətlərinə daha yaxın idi. atamoğlan balababa oğlu rzayev 1912-ci ildə bakının əmircan qəsəbəsində doğulub. qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra fabrik və zavod məktəbində (fzu) təhsil alıb. bakı teatr texnikumunu 1932-ci ildə bitirib. əvvəlcə bakı türk işçi teatrında işləyib. 1935-ci ildə milli dram teatrının aktyor truppasına üzv olub. arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə mdt-a qayıdıb. 21 iyul 1949-cu ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltiflənib. atamoğlan rzayevin teatrdakı daha parlaq rolları kürd musa ("vaqif", səməd vurğun), qurd kərim ("qaçaq nəbi", süleyman rüstəm), rəbi, daşdəmir, şərif ("od gəlini", "dönüş" və</Page><Page Number="143">"almaz", cəfər cabbarlı), təlxək, heydər, kərim ("pəri cadu", "köhnə dudman" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), həsənov ("kimdir müqəssir?", hüseyn muxtarov), baner ("arzu", imran qasımov), ədhəm ("bahar", məmmədhüseyn təhmasib), sadıq ("xoşbəxtlər", sabit rəhman), rəis ("şöhrət və ya unudulan adam", nazim hıkmət), rikardo ("rəqs müəllimi", lope de veqa), xanmurad ("bahar suları", ilyas əfəndiyev), montano, kleomen ("otello" və "qış nağılı", vilyam şekspir), fəxrəddin ("müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov), ilya ("cehizsiz qız", aleksandr ostrovski), ilqar ("əcəb işə düşdük", şıxəli qurbanov), çərkəz ("dağlar qızı" adil babayev), fyodorov ("qaliblər", boris çirskov) obrazlarıdır. atamoğlan rzayev 2 dekabr 1966-cı ildə bakıda qəflətən vəfat edib.   mirzağa əliyev  (1883-25.10.1954)  görkəmli aktyor mirzağa əliyev 1883-cü ildə bakının hövsan kəndində kasıb ailədə doğulub. ilk təhsilini mollaxanada, sonra 2 saylı bakı rus-tatar məktəbində alıb. əmək fəaliyyətinə şəhər toxuculuq fabrikində başlayıb. aktyor murad muradovla tanışlıqdan sonra onda teatra və xüsusən aktyor sənətinə böyük rəğbət oyanıb. mirzağa əliyev səhnəyə ilk dəfə 1901-ci ilin iyununda nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" ("çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı") faciəsinin tamaşasında şahmar rolunda qədəm basıb. şahmar rolu ilə də dövrün teatr xadimlərinin diqqətini cəlb edib. ona isgəndər bəy məlikovun "yaxşılığa yamanlıq", sultanməcid qənizadənin "axşam səbri xeyir olar", "xor-xor", "dursunəli və ballıbadı", rəşid bəy əfəndiyevin "qan ocağı", vasaq mədətovun "qırt-qırt" kimi kiçik dramlarının və vodevillərinin tamaşalarında müxtəlif rollarla yanaşı, ciddi tamaşalarda da xarakterik obrazlar tapşırıblar. qısa müddətdə o, nasir-dramaturq əbdürrəhim bəy haqverdiyevin baş rejissorluq etdiyi teatr truppasında kərəməli ("hacı qara"), hatəmxan ağa və xudaverdi ("müsyö jordan və dərviş məstəli şah"), xacə məsud ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), aşıq vəli ("yağışdan çıxdıq, yağmura düşdük" və ya "hacı qəmbər"), əhməd ("pəhlivanani-zəmanə", nəcəf bəy vəzirov), hacı murad ("tamahkar", süleyman sani axundov) rollarını oynayıb. paralel olaraq "nicat", birinci və ikinci "müsəlman teatr dəstəsi"ndə komik-dramatik rollar ifa edən mirzağa əliyev 1906-cı ilin payızında özü "həmiyyət" truppası yaradıb. bir ilə yaxın müddətdə "həmiyyət" mirzə fətəli axundzadənin "mürafiə vəkilləri" ("təbrizin məhkəmə vəkilləri" adı ilə), "hacı qara", nəriman nərimanovun "nadanlıq", sultanməcid qənizadənin "xor-xor", "yadımdadır", "axşam səbri xeyir olar", nəcəf bəy vəzirovun "pəhlivanani-zəmanə", "hacı qənbər", haşım bəy vəzirovun "evlənmək su içmək deyil", "döymə qapımı, döyərlər qapını" pyeslərini və digər dramlarını tamaşaya hazırlayıb. əsas rolları mirzağa əliyev özü ifa edib. 1907-ci ilin yazında "həmiyyət" teatr truppası ikinci müsəlman teatr dəstəsi ilə birləşdi. mirzağa əliyev müxtəlif illərdə həmin truppada, "nicat", "səfa" mədəni-maarif cəmiyyətlərinin teatr kollektivlərində, teatr şirkətində ("müsəlman dram artistləri ittifaqı"), "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti" teatr heyətində çalışıb. hətta eyni zamanda bütün mövcud truppalarda xarakter rollarını oynayıb. mirzağa əliyev 1912-ci ildə çar üsuli-idarəsinin əleyhinə səhnədən tamaşa zamanı tənqidi fikirlər söylədiyinə görə hacıtərxana sürgün edilib. bir il sonra romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv edilib və yenidən bakıya qayıdıb. sürgün dövründə də teatr fəaliyyətində olub. hacıtərxanda yaşayan azərbaycanlılarla və tatar səhnə həvəskarları ilə tamaşalar hazırlayıb, özü müxtəlif rollarda çıxış edib. 1913-1918-ci illər arasında mirzağa əliyev həm özünün təşkil etdiyi, həmçinin hüseyn ərəblinskinin, mustafa mərdanovun, sidqi ruhullanın və digər görkəmli səhnə ustalarının</Page><Page Number="144">topladıqları teatr dəstələri ilə türkiyənin, iranın böyük şəhərlərində (məsələn, istanbul, tehran, rəşt, təbriz, ənzəli), volqaboyu şəhərlərdə, tiflisdə, irəvanda, batumda, dərbənddə, petrovski portda (indiki mahaçqala), orta asiyada qastrol səfərlərində olub. 1918-ci il 28 mayda azərbaycan demokratik cümhuriyyəti (respublikası) quruldu və az sonra müxtəlif teatr truppaları birləşərək türk hökumət teatrosu adlandırıldı. hökumət teatrının açılışı 1919-cu il 24 oktyabrda "azərbay və can" (isa bəy aşurbəyli) pyesinin tamaşası ilə bayram edildi. həmin teatrın aparıcı aktyorlarından biri də də mirzağa əliyev idi. 1920-ci ilin iyununda bu kollektiv əsasında azərbaycan şura hökumətinin dövlət teatrı fəaliyyətə başladı. yeni dövlət qurumunun ideoloji siyasət mövqeyini gücləndirmək məqsədilə 1921-ci il noyabrın 13-də bakı türk azad tənqid və təbliğ teatrı yaradıldı. mirzağa əliyevlə hacıağa abbasovun rəhbərlik etdikləri kollektivə həmçinin "hacımirzə teatrı", "hacımirz" (hacıağa vo mirzağa) deyilirdi. repertuarı kiçik həcmli ideoloji-təbliği pyeslərdən, məzhəkələrdən, vodevillərdən ibarət olan teatrda mirzağa əliyev onlarla rol oynayıb. 1924-cü iidə yenidən doğma kollektivə, yəni bugünkü akademik milli dram teatrına qayıdan mirzağa əliyev ömrünün sonunadək bu sənət ocağının səhnəsində çalışıb. yüzdən çox səhnə obrazı yaratmış mirzağa əliyevin isgəndər  ("ölülər", mirzə cəlil məmmədquluzadə), osip ("müfəttiş", nikolay qoqol), hacı qara ("hacı qara", mirzə fətəli axundzadə), atakişi, mirzə səməndər, əmiraslan bəy salamov, əmirqulu, oddamdı, balaxan  ("sevil", "almaz", "1905-ci ildə", "yaşar", "od gəlini" və "aydın", cəfər cabbarlı), skapen ("sıcapenin kələkləri", jan batist molyer), kərəmov, bərbərzadə ("toy" və "xoşbəxtlər", sabit rəhman), hacı salman ("dumanlı təbriz", məmməd səid ordubadi), ser tobi ("on ikinci gecə",  vilyam şekspir), qraf almavno ("fiqaronun toyu", pyer bomarşe), poqanel ("kapitan qrantın çocuqları", jül vern), həmzə bəy, mirzə qoşunəli ("köhnə dudman", "bəxtsiz cavan", əbdürrəhim bəy haqverdiyev) rolları milli səhnə sənətimizin ən parlaq səhifələrini təşkil edir. aktyorun namiq kamalın "vətən" (zabit), əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar" (tavat muxrani), molyerin "zorən təbib" (təbib), hüseyn cavidin "şeyx sənan" (şeyx kəbir), vilyam şekspirin "hamlet" (məzarçı), "otello" (brabansio), aleksandr  suxovo-kobılinin "kreçin-skinin toyu" (rasplyuyev), vasili şkvarkinin "özgə uşağı" (karaulov), lev slavinin "intervensiya" (aptekçi), aleksandr korneyçukun "eskadramn məhvi" (drezdin), mirzə ibrahimovun "həyat" (qurban kişi), fridrix şillerin "qaçaqlar" (keşiş), "məkr və məhəbbət" (miller), mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" (hatəmxan ağa), "lənkəran xanının vəziri" (mirzə həbib), sabit rəhmanın "nişanlı qız" (mirzə salman), nazim hikmətin "türkiyədə" (tacir), ilyas əfəndiyevin "işıqlı yollar" (baba dayı), məmmədhüseyn təhmasibin "aslan yatağı" (mehdi dayı), cananın "şahnamə" (münəccim) pyeslərinin tamaşalarında oynadığı səhnə obrazları realist aktyor məktəbinin parlaq nümunələridir. mirzağa əliyev azərbaycanın yeganə aktyorudur ki, bir rola görə stalin mükafatı ilə təltif edilib. həmin rol 1942-ci il-də oynadığı, mirzə ibrahimovun "məhəbbət" dramındakı məşədi qulamhüseyn obrazıdır. aktyor həmin mükafata ikinci dəfə 1948-ci ildə nəcəf bəy ("şərqin səhəri", ənvər məmmədxanlı) roluna görə layiq görülüb. bu dəfə mükafatla tamaşanın yaradıcı heyətinin bir qrupu təltifləndirilmişdi: quruluşçu rejissor ədil isgəndərov, aktyorlardan kazım ziya (general tomson), sidqi ruhulla (ağalarov), mərziyə davudova (gülzar), ismayıl dağıstanlı (kirov), rza əfqanlı (fərhad), rəssam nüsrət fətullayev. üzeyir bəy hacıbəyovun "ər və arvad" (kəblə qubad), "arşın mal alan" (soltan bəy), "şah abbas və xurşid banu" (vəzir), "o olmasın, bu olsun" (məşədi ibad), zülfüqar bəy hacıbəyovun "əlli yaşında cavan" (orduxan bəy), "aşıq qərib" (güloğlan) operetta və operalarındakı səhnə surətləri aktyorun yaradıcılığında ayrıca yer tutur. o, dəfələrlə müxtəlif quruluşlarda bu tamaşalarda iştirak edib. dramaturgiya janrında qələmini sınayan mirzağa əliyev "vəzirin gözləri", "məşədi evlənir", "orada elə, burada belə", "necə qan ağlamasın", "ey dad şümür əlindən", "telefon", "qısqanclıq"</Page><Page Number="145">dramlarının və digər pyeslərin müəllifidir. "bismillah" (1925), "hacı qara" (1929), "məhəbbət oyunu" (1936), "almaz" (1936), "bakının işıqları" (1950) və başqa filmlərə çəkilib. mirzağa əliyev rejissorlardan cahangir zeynalovun, əbülfət vəlinin, əbdürrəhim bəy haqverdiyevin, hüseyn ərəblinskinin, hüseynqulu sarabskinin, abbasmirzə şərifzadənin, ismayıl hidayətzadənin, aleksandr tuqanovun, cəfər cabbarlının, yusif yulduzun, əlihüseyn rzayevin, ədil isgəndərovun, şəmsi bədəlbəylinin, səftər turabovun, ələsgər şərifovun... quruluş verdiyi tamaşalarda çıxış edib. mirzağa əliyev 1926-cı ildə azərbaycan respublikasının namdar (əməkdar), 1933-cü ildə xalq, 1949-cu ildə ssri xalq artisti fəxri adları ilə təltif olunub. görkəmli səhnə ustadı mirzağa əliyevin aktyorluq məktəbinin əsasını realizm, səmimiyyət, təbii kolorit, məhrəm sadəlik, emosional cazibədarlıq, xalq gülüşünün poetik təcəssümü... kimi keyfiyyətlər təşkil edir. azərbaycanda realist aktyor məktəbinin banisi cahangir zeynalov sayılır. bu günədək davam edib formalaşan həmin məktəbin ilkin və ən layiqli davamçılarından biri mirzağa əliyev olub. mirzağa əliyev azərbaycan aktyorluq məktəbində musiqili komediya janrının oyun, ifadə vasitələrinin formalaşmasında böyük işlər görüb. mirzağa əliyev öz estetik prinsipləri, zəngin ifadə vasitələri, forma və üslüb prinsipləri olan məktəb yaradıb. xüsusi teatr təhsili görməmiş sənətkarlar arasında mirzağa əliyev qədər sevilən, çıxışları həmişə alqışlarla qarşılanan aktyor yoxdur. tipajlıqdan bacardıqca uzaq olmağa çahşan aktyor yumoru, satiranı, "öldürücü" gülüşü əsasən obrazın xarakterində cəmləşdirirdi. tarixin səhnə sənəti, küll halında teatr prosesi qarşısında sürdüyü ictimai və siyasi tələblər dəyişib, qabarıb, önə çıxıb, kölgədə olubsa da, mirzağa əliyev həmişə özünün aktyor üslübunda, aktyor səpkisində sabitqədəm, köklü və estetik cəhətdən təravətli qalıb. onuncu illərdə məzəli məişətçilik, iyirminci illərdə ictimai-sosial romantizın, otuzuncu illərdə ideologiyanın diktəsi, qırxıncı illərdə pafoslu vətənpərvərlik ruhu güclü olsa da, mirzağa əliyev şirəsmdən mayalandığı realizmdən, bu üslubun sirayətedici səmimiyyətindən uzaq düşməyib. mirzağa əliyevin qüdrətli, məktəb yaratmış aktyor kimi böyüklüyü bir də ondaydı ki, bu sənətkar müasirliyi klassik ənənələrdən uzaqlaşmaqda deyil, onu yeni-yeni ifadə keyfiyyətləri ilə zənginləşdirməkdə görürdü. görkəmli aktyor mirzağa əliyev 25 oktyabr 1954-cü ildə vəfat edib. məzarı bakıda fəxri xiyabandadır.    sidqi ruhulla  (28.3.1886-5.5.1959)  romantik aktyor məktəbinin azərbaycanda ən görkəmli simalarından, türkiyədə, iranda, orta asiya respublikalarında, volqa çayı boyu diyarlarda, irəvanda, tiflisdə, petrovsk portda (indiki mahaçqala) 1910-1920-ci illərdə ən çox tanınan, həmin yerlərin əksəriyyətində ilk teatr tamaşası göstərən, peşəkar teatrın bünövrəsmi qoyan sidqi ruhulla milli səhnə mədəniyyətimizin ən parlaq səhifələrini yaradıb. ruhulla fətulla oğlu axundov (sidqi ruhulla) bakının buzovna kəndində müəllim ailəsində dünyaya göz açıb. ilk təhsilini kənddə molla məktəbində alan sidqi ruhulla sonra bakıda tacir şagirdi işləyib. on dörd-on beş yaşlarında "kosa-kosa" xalq oyunlarında, şəbih tamaşalarında arus qasım və əli əkbər rollarında çıxış edib. bakıda ağa kərbəlayı məlikovun mağazasında işləyən sidqi teatra maraq göstərib, imkan tapanda tağıyev teatrında oynanılan tamaşalara baxıb. hüseyn</Page><Page Number="146">ərəblinski sənətinə məftunluq onda aktyor olmağa arzu və inam yaradıb. ilk dəfə səhnəyə çıxışı ərəblinskinin quruluş verdiyi və balaxanı dram dərnəyi klubunda (balaxanı krujoku) göstərilən nəcəf bəy vəzirovun "adı var, özü yox" məzhəkəsinin tamaşasında telli rolu ilə olub. bu hadisə 1908-ci il dekabrın 21-də baş verib. üç ay yarım sonra sidqi yenə ərəblinskinin quruluşunda nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" tamaşasında rüstəm bəy rolunu ifa edib. namiq kamal;n "vətən" dramında sidqi rolunda böyük uğur qazandığına görə həmin adı özünə təxəllüs götürüb. sidqi ruhulla "nicat", "səfa", az müddət "həmiyyət" cəmiyyətlərinin teatr truppalarında, abbasmirzə şərifzadənin rəhbərlik etdiyi "müsəlman artistləri ittifaqı"nda, "zülfüqar bəy və üzeyir bəy hacıbəyov qardaşlarının müdiriyyəti"ndə, ərəblinskinin müxtəlif teatr dəstələrində, özünün yaratdığı dəstə-truppalarda iştirak edib. 1918-ci ilin sonu, 1919-cu ildə müsavat hökumətinin yaratdığı dövlət (hökumət) teatrosunda, 1920-ci ildən isə arada qısa fasilə ilə akademik milli dram teatrında işləyib. 1913-cü ildə moskva teatrlarında təcrübə keçən sidqi ruhulla iranda və gəncədə "ərəbli", "ərəblinski" imzaları ilə tamaşalar hazırlayıb və özü də baş rollarda çıxış edib. sidqi ruhulla iranın rəşt, qəzvin, xoy şəhərlərində ilk teatr təşkilatçısı olub, təbrizdə səhnə sənətinin təbliği məqsədilə "xeyriyyə" cəmiyyəti yaradıb. azərbaycanın qədim paytaxtı olan təbriz şəhərində peşəkar teatrın təşəkkülü və inkişaf yönü ilk növbədə sidqi ruhullanın adı ilə bağlıdır. o, özbəkistan respublikasının paytaxtı  daşkənddə üzeyir bəy hacıbəyovun "leyli və məcnun" (30 dekabr 1916) və "əsli və kərəm" (13 yanvar 1917) operalarını yerli özbək və tatar teatr həvəskarlarının iştiraki ilə tamaşaya hazırlayıb. tiflisdə məşhur bəstəkar fikrət əmirovun atası məşədi cəmil əmirovun "seyfəl-mülk" operasını səhnəyə qoyub. azərbaycanın rayonlarında, getdiyi xarici ölkələrdə yerli həvəskarlarla nəriman nərimanovun, nəcəf bəy vəzirovun, əbdürrəhim bəy haqverdiyevin, mirzə fətəli axundzadənin, üzeyir bəy hacıbəyovun, həmçinin osmanlı ədibləri namiq kamalın, şəmsəddin saminin və başqalarının əsərlərinə səhnə təfsiri verib. özü dramatik, faciə rolları ilə yanaşı, opera və operettalarda məcnun, kərəm, sərvər, rüstəm bəy, soltan bəy... obrazlarında çıxış edib. üç yüzdən çox irili-xırdalı rol oynayan sidqi ruhulla həm ayrı-ayrı truppalarda, həm də dövlət teatrında rejissorluq etmişdir. iyirminci illərin əvvəllərində o, aktyorluqdan əlavə, teatrın rejissor ştatında işləyib. rejissorlardan hüseyn ərəblinskinin, aleksandr ivanovun, saracan valentinovun, hüseynqulu sarabskinin, abbasmirzə şərifzadənin, aleksandr tuqanovun, ismayıl hidayətzadənin, yusif yulduzun, ədil isgəndərovun, rza darablının, əlihüseyn rzayevin, mirseyfəddin kirmanşahlının, səftər turabovun, əliheydər ələkbərovun, məhərrəm haşımovun və başqalarının quruluşlarında milli, kiassik və çağdaş dünya dramaturgiyasının tamaşalarında silsilə rollar yaradıb. azərbaycan klassiklərindən, demək olar, hamısının pyeslərində bir neçə quruluşda əsas rolları oynayıb. oynadığı rolların çox yığcam siyahısını belə ümumiləşdirmək olar. milli dramaturgiyada: nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (fəxrəddin), nəriman nərimanovun "nadir şah" (təhmas, nadir şah, ədhəm xan), "şamdan bəy" ("dilin bəlası". şamdan bəy), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (səməd bəy), "hacı qara" (əsgər bəy, heydər bəy və hacı qara), əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan" (musa və fərhad), "pəri cadu" (qurban), "kimdir müqəssir?" (mahmud), "dağılan tifaq" (nəcəf bəy), "ağa məhəmməd şah qacar" (qacar), "baba yurdunda" (cahangir ağa), hüseyn cavidin "şeyda" (qara musa), "şeyx sənan" (dərviş və platon), "topal teymur" (əmir teymur), "iblis" (iblis), "səyavuş" (rüstəm zal), cəfər cabbarlının "ədirnə fəthi" (xalid), "yulduz, yaxud trablis müharibəsi" (haris), "od gəlini" (altunbay, əbu übeyd və aqşin), "sevil" (atakişi), "1905-ci ildə" (general-qubernator və volodin), "solğun çiçəklər" (həmzə), mirzə cəlil məmmədquluzadənin "ölülər" (naxoş və dilmanc), səməd vurğunun "vaqif" (qacar), "fərhad və şirin" (şapur), "xanlar" (muxtar bəy), "insan" (fon holts), süleyman sani axundovun "eşq və intiqam" (şahbaz bəy), abdulla şaiqin "nüşabə" (uluca baba),</Page><Page Number="147">qurban musayevin "qızıl çeşmə" (kərim baba), imran qasımovun "arzu" (heydər), mirzə ibrahimovun "madrid" (henrix), ənvər məmmədxanlının "şərqin səhəri" (ağalarov), "od içində" (zeyni baba), cabbar məcnunbəyovun "yanar dərə" (eldar), "ildırım" (usta piri), sabit rəhmanın "toy" (dəmirçi musa), "ərəblinski" (bığ musa), zeynal xəlilin "intiqam" (taras), "qatır məmməd" (göyüş dayı), mehdi hüseynin "nizami" (əbdək), "intizar" (ilyas əfəndiyevlə birgə. alxas bəy), süleyman rüstəmin "qaçaq nəbi" (səlim bəy), rza zakinin "köhnə türkiyə" (əbdül həmid) əsərlərinin tamaşalarında, sultanməcid qənizadənin, hüseynqulu sarabskinin, mirmahmud kazımovskinin məzhəkə və vodevillərində iştirak edib. dünya klassiklərindən vilyam şekspirin "otello" (montano, yaqo), "kral lir" (kral lir), "maqbet" (banko), "roftieo və cülyetta" (eskal), fridrix şillerin "qaçaqlar" (frans moor), "vilhelm tel" (vilhelm tel), "məkr və məhəbbət" (vurm), viktor hüqonun "gülən adam" (ursus), moris meterlinkin "göy quş" (baba), jül vernin "kapitan qrantın uşaqları" (kapitan qrant), aleksandr dümanın "qanlı qala" ("nel qülləsinin sirri". buridan), karl qutskovun "uriel akosta" (ibn akiva); rus dramaturqlarından aleksandr ostrovskinin "tufan" (dlkoy), aleksandr puşkinin "dubrovski" (trojekurov), lev slavinin "intervensiya" (polkovnik), aleksey fadeyevin "gənc qvardiya" (valko), yuri yanovskinin "prokurorun qızı" (prokuror), anatoli boryanovun "o tayda" (mudzimura), anatoli qlebovun "zaqmuq" (sarkal), maksim qorkinin "yurdsuz insanlar" (aktyor), konstantin trenyovun "düşmənlər" (qornostayev), qriqori genin "trilbi" (svinqali); osmanlı ədiblərindən şəmsəddin saminin "dəmirçi gavə" (gavə), namiq kamalın "vətən, yaxud silistirə" (sidqi), əbdülhəq hamidin "tariq ibn ziyad" (xalid), hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" (əbu diyab), nazim hikmətin "türkiyədə" (polis rəisi), abdulla talıbzadənin osmanlıcadan iqtibas etdiyi "ərmənusiya" (ziyad), "xalid ibn valid" (maas); gürcü georgi mdivaninin "vətən namusu" (arçil) və digər tamaşalarda müxtəlif xarakterli, tarixi və çağdaş səhnə obrazlarını canlandırıb. sidqi ruhulla milli teatrın inkişafında xidmətlərinə görə respublikanın əməkdar artisti (26 mart 1931), xalq artisti (4 dekabr 1938) və ssri xalq artisti (22 iyul 1949) fəxri adları ilə təltif olunub. dahi sənətkarın əbədi uyuduğu məzarı bakıda fəxri xiyabandadır. sidqi ruhulla azərbaycan teatrının ən cəfakeş, fədakar, maarifpərvər, milli mədəniyyətin çiçəklənməsi yolunda yorulmaq bilmədən çalışmış aktyordur. zəngin həyat təcrübəsi, usanınaq bilməyən işgüzarlığı, fitri istedadı ilə həmişə seçilib. komediyada, dram və faciə tamaşalarında, eləcə də digər janrlı (məsələn, vodevil) eyni ilham və yaradıcılıq ehtirası ilə rollar oynayıb. qəltanlı səs tembrini romantik faciələrə, qəhrəmanlıq ideyaları uğrunda çarpışan obrazın xarakterinə uyğunlaşdırdığı kimi, lirik opera qəhrəmanları məcnunun, kərəmin, yumorlu soltan bəyin ariya və duetlərinə də məharətlə kökləyə bilib. sidqi ruhulla güclü səhnə diqqəti, hadisələrin doğurduğu təzadlı vəziyyətləri, sərt dəyişmələri duyması ilə başqa aktyorlara həmişə örnək olub. silsilə faciə obrazları yaratmış sidqi ruhulla ən mürəkkəb romantik fəci rolların ifasında da güclü, geniş diapazonlu səsini məharətlə idarə edirdi. emosiya ilə dramatik gərginliyi sözdə (dialoq və monoloqlarda) ustalıqla vermək məharəti ilə yanaşı, həm də personajın bütün daxili təbəddülatlarını harmonik, mənalı hərəkətlər kompleksində göstərə bilirdi. gənc aktyorların yetişib formalaşmasında, sənətin özünəməxsus incəliklərini mənimsəmələrində, istisnasız olaraq, heç kəsdən təcrübə və bacarığını əsirgəməyib. romantik xarakterlərdə səhnəyə çıxan sidqi ruhullanın daxili ehtirası, səsinin qəltanı və zabitəli, hətta yeri gələndə vahiməli ahəngi elə ritmdə köklənirdi ki, ifaçmı aktyor kimi sevməmək, onun istedadına şəkk gətirmək mümkün deyildi. bu azmış kimi, sidqinin mənfi xarakterli rollarında da tamaşaçı səhnəyə diqqət kəsilir, aktyorun yaradıcılıq ehtirasma məftun qalırdı, heyran olurdu.</Page><Page Number="148">oynadığı yüzlərlə obrazın içərisində milli və dünya dramaturgiyasının gözəl inciləri də çoxdur. sidqi ruhulla məzmun, üslub, təsvir baxımından müxtəlif olan bu xarakterlərin ifasında öz istedadının çoxqatlı, çoxcəhətli, çoxrəngli müxtəliflikdə açılmasma nail olub. sidqi ruhullanın silsilə və əlvan rolları özü bir reperuar idi və bu repertuarda aktyor nə qədər güclü görünürdüsə, teatr bir o qədər monumentallıq kəsb edirdi. akademik milli dram teatrının 1948 və 1959-cu illərdə moskva qastrolları zamanı sidqi ruhullanın oyunu dünya şöhrətli rus teatrşünasları tərəfindən çox yüksək qiymətləndirilib. aktyor "şərqin səhəri" tamaşasındakı ağalarov roluna görə 1948-ci ildə bir qrup yaradıcı heyətlə birgə stalin mükalatına layiq görülüb.</Page><Page Number="149">mərziyə davudova  (8.12.1901-5.1.1962)  azərbaycan teatrının ilk peşənar aktrisalarından olan, faciə, qəhrəman və dramatik səpkili rollarda böyük şöhrətə yiyələnmiş, yaradıcılığı bu gün məktəb kimi davam etdirilən sənətkar mərziyə yusif qızı davudova (əslində dautova) hacıtərxanın sarevo çayının yaxasında yerləşən eyniadlı kənddə doğulub. milliyyətcə tatardır. anası qaşqa-camal elmə, sənətə, ədəbiyyata meyilli idi. kiçik mərziyə 1908-ci ildə kəndlərindəki dördillik "darültəhsil" tatar məktəbində oxuyub. qızların oxuduğu məktəb dövlətlilərin ianəsi hesabına işləyirdi. məktəbi bitirən mərziyə hacıtərxanda "qaliyə" məktəbinə daxil olub. ilk dəfə teatr tamaşasma on dörd yaşında, aleksandr dümanın "kameliyalı qadın" əsərinə baxıb. iyirminci əsrin əvvəllərində azərbaycan dramaturqları nəcəf bəy vəzirovun, nəriman nərimanovun əsərləri tatar dilinə tərcümə edilib, hüseyn ərəblinski, mirzağa əliyev kimi teatr xadimləri orada yerli həvəskarların iştiraki ilə qastrol tamaşaları göstəriblər. tatar teatrının inkişafında azərbaycan səhnə sənəti və sənətkarları mühüm rol oynayıblar. ərini erkən itirən qaşqa-camal xanım 1915-ci ildə təzə ailə qurub. evdə tək qalan mərziyə get-gedə teatra böyük maraq göstərib. "qaliyə"ni qurtararaq "iqbal" rus-tatar məktəbinə daxil olub və burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb. "birinci teatr" tamaşasındakı əfifə rolu onu sənətsevərlərə tanıtdırıb. 1918-ci ildə hüseyn ərəblinski növbəti dəfə hacıtərxana qastrola gəlib. burada "dəmirçi gavə", "qaçaqlar", "qumarbazın həyatı" tamaşalarını göstərib. özü baş rolda oynayan sənətkar vaxt tapıb dram həvəskarlarının tamaşalarına da baxıb. mərziyə davudovanın oyunu çox xoşuna gəlib və ona tövsiyə edib ki, gəlsin bakıya. 1919-cu ildə anasını da itirən mərziyə davudova bakıya gəlib. həmin dövrdə artıq hüseyn ərəblinski həyatda yox idi. mərziyə xanım birləşmiş dövlət teatrosu nəzdində türk dram teatrosu kollektivinə aktrisa qəbul edilib. həmin kollektiv bugünkü akademik milli dram teatrıdır. aktrisa arada çox qısa müddət tiflis azərbaycan dram teatrında və bakı türk işçi teatrında işləsə də, ömrünün sonunadək milli teatrın aparıcı sənətçilərindən olub. cəfər cabbarlının "aydın" (gültəkin), "oqtay eloğlu" (firəngiz), "od gəlini" (solmaz), "sevil" (gülüş və sevil), "almaz" (yaxşı və almaz), "solğun çiçəklər" (gülnisə), "dönüş" (gülsabah və turac), "1905-ci ildə" (nabat və sona), "trablis müharibəsi" (şəmsa) əsərlərinin tamaşalarında əsas rollarda uzun illər səhnəyə çıxmış aktrisanın çoxsaylı rollarını bir neçə bölgüdə təqdim etmək onun zəngin irsini daha bariz şəkildə göstərər. azərbaycan klassik dramaturqlarının pyeslərində oynadığı rollar: hüseyn cavidin yazdığı "şeyx sənan"da əzra və xumar (tamara), "iblis"də xavər, "səyavuş"da südabə, "uçurum"da anjela, "topal teymur"da almaz, "knyaz"da jasmen, əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" faciəsində səlimə və hafizə, "dağılan tifaq"da sona, nəriman nərimanovun "nadir şah"ında gülcahan, abdulla şaiqin "nüşabə"sində nüşabə, səməd vurğunun "vaqif", "fərhad və şirin", "xanlar", "insan" dramlarında xuraman, şirin, qızyetər və səhər. çağdaş milli dramaturqlardan ismayıl rüstəmbəyovun "dövləti-bisəmər" (nisə), mirzə ibrahimovun "həyat" (həyat), "madrid" (lina), süleyman rüstəmin "qaçaq nəbi" (həcər), hüseyn mehdinin "nizami" (məhsəti), rəsul rzanın "vəfa" (ülkər), ənvər məmmədxanlının "şərqin səhəri" (gülzar), cabbar məcnunbəyovun "yanar dərə" (hicran) əsərlərində oynayıb. avropa və rus klassiklərindən vilyam şekspirin "hamlet" (gertruda-göhərşad), "otello" (dezdemona), "maqbet" (ledi maqbet), "kral lir" (qonerilya), fridrix şillerin "qaçaqlar" (amaliya), "məkr və məhəbbət" (luiza), herhart hauptınanın "dəhşətli röya" ("dəhşətli yuxu", "elqa". elqa), karl qutskovun "uriel akosta" (yudif), aleksandr dümanın "nel qülləsinın sirri" ("qanlı qala". marqarita), viktor hüqonun "gülən adam" (joziana), alensis parnisin "afrodita adası" ("gözəllik və sevgi adası". lambrini) faciələrinin, ceyms qou və arno d'nyussonun "dərin köklər" (bella), nazim hikmətin "türkiyədə" (fatma nurhan), aleksandr ostrovskinin "günahsız</Page><Page Number="150">müqəssirlər" (kruçinina), "tufan" (kabanixa), maksim qorkinin "həyatın dibində" ("yurdsuz insanlar". nastya), "vassa jeleznova" (vassa jeleznova), adolf d'enneri və germonun "iki yetimə" (qrafinya de liner), onore de balzakin "ögey ana" (gertruda), tərcümə əsərlərindən tur qardaşları və lev şeyninin "gizli döyüş" ("təkbətək döyüş". zubova-amaliya karlson), aleksandr şirvanzadənin "namus" (sənəm və susanna), hüseyn muxtarovun "ailə namusu" ("allanın ailəsi". bikə), aleksandr şteynin "şəxsi iş" (malyutina), aleksey kapler və zlotoqorovanın "lenin" (kaplan), georgi mdivaninin "vətən namusu" (natella), aleksandr korneyçukun "polad qartal" ("platon kreçet". nərgiz və lida), "31-43" ("eskadramn məhvi". oksana), aleksandr afinogenevin "qorxu" (klara), valentin katayevin "çiçəklər yolu" (lautskaya), lev slavinin "intervensiya" (janna barbye), cananın "şahnamə" (səlimə xatun), anatoli qlebovun "zaqmuq" (ninqal uınıni), konstantin trenyovun "düşmənlər" ("lyubov yarovaya". lyubov yarovaya), vladimir kirşonun "küləklər şəhəri" (maşa. işçi teatrında), anatoli lunaçarskinin "şahın bərbəri" (blanka), veniçenkonun "qadın günahı" (lyaşkovskaya), r.lotarın "inqilabi izdivac" (alen), xalid fəxrinin "bayquş" (qış pəriləri məlakəsi), vano mçedaşvilinin "qaçaq kərəm" (seyrab) dramlarının tamaşalarında əsas rollarda çıxış edib. komediya rollarına mirzə fətəli axundzadənin "hacı qara"sında teybə və sona, əzim əzimzadənin "mirzə rza kirmani"sində qadın, müslüm maqomayevin "cır-bır"ında cahan, mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri"ndə ziba xanım, vilyam şekspirin "şıltaq qızın yumşalması"nda katarina, molyerin "don juan"ında elvira, nikoiay qoqolun "müfəttiş"ində anna andreyevna, üzeyir bəy hacıbəyovun "arşın mal alan"ında cahan xala, zülfüqar bəy hacıbəyovun "evliykən subay" operettalarında, pərizad və hürüzad, mirmahmud kazımovskinin "vurhavur" musiqili komediyasında qız rollarını ifa edib. sevil (bu rolu həm də işçi teatrında oynayıb), solmaz, teybə, gertruda, kruçinina, firəngiz, xumar... rollarını bir neçə quruluşda ifa edib. eyni quruluşda həm almazı, həm də yaxşını ("almaz") oynayıb. mərziyə xanım "koroğlu", "hacı qara" "bir məhəlləli ikioğlan", "bəxtiyar" "həqiqi dost", "bakının işıqları" bədii filmlərində çəkilib. o, 1956-1962-ci illərdə azərbaycan teatr cəmiyyətinin (bugünkü azərbaycan teatr xadimləri ittifaqı) sədri işləyib. bir neçə çağırış azərbaycan ssr ali sovetinin deputatı olub. qızı firəngiz şərifova xalq artistidir, gənc tamaşaçılar teatrında işləyir. qüdrətli sənətkar qırx iki il milli səhnəmizə ləyaqətlə xidmət göstərib, milli teatr tariximizə ölməz obrazlar silsiləsi bəxş edib. onun yaradıcılıq nailiyyətləri yüksək qiymətləndirilərək azərbaycan respublikasının əməkdar artisti (25 aprel 1933), xalq artisti (4 aprel 1936) və ssri xalq artisti (22 iyul 1949) fəxri adları ilə təltif olunub. orden və medallara layiq görülüb. ağır xəstəliyə tutulduğuna görə mərziyə davudovanın yubileyi yeddi ay tez, 20 may 1961-ci ildə keçirildi. altmış yaşı tamam olandan iyirmi yeddi gün sonra aktrisa dünyasını dəyişdi. bakıda fəxri xiyabanda dəfn olunub. mingəçevir dövlət dram teatrı aktrisanın adını daşıyır. mərziyə davudova daxili ehtirası, güclü səhnə temperamenti, monumental janrın tələblərinə cavab verən ifadə vasitələri, romantik təxəyyülü ilə faciə aktrisası idi. psixoloji dramatizminə, obrazın ikinci planını tamaşaçıya təqdim etmək hünərinə, dramatik personajların ifasında oyun-üslub keyfiyyətlərinə görə realist aktyor məktəbinə mənsub idi. romantik sevgi rollarında oyunu öz poetikilyi, həzin lirızmi, poetik təravəti, səhnə hərəkətləri zərifliyi, məlahəti və cazibəsi ilə könül oxşayırdı. təbiətcə xeyirxah olması səhnədə yöndaşlarına münasibətdə, xüsusən gənc aktyorlarla işində nəzərə çarpırdı. mərziyə xanım heç vaxt öndə "görünmək" xatirinə mizanı pozmaz, lazım gələndə səhnənin lap dərinliyində psixoloji realizmlə vəziyyəti oynayardı. ömrünün son illərində realist janrda hazırlanmış tamaşalarda, məsələn "gözəllik və sevgi adası"nda ("afrodita adası") lambrini rolunda pauzalardan istifadədə yüksək səhnə texnikasının zəngin ifadə çalarlarını məharətlə göstərirdi.</Page><Page Number="151">təzadlı janr əlvanlığını xoşlayırdı. yaradıcılığı həm romantik aktyor məktəbinin, həm də realist aktyor məktəbinin estetik tələblərinə cavab verirdi. hər iki məktəbə aid onlarca kamil rolu var. mərziyə xanım azərbaycan aktrisaları içərisində yersiz pafosun, bağırtı ilə danışmağın, bir sözlə, kirəcləşmiş ifa stereotiplərinin əleyhinə cəsarətlə çıxırdı. mərziyə xanım ifa etdiyi rolun xarakterindən asılı olmayaraq, səhnə ilə tamaşaçı salonu arasında emosional ünsiyyət yaratmağı yüksək peşəkarlıqla bacarırdı. mərziyə davudova ən müxtəlif üslublu, ən müxtəlif teatr poetikalarına əsaslanan rejissorların hamısının tamaşalarında sənət nailiyyətləri qazanıb.   milli dram teatrinin  rejissor sənətində üslub  axtarişlari  (1938-1980)  ədil isgəndərov 1938-ci ildə milli dram teatrına baş rejissor təyin olunandan sonra sənət ocağının yaradıcılığının bütün istiqamətlərində ciddi canlanma başlandı. teatr yeni üslub və yeni poetika uğrunda cəsarətli addımlar atdı, estetik ifadə vasitələri axtarışlarına meydan genişləndi. monumental romantik teatr məktəbinin prinsiplərini əsas götürən teatr monumental realizm janrında da sənət nailiyyətləri qazanmağa başladı. janr axtarışları kollektivi üslub axtarışlarına, üslub axtarışları isə yeni fərdi rejissor estetikalarının formalaşmasma sövq edir, milli rejissuranın təkamül prosesinə zəmin yaradırdı. mdt tədricən "ədil isgəndərov teatrı" kimi kamilləşdi. teatrdakı digər rejissorlar da həmin poetika səciyyələrindən bəhrələnirdilər. bununla belə, onların fərdi yaradıcılıq üslubları bütövlükdə teatrın ümumi yaradıcılıq estetikasını dərinləşdirir və əlvanlaşdırırdı. haqqında söhbət gedən dövrün ilk iyirmi ilində mdt-də ismayıl hidayətzadənin, ələsgər şərifovun, səftər turabovun, məcid zeynalovun, şəmsi bədəlbəylinin, əliheydər ələkbərovun, mehdi məmmədovun, əşrəf quliyevin, nəsir sadıqzadənin maraqlı rejissor quruluşları olub. tofiq kazımovun teatra baş rejissorluğu dövründə çağdaş dünya teatr prosesinin üslub axtarışlarından bəhrələnmə artıb. üslub və janr eksperimentləri genişlənib və müəyyən səmərəli nailiyyətlər qazanılıb. 1960-cı illərin sonlarında və 1970-ci illərdə yeni teatr poetikalarına əsaslanan və təzə estetik səciyyələrlə işləyib üslub zənginliyinə çalışan fikrət sultanov, fuad hacıyev, zəminə hacıyeva, tofiq ağayev, məmmədkamal kazımov mdt-də müxtəlif janrlı tamaşalar hazırlayıblar.  * * *  səftər turabov (5.3.1910-26.11.1989)  əsil adı əlisəftərdir, lakin quruluş verdiyi bütün tamaşaların proqram və afişalarında "səftər turabov" kimi yazılıb. yaradıcılıq üslubu romantik teatr məktəbinə uyğun idi. eyni zamanda formaca monumentallığa meyil göstərib. hazırladığı tamaşalarda müəyyən janr məhdudluğu olsa da, yaradıcılıq üslubu forma baxımından əlvan və rəngarəng idi. mürəkkəb kompozisiya qurmağı və musiqidən yardımçı atribut kimi yox, bədii obraz tutumunda istifadə etməyi xoşlayıb. bir rejissor kimi hazırladığı tamaşalara, adətən, bitkin, dəqiq və yaradıcılıq fikirləri üst-üstə düşən aktyor ansamblı seçib. nəzəri əsas kimi psixoloji yaşama məktəbinin (stanislavski sistemi) estetik prinsiplərinə əsaslanıb. səftər (əlisəftər) həbib oğlu turabov 1910-cu il may ayının 5-də bakıda doğulub. yeddiillik təhsil alıb. on altı yaşında milli dram teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb.</Page><Page Number="152">1930-cu ildən texniki rejissor, laborant-rejissor, rejissor assistenti kimi çalışıb. teatrda işləyə-işləyə 1934-cü ildə bakı teatr məktəbini bitirib. diplom alandan sonra teatrın ştatına həm aktyor, həm də rejissor assistenti götürülüb. bir neçə tamaşada rejissor assistenti kimi səylə çalışandan sonra ona müstəqil quruluşlar tapşırılıb. səftər turabov milli dram teatrında nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (18 mart 1940), konstantin simonovun "vətən oğlu" ("bizim şəhərli oğlan". 27 sentyabr 1941), zeynal xəlilin "intiqam" (16 may 1942), vsevolod rokkun "mühəndis sergeyev" (28 noyabr 1942), cəfər cabbarlının "almaz" (10 yanvar 1943), "1905-ci ildə" (28 mart 1944), mir cəlalın "mirzə xəyal" (6 iyul 1943), mehdi hüseynlə ilyas əfəndiyevin "intizar" (26 dekabr 1944), tur qardaşlarının "bir evin sirri" (4 dekabr 1949), əbdürrəhim bəy haqverdiyevin "köhnə dudman" (10 iyun 1950), səttar axundovun "zərif tellər" (30 noyabr 1951) əsərlərinə quruluş verib. o, rejissor həmkarları əliheydər ələkbərovla birlikdə zeynal xəlilin "qatır məmməd" (3 may 1945), leonid malyuginin "köhnə dostlar" (21 yanvar 1947), məhərrəm haşımovla müştərək ceyms qou və arno d'nyussonun "dərin köklər" (6 mart 1948) pyeslərini tamaşaya hazırlayıb. səftər turabov 1954-cü ildə hələ dövlət statusu olmayan azərbaycan musiqili komediya teatrında, 1956-cı ildən dövlət radiosunda rejissor işləyib. teatr sənətində qazandığ1 naililiyyətlərə görə 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 26 noyabr 1898-ci ildə bakıda vəfat edib.  əliheydər ələkbərov (26.7.1915-14.3.1975)  26 iyul 1915-ci ildə bakıda doğulub və yeddiillik məktəbi də burada bitirib. ilk sənət təhsilini bakı teatr məktəbində 1931-1934-cü illərdə almış əliheydər əbdüləli oğlu ələkbərov 1964-cü ildə azərbaycan dövlət teatr institutunu da bitirib. texnikuma daxil olduğu ildən akademik milli dram teatrında kütləvi səhnələrə çıxıb və həmçinin rejissor köməkçisi, rejissor-laborant və rejissor assistenti kimi çalışıb. 1960-cı ildən 1967-ci ilə qədər azərbaycan dövlət musiqili komediya teatrında baş rejissor olub. 1967-ci ildən ömrünün sonunadək akademik milli dram teatrında direktor işləyib. əliheydər ələkbərovun mdt-də quruluşçu rejissor kimi ilk müstəqil işi süleyman sani axundovun "eşq və intiqam" (1 oktyabr 1943) faciəsinin tamaşası olub. bundan sonra o, cəfər cabbarlının "solğun çiçəklər" (4 iyun 1949), "almaz" (11 may 1957 və 11 may 1969), cabbar məcnunbəyovun "böyük məhəbbət" (12 may 1950), "ildırım" (24 dekabr 1955), boris lavrenyovun "amerikanın səsi" (14 dekabr 1950), vadim sobkonun "ikinci cəbhə arxasında" (5 aprel 1952), islam səfərlinin "göz həkimi" (26 fevral 1955), "yadigar" (1 sentyabr 1956), süleyman rüstəmin "qaçaq nəbi" (8 mart 1958), pavel malyarevskinin "daş qartal" (28 noyabr 1959), adil babayevin "dağlar qızı" (18 iyun 1960), ilyas əfəndiyevin "mahnı dağlarda qaldı" (12 fevral 1971) əsərlərini tamaşaya hazırlayıb. rejissor məhərrəm haşımovla birlikdə 1945-ci il noyabr ayının 7-də səməd vurğunun "insan" mənzum dramına quruluş veriblər. azərbaycan dövlət musiqili komediya teatrında reper-tuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamıilləşməsində əliheydər ələkbərovun böyük xidmətləri var. o bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. üzeyir bəy hacıbəyovun "məşədi ibad" operettasını bolqarıstanın şumen şəhərindəki türk teatrında (1966), zeynal xəlilin "qatır məmməd" dramını, əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" faciəsini lənkəran dövlət dram teatrında (1946 və 1947), səid rüstəmovun "durna" (mətni süleyman rüstəmindir) musiqili komediyasını şuşa dövlət musiqili dram teatrında (1947) səhnəyə qoyub. əliheydər ələkbərov "milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə üzeyir bəy hacıbəyov adına dövlət mükafatına, "mahnı dağlarda qaldı" tamaşasına görə isə 1972-ci</Page><Page Number="153">ildə azərbaycan respublikasının dövlət mükafatına layiq görülüb. 1949-cu il iyulun 21-də ona azərbaycan respublikasının əməkdar artisti fəxri adı verilib. rejissor 14 mart 1975-ci ildə bakıda vəfat edib. əliheydər ələkbərovun rejissurası romantik və realist teatr məktəblərinin estetik göstəricilərinin sintezi ilə səciyyəvidir.  əsrəf quliyev (25.4.1920 - 10.2.1994)  yaradıcılığa aktyorluqla başlayıb. hazırladığı tamaşalara qaralama eskizləri özü çəkir və sonra rəssamla bu qaralamalar əsasında yaradıcılıq axtarışları aparırdı. rejissor yaradıcılığının ilkin dövründə romantik monumental üsluba meyil göstərib. tədricən istər klassik, istərsə də müasir əsərlərin tamaşalarında realist forma-üslubu üstün tutub. lirik-psixoloji üslubda da tamaşalar hazırlayıb. əşrəf hacı oğlu quliyev 25 aprel 1924-cü ildə bakıda doğulub. yeddiillik təhsili bitirəndən sonra azərbaycan dövlət teatr məktəbində oxuyub. teatr məktəbində oxuya-oxuya mdt-nin tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təhsilini başa vurub və təyinatla irəvan dövlət azərbaycan dram teatrında aktyor işləməyə göndərilib. böyük vətən müharibəsində iştirak edib (1941-1945). müharibədən qayıtdıqdan sonra az müddət irəvan teatrında işləyib və sonra yenicə açılmış azərbaycan dövlət teatr institutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən akademik milli dram teatrında rejissor işləyib. əvvəlcə assistent və ikinci rejissor kimi müxtəlif tamaşaların hazırlanmasında çalışan əşrəf quliyev 1956-cı ildən müstəqil quruluşlar verib. mdt-də əşrəf quliyev dramaturqlardan vasili şkvarkinin "özgə uşağı" (8 sentyabr 1956), yuri osnos və viktor vinnikovun "hind gözəli" (2 oktyabr 1959), həsən seyidbəylinin "bağlı qapılar" (3 iyun 1961), mirzə fətəli axundzadənin "hacı qara" (26 oktyabr 1962), sabit rəhmanın "toy" (14 dekabr 1963), cavad fəhmi başqutun "köç" (19 sentyabr 1964), mirzə ibrahimovun "yaxşı adam" (24 aprel 1965), "kəndçi qızı" (15 may 1976), cəfər cabbarlının "oqtay eloğlu" (29 iyun 1966), ilyas əfəndiyevin "mənim günahım" (5 may 1967), bernard şounun "şeytanın şagirdi" (23 dekabr 1967), bəxtiyar vahabzadənin "ikinci səs" (19 aprel 1969), "yollara iz düşür" (30 oktyabr 1977), anatoli safronovun "kişilərə inanmayın" (13 iyun 1970), "gecənin sirri" (2 sentyabr 1982), nəbi xəzrinin "sən yanmasan..." (2 fevral 1972), "əks-səda" (14 fevral 1975), aleksandr ostrovskinin "müdriklər" (19 may 1973), vilyam şekspirin "heç nədən hay-küy" (10 mart 1979), sabit rəhmanın "əliqulu evlənir" (3 oktyabr 1980) dram, faciə və komediyalarını tamaşaya hazırlayıb. rejissor 1984-cü il yanvar ayının 2-dən yalnız azərbaycan dövlət incəsənət institutunda işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib. müxtəlif illərdə lənkəran və gəncə teatrlarında tamaşalara quruluşlar verib. 1974-cü il iyun ayının 1-də azərbaycan respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. əşrəf quliyev 10 fevral 1994-cü ildə bakıda vəfat edib.  * * *  psixoloji realizm üslubunun estetik səciyyələri əsasında nəsir sadıqzadə qəhrəmanlıq mövzusunda süleyman rüstəmin "qaçaq nəbi" (19 sentyabr 1962), tofiq ağayev samuil alyoşinin mənəvi-əxlaqi problemli "palata" (28 aprel 1963), məmmədkamal kazımov rus dramaturqu aleksey arbuzovun lirik-dramatik üslubda yazılmış "tanya" (27 may 1964), türkmən ədibi hüseyn muxtarovun "kimdir müqəssir?" (11 dekabr 1964), hüseyn sultanov qırğız dramaturqu çingiz aytmatovun ailə-məişət münasibətlərini fəlsəfi dərinliklə təcəssüm etdirən "ana torpağı" (28 dekabr 1966) əsərlərinə səhnə quruluşları veriblər.</Page><Page Number="154">cəmiyyət və şəxsiyyət, borc və hiss kimi aktual, ictimai xarakterli mövzularda ənvər behbudovun hazırladığı maksim qorkinin "zikovlar" (27 mart 1968), fikrət sultanovun səhnə təfsiri verdiyi raço stoyanovun "qısqanc ürəklər" (26 dekabr 1970), həsən əblucun hazırladığı rumın yazıçısı mixail sebastianın "adsız ulduz" (3 dekabr 1972), ramiz fətəliyevin "vəkil neyləsin..." (26 dekabr 1976), kino rejissoru rasim ocaqovun quruluş verdiyi dramaturq rüstəm ibrahimbəyovun "istintaq" (18 mart 1978), fuad və zəminə hacıyevlərin işlədikləri cəfər cabbarlının "sevil" (18 noyabr 1978), diplomçu oqtay salamovun rejissoru olduğu braziliya dramaturqu raymondo juniyorun "bu qadın mənimdir" (30 dekabr 1979) əsərlərinin tamaşaları üslub axtarışlarında müəyyən əhəmiyyət kəsb ediblər. satirik komediya, ictimai-sosial məsxərə, məişət yumoru, lirik komediya janrlarında məmmədkamal kazımov dramaturqlar qriqori qorinin və arkadi arkanovun "görünməmiş toy" (10 fevral 1967), fikrət sultanov yumor ustası sabit rəhmanın "xoşbəxtlər" (8 may 1968), lütfi məmmədbəyov italyan yazıçısı raffaele vivianinin "çarəsiz dələduz" (29 mart 1969), tatar ədibi hay vahidin "bağ qonşuları" (12 sentyabr 1969), fuad hacıyev macar mlkolaş dyarfaşın "füsunkar qız" (28 mart 1971), məmmədkamal kazımov mirzə fətəli axundzadənin "xırs quldurbasan" (19 iyun 1972), emil braginski və eldar ryazanovun "sevgi... sevgi..." (30 iyun 1973), seyfəddin dağlının "kölgələr pıçıldaşır" (5 iyun 1976), ağakişi kazımov gürcü nodar dumbadzenin "darıxma, ana!" (27 mart 1972), ilyas əfəndiyevin "qəribə oğlan" (8 aprel 1973) pyeslərinə, bəziləri mübahisəli görünsə də, maraqlı səhnə həlli tapıblar. bütövlükdə bu dövrdə teatrın əsas üslubunu ilk növbədə monumental romantizmdə ədil isgəndərovun, fəlsəfi məzmunlu monumentallıqda mehdi məmmədovun və lirik-psixoloji janrda tofiq kazımovun rejissurası müəyyənləşdirib.   akademik milli dram teatri (1960-1985)  bir neçə il idi ki, füzuli meydanında akademik milli dram teatrı üçün təzə bina tikilirdi. 1960-cı ilin yayında teatr binası hazır oldu. yay tətilindən qayıdan kollektiv avqust ayında bura köçdü. oktyabr ayının 15-də teatr yeni binada növbəti mövsümünü cəfər cabbarlının "almaz" dramının tamaşası ilə açdı. ilin birinci yarısında teatr öz repertuarına ədil isgəndərovun quruluşunda cəfər cabbarlının "dönüş" (18 mart), islam səfərlinin "ana ürəyi" (28 aprel), əliheydər ələkbərovun rejissorluğunda adil babayevin "dağlar qızı" (18 iyun) pyeslərinin tamaşalarını daxil etdi. bu dövrdə teatrda ədil isgəndərovdan başqa rejissorlardan ələsgər şərifov, əliheydər ələkbərov, əşrəf quliyev və nəsir sadıqzadə də çalışırdılar. oktyabr ayının 22-də heç bir səbəb olmadan ədil isgəndərov baş rejissor vəzifəsindən çıxarıldı və üstəlik də teatrdan tamamilə uzaqlaşdırıldı. bu addım milli teatrımıza çox dəhşətli zərbə vurdu. tədricən teatrın otuzillik romantik-monumental teatr estetikası dağılmağa başladı. məsələ burasında idi ki, mehdi məmmədov və tofiq kazımov qüdrətli rejissor kimi tanınırdılar, lakin onlar tamamilə başqa və yeni raəktəbin nümayəndələri kimi formalaşırdılar. baş rejissor vəzifəsinə əvvəlcə burada quruluşçu rejissor işləmiş, 1956-cı ildən opera və balet teatrında baş rejissorluq edən mehdi məmmədov təyin olundu. üslub və poetika baxımından ədil isgəndərovdan fərqlənən mehdi məmmədov teatra gələndə nəsir sadıqzadə nazim hikmətin "şöhrət və ya unudulan adam" (tərcüməçi islam ibrahimov) əsərinin məşqlərini aparırdı. ilk tamaşa dekabr ayının 28-də göstərildi. mehdi məmmədovun baş rejissor kimi ilk quruluşu sabit rəhmanın "əliqulu evlənir" (9 mart 1961) komediyası oldu. o, viktor rozovun "şadlıq sorağında" (25 may 1961), mehdi hüseynin "alov" (28 oktyabr 1961), mirzə ibrahimovun "kəndçi qızı" (21 dekabr 1962) əsərlərini</Page><Page Number="155">tamaşaya hazırlayaraq gözlənilmədən 1963-cü il aprel ayının 8-də istefa ərizəsi yazdı. teatr bir müddət baş rejissorsuz qaldı. 1964-cü il fevralın 10-da teatrda baş rejissor kürsüsünü tofiq kazımov tutdu. tofiq kazımov baş rejissor kimi özünün yaradıcılıq məramnaməsini (proqramını), sənətdəki estetik prinsiplərini vilyam şekspirin "antoni və kleopatra" (tərcüməçi tələt əyyubov) tamaşası ilə bəyan etdi. bundan sonra teatr yeni estetika zəminində işləməyə başladı. premyerası 1964-cü il aprelin 23-də oynanılan tamaşada hökümə qurbanova kleopatra, əli zeynalov antoni rolları ilə milli teatrımızın şekspir rolları salnaməsmə yeni sənət səhifələri yazdılar. bu il oktyabrın 14-də tofiq kazımov ilyas əfəndiyevin "sən həmişə mənimləsən" dramını tamaşaya hazırladı. özünün yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən bu tamaşa ilə mdt-də lirik-psixoloji janrın bünövrəsi qoyuldu. rejissorun on doqquz yaşlı nargilə roluna teatr institutunun eyniyaşlı tələbəsi amaliya pənahovanı dəvət etməsi də cəsarətli addım idi. aktrisanın debütü çox uğurlu oldu və o, bir müddət sonra truppaya qəbul edildi. tamaşada həmçinin təcrübəli sənətkarlar əli zeynalov (həsənzadə), ətayə əliyeva (nəzakət) yeni oyun estetikası göstərdilər. tofiq kazımov on altı il milli dram teatrına rəhbərlik etdi və 1980-ci il avqustun 2-də avtomobil qəzasında həlak oldu. teatr bir neçə il baş rejissorsuz işlədi. 1960-1985-ci illərdə teatr, əsasən, lirik-psixoloji üslubda, eyni zamanda fəlsəfi-monumental teatr poetikasında, realist-dramatik səpkidə, psixoloji məişət janrında dəyərli tamaşalar hazırlaya bildi. bununla belə, dramaturji cəhətdən zəif, orijinal və mövzu-problematikası azərbaycanlı tamaşaçıların mənəvi-əxlaqi psixologiyasma uyğun olmayan tərcümə pyeslər də repertuara yol tapdı. lakin bütövlükdə haqqında söhbət gedən dövrdə amdt-nin tarixinə müxtəlif janrlı sanballı tamaşalar daxil oldu. 1961, 28 oktyabr. "alov", mehdi hüseyn. quruluşçu rejissor mehdi məmmədov, rəssam ismayıl axundov, bəstəkar soltan hacıbəyov. müxtəlif yaş nəslinə və müxtəlif aktyor məktəbələrinə mənsub olan ələsgər ələkbərov (fərhad kamalov), ismayıl osmanlı (kərim rəhimli), firəngiz şərifova (rəfiqə rəhimli), əli zeynalov (cəlal qaşqay), həsənağa salayev (əmin bəxtiyarov) məlahətli oyunları ilə ahəngdar ritmli ansambl yaratmışdılar. 1962, 21 denabr. "kəndçi qızı", mirzə ibrahimov. quruluşçu rejissor mehdi məmmədov, rəssam sadıq şərifzadə, bəstəkar soltan hacıbəyov. hökümə qurbanovanın bənövşə və həsən turabovun vahid obrazları əsil lirik komediya personajları təsiri bağışlayırdılar. 1963, 14 iyun. "dəlilər" ("valensiya dəliləri"), lope de veqa. tərcüməçi tələt əyyubov. quruluşçu rejissor tofiq kazımov, rəssam sergey yefimenko, rəqslərin quruluşçusu xumar zülfüqarova. həsən turabovun (floriano), firəngiz şərifovanın (erfila), sofiya bəsirzadənin (fedra), əliağa ağayevin (martin) və safurə ibrahimovanın (fernando) oyunları daha şux və məzəli, daha koloritli və səmimi baxılırdı. 1963, 14 oktyabr. "toy", sabit rəhman. quruluşçu rejissor əşrəf quliyev, rəssam nurəddin fətullayev. əliağa ağayev (kərəmov), ağadadaş qurbanov (dəmirçi musa), mirvari novruzova (zalxa) öz oyunlarında sabit rəhmanın incə və satirik çalarlı yumoruna daha həssaslıqla yanaşmışdılar. 1965, 18 dekabr. "yalan", sabit rəhman. quruluşçu rejissor tofiq kazımov, rəssam əşrəf məmmədov, bəstəkar emin sabitoğlu (mahmudov). əsas rolları leyla bədirbəyli (şəlalə), sofiya bəsirzadə (tərlan xanım) və əliağa ağayev (aslan) ifa ediblər. 1966, 29 iyun. "oqtay eloğlu", cəfər cabbarlı. quruluşçu rejissor əşrəf quliyev, rəssam ismayıl axundov, bəstəkar sevda ibrahimova. tamaşanın əsas ağırlığını həsənağa salayev (oqtay) çəkirdi. epizod rollarda əminə yusifqızı (sevər) və mirvari novruzova (tamara) cazibəli görünürdülər. 1966, 12 noyabr. "ölülər", cəlil məmmədquluzadə, quruluşçu rejissor tofiq kazımov, rəssam elçin aslanov, bəstəkar qara qarayev. maraqlı aktyor ansamblı olan tamaşada həsən</Page><Page Number="156">turabov (isgəndər), məlik dadaşov (şeyx nəsrulla), məmmədrza şeyxzamanov (hacı həsən ağa) klassik səhnə surətləri yaratmışdılar. 1967, 2 iyun. "sənsiz", şıxəli qurbanov. quruluşçu rejissor tofiq kazımov, rəssam elçin aslanov, bəstəkar rauf hacıyev. dörd iştirakçısı olan tamaşada hökümə qurbanova (sevinc), məlik dadaşov (tərlan), həsənağa salayev (fərhad) və safurə ibrahimova (maral) məhəbbət haqqında həzin və poetik, bir qədər qəmli məhəbbət dastanının təmsilçiləri ovqatını oyadırdılar. 1968, 15 mart. "hamlet", vilyam şekspir. tərcüməçi cəfər cabbarlı. quruluşçu rejissor tofiq kazımov. həsən turabov (hamlet), əli zeynalov (klavdi), şəfiqə məmmədova (gertruda), məmmədrza şeyxzamanov (poloni) və əliağa ağayev (məzarçı) psixoloji faciə obrazlarımn parlaq nümunələrini təqdim edirdilər. 1968, 1 noyabr. "unuda bilmirəm", ilyas əfəndiyev. quruluşçu rejissor tofiq kazımov, rəssam sənan qurbanov, bəstəkar emin sabitoğlu. həsən turabovun kamran, amaliya pənahovanın nərmin və məmmədrza şeyxzamanovun möhsünzadə rolları lirik-psixoloji üslubun parlaq yaradıcüıq nailiyyətləri kimi səciyyələndilər. 1968, 28 dekabr. "canlı meyit", lev tolstoy. tərcüməçi ənvər məmmədxanlı. quruluşçu rejissor mehdi məmmədov. klassik rus xarakterləri olan protasov obrazını mehdi məmmədov və əli zeynalov, karenin surətini məlik dadaşov, yelizaveta (liza) personajını leyla bədirbəyli, qaraçı qızı maşanı şəfiqə məmmədova oynayırdılar. 1969, 30 iyun. "pəri cadu", əbdürrəhim bəy haqverdiyev. quruluşçu rejissor tofiq kazımov, rəssam sənan qurbanov, bəstəkar qara qarayev. mistik-psixoloji faciə janrında hazırlanmış tamaşanın əsas obrazlarını səhnədə həsən turabov (qurban), amaliya pənahova (pəri), safurə ibrahimova (hafizə) və nəcibə məlikova (şamama cadu) canlandırırdılar. 1969, 29 noyabr. "məhv olmuş gündəliklər", ilyas əfəndiyev. quruluşçu rejissor tofiq kazımov. rəssam sənan qurbanov, bəstəkar emin sabitoğlu. əsas rolları vəfa fətullayeva (fəridə), kamal xudaverdiyev (ədalət), şəfiqə məmmədova (anjel), səməndər rzayev (qənimət), fuad poladov (savalan) şövqlə oynayırdılar. 1970, 12 mart. "xəyyam", hüseyn cavid. quruluşçu rejissor mehdi məmmədov, rəssam elçin aslanov, bəstəkar cahangir cahangirov. ilk dəfə tamaşaya qoyulan mənzum faciənin lirik-romantik vüsəti həsən turabovla mehdi məmmədovun (xəyyam), şəfiqə məmmədovanın (sevda), fəlsəfi-psixoloji dramatizmi səməndər rzayevin (xacə nizam) və hamlet xanızadənin (rəmzi) oyunlarında təcəssüm tapmışdı. 1970, 19 sentyabr. "nazirin xanımı", branislav nuşiç. tərcüməçi və quruluşçu rejissor tofiq kazımov (ələsgər şərifovla birlikdə), rəssam kamal şıxəliyev. tamaşadakı satirik gülüşün nüvəsi ağahüseyn cavadovun (sima popoviç), barat şəkinskayanın (jivka), əliağa ağayevin (rista podoroviç), möhsün sənaninin (çeda) və amaliya pənahovanın (anka) duzlu oyunlarının mayasında cəmləşmişdi. 1971, 12 fevral. "mahnı dağlarda qaldı", ilyas əfəndiyev. quruluşçu rejissor əliheydər ələkbərov, rəssam nüsrət fətullayev, bəstəkar süleyman ələsgərov. baş rollarda həsən turabov (nicat) və amaliya pənahova (şahnaz) öz oyunlarında kövrək psixoloji lirizmə, epizod surətlərin ifasında vəfa fətullayeva (gülgəz) və fuad poladov (rəhman) incə yumora əsaslanırdılar. 1971, 8 may. "yağışdan sonra", bəxtiyar vahabzadə. quruluşçu rejissor tofiq kazımov, rəssam solmaz haqverdiyeva, bəstəkar emin sabitoğlu. aparıcı rollar məlik dadaşov (aslan), əli zeynalova (qədimbəy), amaliya pənahovaya (reyhan), şəfiqə məmmədovaya (nihal) və fuad poladova (cığatay) tapşırılmışdı. 1972, 27 mart. "darıxma, ana!", nodar dumbadze. tərcüməçi adil babayev. quruluşçu rejissor ağakişi kazımov, rəssam dmitri tavadze. əsas rolu fuad poladov (avtandil), koloritli epizod surətləri ismayıl osmanlı (isidor cakeli) və möhsün sənani (vano dayı) oynayırdılar. 1974, 3 may. "fırtına", vilyam şekspir. tərcüməçi anar. quruluşçu rejissor tofiq kazımov, rəssamlar i.lemeşev və oleq ibrahimov, bəstəkar fərəc qarayev. məmmədrza şeyxzamanov (kral</Page><Page Number="157">alonso), məlik dadaşov (prospero), səməndər rzayev (kaliban) və şəfiqə məmmədova (ariel) özlərinin yaradıcılıqlarında yeni xarakterlər yaratmışdılar. 1977, 16 dekabr. "şəhərin yay günləri", anar. quruluşçu rejissor tofiq kazımov, rəssam solmaz haqverdiyeva, bəstəkar emin sabitoğlu. teatrın repertuarında uzun illər yaşayan tamaşada həsən turabov (qiyas), şəfiqə məmmədova (dilarə), səməndər rzayev (bəhram zeynallı) və fuad poladov (ağarəfi) daha canlı təsir bağışlayırdılar. 1978, 29 aprel. "dəli yığıncağı", cəlil məmmədquluzadə. quruluşçu rejissor mehdi məmmədov, rəssam elçin məmmədov, bəstəkar cahangir cahangirov. ciddi psixoloji-sosial faciə janrında hazırlanmış tamaşada ən yaxşı ifalar hamlet xanızadəyə (molla abbas), şəfiqə məmmədovaya (pırpız sona), mikayıl mirzəyə (cinni mustafa), hamlet qurbanova (doktor lalbyuz), ramiz məlikə (formasyon rüstəm), yaşar nuriyevə (sərəsəm salman) məxsus idi. 1981, 2 sentyabr. "xurşidbanu natəvan", ilyas əfəndiyev. quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam elçin aslanov, bəstəkar arif məlikov. natəvan surətini amaliya pənahova həzin, bir qədər qüssəli və bir qədər də fəlsəfi-psixoloji çalarların sintezində ifa edirdi. səksən dörd yaşlı ağasadıq gəraybəli qoca knyaz rolunda coşğun və dinamik obraz kimi təravətli görünürdü.  * * *  yaradıcılıq eksperimentləri, üslub və janr axtarışları aparmaq üçün adt-də 1982-ci ildə kiçik səhnə adlı studiya-emalatxana yaradıldı. fəaliyyət göstərdiyi altı ildə burada jan anuyun "medeya" (31 may 1982. rejissor mərahim fərzəlibəyov), nahid hacızadənin "məhəbbət yaşadır" (21 dekabr 1982. rejissor lütfi məmmədbəyov), tennessi uilyamsın "şüşə heyvanxana" (2 iyun 1985. rejissor bəhram osmanov), yuli edlisin "kölgələrin oyunu" (29 oktyabr 1986. rejissor həsən əbluc), rafiq səməndərin "günəbaxanlar" (5 fevral 1988. rejissor həsən əbluc), jan pol sartrm "dəfn edilməmiş ölülər" (2 iyun 1988. rejissor mehriban ələkbərzadə) əsərlərinin maraqlı tamaşaları hazırlanıb. teatr iyirmi beş ildə özünün yaradıcılıq məktəbinə yeni-yeni dramaturqlar cəlb edib. şıxəli qurbanov "əcəb işə düşdük" (2 dekabr 1961), bəxtiyar vahabzadə "ikinci səs" (19 aprel 1969), seyfəddin dağlı "mənziliniz mübarək!" (20 noyabr 1971), nəbi xəzri "sən yanmasan..." (2 fevral 1972), maqsud ibrahimbəyov "ümid" (27 noyabr 1976), rüstəm ibrahinıbəyov "istintaq" (18 mart 1978), əkrəm əylisli "quşu uçan budaqlar" (29 dekabr 1978), nəriman həsənzadə "atabəylər" (24 dekabr 1983) pyeslərinin tamaşalarından başlayaraq bu teatrla uzunmüddətli əlaqə yaradıblar. azərbaycanın klassik dramaturqlarından cəfər cabbarlının "od gəlini" (23 sentyabr 1961), "aydın" (26 may 1972), "sevil" (18 noyabr 1978), hüseyn cavidin "səyavuş" (14 mart 1963), "knyaz" (6 dekabr 1974), "iblis" (19 mart 1983), mirzə fətəli axundzadənin "hacı qara" (26 oktyabr 1962), "xırs quldurbasan" (19 iyun 1971) əsərləri yeni quruluşlarda tamaşaya qoyulub. klassik və çağdaş dünya ədiblərindən aleksis parnisin "gözəllik və sevgi adası" (26 aprel 1961), viktor rozovun "şadlıq sorağında" (25 may 1961), viktor hüqonun "mariya tüdor" (17 mart 1962), aleksey arbuzovun "tanya" (27 may 1964), cavad fəhmi başqutun "köç" (19 sentyabr 1964), fridrix şillerin "orlean qızı" (14 oktyabr 1965), aleksandr ostrovskinin "günahsız müqəssirlər" (12 fevral 1966), "müdriklər" (19 may 1973), "cehizsiz qız" (27 oktyabr 1979), çingiz aytınatovun "ana torpağı" (28 dekabr 1966), bernard şounun "şeytanın şagirdi" (23 dekabr 1967), maksim qorkinin "zikovlar" (27 mart 1968), "meşşanlar" (22 mart 1975), "həyatın dibində" (16 noyabr 1985), raffaele vivianinin "çarəsiz dələduz" (29 mart 1969), yucin o'nilin "qızıl" (9 oktyabr 1971), fridrix şillerin "məkr və məhəbbət" (17 noyabr 1973), vilyam şekpirin "heç nədən hay-küy" (10 mart 1979), "maqbet" (19 noyabr 1981), leonqard frankin "yad adam" (26 dekabr 1980) pyeslərinin tamaşaları repertuarda yer tutublar. bir sıra gənc rejissorlar amdt-də sərbəst quruluşlar veriblər. tofiq ağayev rus samuil alyoşinin "palata" (28 aprel 1963), fikrət sultanov bolqar stefan kostovun "falçı" (24 sentyabr</Page><Page Number="158">1966), fuad hacıyev macar mlkolaş dyarfaşın "füsunkar qız" (28 mar4 2971), həsən əbluc rumın mixail sebastianın "adsız ulduz" (3 dekabr 1972), rövşən qocayev əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan" (kiçik səhnədə. 7 iyun 1983), məhərrəm bədirzadə cahan əfruzun "ilham pərisi" (kiçik səhnədə. 30 dekabr 1983), namiq ağayev nasir-dramaturq firudin ağayevin "səməndər quşu" (kiçik səhnədə. 28 aprel 1984) əsərləri ilə amdt-də rejissor debütü ediblər.</Page><Page Number="159">ələsgər şərifov (25.12.1909-8.9.1982)  azərbaycan teatrının tanınmış rejissorlarından olan ələsgər məmmədtağı oğlu şərifov 25 dekabr 1909-cu ildə şamaxıda imkanlı ailədə doğulub. onun altı yaşı olanda ailəsi bakıya köçüb və ələsgər burada təhsil məktəbinə gedib. həmin illərdə bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı abbasmirzə şərifzadə ələsgərin əmisi oğlu idi. təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. ələsgər şərifov bakıda nəriman nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. tələbəlik illərində mustafa mərdanovun, mirseyfəddin kirmanşahlının, süleyman səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri şvarts adına klubun dram dərnəyində "iblis" (hüseyn cavid), "aydın", "sevil", "oqtay eloğlu" (cəfər cabbarlı), "qaçaqlar" (şiller), "qaçaq kərəm" (vano mçedaşvili) tamaşalarında baş rolları oynayıb. həmçinin akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan ələsgər şərifov imtahanları vaxtından əvvəl verərək moskvaya ali təhsil almağa gedib. ancaq orada oxumaq ona iki il sonra nəsib olub. buna görə bakıya qayıdaraq aktyor işləyib. moskvada teatr sənəti institutunun eksperimental teatr emalatxanasında islahatçı rejissor vsevolod meyerxoldun kursunda iki il təhsil alıb. ali rejissor diplomu ilə bakıya gələndə akademik milli dram teatrının yaradıcı heyətinə qəbul olunub. az sonra azərbaycanın kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltınək məqsədilə bakıda kolxoz-sovxoz teatrı yaranıb və oranın bədii rəhbərliyi ələsgər şərifova tapşırılıb. səyyar fəaliyyət göstərən kollektiv ilin üç-dörd ayını bakıda olub tamaşalar hazırlayır, sonra həmin repertuarla rayonlara gedib tamaşalar göstərirdi. gənc rejissor həmin teatrda üzeyir bəy hacıbəyovun "arşın mal alan", "o olmasın, bu olsun", sabit rəhmanın təbdil etdiyi "varlı gəlin", cəfər cabbarlının "almaz", "sevil", "yaşar" pyeslərinə quruluşlar verib. ilin müxtəlif aylarında boş qalan ələsgər şərifov 1932-ci ildə akademik teatrda rza darablı, rza təhmasib, ismayıl hidayətzadə ilə birgə hüseyn cavidin "şeyx sənan" faciəsinə rejissorluq edib. müəyyən təcrübə toplayan ələsgər şərifov 1934-cü il iyun ayının 11-də milli dram teatrına rejissor götürülüb. 1935-ci il-də bu teatrda ilk müstəqil işi kimi qurban musayevin "qızıl çeşmə" dramına quruluş verib. teatrda əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (1938, 1940, 1948, 1957), imran qasımovun "arzu" (1938), məmmədhüseyn təhmasibin "bahar" (1940), "aslan yatağı" (1942), cəfər cabbarlının "oqtay eloğlu" (1940), "sevil" (1944), "od gəlini" (1951 və 1961), abdulla şaiqin "nüşabə" (1946), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (1948), cabbar məcnunbəyovun "məhəbbətin hökmü" (1962), hüseyn cavidin "səyavuş" (1963), qeybulla rəsulovun "söz yarası" (1966), mirzə ibrahimovun "közərən ocaqlar" (1967), seyfəddin dağlının "mənziliniz mübarək!" (1971) pyeslərinin quruluşçu rejissoru olub. ələsgər şərifovun tamaşaya hazırladığı pyeslər içərisində tərcümə əsərləri ayrıca yer tutur. onun aleksandr ostrovskinin "cehizsiz qız" (1939, 1945 və 1979. tərcüməçi ənvər məmmədxanlı), "tufan" (1943. tərcüməçi ənvər məmmədxanlı), "günahsız müqəssirlər" (1948. tərcüməçi rza təhmasib), aleksey kapler və zlotoqorovanın "lenin" (1940. tərcüməçi nigar rəfibəyli), tur qardaşları və lev şeyninin "gizli döyüş" (1944. tərcüməçi mikayıl rəfili), boris çirsikovun "qaliblər" (1947. tərcüməçi rza təhmasib), anatoli boryanovun "o tayda" (1949. tərcüməçi ənvər məmmədxanlı), georgi mdivaninin "kimdir müqəssir?" (1949. tərcüməçi sabit rəhman), abdulla qəhharın "ipək naxışlar" (1952. tərcüməçi  cabbar  məcnunbəyov), vilyam şekspirin "qış nağılı" (1955. tərcüməçi tələt əyyubov), aleksandr şteynin "şəxsi iş" (1956. tərcüməçi ənvər məmmədxanlı), aleksey kaplerin "tufanlı il" (1959 və 1967. tərcüməçi tələt</Page><Page Number="160">əyyubov), anton çexovun "vanya dayı" (1959. tərcüməçi nigar rəfibəyli), fridrix şillerin "orlean qızı" (1965. tərcüməçi tələt əyyubov), "məkr və məhəbbət" (1973. tərcüməçi nigar rəfibəyli), öz tərcüməsində nikolay poqodinin "zamanın hökmü" (1970), "kreml saatı" (1975), avksenti saqarelinin "xanuma" (1975. tərcüməçi tələt əyyubov), nazim hikmətin "məhəbbət əfsanəsi" (1977. tərcüməçi islam ibrahimov) tamaşalarına verdiyi quruluşlar böyük bir aktyor nəslinin yaradıcılığında mühüm əhəmiyyət daşıyıb. ələsgər şərifov uzun illər milli dram teatrının baş rejissoru olmuş ədil isgəndərovla birgə rəsul rzanın "vəfa" (1943), məmməd səid ordubadinin "dumanlı təbriz" (1945), hüseyn cavidin "şeyx sənan" (1956), cabbar məcnunbəyovun "iliç buxtası" (1958), tofiq kazımovla isə yuqoslav dramaturqu branislav nuşiçin "nazirin xanımı" (1970. tərcüməçi tofiq kazımov) tamaşalarını hazırlayıb. arkadi arkanov və qriqori qorinin "görünməmiş toy" ("bütün avropanı gəzən toy"), taufiq əl hakiminin "karıxmış sultan" dramları ələsgər şərifovun tərcüməsində, məmmədkamal kazımovun və tofiq kazımovun quruluşlarında milli dram teatrında oynanılıb. 1960-cı ildə böyük dramaturqun xatirə gününə hazırlanmış adil babayevin "cəfər cabbarlı qəhrəmanları arasında" kompozisiyasının rejissorları ədil isgəndərov, əliheydər ələkbərov və ələsgər şərifov olublar. o, 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 1982-ci il sentyabrın 9-da bakıda vəfat edib. ələsgər şərifov klassik üslub-formada tamaşalar hazırlamağa üstünlük verən rejissor idi. ələsgər şərifov formalaşmış milli klassik ənənələrdən kənara çıxmağa çalışırdı. ələsgər şərifov istər monumental-romantik, istərsə də realist formalı quruluşlarında, əsasən, aktyor tamaşası yaratmağa səy göstərirdi. onun quruluşlarında rejissor işi (fantaziya, yeniliklər, poetika prinsipləri, estetik çalar və sairə) ikinci planda qalır, öndə bilavasitə baş rolların ifaçıları görünürdülər. ələsgər şərifov azərbaycan teatr səhnəsinə lenin mövzusu gətirən ilk və bu istiqamətdə daha çox tamaşa hazırlamış rejissordur. ələsgər şərifov klassik və müasir rus dramaturqlarının şöhrətli əsərlərinə daha çox müraciət edən, bu sahədə müəyyən səmərəli işlər görən rejissor idi. ələsgər şərifov janr axtarışları baxımından teatrın ənənələrindən kənara çıxmağa səy göstərməyib, ancaq mövzu, problem, xarakterlər müxtəlifliklərinə cəsarətlə girişib. onun "pəri cadu" faciəsinə dörd, "cehizsiz qız" dramına üç dəfə müraciət etməsinin kökündə janr axtarışlarına cəhd deyil, məhz eyni mövzunu başqa-başqa ictimai, sosial mühitdə müxtəlif istiqamətlərdə qabartmaq niyyəti durub. bir rejissor kimi ələsgər şərifov daha çox istedadlarını sübut etmiş, təcrübəli aktyorlarla işləməyə üstünlük verirdi. gənc aktyoru sınaqdan çıxarmağa risk göstərməsə də, müəyyən məqamlarda onlara mürəkkəb rol tapşırırdı. ələsgər şərifov "səbuhi" filmində görkəmli azərbaycan şairi mirzə şəfi vazehin roluna çəkilib. gənc tamaşaçılar teatrında mirmehdi seyidzadənin "qızıl quş" pyesini tamaşaya hazırlayıb. cəfər cabbarlı adına gəncə dövlət dram teatrında səməd vurğunun "xanlar" (1940) və nikoiay poqodinin "kreml saatı" (1941) əsərlərinə, cəlil məmmədquluzadə adına naxçıvan dövlət musiqili dram teatrında şair-dramaturq hüseyn cavidin "şeyx sənan" (1958) faciəsinə əlvan və parlaq quruluşlar verib.</Page><Page Number="161">mehdi məmmədov  (28.5.19182- 8.1.1985)  milli rejissuramızda xüsusi yeri olan mehdi məmmədovun quruluş verdiyi tamaşalarda idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparırdı. onun quruluşlarının ritmindəki karvan ləngəri, ahəngin ağırlığı sənətkar təfsirinin fəlsəfi dərinliyindən, rejissor yozumundakı qanadlı fikirlərdən, epizodlardakı mizan düzümündən, obrazların xarakterini açan ifadə vasitələrindəki rəngarənglikdən irəli gəlirdi. mehdi məmmədov 1918-ci il may ayının 22-də şuşada doğulsa da, məktəb təhsilini bakıda alıb. yeddinci sinifdən bakı türk işçi teatrının tamaşalarında kütləvi səhnələrə çıxan mehdi məmmədov bakı teatr məktəbini bitirib (1935). həmin il moskvada ali rejissor təhsili almağa gedib. 1940-ci ildə gəncə dövlət dram teatrında məmmədhüseyn təhmasibin "bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. təyinatla gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda bakıya gəlib. burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb. ayrı-ayrı illərdə gəncə dövlət dram teatrında (1942-1945), milli dram teatrında (1960-1963), opera və balet teatrında (1956-1960), azərbaycan dövlət rus dram teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub. sıravi quruluşçu rejissor kimi ən çox milli dram teatrında quruluşlar verib. 1945-cı ildən ömrünün sonuna qədər azərbaycan dövlət teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri olub. 1968-ci ildə "azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru mehdi məmmədov "azəri dramaturgiyasının estetik problemləri", "teatr düşüncələri", "teatrlar. aktyorlar. tamaşalar", "hüseyn ərəblinski". "onun sənət ulduzu", "moskva akademik bədaye teatrı", "aleksandr tuqanov" (rus dilində), "rejissor sənəti", "sabit rəhman" və digər kitabların müəllifidir. sənətdə qazandığı uğurlara görə mehdi məmmədov respublikanın əməkdar incəsənət xadimi (21 iyul 1949), xalq artisti (26 aprel 1958) və ssri xalq artisti (7 avqust 1974) fəxri adlarına layiq görülüb. akademik teatrda hazırladığı hüseyn cavidin "iblis" faciəsinə görə 1984-cü ildə azərbaycan dövlət mükafatı ilə təltif olunub. mehdi əsədulla oğlu məmmədov 1985-ci il yanvar ayının 28-də qəflətən vəfat edib. bakıda fəxri xiyabanda dəfn olunub. mehdi məmmədovun böyük oğlu elçin məmmədov (anası barat xanım şəkinskayadır) məşhur teatr rəssamı idi. görkəmli rejissorun gəncə teatrında hazırladığı tamaşalar: "bahar" (məmmədhüseyn təhmasib), "madrid" (mirzə ibrahimov), "intiqam" və "qatır məmməd" (zeynal xəlil), "məşədi ibad" (üzeyir bəy hacıbəyov), "od gəlini" və "oqtay eloğlu" (cəfər cabbarlı), "toy" (sabit rəhman), "vaqif" (sə-məd vurğun), "nə yardan doyur, nə əldən qoyur" (lope de veqa), "intizar" (ilyas əfəndiyev və mehdi hüseyn), "nizami" (mehdi hüseyn), "partizan kostya" (nadejda filippova), "vasvası xəstə" (jan batist molyer). milli dram teatrında ilk işi 1946-cı ildə şekspirin "on ikinci gecə" komediyasının tamaşası olub. müəyyən fasilələrlə bu sənət ocağında cəfər cabbarlının "yaşar" (1947), aleksandr fadeyevin "gənc qvardiya" (1948), sabit rəhmanın "aydınlıq" (1949), "əliqulu evlənir" (1961), lope de veqanın "rəqs müəllimi" (1949), əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" (1950), məmmədhüseyn təhmasibin "çiçəklənən arzular" (1951), nikolay qoqolun "müfəttiş", karlo haldoninin "mehmanxana sahibəsi" (1952), yuri yanovskinin "prokurorun qızı" (1954), nəcəf bəy vəzirovun "yağışdan çıxdıq, yağmura düşdük" (1955), imran qasımovla həsən seyidbəylinin</Page><Page Number="162">"uzaq sahillərdə" (1956), viktor rozovun "şadlıq sorağında" (1961), mehdi hüseynin "alov" (1961) mirzə ibrahimovun "kəndçi qızı" (1962), lev tolstoyun "canlı meyit" (1968), hüseyn cavidin "xəyyam" (1970) və "iblis" (1983), səməd vurğunun "insan" (1974), maksim qorkinin "meşşanlar" (1975), cəlil məmmədquluzadənin "dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib. opera və balet teatrında fikrət əmirovun "sevil" (1953 və 1959), leo delibin "lakme" (1957), cahangir cahangirovun "azad" (1957), üzeyir bəy hacıbəyovun "leyli və məcnun" (1958 və 1978), "koroğlu" (1959), cakomo puççininin "toska" (1960) operalarına quruluş verməklə, bu teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. rus dram teatrında maksim qorkinin "həyatın dibində" və mixail şatrovun "mənim nadejdalarım" dramlarının quruluşçu rejissoru olub. mehdi məmmədov səhnə sənətinə aktyorluqla başlayıb. teatr məktəbində karl moor ("qaçaqlar", şiller), hacı əhməd ("almaz", cəfər cabbarlı), moskvada lunaçarski adına ali teatr sənəti institutunda evstiqneyko ("günəş övladları", maksim qorki), neznamov ("günahsız müqəssirlər", aleksandr ostrovski) rollarını oynayıb. işçi teatrında süleyman rüstəm və hacıbaba nəzərlinin "yanğın", seyid hüseynin "kölgə" dramlarındakı gənc aqronom və bəxtiyar, gəncə teatrında səməd vurğunun "vaqif", "xanlar", mirzə ibrahimovun "madrid", məmmədhüseyn təhmasibin, "bahar", mehdi hüseynin "nizami" pyeslərinin tamaşalarında eldar, söhbət, karton, qaya və əbdək rollarında səhnəyə çıxıb. akademik teatrda isə "alov"da kamalov, "canlı meyit"də protasov, "xəyyam"da xəyyam, "meşşanlar"da terenti teterov rollarında çıxış edib. "azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "onu bağışlamaq olarmı?" filmində qaya roluna çəkilib. radio teatrında şekspirin "hamlet" faciəsində baş rolu səsləndirib. zəngin elmi təfəkkürə malik olan mehdi məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı il-lərdə azərbaycan teatr cəmiyyətinin (hazırki teatr xadimlərı ittifaqı) sədri seçilib. görkəmli alimin yazdığı və dərslik kimi keçilən "rejissor sənəti", "həyat və sənət yollarında", "mah teatr" kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır. mehdi məmmədovun rejissor üslubunun fərdi keyfiyyətlərini qısaca belə ifadə edib, aşağıdakı şəkildə ümumiləşdirmək olar. mehdi məmmədov aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü. mehdi məmmədov pauzaların psixoloji nöqtəsini tamaşanın əsas akkordu ilə ustalıqla birləşdirirdi. mehdi məmmədov tamaşalarında (hətta ailə-məişət mövzulu əsərlərin səhnə həllində də) ictimai motivləri fəlsəfi dərinliyin gur işığı ilə ziyalandırırdı. mehdi məmmədov məzmun və forma vəhdətini möhtəşəm monumentallıqda təcəssüm etdirirdi. bu məqsədlə tərtibatçı rəssamlarla yaradıcı tələbkarlıqla işləyirdi. mehdi məmmədovun janrından asılı olmayaraq, hazırladığı səhnə əsərlərinin sürət-ritmində fəlsəfi daxili ləngər vardı. mehdi məmmədovun tamaşalarında idrakın gücü zəriflik və emosiya ilə, psixoloji çalarlardan şirələnən lirizmlə ahəngdar cazibə yaradırdı. mehdi məmmədov tamaşanın ali məqsədini psixoloji münasibətlərin, əqidə mübarizələrinin mahiyyətində, fərdin dünyanı dərkində axtarırdı. mehdi məmmədov kəskin epizodlarda verdiyi ən mürəkkəb mizanlarda da müəyyən dinamik, musiqili, poetik və ifadəli ritmə əsaslanırdı. mehdi məmmədov janr əlvanlığına az, ancaq cəsarətlə meyil edirdi. mövzunu janrın qanunları çərçivəsində, cəmiyyətin ictimai-sosial, çağdaş mənəvi-əxlaqi problemləri ilə əlaqələndirirdi. mehdi məmmədov cəmiyyətdə (həyatda) olduğu kimi, sənətdə də özünütəsdiq mövqeyində dayanırdı.</Page><Page Number="163">mehdi məmmədovun rejissurası bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyəvidir.</Page><Page Number="164">tofiq kazimov  (14.1.1923-2.8.1980)  azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması tofiq kazımovun adı ilə bağlıdır. o, görkəmli teatr xadimi, şair səməd mənsurun oğludur. səməd mənsur bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "nicat", "səfa") teatr truppalarının rəhbərlərindən idi. tofiq kazımov 14 yanvar 1923-cü il bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). böyük vətən müharibəsində iştirak edib. döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və gənc tamaşaçılar teatrında aktyor işləyib. əyyub abbasovun "məlik məmməd", abdulla şaiqin "ana" dramlarının tamaşalarında bulud və əmrah rollarını oynayıb. 1945-1951-ci illərdə moskvada ümumittifaq teatr sənəti institutunda rejissor təhsili alıb. tələbə ikən ağdam dövlət dram teatrında həsən qasımovun "kür sahilində" pyesini tamaşaya hazırlayıb. 1951-ci ildə akademik milli dram teatrında diplom tamaşası kimi hüseyn muxtarovun "ailə namusu" ("allanın ailəsi") pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də gənc tamaşaçılar teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. elə həmin il oktyabrın 1-də akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub. tofiq kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olana qədər baş rejissor işləyib. 1958-ci ildə kinostudiyaya işə qəbul olunaraq "azərbaycanfilm"də çəkilən "səhər" kinolentində rejissor kimi çalışıb. elə həmin il rus dram teatrında ənvər məmmədxanlının "şərqin səhəri" pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə kinostudiyadan çıxaraq yenidən akademik teatra quruluşçu rejissor götürülüb. tofiq kazımov 1960-cı ildə musiqili komediya teatrında tofiq quliyevin "qızıl axtaranlar" (dramaturq həsən seyidbəyli) operettasma quruluş verib. naxçıvan teatrında məmmədəli tarverdiyevin "kölgəli dağ" (1964), quba teatrında rza şahvələdin "qız qalası" (1961), şıxəli qurbanovun "əcəb işə düşdük" (1963), gəncə teatrında altay məmmədovun "yadındamı" (1969) dramlarına quruluş verib. tofiq kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. xalq artistləri ağasadıq gəraybəyli, məmmədəli vəlixanlı, kazım ziya, əliağa ağayev (zəfər nemətovla birgə), ismayıl osmanlı barədə monoqrafiyalar yazıb. "çağırış", "işıqlı yollarda", "şəfəq", "qoçaq polad" və digər pyeslərin müəllifidir. mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. tofiq kazımov 1965-ci ildə "antoni və kleopatra" (vilyam şekspir) və 1979-cu ildə "şəhərin yay günləri" (anar) tamaşalarına görə dövlət mükafatları ilə təltiflənib. respublikanın əməkdar incəsənət xadimi (1961) və xalq artisti (1 iyun 1974) fəxri adlarına layiq görülüb. akademik teatrda sıravi rejissor kimi karlo haldoninin "məzəli hadisə" (1952), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri", lope de veqanın "sevilya ulduzu" (1953), "dəlilər" (1963), maksim qorkinin "vassa jeleznova" (1954), rəsul rzanın "qardaşlar", nazim hikmətin "qəribə adam" (1956), ənvər məmmədxanlının "şirvan gözəli" (1957), şıxəli qurbanovun "əcəb işə düşdük", aleksis parnisin "gözıllik və sevgi adası" ("afrodita adası". 1961), viktor hüqonun "mariya tüdor" (1962), sabit rəhmanın "sevimli rollar" (1963) pyeslərinə səhnə təfsiri verib. baş rejissor kimi akademik teatrda vilyam şekspirin "antoni və kleopatra" (1964), "hamlet" (1968), "fırtına" (1974), ilyas əfəndiyevin "sən həmişə mənimləsən" (1964), "unuda bilmirəm" (1968), "məhv olmuş gündəliklər" (1969), "bağlardan gələn səs" (1975), cəlil məmmədquluzadənin "ölülər" (1966), şıxəli qurbanovun "sənsiz" (1967), əbdürrəhim bəy</Page><Page Number="165">haqverdiyevin "pəri cadu" (1969), branislav nuşiçin "nazirin xanımı" (1970), sabit rəhmanın "yalan" (1965), "küləklər" (1970), bəxtiyar vahabzadənin "yağışdan sonra" (1971), yucin o'nilin "qızıl" (1971), cəfər cabbarlının "aydın" (1972), imran qasımovun "nağıl başlananda" (1973), aleksandr vampilovun "övlad" (1974), məmməd səid ordubadinin "qılınc və qələm" (1976. səhnələşdirəni özüdür), maqsud ibrahimbəyovun "ümid" (1976), mirzə ibrahimovun "bəşərin komediyası və yaxud don juan" (1977), anatoli safronovun "daşqın", dmitri asenovun "qızıldan qiymətli" (1977), mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" (1978), əkrəm əylislinin "quşu uçan budaqlar" (1978), "yastı təpə", taufiq əl hakiminin "karıxmış sultan" (1980) pyeslərini tamaşaya hazırlayıb. tofiq kazımov baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənc cəlb etdi. tofiq kazımov yeni teatr poetikası yaratmaqla, onun estetik səciyyələrini müəyyənləşdirdi. tofiq kazımov, sözün əsil mənasında, hazırladığı səhnə əsərlərində "tamaşanın müəllifi" səviyyəsinə yüksəlirdi. tofiq kazımov səhnəni maksimum dərəcədə boşaltmağa çalışır və bununla fəza (məkan) genişliyinə nail olurdu. səhnə tərtibatındakı "xəsislik" əsas diqqəti aktyora yönəldirdi. tofiq kazımov qaysaqlanıb köhnəlmiş səhnə şərtiliklərini cəsarətlə sındırırdı. onun quruluş verdiyi tamaşalarda pərdə obraz-rəmzə çevrilirdi. tofiq kazımov klassik dramlara "doqma", "toxunulmaz" kimi baxmaq flkrinin əleyhinə çıxır, həmin əsərlərin tamaşalarında cəsarətli eksperimentləri, inamlı axtarışları, dəyərli nəticələri ilə diqqəti cəlb edirdi. tofiq kazımov səhnədə məşq prosesində tamaşanın kompozisiyasını qurandan sonra ecazkar improvizələr edir, gözlənilməz fəlsəfi-estetik qənaətlərə gəlirdi. bədii materialın səhnə təfsirində tofiq kazımovun əsas "silahı" poetik, psixoloji, dramatik flkir yükü daşıyan mizanlar idi. tofiq kazımovun tamaşalarında obraz üçün məxsusi yazılmış mahnıları aktyorlar özləri oxuyurdular. buna görə də ifaçı səhnədə həmişə obrazda olur və bununla da vəziyyəti bilavasitə yaşayırdı. tofiq kazımov "özgələşmə effekti"nin milli formasını yaratmaq üçün epik teatrın ünsürlərindən cəsarətlə və novatorcasma bəhrələnirdi. tofiq kazımovun hazırladığı tamaşalarda divar, qapı, pəncərə və sairə əşyalar (obyektlər) həm özünün konkret məişət mahiyyətini yerinə yetirir, həm də atribut-obraza çevrilirdi. akademik teatrda həmişə gənc qəhrəman rolları tanınmış, müəyyən fəxri adlarla təltiflənmiş 50-60 yaşlı aktyorlara verilirdi. bu səmərəsiz ənənəni məhz tofiq kazımov cəsarətlə sındırdı. o, "sən həmişə mənimləsən" tamaşasında 18 yaşlı nargiləni tələbə amaliya pənahovaya, "ölülər"dəki gənc isgəndəri 28 yaşlı həsən turabova... tapşırdı. tofiq kazımovun tamaşalarında həm fikir, həm də estetik forma baxımından həmişə təzə-tərlik, təravət vardı. tofiq kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapırdı. tofiq kazımovun tamaşalarının finalı özü bir tamaşa idi. rejissorun əsər üçün seçib qurduğu bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, sakit, yumşaq, ancaq enerji nüvəsində coşğunluq, əzəmət, hayqırtı olan tərzdə tamaşaçılara çatdırılırdı. milli rejissuramızın korifeylərindən sayılan tofiq kazımovun məzarı bakıda ikinci fəxri xiyabandadır.</Page><Page Number="166">milli dram teatrinda  aktyor yaradiciliği  (1930- 1970)  birinci dərs  ötən əsrin otuzuncu illərində mdt aktyor truppasını gücləndirmək, müxtəlif fərdi üslublu sənətkarların çoxluğuna nail olmaq üçün axtarışlar aparıb, hər il təzə mövsümdə kollektivdə yeniləşmə edib. üslub zənginliyinə üstünlük verən kollektivin truppaya qəbul etdiyi aktyorların əksəriyyəti hansısa dram kollektivində, yaxud tiflis, irəvan, bir qədər sonra gəncə teatrlarında işləmiş, müəyyən təcrübə toplamış səhnə vurğunları olub. aktyor seçiminə belə tələbkarlıq teatrın peşəkarlıq axtarışlarının güclənməsmə dəlalət edirdi. əvvəlcə aleksandr tuqanov (1935-1937), sonra isə ədil isgəndərov (1938-ci ildən) truppaya aktyor qəbulunda özlərinin fərdi rejissor konsepsiyalarına, yaratmaq istədikləri teatr estetikasının prinsiplərinə əsaslanıblar.  * * *  ismayil osmanli (24.4.1902-22.6.1978)  realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, xarakterik epizod rolların məşhur ifaçısı, şirəli və duzlu komediya ustası ismayıl osman oğlu osmanlı 24 aprel 1902-ci ildə nuxada (şəki) kasıb ailədə doğulub. mükəmməl təhsil görməyib. on bir yaşından yetimliyin acısını dadan gənc ismayıl şəki ipək fabrikində, dabbaqxanada... bir qarın çörək üçün olmazın əziyyətlərə qatlaşıb. təbiətən şux olan, məzhəkələr, duzlu şəki lətifələri söyləməyi xoşlayan ismayıl osmanlı 1920-ci ildə rayondakı fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə gəncəyə köçən osmanlı altı il buradakı həvəskarlar teatrında çalışıb. müəyyən aktyorluq təcrübəsi toplayan aktyor 1928-ci ildə tiflis dövlət azərbaycan dram teatrına dəvət alıb. 1929-cu ildə isə bakıya gələrək milli dram teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib. ismayıl osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. əsas rolları bunlardır: keçəl aslan, fon hols, şaliko ("xanlar", "insan" və "vaqif", səməd vurğun), əmrah ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), şeyx hadi, vali, şakro ("şeyx sənan", "səyavuş" və "knyaz", hüseyn cavid), munis, kərim rəhimli ("nizami" və "alov", mehdi hüseyn), əliş ("qatır məmməd", zeynal xəlil), nikita pavloviç ("qızıl çeşmə", qurban musayev), məşədi cəfər ("dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), mirzə qərənfil, zakir, əhməd bəy, xəlil, qasım ("xoşbəxtlər", "aydınlıq", "küləklər", "əliqulu evlənir" və "nişanlı qız", sabit rəhman), mirzə heydərqulu, şəkinski, ("həyat" və "kəndçi qızı", mirzə ibrahimov), koxa məmməd ("qaçaq nəbi", süleyman rüstəm), məşədi oruc, hacı naib ("ölülər" və "dəli yığıncağı", cəlil məmmədquluzadə), xaspolad, mirzə cavad ("oqtay eloğlu" və "aydın", cəfər cabbarlı), kefli bəşir ("bahar suları", ilyas əfəndiyev), cəbi ("hacı qəmbər, nəcəf bəy vəzirov), səfər bəy ("hacı qara",  mirzə fətəli axundzadə), əşrəf ("türkiyədə", nazim hikmət), isidor cakeli ("darıxma, ana!", nodar dumbadze), aleksandrov ("canlı meyit", lev tolstoy), general berqoyn ("şəxsi iş", aleksandr şteyn), baş senator, feste, gilderstern ("otello", "on ikinci gecə" və "hamlet", vilyam şekspir), krutitski, tixon və karandışev ("müdriklər",  "tufan" və "cehizsiz qız", aleksandr ostrovski). ismayıl osmanlı "azərbaycanfilm"in istehsal etdiyi "kəndlilər" (daxili işlər naziri), "bir məhəlləli iki oğlan" (mahmud), "o olmasın, bu olsun" (rza bəy), "həqiqi dost" (usta şirəli), "yenilməz batalyon" (yusif), "mən ki gözəl deyildim" (poçt müdiri), "26-lar" (şahbazov),</Page><Page Number="167">"ulduzlar sonnıür" (hacı zeynalabdin tağıyev), "nəsimi" (nəimi), "tütək səsi" (poçtalyon), "yeddi oğul istərəm" (kələntər) və sair filmlərdə çəkilib. ismayıl osmanlı 4 may 1940-cı iidə azərbaycan respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə ssrt xalq artisti fəxri adları ilə təltif olunub. 22 iyun 1978-ci ildə vəfat edib. məzarı fəxri xiyabandadır. ismayıl osmanlı ilk növbədə epizod xarakterlər ustasıydı. ən kiçik epizodda da səhnəyə çıxanda salona canlılıq, xoş ovqat və çox cazibəli, könül oxşayan səmimiyyət bəxş edirdi. xalq gülüşünün bütün vasitələrindən səmərəli yaradıcılıqla barınırdı. obrazın danışığındakı sözlərin yumor, satira və məsxərə şirəsmi hərəkətlərlə paralel verməklə rola psixoloji təsir, həyatilik və təbiilik gətirirdi. çeşidli ifadə vasitələrini obrazın dramatizmınə sərf edir, yaradıcılığının mayasında olan təbii yumoru inandırıcı səmimiyyətlə tamaşaçıya çatdırmağı ustalıqla bacarırdı.   ismayil dagistanli (6.1.1907-1.4.1980)  böyük səhnəyə həvəskarlıqdan, dram dərnəklərindən gələn sənətkarlardan biri də ismayıl yusif oğlu dağıstanlı (hacıyev) idi. o, 6 yanvar 1907-ci ildə qax rayonunun zərnə kəndində doğulub. nuxa (indiki şəki) rayonuna peşə təhsili arxasınca gələn ismayıl hacıyev 1925-ci ildə buradakı mərkəzi fəhlə klubunda dram dərnəyinə üzv olub. 1927-1930-cu illərdə bakı teatr məktəbində təhsil alıb. səhnə haqqında müəyyən təcrübəsi olduğuna görə elə birinci kursdan milli dram teatrının tamaşalarında kütləvi səhnələrdə, sözsüz epizod rollarda çıxış edib. müəllimi, böyük ədib və teatr xadimi əbdürrəhim bəy haqverdiyevin təklifi ilə "dağıstanlı" ləqəbini götürüb. teatr məktəbində təhsilini başa vurduqdan sonra akademik teatrda aktyor ştatına götürülüb. müxtəlif vaxtlarda irəvan dövlət azərbaycan dram teatrında (1936-1937), dərbənd dövlət azərbaycan dram teatrında işləyib. 1938-ci ildən dünyasını dəyişdiyi günə kimi akademik milli dram teatrının əsas aktyorlarından olub. sənətdə qazandığı uğurlara görə respublikanın əməkdar artisti (4 may 1940), xalq artisti (21 iyul 1949) və ssri xalq artisti (11 iyul 1974) fəxri adlarına layiq görülüb. ənvər məmmədxanlının "şərqin səhəri" pyesinin tamaşasındakı kirov roluna görə 1948-ci ildə stalin mükafatı, ilyas əfəndiyevin "mahnı dağlarda qaldı" dramındakı böyük bəy rolu üçün 1972-ci ildə respublika dövlət mükafatı ilə təltif olunub. aktyor "azərbaycanfilm"in istehsal etdiyi "səbuhi", "t-9 nömrəli sualtı qayıq", "qara daşlar", "kölgələr sürünür", "qatır məmməd" filmlərində səbuhi (mirzə fətəli axundzadə), komissar, aslan aslanov, zahidov, general rollarına çəkilib. "möhsün sənani", abbasmirzə şərifzadə barədə "böyük sənət ustası", "ssri xalq artisti akaki xorava", "cəfər cabbarlı və teatr" kitablarının müəllifidir. milli dram teatrının səhnəsində lenin rolunu ilk dəfə ismayıl dağıstanlı ifa edib. aktyor dramaturqlarımızdan cəfər cabbarlının "od gəlini" (qorxmaz və aqşin), "1905-ci il-də" (baxşı və eyvaz), "yaşar" (yaşar), "oqtay eloğlu" (oqtay), "solğun çiçəklər" (bəhram), "almaz" (barat), zeynal xəlilin "qatır məmməd" (qatır məmməd), səməd vurğunun "vaqif" (əli bəy, qacar və vaqif), mehdi hüseynin "cavanşir" (bəhram şah), "nizami" (şirvan şahı), mirzə ibrahimovun "madrid" (karlos), ilyas əfəndiyevin "işıqlı yollar" (yelmar), "bahar suları" (uğur), "mənim günahım" (tahir), məmməd səid ordubadinin "dumanlı təbriz" (qüdrət), süleyman rüstəmin "qaçaq nəbi" (səlim bəy), hüseyn cavidin "səyavuş" (altay), "knyaz" (anton) rollarında çıxış edib. tərcümə əsərlərindən vilyam şekspirin "otello" (otello), "maqbet" (yaralı əsgər), "hamlet" (horatsio) və "on ikinci gecə" (sebastian), fridrix şillerin "məkr və məhəbbət" (prezident), aleksandr ostrovskinin "günahsız müqəssirlər" (neznamov) və "tufan" (boris), anton çexovun "vanya dayı" (astrov), maksim qorkinin "zikovlar" (antipa zikov), lope de veqanın "sevilya</Page><Page Number="168">ulduzu (kral), arno d'nyusso və ceyms qounun "dərin köklər" (çarlz brett), vadim sobkonun "ikinci cəbhə arxasında" (gibson), anatoli qlebovun "zaqmuq" (ninkir sin), nazim hikmətin "türkiyədə" (kamil bəy), aleksey arbuzovun "tanya" (iqnatyev), lev slavinin "intervensiya" (leytenant benua), konstantin trenyovun "lyubov yarovaya" (koşkin) əsərlərindəki rolları daha diqqətçəkəndir. ismayıl dağıstanlı mürəkkəb xarakterli rollardan daha çox dramatik və sadə təsvirli obrazların ifasına meyil göstərirdi. ruh etibarilə romantik aktyor məktəbinin oyun estetikasma yaxın idi və buna görə də pafosla, gurultulu bəlağətlə danışan personajları məharətlə oynayırdı. ismayıl dağıstanlı 1 aprel 1980-ci ildə bakıda vəfat edib və məzarı ikinci fəxri xiyabandadır.   fatma qədri (14.4.1907-29.2.1968)  milli səhnəmizin ilk peşəkar aktrisalarından olan, yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterlərin misilsiz ifaçısı fatma xanım qədir qızı 14 aprel 1907-ci ildə qədri rusiyanın odessa şəhərində doğulub. rusca təhsil alıb və yeniyetmə yaşlarında ailəsi bakıya köçən fatma xanım azərbaycan pedaqoji institutunu bitirib. həmçinin azərbaycan teatr texnikumunun ilk buraxılışında aktyor diplomu alıb (1923-1926). bakı türk işçi teatrının məktub-tələbnaməsinə əsasən həmin kollektivə təyinat alıb. 1933-ci ilin yanvarında türk işçi teatrı ədalətsiz qərarla gəncə şəhərinə köçürülüb. fatma qədri bir müddət burada ışləyib və 1935-ci ilin yayında onu milli dram teatrına dəvət ediblər. həmin ilin payızından fatma qədri ömrünün sonunadək bu kollektivdə işləyib. klassik və çağdaş milli dramaturgiya nümunələrində yaratdığı obrazlar onun yaradıcılığında necə layiqli yer tutursa, tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri bir o qədər dəyərlidir. aktrisa səməd vurğunun "vaqif" (xuraman), "fərhad və şirin" (şirin və məryəm), "insan" (amaliya), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (hafizə), "köhnə dudman" (baş hərəm), cəfər cabbarlının "od gəlini" (solmaz), "aydın" (gültəkin), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (şölə xanım), sabit rəhmanın "xoşbəxtlər" (reyhan), mirzə ibrahimovun "kəndçi qızı" (reyhan xanım), "məhəbbət" (məhəbbət), mehdi hüseynin "cavanşir" (zübeydə xatun), abdulla şaiqin "nüşabə" (nüşabə), süleyman rüstəmin "qaçaq nəbi" (həcər), vilyam şekspirin "otello" (emiliya), "romeo və cülyetta" (cülyetta), "kral lir" (reqana), fridrix şillerin "orlean qızı" (izabella), "məkr və məhəbbət" (luiza), aleksandr ostrovskinin "tufan" (katerina), "cehizsiz qız" (larisa), aleksandr puşkinin "dubrovski" (maşa), mixail lermontovun "iki qardaş" (vera liqovskaya), tsao yuyun "tayfun" ("tufan". lu şi pin), lev şeyninin "gizli döyüş" ("təkbətək döyüş". osenina), onore de balzakin "ögey ana" (polina), aleksandr şteynin "şəxsi iş" (aleksandra xlebnikova), anatoli boryanovun "o tayda" (valya), viktor rozovun "şadlıq sorağında" (ana), lev slavinin "intervensiya" (janna berbye), pyer bomarşenin "fiqaronun toyu" (suzanna), arno d'nyusso və ceyms qounun "dərin köklər" (alisa lenqdon), maksim qorkinin "vassa jeleznova" (raşel), yuri yanovskinin "prokurorun qızı" (kira karlovna), boris çirskovun "qaliblər" (liza), lope de veqanın "rəqs müəllimi" (felisiana) dramlarının quruluşlarında iştirak edib. fatma xanım 1933-cü ildə gəncədən bakıya qayıtdıqdan sonra teatr texnikumunda, 1946-cı ildən isə teatr institutunda aktyor sənətindən dərs deyib. pedaqoji fəaliyyəti dövründə onun rəhbərlik etdiyi sinifləri onlarca istedadlı gənc bitirib. fatma qədri öz oyununda emosionallığı, ləyaqətli səhnə ədəb-ərkanı, xanımyana davranışı, kübar görkəmi, ifadə vasitələrinin "xəsisliyindəki" dəqiqliyi, fikir dərinliyi, xarakter tapıntılarının təravəti və gözəlliyi ilə seçilirdi. rus və avropa xalqlarının mədəniyyətini dərindən bildiyinə görə müxtəlif əsrlərdə baş vermiş hadisələri tərənnüm edən tamaşalarda dövrün həm kübar, həm aşağı</Page><Page Number="169">təbəqə davranış qaydalarına böyük məharətlə, yüksək estetik gözəlliklə nail ola bilirdi. obrazların ifasında psixoloji rəngarəngliyə, emosional cazibədarlığa can atır, pauzaları məharətlə oynayır, səsinin dramatik ölçülərini həssaslıqla tənzimləyirdi. daxili enerjisini və aktyor ehtirasını obrazın dramatik daxili inkişaf xəttinin xarakterinə əsasən qururdu. bununla da onun ifasında ən romantik obraz da real, təbii, çağdaş qəhrəman təsiri bağışlayırdı. fatma qədri aktyorluq nailiyyətlərinə görə 1 fevral 1936-cı ildə azərbaycan respublikasının əməkdar artisti, 17 iyun 1943-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. ömrünün sonuna qədər səhnədən ayrılmayan aktrisa 29 fevral 1968-ci ildə bakıda vəfat edib. fəxri xiyabanda dəfn olunub.   barat şəkinskaya (28.6.1914-13.1.1999)  ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş, "azərbaycan səhnəsinin cülyettası" çağırılan barat xanım həbib bəy qızı şəkinskaya 28 iyun 1914-cü ildə şuşada bəyzadə ailəsində doğulub. nəsillərinin bir qolu şəki xanları ilə bağlı olduğuna görə "şəkinskaya" soyadını götürüblər. ata nənəsi şuşada məscid tikdirmiş göhər ağadır. göhər xanım əbdürrəhim bəy haqverdiyevlə əmiqızıdır və kişi qeyrətli olduğu üçün ona "ağa" deyirmişlər. barat xanım ilkin təhsilini şuşada alıb. gəncəyə köçəndə, 1923-cü ildə oradakı 2 saylı qız məktəbində oxuyub. şuşada sultan xanımdan, gəncədə sayalı xanım dilbazidən və həmid araslıdan dərs alıb. on üç yaşından gəncə qadınlar klubunun dram dərnəyində iştirak edib. 1933-cü ilin yanvarında bakı türk işçi teatrı gəncəyə köçürülüb. barat xanım da kollektivə qəbul olunub. iki il sonra bakıya gəlib və milli dram teatrı kollektivinə daxil olub. 1943-1945-ci illərdə yenə gəncədə aktyorluq edərək bakıya qayıdıb. barat xanım şəkinskayanın zəngin yaradıcılığının əsas dövrü akademik milli dram teatrı ilə bağlıdır. bu teatra ilk gəlişində nobel mükafatı laureatı moris meterlinkin "göy quş" psixoloji dramında tiltil və "romeo və cülyetta" lirik məhəbbət faciəsində cülyetta kimi möhtəşəm rollar oynayan aktrisa bir-birinin ardınca vilyam şekspirin "kral lir" (kardeliya), "otello" (dezdemona), "on ikinci gecə" (viola), fridrix şillerin "məkr və məhəbbət" (luiza), karlo haldoninin "mehmanxana sahibəsi" (mirandolina), lope de veqanın "rəqs müəllimi" (florela), aleksandr ostrovskinin "günahsız müqəssirlər" (kruçinina), maksim qorkinin "zikovlar" (anna markovna), raffaele vivianinin "çarəsiz dələduz" (donna rozina), cavad fəhmi başqutun "köç" (səbahət), konstantin simonovun "bizim şəhərli oğlan" ("vətən oğlu" adıyla. valya), aleksandr fadeyevin "gənc qvardiya" (lyuba şevtsova), boris lavrenyovun "amerikanın səsi" (meriner), branislav nuşiçin "nazirin xanımı" (jivka) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. klassik və çağdaş dramaturqlarımızdan səməd vurğunun "vaqif" (xuraman), "fərhad və şirin" (şirin), mirzə ibrahimovun "madrid" (aida), cabbar məcnunbəyovun "məhəbbətin hökmü" (zeynəb), "ildırım" (yeganə), ilyas əfəndiyevin "atayevlər ailəsi" (dilşad), nəcəf bəy vəzirovun "yağışdan çıxdıq, yağmura düşdük" (yetər), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (ziba xanım), sabit rəhmanın "əliqulu evlənir", "xoşbəxtlər" və "nişanlı qız" (səadət, gülər və maral, zərifə), şıxəli qurbanovun "əcəb işə düşdük" (əntiqə) dram və komediyalarında koloritli rollar yaradıb. barat şəkinskaya azərbaycanın ilk travesti (oğlan rolları oynayan) aktrisasıdır. gəncə teatrında kostya ("partizan kostya", nadejda filippova) və bakıda 1939-cu ildə oynadığı napoleon ("ögey ana", onore de balzak) yüksək bədii-estetik nıəziyyətləri ilə teatr tariximizə yazılıb. aktrisa çoxlu uşaq rolları da oynayıb. barat şəkinskaya yaradıcılığının ilk illərində səhnədə kəpənək kimi zərif, emosional, ovsunlu, nurlu, məftunedici olduğu kimi, son illərdə xanım-xatın, koloritli, incə yumorlu idi.</Page><Page Number="170">səs tembrinin titrək lirizmi, səmimi romantikası, real çalarları heç vaxt dəyişməyib. cülyetta rolu yaradıcılığının tacı sayılan barat şəkinskaya məhəbbət rollarını həmişə şövq və ilhamla, valehedici məsumluqla oynayıb. barat xanım teatra yenicə gələn aktyor və aktrisalara istisnasız olaraq həmişə qayğı ilə yanaşmış, hətta ən mürəkkəb vəziyyətlərdə onları cəsarətlə müdafiə etmişdir. onun ifadə cəbbəxanasındakı romantizm coşğunluğu, lirizm dərin psixologizmi, yumor milli koloriti, dramatizm realizm dərinliyi ilə seçilib. barat şəkinskaya 1970-1971-ci illərdə sumqayıt dövlət dram teatrının dəvətilə gənc kollektivdə işləyib. 1978-ci ildə öz ərizəsi ilə akademik milli dram teatrından fəxri təqaüdə çıxıb. "o olmasın, bu olsun" filmində sənəm, "görüş"də şövkət rolları uzun illərdən bəri maraqla baxılan barat şəkinskaya, həmçinin "telefonçu qız", "qızmar günəş altında", "fövqəladə hadisə", "onun bəlalı sevgisi" və digər kinolentlərinə də çəkilib. barat xanım şəkinskaya 4 may 1940-cı ildə azərbaycan respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb. ömrünün 85-ci ilində, 13 yanvar 1999-cu ildə dünyasını dəyişmiş aktrisa bakıda ikinci fəxri xiyabanda dəfn olunub.</Page><Page Number="171">milli dram teatrinda  aktyor yaradiciliği  (1930-1970)  ikinci dərs  həsənağa salayev (5.12.1921-2.10.1981)  romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən həsənağa salayev 5 dekabr 1921-ci ildə bakıda qulluqçu ailəsində doğulub. atası dərya kişi oğlu yeddi yaşına çatanda onu bakıdakı 6-cı şura məktəbinə qoyub. həsənağa 1937-ci ildə oranın doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib. elə həmin il bakı teatr texnikumuna daxil olub. tələbə ikən 1938-ci ildə akademik milli dram teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb. qısa müddətdə həsənağa salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. müxtəlif illərdə səməd vurğunun "xanlar" (mamulya), "fərhad və şirin" (fərhad), "vaqif" (eldar, qacar və vaqif), zeynal xəlilin "qatır məmməd" (əziz), ənvər məmmədxanlının "şərqin səhəri" (mustafa), vilyam şekspirin "otello" (montano), "antoni və kleopatra" (sezar), "qış nağılı" (florizel və leont), nazim hikmətin "türkiyədə" (hüseyn həlim), mirzə ibrahimovun "həyat" (abbas), mehdi hüseynin "cavanşir" (qartal və söhrab), "alov" (əmin bəxtiyarov), lope de veqanın "sevilya ulduzu" (tavera), şıxəli qurbanovun "sənsiz" (fərhad), süleyman rüstəmin "qaçaq nəbi" (vəli), cəfər cabbarlının "solğun çiçəklər" (bəhram), "od gəlini" (qorxmaz), "almaz" (ibad),  "oqtay eloğlu" (oqtay), pavel malyarevskinin "daş qartal" (maksim), yuri osnos və vladimir vinnikovun "hind gözəli" (çarudatta), mirzə fətəli axundzadənin "hacı qara" (heydər bəy), bernard şounun "şeytanın şagirdi" (riçard daycen), bəxtiyar vahabzadənin "ikinci səs" (rəşad), nazim hikmətin "şöhrət və ya unudulan adam" (doktor), fridrix şillerin "orlean qızı" (dünua), hüseyn cavidin "səyavuş" (keykavus) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb. aktyor eyni zamanda "azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "fətəli xan", "görüş", "o olmasın, bu olsun", "onu bağışlamaq olarını?", "koroğlu", "istintaq davam edir" bədii və "aygün" televiziya filmlərində süleyman, musa, əzim əzimzadə, qüdrət, eyvaz, mayor rüstəmov, əmirxan rollarına çəkilib. həsənağa salayev aktyorluq sənətində qazandığı qələbələrə görə 10 iyun 1959-cu ildə azərbaycan respublikasının əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adları ilə təltif edilib. yaradıcılığının ən müdrik çağında, 54 yaşında həsənağa salayev qəfildən iflic xəstəliyinə düçar olub. bir daha səhnəyə çıxmayan aktyor 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib. həsənağa salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada yöndaşlarına diqqəti ilə seçilirdi. gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi. o, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi. həsənağa salayev ruhən, emosiya coşğunluğu, səs diapazonu, ehtiraslarının çılğınlığı ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayıb.    agahüseyn cavadov (22.4.1894-20.7.1981)</Page><Page Number="172">mahir komediya ustası, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəli aktyor, satirik obrazların ifasında qroteskdon həssaslıqla bəhrələnən ağahüseyn xəlil oğlu cavadov 22 aprel 1894-cü ildə bakının yaxınlığındakı xırdalan qəsəbəsində doğulub. əvvəl mollaxanada təhsil alan ağahüseyn 1919-cu ildə "səadət" məktəbini bitirib. teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) ağahüseyn cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər bakı türk işçi teatrında və musiqili komediya teatrında aktyorluq edib) milli dram teatrında işləyib. ağahüseyn cavadov milli dram teatrının səhnəsində məmişov ("məhəbbət", mirzə ibrahimov), dəmirçi musa, bərbərzadə, mirzə salman ("toy", "xoşbəxtlər" və "nişanlı qız", sabit rəhman), ocaqqulu, xosməmməd, həmzə, imamverdi, oddamdı ("almaz", "dönüş", "solğun çiçəklər", "1905-ci ildə" və "od gəlini", cəfər cabbarlı), cəlal, soraq kişi ("həyat" və "yaxşı adam", mirzə ibrahimov), qənimət ("cavanşir", mehdi hüseyn), mürsəl ("qaçaq nəbi", süleyman rüstəm), usta murad ("ildırım", cabbar məcnunbəyov), bəbir bəbiroviç, qoşqar baba ("yadigar" və "yol ayrıcmda", islam səfərli), imran ("əcəb işə düşdük", şıxəli qurbanov), savalan ("dağlar qızı", adil babayev), vasin ("tanya", aleksey arbuzov), kapitan ("köç", cavad fəhmi başqut), luka lukiç ("müfəttiş", nikolay qoqol), brabansio, qoca çoban ("otello" və "qış nağılı", vilyam şekspir), petruşin ("canlı meyit", lev tolstoy), sima popoviç ("nazirin xanımı", bratislav nuşiç), houkinis ("şeytanın şagirdi", bernard şou), platon, məzarçı ("şeyx sənan" və "xəyyam", hüseyn cavid), qoca ("şöhrət və ya unudulan adam", nazim hikmət), maytreya ("hind gözəli", yuri osnos və vladimir vinnikov), almurad ("mənim günahım", ilyas əfəndiyev) rollarında çıxış edib. ağahüseyn cavadov "bəxtiyar" (rza), "qızmar günəş altında" (pirioğlu), "əhməd haradadır?" (əhməd), "o olmasın, bu olsun" (bəy), "bir qalanın sirri" (rəmmal), "sehrli xalat" (vəzir), "görüş" (əbülfəz), "şərikli çörək" (xırdavatçı) və digər filmlərə çəkilib. aktyor 1931-ci ildə respublikanın əməkdar artisti, 4 dekabr 1938-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. ağahüseyn cavadov 20 iyul 1981-ci ildə bakıda vəfat edib.   əjdər (sultanov (dekabr 1909-10.1.1962)  qəhrəman sevgili rollarının mahir ifaçısı, güclü səhnə texnikası, yumşaq plastikası, şirin səsi, gözəl rəqqaslıq məharəti olan əjdər əliabbas oğlu sultanov 1909-cu ilin dekabrında bakıda doğulub. bakı teatr texnikumunu bitirərək (1925- 1928) 1926-cı ildən aktyoru olduğu bam türk işçi teatrında işləməyə davam edib. o, işçi və gəncə teatrlarında "əjdər", "əjdər sultan" imzaları ilə də çıxışlar edib. bakı türk işçi teatrı 1932-ci il yanvar ayının 4-də və 5-də gəncə şəhərinə köçürüləndə əjdər sultanov da kollektivlə gedib. teatrın hazır repertuarındakı və təzə hazırlanan tamaşalarda çıxış edib. kollektivin nəzdində "uşaq və gənclər teatrı" bölməsi yaradılıb və əjdər sultanov burada rejissorluqla məşğul olmağa başlayıb. 1937-ci ilin sonlarında gəncədən bakıya qayıdan əjdər sultanov az müddət opera və balet teatrında işləyib. 1939-cu ildə isə milli dram teatrının aktyor truppasına qəbul olunub. bu səhnədə cəfər cabbarlının "od gəlini" (qorxmaz), "aydın" (surxay), "almaz" (balarza və hacı əhməd), "dönüş" (qüdrət arslan), süleyman rüstəmin "qaçaq nəbi" (vəli, təhmas bəy və mehdi), səməd vurğunun "xanlar" (mamuliya), "insan" (şahbaz), "xosrov və şirin" (şapur və xosrov), ənvər məmmədxanlının "şərqin səhəri" (bəhruz), süleyman sani axundovun "eşq və intiqam" (çingiz), məmməd səid ordubadinin "dumanlı təbriz" (bağır xan), hüseyn cavidin "şeyx sənan" (dərviş), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (qurban), ilyas əfəndiyevin "bahar suları" (zəfər),</Page><Page Number="173">"atayevlər ailəsi" (xosrov atayev), mehdi hüseynin "nizami" (munis), mirzə ibrahimovun "məhəbbət" (kərim) pyeslərinin tamaşalarında uğurlu rollar oynayıb. tərcümələrdən vilyam şekspirin "otello" (yaqo və kassio), "qış nağılı" (leont), konstantin simonovun "vətən oğlu" (lukonin), vsevolod rokkun "mühəndis sergeyev" (boris), leonid malyuginin "köhnə dostlar" (volodya daroxin), tsao yuyun "tayfun" ("tufan". çjo pu yua), mixail lermontovun "iki qardaş" (yuri), anton çexovun "vanya dayı" (ivan petroviç), boris çirskovun "qaliblər" (krivenka), nazim hikmətin "türkiyədə" (xosrov murad), vilyam şekspirin "on ikinci gecə" (orsino), lope de veqanın "rəqs müəllimi" (aldemaro), ceyms qou və arno d'nyussonun "dərin köklər" (merrik) əsərlərinin tamaşalarında iştirak edib. əjdər sultanov 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. aktyor 53 yaşına təzəcə qədəm basanda, 10 yanvar 1962-ci ildə qəfildən, ürək xəstəliyindən vəfat edib. əjdər sultanov səhnə plastikası, texniki hərəkətləri obrazın psixoloji göstəriciləri ilə ahəngdar cazibədarlıqla birləşdirməsi, rəqslə sözün (geniş mənada hərəkətlə sözün, məsələn, "rəqs müəllimində" aldemaro rolu) vəhdəti baxımından örnək olub. yaradıcılıq imkanlarının estetik xüsusiyyətləri baxımından realist aktyor məktəbi ənənələrinə daha uyğun idi.   əli zeynalov (4.4.1913-4.1.1988)  romantik aktyor məktəbinin nümayəndəsi, pafoslu danışığı, zərif qiraətçilik qabiliyyəti, coşğun daxili ehtirası, qəhrəman sevgi rollarında cazibəli səhnə məlahəti əli zeynalovun çoxşaxəli yaradıcılığında həmişə seçilmişdir. əli yusif oğlu zeynalov 4 aprel 1913-cü ildə salyanda müəllim ailəsində doğulub. pedaqoji texnikumu qurtarıb. ədəbiyyata və teatr sənətinə 1928-ci ildən maraq göstərib. səhnəyə ilk dəfə biləsuvar dram dərnəyində çıxıb. təyinatını bərdə rayonuna veriblər. ancaq o, bakıya qayıdıb və 1933-cü ildə bakı teatr texnikumunu bitirib. tələbəlik illərində akademik milli dram teatrının tamaşalarında kütləvi epizodlarda, sözsüz rollarda səhnəyə çıxıb. az müddət nuxa (hazırki şəki) dövlət dram teatrında, on bir il isə irəvan dövlət azərbaycan dram teatrında aktyorluq edib (1934-1945). 1945-ci ilin dekabrında əli zeynalov bakıya gəlib və milli dram teatrının qüvvətli aktyor truppasına işə götürülüb. 1975-ci ilə qədər bu sənət ocağında çalışmış, bəhrəli sənət yolu keçmiş aktyor fəxri təqaüdə çıxandan sonra televiziyanın bədii proqramlarında çıxışlar etmiş, klassik və çağdaş azərbaycan şairlərinin şeirləri əsasında silsilə qiraət verilişləri hazırlamışdır. əli yusif oğlu zeynalov 30 aprel 1955-ci ildə azərbaycan respublikasının əməkdar artisti, 27 fevral 1964-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. vilyam şekspirin "antoni və kleopatra" faciəsinə rejissor tofiq kazımovun verdiyi quruluşda antonio rolunu yüksək ustalıqla ifa etdiyinə görə əli zeynalov 1964-cü ildə respublika dövlət mükafatı laureatı adını alıb. uzun illər romantik səpkili rollarda çıxış edən aktyor, həmçinin xarakterik, lirik-psixoloji və hətta komik obrazlar da oynayıb. bunlardan florizel, klavdi ("qış nağılı" və "hamlet", vilyam şekspir), hilbert ("mariya tüdor", viktor hüqo), protasov ("canlı meyit", lev tolstoy), əhməd rza ("qəribə adam", nazim hikmət), əbu übeyd və elxan ("od gəlini", cəfər cabbarlı), keykavus, şeyx sənan ("səyavuş" və "şeyx sənan", hüseyn cavid), dövlət bəy, bəhram ("aydın" və "solğun çiçəklər", cəfər cabbarlı), seyran ("namus", aleksandr şirvanzadə), sanço ("sevilya ulduzu", lope de vela), yanar ("sən yanmasan...", nəbi xəzri), cəlal qaşqay ("alov", mehdi hüseyn), rəşid ("kəndçi qızı", mirzə ibrahimov),  novikov ("palata", samuil alyoşin), süleyman bəy ("dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), nuri gənc ("türkiyədə", nazim hikmət), uluq bəy ("nüşabə", abdulla şaiq), çingiz ("eşq və intiqam", süleyman sani axundov), qacar, doktor</Page><Page Number="174">söhbət, fərhad ("vaqif", "xanlar" və "fərhad və şirin", səməd vurğun), süleyman ("həyat", mirzə ibrahimov), soltanov ("kimdir müqəssir?", georgi mdivani), krivenko ("qaliblər", boris çirskov), oleq koşevoy ("gənc qvardiya", aleksandr fadeyev), səlim, həsənzadə ("işıqlı yollar" və "sən həmişə mənimləsən", ilyas əfəndiyev), yusif ("nişanlı qız", sabit rəhman), qədim bəy ("yağışdan sonra", bəxtiyar vahabzadə), raffale konti ("çarəsiz dələduz", raffaele viviani), rəşid məğrur ("küləklər", sabit rəhman) rolları daha bitkin və cazibəli olub. yaradıcılığı bilavasitə teatrla bağlı olan sənətkar əli zeynalov "kölgələr sürünür" (imamzadə), "bir qalanın sirri" (simnar xan), "məhəbbət dastanı" ("leyli və məcnun". şeyx həşim), "birisi gün gecə yarısı" (şah), "ömrün akkordları" (həsən bəy zərdabi) və sair bədii filmlərə çəkilib, bir sıra televiziya tamaşalarında oynayıb. 1974-cü il 6 dekabrda əli zeynalov milli dram teatrında hüseyn cavidin "knyaz" faciəsini tamaşaya hazırlayıb. bu, onun ilk və son rejissor işi olub. əli zeynalov 4 yanvar 1988-ci ildə bakıda vəfat edib.   ələsgər ələkbərov  (26.3.1910-31.1.1963)  iyirminci əsr milli teatrımızın ən görkəmli simalarından, yaradıcılığının bədii-estetik keyfiyyətləri dünya səhnə sənətinin bəşəri meyarları ilə ölçülən dühalardan biri də ələsgər ələkbərovdur. ələsgər hacıağa oğlu 26 mart 1910-cu ildə bakıda yoxsul tacir ailəsində doğulub. 1918-ci ildə bakı realni məktəbində təhsilə başlayıb. 1920-ci ildə atası rəhmətə gedib və ailənin ağırlığı anası zübeydə xanımın üzərinə düşüb. elə həmin il ələsgər təhsilini 9 saylı, üç il sonra isə işlədiyinə görə 23 saylı məktəblərdə davam etdirib. uşaqlıqdan şeirə, sənətə, xalq oyun-tamaşalarına maraq göstərən ələsgər ələkbərov 1924-cü ildə əbilov adına klubun qüvvətli dram dərnəyinə üzv yazılıb. dram həvəskarlarının yazdıqları və dərnəyin rəhbəri mirabdulla mirinskinin hazırladığı "azad qadın", "zavodda və evdə" səhnəciklərində komsomolçu və məmiş rollarını oynayıb. 1926-cı ildə isə rza təhmasibin və ibrahim azərinin rəhbərlik etdikləri kommunal klubunda üzeyir bəy hacıbəyovun "o olmasın, bu olsun" operettasında məşədi ibad, mirzə cəlil məmmədquluzadənin "ölülər" tragkomediyasında mirbağır ağa rollarında çıxış edib. sabirdən şeirlər söyləyib. həmin dərnəkdə ismayıl hidayətzadənin quruluşunda hüseyn cavidin "şeyda" dramında musa rolunda müəyyən uğur qazanıb. elə buna görə ismayıl hidayətzadənin tövsiyəsi ilə bakı teatr texnikumuna daxil olub. texnikumda təhsil aldığı illərdə (1927-1930) ələsgərin əsas sənət müəllimi aktyor və rejissor, pedaqoq mirseyfəddin kirmanşahlı olub. səhnə təhsili alan aktyor texnikuma daxil olandan az sonra bakı türk işçi teatrının yardım heyətinə götürülüb. tələbə vaxtlarında bu teatrda xeyli rolda səhnəyə çıxıb. kollektivdə istedadlı gənc kimi sevilən aktyor btit-də hacı baxşəli və mirzə həsən ("ölülər", cəlil məmmədquluzadə), birinci polismen ("fahişə", viktor marqaretin romanı üzrə), ikinci bəhriyyə (motros. "hücum", boris lavrenyov), andryan andryanıç, petrosyan ("qızıl trenlər" və "konstantin teryoxin", vladimir kirşon), cancur səməd ("cancur səməd", jan batist molyer), yaraşıq ("zəlzələ", p.romanovdan təbdil), bedjerton ("çin tanrısı", fyodor pavlov. "tunc büt" də yazılıb), ikinci carçı ("paris notrdam kilsəsi" və ya "müqəddəs məryəm ana məbədi", viktor hüqo), bortel ("hind qızı", əbdülhəq hamid), səlim ("incə", aleksandr qlebovdan təbdil), baba ("qanlı səhra", tərcümə-təbdil) rollarını oynayıb. işgüzarlığı ilə seçilən ələsgər ələkbərov təhsilini tamamlayandan sonra kollektivin aktyor truppasına qəbul olunub. rejissorlar ona həvəslə rol tapşırıblar. iki il ərzində əhmədəli ("yanğın", süleyman rüstəm və hacıbaba nəzərli), müsavat əsgəri ("yollar", hacıbaba nəzərli), rəcəbov</Page><Page Number="175">("gizli əl", həbib ismayılov və əbdübağı fövzi), hacı zəki ("kölgə", seyid hüseyn) kimi xarakterik rollarda səhnəyə çıxıb. ələsgər ələkbərov 1930-1931-ci illərdə işçi teatrında işləməklə yanaşı, tiflis dövlət azərbaycan dram teatrına dəvət olunub. o, bu teatrda tamaşaya hazırlanmış cəfər cabbarlının "od gəlini" (aqşin), hüseyn cavidin "knyaz" (knyaz) faciələrinin, aleksandr şirvanzadənin "namus" (rüstəm) dramının tamaşalarında əsas rolları ifa edib. 1933-cü il yanvar ayının 4-də və 5-də bakı türk işçi teatrı dövlətin qərarı ilə azərbaycan respublikasının ikinci böyük şəhəri olan gəncəyə köçürülüb. orada yerli dram həvəskarlarının əsas qüvvələri ilə birləşərək gəncə dövlət dram teatrı kimi 1933-cü ilin martında ilk tamaşasını göstərib. ələsgər ələkbərov qısa müddətdə gəncə teatrında rüstəm ("namus"), hüseyn cavidin "şeyx sənan" faciəsinin tamaşasında şeyx hadi və şeyx mərvan rollarını oynayıb. həmin il üzü payıza dönəndə aktyor bakıya qayıdıb və akademik milli dram teatrının kollektivinə daxil olub. cəfər cabbarlımn "od gəlini" (aqşin), "1905-ci ildə" (general-qubernator), vilyam şekspirin "otello" (rodriqo), hüseyn cavidin "səyavuş" (gərşivəz), aleksandr korneyçukun "donanmanın məhvi" (leytenant korn) tamaşalarındakı rolları ilə qısa müddətdə təcrübəli kollektivin ansamblına uyuşub. ələsgər ələkbərovun yaradıcılığının geniş diapazonda , pardaxlanması, tezliklə teatrın aparıci aktyorlarının cərgəsinə çıxması rejissor-pedaqoq ədil isgəndərovun yaradıcılığı ilə sıx bağlıdır.  moskvada dünya şöhrətli sənətkarlardan ali rejissor təhsili alan ədil isgəndərov 1935-ci ildə akademik teatrda aleksandr korneyçukun "platon kreçet" əsərini "polad qartal" adı ilə diplom işi kimi tamaşaya hazırlayıb. premyerası 3 yanvar 1936-cı ildə göstərilən səhnə əsərində ələsgər ələkbərov əvvəl nəsirov, sonra polad rollarını oynayıb. bununla da iki sənətkarın qüdrətli, çoxlu bəhrələr verən yaradıcılıq ittifaqlarının təməli qoyulub və bu sənət dostluğu 24 il davam edib. ədil isgəndərovun quruluşunda ələsgər ələkbərov geniş diapazonlu rollar qalereyası yaradıb. bu baxımdan aktyorun nəsirov və polad qartal ("polad qartal", aleksandr korneyçuk), akif və süleyman ("həyat", mirzə ibrahimov), vaqif, xanlar və fərhad ("vaqif", "xanlar", və "fərhad və şirin", səməd vurğun), əbdək, cavanşir ("nizami" və "cavanşir" mehdi hüseyn), aydın, salamov ("aydın" və "1905-ci ildə", cəfər cabbarlı), alxan ("bahar suları", ilyas əfəndiyev), minnətov ("vəfa", rəsul rza), sultanov ("yanar dərə", cabbar məcnunbəyov), barxudar ("namus", aleksandr şirvanzadə), aparıcı-müəllif ("türkiyədə", nazim hikmət), orconikidze ("şərqin səhəri", ənvər məmmədxanlı), otello ("otello", vilyam şekspir) obrazları bədii-estetik cəhətdən daha məzmunludur. aktyorun milli dram teatrında ən böyük sənət qələbələri otello və vaqif obrazlarıdır. o, vaqif rolunda 500 dəfədən çox səhnəyə çıxıb. vaqif surətində akademik teatrda ayrı-ayrı illərdə kazım ziya, rza əfqanlı, ağadadaş qurbanov, ismayıl dağıstanlı, həsənağa salayev, həsən turabov, səməndər rzayev, əliabbas qədirov, nurəddin mehdixanlı (quliyev) kimi aktyorlar uğurla çıxış etsələr də, birincilik və əvəzolunmazlıq sözsüz ki, ələsgər ələkbərovun adı ilə bağlıdır. ələsgər ələkbərovun yaratdığı zəngin rollar qalereyasının formalaşmasında rejissorlardan ismayıl hidäyətzadənin, aleksandr tuqanovun, rza təhmasibin, aleksey qripiçin, səftər turabovun, mehdi məmmədovun, ələsgər şərifovun, əliheydər ələkbərovun, tofiq kazımovun quruluş verdikləri tamaşaların da böyük əhəmiyyəti olub. aktyor onların hazırladıqları tamaşalarda faciə və dram rollarını ustalıqla ifa edib. aktyorun yüksək sənətkarlıqla oynadığı elxan ("od gəlini", cəfər cabbarlı), əmiraslan bəy salamov ("1905-ci ildə", cəfər cabbarlı), murov ("günahsız müqəssirlər", aleksandr ostrovski), şah zeyr ("şahnamə", mirzə fətəli axundzadənin "aldanınış kəvakib" povestinin motivləri əsasında cananın işləməsi), qaçaq nəbi ("qaçaq nəbi", süleyman rüstəm), kərəməli və heydər bəy ("hacı qara", mirzə fətəli axundzadə), vasili ("lenin", aleksey kapler və zlotoqorova),</Page><Page Number="176">maqduf, tibalt, kral lir ("maqbet", "romeo və cülyetta" və "kral lir", vilyam şekspir), yaqor ("vətən namusu", georgi mdivani), polkovnik zorin ("gizli döyüş",  tur qardaşları),  isgəndər ("nüşabə", abdulla şaiq), xlebnikov ("şəxsi iş", aleksandr şteyn), pərviz xan ("köhnə dudman", əbdürrəhim bəy haqverdiyev), qatır məmməd ("qatır məmməd", zeynal xəlil), şahbaz (ata) ("insan", səməd vurğun), matvey şulqa ("gənc qvardiya", aleksandr fadeyev), henrix ("madrid", mirzə ibrahimov), əlimərdan ("eşq və intiqam", süleyman sani axundov), proxor ("vassa jeleznova", maksim qorki), fərhad kamalov ("alov", mehdi hüseyn) ayrı-ayrılıqda orijinal və məzmunlu yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilib. fərhad kamalov aktyorun səhnədə son roludur. ələsgər ələkbərovun çoxşaxəli yaradıcılığında ekran rolları xüsusi yer tutur. kinoya çəkilməyə on yeddi yaşından başlayan aktyor ekranda əhməd ("vulkan üzərində ev"), qurban ("lətif"), fuad ("almaz"), göydəmir ("kəndlilər"), aslanov ("yeni horizont"), fətəli xan ("fətəli xan"), ismayılzadə ("qara daşlar"), kazım dayı ("ögey ana"), ferrero ("uzaq sahillərdə"), sərdarlı ("kölgələr sürünür"), rəhim bəy ("səhər"), don aqilla ("varislər". "leninfilm"), şeyx əmir ("leyli və məcnun"), rüstəm kişi ("böyük dayaq") rollarını yaradıb. tamaşaçıların aktyor kimi böyük ehtiram və sevgi bəslədikləri ələsgər ələkbərov həm də gözəl qiraət ustası idi. o, altıncı çağırış ssri ali sovetinin deputatı olub. taleyini səhnəyə, aktyorluq sənətinə bağlamış ələsgər ələkbərov azərbaycan respublikasının əməkdar artisti (4 dekabr 1938), xalq artisti (4 may 1940) və ssri xalq artisti (2 fevral 1961) fəxri adlarına layiq görülüb. uşaqlıqda rəsm çəkməyə ciddi maraq göstərən ələsgər ələkbərov zövqlü rəssam idi. onun sənət dostlarına çəkdiyi şarjlar səmimiyyəti və xarakterik cizgiləri ilə səciyyəvidir. bununla belə görkəmli sənət ustası ələsgər ələkbərov monumental səpkili tamaşalarda romantik vüsətli rolları böyük ustalıqla ifa etdiyi kimi, realist yönümlü səhnə əsərlərində həyati obrazları coşğun məharətlə oynayırdı. "hacı qara"dakı kərəməli kimi xarakterik rollarda isə yapışıqlı, duzlu və ürəkoxşayan idi. ələsgər ələkbərov gur, aydın diksiyalı səsindən tamaşalarda obrazın düşdüyü vəziyyətlərin xarakterik mahiyyətinə uyğun tərzdə, məhərətlə istifadə edə bilirdi. ələsgər ələkbərov səhnə hərəkətlərinin plastikasındakı yumşaqlıq, zəriflik aktyor ifasına bütövlük gətirir, oyun tərzinə monumentallıq verirdi. ələsgər ələkbərov sifət ifadələri, mimika cizgiləri əlvan olduğu qədər də mənalı, dəqiq, sərrast ünvanlı idi. ələsgər ələkbərovun qəhrəman rollarında məhrəmlik, ağayanalıq və dolğun məzmunlu vüqar vardı. aktyorun əlvan və çoxçalarlı romantik boyaları həyat nəfəsli idi. ələsgər ələkbərov 1963-cü il yanvar ayının 31-də teatrda "səyavuş" tamaşasının məşqində olub. axşam isə qəfildən ürəyi dayanıb. qüdrətli aktyor bakıda fəxri xiyabanda torpağa tapşırılıb.</Page><Page Number="177">milli dram teatrinda  aktyor yaradiciliği  (1935-1985)  birinci dərs  milli dram teatrının monumental üslubu ədil isgəndərovun baş rejissorluğu dövründə romantik və realist teatr məktəbləri zəminində sürətlə formalaşmağa başlayıb. özünün fundamental forma-məzmun konsepsiyasını və rejissor estetikasını hazırladığı tamaşalar vasitəsilə bəyan etmiş ədil isgəndərovun teatr poetikasına uyğun aktyorlar da yetişiblər. hətta fərdi üslublarında qeyri-müəyyənlik olan istedadlı gənclər tədricən teatrın ümumi yaradıcılıq prinsiplərinə uyğunlaşıblar. truppanı zənginləşdirmək üçün yeni aktyor qəbulu məhz "ədil isgəndərov teatrı"nın prinsiplərinə uyğun şəkildə aparılıb.  * * *  məmmədrza şeyxzamanov (4.8.1915-21.1.1984)  dramatik psixoloji, qəhrəman və güclü komizmi olan obrazları oynamağı daha çox xoşlayan məmmədrza isa oğlu şeyxzamanov 4 avqust 1915-ci ildə gəncədə doğulub. gəncə dövlət dram teatrının nəzdindəki aktyor studiyasında oxuyub (1934 - 1936). oxuya-oxuya yardımçı heyətin tərkibində teatrın tamaşalarında iştirak edib. 1954-cü ilədək gəncə teatrında aktyorluq etmiş məmmədrza şeyxzamanovun burada ən yaxşı rolları səməd vurğunun "vaqif"ində eldar, əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq", vilyam şekspirin "otello", mixail lermontovun "iki qardaş" faciələrində nəcəf bəy, otello, yuri, sabit rəhmanın "nişanlı qız" və "xoşbəxtlər" komediyalarında mindilli və bərbərzadə, cəfər cabbarlının "aydın" və "yaşar" əsərlərinin tamaşasında aydın və imamyar obrazları sayılır. məmmədrza şeyxzamanov 1954-cü ilin ortalarında gəncədən bakıya gəlib və akademik milli dram teatrının aktyor truppasına daxil olub. aktyorun yaradıcılığını yığcam şəkildə faciə obrazları, dramatik personajlar və komediya surətləri bölümü ilə üç qismə ayırmaq olar. faciə rolları: poliksen, enobarb, poloni, kral alonso ("qış nağılı", "antoni və kleopatra", "hamlet" və "fırtına", vilyam şekspir), talbot ("orlean qızı", fridrix şiller), rüstəm, müfti, şeyx mərvan ("səyavuş", "xəyyam" və "şeyx sənan", hüseyn cavid), altunbay ("od gəlini", cəfər cabbarlı), qılınc ("cavanşir", mehdi hüseyn) , xosrov, qacar ("xosrov və şirin" və "vaqif", səməd vurğun), coşua ("mariya tüdor", viktor hüqo). dramatik rollara cəfər cabbarlının "almaz" (hacı əhməd), süleyman rüstəmin "qaçaq nəbi" (nəbi), cəlil məmmədquluzadənin "ölülər" (hacı həsən ağa), mehdi hüseynin "alov" (kərim rəhimli), çingiz aytmatovun "ana torpağı" (suvangil), ilyas əfəndiyevin "mahnı dağlarda qaldı" (həsənalı), pavel malyarevskinin "daş qartal" (nikita), ceyms qou və arno d'nyussonun "dərin köklər" (maksuel), əkrəm əylislinin "quşu uçan budaqlar" (səltənətin atası), taufiq əl hakiminin "karıxmış sultan" (vəzir), yucin o'nilin "qızıl" (isay bartlet), nodar dumbadzenin "darıxma, ana!" (çxartaşvili) pyeslərinin tamaşalarında ifa etdiyi personajlar daxildir. islam səfərlinin "göz həkimi" (şahbazov), sabit rəhmanın "küləklər" (imanqulu), "xoşbəxtlər" (bərbərzadə) və "yalan" (saleh), raffaele vivianinin "çarəsiz dələduz" (don qateno), cəlil məmmədquluzadənin "dəli yığıncağı" (nəcəfül əşrəf), aleksandr vampilovun "övlad" (sarafanov), ilyas əfəndiyevin "qəribə oğlan" (barsuq), akop paronyanın "badasar dayı" (bağdasar) komediyalarında maraqlı səhnə surətləri yaradıb.</Page><Page Number="178">məmmədrza şeyxzamanov "qızmar günəş altında" (əmir dayı), "bir qalanın sirri" (həkimbaşı), "bəxtiyar" (professor), "əhməd haradadır?" (şirin), "tütək səsi" (isfəndiyar kişi) kinolentlərinə və digər filmlərə çəkilib. aktyorluq sənətindəki nailiyyətlərinə görə məmmədrza şeyxzamanov 10 iyun 1959-cu ildə azərbaycan respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. hüseyn cavidin "iblis" faciəsindəki ixtiyar roluna görə 1984-cü ildə (ölümündən sonra) dövlət mükafatı ilə təltif edilib. aktyor 21 yanvar 1984-cü ildə bakıda vəfat edib. məmmədrza şeyxzamanov yeri gələndə realist səhnə obrazlarını romantik vüsətlə oynayırdı. aktyorun çox xarakterik "məxməri" səsi vardı. o, bu səsin ən incə çalarlarından həssaslıqla istifadə edərək oynadığı obrazlara xarakter cizgiləri verirdi. aktyorluq qabiliyyətinin öz təravəti, oyun üslubunun öz hüsnü, istedadının öz təsir dairəsi vardı.   məhluqə sadiqova (28.4.1917-15.8.2003)  üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. aydın və səlist diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib. məhluqə ələsgər qızı sadıqova 28 aprel 1917-ci ildə şuşa şəhərində doğulub. beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi bakıya köçüb və məhluqə xanım 6 saylı sovet məktəbində yeddinci sinifi bitirib. o, 1936-cı ildə bakı tibb texnikumunun diş texniki fakültəsini qurtarıb. tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. məhluqə sadıqova 1936-cı il sentyabr ayının 27-də akademik milli dram teatrının truppasına götürülüb. aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan bakı bələdiyyə teatrında aktrisalıq edib. qırx ildən çox radionun "bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən məhluqə sadıqova amdt-də nadya, pəri, yaxşı, gülüş, turac, sona ("oqtay eloğlu", "solğun çiçəklər", "almaz", "sevil", "dönüş" və "1905-ci ildə", cəfər cabbarlı), süd ("göy quş", moris meterlink), qiasinta ("skapenin kəiəkləri", jan batist molyer), sayad, səlimə, şamama cadu və zərnigar ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), hərəmxana qarısı, fitnə, mehriban ("vaqif", "fərhad və şirin" və "xanlar", səməd vurğun), qalçixa və anuşka ("günahsız müqəssirlər", aleksandr ostrovski), zəhra ("şeyx sənan", hüseyn cavid), paulina ("qış nağılı", vilyam şekspir), sofiya ("vanya dayı", anton çexov), missis daycen ("şeytanın şagirdi", bernard şou), nata xanım ("nazirin xanımı", branislav nuşiç), pəri xanım ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), dolores ("qadın faciəsi", federiko qarsiya lorka), güllü xala ("yalan", sabit rəhman), zabitə ("atayevlər ailəsi",  ilyas  əfəndiyev),  ana  ("şöhrət və ya unudulan adam", nazim hikmət), sofiya ("daş qartal", pavel malyarevski), klavdiya vasilyevna ("şadlıq sorağında", viktor rozov) rollarını ifa edib. məhluqə sadıqova 21 iyul 1949-cu ildə azərbaycan respublikasının əməkdar artisti və 10 yanvar 1980-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. aktrisa 2000-ci il avqust ayının 15-də bakıda vəfat edib.   sofiya bəsirzadə (28.2.1918 - 4.1.2000)</Page><Page Number="179">əsil soyadı vəzirovadır. atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "bəsirzadə" kimi tanınıb. bəzi proqram və afişalarda adı "sofa" kimi də yazılıb. teatr kollektivində də ona "sofa xanım" deyə müraciət ediblər. səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. teatr səhnəsində 62 ildən çox çalışıb. səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub. sofiya bəsir qızı bəsirzadə (vəzirova) 28 fevral 1918-ci ildə kazan quberniyasının köhnə çukan kəndində doğulub. iki yaşında olanda ailəsi bakıya köçüb və sofiya xanım azəri türkcəsini mükəmməl öyrənib. bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə mirzə fətəli axundzadə adına bakı teatr məktəbinə daxil olub. həmin ilin noyabrından başlayaraq amdt-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa amdt-nin aktyor truppasına qəbul edilib. yüzdən çox obrazın ifasında səhnəyə çıxan sofiya bəsirzadənin nisə xanım ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), sevər, gülgün, tanya, gülsabah, gülnisə ("oqtay eloğlu", "od gəlini", "yaşar", "dönüş" və "solğuri çiçəklər", cəfər cabbarlı), nina, rübabə ("şeyx sənan" və "səyavuş", hüseyn cavid), məryəm, tamara, tatyana ("fərhad və şirin", "vaqif" və "insan", səməd vurğun), səadət ("müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov), xanın qızı, pəri cadu ("köhnə dudman" və "pəri cadu", əbdürrəhim bəy haqverdiyev), tərlan xanım ("yalan", sabit rəhman), qlumova ("müdriklər", aleksandr ostrovski), toni xala ("füsunkar qız", mikolaş dyarfaş), anna dmitriyevna ("canlı meyit", lev tolstoy), fedra ("dəlilər", lope de veqa), səadət xanım ("unuda bilmirəm", ilyas əfəndiyev), nihal ("qəribə adam", nazim hikmət), aliyə ("təhminə və zaur", anar), mariya xosefa ("dişi canavar", federiko qarsiya lorka), dayə ("medeya", jan anuy), aybəniz ("cavanşir", mehdi hüseyn), peyanira ("mehmanxana sahibəsi", karlo haldoni), esrelya ("sevilya ulduzu", lope de veqa), nataliya ("vassa jeleznova", maksim qorki), mariya antonovna ("müfəttiş", nikolay qoqol) rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilirlər. sofiya bəsirzadə ondan artıq bədii filmə çəkilib. 30 aprel 1955-ci ildə azərbaycan respublikasının əməkdar artisti və 1 iyun 1974-cü ildə xalq artisti fəxri adı ilə təltiflənib. aktrisa 4 yanvar 2000-ci ildə bakıda vəfat edib.   leyla bədirbəyli (8.1.1920-23.11.1999)  teatr tariximizdə gözəlliyi, səhnə məlahəti həmişə yüksək qiymətləndirilən leyla ağalar qızı bədirbəyli (cavanşirova) əslən şəmkirli olsa da, 8 yanvar 1920-ci ildə bakıda doğulub. bəzi mənbələrdə doğum tarixi 1923-cü il göstərib. leyla xanım bakıda 3 saylı beynəlmiləl məktəbdə oxuyandan dram dərnəyinin iştirakçısı olub. on dörd yaşından azərbaycan dövlət filarmoniyasının rəqs ansamblına üzv olub. orta məktəbdə oxuya-oxuya rəqqasəlik edib, daha sonra mahnı və rəqs ansamblında solist işləyib. 1942-ci ildə "səbuhi" filmində tubu xanım roluna çəkilib. 16 oktyabr 1942-ci ildən teatrın baş rejissoru ədil isgəndərovun çağırışı ilə milli dram teatrına aktrisa götürülüb. 1975-ci ildə cəfər cabbarlı adına "azərbaycanfilm"in nəzdində yaradılan kino aktyorları teatrının bədii rəhbəri və aktrisası işləyib. burada qarsiya lorkanın "qanlı toy", məmməd muradın "təkan" dramları və sair pyeslər tamaşaya hazırlanıb. leyla bədirbəyli 1994-cü il mart ayının 3-də yenidən milli dram teatrına gəlib və 1998-ci ildə öz ərizəsi ilə təqaüdə çrxıb.</Page><Page Number="180">leyla xanım milli dram teatrında yaradıcılığa mirzə ibrahimovun "həyat" dramının tamaşasında zəhra rolu ilə başlayıb. tezliklə əsas rolların ifaçısına çevrilən aktrisa məmməd səid ordubadinin "dumanlı təbriz" (dilrüba), əbdürrəhin bəy haqverdiyevin "pəri cadu" (pəri), "köhnə dudman" (gül sənəm), ənvər məmmədxanlının "şərqin səhəri" (dilarə), ilyas əfəndiyevin "işıqlı yollar" (lalə), "atayevlər ailəsi" (mehrican), "mənim günahım" (nurcahan), "mahnı dağlarda qaldı" (fəxrəndə), nəcəf bəy vəzirovun "yağışdan çıxdıq yağmura düşdük" ("hacı qəmbər". cəvahir), süleyman sani axundovun "eşq və intiqam" (qəmər), sabit rəhmanın "toy" (zinyət), "xoşbəxtlər" (inci), "əliqulu evlənir" (qumral) "yalan" (şəlalə), mirzə ibrahimovun "yaxşı adam" (zəhra) "kəndçi qızı" (göyərçin), hüseyn cavidin "şeyx sənan” (zəhra), imran qasımov və həsən seyidbəylinin "uzaq sahillərdə" (anjelika), şıxəli qurbanovun "əcəb işə düşdük" (əntiqə), mehdi hüseynin "alov" (rəfiqə), bəxtiyar vahabzadənin "ikinci səs" (həyat), cəfər cabbarlının "almaz" (almaz), "solğun çiçəklər" (sara), "oqtay eloğlu" (firəngiz), "od gəlini" (solmaz), "dönüş" (gülsabah), səməd vurğunun "vaqif" (gülnar və xuraman), "xanlar" (mehriban), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (nisə xanım), vilyam şekspirin "on ikinci gecə" (oliviya), "otello" (dezdemona), "qış nağılı" (perdita), bernard şounun "şeytanın şagirdi" (cudit), lev tolstoyun "canlı meyit" (luiza) pyeslərinin tamaşalarında iştirak edib. leyla bədirbəyli bədii filmlərdən "arşın mal alan"da gülçöhrə, "fətəli xan"da tuti bikə, "koroğlu"da nigar, "onun böyük ürəyi"ndə xalidə, "görüş"də bilqeyis, "kölgələr sürünür"də leyla, "dəli kür"də zərnigar, "dərviş parisi dağıdır"da şəhrəbanu xanım rollarına və sairə ekran obrazlarına çəkilib. leyla xanım 1946-cı ildə "arşın mal alan" filmindəki gülçöhrə roluna görə stalin mükafatı, 1972-ci ildə isə "mahnı dağlarda qaldı" tamaşasında oynadığı fəxrəndə xanım obrazına görə azərbaycan respublikasının dövlət mükafatı ilə təltif olunub. 21 iyul 1949-cu ildə azərbaycan respublikasının əməkdar artisti, 10 iyun 1959-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. leyla bədirbəyli dramatik aktrisadır. müxtəlif janrlı tamaşalarda çıxış etsə də, oynadığı obrazın bədii tutumunu dramatik zəmində kökləyib. ifasında sadə və əsasən, realist boyalara üstünlük verib. səhnədə ciddi, bir qədər romantik, bəzən melodramatik obrazları oynamaqda daha səriştəli idi. leyla bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. bakıda fəxri xiyabanda dəfn olunub.   milli dram teatrinda  aktyor yaradiciliği  (1935-1985)  ikinci dərs  agadadaş qurbanov (8.3.1911- 25.6.1965)  azərbaycan dövlət gənc tamaşaçılar teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı ağadadaş gülməmməd oğlu qurbanov 8 mart 1911-ci ildə bakıda doğulub. 1927-ci il martın 15-də "dənizçilər klubu"nda lətif kərimlinin "fırtına" pyesinin tamaşası oynanılıb. bu tamaşanı, başda ağadadaş qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. bununla da bakıda fəhlə uşaqlar teatrının (sonralar gənc tamaşaçılar teatrı adlandırıldı) bünövrəsi qoyulub.  ağadadaş qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib və qısa müddətdə kollektivin əsas qüvvələrindən diri olub. aktyor gənc tamaşaçılar teatrında böyüklər üçün nəzərdə tutulan cəfər cabbarlının "aydın" (aydın), mirzə fətəli axundzadənin "molla ibrahimxəlil kimyagər" (molla ibrahimxəlil), nəcəf bəy vəzirovun "hacı qəmbər" (hacı qəmbər), fridrix</Page><Page Number="181">şillerin "qaçaqlar" (karl moor), nikolay qoqolun "müfəttiş" (xlestakov), rabindranat taqorun "qaneşin yolu" hekayəsi əsasında "əfilər" (qaneş) pyeslərinin tamaşalarında iştirak edib. ağadadaş qurbanov 1952-ci ildən ömrünün sonunadək milli dram teatrında işləyib. o, bu teatrda mirzə səməndər, əbu übeyd, ötgün ("almaz", "od gəlini" və "dönüş", cəfər cabbarlı), şeyx mərvan və şeyx sənan, səyavuş ("şeyx sənan" və "səyavuş", hüseyn cavid), kamillo ("qış nağılı", vilyam şekspir), ibrahim xan və vaqif ("vaqif", səməd vurğun), şults ("uzaq sahillərdə", imran qasımov və həsən seyidbəyli), ivanov ("göz həkimi", islam səfərli), dəmirçi musa ("toy", sabit rəhman), yəhudi ("mariya tüdor", viktor hüqo), kamal ("məhəbbətin hökmü", cabbar məcnunbəyov), hacı qara ("hacı qara", mirzə fətəli axundzadə), tağı hüseyn ("köç", cavad fəhmi başqut), allan ("ailə namusu", hüseyn muxtarov), gülcamal ("yaxşı adam", mirzə ibrahimov), professor mudrov ("şirvan gözəli", ənvər məmmədxanlı), akif ("həyat", mirzə ibrahimov), əşrəf bəy ("hacı qəmbər", nəcəf bəy vəzirov) kimi parlaq və yaddaqalan rollarda çıxış edib. "səbuhi", "koroğlu", "bir qalanın sirri", "kölgələr sürünür" filmlərinə çəkilib. "arşın mal alan" filmində soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə salyanda qastrolda idi. mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olub. bakıda fəxri xiyabanda dəfn olunub. 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb.   əliaga ağayev (22.3.1913-3.11.1983)  azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan əliağa ismayıl oğlu ağayev 22 mart 1913-cü ildə bakıda doğulub. erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinifi bitirərək paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. iki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan əliağa zavodun dram dərnəyinə yazılıb. ilk rolu mirzə fətəli axundzadənin "hacı qara" komediyasında hacı qaradır. əliağa ağayev 1936-cı ildə gənc tamaşaçılar teatrının (əvvəlki adı fəhlə uşaqlar teatrı idi) kollektivinə daxil olub. peşəkar teatrda səhnəyə ilk dəfə jül vernin "kapitan qrantın uşaqları" dramının tamaşasında dlk rolunda çıxıb. qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən əliağa ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. aktyor gtt-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb. müxtəlif çeşidli rolları, xüsusən "o olmasın, bu olsun" bədii filmindəki məşədi ibad obrazı ilə respublikadan kənarda da şöhrətlənən əliağa ağayev 1961-ci ilin payızında akademik milli dram teatrının kollektivinə qəbul olunub. bu teatrda ilk orijinal rolu şıxəli qurbanovun "əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) abış surxayeviç obrazıdır. iyirmi iki il akademik teatrda işləyən sənətkar bu səhnədə vasin ("tanya", aleksey arbuzov), allanəzər ("kimdir müqəssir?", hüseyn muxtarov), qulaməli, alışov, nağı ("közərən ocaqlar", "kəndçi qızı" və "yaxşı adam", mirzə ibrahimov), birinci məzarçı, stefano ("hamlet" və "fırtına", vilyam şekspir), rista podoroviç ("nazirin xanımı", branislav nuşiç), pişta orbek ("füsunkar qız", mikolaş dyarfaş), keşiş bazilo ("bu qadın mənimdir", raymonda juniyor), çakan yemelyan ("daşqın", anatoli safronov), anatoli novoseltsov ("sevgi... sevgi...", emil braginski və eldar ryazanov), miçiç kotryans ("xanuma", avksenti saqareli), rüstəm zaloviç, ağadayı  ("kölgələr pıçıldaşır" və "mənziliniz mübarək!", seyfəddin dağlı), səfər ("söz yarası", qeybulla</Page><Page Number="182">rəsulov), sərxan ("görünməmiş toy", arkadi arkanov və qriqori qorin), divanbəyi, kərəməli ("xırs quldurbasan" və "hacı qara", mirzə fətəli axundzadə), tosun ("səyavuş", hüseyn cavid), nəsir bəy, aslan, bərbərzadə, kərəmov, ("küləklər", "yalan", "xoşbəxtlər" və "toy", sabit rəhman), vəzir ("karıxmış sultan", taufiq əl hakimi), hacı əbdüləzim ("dəli yığıncağı", cəlil məmmədquluzadə), mirzə səməndər, babakişi ("almaz" və "sevil", cəfər cabbarlı), osman ("bağ qonşuları", hay vahid), ibiş ibişli ("adamın adamı", anar) ... rollarında çıxış edib. əliağa ağayev kinoda məşədi ibaddan əlavə xan ("sehrli xalat"), şıxəli ("görüş") kimi irihəcmli rollarla yanaşı, "əhməd haradadır?" (kassir), "qanun naminə" ("mehman". anbardar), "bir məhəlləli iki oğlan" (feyzi), "istintaq davam edir" (kişi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib. televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır. həmişə populyar və sevilən aktyor olmuş əliağa ağayev 17 iyun 1943-cü ildə respublikanın əməkdar artisti, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. səhnə görkəmicə ağır olan əliağa ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, danışığında duzlu və məzəli idi. yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi. əliağa ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışırdı. həyatda da şuxluğu xoşlayan əliağa ağayev 3 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb.   nəcibə məlikova (25.10.1921-6.7.1992)  ilk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan nəcibə haşım qızı məlikova 25 oktyabr 1921-ci ildə bakının buzovna kəndində doğulub. ilk təhsilini kənddə və bakıda alıb. bakı teatr məktəbində xalq artisti fatma qədrinin sinifini bitirib (1940-1943). öz istəyi ilə gəncə dövlət dram teatrında işləməyə gedib. burada bir neçə tamaşada çıxış edərək bakıya gəlib və təzəcə təşkil olunmuş azərbaycan dövlət teatr institutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. texnikumda təhsil aldığı illərdə milli dram teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. nəcibə məlikova klassik və çağdaş azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb. hüseyn cavidin "şeyx sənan" (xumar), "səyavuş" (firəngiz), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (şamama cadu), cəfər cabbarlının" "aydın" (böyükxanım), "1905-ci ildə" (sona), "sevil" (edilya), mirzə ibrahimovun "həyat" (atlas), ilyas əfəndiyevin "büllur sarayda" (qönçə), "qəribə oğlan" (məlahət), nəbi xəzrinin "əks-səda" (zərifə), "mirzə şəfi vazeh" (zübeydə), səməd vurğunun "vaqif" (xuraman), maqsud ibrahimbəyovun "kərgədan buynuzu" (diləfruz), sabit rəhmanın "əliqulu evlənir" (yasəmən), "küləklər" (firuzə), şıxəli qurbanovun "əcəb işə düşdük" (məlahət), mirzə ibrahimovun "kəndçi qızı" (ayxanım), mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (şölə xanım və ziba xanım), "müsyö jordan və dərviş məstəli şah" (şəhrəbanı), aleksandr ostrovskinin "cehizsiz qız" (oqudalova), hüseyn muxtarovun "kimdir müqəssir?" (korinkina), maksim qorkinin "zikovlar" (sofiya ivanovna), nazim hikmətin "şöhrət və ya unudulan adam" (həklrnin arvadı), "türkiyədə" (nazir qızı), karlo haldoninin "məzəli hadisə" (marianna), aleksandr</Page><Page Number="183">şirvanzadənin "namus" (süsənbər), fridrix şillerin "orlean qızı" (aqnessa), lope de veqanın "sevilya ulduzu" (estrelya) pyeslərinin tamaşalarında çıxış edib. nəcibə xanım kinoda uğurlu rollar yaradıb. onların arasında "ögey ana"da dilarə, "aygün"də aygün, "arşın mal alan"da cahan xala, "əhməd haradadır?"da nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. nəcibə məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi. nəcibə məlikova 10 iyun 1959-cu ildə azərbaycan respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adlarını alıb. bakıda 6 iyul 1992-ci ildə vəfat edən nəcibə məlikova ikinci fəxri xiyabanda dəfn olunub.   məlik dadaşov (7.6.1924 - 3.12.1996)  yaradıcılıq yönümü xarakter rollarında formalaşan, dramatik və satirik obrazları da oynamaqda böyük səriştəsi olan məlik yusif oğlu dadaşov 7 iyun 1924-cü ildə bakıda doğulub. asəf zeynalh adına musiqi məktəbində təhsil alıb. 1941- 1945-ci illərdə böyük vətən müharibəsində vuruşub. ordudan qayıtdıqdan sonra rejissor məhərrəm haşımovun çağırışı ilə gənc tamaşaçılar teatrına aktyor götürülüb. az sonra zaqatala dövlət dram teatrında, 1946-cı ilin mayında şəmkir dövlət dram teatrında işləyib və bir il sonra bakıya qayıdaraq azərbaycan dövlət teatr institutuna, ədil isgəndərovun rəhbərlik etdiyi aktyorluq kursuna qəbul olunub. məlik dadaşov 1950-ci il oktyabrın 30-dan milli dram teatrında işləyib. arada teatrdan çıxaraq institutda müəllim və rus dram teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib və sonra yenə akademik teatra qayıdıb. həmçinin institutda aktyor sənətindən dərs deyirdi. tədris teatrında tələbələrlə məşq zamanı səhnədə yıxılıb başından ağır yara alan məlik dadaşov üç gün sonra, 3 dekabr 1996-cı ildə dünyasını dəyişdi. məzarı bakıda ikinci fəxri xiyabandadır. milli dram teatrının səhnəsində səməd vurğunun "fərhad və şirin" (bizans sərkərdəsi, şiruyə və şapur), "vaqif" (kürd musa və qacar), cəfər cabbarlının "od gəlini" (aqşin və elxan), mirzə ibrahimovun "közərən ocaqlar" (mazar bəy və nəriman nərimanov), bəxtiyar vahabzadənin "yağışdan sonra" (aslan), şıxəli qurbanovun "sənsiz" (tərlan), hüseyn muxtarovun "ailə namusu" ("allanın ailəsi". arif), imran qasımovun "nağıl başlananda" (qurban), əkrəm əylislinin "yastı təpə" (manafov), ilyas əfəndiyevin "atayevlər ailəsi" (ziyad şahsuvarov), rüstəm ibrahimbəyovun "istintaq" (kamera qonşusu), nəbi xəzrinin "mənsiz dünya" (bodenştedt), raço stoyanovun "qısqanc ürəklər" (şiveko), nazim hikmətin "türkiyədə" (bəkir), aleksey ostrovskinin "cehizsiz qız" (paratov), aleksis parnisin "gözıllik və sevgi adası" ("afrodita adası". ralf ounes), leonqard frankin "yad adam" (ruprext) pyeslərinin tamaşalarında oynayıb. aktyorun faciə rolları içərisində yaqo, praspero ("otello" və "fırtına", vilyam şekspir), viktor karenin ("canlı meyit", lev tolstoy), serqo ("şeyx sənan", hüseyn cavid), tragikomik obrazı şeyx nəsrulla ("ölülər", cəlil məmmədquluzadə), komediya personajlarından sebastian ("on ikinci gecə", vilyam şekspir), camal, kəblə muxtar ("nişanlı qız" və "küləklər", sabit rəhman), don aryas ("sevilya ulduzu", lope de veqa), kovoler delya kotri ("məzəli hadisə", karlo haldoni), dərviş məstəli şah ("müsyö jordan və dərviş məstəli şah", mirzə fətəli axundzadə) obrazları bədii cəhətdən daha cazibəli olub. çəkildiyi çoxlu bədii filmlər arasında "dəli kür" (molla sadıq), "axırıncı aşırım" (qəmlo), "fəryad" (aram xaçaturyan) kinolentlərindəki rolları yaddaqalandır.</Page><Page Number="184">"birisi gün gecə yarısı" filminə görə dövlət mükafatı laureatıdır (26 may 1986). 24 may 1960-cı ildə azərbaycan respublikasının əməndar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adları ilə təltif edilib. məlik dadaşov daxilən rahatsız aktyor idi. çılğın ehtiraslı xarakteri "ölçüyə sığmayan" obrazlara ciddi maraq göstərirdi. obrazın ritmini, səhnə hərəkət və davranışını uzun müddət axtarır, dəfələrlə sınaqdan çıxarır və sonra tamaşada "özününküləşdirirdi". əməl-fəaliyyət xəttinin sürət-ritmi iti olan (məsələn, şeyx nəsrulla, məstəli şah) rollara məxsusi danışıq tərzi tapırdı. cingiltili səsini istədiyi ritmdə və istədiyi ton yüksəkliyində asanca və aydın işlədirdi.   hökümə qurbanova  (11.6.1913-2.11.1988)  milli səhnəmizin misilsiz faciə aktrisası olub. tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. hökümə abbasəli qızı qurbanova 1913-cü il iyun ayının 11-də bakıda ziyalı ailəsində doğulub. teatrda ilk illər aktyor ələsgər ələkbərovda ərdə olduğu üçün "ələkbərova" soyadıyla çıxış edib. hökümə xanım bakı pedaqoji texnikumunu bitirib (1931). elə həmin il azərbaycan dövlət konservatoriyasma daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. güclü musiqi yaddaşı vardı. konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi cəfər cabbarlının ciddi təşəbbüsü ilə "almaz" filmində yaxşı roluna çəkilib. ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb. milli dram teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən hökümə qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. teatr tariximizdə hökümə qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi (məsələn, şekspirin "qış nağılı"nda hermiona rolunda). pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu". hökümə qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır. ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasma istiqamətləndirməkdə mahir ustad idi. psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu." komediya rollarında (bənovşə, xanuma...) səhnəyə çıxan hökümə qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı.</Page><Page Number="185">mənalı, zərif və cazibəli plastikası vardı. hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmınə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. hökümə qurbanovanın çöhrəsində cakondanın sirli təbəssümü vardı. aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. o dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. janr-üslub və oyun-forma baxımından hökümə qurbanovanın yaradıcılığını aşağıdakı bölgülərə ayırmaq olar. romantik faciə rolları. hökumə xanımın hüseyn cavidin "şeyx sənan" (xumar), "səyavuş" (südabə), vilyam şekspirin "antoni və kleopatra" (kleopatra), "qış nağılı" (hermiona), fridrix şillerin "orlean qızı" (janna d'are), səməd vurğunun "fərhad və şirin" (şirin və məryəm), cəfər cabbarlının "od gəlini" (solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri bu bölümə aiddir. realist faciə rolları. süleyman sani axundovun "eşq və intiqam"ında zöhrə, səməd vurğunun "insan"ında səhər, qeybulla rəsulovun "qarabağ əfsanəsi"ndə günəş, anatoli boryanovun "o tayda"sında valentina nikolayevna rollarının ifası realist faciə janrında köklənib. romantik-dramatik rollar bölümünə gülbahar ("müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov), xuraman ("vaqif", səməd vurğun), afaq ("nizami", mehdi hüseyn), oliviya ("on ikinci gecə", vilyam şekspir), cenevrə ("dərin köklər", ceyms qou və arno d'nyusso), nataşa ("şərqin səhəri", ənvər məmmədxanlı), reyhan ("cavanşir", mehdi hüseyn) və müəyyən mənada hermiona ("qış nağılı", vilyam şekspir) obrazlarının ifası daxildir. realist-dramatik rollar bölümünün estetik prinsiplərini təhlil süzgəcindən keçirəndə nəzərlərimiz önünə ilkin sona, yaxşı ("1905-ci ildə" və "almaz", cəfər cabbarlı), həyat, maral ("həyat" və "közərən ocaqlar", mirzə ibrahimov), məhmənə banu ("məhəbbət əfsanəsi", nazim hikmət), nataşa ("mühəndis sergeyev", vsevolod rokk), sevgili ("ana ürəyi", islam səfərli), gülara, sürəyya ("işıqlı yollar" və "intizar", ilyas əfəndiyev. qeyd: əfəndiyev ikinci əsəri mehdi hüseynlə birgə yazıb), yeva qrant ("bir evin sirri", tur qardaşları), jsfərgiz ("aslan yatağı", məmmədhüseyn təhmasib), zöhrəxan ("ipək naxışlar", abdulla qəhhar), reyhan ("qardaşlar", rəsul rza) obrazları canlanır. psixoloji-dramatik rollar. bu obrazların səhnə təcəssümü prinsiplərini aktrisa tamara ("vaqif", səməd vurğun), vəfa ("vəfa", rəsul rza), vasantasena ("hind gözəli", yuri osnos və viktor vinnikov), serebryakova ("vanya dayı", anton çexov), amanda ("şüşəli heyvanxana", tennessi uilyams), xədicə ("türkiyədə", nazim hikmət), gülşən ("son gülən", kondrat krapiva), sevda ("böyük məhəbbət", cabbar məcnunbəyov) rollarında daha parlaq ifadə vasitələri və daha dəqiq janr ölçüləri ilə təcəssüm etdirib. tarixi-dramatik səpkili rollar sırasına süleyman rüstəmin "qaçaq nəbi" (həcər), məmməd səid ordubadinin "dumanlı təbriz" (zeynəb), ənvər məmmədxanlının "od içində" (reyhan), cabbar məcnunbəyovun "iliç buxtası" (könül), aleksandr fadeyevin "gənc qvardiya" (valya) pyeslərinin tamaşalarındakı  rollarını daxil etmək olar. lirik təmayüllü psixoloji rolların ən parlaqları sevinc ("sənsiz", şıxəli qurbanov), arzu ("ikinci səs", bəxtiyar vahabzadə), tolqanay ("ana torpağı", çingiz aytmatov), şəfəq, gülara, lalə ("bahar suları", "işıqlı yollar" və "atayevlər ailəsi", ilyas əfəndiyev), yelena andreyevna ("vanya dayı", anton çexov), zina ("ailə namusu", hüseyn muxtarov), qız ("şöhrət və ya unudulan adam", nazim hikmət) obrazlarının səhnə ifasıdır. yumorlu dramatik rollar bölümü də zəngindir. aktrisa sabit rəhmanın "xoşbəxtlər", "aydınlıq", "nişanlı qız", "əliqulu evlənir" komediyalarında inci, fəridə, bənövşə, nazlı, karlo haldoninin "məzəli hadisə"sində janina, mirzə ibrahimovun "kəndçi qızı"nda bənövşə, anatoli safronovun "kişilərə inanmayın" məzhəkəsində naydyonova, avksenti saqarelinin "xanuma" satirasında xanuma, "şərqli diş həkimi"ndə marta rollarını oynayıb.</Page><Page Number="186">aktrisa "azərbaycanfilm"in istehsal etdiyi "bir ailə" filmində leyla, "onu bağışlamaq olarını?", "mən rəqs edəcəyəm" kinolentlərində laçın, mahmudun anası, "insan məskən salır"da ana rollarına çəkilib. rəssam nüsrət fətullayevdən doğulmuş qızı vəfa fətullayeva akademik teatrın tanınmış aktrisalarından olub və 42 yaşında dünyasını dəyişib. hökümə qurbanova iki çağırış azərbaycan ssr ali sovetinin deputatı olub. 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq, 2 mart 1965-ci ildə ssri xalq artisti fəxri adlarına layiq görülüb. 1988-ci il noyabr ayının 2-də bakıda vəfat edib. fəxri xiyabanda dəfn olunub.    ilyas əfəndiyev  (14.11.1914-3.10.1996)  azərbaycan dramaturgiyasında lirik-psixoloji üslubun təşəkkülü, inkişafı və formalaşması ilyas əfəndiyevin yaradıcılığında xüsusi yer tutur. bu üslubdan ilkin, fəal, səmərəli istifadə edən dramaturq milli dramaturgiyamızda dərin iz qoyub. ilyas əfəndiyev özünün yazıçı təxəyyülünü, estetik həyat konsepsiyasını orijinal mövzularla, bitkin xarakterlərlə, ictimai-sosial, mənəvi-əxlaqi konfliktlər zəminində, ifadəli, dolğun, tutumlu bədii vasitələrlə realizə edib. onun pyeslər üçün qurduğu əlvan və aydın, dəqiq və mənalı kompozisiyalar, pyeslərinin zəngin dil-ifadə vasitələri, mövzu dairəsi, əsas qəhrəman anlayışı müəllifin uzun illər səmərəli dramaturji axtarışları əsasında formalaşıb. ilyas məhəmməd oğlu əfəndiyev 1914-cü il noyabr ayının 14-də qaryagin (indiki füzuli) şəhərində məşhur bəy nəslində anadan olub. şəhərdəki ikinci dərəcəli məktəbi bitirib. 1930-1933-cü illərdə qaryagindəki orta məktəbdə dil-ədəbiyyatdan dərs deyib. təhsilini davam etdirmək üçün bakıya gəlib və azərbaycan dövlət pedaqoji institutunun coğrafiya fakültəsinə daxil olub. bir il sonra təhsilini qiyabiyə çevirib və doğma rayona qayıdaraq yenidən məktəbdə dərs deməyə başlayıb. 1938-ci ildə ali təhsilini başa vurub. müəllim işləyə-işləyə bədii yaradıcılıqla məşğul olub və yazdığı hekayələri "kənddən məktublar" adı altında toplayaraq çapa hazırlayıb. 1938-ci ilin payızında bakıya köçüb. dövrünün əsərləri teatrda ən çox oynanılan müəllif olan ilyas əfəndiyevin yaradıcılığının əsas qolunu dramaturgiya fəaliyyəti təşkil edir. o, ilk pyesi "intizar"ı özünün iki hekayəsi əsasında mehdi hüseynlə birlikdə 1943-cü ildə yazıb. "intizar" dramı 1944-cü il dekabr ayının 26-da addt-də tamaşaya qoyulub. tamaşanın quruluşçu rejissoru səftər turabov, rəssamı bədurə əfqanlı, bəstəkarı səid rüstəmov olublar. elə buradaca qeyd edim ki, dramaturqun bütün pyeslərinin ("üç manatlıq lüstr" radio dramı istisna olmaqla) ilk tamaşası addt-də oynanılıb. ilyas əfəndiyevin ikinci dramı "işıqlı yollar" adlanır və əsər müharibədən sonra ölkədə xalq təsərrüfatının bərpası, mənəviyyatların, dünyagörüşlərinin təzələnməsi problemlərinə həsr edilmiş ən kamil səhnə əsəridir. pyesi tamaşaya addt-nin baş rejissoru ədil isgəndərov, rəssam bədurə əfqanlı və bəstəkar fikrət əmirov hazırlayıblar. tamaşanın premyerası 1947-ci il iyulun 19-da göstərilib. əsas rolları hökümə qurbanova (gülarə), mirzağa əliyev (baba dayı), ismayıl dağıstanlı (yelmar) ifa ediblər. ədibin "bahar suları" dramı mənəvi zərifliyi və insani psixoloji duyğuları ilə ruhən "işıqlı yollar"ın davamıdır. lakin mürəkkəb və yeni insani münasibətlər bu əsərdə kənd mövzusu, torpaq və ona təzə münasibət problemləri əsasında işlənib.ilk tamaşası 1948-ci il dekabr ayının 11-də göstərilən tamaşanın səhnə quruluşunu ədil isgəndərov, bədii tərtibatını rəssam nüsrət fətullayev, geyim eskizlərini bədurə əfqanlı vermişdilər və musiqisini fikrət əmirov bəstələmişdi. əsas rolları</Page><Page Number="187">ələsgər ələkbərov (alxan), sona hacıyeva (sədəf), ismayıl dağıstanlı (uğur), hökümə qurbanova (şəfəq) oynayıblar. dramaturgiyamızda realist lirik-psixoloji üslubda yazılmış ilk sanballı, ideya-bədii cəhətdən bitkin, mürəkkəb daxili quruluşa malik pyes "sən həmişə mənimləsən" ("boy çiçəyi") dramıdır. əsərin fabulası təbii və sadədir. gənc, təcrübəsiz, çılğın qız özündən qat-qat yaşlı, zəngin həyat təcrübəsinə malik, xeyirxah və sadə qəlbli kişini sevir. belə fabula müxtəlif üslub, süjet, kompozisiya vasitəsilə bir neçə ideyanı ali məqsədlə əyaniləşdirir. diapazon genişdir: melodrama, ibrətamiz, didaktik dram, faciə, satira. janr və üslubda öz varlığını üzə çıxaran ilyas əfəndiyev "sən həmişə mənimləsən" pyesində məişət və lirik-poetik kontekstləri toqquşduraraq konflikt vəziyyətinə salıb. həmin toqquşma nöqtəsində lirik-psixoloji kontekst yaranıb. "sən həmişə mənimləsən" pyesinin 1964-cü il oktyabr ayının 14-də addt-də oynanılan ilk tamaşası ilə milli teatrımızda lirik-psixoloji üslubun əsası qoyulub. tamaşanın quruluşçu rejissoru tofiq kazımov, rəssamı elçin aslanov, bəstəkarı fikrət əmirov idilər. baş rolları əli zeynalov (həsənzadə) və azərbaycan dövlət teatr institutunun üçüncü kurs tələbəsi amaliya pənahova (nargilə) ifa ediblər. "sən həmişə mənimləsən" tamaşası teatrın yaradıcılıq həyatında hadisəyə çevrilib və bundan sonra həmin estetik zəmində yeni üslublu aktyor yaradıcılığının inkişaf yolu başlayıb. şəxsiyyət və cəmiyyət problemi kontekstində insanların mənəvi-əxlaqi düşüncələrini, psixoloji münasibətlərini göstərmək baxımından, fikir dərinliyi etibarilə "mənim günahım" dramı addt üçün yeni idi. personajların qarşılıqlı münasibətləri maraq doğuran əsəri tamaşaya quruluşçu rejissor əşrəf quliyev, rəssam böyükağa mirzəzadə, bəstəkar soltan hacıbəyov hazırladılar. əsas surətlər isə leyla bədirbəyliyə (nurcahan), ismayıl dağıstanlıya (tahir), amaliya pənahovaya (ayqız), əli zeynalova (sahib) tapşırılmışdı. ilk tamaşa 1967-ci il may ayımn 5-də göstərilib. "unuda bilmirəm" dramında dramaturq bir növ "sən həmişə mənimləsən" pyesində qazandığı nailiyyətləri, bədii təsvir vasitələrini, konfliktin dinamikliyini və həyatiliyini daha vuxarı pillədə inkişaf etdirmiş, yeni imkanlarla, yeni vasitələrlə zənginləşdirmişdir. personajlar "əfəndiyevin obrazları" olaraq qahr, yeni şəraitdə təzə nailiyyətlərini nümayiş etdirirlər. "unuda bilmirəm" pyesində ilyas əfəndiyev ictimai-psixoloji və poetik-publisist kontekstləri toqquşduraraq onların kəsişmə nöqtəsində publisist təmayüllü lirik-psixoloji konteksti əldə edib. ruhən, düşüncə tərzinə və estetik həyat konsepsiyasma görə dramaturqun ideallarına doğma olan tofiq kazımov əsərə poetik monumentallıqla səhnə təfsiri vermişdi. 1968-ci il noyabrın 1-də ilk tamaşası göstərilən səhnə əsərində həsən turabov (kamran), amaliya pənahova (nərmin), məmmədrza şeyxzamanov (möhsünzadə), sofiya bəsirzadə (səadət xanım), hamlet qurbanov (cəmil) möhtəşəm sənət uğurları qazandılar. rəssam sənan qurbanovun tərtibatı milli səhnəqrafiyamızda yeni addım kimi dəyərləndirildi. bəstəkar emin sabitoğlu tamaşaya bəstələdiyi lirik və həzin, kövrək və həsrət ovqatlı musiqi ilə lirik-psixoloji üslubun tələblərinə parlaq estetik təcəssüm gətirdi. ilyas əfəndiyev respublikamızın mənəvi, ictimai, iqtisadi və sairə daxili qatlarında gedən prosesləri, onların əhəmiyyətini və istiqamətini görüb-duyaraq özünün "məhv olmuş gündəliklər" pyesində orijinal bədii formada təcəssüm etdirib. "məhv olmuş gündəliklər" pyesinin daxili struktur prinsipi yeni və maraqlıdır. dramaturq ictimai-sosial və publisist-rəmzi kontekstləri qarşılaşdıraraq onların kəsişmə nöqtəsində sosial təmayüllü lirik-psixoloji kontekst yaradıb. bu daxili struktur qurumu realist lirik-psixoloji üslubun gizli imkanlarını üzə çıxarmağa səbəb olub. müəllifin bu əsərində daha sərt, kəskin ovqat, konfliktdə iştirak edən, ayrı-ayrı cəbhələrdə dayanan antoqonist ziddiyyətli, mürəkkəb personajlar görürük. "məhv olmuş gündəliklər" dramına səhnə quruluşunu rejissor tofiq kazımov, bədii tərtibatı rəssam sənan qurbanov veriblər. bəstəkar emin sabitoğlu idi. rejissor mürəkkəb psixoloji taleyin lirik və həzin hekayəti janrında həll etdiyi tamaşada rolları dövlət incəsənət institutunun tələbələri vəfa fətullayevaya (fəridə), fuad poladova (savalan), gənc aktyorlar səməndər rzayevə</Page><Page Number="188">(qənimət) və kamal xudaverdiyevə tapşırmışdı. ilk tamaşa 1969-cu il noyabr ayının 29-da teatr-sevərlərə təqdim olunub. ilyas əfəndiyev 1920-ci ilin ictimai-siyasi hadisələrinə həsr etdiyi "mahnı dağlarda qaldı" dramında bəy, mülkədar, mənəvi zadəganlıq məsələlərini tamamilə yeni fəlsəfi-estetik yazıçı mövqeyindən işıqlandırıb. həmin zəmində həm hadisələrin əsil dəyəri, həm də insan münasibətlərinin mürəkkəb və ziddiyyətli tərəfləri daha real, daha canlı, dramaturji baxımdan daha əsaslı alınıb. böyük bəy, şahnaz, fəxrəndə xanım dramaturgiyamızda təzə obrazlar kimi səciyyələnirlər. "mahnı dağlarda qaldı" tarixi mövzulu lirik-psixoloji dramına səhnə quruluşunu rejissor əliheydər ələkbərov verib. premyerası 1971-ci il fevral ayının 12-də olan tamaşada rəssam nüsrət fətullayev, bəstəkar süleyman ələsgərov idilər. həsən turabov (nicat), amaliya pənahova (şahnaz), ismayıl dağıstanlı (böyük bəy), leyla bədirbəyli (fəxrəndə xanım) maraqlı və cazibəli səhnə surətləri yaradıblar. azərbaycan dramaturgiyasında ilk lirik-psixoloji janrlı komediya "qəribə oğlan"dır. ilyas əfəndiyev həmin əsərdə yaradıcılığının zərif yumorunu, incə məzhəkə duyumunu və həssas satira bacarığını xoş ovqatla qurtaran məzəli hadisələr əsasında canlandırıb. addt-də "qəribə oğlan" komediyasma səhnə təfsiri vermək üçün peterburqda ali təhsil alıb sumqayıt teatrında baş rejissor işləyən ağakişi kazımov dəvət edilmişdi. o, dramaturqun üslub-ifadə vasitələrini, poetika xüsusiyyətlərini duyaraq komediyanı yazıldığı janr-üslubda hazırladı (rəssam nüsrət fətullayev, bəstəkar emin sabitoğlu). 1973-cü il aprel ayının 8-də "qəribə oğlan" tamaşası teatrın repertuarına daxil edildi. teatrın uzunömürlü əsərlərindən olan tamaşada əsas rolları fuad poladov (valeh), amaliya pənahova (kəmalə), məmmədrza şeyxzamanov (barsuq), əliağa ağayev (dadaş), nəcibə məlikova (məlahət) oynayırdılar. ilyas əfəndiyevin dramaturgiyası 1975-1995-ci illərdə də teatrın diqqət mərkəzində idi. bu illərdə teatrda dram əsərləri ən çox tamaşaya qoyulan dramaturq da ilyas əfəndiyev olub. qarabağın xviii əsrin sonu və xix əsr ictimai-siyasi, tarixi hadisələrini və tarixi şəxsiyyətlərini əsil reallıqla "xurşidbanu natəvan", "hökmdar və qızı" dramlarında məhz ilyas əfəndiyev canlandırıb. 1937-ci il repressiyasının dəhşətli faktlarını yüksək bədii təsvirlə canlandıran səhnə əsərlərindən biri də dramaturqun "sevgililərin cəhənnəmdə vüsalı" psixoloji faciəsidir. mövzu dairəsi geniş olan dramaturq cənubi azərbaycanın azadlıq mübarizəsinə həsr olunmuş "şeyx xiyabani", qırmızı ordunun 1920-ci ildə vətənimizə gəlməsi ilə bağlı mühacir ömrü sürməyə məcbur olan həmvətənlərimizin taleyindən bəhs edən "tənha iydə ağacı" dramlarını yazıb. çağdaşlarının mənəvi-əxlaqi problemlərini həmişə diqqət mərkəzində saxlayan müəllifin "bizim qəribə taleyimiz" ("unuda bilmirəm" pyesindəki hadisələrin 20 ildən sonraki təsviri), "bağlardan gələn səs", "büllur sarayda", "dəlilər və ağıllılar" (satirik çalarlı psixoloji dram) əsərləri amdt-nin repertuarına mövzu əlvanlığı, janr müxtəlifliyi, yeni-yeni insan xarakterləri gətirib. bunu həmin tamaşaların oynanılmasının tarixi-xronoloji ardıcıllıqla təqdimi də açıq-aydın göstərir. 1975, 1 oktyabr. "bağlardan gələn səs". quruluşçu rejissor tofiq kazımov, rəssam solmaz haqverdiyeva, bəstəkar emin sabitoğlu. əsas rolları səməndər rzayev (vahid), şəfiqə məmmədova (gülcan), kamal xudaverdiyev (kamandar), lütfi məmmədbəyov (hətəm) oynayıblar. 1981, 2 sentyabr. "xurşidbanu natəvan". quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam elçin aslanov, bəstəkar arif məlikov. baş rollarda: amaliya pənahova (natəvan), əliabbas qədirov (seyid hüseyn), rafael dadaşov (knyaz xasay), firəngiz mütəllimova (bəyim), telman adıgözəlov (daşdəmir), nurəddin mehdixanlı (hidayət xan). 1983, 17 sentyabr. "büllur sarayda". quruluşçu rejissor ağakişi kazımov, rəssam tahir tahirov, bəstəkar oqtay kazımov. əsas obrazları hamlet qurbanov (ağahüseyn), sofiya bəsirzadə (cəvahir xanım), bəsti cəfərova (lalə), amaliya pənahova (aynur), əliabbas qədirov (həbib), fuad poladov (qədim), nəcibə məlikova (qönçə), yaşar nuriyev (bayandur) ifa ediblər.</Page><Page Number="189">1986, 20 dekabr. "şeyx xiyabani". quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam solmaz haqverdiyeva. baş rollarda: həsən turabov (şeyx xiyabani), ilham əsgərov (sarı mərdan), nurəddin mehdixanlı (məşədi təhməz), fuad poladov (mübarək səltənə), amaliya pənahova (xanım mahnur), bürcəli əsgərov (hacı fərhad), rafael dadaşov (həsən soltanov), firəngiz mütəllimova (gülrux). 1988, 9 aprel. "bizim qəribə taleyimiz". quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam elçin aslanov, bəstəkar emin sabitoğlu. əsas obrazları səhnədə həsən turabov (kamran), amaliya pənahova (nərmin), füzuli hüseynov (samir), məlahət abbasova (nərgiz), safurə ibrahimova (zərxanım), bürcəli əsgərov (ataxan) canlandırıblar. 1989, 21 aprel. "sevgililərin cəhənnəmdə vüsalı". quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam rasim nəzirov, bəstəkar cavanşir quliyev. tamaşada aparıcı rollarda aktyorlardan nurəddin mehdixanlı (ayaz turan), kamal xudaverdiyev (səlim babayev), səyavuş aslan (cabbar), safurə ibrahimova (mədinə), ramiz məlik (mayis), əliabbas qədirov (mircəfər bağırov), bürcəli əsgərov (afşar hüseyn) çıxış ediblər. 1991, 6 mart. "tənha iydə ağacı". quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam rafis ismayılov, bəstəkar cavanşir quliyev. aktyorlardan əliabbas qədirov (kərim bəy), nəcibə məlmova (xanbikə), mikayıl mirzə (eyvaz), səyavuş aslan (ağayi əşrəfi), rafiq əzimov (behbud bəy) tamaşada əsas obrazlara səhnə həyatı veriblər. 1992, 9 noyabr. "dəlilər və ağıllılar". quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam rafiq abdullayev, bəstəkar vasif adıgözəlov. əsas rollarda: rafael dadaşov (ədhəm tağıyev),  bəsti cəfərova və firəngiz mütəllimova (azadə xanım), səyavuş aslan və hamlet qurbanov (ağamusa fərəcov), kübrabəyim əliyeva (nazilə), sabir məmmədov (şahmar), zemfira nərimanova (südabə). 1996, 15 dekabr. "hökmdar və qızı". quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam ismayıl məmmədov, bəstəkar adil bəbirov. əsas rolları əliabbas qədirov (ibrahim xan), bəsti cəfərova (ağabəyim ağa), sabir məmmədov (saday bəy), bürcəli əsgərov (cavad xan), səyavuş aslan (vanya koxa), safurə ibrahimova (tubu xanım), elxan ağahüseynoğlu (lisanoviç) ifa ediblər. ilyas əfəndiyevin ayrı-ayrı dram əsərləri müxtəlif illərdə amdt-dən əlavə gəncə, naxçıvan, şəki, şuşa, ağdam, füzuli, sumqayıt, mingəçevir, lənkəran dövlət teatrlarında, azərbaycan dövlət rus dram teatrında da tamaşaya qoyulub. ilyas əfəndiyevin əsərləri şirin və şirəli dili, zəngin psixoloji ifadə vasitələri, güclü, təzadlı və mürəkkəb xarakterləri, kəskin və sərt konfliktləri, maraqlı süjet xətti, personajların real insani münasibətləri və janr cazibədarlığı ilə teatrların diqqətini cəlb edir. bütün deyilənlər elmi-nəzəri tezislər kimi dramaturqların yaradıcılıqlarının ölçü meyarına çevriləndə görünür ki, ilyas əfəndiyevin lirik-psixoloji üslubu digər müəlliflərin üslubundan daha kamildir. ilk baxışda qəribə səslənsə də, ilyas əfəndiyevin müsbət qəhrəmanı inkişaf etmir. bu qəhrəmanın xasiyyəti, dünyagörüşü, amalları, insanlara münasibəti vahid və parçalanmazdır, müsbət qəhrəman müəllifin "öz varlığını" tərənnüm edir. bəs, onda nəyə görə bu qəhrəmanın informativ dəyəri, maraq dərəcəsi hər dəfə yüksək səviyyədə qalır və tamaşaçı-oxucunu, tənqidi, teatr işçilərini (rejissoru, aktyoru, rəssamı, bəstəkarı) qane edir? ilk növbədə ona görə ki, qəhrəman hər dəfə keyfiyyətcə yeni kontekstdə davranır. xalq yazıçısı (1979), əməkdar incəsənət xadimi (1969) ilyas əfəndiyev 3 oktyabr 1996-cı ildə bakıda vəfat edib. məzarı fəxri xiyabandadır.</Page><Page Number="190">akademik milli dram  teatrinda aktyor yaradiciliği  (1960-2004)  birinci dərs  ötən əsrin altmışıncı illərinin əvvəllərində teatrda yeni bir üslub özünün estetik prinsiplərini və yaradıcılıq özəlliklərini təqdim etməyə başlayıb. tofiq kazımovun quruluş verdiyi "sən həmişə mənimləsən" (ilyas əfəndiyev) tamaşası ilə isə lirik-psixoloji üslubun əsas nəzəri-fəlsəfi əsasları teatr ictimaiyyətinə təqdim olunub. tədricən lirik-psixoloji üslub teatrın aparıcı üslubları sırasında möhkəmləndikcə, hətta müəyyən müddət öncüllüyü ələ aldıqca, truppanın gənc aktyorlarının yaradıcılıqları da məhz həmin istiqamətdə formalaşıb. azərbaycan dövlət teatr institutunun məzunları amdt-nin truppasına qəbul olunanda lirik-psixoloji üslubun prinsipləri əsas meyar kimi götürülüb. illər keçdikcə haqqında söhbət gedən üslubu ləyaqətlə təmsil edən, onun ifadə vasitələrini tamaşadan tamaşaya zənginləşdirən sənətkarlar yetişiblər.  * * *  safurə ibrahimova (27 dekabr 1938)  səhnə məlahəti ilə həmişə tamaşaçıları heyran qoyan safurə ağabala qızı ibrahimova 1938-ci il dekabr ayının 27-də bakıda doğulub. orta məktəbi bitirdikdən sonra dram dərnəyində çalışıb. 1960-cı ildə mirzağa əliyev adına azərbaycan dövlət teatr institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. birinci kursda onu akademik milli dram teatrının repertuarında olan islam səfərlinin "ana ürəyi" dramının tamaşasında xatirə roluna dəvət ediblər. bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də akademik teatrın truppasına daxil olub. həmin vaxtdan indiyə qədər bu kollektivdə çalışır. xaraktercə lirik-dramatik aktrisadır. komik personajlarda da məharətlə oynaya bilir. səhnədə səmimiyyəti, obrazın psixoloji xarakterini həssaslıqla duyması ilə seçilir. mənalı sifət ifadələrindən və plastik emosional hərəkətlərdən istifadə etməkdə səriştəlidir. safurə ibrahimova səhnədə kamalə, inci ("toy" və "xoşbəxtlər", sabit rəhman), əsmər ("alov", mehdi hüseyn), fernando ("dəlilər", lope de veqa), gülnar və tamara ("vaqif", səməd vurğun), nazlı ("ölülər", cəlil məmmədquluzadə), ofeliya ("hamlet", vilyam şekspir), hafizə ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), karola ("füsunkar qız", mlkolaş dyarfaş), jasmen, vəfa ("knyaz" və "xəyyam", hüseyn cavid), daduno ("darıxma, ana!", nodar dumbadze), sona ("xanuma", avksenti saqareli), cen ("mariya tüdor", viktor hüqo), maral ("sənsiz", şıxəli qurbanov), saşa ("canlı meyit", lev tolstoy), sevil ("sevil", cəfər cabbarlı), balaxanım ("adamın adamı", anar), mədinə, tubu xanım ("sevgililərin cəhənnəmdə vüsalı" və "hökmdar və qızı", ilyas əfəndiyev), durdensiya ("dişi canavar", federiko qarsia lorka), zəhra bəyim ("anamın kitabı", cəlil məmmədquluzadə), mələk ("köhnə ev", əli əmirli) rollarında daha çox sənət uğurları qazanıb. aktrisanın kino rolları arasında telli ("arşın mal alan"), həbibə ("qatır məmməd"), dilbər ("sevil"), gülpəri ("dərviş parisi dağıdır"), mədinə ("alma almaya bənzər") obrazları daha məşhurdur. safurə ibrahimova teatr sənətindəki xidmətlərinə görə azərbaycan respublikasının əməkdar artisti (1 iyun 1974) və xalq artisti (24 dekabr 2002) fəxri adları ilə təltif edilib. mehdi məmmədovun quruluşunda hüseyn cavidin "iblis" faciəsindəki rəna roluna görə dövlət mükafatı laureatıdır.</Page><Page Number="191">eldəniz zeynalov (1.1. 1937-5.11.2001)  komediya aktyoru 1 yanvar 1937-ci ildə bakıda doğulub. aktyor həsənağa salayevin bacısı oğludur və bu qohumluğa görə akademik milli dram teatrının tamaşalarında on üç yaşından çıxış edib. o, teatrda işləyə-işləyə azərbaycan dövlət teatr institutunda təhsil alıb (1956-1962). yeniyetmə yaşlarından teatrın aktyor ştatına götürülmüş eldəniz məmməd oğlu zeynalov müxtəlif fasilələrlə bu kollektivdə çalışıb. ən uzun fasilə 1975-1992-ci illərdə olub və həmin dövrdə aktyor bir müddət kinostudiyada və əsasən, özünün yaratdığı miniatür estrada ansamblında fəaliyyət göstərib. yaradıcılığı əsasən komediya aktyoru kimi formalaşmışdı. xalq artisti (1991) idi. oynadığı çoxsaylı rollardan mirzə səməndər, mazandaranski, səlim ("almaz", "oqtay eloğlu" və "aydın", cəfər cabbarlı), yalçın, anton, məlik şah ("səyavuş", "şeyx sənan" və "xəyyam", hüseyn cavid), ümid, fərəcov, ağadadaş nəcəfoviç ("qəribə oğlan", "sən həmişə mənimləsən" və "dəlilər və ağıllılar", ilyas əfəndiyev), ohan yüzbaşı, tarverdi ("hacı qara" və "xırs quldurbasan", mirzə fətəli axundzadə), kərəmov, mirzə qərənfil ("toy" və "xoşbəxtlər", sabit rəhman), melnikov ("canlı meyit", lev tolstoy), liberdo ("dəlilər", lope de veqa), ibrahim xan ("vaqif", səməd vurğun), hofmarşal ("məkr və məhəbbət", fridrix şiller), son rolu qüdrət ("köhnə ev", əli əmirli) səhnə obrazları daha yaddaqalandır. "azərbaycanfilm"də iyirmidən çox bədii kino lentinə çəkilib. eldəniz zeynalov 2001-ci ildə bakıda vəfat edib.   kamal xudaverdiyev (3 may 1938)  akademik milli dram teatrının aparıcı aktyorlarındandır. geniş mənada lirik-psixoloji üslublu aktyor məktəbinə məxsusdur. daha parlaq rollarını bu üslubda hazırlanmış tamaşalarda yaradıb. romantik ruhlu tamaşalarda, məişət komediyalarında da müxtəlif surətlər ifa edib. hətta yaşının ahıl vaxtında bütün tamaşa boyu səhnədə olan, lakin bircə cümlə deyən süpürgəçi ("ah! paris... paris!..", elçin) rolunda da səhnəyə çıxaraq uğur qazanıb. aktyor xeyli filmə çəkilib. kamal ağahüseyn oğlu xudaverdiyev 1938-ci il mayın 3-də bakıda doğulub. gecə məktəbində oxuya-oxuya müxtəlif işlərdə çalışıb. mirzağa əliyev adına adti-də professorlar mehdi məmmədovla rza təhmasibin rəhbərlik etdiyi kursda aktyor ixtisasma yiyələnib (1961-1965). institutu bitirən il oktyabr ayının 1-də baş rejissor tofiq kazımovun dəvəti ilə amdt-yə aktyor götürülüb. indiyədək kollektivdə çalışan bu aktyor azərbaycan respublikasının əməkdar artisti (1 dekabr 1982) və xalq artisti (22 may 1991) fəxri adları ilə təltif olunub. kamal xudaverdiyevin bədii yaradıcılıq məziyyətlərinə, estetik tamlığına görə daha dəyərli rollarını aşağıdakı kimi ümumiləşdirmək olar. klassik dünya dramaturgiyası nümunələrində ifa etdiyi rollar: raul ("orlean qızı", fridrix şiller), murov ("günahsız müqəssirlər", aleksandr ostrovski), riçard dacen ("şeytanın şagirdi", bernard şou), demetr, makduf, layert, kral lir ("antoni və kleopatra", "maqbet", "hamlet" və "kral lir", vilyam şekspir), afremov ("canlı meyit", lev tolstoy), kral ("yatınış gözəl və yeddi qardaş", aleksandr puşkin), vaska pepel ("həyatın dibində", maksim qorki), braun ("üç quruşluq opera", bertolt brext və kurt vayl), şah edip ("şah edip", sofoki), dolbanezo ("kəllə", nazim hikmət). aktyorun milli klassiklərin və çağdaş dramaturqların pyeslərinin tamaşalarında oynadığı səhnə surətləri: sadıq ("xoşbəxtlər", sabit rəhman), ibad, surxay, izzət paşa ("almaz", "aydın" və "ədirnə fəthi", cəfər cabbarlı), ibn yəmin ("iblis", hüseyn cavid), ədalət, otar, bahadır, səlim babayev, kərəm bəy ("məhv olmuş gündəliklər", "qəribə oğlan", "mahnı dağlarda qaldı", "sevgililərin cəhənnəmdə vüsah" və "tənha iydə ağacı", ilyas əfəndiyev), fəxrəddin ("qılınc və</Page><Page Number="192">qələm", məmməd səid ordubadinin eyniadlı romanı üzrə işləyəni tofiq kazımov), aqşin ("dar ağacı", bəxtiyar vahabzadə).   amaliya pənahova (15 iyun 1945)  lirik-psixoloji aktyor məktəbinin ilkin səhnə xadimlərindəndir. ifa etdiyi rollar zərif lirizmi, psixoloji dürüstlüyü, emosionallığı və məlahətli cazibədarlığı ilə seçilir. lirik məhəbbət qəhrəmanları ilə yanaşı, dramatik və komik rollarda da oynayıb. kəskin çalarlı, lakin xarakterik mahiyyətli yumorlu obrazı psixoloji tutumuna uyğun tərzdə canlandırır. amaliya əliş qızı pənahova 1945-ci il iyun ayının 15-də gəncədə doğulub. adti-nin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1962-1966). üçüncü kursda oxuyanda, 1964-cü ildə amdt-nin baş rejissoru tofiq kazımov onu ilyas əfəndiyevin "sən həmişə mənimləsən" lirik-psixoloji pyesinin tamaşasında nargilə obrazına dəvət edib. baş rolu böyük uğurla ifa edən, təcrübəli aktyor əli zeynalovla (həsənzadə) məharətlə yöndaşlıq edən aktrisa ilk çıxışından tamaşaçıların rəğbətini qazanıb. elə həmin il teatrın truppasına aktrisa qəbul olunub. qısa fasilələrlə 1992-ci ilə qədər bu teatrın aparıcı sənətkarlarından olub. hazırda bakı bələdiyyə teatrının bədii rəhbəridir. azərbaycan respublikasının əməkdar artisti (1 iyun 1982) və xalq artisti (30 dekabr 1988) fəxri adları ilə təltif olunub. "mahnı dağlarda qaldı" (ilyas əfəndiyev) tamaşasındakı şahnaz roluna görə dövlət mükafatı laureatıdır. sənətşünaslıq namizədidir (2003). "azərbaycanfilm" studiyasında ondan çox kinolentinə çəkilib. amaliya pənahova sənətdə ən parlaq qələbələri amdt-də qazanıb. onun ifa etdiyi nərmin, xanım mahnur, xurşidbanu natəvan, aynur ("unuda bilmirəm", "şeyx xiyabani", "xurşidbanu natəvan" və "büllur sarayda", ilyas əfəndiyev), ofeliya ("hamlet", vilyam şekspir), luiza ("məkr və məhəbbət", fridrix şiller), medeya ("medeya", jan anuy), anka ("nazirin xanımı", branislav nuşiç), firəngiz ("oqtay eloğlu", cəfər cabbarlı), larisa ("cehizsiz qız", aleksandr ostrovski), pəri ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), reyhan ("yağışdan sonra", bəxtiyar  vahabzadə), nigar "qanlı nigar", sadıq şendil), təhminə ("təhminə və zaur", anar), zərifə ("nişanlı qız", sabit rəhman), mehri ana ("gecə döyülən qapılar", nəbi xəzri), şəlalə ("yalan", sabit rəhman) rolları həm aktrisanın, həm də teatrın tarixində mühüm yer tuturlar. milli teatrımızda lirik-psixoloji aktyor məktəbinin poetika göstəricilərini formalaşdıran, onun estetik səciyyələrinə zənginlik gətirən aktrisalardan biri də amaliya pənahovadır. aktrisanın ifadə vasitələri əlvan və poetikdir.  * * *  rafiq əzimov  ilk novbədə epizod rolların, kiçik xarakterlərin və satirik personajların if açısı kimi tanınır. realist aktyor məktəbinin nümayəndəsidir və psixoloji ifadə vasitələrilə, fikir yükü daşıyan pauzalarla, dramatik gərginliklə oynamağa üstünlük verir. rafiq əşrəf oğlu əzimov 1938-ci il fevral ayının 6-da bakıda doğulub. adti-də ali aktyorluq təhsili alıb (1958-1962). institutu bitirən ildən amdt-də aktyor işləyir. xalq artistidir (28 oktyabr 2000). kinoda məşhur işi "yeddi oğul istərəm" filmində şahsuvar roludur. milli dram teatrının səhnəsində oynadığı əsas rollar: kəblə fətulla ("ölülər", cəlil məmmədquluzadə), vidadi ("vaqif", səməd vurğun), kristi dacen ("şeytanın şagirdi", bernard şou), frans fok, müsyö jordan ("xırs quldurbasan" və "müsyö jordan" və dərviş məstəli şah, mirzə fətəli axundzadə), karandışev ("cehizsiz qız", aleksandr ostrovski), doktor mahmud</Page><Page Number="193">("səhra yuxuları", anar), mirzə cavad ("aydın", cəfər cabbarlı), rəhmanzadə ("bizim qəribə taleyimiz", ilyas əfəndiyev), ibn tahir ("dar ağacı", bəxtiyar vahabzadə), naşir ("kəllə", nazim hikmət), kişi ("hərdən mənə mələk də deyirlər...", kamal abdulla), boraçio ("heç nədən hay-küy", vilyam şekspir), həmzad qurban ("dəli yığıncağı", cəlil məmmədquluzadə).   elxan ağahüseynoğlu   daha çox tipik xarakterli ikinci dərəcəli rollar oynayıb. yaradıcılığının potensial inikanları, əsasən, realist aktyor məktəbinin estetik göstəricilərinə uyğundur. elxan ağahüseyn oğlu hüseynov 1942-ci il dekabrın 8-də bakıda doğulub. bakı mədəni maarif texnikumunu və adii-nin dram və kino aktyorluğu fakültəsini (1967-1971) bitirib. amdt-də 1960-cı ildən işləyir. xalq artistidir (24 dekabr 2002). aktyorun yüzə yaxın rolu arasında naib ("xəyyam", hüseyn cavid), həmzə bəy ("solğun çiçəklər", cəfər cabbarlı), ibn süheyl ("dar ağacı", bəxtiyar vahabzadə), robinzon ("cehizsiz qız", aleksandr ostrovski), mirzə cəfər ("anamın kitabı", cəlil məmmədquluzadə), pantaleymon polikarpoviç ("mənim sevimli dəlim", elçin), şimrəli ("dəli yığıncağı", cəlil məmmədquluzadə), lisanoviç ("hökmdar və qızı", ilyas əfəndiyev), təlxək ("heç nədən hay-küy", vilyam şekspir), mirzə qoşunəli ("bəxtsiz cavan", əbdürrəhim bəy haqverdiyev) səhnə surətləri seçilirlər.    akademik milli dram  teatrinda aktyor yaradiciliği  (1960-2004)  ikinci dərs  hamlet xanizadə (5.6.1941-23.2.1990)  yaradıcılığı, əsasən, lirik-psixoloji üslublu aktyor məktəbinin estetikası əsasında formalaşıb. mürəkkəb faciə rollarını, ziddiyyətli xarakterə malik romantik-dramatik obrazları da ustalıqla yaradıb. tipik epizod rollarda satiranın və tragikomediyanın ifadə vasitələrindən bacarıqla bəhrələnə bilirdi. hamlet bəbir oğlu xanızadə 1941-ci il iyunun 5-də bakıda doğulub. adti-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1965). son kursda oxuyanda institutda oynadığı maraqlı rollara görə onu amdt-nin aktyor heyətinə qəbul ediblər. respublikanın əməkdar artisti idi (1982). hüseyn cavidin "iblis" faciəsindəki iblis roluna görə 1984-cü ildə dövlət mükafatı ilə təltif edilib. iyirmiyə yaxın bədii filmə çəkilib. "yeddi oğul istərəm", "babək" və "arxadan vurulan zərbə" kinolentlərindəki gizir, xəlifə mötəsim və imaş onun ən maraqlı ekran obrazlarıdır. hamlet xanızadə 1986-cı il may ayının 5-də teatrdan çıxaraq cəfər cabbarlı adına "azərbaycanfilm" kinostudiyasma gedib. aktyorun ifa etdiyi səhnə obrazları içərisində yaradıcılıq baxımından daha xarekterikləri və daha məzmunluları bunlardır: həsən sabbah ("xəyyam", hüseyn cavid), nizami ("atabəylər", nəriman həsənzadə), antonio ("fırtına", vilyam şekspir), ikinci azarlı, molla abbas ("ölülər" və "dəli yığıncağı", cəlil məmmədquluzadə), doktor ("şöhrət və ya unudulan adam", nazim hikmət), akop ("xanuma", avksenti saqareli), vurm ("məkr və məhəbbət", fridrix şiller), kleş ("həyatın dibində", maksim qorki), tom ("şüşə heyvanxana", tennessi uilyams), doktor kərim, fənd fərəc ("səhra yuxuları" və "adamın adamı", anar), müttəhim ("istintaq", rüstəm ibrahimbəyov), don martin ("bəşərin komediyası, yaxud don juan",</Page><Page Number="194">mirzə ibrahimov), hüsaməddin ("qılınc və qələm", məmməd səid ordubadinin eyniadlı əsəri əsasında işləyəni tofiq kazımov), qacar ("vaqif", səməd vurğun), kurçayev ("müdriklər", aleksandr ostrovski), keyts ("qızıl", yucin o'nil), qaraçı oğlan ("canlı meyit", lev tolstoy). hamlet xanızadə 23 fevral 1990-cı ildə bakıda vəfat edib və doğma kəndi şağanda dəfn olunub.   səməndər rzayev (2.1.1945-27.3.1986)   amansız ölümün səhnədən çox erkən ayırdığı, istedad təşnəsi geniş diapazonlu, qəltanlı və gur, cingiltili səsli, həm faciə, həm dram, həm də komediya aktyoru səməndər mənsim oğlu rzayev 27 mart 1945-ci ildə ağsuda doğulub. aktyorluqla rayondakı dram dərnəyində məşğul olmağa başlayıb. azərbaycan dövlət teatr tnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1964- 1968). sənət müəllimləri rza təhmasib, mehdi məmmədov, ədil isgəndərov və başqaları olub. hələ tələbəliyin ilk kurslarından televiziyadakı çıxışları ilə qiraət ustası kimi sevilib. klassik azərbaycan şairlərinin, demək olar, hamısından nümunələr söyləyib. ömrünün sonunadək radionun "bulaq" folklor toplusunun bulaq dədəsi olub. son kursda oxuyanda milli dram teatrında oynanılan vilyam şekspirin  "hamlet" faciəsində horatsio rolunu ifa edib və aktyor truppasına götürülüb. tez bir zamanda repertuardakı ən mürəkkəb janrlı tamaşalarda əsas ifaçıya çevrilən səməndər rzayevin istedadında "ölçü", "hədd" yox idi. o, hər tipli personajı asanlıqla özünün yaradıcılıq üslubuna uyğunlaşdırırdı. milli və dünya klassiklərindən hüseyn cavidin "xəyyam" (xacə nizam), "knyaz" (knyaz), "iblis" (ibn yəmin), mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" (hatəmxan ağa), səməd vurğunun "vaqif" (vaqif), "insan" (valentin), cəlil məmmədquluzadənin  "dəli yığıncağı" (fazil küleyni), cəfər cabbarlının "aydın" (balaxan), məmməd səid ordubadinin "qılınc və qələm" (əmir inanc), fridrix dürrenmattın "böyük romul" (sezar rupf), maksim qorkinin  "meşşanlar" (bessemenov), aleksandr ostrovskinin "müdriklər" (qlumov), sabit  rəhmanın "küləklər" (kapitan), raço stoyanovun "qısqanc ürəklər" (usta dobri), vilyam şekspirin "heç nədən hay-küy" (doqberi), "fırtına" (kaliban) pyeslərinin tamaşalarında müxtəlif xarakterli rollarda çıxış edib. səməndər rzayevin yaradıcılığının ikinci əsas qanadını cağdaşımız olan insanların xarakterinin ifası təşkil edir. bu baxımdan onun qənimət, muratov, vahid ("məhv olmuş gündəliklər", "qəribə oğlan", "bağlardan gələn səs", ilyas əfəndiyev), ikinci rəşad, əmir ("ikinci səs" və "fəryad", bəxtiyar vahabzadə), mazar bəy ("közərən ocaqlar", mirzə ibrahimov), tərlan ("sənsiz", şıxəli qurbanov), bəhram, xudayar bəy ("şəhərin yay günləri" və "sizi deyib gəlmişəm", anar), eldar ("sən yanmasan...", nəbi xəzri) səhnə obrazları daha nəzərəçarpandır. aktyor "uşaqlığın son gecəsi", "babamın babasının babası", "od içində", "babək", "bəyin oğurlanınası" və digər bədii filmlərdə epizod və aparıcı obrazlara çəkilib. səməndər rzayev özgələşmə prinsipini səhnədə böyük məharətlə həyata keçirən aktyor idi. səhnədə baş verə biləcək hər hansı gözlənilməz hadisə anında yüksək peşəkarlıqla improvizə edirdi. xırda bir detaldan, adi bir deyim tərzindən yüksək, koloritli xarakter yaratmaq səviyyəsində bəhrələnirdi. son dərəcə yüksək və əlvan çeşidli səhnə texnikası vardı. cingiltili, gurultulu və ləngərli səsini obrazların xarakterlərinə uyğun tərzdə, möhtəşəm sənətkarlıqla idarə edirdi. aktyorluq texnikasının hüdudları nəhayətsiz idi. səməndər rzayev azərbaycan respublikasının əməkdar artisti (1 iyun 1974) və "şəhərin yay günləri" dramındakı bəhram zeynallı roluna görə dövlət mükafatı laureatı idi (1978). ağır xəstəlikdən 27 mart 1986-cı ildə bakıda vəfat edib.</Page><Page Number="195">şəfiqə məmmədova (30 mart 1945)  milli teatr sənətimizdə nadir aktrisa olub ki, səhnəyə ilk addımından ulduz kimi işıq saçsın, dünya dramaturgiyasının tacı sayılan əsərlərdə baş rolları oynayıb misilsiz qələbələr qazansın. həmin nadir sənətçilərdən biri də şəfiqə məmmədovadır. o, yaradıcılığı daxili ehtirası, çılğın romantik pafosu, həssas lirizmi, çoxsaylı psixoloji dərinliyi, səhnə hərarəti, faciə temperamenti, yumor cazibədarlığı, satirik məna yükü ilə seçilən sənətkardır. eyni gündə gündüz vilyam şekspirir "fırtına" faciəsinin tamaşasında ariel oynayıb salonu titrədən aktrisa, axşam anarın "adamın adamı" satirik komediyasında nazlı qəmzəli kimi tipik məişət personajını qrotesn boyalarla rəsm edib. şəfiqə haşım qızı məmmədova 30 mart 1945-ci ildə qədim azərbaycan şəhəri, hazırda dağıstan muxtar respublikasının nəzdindəki dərbənd şəhərində doğulub. azərbaycan dövlət teatr institutunun musiqili komediya aktyorluğu fakültəsini bitirib (1968). anarın "şəhərin yay günləri" pyesinin tamaşasındakı dilarə roluna görə respublika dövlət mükafatına (1980) və rasim ocaqovun çəkdiyi "istintaq" filmindəki müstəntiqin arvadı obrazı üçün ssri dövlət mükafatına (1981) layiq görülüb. 1 iyun 1974-cü ildə respublikanın əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltiflənib. milli dram teatrının truppasına 1968-ci ildə qəbul olunub. aktrisa vilyam şekspirin "hamlet" (gertruda), aleksandr şirvanzadənin "nakam qız" (sona), lev  tolstoyun "canlı  meyit" (maşa), çingiz aytınatovun "ana torpağı" (cenşengülün arvadı), hüseyn cavidin "xəyyam" (sevda), cəlil məmmədquluzadənin "dəli yığıncağı" (pırpız sona), fridrix şillerin "məkr və məhəbbət" (ledi milford), yucin o'nilin "qızıl" (süzen) faciələrində, ilyas əfəndiyevin "bağlardan gələn səs" (gülcan), "mənim günahım" (nurcahan), "məhv olmuş gündəliklər" (anjel), bəxtiyar vahabzadənin "yağışdan sonra" (nihal), imran qasımovun "nağıl başlananda" (tahirə) lirik-psixoloji dramlarında, mirzə ibrahimovun "bəşərin komediyası və ya don juan" (teadora), maksim qoreinin "meşşanlar" (yelena nikolayevna), səməd vurğunun "insan" (nataşa), raço stoyanovun "qısqanc ürəklər" (miakina), cəfər cabbarlının "aydın" (gültəkin), nikolay poqodinin "zamanın hökmü" (irina), əkrəm əylislinin "yastı təpə" (bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb. şəfiqə məmmədova "qaraca qız" (qız), "dədə qorqud" (burla xatun), "istintaq" (gülya), "bizim cəbiş müəllim" (cəbişin arvadı), "ad günü" (fəridə), "çarvadarların izi ilə" (səriyyə) bədii filmlərinə çəkilib. yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq azərbaycan dövlət mədəniyyət və incəsənət universitetində (keçmiş teatr institutu) pedaqoji fəaliyyətə başlayıb. milli məclisin deputatı olub (1995-2000). şəfiqə məmmədovanın coşğun səhnə ehtirası və mürəkkəb, ancaq zərif hərəkət, davranış plastikası var. istisnasız olaraq bütün rollarında improvizə etməyi xoşlayır. standart, kirəclənmiş ifadə oyun vərdişlərindən cəsarətlə imtina etməklə, səhnəyə dəyərli, incə və emosional ifadə vasitələri gətirib. mehdi məmmədov, tofiq kazımov kimi qüdrətli rejissorların verdikləri mizanların estetik məna tutumuna xələl gətirmədən səhnədə sərbəst və ifadəli davranışlarla gözlənilməz sınaqlar keçirməkdən çəkinməyib. obrazın sözlərini əzbərləməmişdən əvvəl mütləq onun səhnə görümünü müəyyənləşdirir. xarakterini tapa bilmədiyi surəti ifa etməyə razılıq vermir. səhnə xarakterini tapmağa isə bəzən çox az, hərdən isə çox vaxt sərf edir. səhnədə əl-qol hərəkətlərini xoşlayır və işlətdiyi jestlərin estetik gözəlliyinə və məna tutumuna xüsusi diqqət yetirir. şəfiqə məmmədovanın daxili ehtirası, potensial aktyorluq gücü nə ölçüyə gəlirdi, nə çərçivəyə sığırdı, nə də yüyənə, cilova yatırdı. buna görə tofiq kazımov da, mehdi məmmədov da onunla işləyəndə aktrisaya qəlibə salınmış mizanlar vermirdilər. şəfiqə məmədova istisnasız olaraq bütün tamaşalarda əsərin ümumi fikir poetikası daxilində sərbəst mizan improvizələri edirdi.</Page><Page Number="196">əliabbas qədirov (13 fevral 1946)  yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfi dərinliyinə uyğundur. daxilən ehtiraslı və hərarətli temperamentə, dinamik plastikaya malik aktyordur. əliabbas gülabbas oğlu qədirov 13 fevral 1946-cı ildə bakıda doğulub. adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1969). bir il institutun tədris teatrında işləyib. 1970-ci il aprel ayının 6-dan amdt-nin aktyorudur. 26 dekabr 2001-ci ildə teatra bədii rəhbər və direktor təyin olunub. respublikanın xalq artistidir (17 may 1989). "sevinc buxtası" filmindəki nazim roluna görə dövlət mükafatı laureatıdır. ondan çox bədii filmə çəkilib. aktyorun sənət nailiyyətləri baxımından kürd musa ("vaqif", səməd vurğun), vasif ("iblis", hüseyn cavid), qlumov ("müdriklər", aleksandr ostrovski), mirzə şəfi ("mənsiz dünya", nəbi xəzri), kamran, həbib, seyid hüseyn, kərim bəy, mircəfər bağırov, ibrahim xan ("bizim qəribə taleyimiz", "büllur sarayda", "xurşidbanu natəvan", "tənha iydə ağacı", "sevgililərin cəhənnəmdə vüsalı" və "hökmdar və qızı", ilyas əfəndiyev), qraf qloster ("kral lir", vilyam şekspir), tərlan ("sənsiz", şıxəli qurbanov), qara xaqan ("özümüzü kəsən qılınc", bəxtiyar vahabzadə), ənvər, balaş ("ədirnə fəthi" və "sevil", cəfər cabbarlı), diş həkimi ("biganələr oteli", rüstəm ibrahimbəyov), bəhram ("fitnə", abdulla şaiq), nostradamus ("hələ "sevirəm" deməmişdilər...", ramiz novruz) rolları daha uğurlu olub.   fuad poladov (24 may 1948)  lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biridir. istedadının formalaşdığı bu üslubun çoxqatlı çalarlarına istinad edən aktyor fəlsəfi-dramatik və faciə rollarını məharətlə oynayır. fuad ağarəhim oğlu poladov 1948-ci il may ayının 24-də bakıda doğulub. sənətə 1966-cı ildə "istintaq davam edir" filmində çəkildiyi səlim rolu ilə gəlib. adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). sənət müəllimi tofiq kazımovun dəvəti ilə tələbə ikən akademik milli dram teatrında hazırlanan ilyas əfəndiyevin "məhv olmuş gündəliklər" pyesinin tamaşasında savalan rolunu oynayıb. premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra fuad poladov teatrın aktyor truppasına daxil olub. iyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən səməd vurğun adına azərbaycan dövlət rus dram teatrının aktyorudur. xalq artistidir (20 mart 1987). fuad poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. aktyorun yüksək sənətkarlıqla oynadığı rəhman, valeh, qədim, mübarək səltənə ("mahnı dağlarda qaldı", "qəribə oğlan", "büllur sarayda" və "şeyx xiyabani", ilyas əfəndiyev), cığatay ("yağışdan sonra", bəxtiyar vahabzadə), fərhad ("məhəbbət əfsanəsi", nazim hikmət), şahbaz bəy ("müsyö jordan və dərviş məstəli şah", mirzə fətəli axundzadə), şöklü məlik ("torpağa sancılan qılınc", nəbi xəzri), zaur ("təhminə və zaur", anar), baron ("həyatın dibində", maksim qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir. teatrın dəvəti ilə fuad poladov 29 mart 2002-ci ildə akademik teatrda vilyam şekspirin eyniadlı faciəsində hamlet rolunu uğurla oynayıb. fuad poladov səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza da psixoloji ahəng verməyi bacarır. fuad poladovun səhnə plastikası ifa etdiyi obrazın psixoloji və emosional duyğularına uyğun şəkildə dəyişir. bu yaradıcılıq xüsusiyyətləri hər dəfə yeni ölçü-biçidə və orijinal təqdimdə tamaşaçılara çatdırılır.</Page><Page Number="197">fuad poladov obraza ictimai dəyər gətirməyi, ona psixoloji-sosial mahiyyət aşılamağı sevən və bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən aktyordur.</Page><Page Number="198">akademik milli dram  teatrinda aktyor yaradiciliği  (1960-2004)  ücüncü dərs  səyavuş aslan (5 sentyabr 1935)  azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan səyavuş məmmədağa oğlu aslanov (aslan) 1935-ci il sentyabr ayının 5-də bakıda doğulub. aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə quba dövlət dram teatrında işləyib. 1954-1957-ci illərdə hərbi xidmətdə olub. uzun illər azərbaycan dövlət musiqili komediya teatrının aparıcı aktyorlarından idi. bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996). o, 1984-cü ilin oktyabrından akademik milli dram teatrının aktyorudur (qısa fasilə ilə). səyavuş aslan amdt-də mindilli ("nişanlı qız", sabit rəhman), luka ("həyatın dibində", maksim qorki), arif ("kərgədan buynuzu", maqsud ibrahimbəyov), ağəli ("günah", rəhman əlizadə), romul avqustul ("böyük romul", fridrix dürrenmatt), oddamdı ("od gəlini", cəfər cabbarlı), vəzir mirzə həbib ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), fəriş, vano koxa, cabbar, ağamusa fərəcov, ağayi əşrəfi ("bizim qəribə taleyimiz", "hökmdar və qızı", "sevgililərin cəhənnəmdə vüsalı", "dəlilər və ağıllılar" və "tənha iydə ağacı", ilyas əfəndiyev), qərib qulam ("mənsiz dünya", nəbi xəzri), abış surxayeviç ("əcəb işə düşdük", şıxəli qurbanov), əsədulla, baş redaktor, kişi, yoldaş tək ("ah, paris... paris!..", "mənim sevimli dəlim", "mənim ərim dəlidir" və "poçt şöbəsində xəyal", elçin), poloni ("hamlet", vilyam şekspir), jeront ("skapenin kələkləri", jan batist molyer), sarı ("varlı qadın", əli əmirli) rollarını oynayıb. azərbaycan respublikasının əməkdar artisti (1 iyun 1974) və xalq artisti (1 dekabr 1982) fəxri adları var. "romeo mənim qonşumdur" (səməd), "əhməd haradadır?" (saqqal ramiz), "bəyin oğurlanınası" (filmin direktoru), "ulduz" (şubay), "evlənmək istəyirəm" (hacı kamyab), "yol hadisəsi" (mis rəisi) filmlərinə çəkilib. televiziya tamaşalarında, irili-xırdalı, yüzdən çox obraz ifa edib. aktyor xalq oyun-tamaşa estetikasının prinsiplərindən həssaslıqla istifadə edir. səhnədə çevikliyi, hazırcavablığı, gözlənilməz qrotesk dönüşləri, şux gülüşü və bol yumoru ilə çox canlı, məlahətli və cazibəli görünür. zəngin ifadə vasitələri, mənalı hərəkətlər kompleksi, məzmunlu sifət ifadə cizgiləri oynadığı obrazlara təravət və canlılıq verir. dramatik və hətta faciə xarakterli obrazları oynamağa da meyillidir. sənətinin lətafəti həmin rollarda yeni prizmadan, təzə psixoloji rakursdan təcəssüm tapır.  yaşar nuriyev (3 sentyabr 1951)  görkəmli komediya aktyorudur, lakin psixoloji və dramatik rolları da məharətlə oynayır. "nuri" təxəllüsü ilə də çixış edir. yaşar məmmədsadıq oğlu nuriyev 1951-ci il sentyabr ayının 3-də bakıda aktyor ailəsində doğulub. səhnəyə ilk dəfə on bir yaşında admkt-də "toy kimindir?" (dramaturq məhərrəm əlizadə, bəstəkar ağası məşədibəyov) tamaşasında tapdıq rolunda çıxıb. məktəbli vaxtlarında dövlət televiziyasının "yeikən" verilişinin aparıcılarından olub. müxtəlif dram dərnəklərinə gedib. yaşar nuriyev adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1972). bir il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. aktyor 1974-cü il dekabr ayının 1-dən amdt-nin truppasında çalışır. səhnədə ilk rolu aleksandr vampilovun "övlad" ("böyük oğul") komediyasının</Page><Page Number="199">tamaşasında silva rolu olub. tez bir zamanda truppanın aparıcı aktyorları sırasma daxil olan yaşar nuriyevin aşağıdakı rolları aktyorun zəngin yaradıcılığının əsas səhifələrini təşkil edir. aktyor müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında alışov ("kəndçi qızı", mirzə ibrahimov), kürd musa ("vaqif", səməd vurğun), məşədi oruc, sərsəm salman ("ölülər"  və "dəli yığıncağı", cəlil məmmədquluzadə), bayandur, davud ("büllur sarayda" və  "bizim qəribə taleyimiz", ilyas əfəndiyev), əbdüləli bəy, altunbay ("sevil" və "od gəlini", cəfər cabbarlı), vəzir mirzə həbib ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), odakar ("böyük romul", fridrix dürrenmatt), xanəhməd ("qızıl teşt", seyran səxavət), molla nəsrəddin, polkovnik əmir, namiq ("sizi deyib gəlmişəm... ", "səhra yuxuları" və "şəhərin yay günləri", anar), isgəndərzadə, şöbə müdiri ("ah, paris... paris!.. " və "mənim sevimli dəlim", elçin), xandəmir ("afət", hüseyn cavid), milan ("biganələr otelində", rüstəm ibrahimbəyov), cığatay  ("yağışdan  sonra",  bəxtiyar  vahabzadə),  aktyor ("həyatm dibində", maksim qorki), conatan piçem ("üç quruşluq  opera",  bertolt  brext  və  kurt  vayl),  qurbanqulu ("mirzə şəfi vazeh", nəbi xəzri), məzarçı ("hamlet", vilyam şekspir) rollarını oynayıb. yaşar nuriyev səhnədə yöndaşları ilə çox səmimidir, səsi, görünüşü ürəyəyatımlıdır. onun səmimiyyəti ifa etdiyi səhnə surətlərinin qavranılmasma təkan verir. əzəmətli aktyordur və bu əzəmətin mayasında yaradıcı istedad, axtarışlarının təkamülü durduğuna görə o, səhnə boşluqlarmı təkbaşına məharətlə doldura bilir. yaşar nuriyev cəsarətli aktyordur. qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasma uyğun obrazların ifasmda qətiyyətlə uğur qazana bilir. səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapandır. respublikanın xalq artistidir (1 mart 1989), dövlət mükafatı laureatıdır (1984). aktyor əlliyə yaxın bədii filmə çəkilib, yüzdən çox televiziya tamaşasında iştirak   edib. israfil ("bəyin oğurlanması"), mərahim ("fransız"), maşallah ("yaramaz"), əbdülqəni ("hər şey yaxşılığa doğru") filmləri ona başqa ölkələrdə də şöhrət qazandırıb.   * * *  ramiz məlik  "məliik" səhnə təxəllüsüdür. aktyor 1990-cı ildən sonra həmin təxəllüslə çıxış edir. ramiz ağarza oğlu məlikov 4 avqust 1943-cü ildə bakida doğulub. adti-nin dram və kino aktyorluğu fakultəsini bitirib (1967). həmin il sentyabr ayının 16-dan amdt-nin aktyor ştatındadır. xalq artistidir (24 may 1998). "iblis" tamaşasındakı arif roluna görə dövlət mükafatı laureatıdır (1985). dyula ("füsunkar qız", mikolaş dyarfaş), barat ("qəribə oğlan", ilyas əfəndiyev), sebastian, don juan ("fırtına" və "heç nədən hayküy", vilyam şekspir), valter ("yad adam", leonqard frank), aqşin, haris ("od gəlini" və "ədirnə fəthi", cəfər cabbarlı), qızıl arslan ("qılınc və qələm", məmməd səid ordubadinin eyniadlı əsəri əsasında tofiq kazımovun işləməsi), formasyon rüstəm ("dəli yığıncağı", cəlil məmmədquluzadə), dulu xaqan ("özümüzü kəsən qılınc", bəxtiyar vahabzadə) aktyorun əsas rorllarıdır.  mikayıl mirzə   romantik aktyor məktəbinin istedadlı nümayəndəsidir. gur səsi, coşğun səhnə temperamenti var. mikayıl şahvələd oğlu mirzəyev 1947-ci il yanvarın 1-də şamaxı rayonunun talış kəndində doğulub. adii-nin dram və kino aktyorluğu fakultəsini bitirib (1969). institutun tədris teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) amdt-də aktyor işləyib. iki dəfə milli məclisə deputat seçilib. azərbaycan respublikasının xalq artistidir (22 may 1991).</Page><Page Number="200">mikayıl mirzə teatrda kürd musa, fərhad ("vaqif" və "fərhad və şirin", səməd vurğun), muratov, eyvaz ("qəribə oğlan" və "bizim qəribə taleyimiz", ilyas əfəndiyev), aslan ("kəndçi qız", mirzə ibrahimov), zahid ("fəryad", bəxtiyar vahabzadə), elxan ("od gəlini" cəfər cabbarlı), cinli mustafa ("dəli yığıncağı", cəlil məmmədquluzadə), ixtiyar ("iblis", hüseyn cavid) rollarını oynayıb.  zərnigar agakişıyeva    karnaval estetikalı şən komediya rollarında və tipik cəhətləri ilə diqqəti cəlb edən obrazların ifasında şövqlə oynayır. zərnigar fəti qızı ağakişiyeva 1945-ci il noyabr ayının 7-də quba rayonunun rustov kəndində doğulub. adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1972). dəvətlə amdt-də bir neçə rol oynayan aktrisa 1974-cü il sentyabrın 2-dən teatrın aktrisasıdır (müəyyən fasilələrlə). respublikanın xalq artistidir (28 oktyabr 2000). aktrisanın xuraman ("vaqif", səməd vurğun), dilbər ("sevil", cəfər cabbarlı), fəxrəndə xanım ("mahnı dağlarda qaldı", ilyas əfəndiyev), pəri xanım ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), xəbərçi xədicə ("adamın adamı", anar), tatyana ("meşşanlar", maksim qorki), maral ("közərən ocaqlar", mirzə ibrahimov), mamayeva ("müdriklər", aleksandr ostrovski), qadın ("kəllə", nazim hikmət) rolları daha maraqlı alınıb.  ilham namiq kamal     yüksək səhnə mədəniyyətinə malik komedıya aktyorudur, lakin dramatik rollar da oynayıb. ilham namiq kamal oğlu əhmədov 1949-cu il yanvar ayının 9-da bakıda anadan olub. adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1970). 1972-ci il fevral ayının 3-də akademik teatrın aktyor ştatına götürülüb. özünün "ilham" miniatür teatrı var və bununla əlaqədar olaraq bir müddət (1993-1998) kollektivdən ayrılıb. respublikanın xalq artistidir (24 dekabr 2002). aktyorun çoxsaylı rollarının sırasında təlxək ("vaqif", səməd vurğun), firuz, lağlağı ("şəhərin yay günləri" və "sizi deyib gəlmişəm", anar), müsyö jordan ("müsyö jordan və dərviş məstəli şah", mirzə fətəli axundzadə), hacı mədinə "dəli yıgıncağı" ), adrian ("fırtına", vilyam şekspir), mattias ("üç quruşluq opera", bertolt brext və kurt vayl), bubnov ("həyatın dibində", maksim qorki), feyzulla ("quşu uçan budaqlar", əkrəm əylisli), doktor qaratay ("afət", hüseyn cavid) səhnə obrazları xüsusi yer tuturlar.  ramız novruz   zahiri pafosdan və ritorikadan uzaq olmaga çalışır və lirik təmayüllü psıxolojı rollarda daha çox uğur qazanır. ramiz qəvvam oğlu novruzov 1955-ci il may ayının 25-də biləsuvar rayonunun səmədabad kəndində doğulub. adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib. əvvəl sumqayıt teatrında işləyib və 16 may 1981-ci ildən amdt-nin truppasındadır. respublikanın xalq artistidir (24 may 1998). əsas rolları: qacar ("vaqif", səməd vurğun), ibn yəmin ("iblis", hüseyn cavid), yaralı zabit ("biganələr oteli", rüstəm ibrahimbəyov), rəbi, surxay ("od gəlini" və "aydın", cəfər cabbarlı), cəmil, məhəmməd cuvarlı ("bizim qəribə taleyimiz" və "sevgililərin cəhənnəmdə vüsalı", ilyas əfəndiyev), pompey ("pompeyin qafqaza yürüşü", nəriman həsənzadə), edmund ("kral lir", vilyam şekspir), nostradamus ("hələ "sevirəm" deməmişdilər...", ramiz novruz).   nurəddin mehdixanlı</Page><Page Number="201">romantik pafosa, gur səsə, coşğun daxılı temperamentə malik aktyordur. nurəddin əzulla oğlu quliyev (mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da cəlilabad rayonunun tahirli kəndində doğulub. adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1978) və akademik teatrın truppasına daxil olub. 1989-cu ildə teatrdan çıxıb və beş il sonra yenə kollektivə qayıdıb. xalq artistidir (24 dekabr 2002). yazon ("medeya", jan anuy), ippolit ("fedra", jan rasin), əbu übeyd, aydın, orxan ("od  gəlini", "aydın" və "ədirnə fəthi", cəfər cabbarlı), təbriz, məşədi təhməz ("büllur sarayda"  və "şeyx xiyabani", ilyas əfəndiyev), gur şad  "özumüzü kəsən qılınc", bəxtiyar vahabzadə), yaralı əsgər ("hələ" "sevirəm" "deməmişdilər...", ramiz novruz), ərtoğrul ("afət", hüseyn cavid) rollarında uğurlar qazanıb.  bəsti cəfərova   yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri əsasında formalaşıb. bəsti əli qızı cəfərova 1959-cu il iyun ayının 13-də bakıda doğulub. adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1980). son kursda akademik teatrda səltənət ("quşu uçan budaqlar", əkrəm əylisli) rolunu oynayıb və 1980-ci il avqust ayının 26-dan truppanın aktrisasıdır. azərbaycanın xalq artistidir (24 may 1998). aktrisa teatrda oynadığı luiza bruk ("səhra yuxuları", anar), pakizə ("mirzə şəfi vazeh", nəbi xəzri), lalə, ağabəyim ağa ("büllur sarayda" və "hökmdar və qızı", ilyas əfəndiyev), gülbahar ("anamın kitabı", cəlil məmmədquluzadə), afət ("afət", hüseyn cavid), ədilə ("poçt şöbəsində xəyal", elçin), fedra ("fedra", jan rasin), qonorilya ("kral lir", vilyam şekspir) rollarında öz istedadının səviyyəsini göstərə bilib.  zemfira nərimanova   müxtəlif səpkili rollarda oynasada, lirik və dramatik-psixoloji obrazlarda daha səriştəli görünür. zemfira əli qızı nərimanova 1959-cu il aprel ayının 20-də bakıda doğulub. 1980-ci ildə adii-nin dram və kino aktyorluğu fakültəsini bitirib və avqust ayının 26-da akademik teatrın ştatına götürülüb. azərbaycanın xalq artistdir (28 oktyabr 2000). sofi ("yad adam", leonqard frank), kleopatra ("kölgələrin oyunu", yuri edlis), paolina ("kəllə", nazim hikmət), mariya ("biganələr oteli", rüstəm ibrahimbəyov), arzu ("kimdir haqlı?", bəxtiyar vahabzadə), nübar ("məhəbbət yaşadır", nahid hacızadə), çıçək ("torpağa sancılan qılınc", nəbi xəzri), şölə xanım ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), züleyxa ("ah, paris... paris!..", elçin), kama ("kərgədan buynuzu", maqsud ibrahimbəyov) aktrisanın daha canlı və təravətli rollarıdır.  fırəngız mutəllimova  səhnə məlahəti, cazibəli şirinliyi, istedadının lirizmi, həssas zərifliyi, dramatik coşğunluğu, emosional və təbii yumoru oyadığı rollara təravət verir. firəngiz bəhər qızı mütəllimova 1959-cu il mayın 1-də ağcabədidə doğuulub. əslən şuşalıdır.adii-nin dram və kino aktyorluğu fakültəsini 1980-ci ildə bitirib, həmin il avqust ayının 26-da amdt-nin truppasında işləyir (arada müəyyən fasilə ilə). azərbaycanın xalq artisdidir (28 oktyabr 2000). aktrisa teatrda oynadığı bəyim, gülrux, mələk ("xursidbanu natəvan", "şeyx xiyabani" və "bizim qəribə taleyimiz", ilyas əfəndiyev), nisə xanım ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), arvad ("mənim ərim dəlidir", elçin), həvva ("varlı qadın", əli əmirli), salehə ("gülüstanda qətl", cəmil əlibəyov), adela ("dişi canavar", federiko qarsia lorka), reya ("böyük</Page><Page Number="202">romul", fridrix dürrenmatt), nədidə ("qanlı nigar", sadıq şendil) rolları ilə tamaşaçıların rəğbətini qazanıb.  * * *  haqqında söhbət gedən dövrdə teatrda əməkdar artistlər məcnun hacıbəyov (1935), aqşin vəlixanov (1936-1998) ki-mi koloritli aktyorlar işləyiblər. hazırda truppada xalq artistləri laləzar mustafayeva, məleykə əsədova, əməkdar artistlər bürcəli əsgərov, rafael dadaşov, sadıq ibrahimov, telman əliyev, firuz xudaverdiyev, kübrabəyim əliyeva, əli nur, pərviz bağırov, cəfər namiq kamal, telman adıgözəlov, şükufə yusupova, elxan quliyev, sabir məmmədov, sənubər isgəndərova, səidə quliyeva, hicran nəsirova, sevinc əliyeva, ilham əsgərov, mətanət atakişiyeva, mehriban xanlarova, bacarıqlı aktyorlardan tofiq hüseynov, əlvida cəfərov, məzahir cəlilov, iradə ağasıbəyli (həsənova), abbas qəhrəmanov, münəvvər əliyeva işləyirlər.    həsən turabov  (24.3.1938-23.2.2003)  azərbaycanda lirik-psixoloji aktyor məktəbinin banisi həsən turabov sayılır. lap gənc yaşlarından ona hörmət əlaməti olaraq afişa və proqramlarda adından sonra "ağa" sözü də yazılır. onun yaradıcılığı təkcə möhtəşəm rolların siyahısı ilə deyil, həm də yaratdığı xarakterlərin mənəvi-əxlaqi, fəlsəfi, estetik səciyyələrinin mürəkkəb, çoxşaxəli olması ilə zəngindir. həsən səttar oğlu turabov 1938-ci il martın 24-də bakıda doğulub. yeddinci sinfə qədər bakıdakı 31 saylı məktəbdə oxuyub və orta təhsilini 14 saylı məktəbdə başa vurub. azərbaycan dövlət teatr institutunda təhsil ala-ala (1956-1960) həm radioda, həm də yenicə açılan televiziyada diktor işləyib. institutu komik aktyor kimi qurtarıb və diplom tamaşasında nəcəf bəy vəzirovun eyniadlı komediyasında hacı qəmbəri oynayıb. 1960-cı ildən müəyyən qısa fasilələrlə akademik milli dram teatrında aktyor işləyib. 1962-ci ildə teatrdan uzaqlaşaraq bakıdakı odessa dənizçilik institutuna daxil olub və az sonra yenə səhnəyə qayıdaraq təhsilini yarımçıq saxlayıb. görkəmli aktyor 1987-ci il fevralın 18-də kollektivin səsverməsi ilə akademik teatra direktor seçilib. 1989-cu il yanvarın 15-dən həm də sənət ocağının bədii rəhbəri idi. 2001-ci il dekabrın 13-dən öz ərizəsi ilə hər iki vəzifədən istefa verib. ssri ali sovetinin deputatı seçilib (1989). ilyas əfəndiyevin "mahnı dağlarda qaldı" (1972) tamaşasındakı nicat və "atları yəhərləyin" ("qaçaq nəbi". 1986) filmindəki qaçaq nəbi rollarına görə respublika dövlət mükafatı laureatıdır. respublikanın əməkdar artisti (29 aprel 1971) və xalq artisti (1 dekabr 1982) fəxri adlarına layiq görülüb. 1991 və 1996-cı illərdə azərbaycan teatr xadimləri ittifaqının prezidenti seçilib. avropa türkləri islam birliyinin qızıl medalı ilə təltif olunub (1994). qüdrətli aktyor 23 fevral 2003-cü ildə ürək xəstəliyindən bakıda vəfat edib. həsən turabov ən gözəl səhnə və ekran rollarını otuz beş vaşına qədər oynayıb. səhnədə son dərəcə səmimi və cazibəli, ifadə vasitələri sadə və eyni zamanda fəlsəfi-psixoloji cəhətdən dəyərli təsir bağışlayan aktyorun aşağıdakı rolları milli teatrımızın klassik obrazları siyahısına parlaq səhifələr yazıb. bədii hüsnü və estetik təravəti ilə sənət tarixinə daxil olub. 1962-ci il. vahid. "kəndçi qızı", mirzə ibrahimov. 1963-cü il. floriano. "dəlilər" ("valensiya dəliləri"), lope de veqa. tərcüməçi tələt əyyubov. 1966-cı il. isgəndər. "ölülər", cəlil məmmədquluzadə. 1968-ci il. hamlet. "hamlet", vilyam şekspir. tərcüməçi cəfər cabbarlı. 1968-ci il. kamran. "unuda bilmirəm", ilyas əfəndiyev.</Page><Page Number="203">1969-cu il. qurban. "pəri cadu", əbdürrəhim bəy haqverdiyev. 1970-ci il. xəyyam. "xəyyam", hüseyn cavid. 1971-ci il. nicat. "mahnı dağlarda qaldı", ilyas əfəndiyev. 1972-ci il. aydın. "aydın", cəfər cabbarlı. 1973-cü il. valid. "nağıl başlananda", imran qasımov. 1977-ci il. qiyas. "şəhərin yay günləri", anar. 1978-ci il. qədir. "quşu uçan budaqlar", əkrəm əylisli. 1981-ci il. polkovnik əmir. "səhra yuxuları", anar. 1986-cı il. şeyx xiyabani. "şeyx xiyabani", ilyas əfəndiyev. 1987-ci il. hacı əsədulla. "mənsiz dünya", nəbi xəzri. 1988-ci il. kamran. "bizim qəribə taleyimiz", ilyas əfəndiyev. qırx il ərzində aktyor teatrın səhnəsində nazim hikmətin "şöhrət və ya unudulan adam" (qatil), yuri osnos və viktor vinnikovun "hind gözəli" (aryaka), səməd vurğunun "vaqif" (əli bəy, ilyas və vaqif), "insan" (şahbaz), sabit rəhmanın "əliqulu evlənir" (kamal), həsən seyidbəylinin "bağlı qapılar" (qürbət), şekspirin "otello" (birinci qasid), "antoni və kleopatra" (eros), hüseyn cavidin "şeyx sənan" (özdəmir), "səyavuş" (birinci dəliqanlı), "iblis" (iblis), aleksis parnisin "gözıllik və sevgi adası" ("afrodita adası". anastasis), mehdi hüseynin "alov" (katib), imran qasımov və həsən seyidbəylinin "uzaq sahillərdə" (erix), şıxəli qurbanovun "əcəb işə düşdük" (misirxanov), "sənsiz" (tərlan), viktor hüqonun "mariya tüdor" (cəllad), mirzə ibrahimovun "yaxşı adam" (azər), "közərən ocaqlar" (lenin), fridrix şillerin "orlean qızı" (lionel), ilyas əfəndiyevin "mənim günahım" (xansu), aleksey kaplerin "tufanlı il" (vasili), seyfəddin dağlırun "mənziliniz mübarək!" (elgün), maksim qorkinin "meşşanlar" (nil), rüstəm ibrahimbəyovun "istintaq" (müstəntiq), nikolay poqodinin "kreml saatı" (lenin), arif süleymanovun "tufandan əvvəl" (lenin), anarın "sizi deyib gəlmişəm" (mirzə cəlil məmmədquluzadə), nahid hacızadənin "qisas qiyamətə qalmaz" (umud) əsərlərinin tamaşalarında oynayıb. "azərbaycanfilm"in istehsal etdiyi kinolentlərindən "qara daşlar"da radist hüseyn, "telefonçu qız"da hüseyn, "yun şal"da cəlal, "sən niyə susursan?"da milis mayoru, "sevil"də rüstəmov, "axırıncı aşırım"da xəlil, "var olun, qızlar"da şəmsi, "xatirələr sahili"ndə kamran, "qızıl qaz"da fazilov, "səmt küləyi"ndə biçeraxov, "ömrün ilk günü"ndə mehdi, "çarvadarların izi ilə"də aqil, "qatır məmməd"də səlimov, "çətirimiz buludlardı" filmində qədirov, "dörd bazar günü"ndə nicat, "ürək... ürək..."də murad, "dərviş parisi dağıdır"da rəşid bəy, "sevinc buxtası"nda əlizadə, "bayquş gələndə"də rəşid, "mən mahnı bəstələyirəm"də ata, "qəribə adam"da ("mosfilm") arif, "istintaq"da general, "anlamaq istəyirəm"də neftçi həsən, "qızıl uçurum"da usta bağır, "əlavə iz"də əli, "qaladan tapılan mücrü"də qəyyum, "ilıq dənizdə buz parçası"nda sərt kişi, "park"da mədən müdiri, "nizami"də müzəffərəddin, "gümüşgöl əfsanəsi"ndə ağazəki, "qoca padşahın nağılı"nda qoca, "tənha narın nağılı"nda əli, "işarəni dənizdən gözləyin"də baş nazir, "şəhərli biçinçilər"də səlim, "qəm pəncərəsi"ndə mirzə cəlil məmmədquluzadə, "gənc qadının kişisi"ndə rauf, "gecə qatarında qətl"də nağıyev, "şahid qız"da polkovnik, "təhminə"də dadaş, "nakəs"də həbsxana rəisi, "ailə"də qoca, "bu gözəl, gözəl, gözəl dünya"da müstəntiq, "gözlə məni"də böyük bəy rollarına çəkilib. həsən turabovun kinoda ən parlaq rolları gəray bəy ("yeddi oğul istərəm"), kəbirlinski ("dantenin yubileyi"), afşin ("babək"), üçgöz cəfər ("qorxma, mən səninləyəm"), eyniadlı filmdə qaçaq nəbi, əsəd ("bəyin oğurlanması"), qəzənfər mamedoviç ("yaramaz") obrazlarıdır. rejissor kimi "tənha narın nağılı" (şamil mahmudbəyovla birgə) və "atları yəhərləyin" ("qaçaq nəbi". əbdül mahmudovla birgə) filmlərini çəkib. həsən turabov həssas duyumu, keçmişlə çağdaşlığı, baxanla (tamaşaçı) baxılanı (obraz) doğmalaşdırmaq məharəti, səmimiyyət yaratmaq istedadı ilə qəhrəman-xarakterin yaşadığı dövrlə salon arasındakı zaman-məsafə ayırmasını məharətlə dəf edirdi.</Page><Page Number="204">həsən turabov kiassik faciə rollarında xarakterin psixoloji dərinliyini həm emosional ifadə vasitələrinin heyrətamiz rəngarəngliyi, həm də sanki tükənməyən texniki vərdiş-fəndləri ilə tamaşaçılara təqdim edirdi. belə vəhdətdə obrazın faciəvilik əzəməti daha canlı, daha təsiredici, düşündürücü, həyəcanlandırıcı ovqat bağışlayırdı. həsən turabov böyük ehtiraslar aktyoru idi, güclü faciə xarakterli sənətkar idi. o, səhnədə özünün emosional enerjisini qurulmuş yay kimi həmişə tarıma çəkilmiş gərginlikdə saxlamağı qətiyyətlə bacarırdı. həsən turabov bədii təsvircə mürəkkəb, xaraktercə təzadlı, xasiyyətcə sabit davranış ölçülərini pozan, bəzən hərzə-hədyan danışmaqdan çəkinməyən, hərdən xudbin, ədalı görünən... səhnə və ekran rollarında da cəsarətlə insanlıq və həyatsevərlik axtarmağın riskinə gedirdi. həsən turabovun oynadığı rollarda, ictimai mənsubiyyətindən asılı olmayaraq, intim qılıqlıq, doğma məhrəmlik vardı. həsən turabov böyük bir monoloqun görə bilmədiyi "işi" baxış və hərəkətlə nəzərə çatdırır, vəziyyətin psixoloji ovqatını iki, üç... planda tamaşaçıya göstərirdi. həsən turabov obrazın psixologiyasındakı ovqat dəyişikiiyini öz oyununda böyük ustalıqla, heyrətamiz yüngüllüklə, psixoloji dəqiqliklə verə bilirdi. aktyor bunu "özgələşmə" vərdişlərinin ən incə vasitələri ilə və heç vəchlə ölçü hissini itirmədən məharətlə icra edirdi. həsən turabov janrından, mövzusundan, dövründən asılı olmayaraq, bəyəndiyi ssenaridə oynayacağı rolun məqsəd və qayəsinin əsas leytmotivini dəqiq və aydın müəyyənləşdirməyi fəhmlə duyurdu. həsən turabov o nadir aktyorlardan idi ki, səhnədə öz istedadının arxasında gizlənmək üçün çoxsaylı zahiri ifadə vasitələrinə güvənmirdi. onun ali məqsədi həyat hadisələrinin doğurduğu suallara teatr və ekran dili ilə cavab tapmaqla səciyyələnirdi. obrazın psixologiyasındakı ovqat dəyişikiiyini öz oyununda böyük ustalıqla, heyrətamiz yüngüliüklə, psixoloji dəqiqliklə verə bilirdi. aktyor bunu "özgələşmə" vərdişlərinin ən incə vasitələri ilə və heç vaxt ölçü hissini itirmədən məharətlə icra edirdi.   akademik milli dram teatri  (1985-2004)  teatrın 1985-1986-cı il mövsümdə ilk yeni tamaşası oktyabr ayının 12-də olub. mərahim fərzəlibəyovun quruluşunda anarın "təhminə və zaur" dramının tamaşası göstərilib. tamaşada oxunan mahnıların şeirləri nigar rəfibəylinin idi və musiqisini emin sabitoğlu bəstələmişdi. rəssamı nüsrət fətullayev olan tamaşada əsas rolları amaliya pənahova (təhminə) və fuad poladov (zaur) oynayırdılar. ilin əvvəlində teatra baş rejissor təyin olunmuş hüseynağa atakişiyevin bu mövsümdə təzə işi maksim qorkinin "həyatın dibində" (16 noyabr) dramının tamaşası oldu (tərcüməçi ənvər ülvi, rəssam solmaz haqverdiyeva, bəstəkar aydın əzimov). aktyor ifaçıl;ğı baxımından müəyyən yeniliyi ilə seçilən səhnə əsərində nəzəri cəlb edən əsas oyunlar səyavuş aslana (luka), hamlet xanızadəyə (kleş), fuad poladova (baron), səməndər rzayevə (satin), yaşar nuriyevə (aktyor), safurə ibrahimovaya (vasilisa karpovna) məxsus idi. baş rejissor növbəti tamaşasını da tərcümə pyesi əsasında hazırladı. akademik teatrın tarixində ilk dəfə fridrix dürrenmattın yaradıcılığına müraciət olundu və dramaturqun "böyük romul" pyesi tofiq rüstəmovun tərcüməsində tamaşaya qoyuldu. bu əsəri də "həyatın dibində" tamaşasının yaradıcı heyəti hazırlamışdı. romul avqustul rolu səyavuş aslana tapşırılmışdı. 1985-2004-cü illər ərzində teatrın yaradıcı rəhbərliyində dəyişikliklər olub. baş rejissor hüseynağa atakişiyev 1988-ci ilin axırlarında vəzifəsindən istefa verdi və 1989-cu ilin martında teatrdan çıxaraq müstəqil kollektiv yaratdı. keçən ildən teatra direktorluq edən həsən turabov</Page><Page Number="205">1989-cu il yanvarın 15-də kollektivə həm də bədii rəhbər təyin olundu. o, 13 dekabr 2001-ci ildə yuxarıların təkidi ilə istefa verdi və dekabrın 26-da bu kürsü teatrın aktyoru əliabbas qədirova tapşırıldı. iyirmi ildə teatrın əsas repertuar ağırlığı, əsasən, çağdaş dramaturqlardan ilyas əfəndiyevin yaradıcılığının üzərinə düşüb. kollektivin bir sıra uğurlu yaradıcılıq nailiyyətləri olub. 1986, 20 dekabr. "şeyx xiyabani", ilyas əfəndiyev. quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam solmaz haqverdiyeva. bu tamaşadakı rolları həsən turabovun (şeyx xiyabani), bürcəli əsgərovun (hacı fərhad), amaliya pənahovanın (xanım mahnur), fuad poladovun (mübarək səltənə), nurəddin mehdixanlının (məşədi təhməz), ilham əsgərovun (sarı mərdan) yaradıcılıqlarında yeni aktyorluq keyfiyyətləri kəsb etmələri ilə səciyyəvidirlər. 1987, 10 sentyabr. "mənsiz dünya", nəbi xəzri. quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam rasim babayev, bəstəkar arif məlikov. baş rolları əliabbas qədirov (mirzə şəfi), amaliya pənahova (zübeydə xanım), həsən turabov (hacı əsədulla), məlik dadaşov (bodenştedt), səyavuş aslan (qərib qulam) ifa ediblər. 1988, 9 aprel. "bizim qəribə taleyimiz", ilyas əfəndiyev. quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam elçin aslanov, bəstəkar emin sabitoğlu. mövzu və süjet baxımından 1968-ci ildə oynanılmış "unuda bilmirəm" tamaşasındakı hadisələrin iyirmi ildən sonraki davamı olan əsərdə əsas rollar yenə də həsən turabova (kamran), amaliya pənahovaya (nərmin) və muxtar avşarova (kərəm dayı) tapşırılmışdı. mərahim fərzəlibəyovun quruluşunda ilyas əfəndiyevin "sevgililərin cəhənnəmdə vüsalı" (21 aprel 1989), "tənha iydə ağacı" (6 mart 1991), "dəlilər və ağıllılar" (9 noyabr 1992), "hökmdar və qızı" (15 dekabr 1996) pyesləri də maraqlı səhnə təcəssümü tapıb. 1988, 24 sentyabr. "qanlı nigar", sadıq şendil. tərcümə edəni və quruluşçu rejissoru vaqif ibrahimoğlu, rəssam tərlan qorçu. məsxərəli sosial satira janrında hazırlanmış şən və oynaq tamaşada daha şux ifalar yaşar nuriyevə (abdi), amaliya pənahovaya (nigar), firəngiz mütəllimovaya (nədidə), telman adıgözəlova (laz), bəsti cəfərovaya (bədidə), mahir mirzəliyevə (istinyeli) məxsus idi. 1989, 30 sentyabr. "gecə döyülən qapılar", nəbi xəzri. quruluşçu rejissor mərahim fərzəlibəyov, rəssam rafis ismayılov, bəstəkar eldar mansurov. amaliya pənahova (mehri ana), füzuli hüseynov (səfər), iftixar piriyev (xəzər), sevil abbasova (əsınər), əminə babayeva (nisə arvad) tamaşada maraqlı oyun nümayiş etdirirdilər. 1994, 28 aprel. "anamın kitabı", cəlil məmmədquluzadə. tamaşaya quruluşu həsən əbluc verib. premyera ərəfəsində həsən qəfildən dünyasını dəyişdi və tamaşa üzərində son işləri onun qardaşı, kino rejissoru ənvər əbluc tamamladı. safurə ibrahimovanın (zəhra bəyim), rafiq əzimovun (rüstəm bəy), iradə həsənovanın (zivər xanım), laləzar mustafavevanın (gülbahar), aqşin vəlixanovun (senzor mirzə cəfər), sadıq ibrahimovun (aslan bəy) ifaları psixoloji dərinlik baxımından dramaturqun qayəsinə və ruhuna daha yaxın idilər. 1995, 12 dekabr. "ağqoyunlular və qaraqoyunlular", əli əmirli. quruluşçu rejissor bəhram osmanov, rəssam lətifə quluzadə, bəstəkar ismayıl dadaşov. kamal xudaverdiyev (ağqoyunlu ata), yaşar nuriyev (qaraqoyunlu ata), səidə quliyeva (qaraqoyunlu ana), hicran nəsirova (ağqoyunlu ana), ramiz novruzov (ağqolyunlu əmi), elxan ağahüseynoğlu (qaraqoyunlu əmi) tamaşada lirik-dramatik və psixoloji rollar yaradırdılar. 1996, 7 may. "kral lir", vilyam şekspir. tərcümə edəni sabir mustafa. quruluşçu rejissor bəhram osmanov, rəssam elçin məmmədov, bəstəkar adil bəbirov. rejissorun tamaşa üçün müəyyənləşdirdiyi ideya və fəlsəfi flkir yükünə kamal xudaverdiyev (kral lir), ramiz novruzov (edmund), hacı ismayılov (qraf kent), iftixar piriyev (edqar), bəsti cəfərova (qonerilya) həssaslıqla əməl etməyə çalışırdılar. 1997, 1 fevral. "ah, paris... paris!..", elçin. quruluşçu rejissor azər paşa nemət, rəssam elçin məmmədov. rollarda: əhməd - telman adıgözəlov, əsədulla - səyavuş aslan, firəngiz -</Page><Page Number="206">kübrabəyim əliyeva, isgəndərzadə - yaşar nuriyev, vera - lüdmila duxovnaya. dyuxovnaya rus dramının aktrisasıdır və tamaşada dəvətlə oynayıb. 1997, 7 iyun. "fərhad və şirin", səməd vurğun. quruluşçu rejissor cənnət səlimova, rəssam tahir tahirov, bəstəkar emin sabitoğlu. baş rolları mlkayıl mirzə (fərhad), məleykə əsədova (şirin), hicran nəsirova (məryəm), həsən məmmədov (xosrov), ramiz novruzov (şapur) oynayıblar. 1998, 10 aprel. "özümüzü kəsən qılınc" ("göytürklər"), bəxtiyar vahabzadə. quruluşçu rejissor ağakişi kazımov, rəssam ismayıl məmmədov, bəstəkar cavanşir quliyev. əliabbas qədirov (qara xaqan), nurəddin mehdixanlı (gur şad), laləzar mustafayeva (içgen xatun), rəşid səməndər (yan çunq), sənubər isgəndərova (siyan şi), ramiz məlik (dulu xaqan) əsas rolları oynayıblar.  1998, 23 may. "mənim sevimli dəlim", elçin. quruluşçu rejissor azər paşa nemət, rəssam elçin məmmədov. əsas rollarda: professor - telman adıgözəlov, redaktor - səyavuş aslan, şöbə müdiri - yaşar nuriyev, məsul katib - hacı ismayılov, katibə - məsmə aslanqızı, ədəbi işçi - cəfər namiq kamal. 1999, 16 oktyabr. "diaqnoz "d" ("mənim ərim dəlidir"), elçin. quruluşçu rejissor azər paşa nemət, rəssam elçin məmmədov. səyavuş aslan (kişi), firəngiz mütəllimova (arvad), telman adıgözəlov (professor), məsmə aslanqızı (falçı ağabacı), cəfər namiq kamal (dost), zemfira nərimanova (xanım) tamaşanın janr və üslubunun tələb etdiyi oyun prinsiplərini məharətlə duyub canlandırırdılar. 1999, 13 noyabr. "lənkəran xanının vəziri", mirzə fətəli axundzadə. quruluşçu rejissor vaqif ibrahimoğlu, rəssam rəşid şerif, bəstəkar səyavuş kərimi. rejissor tamaşanın əsas obrazlarını cəfər namiq kamala (mirzə həbib), ilham namiq kamala (xan), sənubər isgəndərovaya (nisə xanım), zemfira nərimanovaya (şölə xanım), laləzar mustafayevaya (ziba xanım), zərnigar ağakişiyevaya (pəri xanım), sabir məmmədova (teymur ağa), aslan şirinova (fərraş heydər), sevil xəlilovaya (xacə məsud qara), məzahir cəlilova (hacı salah) tapşırmışdı. 2000, 29 yanvar. "ulduz, yaxud ədirnə fəthi" ("ədirnə fəthi" və "trablis müharibəsi" pyesləri əsasında), cəfər cabbarlı. quruluşçu rejissor bəhram osmanov, rəssam ismayıl məmmədov, bəstəkar oqtay kazımov. baş rollarda nurəddin mehdixanlı (orxan), əliabbas qədirov (ənvər), sənubər isgəndərova (ulduz), kamal xudaverdiyev (izzət paşa), ramiz məlik (haris), sadıq ibrahimov (kamal paşa) oynayıblar. 2000, 9 dekabr. "dar ağacı", bəxtiyar vahabzadə. rəssam ismayıl məmmədov, bəstəkar cavanşir quliyev. monumental-dramatik faciə janrının prinsiplərində hazırlanmış tamaşada kamal xudaverdiyev (aqşin), ilham əsgərov (sabutay), hacı ismayılov (ibn zeyd), rafiq əzimov (ibn tahir). kazım həsənquliyev (altay), məcnun hacıbəyov (ağsaqqal) maraqlı ifa nümayiş etdiriblər. 2001, 23 fevral. "poçt şöbəsində xəyal", elçin. quruluşçu rejissor mehriban ələkbərova, rəssamlar tahir tahirov və ağarəhim əliyev, bəstəkar səyavuş kərimi. bəsti cəfərova (ədilə), ramiz məlik (kişi) və səyavuş aslan (yoldaş tək) oynadıqları obrazlarla səhnədəki hadisələrin mərkəzində dururdular. 2001, 1 noyabr. "hələ" sevirəm "deməmişdilər...", pamiz novruz. quruluşçu rejissor bəhram osmanov, rəssam ismayıl məmmədov. əsas rollarda nurəddin mehdixanlı (yaralı əsgər), münəvvər əliyeva (sona), telman adıgözəlov ("qumarbaz"), mətləb abdullayev ("halaypozan"), telman əliyev ("sintezator"), rəşid səməndər (andranik), pərviz bağırov (minas) çıxış ediblər. 2002, 29 mart. "hamlet", vilyam şekspir. səhnə variantını cəfər cabbarlının, tələt əyyubovun və sabir mustafanın tərcümələri əsasında ilham rəhimli işləyib. quruluşçu rejissor azər paşa nemət, rəssamlar elçin məmmədov və nazim bəykişiyev, bəstəkar səyavuş kərimi. əsas rolları fuad poladov (hamlet), sənubər isgəndərova (gertruda), səyavuş aslan (poloni), rafael dadaşov (klavdi), məsmə aslanqızı (ofeliya), sabir məmmədov (horatsio), yaşar nuriyev (məzarçı), anar heybətov (layert) ifa ediblər.</Page><Page Number="207">teatr bu müddətdə öz səhnəsində ilk dəfə dünya ədiblərindən yuli edlisin ("kölgələrin oyunu". kiçik səhnədə. quruluşçu rejissor həsən əbluc. 29 oktyabr 1986), bertolt brextlə kurt vaylın ("üç quruşluq opera. quruluşçu rejissor karl georq kayzer. 18 aprel 1987), jan pol sartrm ("dəfn edilməmiş ölülər". kiçik səhnədə. quruluşçu rejissor mehriban ələkbərova. 2 iyun 1988), federiko qarsiya lorkanın ("qadın faciəsi". quruluşçu rejissor mərahim fərzəlibəyov. 6 noyabr 1988), gilerma fiqeyredunun ("məhəbbət və azadlıq". quruluşçu rejissor həsən əbluc. 12 noyabr 1991), runesko akutaqavanın ("müəmmalı bir qətlin üç versiyası". kiçik səhnədə. qurulu şçu rejissor mehriban ələkbərova. 4 iyun 1995), sofoklun ("şah edip, yaxud alın yazısı". quruluşçu rejissor bəhram osmanov. 3 aprel 1999), jan rasinin ("fedra". quruluşçu rejissor mərahim fərzəlibəyov. 7 iyul 2002) yaradıcılıqlarına müraciət edib. haqqında bəhs olunan dövrdə akademik teatrın repertuarında yeni müəlliflərdən rəhman əlizadənin "günah", arif sülemanovun "tufandan əvvəl", rafiq səməndərin "günəbaxanlar" (kiçik səhnədə), seyran səxavətin "qızıl teşt", vaqif səmədoğlunun "yayda qartopu oyunu", cəmil əlibəyovun "gülüstanda qətl", kamal abdullanın "hərdən mənə mələk də deyirlər...", kamil abdullayevin "min illərin işığı", cahan əfruzun "qanqın böyük dalğası", eldar baxışın "qədr gecəsi" (nağıl-tamaşa), marat haqverdiyevin "ox, qadınlar, qadınlar", vidadi babanlının "ana intiqamı", xeyrəddin qocanın "hərənin öz payı", həsən həsənovun (əzizoğlu) "brüsseldən məktublar" pyesləri tamaşaya qoyulub. bu tamaşaların bir qisıni bədii cəhətdən maraq doğursa da, əksəriyyətinin səhnə taleyi uğursuz olub.    amdt-nin rejissor yaradiciliğinda forma axtarişlari  (1980-2004)  konkret  sənətkarın  yaradıcılıq  təzahürünün  əsas amili üslub və forma vəhdətidir. bu üslub və forma vəhdəti eyni zamanda teatr prosesinin obyektiv və subyektiv tələblərinə cavab verir. xx əsrin sonunu və xxi əsin əvvəllərini əhatə edən azərbaycan teatr prosesinin başlıca səciyyəsi bilavasitə keçid dövrünün tələbləri ilə müəyyənləşdirilir. ona görə də konkret sənətkarların yaradıcılıqları, həmçinin rejissorların fəaliyyətlərinin mahiyyəti məhz bu hadisə ilə təmin və təyin olunur. bu obyektiv göstərici hər konkret sənətçinin subyektiv yaradıcı düşüncələri və onun bədii yaradıcılıqda estetik təzahürləri ilə çuğlaşaraq çağdaş azərbaycan rejissurasının mənzərəsinin geniş panoramını yaratmaqdadır. akademik milli dram teatrı səhnə sənətimizin flaqmanı kimi azərbaycanda aparıcı rejissor üslub və formalarının parlaq sınaq meydanı olub. hazırda bu teatrda quruluşçu rejissor ştatlarında qocaman nəslin nümayəndəsi ağakişi kazımov, orta nəslin görkəmli sənətkarı azər paşa nemət, gənclik dövrlərini təzəcə adlayan bəhram osmanov, əsgər əsgərov, mehriban ələkbərzadə işləyirlər. ağakişi kazımovun (28 iyun 1935) rejissura sənətində çox zəngin təcrübəsi, dəyərli nailiyyətləri var. rejissor ağakişi kazımovun quruluşları monumental səhnə həlli, çılğın temperamenti, ənənəyə sadiqliyi ilə səciyyəvidir. rejissor daha çox romantik teatr estetikasından istifadə edir. ənənəvi formalara sadiq qalan rejissor çağdaş sənət estetikasının müxtəlif forma prinsiplərindən istifadə etməsə də, fikir, düşüncə baxımından çağdaş duyğulara can atandır. rejissor ağakişi kazımovun yaradıcılığının başlıca estetik mahiyyətini təcəssüm etdirən əsas quruluşları bunlardır. sumqayıt dövlət dram teatrında. "müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov. "toy", sabit rəhman.</Page><Page Number="208">gənc tamaşaçılar teatrında. "rüstəm və söhrab", isgəndər coşqun (firdovsinin "şahnamə" əsəri əsasında), "komsomol poeması", isgəndər coşqun. akademik milli dram teatrında. "darıxma, ana!", nodar dumbadze. "qəribə oğlan", ilyas əfəndiyev. "özümüzü kəsən qılınc" ("göytürklər"), bəxtiyar vahabzadə. azər paşa nemət (13 avqust 1947) öz quruluşlarında çagdaş dünya modern teatr estetikasının milli teatr düşüncəsi ilə sintezinə möhtəşəmliklə nail olur. paradoksal psixoloji sıtuasiyanı qabarıq verməklə özünün rejissor ideyalarını aktyorların ifadəli oyunlarında həll edir. funksional səhnəqrafiyanın imkanlarından cəsarətlə istifadə etməklə onu mürəkkəb, dolğun, estetik obraz kimi tamaşanın əsasma çevirir. azər paşa nemətin rejissor üslubunun genetik kökləri neokonservatizın (yeni konservatizın) fəlsəfi-estetik düşüncəsindən qaynaqlanır. həmin düşüncənin teatr təzahürü hər hansı tamaşanın estetikasını önə çəkir, məzmun qatını ədəbi və əbədi kontekstdə təqdim edir. müəyyən mənada modern teatr sənəti düşüncəsinə opponent olan bu düşüncə formanın estetik bitkinliyini həlledici sayır. o, estetik qavrayışı publisistik münasibətlərdən üstün tutur. onun rejissurasının üslub və forma səciyyələri, janr axtarışlarının estetik prinsipləri daha qabarıq və daha fəlsəfi bitkinliklə aşağıdakı tamaşalara verdiyi quruluşlarda özünü göstərir. gənc tamaşaçılar teatrında. "danabaş kəndinin məktəbi", cəlil məmmədquluzadə. "fudzi dağında qonaqlıq", çingiz aytınatov. "təmas", rüstəm ibrahimbəyov. "müsyö jordan və dərviş məstəli şah", mirzə fətəli axundzadə. "yelkənlər üzərində nəğməli külək", karlo haldoni. akademik milli dram teatrında. "ah, paris... paris!..", "mənim ərim dəlidir", "mənim sevimli dəlim", elçin. "biganələr oteli", rüstəm ibrahimbəyov. "hamlet", vilyam şekspir. azər paşa nemət həmçinin tiflis, peterburq, irəvan, tallin, moskva şəhərlərində də maraqlı quruluşlar verib. fərdi üslubunu illərlə qroznı, sumqayıt və akademik milli dram teatrında təsdiqləyən, onu formalaşdıran mərahim fərzəlibəyov özünün zəngin yaradıcılıq bioqrafiyasını yaradıb. tamaşalarını, əsasən, açıq sistemdə, yəni publisist-estetika dəqiqliyi ilə qurur. buna görə də çalışır ki, səhnədə istifadə etdiyi bütün detallar tamaşa salonundan oxunsun. əlvan və parlaq kompozisiya qurmaqda səriştəlidir. mərahim fərzəlibəyov (26 iyun 1949) azərbaycan romantik-publisistik teatr düşüncəsinin yeni tarixi dövrdə (1977-ci ildən üzü bəri) parlaq nümayəndələrindən biridir. o, forma və məzmun vəhdətini ənənəvi olaraq başhca prinsip kimi qəbul edir. qəbul edir və bunu tamaşanın bədii-estetik mahiyyətində həssaslıqla əridə bilir. tamaşanın ideyasını publisist teatr ənənəsinin əsaslarında, romantik üslubun prinsipləri zəminində (qeyri-adi insan qeyri-adi şəraitdə) həll edir. bu baxımdan rejissorun bir neçə tamaşasını göstərmək olar. sumqayıt dövlət dram teatrında. "poladəridənlər", qennadi bokarev. "bütün şərq bilsin", nəriman həsənzadə. "sərbəst mövzu", aleksandr çxaidze. akademik milli dram teatrında. ilyas əfəndiyevin "şeyx xiyabani", "xurşidbanu natəvan", "bizim qəribə taleyimiz", "sevgililərin cəhənnəmdə vüsalı", "tənha iydə ağacı", "hökmdar və qızı" pyeslərinə verdiyi quruluşlar. "sokratı anma gecəsi", çingiz aytmatov və muxtar şahanov. "fedra", jan rasin. "qadın faciəsi", federiko qarsia lorea. "mənsiz dünya", nəbi xəzri. "təhminə və zaur", anar. çox gənc yaşlarından populyarlıq qazanmış bəhram osmanov (1 oktyabr 1962) səhnə düşüncə tərzinin çoxqatlılığı, fəlsəfi dərinliyi ilə seçilir. o, intim-psixoloji və lirik-psixoloji üslubun estetik prinsipləri əsasında parlaq tamaşalar yaradıb. tamaşalarda aktyor oyununu önə çəkir. rejissor kimi yaradıcılığının əsas estetik səciyyəsini orijinal və təkrarsız, yeni və çağdaş ruhlu janr axtarışları təşkil edir. obrazh ifadə vasitələrinə üstünlük verir və bunu paralel, kəsişən, genişmiqyaslı, sərt çarpazlaşan səhnə mizanlarında xüsusi məharətlə təcəssüm etdirir. söylədiyim nəzəri fikirlər özünün estetik həllini onun akademik milli dram teatrında hazırladığı "qızıl teşt" (seyran səxavət), "şah edip" (sofoki), "kral lir" (vilyam şekspir), "şüşə</Page><Page Number="209">heyvanxana" (tennessi uilyams), "qarağaclar altında məhəbbət" (yucin o'nil), "ağqoyunlular və qaraqoyunlular" (əli əmirli), "ulduz, yaxud ədirnə fəthi" (cəfər cabbarlı) tamaşalarının üslub və forma xüsusiyyətlərində daha parlaq şəkildə təcəssüm etdirir. rejissor yaradıcılığına 1970-ci illərin ikinci yarısından başlamış vaqif ibrahimoğlu (18 oktyabr 1949) bu gün fərdi üslubu ilə seçilən ən məşhur rejissordur. özünün yaratdığı "yuğ" dövlət teatrının bədii rəhbəridir. onun yaradıcılıq metodu başlıca olaraq forma və məzmun üzərində eksperimentlər aparmaqla səciyyəvidir. marksist-leninçi estetikanın başlıca prinsipinə, "məzmun formanı təmin edir" qənaətinə tam zidd olaraq vaqif ibrahimoğlu şərq sənət düşüncəsinin kanoniklik kimi forma və məzmun yaradan amilini qəbul edib. bəlli olduğu kimi, klassik şərq sənət düşüncəsində məzmun qatı qeyri-informatik, yəni öncədən bəlli və hər hansı bədii-estetik forması aydın olan məzmunu (informasiyanı) yaddaşdan "üzə" çıxarır. çıxarıb onu emosional halda yenidən yaşatmağa, duydurmağa, hiss etdirməyə yönəldir. bu hal bütövlükdə islam mədəniyyətinin və incəsənətinin bədii yaradıcılığının təməlidir. islam mədəniyyətinin və incəsənətinin təməl dili isə "qurani-kərim" deməkdir. vaqif ibrahimoğlunun söykəndiyi üslub özəllikləri eyni zamanda ümumtürk və konkret olaraq özəlliklə oğuz türklərinin bədii-yaradıcı düşüncəsinin prinsipləridir. burada etnik məzmun qatı etnik yaddaşda mövcuddur. dədə qorqud öz dinləyicilərinə yeni bilgi vermirdi, olmuş və hamıya bəlli hadisələri danışırdı. "dirsə xan oğlu buğac boyu", "salur qazanın evinin yağmalandığı boy", "duxa qoca oğlu dəli domrul boyu" və digər boyların məzmununu oğuz elində hamı bilirdi. ancaq dinləyicilər bu boyları qorqud dədənin necə danışacağına maraq göstərirdilər. deməli, söhbət təzə formanın intizarından gedir. vaqif ibrahimoğlu forma təqdimatında "dədəm qorqudun kitabı"nın poetika göstəricilərinin oyun-tamaşa prinsiplərindən də bəhrələnir. vaqif ibrahimoğlu yuxarıda göstərdiyim bazisli prinsipləri çağdaş modern teatr çərçivəsində və institusional teatr sənətinin sistemliyində realizə edir. həmin realizədə o, psixosof (psixaruh, sofiya hikmət deməkdir. ruhun hikmətləri) poetikasının forma və üslubunu təcrübi tərzdə öz tamaşalarında böyük cəsarət və uğurla sınayaraq təsdiqləyir. bu baxımdan onun hazırladığı "oğul" və "xatun" ("dədəm qorqudun kitabı" dastanlarının boyları əsasında), "leyli demə..." və "dad" (füzulinin "leyli və məcnun" poemasma istinadən), "yol" (məhəmməd füzulinin "həqiqətüs-süəda" əsərinin ruhunda), "açar" (nizami gəncəvinin "sirlər xəzinəsi" məsnəvisi zəminində), "sentimental vals" (anton çexovun hekayələri üzərində qurama), "səma" (şah ismayıl xətainin "dəhnamə" məsnəvisi əsasında), "cənab o" (cəlil məmmədquluzadənin "ölülər" tragikomediyasının motivləri üzərində işləmə), "salam" (məhəmmədhüseyn şəhriyarın "heydərbabaya salam" noemasının səhnə həlli), "bir-iki, bizimki" (kamal abdulla), "müqəvva" (firuz mustafayev), "canımda can" (ibrahim ibrahimli) tamaşaları daha xarakterikdir. rejissuraya ötən əsrin yetmişinci illərinin sonlarında şəki teatrından gəlmiş hüseynağa atakişiyev (8 sentyabr 1949) hazırda özünün yaratdığı dövlət gənclər teatrında baş rejissor işləyir. xx əsrin teatr düşüncəsinə, xüsusən forma və məzmun vəhdətinin inkişafına güclü təkan verən yevgeni vaxtanqov və bertolt brext ənənəsini milli teatr prosesi çərçivəsində inkişaf etdirir. o, kəskin və aktual məzmunu parlaq teatrallıq formasında həll etməyə bacarıqla nail ola bilir. hüseynağa atakişiyevin üslub və forma axtarışları, janr yenilikləri şəki dövlət dram teatrında quruluş verdiyi "artur uinin karyerası" (bertolt brext), "lənkəran xanının vəziri" (mirzə fətəli axundzadə), akademik milli dram teatrında hazırladığı "yayda qartopu oyunu" (vaqif səmədoğlu), "böyük romul" (fridrix dürrenmatt), "həyatın dibində" (maksim qorki), dövlət gənclər teatrında quruluş verdiyi "karmen" (prosper merime), "maqbet" və "hamlet" (vilyam şekspir), "ölülər" (cəlil məmmədquluzadə), "yeddi məhbusə" (əli əmirli), "şah ismayıl, yaxud hamı səni sevənlər burdadır" (kamal abdulla) tamaşalarında özünün parlaq təcəssümünü tapıb. bakı kamera teatrının baş rejissoru cənnət səlimova, pantomima dövlət teatrının bədii rəhbəri bəxtiyar xanızadə işlədikləri kollektivlərin estetik prinsiplərinə uyğun üslub və forrna</Page><Page Number="210">tələbləri dairəsmdə axtarışlar aparırlar. onların hazırladıqları tamaşaların janr təyinini ən öncə elə teatrların özlərinin estetik qurumu müəyyənləşdirir. dramaturq rəhman əlizadə (13 dekabr 1947) həm də rejissorluqla məşğul olur. azərbaycan dövlət kukla teatrının baş rejissorudur. müəlliflik rejissoru (öz pyeslərini özü hazırlayan rejissor) kimi rəhman əlizadə azərbaycan teatrının yeganə nümayəndəsidir. onun rejissor üslubu bilavasitə özünün dramaturji fəaliyyəti ilə müəyyənləşdirilir. rəhman əlizadə əslində müəllifi olduğu dram əsərlərini səhnədə realizə edir. dramaturgiyamızda mirzə cəlil poetikasının davamçısı olan rəhman əlizadə öz əsərlərində, bir qayda olaraq, "fantastik-realizm" fəlsəfi, bədii-estetik düşüncəsinə əsaslanaraq realizm (adi insan adi situasiyada) göstəricilərini qeyri-adi situasiyalarda sınaqdan keçirir. azərbaycan dövlət opera və balet teatrında, gənc tamaşaçılar teatrında, musiqili komediya teatrında çağdaş dövrdə quruluş verən rejissorlar sənət ocaqlarının mövcud normativ şərtlərindən kənara çıxa bilmirlər. azərbaycanda əyalət teatr anlayışı var. bu, məhəlli, regional anlayış deyil. həmin teatrlarda fəaliyyət şərtləri (texnika, avadanlıq və sairə) rejissura sənətini müəyyənləşdirir. rejissorlar bir növ vəziyyətin sərt reallıqları ilə "barışaraq" prosesin içində fəaliyyət göstərirlər. rejissorlar və bütövlükdə əyalət teatrları sadəcə olaraq azərbaycana teatr prosesinin tərkib hissəsi kimi onu yerlərdə yaşadırlar. bu dediklərim isə həmin teatrları azərbaycan teatr prosesi anlamına şamil etməyə əsas verir. bununla belə, əyalət teatrlarının yaradıcılıq qurumunun müxtəlif estetik mahiyyətləri fundamental teatrşünaslıqda hələ də lazımınca öyrənilməyib.   tiflis azərbaycan teatri  qafqazın böyük şəhərlərindən olan, vaxtilə azəri türklərinin sıx yaşadıqları tiflis şəhərində azərbaycan teatrının fəaliyyətini iki qola ayırmaq olar: a) tiflisdə peşəkar azərbaycan teatrının təşəkkülü və müxtəlif teatr dəstələrində, truppalarda onun inkişaf mərhələləri (1873-1922-ci illər); b) teatrın institusional mədəniyyətin faktı olduğu və tiflis dövlət azərbaycan teatrı adı altında fəaliyyət göstərdiyi dövr (1922-1947-ci illər). "kafkaz" qəzetinin 1873-cü il 25 mart tarixli sayında yazıldığına görə, novruz bayramı münasibətilə tiflisin "cəmiyyət yığıncağı" zalında şəhərin azərbaycanlı ziyalıları teatr tamaşası oynamışlar. oynanılan tamaşa mirzə fətəli axundzadənin   "lənkəran xanının vəziri" komediyasının bir neçə şəkli olub. tiflis şəhəri xix əsrdə qafqazın mərkəzi sayılırdı. canişinliyin burada yerləşməsi tiflisi həm siyasi, həm iqtisadi, həm də maarif və mədəniyyət baxımından müəyyən inkişaf yoluna çıxarınışdı. milli dramaturgiyamızın banisi mirzə fətəli axundzadə burada yaşayırdı və onun komediyaları rus, fars, gürcü dillərinə, osmanlı türkcəsinə məhz tiflisdə tərcümə edilmişdi. hətta zadəgan evlərində dramaturqun əsərləri 1850-ci illərin sonlarında rus və gürcü dillərində tamaşaya qoyulub. azərbaycanın teatr həvəskarları 1880-1900-cü illərdə, əsasən, novruz, orucluq, qurban bayramlarında, ayrı-ayrı məktəblərin müxtəlif müsamirələrinə həsr olunmuş tədbirlərdə teatr tamaşaları göstəriblər. tamaşalar tiflisin müxtəlif klublarında, daha çox zadəgan banki binasının salonunda və artsruni teatrında göstərilib. teatr tamaşalarını ziyalılar və tələbələr hazırlayırdılar. səhnə əsərlərinin fasilələrində klassik şərq üçlüyünün konsertləri də olurdu. əlbəttə ki, bu tamaşalar ilk növbədə əyləncə məqsədi ilə göstərilirdi. lakin onun kökündə açıq və ya dolayı şəkildə maarifləndirmə ideyası, maarifləndirmə ruhu əsas idi.</Page><Page Number="211">1900-1920-ci illərdə azərbaycan teatr həvəskarlarının hazırladıqları tamaşalar aşağıdakı binalarda oynanılıb: "gürcü zadəgan teatrı" (bir adı da "artsruni teatrı "dır). bu bina 1914-cü ildə yaranıb. onun yerində təzə bina tikilib və hazırda gürcüstan dövlət rus dram teatrının binasıdır. "artistlər cəmiyyəti". hazırda şota rustaveli adına gürcüstan dövlət akademik dram teatrı həmin binada fəaliyyət göstərir. "kazyonnı teatr". indiki zaxari paliaşvili adına gürcüstan dövlət akademik opera və balet teatrının binası. "zubalov adına xalq evi" ("xalq evi"). konstantin marcanaşvili adına gürcüstan dövlət dram teatrı indi həmin binada yerləşir. "mir", "araks", "avlabar-palas", "auditoriya" adlanan mədəniyyət ocaqlarında, azəri türklərinin sıx yaşadıqlan ortaçala, şeytanbazar, havlabar məhəllələrindəki münasib binalarda da tamaşalar oynanılıb. 1875-ci ildə "əkinçi", bir qədər sonra "ziya" qəzetlərinin nəşri, tiflis mədəni mühitinin tərəqqisi, əcnəbi teatr truppalarının buraya müntəzəm qastrolları xix əsrin sonlarında və xx əsrin ilk onilliyində azərbaycan səhnə sənətinin inkişafına güclü təkan verib. tiflisdə daimi olmasa da, vaxtaşırı birləşib tamaşalar hazırlayan fədakar teatr həvəskarlarının yığcam dəstəsi yaranmışdı. həmin dəstəyə mirzəli abbasov, mirzəxan quliyev, paşa bəy hüseynov, osmanağa qabulov, mirzə abdulla abdullazadə, müslüm ibrahimov, hüseyn minasazov, qulam vahabov, məşədi yusif, hüseyn çıldırov, məmmədtağı ələsgərov, ağasəf axundzadə daxil idilər. müxtəlif sahələrdə çalışan ziyalılardan mirzə seyfəddin, eynalı bəy sultanov, məhəmməd ağa şahtaxtlı, behbud şahtaxtlı, cəlil məmmədquluzadə, firudin bəy köçərli teatr tamaşalarının hazırlanmasma yaxından köməklik və diqqət göstərirdilər. 1908-1920-ci illər arasında bakının hüseyn ərəblinski, sidqi ruhulla, mirzağa əliyev, hüseynqulu sarabski, əhməd ağdamski, əbülfət vəli kimi şöhrətli aktyorlarının tiflisə vaxtaşırı qastrolları şəhərdə milli teatr sənətimizin tərəqqismə təkan verib. bu dövrdə tiflisdə əvvəlcə "müsəlman teatr artistləri cəmiyyəti", az sonra "səadət", "ittihad" və "ibrət" teatr dəstələri fəaliyyət göstəriblər. truppalara həbib bəy köçərlinski, əşrəf yüzbaşov, mirseyfəddin kirmanşahlı panfiliya tanailidi, rza təhmasib, mustafa mərdanov, möhsün cəfərov (sənani), ibrahim isfahanlı, əli qurbanov, ələkbər seyfi kimi istedadlı gənclər üzv olublar. 1900-1920-ci illərdə göstərilən tamaşalara rejissorlugu, əsasən, mirzəli abbasov, mirzəxan quliyev, məmmədtağı ələsgərov, mirseyfəddin kirmanşahlı, mustafa mərdanov ediblər. daha tez-tez mirzə fətəli axundzadənin "hacı qara", "lənkəran xanının vəziri", nəcəf bəy vəzirovun "hacı qəmbər", "müsibəti-fəxrəddin", "daldan atılan daş topuğa dəyər", səkinə axundzadənin "zülmün səmərəsi", nəriman nərimanovun "dilin bəlası" ("şamdan bəy"), "nadir şah", əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq", "ağa məhəmməd şah qacar", "millət dostları", rəşid bəy əfəndiyevin "qan ocağı", "qonşu qonşu olsa, kor qız ərə gedər", sultannıəcid qənizadənin "xor-xor", "dursunəli və ballıbadı" komediyaları, faciələri və məsxərələri tamaşaya qoyulub. tərcümə əsərlərindən tamaşaçılar vilyam şekspirin "otello" (otello - mirzəli abbasov), namiq kamalın "akif bəy", "vətən", "bəxtsiz bala", şəmsəddin saminin "dəmirçi gavə", jan batist molyerin "jorj danden", "zorən təbib", henrix heynenin "əl mənsur", nadejda loxmanovanın "napoleon bonapartın ölümü", ivan turgenevin "pulsuzluq", vano mçedaşvilinin "qaçaq kərəm", fransua volterin "sultan osman, beytülmüqəddəs hökmdarı", s.lanskoyun "qəzavat", fridrix şillerin "qaçaqlar", "məkr və məhəbbət", niko-lay qoqolun "müfəttiş" pyeslərinin səhnə həllinə daha çox maraq göstərirdilər. 1909-cu ildən başlayaraq müxtəlif teatr dəstələri üzeyir bəy hacıbəyovun "leyli və məcnun", "şeyx sənan", "şah abbas və xurşid banu", "əsli və kərəm", "ər və arvad", "məşədi ibad", "arşın mal alan", zülfüqar bəy hacıbəyovun "aşıq qərib", "evliykən subay", "əlli yaşında cavan" opera yə operettalarını öz repertuarına daxil edib.</Page><Page Number="212">1918-1921-ci illərdə tiflisdə yerli teatr həvəskarları "ittihad" və "ibrət" dəstələrinin ətrafında cəmləşiblər. onların müxtəlif səhnə fədailəri irana və türkiyəyə qastrollara gediblər. tamaşalar daha tez-tez göstərilib. repertuara cəfər cabbarlının "ədirnə fəthi", "trablis müharibəsi", "bakı müharibəsi", cəlil məmmədquluzadənin "ölülər", rza zaki lətifbəyovun "köhnə türkiyə", isa bəy aşurbəylinin "azərbay və can" əsərlərinin tamaşaları daxil edilib. "ittihad" və "ibrət" o vaxt gürcüstanda işləyən əbdürrəhim bəy haqverdiyevin təşəbbüsü ilə birləşəndən sonra azərbaycanlı teatr həvəskarlarının tamaşa afişalarına bu adlar yazılıb: "tiflis türk dram cəmiyyəti aktyorları", "tiflis tünc aktyorları". 1921-ci ilin axırlarında get-gedə güclənən tiflis azərbaycan teatrı özünə dövlət statusu almaq üçün səylə çahşıb. kollektiv hökumət komissiyasma göstərmək üçün türk ədibləri hüseyn bədrəddinlə məhəmməd rüfətin "əmir əbül üla" dramını seçmişdi. tamaşanın quruluşçu rejissoru mirseyfəddin kirmanşahlı idi və əbül ülanı da özü oynayıb. sınaq tamaşasında digər əsas rolları ibrahim isfahanlı (əbu dəyyab), tərlan xanım (zübeydə), mirzəli abbasov (səyyah), ismət xanım əliyeva (rəbiyyə), əhməd salahlı (məsud), əsgər naxçıvanlı (sərkərdə) ifa ediblər. zövq və peşəkarlıqla hazırlanmış "əmir əbül üla" tamaşası rustaveli teatrının binasında göstərilib. tamaşaya hökumət nümayəndələri, həmçinin gürcü, rus, abxaz, acar ziyalıları baxıblar. 1922-ci ilin əvvəllərində kollektivə mirzə fətəli axundzadə adına tiflis dövlət türk dram teatrı (tdtdt) adı verilib. teatr uzun illər öz tamaşalarını cümə günləri rustaveli teatrında, sonralar nəriman nərimanov klubunda göstərib. tiflis dövlət türk (azərbaycan) teatrı özünün 25 illik fəaliyyətində ziddiyyətli, tərəddüdlü və əsasən, uğurlu, səmərəli yaradıcılıq yolu keçib. teatr daim əlvan və zəngin repertuar uğrunda axtarışlar aparıb, dram, komediya və faciə janrlarında dəyərli tamaşalar hazırlaya bilib. müxtəlif illərdə bu sənət ocağında ibrahim isfahanlı, aleksandr tuqanov, yusif yulduz, əli şahsabahlı, isfəndiyar hüseynov, mirseyfəddin kirmanşahlı, aşır bilalov, əlihüseyn rzayev baş rejissor və quruluşçu rejissor kimi çalışmışlar. tiflis dövlət azərbaycan dram teatrının yaradıcılığını iki dövrə bölmək olar. birinci dövrdə (1922-1930) teatr, əsasən, romantik üslubda inkişaf edib və bu sənət estetikasının prinsiplərini poetika göstəriciləri kimi formalaşdırmağa çalışıb. ikinci dövrdə (1931-1947) isə sənət ocağı romantik üslubunu realizmə qovuşdurmağa çalışıb və yeni teatr poetikasını yaratmaq yolunda səy və cəsarətlə addımlayıb. birinci dövrdə tdat öz repertuarının aparıcı mövzu və üslub xəttini hüseyn cavidin "iblis", "şeyx sənan", "knyaz", "afət", "uçurum", "topal teymur", cəfər cabbarlının "od gəlini", "aydın", "oqtay eloğlu", "sevil", cəlil məmmədquluzadənin "ölülər", süleyman sani axundovun "eşq və intiqam", nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin", vilyam şekspirin "hamlet", "otello", əbdürrəhim bəy haqverdiyevin "pəri cadu", leonid andreyevin "həyati-bəşər", adolf d'enneri və germonun "iki yetimə", fridrix şillerin "məkr və məhəbbət", aleksandr ostrovskinin "gəlir mənbəyi", boris lavrenyovun "hücum", vasili şkvarkinin "casus", konstantin trenyovun "düşmənlər" ("lyubov yarovaya"), karl qutskovun "uriel akosta", anatoli lunaçarskinin "şahın bərbəri", şəmsəddin saminin "dəmirçi gavə", biçer stounun "tom dayının koması", nəriman nərimanovun "nadir şah" əsərlərinin tamaşaları əsasında qurub. eyni zamanda mirzə fətəli axundzadənin komediyaları, üzeyir bəy hacıbəyovun operaları və operettaları oynanılıb. ikinci dövrdə teatr birinci mərhələdə hazırladığı tamaşaların əsaslarını yeni quruluşda hazırlayıb. mirzə fətəli axundzadənin, jan batist molyerin, nəcəf bəy vəzirovun komediyalarına üstünlük verilib. müasir mövzulu pyeslərin tamaşası teatrın diqqət mərkəzində durub. üslub və forma axtarışlarında rejissura konsepsiyası ilk növbədə cəfər cabbarlının "sevil", "almaz", "yaşar", mirzə ibrahimovun "məhəbbət", "həyat", kabit rəhmanın "toy", "xoşbəxtlər", "aşnalar", yerli dramaturq rza şahvələdin "dağlılar", "kamal", "gülşən ana", rəsul rzanın "vəfa" kimi müasir həyatdan, dövrün müxtəlif ictimai-sosial, mənəvi-əxlaqi problemlərindən bəhs edən pyeslərin səhnə təcəssümündə bədii həllini tapıb.</Page><Page Number="213">tərcümə əsərlərindən lope de veqanın "qoyun bulağı", tur qardaşlarının "üzləşdirmə", georgi mdivaninin "vətən namusu", şalva dadianinin "qığılcım", aleksandr korneyçukun "platon kreçet", avksenti saqarelinin "kinto", konstantin simonovun "bizim şəhərli oğlan", sandro şanşiaşvilinin "anzor", tarixi mövzuda yazılmış səməd vurğunun "vaqif", "fərhad və şirin", süleyman rüstəmin "qaçaq nəbi", heydər ismayılovun "koroğlu", əli şahsabahlının "rüstəm və söhrab", zeynal xəlilin "qatır məmməd", mehdi hüseynin "nizami" əsərlərinin tamaşaları da repertuara mövzu əlvanlığı gətirib. teatr bu illərdə üzeyir bəy hacıbəyovun muğam operalarından əlavə, bəstəkarın "koroğlu" əsərini də oynayıb. rejissor yusif yulduzun quruluş verdiyi hüseyn cavidin "səyavuş" (1936, 11 oktyabr) və vilyam şekspirin "otello" (1936, 16 oktyabr) faciələrinin tamaşaları monumental romantizın üslubunda hazırlanmış parlaq sənət nümunələri olub. "səyavuş "da əsas obrazları bakıdan dəvət olunmuş ülvi rəcəb (səyavuş), mərziyə davudova (südabə), "otello"da baş rolları ülvi rəcəb (otello), əsgər babayev (yaqo), reyhan tağıyeva (emiliya), nübar (nvard) əlixanova (dezdemona), ağa məmmədov (montano) ifa ediblər. tiflis teatrının səhnəsində göstərilən ayrı-ayrı tamaşalarda əsas rolları oynamaq üçün bakıdakı amdt-dən abbasmirzə şərifzadə, mirzağa əliyev, mərziyə davudova, möhsün sənani, rza əfqanlı kimi şöhrətli aktyorlar dəvət olunublar. teatrın truppasında müxtəlif illərdə tanınmış aktyorlardan ülvi rəcəb, panfiliya tanailidi, əli qurbanov, əli şahsabahlı, reyhan tağıyeva, ibrahim isfahanlı (gürcüstanın xalq artisti), ağa məmmədov, nəcibə məlikova, əhməd salahlı, həmçinin sona qədər tiflisdə işləyən abbas qurbanov, əli bayramov, muqu zamanov, sara zeynalova, qara nəzərli, srubi qaraqaş, baba zeynallı, ibrahim azəri, kazım zeynallı, osman həqqi, məmmədağa rzayev, nəso məmmədov, nurəddin rzayev, israfil qarayev, fərrux qurbanov, fatma gəncinskaya, əbiş qasımov və başqaları işləyiblər. 1934-cü ildə tiflis teatrının böyük bir qrupu gürcüstanın türklər yaşayan adıgün şəhərində səyyar kolxoz və sovxoz teatrı yaratmağa ezam olunublar. səyyar truppaya ibrahim isfahanlı rəhbərlik edib. adıgün səyyar kolxoz və sovxoz teatrı 1936-1937-ci il teatr mövsümündə tiflisə köcürülüb və bir müddət sonra bağlanıb. onun aktyorları yenidən tiflis dövlət azərbaycan teatrının truppasına qəbul  olunublar. 1945-ci ildən sonra bir növ yarı səyyar fəaliyyət göstərən tiflis teatrı "jantaberinin qızı", "ünzülə", "dağlılar", "evlənmə", "fövqalədə qanun", "arşın mal alan", "məşədi ibad", "əsli və kərəm", "aşıq qərib"... tamaşalarının bəzilərini təzə, bir qisınıni təkrar quruluşda hazırlasa da, ciddi sənət nailiyyətləri qazana bilmirdi. kollektivin yaradıcı heyəti dövlət himayəsindən məhrum olduğuna görə dağılmışdı. 1946-cı ilin 25 aprelində sənət ocağının cəmi 25 ştatı vardı. teatrın əksər aktyorları azərbaycanın əyalət teatrlarına səpələnmişdilər. gürcüstan respublikasının kollektivə göstərdiyi laqeyd münasibət gündən-günə daha da artırdı. buna görə teatr, demək olar, tiflisin özündə nadir hallarda tamaşa oynaya bilirdi. neçə illərdən bəri dövlət teatrının klub səviyyəsində olan binası yarıtmaz hala düşmüşdü və truppanı oradan əlverişli binaya köçürmək şəhər məmurlarından kimsəni maraqlandırmırdı. ciddi müqavimətlərə rast gələn, inzibati çətinliklərə düçar olan tiflis azərbaycan dövlət dram teatrı 2 yanvar 1947-ci ildə öz fəaliyyətini dayandırmaq məcburiyyətində aldı. uzun fasilədən sonra 1998-ci il mayın 17-də gürcüstan respublikasının prezidenti eduard şevardnadze tiflisdə azərbaycan dövlət dram teatrının bərpası üçün fərman imzaladı. ancaq gürcüstan respublikasının əlaqədar nazirliklərdə çalışan məmurlarının laqeydliyi ucbatından bu teatr indiyədək bərpa olunmayıb.</Page><Page Number="214">tiflis azərbaycan teatrinda  aktyor və rejissor yaradiciliği  birinci dərs  mirzəli abbasov (1874-3.11.1943)  tiflis azərbaycan teatrının ilk peşəkar aktyorlarından biri olan mirzəli (əlibala) hacı abbas oğlu abbasov 1874-cü ildə tiflis şəhərində doğulub. aktyor həmçinin böyük istedada malik təşkilatçı, bacarıqlı kollektiv rəhbəri, istedadlı rejissor və səriştəli dramaturq idi. gündüzlər ev-ev gəzib köhnə xalçaların üzülmüş ilmələrini təmir və bərpa edən səhnə həvəskarı axşamlar bütün vaxtını və gücünü teatr sənətinin inkişafına yönəldirdi. qazandığı pulları səhnəmizin tərəqqismə xərcləyir, yeni-yeni gəncləri teatr sənətinə bağlayırdı. 1905-ci ildən tiflis "müsəlman dram heyəti "nin təşkilat-çılarından və fəal üzvlərindən olub. 1920-ci ilə qədər müxtəlif truppaların tamaşalar oynaması üçün binaları əsasən mirzəli abbasov kirayə götürürdü. hər dəfə də özünün qızıl saatını girov qoyurdu". səhnəyə ilk dəfə 1898-ci ildə mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" komediyasında fərman rolu ilə çıxıb. ömrünün sonuna qədər doğma səhnədən ayrılmayıb. gürcüstanın əməkdar artisti fəxri adı ilə təltiflənib (1928). 1924-cü ildə tiflis teatr içtimaiyyəti onun səhnə fəaliyyətinin 25 illiyinin yubileyini keçirib. mirzəli abbasovun ifa etdiyi əsas rollar bunlardır: barxudar ("namus", aleksandr şirvanzadə), otello ("otello", vilyam şekspir), əl mənsur ("əl mənsur", henrix heyne), nadir şah ("nadir şah", nəriman nərimanov), ixtiyar, salomon, şeyx sənan ("iblis", "knyaz" və "şeyx sənan", hüseyn cavid), heydər bəy ("hacı qara", mirzə fətəli axundzadə), ağa məhəmməd şah qacar, hacı səməd ağa, nəcəf bəy ("ağa məhəmməd şah qacar", "bəxtsiz cavan" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), səyyah ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), fərhad və gavə ("dəmirçi gavə", şəmsəddin sami), əbu übeyd və altunbay ("od gəlini", cəfər cabbarlı) baba ("qanlı səhra", ələkbər seyfinin təbdil-tərcüməsi), qaraulov ("özgə uşağı", vasili şnvarkin), ocaqqulu ("almaz", cəfər cabbarlı), qraf ("iki yetimə", adolf d'enneri və germon), müxtəlif illərdə mirzə cəlilin "ölülər", nəriman nərimanovun "nadir şah", vano mçedaşvilinin "qaçaq kərəm", şəmsəddin saminin "dəmirçi gavə", əbdürrəhim bəy haqverdiyevin "dağılmış tifaq", "bəxtsiz cavan", mirzə fətəli axundzadənin "hacı qara", nəcəf bəy vəzirovun "hacı qəmbər", "ağa kərim xan ərdəbili", süleyman rüstəmin "qaçaq nəbi", vilyam şekspirin "hamlet", "otello", üzeyir bəy hacıbəyovun "məşədi ibad", "leyli və məcnun", "arşın mal alan", zülfüqar bəy hacıbəyovun "əlli yaşında cavan" əsərlərini quruluşçu rejissor kimi tamaşaya hazırlayıb. mirzəli abbasov istedadını dram janrında da sınaqdan çıxarıb. o, "sultan mahmud qəznəvi və firdovsi", "dövreyi-səltənəti-ənuşirəvani-adil, yaxud taci kəsra", "fəxrəddin kişi", "məhəmmədəli şah", "yusif və züleyxa" pyeslərini qələmə alıb. bu dram əsərləri həm tiflisin, həm də bakının müxtəlif teatr truppalarında tamaşaya qoyulub. mirzəli abbasov 1910-cu ildən başlayaraq tiflisdəki teatr dəstəsini yığcam repertuarla qastrollara aparmışdır. bu baxımdan dəstənin batum, irəvan, iran (əsasən, təbriz şəhəri) səfərləri uğurlu olub. onlar təbriz şəhərində bir neçə dəfə olublar. xüsusi teatr təhsili olmasa da, mirzəli abbasov səhnə sənətinin sirlərini dərindən bilirdi. tiflis dövlət azərbaycan dram teatrının neçə-neçə qabiliyyətli aktyorunu teatr sənətinə mirzəli abbasov bağlamışdır.</Page><Page Number="215">mirzəxan quliyev  aktyor və rejissor olub. tanınmış teatr xadimlərindən mustafa mərdanov, möhsün sənani, reyhan tağıyeva kimi tanınmış aktyorlarda səhnə sənətinə ilk məhəbbəti mirzəxan quliyev oyadıb. o, həvəskar aktyorluğa xix əsrin sonlarından başlayıb. aktyor təbiəti etibarilə yumora meyilli olub. yaradıcılığı komediya janr-üslubunda daha parlaq şəkildə təcəssüm tapıb. gəncliyində şəbihgərdan kimi də tanınıb. özü həm şəbih tamaşalarının və əza qafiləsinin rejissoru olub, həm də bu mərasimlərdə aktyor kimi çıxış edib. mirzəxan quliyev səhnədə seyfulla ("xor-xor"), dursunəli ("dursunəli və ballıbadı"), təbib ("zorən təbib"), jorj danden ("jorj danden"), cəbi və hacı qəmbər ("yağışdan çıxdıq, yağmura düşdük"), muradxan və orduxan ("əlli yaşında cavan"), qubad ("dəmirçi gavə"), mirzə mehdi ("nadir şah"), vəli ("arşın mal alan"), hambal ("məşədi ibad"), kərəməli və xəlil yüzbaşı ("hacı qara"), dərviş məstəli şah ("müsyö jordan və dərviş məstəli şah") rollarında daha böyük uğurlar qazanıb. onun aktyorluq ifadə vasitələri səmimiyyəti, xalq meydan tamaşalarına bağlılığı, hərəkətlərinin plastik zərifliyi ilə seçilib. mirzəxan quliyev rejissor kimi də səmərəli işlər görüb. mirzə fətəli axundzadənin "hacı qara", "lənkəran xanının vəziri", "müsyö jordan və dərviş məstəli şah", sultanməcid qənizadənin "xor-xor", rəşid bəy əfəndiyevnin "qonşu qonşu olsa, kor qız ərə gedər", "qan ocağı", nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin", "hacı qəmbər", üzeyir bəy hacıbəyovun "məşədi ibad", "arşın mal alan" əsərləri onun quruluşunda tiflis teatrında uğurla oynanıb.    əşrəf yüzbaşov (1880-1938)  şamaxıda doğulub və tiflisə on iki yaşında gəlib. ictimai-siyasi fəallıqla bərabər, ilk növbədə aktyorluq sənətinə bağlanıb. əşrəf yüzbaşovun şeytanbazardakı dərzi dükanı teatrsevərlərin gur yığnaq yerlərindən biri idi. səhnəyə iyirminci əsrin əvvəllərində çıxıb və müəyyən fasilələrlə tiflis teatrının həvəskarlar dəstəsində və dövlət səhnə ocağında çalışıb. truppanın formalaşmasında səmərəli işlər görüb. aktyorların iran və türkiyə ölkələrinə qastrol səfərlərində yaxından iştirak edib. müəyyən dövrlərdə quruluşçu rejissor kimi də fəaliyyət göstərib. milli teatr sənətimizin tiflisdəki tərəqqisində, xüsusən 1910-1920-ci illərdəki inkişafında müstəsna xidmətləri var. gürcüstan respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. həvəskar və peşəkar aktyor kimi əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan", "yeyərsən qaz ətini, görərsən ləzzətini" (hacı səməd ağa, hacı mehdi), şəmsəddin saminin "dəmirçi gavə" (qubad və zöhhak), vilyam şekspirin "otello" (brabansio), fridrix şillerin "qaçaqlar" (qoca moor), hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" (səyyah), "o olmasın, bu olsun" (məşədi ibad), ehrabinin "məmmədəli şah qacar, yaxud ləkkeyi təxti kəyan" (siqqətülislam), mehdi bəy hacınskinin "sultan əbdüləziz, yaxud osmanlı inqilabı" (qraf iqnatyev), cəlil məmmədquluzadənin "ölülər" (şeyx əhməd) əsərlərinin tamaşalarında çıxış edib.   məmmədtaği ələsgərov (1890-1918)  məmmədtağı məşədi həsən oğlu ələsgərov tiflisdə doğulub. səhnəyə həvəskar aktyor kimi ilk dəfə 1905-ci ildə çıxıb. azərbaycan teatr həvəskarlarının cəm olduqları "ittifaq" ("müsəlman</Page><Page Number="216">dram cəmiyyəti"), "ibrət" və "ittihad" dəstələrində həm aktyorluq edib, həm də rejissor kimi fəaliyyət göstərib, tamaşalar hazırlayıb. özünün təşkilatçılıq bacarığı, işləmək ehtirası ilə seçilib. məmmədtağı ələsgərov tiflis azərbaycan teatrında dramatik, komik səciyyəli, faciə xarakterli rollar oynayıb. əsas rolları: heydər bəy ("hacı qara", mirzə fətəli axundzadə), kərəm ("qaçaq kərəm", vano mçedaşvili), zöhhak və birinci zabit ("dəmirçi gavə", şəmsəddin sani), musa, tavad sereteli, ələsgər ("bəxtsiz cavan", "ağa məhəmməd şah qacar" və "yeyərsən qaz ətini, görərsən ləzzətini", əbdürrəhim bəy haqverdiyev), rodriqo ("otello", vilyam şekspir), kərim ("qan ocağı", rəşid bəy əfəndiyev), süleyman və əsgər, rüstəm bəy ("arşın mal alan", "məşədi ibad", üzeyir bəy hacıbəyov), hüseyn ovni paşa ("sultan əbdüləziz, yaxud osmanlı inqilabı", mehdi bəy hacınski), rüstəm ("səd ibn vəqqas", mirzə məmməd axundzadə), şatilyon ("sultan osman", mari fransua volter), gürcü bəy, bayraməli bəy və nadir şah ("nadir şah", nəriman nərimanov), əbu dəyyab və birinci ərəb ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), bayraməli, əşrəf bəy ("hacı qəmbər" və "ev tərbiyəsinin bir şəkii", nəcəf bəy vəzirov). tiflis teatrında nəriman nərimanovun "nadir şah", nəcəf bəy vəzirovun "hacı qəmbər", vano mçedaşvilinin "qaçaq kərəm", əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan", "hacı murad" ("yeyərsən qaz ətini, görərsən ləzzətini"), sultanməcid qənizadənin "xor-xor", "dursunəli və ballıbadı", rəşid bəy əfəndiyevnin "qan ocağı", zülfüqar bəy hacıbəyovun "əlli yaşında cavan", hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla" əsərlərinin quruluşçu rejissoru olub. məmmədtağı ələsgərov 1917-ci ildə aktyor dostları ilə təbriz şəhərində qastrolda olarkən xəstələnib. teatr vurğunu həmin xəstəlikdən də dünyasını dəyişib.</Page><Page Number="217">tiflis azərbaycan teatrinda  aktyor və rejissor yaradiciliği  ikinci dərs  mirseyfəddin kirmanşahli (1892-1933)  milli səhnə sənətimizin xüsusi aktyorluq təhsili almış qüdrətli aktyorlarından biri də mirseyfəddin kirmanşahlıdır. aktyorluq yaradıcılığında romantik aktyor məktəbinin poetika prinsiplərinə üstünlük verib. rejissor yaradıcılığında isə monumental romantik və möhtəşəm realist forma-üslub vasitələrinin ikisindən də istifadə edib. ruhən, düşüncə tərzinin fəlsəfi dərinliyinə görə düşündürücü romantikaya və insanı mənəvi təkamülə səsləyən faciələrin həyati realizmınə təfəkkür genişliyi, idrakin həyati realizmi ilə yanaşıb. iranın kirmanşah şəhərində xırda tacir ailəsində anadan olub. 1908-ci ildə tiflisə gəlib və şəhərə gəlişindən az sonra teatra ciddi maraq və sönməz həvəs göstərib. burada "müsəlman dram truppası"nda, sonralar "ibrət" və "ittifaq" truppalarında fəaliyyət göstərib. ilk aktyorluq təhsilini tiflisdə rus teatrə nəzdindəki studiyada alıb. fars və ərəb dillərində sərbəst danışan mirseyfəddin kirmanşahlı tezliklə tiflisdə rus dilini də oyrənib. aktyorun digər səhnə həmkarlarından fərqli cəhətlərindən biri və bəlkə də birincisi o idi ki, kirmanşahlı milli teatrımızı canlı proses kimi dünya teatr sənətinin kontekstində gorür, onun uğur və uğursuzluqlarını məhz həmin prizınadan təhlil edir, dəyərləndirməyə çalışırdı. mirseyfəddin kirmanşahlı aktyor və rejissor yaradıcılığına elmi prinsiplər əsasında qiymət verməyə səy göstərən ilk sənətkarlarımızdandır. onun tiflis şəhərindəki yaradıcılığını iki mərhələyə ayırmaq olar. müxtəlif truppalardakı və teatr dəstələrindəki yaradıcılığı; ikincisi, dövlət teatrlarındakı fəaliyyəti. hər iki dövrdə o, həm aktyor, həm də rejissor kimi çalışmışdır. həvəskarlıq dövründə əbül üla ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət ), fərhad və pərviz ("dəmirçi gavə", şəmsəddin sami), akif bəy ("akif bəy", namiq kamal), əl mənsur ("əl mənsur", henrix heyne), qaçaq kərəm ("qaçaq kərəm", vano mçedaşvili), qurban, ağa məhəmməd xan ("pəri cadu" və "ağa məhəmməd şah qacar", əbdürrəhim bəy haqverdiyev), isgəndər ("ölülər", cəlil məmmədquluzadə), əsgər, həsən bəy ("arşın mal alan" və "məşədi ibad", üzeyir bəy hacıbəyov), heydər bəy ("hacı qara", mirzə fətəli axundzadə), ömər ("nadanlıq", nəriman nərimanov) rollarını oynayıb. bu illərdə o, truppanın istanbul qastrolunun rəhbərlərindən biri olub (1918- 1919). üzeyir bəy hacıbəyovun "əsli və kərəm", "arşın mal alan", "məşədi ibad", henrix heynenin "əl mənsur", əbdürrəhim bəy haqverdiyevin "ağa məhəmməd şah qacar", "pəri cadu", "bəxtsiz cavan", zülfüqar bəy hacıbəyovun "evliykən subay", "əlli yaşında cavan", şəmsəddin saminin "dəmirçi gavə", sultanməcid qənizadənin "xor-xor" əsərlərinə quruluşlar verib. 1922-ci ildə kollektiv tiflis dövlət türk dram teatrı adlanıb. kirmanşahlı dramaturqlardan hüseyn cavidin "iblis" faciəsinə, jan batist molyerin "cancur səməd" və "jorj danden" komediyalarına, böyükağa talıblının "kef içində" dramına quruluşlar verib. truppada arif, cəlal ("iblis" və "uçurum", hüseyn cavid), isgəndər ("ölülər", cəlil məmmədquluzadə), bələdiyyə rəisi ("müfəttiş", nikolay qoqol) kimi mürəkkəb dramatik rollar ifa edib. 1924-cü ildə moskvada ikiillik təhsilini başa vuran mirseyfəddin kirmanşahlı bakıya, milli dram teatrının sərəncamına göndərilib. o, altı il bu teatrda rejissor və aktyor kimi çalışıb. mirseyfəddin kirmanşahlı 1928-1929-cu illərdə tiflis addt-də baş rejissor işləyib və cəfər cabbarlının "od gəlini", "aydın", vladimir kirşonun "küləklər şəhəri", hüseyn cavidin "uçurum", "şeyx sənan", "iblis",vilyam şekspirin "hamlet" pyeslərini fərqli janr-üslub prinsiplərində tamaşaya hazırlayıb. bu teatrda elxan ("od gəlini"), isgəndər ("ölü1ər"), rodriqo ("otello"), eyniadlı faciələrdə aydın və nadir sah rollarını oynayan aktyor 1930-cu ilin əvvəlində bakıya, amdt-yə qayıdıb. az sonra isə akademik teatrdan incik düsərək iranın tehran şəhərinə gəlib və</Page><Page Number="218">burada teatr dəstəsinə rejissor qəbul olunub. bir müddət təbriz şəhərində fəaliyyət göstərən "ariyan" teatr truppasına da inamla və qətiyyətlə rəhbərlik edib. yenidən tehrana qayıdıb və burada "cameyi bərbət", "nəkisa" teatrlarında yorulub usanınadan coşğun fəaliyyət göstərib. tək yaşayan mirseyfəddin kirmanşahlı 1933-cü ildə öz mənzilində müəmmalı şəkildə vəfat edib. mirseyfəddin kirmanşahlı hələ bakıda olarkən "bismillah", "gilan qızı" filmlərinə çəkilmişdir. müxtəlif fasilələrlə bakı teatr məktəbində aktyor sənətindən, səhnə danışığından dərs demişdir.  * * *  ələkbər seyfı   tiflis şəhərində doğulub. "ittifaq" məktəbində təhsıl alıb. səhnəyə ilk dəfə şagırd vaxtı,  1914-cü ilin əvvəllərində "dəmirçi gavə" (şəmsəddin sami) tamaşasında bəhram rolunda çıxıb. bundan sonra məktəb tamaşalarında kiçik rollar oynayıb. 1917-ci ildə "ibrət" dram dərnəyinə üzv olub. truppanın yaradıcı heyətinə çox tez isinişib. tezliklə o, əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (hafizə xanım), vano mçedaşvilinin "qaçaq kərəm" (feyzulla), şəmsəddin saminin "dəmirçi gavə" (pərviz), nəriman nərimanovun "nadir şah" (rzaqulu xan), nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (mahmud bəy), hüseyn cavidin "maral (cəmil bəy), üzeyir bəy hacıbəyovun "arşın mal alan" (vəli və telli), isa bəy aşurbəylinin  "azərbay və can" (can),  cəlil məmmədquluzadənin "ölülər" (müəllim), nəcəf bəy vəzirovun "hacı qəmbər" (yetər) pyeslərinin tamaşalarında çıxış edib.  ələkbər seyfi 1922-ci ildən başlayaraq tiflis dövlət azərbaycan dram teatrında yeddi il işləyib. bu dövrdə ikinci zabıt ("iblis", hüseyn cavid), şeyx abuzər və serqo ("şeyx sənan", hüseyn cavid), pyotr ivanoviç ("müfəttiş", nikolay qoqol), vəli ("arşın mal alan", üzeyir bəy hacıbəyov), cücə ("topal teymur",  hüseyn cavid),  kərəməli ("hacı qara", mirzə fətəli axundzadə), hambal ("məşədi ibad", üzeyir bəy hacıbəyov), əşrəf ("hacı qəmbər", nəcəf bəy vəzirov), əbdüləli bəy ("sevil", cəfər cabbarlı) rollarını oynayıb. ələkbər seyfi 1929-cu ildə bakı türk işçi teatrına dəvət alıb.  əhməd salahlı  yaradıcılığı gəncə, amdt və tit ilə bağlıdır. səhnəyə ilk dəfə 1911-cı ıldə tiflis şəhərində çıxıb. o vaxtdan 1921-ci ilə kimi "ittihad" və "ibrət" truppalarında, birləşmiş teatr dəstəsində aktyorluq edib. tiflis azərbaycan teatrı dövlət statusu alandan sonra müəyyən dövrlərdə (1922-1930 və 1941-1947) bu kollektivdə aktyorluq edib. azərbaycan respublikasının əməkdar artisti (1940) olub. əhməd salahlı tiflis teatrında dram tamaşalarında arif və iblis, topal teymur, knyaz, platon, əkrəm ("iblis", "topal teymur", "knyaz", "şeyx sənan" və "uçurum", hüseyn cavid), məsud ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), osip ("müfəttiş", nikolay qoqol), vaqif ("vaqif", səməd vurğun), gündüz ("qız qalası", rza şahvələd), de ponti ("iki yetimə", adolf d'enneri və germon), molla abuş ("kef içində", böyükağa talıblı), şeyx əhməd və isgəndər ("ölülər", cəlil məmmədquluzadə), balaş ("sevil", cəfər cabbarlı), opera və operetta əsərlərində nofəl, süleyman ("leyli və məcnun" və "arşın mal alan", üzeyir bəy hacıbəyov) rollarını oynayıb. o, tiflis teatrında rejissorluqla da məşğul olub və "arşın mal alan", etil voyniçin "ovod" ("qan bayramı") əsərlərini, bir sıra digər pyesləri tamaşaya hazırlayıb.  * * *</Page><Page Number="219">milli teatr tariximizin müstəvisində öz yeri olan tiflis azərbaycan dövlət dram teatrının həm həvəskar truppalardan ibarət olduğu dövrlərdə, həm də sonraki fəaliyyət illərində onun inkişaf tarixinə görkəmli fədailərin adları yazılıb. bunların arasında məşhur pedaqoq, müxtəlif teatr dəstələrində aktyorluq və rejissorluq edən eynalı bəy sultanovun, təşkiiatçı və rejissor əbdürrəhim bəy haqverdiyevin, teatrın tərəqqisinə əvəzsiz yardımlar göstərmiş cəlil məmmədquluzadənin, nəriman nərimanovun, jurnalistlər məmmədağa şahtaxtlının (şahtaxtinski), əliqulu qəmküsarın, pedaqoq və dramaturq rəşid bəy əfəndiyevin, maarifpərvər ziyalılar məmmədəli sidqinin, abdulla xəlilovun, məmmədcəfər cəfərovun, ibrahim bəy zeynalovun, şahhüseyn (hüseyn) minasazovun, aktyorluğu peşə seçmiş, ismayıl əliyevin, məmmədhüseyn əliyevin, əsgər ismayılovun, yunis nərimanovun, əziz bədəlovun, hüseyn çıldırovun, cəlil cəmilovun, qasım bayramovun, cahangir həsənovun, yəhya məmmədovun, həbib köçərlinskinin, ismayıl həqqinin, abbasəli kazımovun, həsən əhmədovun, nadir ibrahimovun, əlimirzə nərimanovun, əsgər naxçıvanlının, haşım haşımovun, məmməd ağalarovun, kərim kərimovun... səhnə fəaliyyətləri daha yaradıcı olub. sonralar bakıda aktyorluq və rejissorluq etmiş xalq artistləri mustafa mərdanovun, rza təhmasibin, möhsün sənaninin, əli qurbanovun həvəskar truppanın peşəkarlığa doğru addımlamasında səmərəli əməkləri olub.    tiflis azərbaycan teatrinda  aktyor və rejissor yaradiciliği  üçüncü dərs  tiflis teatrı dövlət statusu alandan sonraki dövrdə yeni və daha peşəkar yaradıcılıq yolu keçib. həvəskar aktyorların əksəriyyəti truppada yaradıcılıqlarını davam etdiriblər. eyni zamanda vaxtaşırı kollektivə yeni-yeni istedadlı gənclər qəbul olunublar. iyirmi beş il ərzində tiflis dadt aktyor və rejissor yaradıcılığında müəyyən yaradıcılıq nailiyyətləri qazana bilib.  * * *  əli şahsabahli (28.3.1896-13.1.1973)  əli fətulla oğlu 28 mart 1896-cı ildə doğulub. tiflis teatrının aparıcı aktyorlarından olub. ermənistanın əməkdar artisti fəxri adını alıb (1945). səhnəyə ilk dəfə 1911-ci ildə həvəskar teatr dəstəsində çıxıb. vaxtaşırı müxtəlif truppaların hazırladıqları tamaşalarda kiçik rollar oynayıb. tiflis azərbaycan dövlət dram teatrının təşəkkülündə və formalaşmasında aktyor və rejissor kimi səmərəli işlər görüb, əhəmiyyətli təşkilatçılıq işi aparıb. əli şahsabahlı tiflis teatrındakı faciə, dram və komediya tamaşalarında əbu übeyd və aqşin, ibad ("od gəlini" və "almaz", cəfər cabbarlı), iblis, keykavus, dərviş, anton ("iblis", "səyavuş", "şeyx sənan" və "knyaz", hüseyn cavid), klavdi ("hamlet", vilyam şekspir), şamil ("şamil", vangelli), lartsev ("üzləşdirmə", lev şeynin), süleyman, kərəm və keşiş ("arşın mal alan" və "əsli və kərəm", üzeyir bəy hacıbəyov), əşrəf bəy ("hacı qəmbər", nəcəf bəy vəzirov), nadir şah ("nadir şah", nəriman nərimanov), seyran ("namus", aleksandr şirvanzadə), baxmetov ("küləklər şəhəri", vladimir kirşon) kimi yaddaqalan rollar oynayıb. tiflis teatrının dövlət statusu aldığı ilk günlərdən həm də truppanın aparıcı rejissorlarından olub. ayrı-ayrı teatr mövsümlərində cəfər cabbarlının "aydın", "od gəlini", "1905-ci ildə", vilyam şekspirin "otello", hüseyn cavidin "şeyx sənan", üzeyir bəy hacıbəyovun "şah abbas və xurşid</Page><Page Number="220">banu", mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri", sandro şanşiaşvilinin "anzor" pyeslərinə səhnə təfsiri verib. əli şahsabahlı 1937-ci ilin sonlarından 1949-cu ilədək irəvandakı cəfər cabbarlı adına azərbaycan dövlət dram teatrında işləyib. bir sıra məşhur pyesləri azərbaycan dilinə tarcümə edib. aktyor və rejissor 13 yanvar 1973-cü ildə irəvanda vəfat edib.  * * *  əsəd xəlilov  tiflis teatrı dövlət sənət ocağı səlahiyyəti almamışdan əvvəl müxtəlif həvəskar teatr dəstələrində çalışıb. teatrın sayılıb-seçilən aktyorlarından idi. kollektivin  hazırladığı üzeyir bəy hacıbəyovun "məşədi ibad" (məşədi ibad), "arşın mal alan" (soltan bəy), cəfər cabbarlının  "aydın" (dövlət bəy), "oqtay eloğlu" (xaspolad), "od gəlini" (altunbay), "sevil" (atakişi və məmmədəli), "almaz" (hacı əhməd), tərcümə əsəri "qanlı səhra" (baba), hüseyn cavidin "şeyx sənan" (keşiş), "topal teymur" (ildırım bəyazid), "knyaz" (knyaz), sandro şanşiaşvilinin "anzor" (anzor), viktor lyubomirovun "talış qızı" (xanlar xan), vladimir kirşonun "küləklər şəhəri" (karoyon), mirzə ibrahimovun "həyat" (süleyman), əbdürrəhim bəy haqverdiyevin "ac həriflər"  (aşpaz həsən) tamaşalarında xarakterik dramatik və komik rollar oynayıb. yaradıcılıq yönü realist aktyor məktəbinin poetika xüsusiyyətlərinə daha uyğun gəlirdi.  abbas qurbanov   tiflis azərbaycan dövlət dram teatrının peşəkar aktyorlarındandır. teatr baglanana qədər onun səhnəsində çalışıb. əməkdar artist idi. sənət ocağının repertuarındakı əksər tamaşalarda iştirak edib. məhərrəm əlizadə və ağası məşədibəyovun "toy kimindir?" (qoşun), məmməd səid ordubadi və fikrət əmirovun "ürəkçalanlar" (quluş bəy), məmməd səid ordubadi və səid rüstəmovun "beş manatlıq gəlin" (kərbəlayı hüseynqulu), üzeyir bəy hacıbəyovun "arşın mal alan" (vəli), sabit rəhmanın "toy" (kərəmov), "xoşbəxtlər" (bərbərzadə) komediyalarında,  mehdi hüseynin "nizami" (qivami), səməd vurğunun "vaqif" (ibranım xan), heydər ismayılovun "koroğlu" (vəzir), rza şahvələdin "qız qalası" (toybəyi), süleyman rüstəmin "qaçaq nəbi", (koxa), mirzə ibrahimovun "həyat" (pardon qurbanəli) "sevil" (atakişi və babakişi), "almaz" (şərif) dramlarında "knyaz" (şakro), "od gəlini" (oddamdı), "şeyx sənan" (serqo) faciələrində, tərcümə pyeslərindən georgi mdivaninin "vətən namusu" (dato), vangellinin "şamil" (musa), vasili şkvarkinin "özgə uşağı" (sençin), əbdülhəq hamidin "hind qızı" (cəlaləddin), viktor lyubomirovun "talış qızı" (əbil xan), jan batist molyerin "jorj danden" (jorj danden), nikolay qoqolun "evlənmə" (patqolosin), lev şeynin və tur qardaşlarının "üzləşdirmə" (quryeviç) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. təbii və şirəli yumor, psixoloji dramatizm abbas qurbanovun yaradıcılığı üçün xarakterik idi.  tərlan xanım   milliyyətcə rus olub və bütün afişa və proqramlarda soyadsız, sadəcə "tərlan xanım" yazılıb. azərbaycanca aydın, sərbəst və ifadəli danışan aktrisa əməkdar artist fəxri adına layiq görülüb (4 mart 1932). səhnəyə xx əsrin əvvəllərində gəlib və tiflisdəki zubalov adına "xalq evi"ndə oynanan tamaşalarda çıxış edib. müxtəlif azərbaycan truppalarında fəal çalışıb və 1910-cu ildən</Page><Page Number="221">"auditoriya"da toplaşan səhnə həvəskarlarının hazırladıqları əksər tamaşalarda qadın rollarını oynayıb. tiflis azərbaycan teatrı dövlət statusu alanda truppanın aparıcı aktrisalarından biri də tərlan xanım idi. aktrisanın doğma teatrın səhnəsində oynadığı onlarca səhnə surəti arasında emiliya və dezdemona ("otello", vilyam şekspir), xubçöhr ("dəmirçi gavə", şəmsəddin sami), kərbəlayı fatma ("ölülər", cəlil məmmədquluzadə), cahan xala ("arşın mal alan", üzeyir bəy hacıbəyov), zibeydə ("əmir əbül üla", hüseyn bədrəddin və məhəmməd rüfət), marqo, əzra ("knyaz" və "şeyx sənan" hüseyn cavid), froşer ("iki yetimə", adolf d'enneri və germon), gülüş ("sevil", cəfər cabbarlı), xupeyçə ("qanlı səhra", təbdil), baxa ("şamil", tərcümə), şpanik ("namus", aleksandr şirvanzadə) obrazları xüsusi yaradıcılıq keyfiyyətləri ilə seçilib.  * * *   tiflis teatrı dövlət dram kollektivi kimi fəaliyyət göstərən dövrlərdə müəyyən fasilələrlə burada çalışan, sonralar nıüxtəlif fəxri adlara layiq görülən əhməd salahlı bakıda və gəncədə, ağa məmmədov, reyhan tağıyeva gəncədə, nəcibə behbudova azərbaycan dövlət musiqili komediya teatrında, səməd mövləvi naxçıvanda, yunis nərimanov bakı opera və balet teatrında, panfiliya tanailidi amdt-də çalışıblar. tiflis azərbaycan dövlət dram teatrında sara zeynalova, bikə quliyeva, fatma gəncinskaya, diləfruz abbasova, qaraqaş srubi, şura xeyranova, şura zeynallı, aktyorlardan cümcüm, isfəndiyar hüseynov, sadıq məmmədov, heydər ismayılov, qara nəzərli, məmmədağa rzayev, nəso məmmədov, nadir ibrahimov, muğu zamanov, əbiş qasımov, hüseyn çıldırov, mirələkbər seyidov (əpiş), əsəd xəlilov, fərrux qurbanov, əli rzayev, osman həqqi, firudin məmmədov, əbil sənani, kazım zeynallı, israfil qarayev, bağır sürhabi, rejissorlardan aşır bilalov, isfəndiyar hüseynov, yusif yulduz, ivarı yevdakımov müxtəlif sənət uğurları qazanıblar. aktyorlardan mirzəli abbasov, ibrahim isfahanlı və əhməd salahlı da tamaşalar hazırlamışlar. yusif yulduzun "od gəlini" və "sevil" əsərlərinə verdiyi quruluşlar teatrın yaradıcılığında mərhələ tamaşaları kimi dəyərləndirilib. o, teatrda monumentalizmın parlaq təcəssümü üçün müəyyən cəsarətli addımlar atıb. tiflis teatrı bağlanandan sonra da bu sənətkarların əksəriyyəti ya müxtəlif teatrlarda işləmiş, ya da mədəniyyətin başqa-başqa sahələrində çalışaraq incəsənətdən ayrılmamışlar. tiflisdə yaşamış və aktyorluq da etmiş rza şahvələd teatrın repertuarının çağdaş əsərlərlə zənginləşməsində səylə çalışıb, kollektivin tamaşalarına çoxlu resenziyalar yazıb. milli səhnəmizin qüdrətli aktyorları, xalq artistləri, akademik milli dram teatrında çalışan əli qurbanov, ismayıl osmanlı, rza əfqanlı, kazım ziya, ömürlərini gəncədə başa vuran ələkbər seyfi, solmaz orlinskaya, müxtəlif illərdə tiflis addt-də işləyiblər. abbasmirzə şərifzadə və mərziyə davudova, ələsgər ələkbərov dəvətlə kollektivin tamaşalarında baş rolları oynayıblar. möhsün sənani 1915-1919-cu illərdə tiflisdəki azərbaycan truppasında çalışıb və məhz burada teatr sənətinə əbədi bağlanıb. bakıdakı akademik teatrda əməkdar artist fəxri adına layiq görülmüş ülvi rəcəb kimi lirik-dramatik, romantik faciə aktyoru 1925-ci ilədək tiflisdə işləyib. tiflis səhnəsində abbasmirzə şərifzadə və mərziyə davudova "otello", "şeyx sənan", "məkr və məhəbbət", "od gəlini" faciələrində otello və dezdemona, şeyx sənan və xumar, ferdinand və luiza, elxan və solmaz rollarını ifa ediblər. əli qurbanovun şveytser ("qaçaqlar"), qalabəyi ("müfəttiş"), niyaz ("pəri cadu"), montano ("otello"), balaxan ("aydın"), şeyx nəsrulla ("ölülər"), rüstəm bəy ("məşədi ibad"), həsən kişi ("baba yurdunda"), dönməz ("od gəlini"), serqo ("şeyx sənan"), rza əfqanlının dövlət bəy ("aydın"), jak ("iki yetimə"), rəbi ("od gəlini"), firqə katibi ("tufan"), ismayıl osmanlının hacı qara ("hacı qara"), pyer ("iki yetimə"), əbu übeyd ("od gəlini"), sadıq ("axmaq"), gildenstern ("hamlet") rolları həm teatrın, həm də aktyorların yaradıcılığında mühüm yer tutur.</Page><Page Number="222">solmaz orlinskaya 1924-1933-cü illərdə burada sevil ("sevil"), ledi milford ("məkr və məhəbbət"), xavər ("iblis"), sona ("hacı qara"), sevər ("oqtay eloğlu"), gültəkin ("aydın"), solmaz ("od gəlini"), süsən ("namus"), xuraman ("vaqif"), jasmen ("knyaz"), ofeliya ("hamlet") rolları ilə teatrın ifaçılıq salnaməsini zənginləşdirmişlər. iyirmi bir yaşında tiflis dadt-nin aparıcı aktyorlarından olan ülvi rəcəb lirik-romantik aktyorluq üslubu ilə tamaşaçıların rəğbətini qazanıb. bu səhnəyə otello ("otello"), frans ("qaçaqlar"), kral ("şahın bərbəri"), dərviş ("şeyx sənan"), ixtiyar ("iblis"), soltan bəy ("arşın mal alan"), məhkəmə sədri lyapkin tyapkin ("müfəttiş") rollarında çıxıb. tiflis teatrının dövlət statusu almaq üçün keçdiyi inkişaf yolunda möhsün sənani, xüsusən mustafa mərdanov və əşrəf yüzbaşov səmərəli işlər görmüşlər. azərbaycanın xalq artisti aleksandr tuqanov (13.3.1871-6.3.1960) tiflis azərbaycan dövlət dram teatrında baş rejissor işləyəndə (avqust 1923-iyul 1924) bu kollektivdə vilyam şekspirin "otello", "hamlet", jan batist molyerin "jorj danden", hüseyn cavidin "iblis", "şeyx sənan", "uçurum", cəfər cabbarlının "oqtay eloğlu", fridrix sillerin "qaçaqlar", üzeyir bəy hacıbəyovun "arşın mal alan", "leyli və məcnun", "əsli və kərəm", hüseyn bədrəddin və məhəmməd rüfətin "əmir əbül üla", böyükağa talıblının "kef içində", mirseyfəddin kirmanşahlının "üç cərəyan", əbdürrəhim bəy haqverdiyevin "pəri cadu", mirzə cəlilin "ölülər", nikolay qoqolun "müfəttiş", namiq kamalın "akif bəy" dram, faciə, opera, operetta və komediyalarına əlvan quruluşlar verib.   ibrahim isfahanli  (1897-13.10.1967)  tiflis azərbaycan peşəkar teatrının formalaşmasında, truppanın dövlət statusu almasında, kollektivin aktyor ansamblının sənətkarlıq səciyyələrinin təkamülündə, romantik aktyor məktəbinin gürcüstanda geniş intişar tapmasında müstəsna xidmətləri olan səhnə fədakarlarından biri də ibrahim isfahanlı olub. aktyor, rejissor və teatr təşkilatçısı idi. xüsusi teatr təhsili görməmişdi, ancaq fitrətən aktyor doğulub, güclü fəhmlə səhnənin hər incəliklərini duyurdu, çağlayan qüdrətli daxili ehtirasdan bacarıqla istifadə edirdi. təxəyyülü qanadlı və ifadəli, emosional-psixoloji daxili aləmi çoxqatlı idi. həyatın ən sərt sınaqları ilə üzləşib, lakin səhnəni heç vaxt tərk etməyib, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə bütün çətinliklərin fövqündə durub. ibtidai məktəb təhsili də görməyib. amma əslən başkeçidin lök candar kəndindən olan anası molla məsmədən yazı-pozunu öyrənərək zəngin mütaliəyə sahib olub. "isfahanlı" onun səhnə təxəllüsüdür. ibrahim hüseyn oğlu hüseynzadə (isfahanlı) 1897-ci ildə tiflisdə doğulub. səkkiz yaşına çatanda atası həsən kişi allah rəhmətinə gedib və anası ibrahimi çəkməçi yanına şəyird verib. o, əlinə pul düşən kimi məhəllə uşaqları ilə zubalov adına xalq evində, artistlər klubunda, gürcü zadəgan (əyanlar) evində azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalara baxıb. özünün yazdığına görə, səhnəyə ilk dəfə 1909-cu ildə sonralar xalq artisti olmuş mustafa mərdanovun və nasir, dramaturq, ilk azərbaycanlı baş rejissor əbdürrəhim bəy haqverdiyevin qayğıları sayəsində çıxıb. elə həmin gündən də səhnəyə, aktyorluq sənətinə möhkəm tellərlə bağlanıb. tiflis azərbaycan teatr dəstəsinin güclü aktyor truppası vardı. 1911-ci ildə həmin dəstə (başqa sözlə, cəmiyyət) iki yerə bölünüb. gürcü əyanlar teatrında yerləşən dəstəyə mirseyfəddin kirmanşahlı rəhbərlik edirdi və bu, ikinci dəstə adlanıb. birinci dəstə zubalov adına xalq evində fəaliyyət göstərirdi və rəhbəri qocaman səhnə fədaisi mirzəli abbasov olub. ikinci dəstənin tamaşaları bədii səviyyələrinə görə daha yüksək idi və burada panfiliya tanailidi, yəhya məmmədov, mustafa mərdanov, nadir ibrahimov, həsən səbri</Page><Page Number="223">abdullazadə kimi səhnə həvəskarları çalışıblar. ibrahim isfahanlı hər iki dəstədə aktyorluq edib, bununla belə əsas rollarını ikinci dəstədə oynayıb. 1917-ci ildə tiflisdə "ittihad" və "ibrət" dram dəstələri vardı və onlar sonradan həmin dövrdə gürcüstanda işləyən əbdürrəhim bəy haqverdiyevin təşəbbüsü ilə birləşib daha kamil truppaya çevrildilər. ibrahim isfahanlı "ittihad"da həm aktyorluq edib, həm də bir rejissor kimi tamaşalar da hazırlayıb. "ittihad" və "ibrət" birləşərək "müsəlman dram artistləri cəmiyyəti" olandan sonra teatr dəstəsinin fəaliyyət dairəsi genişlənib. rəhbərləri mirseyfəddin kirmanşahlı, mirzəli abbasov və mustafa mərdanov, əsas təşkilatçılardan biri ibrahim isfahanlı olmaqla bu dəstə gürcüstanın müxtəlif iri şəhərlərinə acarıstanın batum, azərbaycanın zaqatala, şəki, ağdam, (göyçay, gəncə, türkiyənin istanbul, iranın tehran, rəşt, təbriz, xoy, ənzəli... şəhərlərinə qastrollara çıxıb. xüsusən altı aydan çox çəkən istanbul qastrolu çox uğurlu keçib. 1920-1922-ci illərdə tiflisdə azərbaycan teatrı kollektivinin işində güclü təkamül başlayıb və təbii ki, yeni mərhələyə keçidin önündə gedənlərdən biri də ibrahim isfahanlı olub. ələkbər seyfinin rəhbərliyi və onun rejissorluğu ilə truppanın yığcam bir dəstəsi (əhməd salahlı, əli qurbanov, əsəd xəlilov, ismət xanım, srubi qaraqaş) türkiyənin qars, sarıqamış, ərzurum şəhərlərində uğurlu qastrol tamaşaları göstəriblər. xüsusən 1921-ci il tiflis azərbaycan teatrı üçün yeni mərhələyə keçidin astanası oldu. kollektivin tiflis dövlət azərbaycan dram teatrına çevrilməsi üçün mirzəli abbasov, mirzəxan quliyev, mustafa mərdanov, mirseyfəddin kirmanşahlı ilə bərabər ibrahim isfahanlı da böyük xidmətlər göstərib, coşğun səylə çalışıb. ibrahim isfahanlı teatrın müxtəlif truppalar halında fəaliyyət göstərdiyi illərdə də həvəskar aktyor kimi çoxlu rol oynayıb. hətta həmin rolların əksəriyyətini bir neçə quruluşda ifa edib. aktyorun 1909-1922-ci illərdə səhnəyə çıxdığı obrazların əsas qismi rüstəm, xubçöhr və pərviz ("dəmirçi gavə", şəmsəddin sami), fərhad, tavad sereteli ("bəxtsiz cavan" və "ağa məhəmməd şah qacar", əbdürrəhim bəy haqverdiyev), gürcü bəy, rza bəy ("nadir şah" və "şamdan bəy", nəriman nərimanov), gülçöhrə və əsgər, ibn salam, gülnaz ("arşın mal alan", "leyli və məcnun" və "məşədi ibad", üzeyırbəy hacıbəyov), vəzir mirzə həbib ("lənkəran xanının vəzıri", mirzə fətəli axundzadə), mayor xudaverdi bəy ("hacı qəmbər", nəcəf bəy vəzirov) rollarından ibarətdir. tiflis azərbaycan teatr truppası 1922-ci ildən dövlət türk (azərbaycan - i.r.) dram teatrı kimi yaradıcılığının yeni mərhələsinə qədəm qoydu. teatr səmərəli yaradıcılıq yolu keçərək 1947-ci il yanvar ayının 2-də bağlandı. arada iki il bakıda akyorluq etdiyini çıxmaqla ibrahim isfahanlı əsil peşəkar səhnə ustası kimi zəngin yaradıcılıq irsi formalaşdırıb. həmin illər ərzində ifa etdiyi rollar bədii-estetik səciyyələrinə, oyun peşəkarlığına, ifadə vasitələrinin rəngarəngliyinə görə parlaq sənətkarlıq xüsusiyyətlərini özlərində cəmləşdiriblər. aktyorun ən yaddaqalan səhnə surətləri xlestakov ("müfəttiş", nikolay qoqol), klimantura ("jorj danden", jan batist  molyer),  dəmirqaya,  şeyx  sənan,  iblis,  keykavus ("topal teymur", "şeyx sənan", "iblis" və "səyavuş", hüseyn cavid), yaqo, hamlet ("otello" və "hamlet", vilyam şekspir), elxan, ibad, oqtay, balaş ("od gəlini", "almaz", "oqtay eloğlu" və "sevil", cəfər cabbarlı), vurm və hofmarşal ("məkr və məhəbbət", fridrix şiller), süleyman ("həyat", mirzə ibrahimov), koroğlu ("koroğlu", heydər ismayılov), pyer ("iki yetimə", adolf d'enneri və germon), zöhrak və gavə ("dəmirçi gavə", şəmsəddin sami), nadir şah ("nadir şah", nəriman nərimanov), şahmar bəy, iblis, nəcəf bəy ("baba yurdunda", "pəri cadu" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), general tomson ("hind qızı", əbdülhəq hamid), yaqor, ("vətən namusu", georgi mdivani), nəbi ("qaçaq nəbi", süleyman rüstəm), şapur, vaqif və qacar ("fərhad və şirin" və "vaqif", səməd vurğun), nizami ("nizami", mehdi hüseyn), heybət ("ürəkçalanlar", dramaturq məmməd səid ordubadi və bəstəkar fikrət əmirov) rollarıdır. ibrahim isfahanlı mirzə fətəli axundzadə adına tiflis dövlət azərbaycan dram teatrında qırxdan çox əsəri tamaşaya hazırayıb. bunların arasında üzeyir bəy hacıbəyovun "əsli və kərəm",</Page><Page Number="224">"leyli və məcnun", "şah abbas və xurşid banu" operalarına, "arşın mal alan", "məşədi ibad" operettalarına, zülfüqar bəy hacıbəyovun "aşıq qərib", "əlli yaşında cavan", "evliykən subay", vilyam şekspirin "otello", "hamlet", fridrix şillerin "qaçaqlar", cəlil məmmədquluzadənin "ölülər", mirzə fətəli axundzadənin "hacı qara", "lənkəran xanının vəziri", "xırs quldurbasan", hüseyn cavidin "iblis", "uçurum", "knyaz", "şeyx sənan", "topal teymur", cəfər cabbarlının "od gəlini", "aydın", "almaz", "sevil", səməd vurğunun "vaqif", "xanlar", "fərhad və şirin", sabit rəhmanın "toy", "xoşbəxtlər", aleksandr tolstoy və pavel şeqolvevin "romanovlar xanədanının son günləri", vladimir kirsonun "küləkli şəhər", rza şahvələdin "qız qalası", "dağlılar", şəmsəddin saminin "dəmirçi gavə", əbdülhəq hamidin "hind qızı", sandro şanşiaşvilinin "anzor", akaki seretelinin "kinto", aleksandr dümanın "qanlı qala", nikolay qoqolun "müfəttiş", henrix heynenin "əl mənsur", süleyman rüstəmin "qaçaq nəbi", nəcəf bəy vəzirovun "hacı qəmbər", nəriman nərimanovun "nadir şah", "şamdan bəy" ("dilin bəlası"), əbdürrəhim bəy haqverdiyevin "millət dostları", "köhnə dudman", "ac həriflər", "pəri cadu", "bəxtsiz cavan" əsərlərinə verdiyi müxtəlif quruluşlar teatrın yaradıcılıq həyatında əhəmiyyətli rol oynayıb. romantik ruhlu aktyor ibrahim isfahanlı 1926-1928-ci illərdə tiflis dövlət azərbaycan dram teatrının baş rejissoru işləyib. 1 oktyabr 1928-ci ildə bakıya, akademik milli dram teatrına gəlib. tiflis teatrı kollektivinin ciddi çağırışı ilə 15 yanvar 1930-cu ildə yenidən doğma kollektivə qayıdıb. 1934-cü ildə azəri və osmanlı türklərinin yaşadıqları gürcüstanın ərazisində yerləşən adıgün rayonunda səyyar kolxoz və sovxoz teatrı yaradıldı. tiflis teatrının kollektivinin yarısı, başda ibrahim isfahanlı olmaqla, adıgünə gəlib teatrın bünövrəsini qoyublar. adıgün dövlət kolxoz və sovxoz teatrı 1936-cı ildə bağlanıb və bütün kollektiv tiflisə qayıdıb. həmin illər tiflis teatrının baş rejissoru yusif yulduz idi. ibrahim isfahanlı 1936-cı ildən teatr bağlanana qədər (2 yanvar 1947) bu kollektivdə aktyor, müəyyən mərhələlərlə rejissor, baş rejissor, bədii rəhbər kimi fədakarlıqla çalışıb. türk səhnəsinin 60 və mirzə fətəli axundzadə adına tiflis dövlət azərbaycan dram teatrının 10 illik yubileyi və böyük sənət uğurları münasibətilə 4 mart 1932-ci ildə ibrahim isfahanlıya gürcüstan respublikasının xalq artisti fəxri adı verilib. dövlət teatrı bağlanandan sonra o, azərbaycana gələrək zaqatala (iyul 1947-may 1948) və qazax (may 1948-may) dövlət teatrında baş rejissorluq edib. 1949-cu ildə bu teatrlar da bağlanandan sonra tiflisə qayıdıb. tiflisdə, başneçiddə dram dərnəklərinə rəhbərlik edib. gürcüstan dövlət filarmoniyasının azərbaycan estrada ansamblında çalışıb. aktyor "azərbaycanfilm" də istehsal olunmuş "böyük dayaq" filmində yarməmməd roluna çəkilib. ibrahim hüseyn oğlu isfahanlı 13 oktyabr 1967-ci ildə tiflisdə vəfat edib.   naxçivan dövlət  musiqili dram teatri  naxçıvanda teatr prosesini iki mərhələyə bölmək olar. birincisi: teatrın həvəskarlıq dövrü. ikincisi: teatrın dövlət müəssisəsi kimi fəaliyyətə başladığı gündən indiyədək keçdiyi yaradıcılıq yolu. xalqın həyatına şaxəli müdaxilə edən və mədəniyyətin, xüsusən teatr sənətinin təşəkkülünə və tərəqqisinə səbəb olan maarifçiliyin inkişaf dalğası on doqquzuncu əsrin ikinci yarısında naxçıvanda da yeni pilləyə qədəm basıb. 1882-ci ildə eynalı bəy sultanovun rəhbərliyi ilə "ziyalılar cəmiyyəti" təşkil olunub. cəmiyyətin üzvləri eynalı bəyin rəhbərliyi ilə 1883-cü ildə mirzə fətəli</Page><Page Number="225">axundzadənin "müsyö jordan və dərviş məstəli şah" komediyasını tamaşaçılara göstəriblər. həmin tarix bugünkü naxçıvan dövlət musiqili dram teatrının doğuluş günü kimi götürülür. 1887-ci il sentyabrın 2-də müəllim mirzə sadıq qulubəyovun rəhbərliyi ilə mirzə fətəli axundzadənin "molla ibrahimxəlil kimyagər" məsxərəsi oynanılıb. hacı nəcəf zeynalovun evində göstərilən tamaşanı cəlil məmmədquluzadə və əliməmməd xəlilov hazırlayıblar. əsas rolları cəlil məmmədquluzadə (molla ibrahimxəlil), ələkbər süleymanov (şeyx salah), məmmədtağı səfərəlibəyov (molla həmid) ifa ediblər. bu tamaşadan sonra şəhərdə teatr həvəskarları nisbətən fəallaşıblar. il ərzində bir neçə tamaşa oynanılıb. novruz və orucluq bayramlarında göstərilən tamaşalar daha təmtəraqlı keçib. yay tətillərində başqa şəhərlərdə oxuyan tələbələr tətilə gələndə tamaşa və konsertlərin göstərilməsi prosesi daha da canlanıb. tədricən tamaşaların göstərilmə məkanları genişlənib. nəcəf bəydən başqa, əliməmməd xəlilovun, əli bəy zeynalovun, mehdi ağanın, rəhim xan naxçıvanskinin (naxçıvanlı) evlərində, hacı vəlinin karvansarasında da tamaşalar göstərilib. teatr həvəskarlarının arasında dövrünün tanınmış müəllimləri, jurnalistləri, hüquqşünasları, dəftərxana işçiləri cəlil məmmədquluzadə, ələkbər məmmədquluzadə, eynalı bəy sultanov, əbülqasım sultanov, fərəculla şeyxov, nəsrulla şeyxov, məmmədtağı sidqi səfərov, sadıq xəlilov, sadıq qulubəyov, qurbanəli şərifov, cəlil mirzəyev, əliqulu novruzov, məmmədqulu novruzov, məhəmmədtağı səfərəlibəyov, əhməd hüseynov, paşa sultanov, böyük xan naxçıvanlı, yaqub kəngərli və başqaları olublar. iyirminci əsrin əvvəllərinə kimi həvəskarlar, əsasən, mirzə fətəli axundzadənin komediyalarını, eynalı bəy sultanovun "tatar qızı", nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin", "ev tərbiyəsinin bir şəkli", "pəhlivanani-zəmanə" pyeslərini tamaşaya hazırlayıblar. 1900-1920-ci illərdə naxçıvanda əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq", "bəxtsiz cavan", "pəricadu", "millət dostları", "ac həriflər", nəriman nərimanovun "nadir şah", cəlil məmmədquluzadənin "ölülər" dramları, sultanməcid qənizadənin, mirmahmud kazımovskinin, rəşid bəy əfəndiyevin vodevilləri, nikolay qoqolun "müfəttiş", ivan turgenevin "pulsuzluq" tərcümələri, üzeyir bəy hacıbəyovun "leyli və məcnun", "əsli və kərəm", "şah abbas və xurşid banu" operaları, "məşədi ibad", "ər və arvad", "arşın mal alan", zülfüqar bəy hacıbəyovun "əlli yaşında cavan", " evliykən subay" operettaları dəfələrlə tamaşaya hazırlanıb. tamaşalara rejissorluğu, əsasən, rza təhmasib, böyük xan naxçıvanlı, fərəculla və nəsrulla şeyxovlar ediblər. səhnə əsərləri müntəzəm şəkildə oynanılmayıb, ilk növbədə bayramlarda, müxtəlif müsamirələrdə göstərilib. naxçıvanda 1917-ci ildə "el güzgüsü" (rəhbəri rza təhmasib) və "imdad" dram dəstələri yaradılıb. bakıdan qastrola gələn hüseyn ərəblinski, cəlil bağdadbəyov, sidqi ruhulla, mirzağa əliyev, tiflisdən dəfələrlə bu bölgəyə səfər edən zülfüqar bəy hacıbəyov teatr dəstəsinin, onun musiqi heyətinin formalaşmasında səmərəli işlər görüblər. 1915-ci ildə tiflis rəssamlıq məktəbini bitirmiş bəhruz kəngərli müəyyən teatr dekorları hazırlayıb, asma pərdələrə müxtəlif mənzərələr çəkib. truppaya rza isfəndiyarlı, heydər muradov, muxtar nəsirov, hacı nəsirov, məşədi bağırov, teymur qasımov kimi bacarıqlı gənclər cəlb olunublar.  * * *  teatr truppası 1920-ci il avqustun 24-də yeni və daha güclü heyətlə fəaliyyətə başlayıb. səməd mövləvinin naxçıvana gəlişi teatr prosesində canlanmanı artırıb. 1923-cü ildə naxçıvan mərkəzi icraiyyə komitəsinin qərarı ilə şəhərdəki teatr həvəskarlarının qüvvəsilə naxçıvan dövlət dram teatrı yaradılıb. kollektiv ilk addımını mirzə fətəli axundzadənin "hacı qara" komediyası ilə atıb. əsas rolları truppanın özəyini təşkil edən yaradıcı qüvvələrdən əli xəlilov (hacı qara),</Page><Page Number="226">həsən səfərli (heydər bəy), t.səfərli (sona), mirhəsən mirişli (ohan yüzbaşı), a.qasımov (naçalnik), heydər muradov (səfər bəy), h.məmmədov (kərəməli) oynayıblar. tamaşaya rejissorluğu həsən səfərli edib və səhnə tərtibatını adil qazıyev verib. dövlət teatrı kimi fəaliyyətə başlayandan sonra kollektivin qarderobu zənginləşdirilib, əlbəsə və rekvizit sexləri yaradılıb. tamaşalar əvvəlcə həftədə iki-üç dəfə göstərilirdi. 1930-cu illərin əvvəllərindən isə həftədə beş və bəzən altı əsər oynanılmağa başlandı. 1924-1950-ci illərdə dram əsərlərindən mirzə fətəli axundzadənin "xırs quldurbasan", "lənkəran xanının vəziri", nəriman nərimanovu "nadir şah", əbdürrəhim bəy haqverdiyevin "pəri cadu", "bəxtsiz cavan", cəlil məmmədquluzadənin "ölülər", cəfər cabbarlının "aydın", "oqtay eloğlu", "solğun çiçəklər", "od gəlini", "sevil", "almaz", "yaşar", "1905-ci ildə", hüseyn cavidin "şeyx sənan", "knyaz", "səyavuş", mirzə ibrahimovun "həyat", səməd vurğunun "vaqif", "fərhad və şirin", süleyman rüstəmin "qaçaq nəbi", sabit rəhmanın "toy", məmmədhüseyn təhmasibin "bahar", məktəblilər üçün əyyub abbasovun "məlik məmməd", "aqil və sərvinaz", operettalardan üzeyir bəy hacıbəyovun "ər və arvad", "arşın mal alan", "məşədi ibad", zülfüqar bəy hacıbəyovun "əlli yaşında cavan", "evliykən subay", məmməd səid ordubadi və səid rüstəmovun "beş manatlıq gəlin" teatrın repertuarında əsas yer tutub. teatr "leyli və məcnun", "əsli və kərəm", "aşıq qərib" muğam operalarını da müxtəlif quruluşlarda repertuarda saxlayıb. tərcümə əsərlərindən vano mçedaşvilinin "qaçaq kərəm", vilyam şekspirin "otello", "hamlet", lev şeynin və tur qardaşlarının "üzləşdirmə", boris lavrenyovun "hücum", aleksandr ostrovskinin "günahsız müqəssirlər", konstantin trenyovun "lyubov yarovaya", georgi mdivaninin "vətən namusu", konstantin simonovun "praqanın şabalıd ağacları altında", pavel malyarevskinin uşaqlar üçün yazdığı "sehrli küpə" əsərlərinin tamaşaları daha uğurlu olub. teatrda bu dövrdə səməd mövləvi (1926-1931), sidqi ruhulla (1931-1932), yusif yulduz (1936-1937), ibrahim həmzəyev baş rejissor işləyiblər. kazım ziya, ismayıl hüseynov, həsən ağayev müxtəlif janr və üslublarda tamaşalar hazırlayıblar.  * * *  naxçıvan teatrının 1950-2005-ci illəri əhatə edən yaradıcılıq dövrü daha çox müasirlik axtarışları ilə səciyyəvidir. bu illərdə teatr forma və üslub yeniliklərinə xüsusi diqqət yetirib.  rejissorlar monumental romantik tamaşalardan daha çox psixoloji, realist dramatik və lirik-psixoloji üslublu səhnə əsərləri hazırlamağa səy göstəriblər. yaradıcılığının formalaşdığı 1930-cu illərdə ehtiraslı xarakterlər toqquşmalarına üstünlük verən naxçıvan teatrının inkişafının yüksəlişi illərində insani münasibətlərin fəlsəfi-psixoloji mahiyyətinə dərindən müdaxilə etmək daha çox maraqlandırıb. truppa operetta janrında sanballı tamaşalar oynamaqda formalaşıb. bu dövrdə teatrın məzmun mahiyyətinə, estetik prinsiplərinin psixoloji əsaslarına, poetika xüsusiyyətlərinə, aktyor ifalarının zənginliyinə görə "səyavuş" (hüseyn cavid"), "dəli yığıncağı" (cəlil məmmədquluzadə), "aydın" (cəfər cabbarlı), "toy" (sabit rəhman), "sən həmişə mənimləsən", "məhv olmuş gündəliklər" (ilyas əfəndiyev), "yağışdan sonra" (bəxtiyar vahabzadə), "mənim nəğməkar bibim", "quşu uçan budaqlar" (əkrəm əylisli), "adamın adamı" (anar), "ultimatum" (rüstəm ibrahimbəyov), "nə yardan doyur, nə əldən qoyur" (lope de veqa), "kor padşah" (nazim hikmət və vera tulyakova), "hücum" (boris lavrenyov), "konsulu oğurladılar" (georgi mdivani), "dördüncülər" (konstantin simonov), "ordan, burdan", "məşədi ibad", "arşın mal alan" (üzeyir bəy hacıbəyov) kimi dəyərli tamaşaları olub. teatr dünya şöhrətli dramaturqlardan əziz nesinin ("toros canavarı"), paolo messininin ("sükut divarı"), karlo haldoninin ("mehmanxana sahibəsi"), sofokiun ("elektra"), çingiz aytmatovla kaltay məhəmmədcanovun ("fudzi dağında qonaqlıq"), avksenti saqarelinin ("xanuma"), edvard o1binin ("zoopark əhvalatı"), georgi xuqayevin ("arvadımın əri") yaradıcılıqlarına ilk dəfə müraciət edib.</Page><Page Number="227">bəhruz kəngərlinin vaxtsız ölümündən sonra (1922) dram dəstəsində və sonra dövlət teatrında adil qazıyev səhnə tərtibatına rəhbərlik edib. onun teatrın nəzdində yaratdığı studiyada hüseyn əliyev, idris səlimov, nağı nağıyev, mirzə əkbərov, şamil qazıyev fırça sənətinin əlifbasına yiyələniblər. şamil qazıyev bakıda rəssamlıq təhsili alandan sonra naxçıvan teatrına qayıdıb və 1948ci ilə kimi burada işləyib. səhnə tərtibatı sahəsində onu 1949-cu ildən istedadlı rəssam məmməd qasımov əvəz edib. yerli bəstəkarlar rəşid məmmədov, məmməd ələkbərov, məmməd məmmədov teatrın müxtəlif janrlı tamaşalarına məzmunlu və ifadəli musiqi bəstələmişlər. son altmış ildə teatr öz repertuarını mövzu, janr və xarakterlər baxımından zənginləşdirmək üçün naxçıvanda yaşayıb-yazan nasir və şairləri də qələmlərini dramaturgiya janrında sınaqdan çıxarmağa sövq edib. ayrı-ayrı illərdə müxtəlif rejissorlar hüseyn razinin "odlu diyar", "günəş", "haray səsi", əlyar yusiflinin "gözüm yollarda qaldı", "vicdan əzabı", "siz xoşbəxt yaşayın", əbil yusiflinin "vicdan əzabı", əbülfəz abbasquliyevin "günəşə doğru" qurban qurbanovun "ayrım", əbülfəz abbasquliyevin "günəş doğur", nağı nağıyevin "polad", hüseyn ibrahimovun "itirilən sağlıq", "torpaq təslim olur", cəmşid əmirovun "sahil əməliyyatı", kəmalə ağayevanın "məhsəti", "ismət", ramiq muxtarın "əgər sevirsənsə...", "üfüqlər qızaranda", "şəhərli kürəkən", turan oflazoğlunun "dəli ibrahim", həsən elsevərin "alınmaz qala", məmmədəli tarverdiyevin "kölgəli dağ", "xosrov və şirin", əliheydər qənbərin "ilan yuvasında fırtına", həsən fətullayevin "əlincədən uçan qartal" pyeslərini tamaşaya hazırlayıblar. naxçıvan teatrı 28 dekabr 1938-ci ildən mirzə fətəli axundzadənin adını daşıyıb. 1965-ci ildə isə sənət ocağına cəlil məmmədquluzadənin adı verilib. 1923-cü ildə naxçıvan dövlət dram teatrı kimi fəaliyyətə başlayan kollektiv uzun müddət bu adla çalışıb. sənət ocağı 1964-cü ilin sentyabrından naxçıvan dövlət musiqili dram teatrı adlanır. naxçıvan dmdt-nin nəzdində 1982-ci ildə cavid poeziya teatrı yaradılıb. truppa aktyorlarının ifasında bu teatrda huseyn cavidin "mənim tanrım gözəllikdir, sevgidir", "ana", "azər", "uçurum", aleksandr puşkinin "qaraçılar", rəsul rzanın "bir gun də insan ömrüdür", məhəmməd füzulinin "pəmbeyi-daği-cünun..." pyesləri, poemaları və bədii kompozisiyaları tamaşaya qoyulub.</Page><Page Number="228">naxçivan dövlət musiqili  dram teatrinda aktyor yaradiciliği  birinci dərs  azərbaycanın digər bölgələrində, yəni bakıda, həmçinin tiflisdə, irəvanda olduğu kimi, naxçıvanda da ilk teatr həvəskarları maarifpərvər ziyalılar olublar. 1910-cu illərin sonlarından başlayaraq peşəkar aktyorluq inkişaf etməyə başlayıb. səhnəyə daha böyük inamla bağlanan həvəskarlar aktyorluğu peşə seçiblər. teatr dövlət statusu alandan sonra kollektivə yeni-yeni istedadlar gəliblər. başqa sənət ocaqlarından da buraya istedadlı teatr fədailəri dəvət olunublar. naxçıvanda dövlət dram teatrı fəaliyyətə başlayanda onun truppasında əli xəlilov, rza isfəndiyarlı, səməd mövləvi, mirhəsən mirişli kimi təcrübə qazanmış aktyorlar vardı. ilbəil truppası yeniləşən kollektiv 1940-cı ilə qədər heyətini mahmud qazıyevin, həsən səfərlinin, kazım hüseynovun, isa musayevin, əyyub məmmədovun, zina budaqovanın, xədicə qazıyevanın, firuzə əlixanovanın, əyyub haqverdiyevin, tamara məmmədovanın, pakizə məmmədovanın, sürəyya qurbanovanın, rüxsarə ağayevanın, yusif haqverdiyevin hesabına qüvvətləndirib, formalaşdırıb və geniş inkişaf yoluna çıxıb.  * * *  səməd mövləvi(20.2.1900-6.2.1962)  səhnə təxəllüsü "mövləvi" olan səməd (əbdülsəməd) məmməd oğlu rzayev 20 fevral 1900-cu ildə cənubi azərbaycanın təbriz şəhərində doğulub. buradakı rüşdiyyə məktəbində oxuyub. səhnəyə ilk dəfə 1917-ci ildə təbrizdə qastrolda olan sidqi ruhullanın hazırladığı "nadir şah" (nəriman nərimanov) tamaşasında gülcahan rolunda çıxıb. beləliklə, səhnə sənətinə bağlanıb və özü tamaşalar hazırlayıb. 1920-ci ildə cəlil məmmədquluzadənin "ölülər" əsərinə təbrizli həvəskarlarla quruluş verib və özü hacı baxşəli rolunu oynayıb. tamaşa ciddi qalmaqala səbəb olub və bu hadisə səməd mövləvinin naxçıvana köçməsini tezləşdirib. onun gəlişi ilə şəhərdəki dram dəstəsinin yaradıcılığında canlanma baş verib. şirin və zənguləli səsi olan mövləvi opera və operetta tamaşaları hazırlamağa üstünlük verib. naxçıvan teatr həvəskarlarının yaratdıqları kollektivin dövlət statusu almasında səməd mövləvinin böyük xidmətləri var. o, 1930-cu illərin ortalarına qədər naxçıvan ddt-də işləyib və sonra tiflisə gedib. buradakı dövlət azərbaycan teatrında səmərəli fəaliyyət göstərdikdən sonra 1939-cu ildə yenidən naxçıvana qayıdıb. səməd mövləvi naxçıvan dmdt-də opera, operetta və dram tamaşalarında silsilə rollar yaradıb. əsas yaradıcılıq nailiyyətləri musiqi əsərlərində məcnun, kərəm, mərcan bəy, əsgər ("leyli və məcnun", "əsli və kərəm", "ər və arvad" və "arşın mal alan", üzeyir bəy hacıbəyov), gülümsərov ("ulduz", sabit rəhman və süleyman ələsgərov), faciə, dram və komediya tamaşalarında balaş, əbu übeyd, pirqulu, əbdül, cəmaləddin, hacı əhməd ("sevil", "od gəlini", "aydın", "solğun çiçəklər", "nəsrəddin şah" və "almaz", cəfər cabbarlı), şeyx nəsrulla ("ölülər"), şeyx kəbir ("şeyx sənan", hüseyn cavid), mirzə mehdi xan ("nadir şah"), teymur ağa, hacı qara ("lənkəran xanının vəziri" və "hacı qara", mirzə fətəli axundzadə), xlestakov ("müfəttiş", nikolay qoqol), qoca moor ("qaçaqlar", fridrix şiller), vidadi, şapur ("vaqif" və "fərhad və şirin", səməd vurğun), piri baba ("eşq və intiqam", süleyman sani axundov), həsənov ("həyat", mirzə ibrahimov), bilici baba ("vətən", abdulla şaiq) rolları sayılır. səməd mövləvi aktyorluqla yanaşı, rejissor sənəti ilə də səmərəli məşğul olub. sənətdə qazandığı nailiyyətlərə görə ona 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar artısti, 24 may 1960-cı ildə xalq artisti fəxri adları verilib.</Page><Page Number="229">sənətkar 6 iyul 1962-ci ildə naxçıvanda vəfat edib.  əyyub haqverdiyev (15.3.1911 - 7.7.1996)  ömrünün altmış ilə yaxınını naxçıvan teatrında keçirib. əyyub məmməd oğlu haqverdiyev 15 mart 1911-ci ildə naxçıvanda doğulub. 1930-cu ildə naxçıvan pedaqoji texnikumunu bitirib. lakin tələbə vaxtlarından, yəni 1929-cu ildən naxçıvan teatrında aktyor işləyib və heç vaxt səhnədən ayrılmayıb. sənətdə göstərdiyi xidmətlərinə görə 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar artisti, 14 oktyabr 1964-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. qocaman yaşında da səhnədən uzaq düşməyən aktyor naxçıvanda vəfat edib. dramatik və faciə rollarında uğurlar qazanmış aktyorun yaradıcılıq imkanları komik personajların ifasında daha ifadəli şəkildə təcəssüm tapıb. yaradıcılığı xarakter əlvanlığı və janr müxtəlifliyi ilə seçilən əyyub haqverdiyevin əsas rollarını belə təqdim etmək olar: dövlət bəy, imamverdi, əmirqulu, aqşin, mazandaranski, şərif, məmmədəli bəy ("aydın", "1905-ci ildə", "yaşar", "od gəlini", "oqtay eloğlu", "almaz" və "sevil", cəfər cabbarlı), serqo ("şeyx sənan", hüseyn cavid), kürd musa, xosrov ("vaqif" və "fərhad və şirin", səməd vurğun), mehdi ("qaçaq nəbi", süleyman rüstəm), pardon qurbanəli ("həyat", mirzə ibrahimov), qoca moor ("qaçaqlar", fridrix şiller), əhmədi biqəm ("adamın adamı", anar), taveriya ("sevilya ulduzu", lope de veqa), məşədi oruc ("ölülər", cəlil məmmədquluzadə), məmiş ("itirilmiş sağlıq", hüseyn ibrahimov). aktyor teatrın yaradıcılıq xarakterinə uyğun olaraq opera və operetta tamaşalarında da səhnə obrazları ifa edib. bunların arasında üzeyir bəy hacıbəyovun "leyli və məcnun" (məcnunun atası), "əsli və kərəm" (keşiş) operalarında, "məşədi ibad" (məşədi ibad), "arşın mal alan" (vəli) operettalarında, şıxəli qurbanov və süleyman ələsgərovun "olmadı elə, oldu belə" (alanzadə), "özümüz bilərik" (bəbirli), məhərrəm əlizadə və fikrət əmirovun "gözün aydın" (qəhrəman), süleyman rüstəm və səid rüstəmovun "durna" (dursun) musiqili komediyalarında yaratdığı rollar tamaşaçılar tərəfindən daha maraqla qarşılanıb. əyyub haqverdiyev 7 iyul 1996-cı ildə naxçıvanda vəfat edib.  isa musayev (27.11.1912 - 4.2.1976)  teatrda zəngin yaradıcılıq yolu keçib. uzun illər, əsasən, dram əsərlərində qəhrəman və baş rolların əsas ifaçılarından biri olub. komediyalarda az, lakin çox koloritli obrazlar da oynayıb. isa həsən oğlu musayev 27 noyabr 1912-ci ildə naxçıvanda doğulb. yeddinci sinifi bitirdikdən sonra əvvəlcə naxçıvan pedaqoji texnikumuna daxil olub. lakin 1927-ci ildə təhsilini yarımçıq qoyaraq bakıya gəlib və burada azərbaycan dövlət teatr məktəbinə daxil olub. ixtisas təhsilini alaraq naxçıvana qayıdıb və teatrda aktyorluq fəaliyyətinə başlayıb. isa musayev 1942-1944-cü illərdə quba ddt-də direktor və bədii rəhbər işləyib. eyni zamanda səməd vurğunun "vaqif" (vaqif), "fərhad və şirin" (fərhad), cəfər cabbarlının "od gəlini" (elxan), "aydın" (aydın), süleyman rüstənıin "qaçaq nəbi" (qaçaq nəbi) əsərlərinin tamaşalarında baş rolları ifa edib. yenidən naxçıvana qayıdan aktyor bütün qüvvəsini doğma teatrın yaradıcılıq tərəqqismə həsr edib. bunun üçün də 17 iyun 1943cü ildə azərbaycan respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. sənətkar naxçıvanda vəfat edib. aktyorun əsas rollarından təqdim olunan müəyyən nümunələr onun yaradıcılığının diapazon genişliyini, vüsət və möhtəşəmliyini görmək üçün kifayətdir. otello, hamlet ("otello" və "hamlet", vilyam şekspir), karl moor ("qaçaqlar", fridrix şiller), qurban, nəcəf bəy ("pəri cadu" və "dağılan tifaq", əbdürrəhim bəy haqverdiyev), mirzə rza, balaş, elxan, oqtay, aydın,yaşar</Page><Page Number="230">("nəsrəddin şah", "sevil", "od səlini", "oqtay eloğlu", "aydın" və "yaşar", cəfər cabbarl), fəxrəddin ("müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov), səyavuş, şeyx sənan ("səyavuş" və "şeyx sənan", hüseyn cavid), qatır məmməd ("qatır məmməd", zeynal xəlil), qaçan nəbi ("qaçaq nəbi", süleyman rüstəm), dərviş məstəli şah teymur ağa, heydər bəy ("müsyö jordan və dərviş məstəli şah", "lənkəran xanının vəziri" və "hacı qara", mirzə fətəli axundzadə), nadir şah ("nadir şah", nəriman nərimanov), isgəndər ("ölülər", cəlil məmmədquluzadə), süleyman ("həyat", mirzə ibrahimov), piri baba ("vətən", abdulla şaiq), çingiz ("eşq və intiqam", süleyman sani axundov). isa musayev aktyorluqla yanaşı, yaradıcılığının formalaşmağa başladığı ilkin dövrlərində rejissorluqla da məşğul olub. yaradıcılıq uğurlarına görə 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adları ilə təltif olunub. 4 fevral 1976-cı ildə naxçıvanda vəfat edib.  məmməd quliyev (8.12.1914-11.9.2001)  8 dekabr 1914-cü ildə naxçıvanda doğulub. gözəl və ürəyəyatımlı səsi olub. səməd mövləvi məmməd allahverdi oğlu quliyevi yuxarı siniflərdə oxuyanda teatra dəvət edib. o, əsasən, opera və operetta tamaşalarında xorda oxuyub, epizod rollarda səhnəyə çıxıb. opera artisti olmaq arzusu ilə orta məktəbi bitirdikdən sonra bakıya gələrək asəf zeynallı adına musiqi məktəbinə daxil olub. diplom alandan sonra bir müddət opera və balet teatrında işləyib. burada ikinci dərəcəli partiyalar oxuyub. məmməd quliyev 1943-cü ildə naxçıvana gəlib və dmdt-nin truppasına aktyor götürülüb. aktyor yaradıcılığındakı uğurlarına görə 17 oktyabr 1964-cü ildə azərbaycan respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. 11 sentyabr 2001-ci ildə naxçıvanda vəfat edib. aktyor istedadı xarakterik rollarda daha əlvan formada təcəssüm tapıb. tipik məişət rollarını da bacarıqla oynayıb. dərviş, müller, rüstəm zal ("şeyx sənan", "şeyda" və "səyavuş", hüseyn cavid), pirqulu, həmzə, belakurov ("aydın", "vəfalı səriyyə" və "yaşar", cəfər cabbarlı), ibrahim xan ("vaqif", səməd vurğun), qurban ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), naib ağa ("dəli yığıncağı", cəlil məmmədquluzadə), əlimərdan ("eşq və intiqam", süleyman sani axundov), mirzə cəlil ("sizi deyib gəlmişəm", anar), kral ("sevilya ulduzu", lope de veqa), naçalnik ("qaçaq nəbi", süleyman rüstəm), gəray bəy ("komsomol poeması", isgəndər coşqun), şahbazov ("göz həkimi", islam səfərli), pristav ("qatır məmməd", zeynal xəlil), qodun ("hücum", boris lavrenyov), balvazov ("həmyerlilər", altay məmmədov), gəncə hökmdarı ("məhsəti", kəmalə ağayeva), salmanov ("toy", sabit rəhman), şahmar ("vətən", abdulla şaiq) rolları məmməd quliyevin yaradıcılığının başlıca mahiyyətini xarakterizə edən rollardır. səsinin təravəti uzun illər itməyən aktyor müxtəlif quruluşlarda üzeyir bəy hacıbəyovun "leyli və məcnun" (nofəl və məcnunun atası), "əsli və kərəm" (keşiş) operalarında, "məşədi ibad" (sərvər), "arşın mal alan" (əsgər) operettalarında, süleyman rüstəm və səid rüstəmovun "durna" (murad), məmməd səid ordubadi və səid rüstəmovun ("beş manatlıq gəlin" (qiyas) musiqili komediyalarında solist-aktyor kimi çıxış edib.   firuzə əlixanova (9.9.1917 -23.11.1994)  teatrın ilkin aktrisalarındandır. onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. realist teatr məktəbinin görkəmli nümayəndələrindən sayılır. oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi olub.</Page><Page Number="231">cazibəli səhnə görkəmi və şirin səsi olan firuzə məmmədqulu qızı əlixanova 9 sentyabr 1917-ci ildə ordubadda dogulub. buradakı şəhər səkkizillik məktəbində təhsil alıb və naxçıvan kənd təsərrüfatı texnikumuna daxil olub. şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan firuzənin ifaçılıq istedadı səməd mövləvinin diqqətini cəlb edib. onun səyi ilə tələbə qız 1932-ci ildə naxçıvan teatrına aktrisa dəvət olunub. bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. səhnə xidmətlərinə görə 17 oktyabr 1964-cü ildə azərbaycan respublikasının əməkdar artisti və 15 noyabr 1974-cü ildə xalq artisti fəxri adları ilə təltiflənib. qırx beş il səhnədə fədakarlıqla çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb. 23 noyabr 1994-cü ildə naxçıvanda vəfat edib. firuzə əlixanovanın ifa etdiyi rollar xarakter əlvanlığı ilə də seçiliblər. üzeyir bəy hacıbəyovun "leyli və məcnun" (leyli), "əsli və kərəm" (əsli), "ər və arvad" (minnət xanım), "məşədi ibad" (gülnaz), "arşın mal alan" (gülçöhrə), zülfüqar bəy hacıbəyovun "aşıq qərib" (şahsənəm), süleyman rüstəm və səid rüstəmovun "durna" (lalə), şıxəli qurbanov və süleyman ələsgərovun "özümüz bilərik" (şölə xanım) opera və operettalarında əsas partiyaların mahir ifaçısı olan aktrisa həmçinin qəhrəman və əsasən, xarakterik tiplərə səhnə həyatı verib. o, hərəkət, sifət və danışıq ifadə vasitələrindən həm ayrılıqda, həm də sintez şəklində məharətlə istifadə edərək yaradıcılıq salnaməsmə çeşidli obrazlar daxil edib. firuzə əlixanovanın rollar cəbbəxanasında böyükxanım, şərəbanı, mariya timofeyevna, kərbəlayı fatmanisə ("aydın", "yaşar", "1905ci ildə" və "almaz", cəfər cabbarlı), hafizə ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev),, zalxa ("toy", sabit rəhman), şölə xanım, tükəz ("lənkəran xanının vəziri" və "hacı qara", mirzə fətəli axundzadə), ana ("odlu diyar", hüseyn razi), cənnət xala ("qaynana", məcid şamxalov), nina ("şeyx sənan", hüseyn cavid), gülnar, məhmənə banu ("vaqif" və "fərhad və şirin", səməd vurğun), həcər xanım ("eşq və intiqam", süleyman sani axundov), şirin xanım ("yarımçıq şəkil", adil babayev), mənsurə ("əgər sevirsənsə...", ramiq muxtar), kruçinina ("günahsız müqəssirlər", aleksandr ostrovski), gertruda, emiliya ("hamlet" və "otello", vilyam şekspir), maşa ("tribunal", aleksey makayenok) kimi yaradıcılıq nümunələri var.   əkbər qardaşbəyov (15.3.1923-26.3.2001)  aktyor əkbər qardaşbəyov 15 mart 1923-cü ildə naxçıvanda doğulub. orta məktəbdən aktyorluqla maraqlanıb, dram dərnəklərində çıxış edib. naxçıvan dmdt-nin truppasına 1943-cü ildə daxil olub. əsasən, xarakterik və kiçikhəcmli psixoloji rollar oynayıb. realist aktyor məktəbinə mənsubdur. tipaj yaratmaq, tiraj oyun üslubuna üstünlük verib, qaravəlli ifaçılıq prinsiplərindən, məsxərə və məzhəkə lementlərindən ustalıqla istifadə edib. əkbər hacı oğlu qardaşbəyov 1 iyun 1974-cü ildə azərbaycan respublikasının əməkdar artisti, 12 iyun 1987-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. əlli ilə yaxın səhnə fəaliyyəti göstərmiş aktyorun əsas rolları: baqqal xəlil ("qaçaq nəbi", süleyman rüstəm), azər baba ("fərhad və şirin", səməd vurğun), mirzə hüseyn ("toy", sabit rəhman), bəhruz ("yarımçıq şəkii", adil babayev), elman ("vətən", abdulla şaiq), şeyx hadi, gərşivəz ("şeyx sənan" və "səyavuş", hüseyn cavid), çingiz ("eşq və intiqam", süleyman sani axundov), molla abbas, həkim, şeyx nəsrulla ("dəli yığıncağı", "anamın kitabı" və "ölülər", cəlil məmmədquluzadə), infil ("azərbaycan, dünyam mənim", məmməd araz. poetik-dramatik kompozisiya), sərvər, soltan bəy ("məşədi ibad" və "arşın mal alan", üzeyir bəy hacıbəyov), toğrul, fərhad, fuad, səməd bəy, məmmədəli bəy, molla möhsün, novruz bəy ("yaşar", "nəsrəddin şah", "almaz", "oqtay eloğlu", "sevil", "solğun çiçəklər" və "aydın", cəfər cabbarlı), ata ("astana", aleksandr dudarev), paratov ("cehizsiz qız", aleksandr ostrovski), nuru sayaner</Page><Page Number="232">("toros canavarı", əziz nesin), knyaz ("xanuma", avksenti saqareli), verşinin ("zirehli qatar 14-69", vyaçeslav ivanov). əkbər qardaşbəyov 26 mart 2001-ci ildə naxçıvanda vəfat edib.</Page><Page Number="233">naxçivan dövlət musiqili dram  teatrinda aktyor yaradiciliği  ikinci dərs  naxçıvan teatrının aktyor sənəti 1940-cı illərdən yeni yaradıcılıq mərhələsinə qədəm basıb. kollektiv gənc aktyorların hesabına qüvvətlənib. gənc istedadlar sofya hüseynova, zəroş həmzəyeva, roza cəfərxanova, əşrəf rüstəmov, rza məmmədov (bacıoğlu), abbas quliyev, ələsgər seyidov, ağabala məmmədov 1940-cı, aydın şahsuvarov, tofiq mövləvi, müzəffər səfərov, ibrahim bənənyarlı 1950-ci, nizami cəfərov, vaqif əsədov, tarıyel qasımov, elxan qasımov 1960-cı illərdən, zemfira əliyeva, sona mirzəyeva, qurban ələkbərov, həsən ağayev, yasəmən ramazanova, kamran quliyev, yusif allahverdiyev, rövşən hüseynov, rza xudiyev 1970-ci, 1980-ci və 1990-cı illərdən müəyyən müddətlərdə teatrda işləyiblər. adları çəkilənlərin bir qismi indi də truppanın üzvləridir.  sofya hüseynova (26 fevral 1926)  bakıda doğulub. qızlıq soyadı ismayılovadır. atası həsən hərbçi idi və göndərişlə naxçıvana işləməyə gəlib. anası xədicə qazıyeva naxçıvanın ilk aktrisası olub. sofya hüseynova orta məktəbi naxçıvanda bitirib. şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət zaqatala ddt-də işlədikdən sonra yenə naxçıvana qayıdıb. bu günə qədər səhnədən ayrılmayan aktrisa 1 iyun 1974-cü ildə azərbaycan  respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. ğülnar və xuraman, fitnə ("vaqif" və "fərhad və şirin" səməd vurğun), sara və gülnisə, susanna, nadya ("solğun çiçəklər", "aydın" və "oqtay eloğlu", cəfər cabbarlı), tərgül ("məhsəti", kəmalə ağayeva), humay ("komsomol poeması", isgəndər coşqun), zöhrə ("eşq və intiqam", süleyman sani axundov), nərminə ("göz həkimi", islam səfərli), zalxa ("toy", sabit rəhman), günəş ("günəş", hüseyn razi), tanya ("alınmaz qala", həsən elsevər), tovuz xanım ("bir cüt bədmüşk ağacı", əkrəm əylisli), gülnaz və sənəm, gülçöhrə, minnət xanım ("məşədi ibad", "arşın mal alan" və "ər və arvad", üzeyir bəy hacıbəyov), gülcamal ("qatır məmməd", zeynal xəlil), qızbacı ("hicran", sabit rəhman və emin sabitoğlu), şölə xanım ("özümüz bilərik", şıxəli qurbanov və süleyman ələsgərov), güllücə ("dan ulduzu", cahangir məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır. milli koloriti həmişə əsas götürən aktrisa, eyni zamanda əcnəbi dramaturqların pyeslərinin tamaşalarında oynadığı obrazların yaşadığı dövrün etiket qaydalarını, sosial mənşəyini, kübar davranış tərzini dərindən mənimsəyib. mənimsədiklərini isə ifa etdiyi rollarda yaradıcılıqla reallaşdırıb. bu baxımdan kruçinina, larisa ("günahsız müqəssirlər" və "cehizsiz qız", aleksandr ostrovski), liana ("bostan iti", lope de veqa), xanuma ("xanuma", avksenti saqareli) rolları aktrisanın ifasında canlı, təravətli, ecazkar rus və ispan qızları, şən və kələkbaz, məzəli və hoqqabaz gürcü yengəsidir. mütənasib uca boyu, zərif bədən quruluşu aktrisaya müxtəlif rollar oynamağa geniş imkan yaradır.  roza cəfərxanova (23 fevral 1927)  ordubad rayonunda anadan olub. on dörd yaşından dram dərnəyində çıxış edib. orta məktəbi bitirdikdən sonra o vaxt ordubadda yenicə açılmış dövlət dram teatrına (1949-cu ilin əvvəllərində bağlanıb) aktrisa götürülüb. bu teatrda üzeyir bəy hacıbəyovun "arşın mal alan" (asya), "o olmasın bu olsun" (gülnaz), "ər və arvad" (minnət xanım) operettalarında,  səməd</Page><Page Number="234">vurğunun "vaqif" (gülnar),  abdulla şaiqin "vətən" (gözəl), səməd vurğunun "fərhad və şirin" (şirin) süleyman sani axundovun "eşq və intiqam" (qəmər) dramlarının tamaşalarında oynayıb. roza heydər qızı cəfərxanova 1948-ci ilin oktyabrından naxçıvan teatrında işləyir. 15 noyabr 1984-cü ildə azərbaycan respublikasının əməkdar artisti və 28 oktyabr 2000-ci il-də xalq artisti fəxri adları ilə təltif olunub. aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb. dram əsərlərinin tamaşalarında pəri ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), yetər ("hacı qəmbər", nəcəf bəy vəzirov), cəvahir ("nakam qız", aleksandr şirvanzadə), ana ("astana", aleksandr dudarev), həyat ("həyat", mirzə ibrahimov), pəri, susanna, dilbər, sitarə, sona, solmaz, yaxşı ("solğun çiçəklər", "aydın", "sevil", "nəsrəddin şah", "1905-ci ildə", "od gəlini" və "almaz", cəfər cabbarlı), kabato ("xanuma", aksenti saqareli), zəhra, çin qızı ("şeyx sənan" və "səyavuş", hüseyn cavid), pəri ("qız atası", əfqan əsgərov), iradə ("göz həkimi", islam səfərli), hökmdar ("pompeyin qafqaza yürüşü", nəriman həsənzadə), operettalarda sənəm, xala ("məşədi ibad" və "arşın mal alan", üzeyir bəy hacıbəyov), züleyxa ("ulduz", sabit rəhman və süleyman ələsgərov), səlbi ("beş manatlıq gəlin", məmməd səid ordubadi və səid rüstəmov), şölə xanım ("özümüz bilərik", şıxəli qurbanov və süleyman ələsgərov) səhnə obrazları aktrisanın daha uğurlu yaradıcılıq işləri sayılır.  aydin şahsuvarov (31.1.1931 - 2.6.1986)  naxçıvan şəhərində 31 yanvar 1931-ci ildə anadan olub. orta məktəbi burada bitirərək bakı dəmiryol texnikumuna daxil olub. texnikumun dram dərnəyində hazırlanan tamaşalarda epizod rollar oynayıb. 1953-1955-ci illərdə hərbi xidmətə gedib və qayıtdıqdan sonra zəngilan rayonunun mincivan dəmir yolu stansiyasında maşinist köməkçisi işləyib. o, 1957-ci ildə naxçıvan teatrının yardım heyətinə aktyor götürülüb, əvvəlcə kütləvi səhnələrə çıxıb, sözsüz rollar oynayıb. baş rejissor ibrahim həmzəyevin qayğikeşliyi və onunla fərdi məşğul olması sayəsində aydın ağa oğlu şahsuvarov aktyor ştatına götürülüb və tezliklə bir-birinin ardınca koloritli xarakterik rollarda uğur qazanıb. tədricən yaradıcılığı realist aktyor məktəbinin estetik prinsipləri əsasında formalaşıb. xüsusən satirik və məzhəkəli, qaravəlli mənşəli yumorlu rolları bacarıqla oynayıb. qısa müddətdə teatrın aparıcı aktyorları səviyyəsinə yüksələn aktyor 1 iyun 1974-cü ildə azərbaycan respublikasının əməkdar artisti və 15 noyabr 1984-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2 iyun 1986-cı ildə naxçıvanda vəfat edib. aydın şahsuvarovun oynadığı rollar ifadə vasitələrinin əlvanlığına, məzəli forma xüsusiyyətlərinə, tipik danışıq tərzinə görə fərqləniblər. yaradıcılığının böyük bir qisınıni xarakterik rollar təşkil edən aydın şahsuvarovun zəngin tiplər qalereyasında dram tamaşalarında yaratdığı vidadi ("vaqif", səməd vurğun), rəhim xan, altunbay, ibad, mazandaranski ("nəsrəddin şah", "od gəlini", "almaz" və "oqtay eloğlu", cəfər cabbarlı), mirpaşa ("komsomol poeması", isgəndər coşqun), fərəc bəy ("üfüqlər qızaranda", ramiq muxtar), qədir ("quşu uçan budaqlar", əkrəm əylisli), fənd fərəc ("adamın adamı", anar), şeyx əhməd, hacı ("ölülər" və "dəli yığıncağı", cəlil məmmədquluzadə), səməndər ("haray səsi", hüseyn razi), qıdı kirvə ("hacı qəmbər", nəcəf bəy vəzirov), qurban ("nağıl başlananda", imran qasımov), obab ("zirehli qatar 14-69", vyaçeslav ivanov), naməlum adam ("onlar dörd nəfər idilər", konstantin simonov), fabdo ("bostan iti", lope de veqa), albadam ("mənim qayınanam", georgi xuqayev), markiz ("mehmanxana sahibəsi", karlo haldoni), kor padşah ("kor padşah", nazim hikmət və vera tulyakova), operettalarda oynadığı soltan bəy, hambal ("arşın mal alan" və "məşədi ibad", üzeyir bəy hacıbəyov) rollarının adını xüsusi çəkmək olar.  zemfira əliyeva (25.12.1941-16.11.1995)</Page><Page Number="235">zemfira xanım 25 dekabr 1941-ci ildə gəncə şəhərində doğulub. anası firuzə bədirbəyli gəncə ddt-nin aktrisası olub. kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. istedadı, ehtiraslı və emosional ifadə vasitələri erkən formalaşdığı üçün 17 yaşında ona cəfər cabbarlının "solğun çiçəklər" melodramasında sara rolu tapşırılıb. gənc aktrisa gözlənildiyindən çox uğur qazınıb. bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə səməd vurğunun "vaqif" (gülnar), viktor rozovun "sabahın xeyir" (liza), evripidin "medeya" (medeya), əfqan əsgərovun "qız atası" (məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb, "böyük dayaq" filmində pərişan obrazına çəkilib. zemfira məmmədəli qızı əliyeva 1972-ci ildə naxçıvan dmdt-nin truppasına daxil olub. bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə azərbaycan respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib. aktrisa 1988-1995-ci illərdə akademik milli dram teatrında işləyib. 16 noyabr 1995-ci ildə bakıda vəfat edib. füsunkar səhnə görkəmi, məlahətli danışığı, zəngin və əlvan ifadə vasitələri, coşqun daxili ehtirası vardı. bu yaradıcılıq keyfiyyətləri aktrisanın yaratdığı səhnə surətlərinə xüsusi emosional təravət, psixoloji dərinlik və fəlsəfi bütövlük verirdi. zemfira əliyevanın naxçıvan teatrında ifa etdiyi baş rolların yığcam siyahısını belə ümumiləşdirmək mümkündür: almaz, sara, firəngiz, yaqut ("almaz", "solğun çiçəklər", "oqtay eloğlu" və "yaşar", cəfər cabbarlı), səlma, roza, xumar, anjel ("ana", "şeyda", "şeyx sənan" və "uçurum", hüseyn cavid), sona ("hacı qara", mirzə fətəli axundzadə), reyhan ("yağışdan sonra", bəxtiyar vahabzadə), maral ("sənsiz", şıxəli qurbanov), mədinə, azadə ("mənim nəğməkar bibim" və "bir cüt bədmüşk ağacı", əkrəm əylisli), pırpız sona ("dəli yığıncağı", cəlil məmmədquluzadə), zinyət ("toy", sabit rəhman), söylü ("bəxt üzüyü", vaqif səmədoğlu ,) nərmin, anjel ("unuda bilmirəm" və "məhv olmuş gündəliklər", ilyas əfəndiyev), kleya ("tülkü və üzüm", gilerma piqeyredu), pəricahan və zöhrə ("laçın yuvası" və "eşq və intiqam", süleyman sani axundov), zəhra ("bayramın birinci günü", nazim hikmət), elektra ("elektra", sofoki), dilbər ("yenə o bağ olaydı...", mlkayıl müşfiqin şeirləri əsasında bədii kompozisiya), vəfa ("siz xoşbəxt yaşayın", əlyar yusifli).   naxçivan dövlət musiqili dram teatrinda rejissor sənəti  naxçıvanda teatr yeni-yeni təşəkkül tapanda tamaşaları ziyalılar, xüsusən müəllimlər hazırlayıblar. iyirminci əsrin ilk iyirmi ilində şəhərdəki dram dəstəsində oynanılan tamaşalara quruluşları aparıcı aktyorlar veriblər. teatr həvəskarlarının gücü ilə naxçıvan dövlət dram teatrı yaradılanda və bu kollektiv rəsmi fəaliyyətə başlayanda da onun peşəkar rejissorları olmayıb. bu ağırlığı ilk illərdə səməd mövləvi, isa musayev, bakıdan dəvət olunmuş aktyorlar kazım ziya, sidqi ruhulla çəkiblər. tədricən teatra təhsil almış rejissorlardan yusif yulduz, baxşı qələndərli, həsən ağayev, ağəli dadaşov və başqaları dəvət olunublar. teatr 1960-cı illərin əvvəllərindən forma-üslub, janr axtarışları məqsədilə təcrübəli rejissorları vaxtaşırı kollektivə dəvət edib. müxtəlif vaxtlarda teatra dəvət olunmuş rejissorlar tofiq kazımov, nəsir sadıqzadə, ağakişi kazımov, mərahim fərzəlibəyov müxtəlif janrlarda, əsasən, lirik-psixoloji üslubda tamaşalar hazırlayıblar. həmin ənənə bu gün də davam edir. son otuz ildə naxçıvan dmdt-də vəli babayev, vaqif əsədov, əsgər əsgərov baş rejissor işləyiblər. hazırda bu kürsünü aktyor və rejissor kamran quliyev tutur.  * * *</Page><Page Number="236">səməd mövləvi  naxçıvan teatrının aparıcı aktyorlarından olub, xalq artıstı ıdı. doviət teatrının ilk iki onilliyində rejissorluqla da məşğul olub. 1926-1931-ci illərdə teatrda baş rejissor işləyib. realist və romantik üslublarda, həm monumental, həm də çağdaş səpkili formalarda tamaşalar hazırlayıb. səməd mövləvi musiqi əsərlərindən üzeyir bəy hacıbəyovun "leyli və məcnun", "əsli və kərəm" operalarını, "arşın mal alan", "məşədi ibad" operettalarını, lirik məhəbbət faciələrindən hüseyn cavidin "şeyx sənan", qəhrəmanlıq faciələrindən cəfər cabbarlının "od gəlini", vilyam şekspirin "otello", "hamlet", fridrix şillerin "qaçaqlar", şəmsəddin saminin "dəmirçi gavə", tarixi faciələrdən nəriman nərimanovun "nadir şah", psixoloji dramlardan hüseyn cavidin "şeyda", "knyaz", "iblis", cəfər cabbarlının "sevil", "yaşar", vasili şkvarkinin "özgə uşağı", aleksandr şirvanzadənin "namus", aleksandr ostrovskinin "günahsız müqəssirlər", sandro şanşiaşvilinin "anzor", komediyalardan mirzə fətəli axundzadənin "hacı qara", "lənkəran xanının vəziri", jan batist molyerin "jorj danden", tragikomediyalardan cəlil məmmədquluzadənin "ölülər" əsərlərinin quruluşçu rejissoru olub.  isa musayev  xalq artisti olub və teatrın aparıcı aktyorlardan biri kimi şöhrət qazanıb. eyni zamanda istedadını quruluşçu rejissor kimi də sınaqdan çıxarıb. 1930-1940-cı illərdə, teatrda peşəkar rejissorların çatışmadığı dövrdə mirzə fətəli axundzadənin "hacı qara", abdulla şaiqin "vətən", süleyman sani axundovun "eşq və intiqam", osman sarıvəllinin "babək", səməd vurğunun "vaqif" və "fərhad və şirin", zeynal xəlilin "intiqam", məmmədhüseyn təhmasibin "aslan yatağı", mirzə ibrahimovun "həyat" və "məhəbbət", üzeyir bəy hacıbəyovun "məşədi ibad" əsərlərini tamaşaya hazırlayıb.  sidqi ruhulla  1910-1914-cü illərdə dəfələrlə naxçıvana uzunmüddətli qastrollara gəlib və yerli həvəskarlarla əbdürrəhim bəy haqverdiyevin "pəri cadu", "dağılan tifaq", nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin", mirzə fətəli axundzadənin "xırs quldurbasan" pyeslərini tamaşaya qoyub. o, 1931-1932-ci il teatr mövsümündə qısa müddət naxçıvan teatrında direktor və bədii rəhbər işləyib. teatrda nəriman nərimanovun "nadir şah", cəlil məmmədquluzadənin "ölülər", cəfər cabbarlının "od gəlini", "1905-ci ildə", "sevil", fridrix şillerin "qaçaqlar", nikolay qoqolun "müfəttiş", vilyam şekspirin "otello" əsərlərini tamaşaya hazırlayıb. bu tamaşalar teatrın peşəkarlığının formalaşmasında səmərəli rol oynayıb.  həsən ağayev  yaradıcılığının əsas dövrü gəncə ddt ilə bağlıdır. həsən ağayev səhnə sənətinə aktyor kimi gəlib və moskvada rejissor təhsili aldıqdan sonra 1936-1939-cu illərdə naxçıvan teatrında çalışıb. 1938-ci ildə baş rejissor olub. rejissor burada üzeyir bəy hacıbəyovun "ər və arvad"operettasına, tərcümə əsərlərindən aleksandr ostrovskinin "günahsız müqəssirlər", konstantin trenyovun "lyubov yarovaya", georgi mdivaninin "vətən namusu", vilyam şekspirin "otello" və "hamlet" dramlarına quruluş verib.  yusif yulduz</Page><Page Number="237">bakı, tiflis və irəvan teatrlarında rejissor kimi şöhrət qazanandan sonra 1936-1937-ci il teatr mövsümündə naxçıvana dəvət alıb. teatrda mirzə ibrahimovun "həyat", cəfər cabbarlının "od gəlini", vilyam şekspirin "otello" pyeslərinə monumental üslubda səhnə quruluşları verib. jan batist molyerin "cancur səməd" komediyasını, məmməd səid ordubadi və səid rüstəmovun "beş manatlıq gəlin" operettasını tamaşaya hazırlayıb.  baxsi qələndərli  azərbaycan respublikasının əməkdar incəsənət xadimidir. xankəndində doğulub (1903-1982). bakı teatr məktəbini bitirib. leninqrad səhnə sənəti institutunda (1930-1934) təhsil alıb. uzun illər irəvan dadt-də rejissor və baş rejissor işləyib. 1964-1982-ci illərdə müəyyən fasilələrlə naxçıvan dmdt-də quruluşçu rejissor və baş rejissor işləyib. baxşı qələndərli naxçıvan səhnəsində səməd vurğunun "vaqif", cəlil mənmmədquluzadənin "anamın kitabı", mirzə fətəli axundzadənin "hacı qara", "müsyö jordan və dərviş məstəli şah", nəcəf bəy vəzirovun "hacı qəmbər", süleyman sani axundovun "eşq və intiqam", əlyar yusiflinin "səadət naminə", sabit rəhmanın "toy", ilyas əfəndiyevin "sən həmişə mənimləsən", kəmalə ağayevanın "məhsəti", alensandr şirvanzadənin "nakam qız", boris lavrenyovun "hücum", vsevolod ivanovun "zirehli qatar 14-69", karlo haldoninin "mehmanxana sahibəsi", konstantin simonovun "dördüncülər", aleksandr ostrovskinin "cehizsiz qız" pyeslərini, üzeyir bəy hacıbəyovun "məşədi ibad", "ər və arvad", məmməd səid ordubadi və səid rüstəmovun "beş manatlıq gəlin" operettalarını tamaşaya hazırlayıb.  nəsir sadıqzadə  füzuli, gəncə, irəvan, sumqayıt teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. istedadlı rejissor 1970-1973-cü illərdə naxçıvan dmdt-də baş rejissor işləyib. burada bəxtiyar vahabzadənin "yağışdan sonra" (27 dekabr 1972), ilyas əfəndiyevin "məhv olmuş gündəliklər" (29 aprel 1973), sergey mixalkovun "xərçənglər" (29 may 1982) pyeslərinə quruluş verib.  vəli babayev   rejissor naxçıvanda doğulub (17.2.1945-22.1.1989). orta məktəbi bitirəndən sonra bir il naxçıvan dmdt-nin yardım heyətində çalışıb. azərbaycan dövlət teatr institutunun rejissorluq fakültəsini bitirib (1962-1966). təyinatla naxçıvan teatrına quruluşçu rejissor göndərilib. ilk quruluşu olan georgi mdivaninin "konsulu oğurladılar" (5 noyabr 1966) tamaşası teatr ictimaiyyətində böyük maraq doğurub. 1972-1974-cü illərdə moskvada anademik bədaye teatrında yaradıcılıq təcrübəsi keçib və qayıdaraq naxçıvan teatrına baş rejissor təyin olunub. vəli allahverdi oğlu babayev 1974-cü il iyun ayının 1-də azərbaycan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. vəli babayevin rejissurası müasir dünya teatr prosesinin estik prinsipləri ilə səsləşirdi. o, avanqard teatr janrlarının əsas ifadə vasitələrini lirik-psixoloji üslubun poetika xüsusiyyətlərilə cəsarət və məharətlə birləşdirə bilirdi. həmin cəsarətli sənət axtarışları baxımından onun daha maraqlı yaradıcılıq nailiyyətləri cəfər cabbarlının "yaşar" (10 fevral 1967) və "od gəlini" (22 mart 1970), nazim hikmət və vera tulyakovanın "kor padşah" (29 dekabr 1968), lope de veqanın "nə yardan doyur, nə əldən qoyur" (28 oktyabr 1974), cəlil məmrnədquluzadənin "dəli yığıncağı" (23 may 1975), avksenti saqarelinin "tiflis yengələri" ("xanuma". 30 oktyabr 1976), anarın "adamın adamı" (12 fevral 1977), rüstəm ibrahimbəyovun "yaşıl qapı arxasında qadın"  (21 may 1978), karlo haldoninin "məzəli hadisə" (7 may 1979), əkrəm əylislinin "quşu uçan budaqlar" (23 sentyabr 1980), çingiz aytınatov və koltay məhəmmədcanovun "fudzi dağında qonaqlıq" (8 oktyabr 1981), hüseyn cavidin "şeyx sənan" (24 aprel 1982), orxan kamalın "yad</Page><Page Number="238">qızı" (7 yanvar 1983), aleksandr puşkinin "qaraçılar" (30 dekabr 1984), rəsul rzanın "bir gün də insan ömrüdür" (26 noyabr 1987) əsərlərinə verdiyi səhnə quruluşlarıdır.  vaqif əsədov   5 aprel 1947-ci ildə naxçıvanda doğulub. 1969-cu ıldə adii-nın dram və kino aktyorluğu fakültəsini bitirərək təyinatla naxçıvan teatrına gəlib. aktyor işləyə-işləyə bir neçə dram əsərini tamaşaya hazırlayıb. 1982-1989-cu illərdə kollektivin baş rejissoru işləyib. teatrın səhnəsində əkrəm əylislinin "mənim nəğməkar bibim", "bir cüt bədmüşk ağacı", "qiymətli qafiyələr", həmid arzulunun "əlincə qalası", paolo messinanın "sükut divarı", sofokiun "elektra", ramiq muxtarın "şəhərli kürəkən", mirzağa atəşin "cırtdan" dramlarına, cavid poeziya teatrında hüseyn cavidin "azər" poemasına, "mənim tanrım gözəllikdir, sevgidir", məmməd arazın "azərbaycan, dünyam mənim" bədii-dramatik kompozisiyalarına quruluş verib. vaqif əsədov 9 yanvar 1978-ci ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1989-cu ildə köçürmə yolu ilə gənc tamaşaçılar teatrına quruluşçu rejissor göndərilib.  əliqismət lalayev  azərbaycan dövlət incəsənət institutunun rejissorluq fakültəsini bitirib. 4 iyul 1956-cı ildə salyanda doğulub. 1986-cı ildə naxçıvan muxtar respublikasının əməkdar incəsənət xadimidir. 1980 -1989-cu illərdə naxçıvan teatrında quruluşçu rejissor işləyib. naxçıvan teatrında hüseyn cavidin "ana", "uçurum", aleksandr dudarevin "astana", aleksandr ostrovskinin "günahsız müqəssirlər", rüstəm ibrahimbəyovun "ultimatum", hidayət orucovun "məni qınamayın", loğman rəşidzadənin "toya bir gün, bir günorta qalmış" dramlarının, sabit rəhman və emin sabitoğlunun "hicran" musiqili komediyasının quruluşçu rejissoru olub.  əsgər əsgərov  19 iyun 1961-ci ildə naxçıvanda doğulub. azərbaycan dövlət incəsənət universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1983-cü ildə teatrın aktyor truppasına qəbul olunub. bir il sonra hərbi xidmətə gedib və qayıdandan sonra naxçıvan televiziyasında rejissor işləyib. moskvada mayakovski adına akademik dram teatrında təcrübə keçib (1988-1989). əsgər əsgərov 1989-1995-ci illərdə naxçıvan dmdt-də baş rejissor işləyib. üzeyir bəy hacıbəyovun "arşın mal alan", "məşədi ibad", "ordan, burdan", edvard olbinin "zoopark əhvalatı", nazim hikmətin "qəribə adam", cəfər cabbarlının "aydın", həsən fətullayevin "əlincədən uçan qartal", islam səfərlinin "xeyir və şər", rafiq səməndərin "şəhidlər", georgi xuqayevin "arvadıının əri" əsərlərini tamaşaya hazırlayıb. 1995-ci ildən akademik milli dram teatrında rejissor işləyir.</Page><Page Number="239">ibrahim həmzəyev (25.12.1908-4.2.1982)  aktyor və rejissor olub. naxçıvan teatrının formalaşmasında, aktyor və rejissor yaradıcılığının inkişafında, kollektivin truppasının müntəzəm olaraq yeniləşməsində, sənət ocağının özəl üslubunun təsdiqində ibrahim həmzəyevin böyük xidmətləri var. teatrın bir sıra qabaqcıl sənətkarlarını səhnəyə o gətirib. naxçıvan teatrının həm dram, həm də musiqili dram kollektivləri kimi yetkinləşməsi ilk növbədə onun adıyla bağlıdır. ibrahim (mir ibrahim) tağı oğlu həmzəyev gəncə şəhərində doğulub. səhnə sənətinə məhəbbəti yeniyetmə yaşlarından başlayıb. əvvəlcə gəncə işçi klubunda, sonralar qadınlar klubunda, bir müddət paralel olaraq dəmiryolçular klubunda dram dərnəklərinin rəhbəri olub. əksəriyyətini özü və həmçinin ədil isgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. dram dərnəyinin repertuarının əsasını ibrahim həmzəyevin səhnə təfsiri verdiyi "aydın", "solğun çiçəklər" (cəfər cabbarlı), bəxtsiz cavan" (əbdürrəhim bəy haqverdiyev), "hacı qara" (mirzə fətəli axundzadə) tamaşaları təşkil edib. ibrahim həmzəyev 1930-cu illərin əvvəllərində bakı teatr məktəbində təhsil alıb. tələbəlik illərində türk işçi teatrında yardım heyətinin üzvü olub. teatr təhsilini başa vurandan sonra gəncəyə qayıdıb. tit gəncəyə köçəndə kollektivə üzv olub. son dərəcə yaraşıqlı səhnə görkəmi, ifa məlahəti, ehtiraslı və emosional daxili aləmi, səhnədəki yöndaşları ilə münasibətlərində psixoloji dürüstlüyü olan ibrahim həmzəyev bu kollektivdə qacar ("ağa məhəmməd şah qacar", əbdürrəhim bəy haqverdiyev), pərviz və gavə ("dəmirçi gavə", şəmsəddin sami), arif ("iblis", hüseyn cavid), həsən bəy ("məşədi ibad", üzeyir bəy hacıbəyov), rodriqo ("otello", vilyam şekspir), yaşar, elxan, balaş ("yaşar", "od gəlini" və "sevil", cəfər cabbarlı), seyran ("namus", alensandr şirvanzadə) rollarını oynayıb. ibrahinı həmzəyev 1937-ci ildə xalq maarif komissarlığı incəsənət işləri idarəsinin sərəncamı ilə sənət yardımı üçün naxçıvan teatrına göndərilib. əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib. yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda direktor və aktyor (1941-1945), direktor və baş rejissor (1943-1961. qısa fasilələrlə), direktor (1964) işləyib. arada yardım üçün qaryagin (indiki füzuli) dövlət dram teatrına göndərilib (1947-1948-ci il teatr mövsümündə). burada həyat yoldaşı zəroş həmzəyeva ilə birlikdə aktyor və rejissor kimi çahşıb. qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub. bütün bu illərdə aktyorluq fəaliyyətindən ayrılmayıb. onun aktyorluq yaradıcılığının zəngin rollar qalereyasında 150-dən artıq səhnə obrazı var. bu rolları şərti olaraq iki qismə bölmək olar. birincisi, romantik faciə, faciəvi-psixoloji sevgili və dramatik qəhrəman rolları. ikincisi, müxtəlif ictimai-sosial mənşəli tipik və xarakterik səhnə obrazları. birinci bölümə yığcam şəkildə bu obrazları daxil etmək olar: arif, şeyx sənan ("iblis" və "şeyx sənan", hüseyn cavid), qaçaq nəbi ("qaçaq nəbi", süleyman rüstəm), babək ("babək", osman sarıvəlli), çingiz ("eşq və intiqam", süleyman sani axundov), yaşar, elxan, oqtay, balaş, aydın, bəhram ("yaşar", "od gəlini", "oqtay eloğlu", "sevil", "aydın" və "solğun çiçəklər", cəfər cabbarlı), nadir şah ("nadir şah", nəriman nərimanov), məlik məmməd ("məlik məmməd", əyyub abbasov), heydər bəy ("hacı qara", mirzə fətəli axundzadə), qatır məmməd ("qatır məmməd", zeynal xəlil), fərhad, vaqif ("fərhad və şirin" və "vaqif", səməd vurğun), isgəndər ("ölülər", cəlil məmmədquluzadə), fərhad ("bəxtsiz cavan", əbdürrəhim bəy haqverdiyev), fəxrəddin ("müsibəti-fəxrəddin", nəcəf bəy vəzirov), tərlan ("sənsiz" şıxəli qurbanov), nizami ("nizami", mehdi hüseyn), otello ("otello", vilyam şekspir), karl moor ("qaçaqlar", fridrix şiller), bersenyev ("hücum", boris lavrenyov), pekievanov ("zirehli qatar 14-69", vyaçeslav ivanov), neznamov ("günahsız müqəssirlər", aleksandr ostrovski), sanço ("sevilya ulduzu", lope de veqa), gavə ("dəmirçi gavə", şəmsəddin sami), seyran ("namus", aleksandr şirvanzadə"), aleksandr ("iki qardaş", mixail lermontov).</Page><Page Number="240">aktyorun ikinci bölümə aid daha bitkin xarakterik rollarının yığcam siyahısını belə tərtib etmək olar. camal ("nişanlı qız", sabit rəhman), ibad ("almaz", cəfər cabbarlı), şahmar ("aslan yatağı", məmmədhüseyn təhmasib), adil bəy ("laçın yuvası", süleyman sani axundov), cavad kişi ("qız atası", əfqan əsgərov), polis ("toros canavarı", əziz nesin), hacı həsən ağa, fazil ("ölülər" və "dəli yığıncağı", cəlil məmmədquluzadə), ibişli ("adamın adamı", anar), abbas ("həyat", mirzə ibrahimov), oqtay çingizov ("sahil əməliyyatı", cəmşid əmirov), nadir ("vətən namusu", georgi mdivani), surxay ("toy", sabit rəhman). naxçıvan teatrının aparıcı aktyorları 1940-1980-ci illərdə özlərinin möhtəşəm rollarının, teatrın tarixində hadisəyə çevrilən səhnə obrazlarının əksəriyyətini ibrahim həmzəyevin quruluş verdiyi tamaşalarda ifa ediblər. rejissor teatrın səhnəsində həm milli, həm də dünya dramaturqlarının klassik və çağdaş mövzulu əsərlərini tamaşaya hazırlayıb. azərbaycanm klassik ədiblərindən cəfər cabbarlının "od gəlini", "oqtay eloğlu", "nəsrəddin şah", "solğun çiçəklər", "yaşar", nəcəf bəy vəzirovun "hacı qəmbər", cəlil məmmədquluzadənin "ölülər", hüseyn cavidin "səyavuş", nəriman nərimanovun "nadir şah", əbdürrəhim bəy haqverdiyevin "pəri cadu", səməd vurğunun "fərhad və şirin", "vaqif", sabit rəhnıanın "toy", "xoşbəxtlər", "əliqulu evlənir", "nişanlı qız", hyas əfəndiyevin "bahar suları", "atayevlər ailəsi", əlyar yusiflinin "vicdan əzabı", isgəndər coşqunun "komsomol poernası", abdulla şaiqin "vətən", əyyub abbasovun "aqil və sərvinaz", cabbar məcnunbəyovun "ildırım", zeynal xəlilin "qatır məmməd", ənvər məmmədxanlının "od içində", islam səfərlinin "ana ürəyi", hüseyn razinin "odlu diyar", süleyman rüstəmin "qaçaq nəbi", vilyam şekspirin "otello", lope de veqanın "sevilya ulduzu" faciə, dram və komediyalarını naxçıvan teatrı rejissor ibrahim həmzəyevin quruluşlarında oynayıb. rejissor musiqili komediya janrında üzeyir bəy hacıbəyovun "arşın mal alan", "ər və arvad", "məşədi ibad", zülfüqar bəy hacıbəyovun "evliykən subay", "əlli yaşında cavan", süleyman rüstəm və səid rüstəmovun "durna", sabit rəhman və süleyman ələsgərovun "ulduz" əsərlərinə quruluş verib. ibrahim həmzəyev tərcümə əsərlərinin teatrın repertuarında müəyyən yer tutınasma xüsusi diqqət yetirib. o, tərcümə pyeslərinin seçilməsində teatrın fundamental yaradıcılıq konsepsiyasını əsas götürüb, janr əlvanlığına, mövzu müxtəlifliyinə çalışıb. bu baxımdan onun quruluşunda oynanılan "otello" (vilyam şekspir), "sevilya ulduzu" (lope de veqa), "iki ağanın bir nökəri" (karlo haldoni) tamaşaları teatrın repertuarında möhkəm yer tutan, forma və məzmun cazibədarlığı ilə seçilən, parlaq aktyor ifalarına görə əlvan olan səhnə əsərlərindəndir. ibrahim həmzəyevin yaradıcılığının aktyorluq qolu əlvan idi və çoxçalarlı mahiyyət daşıyırdı. ifa etdiyi rollarda romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini ayrılıqda və vəhdət halında təcəssüm etdirə bilirdi. məlahətli və dramatik xarakterli səsi, coşğun daxili temperamenti ilə mürəkkəb və psixoloji rollara əzəmətli monumentalizm verə bilirdi. məhəbbət qəhrəmanlarının rollarında aktyor emosional və lirik-psixoloji ifadə vasitələrinə üstünlük verir və bununla da obraza ülviyyət aşılamağı bacarırdı. bu dəyişmə prosesində səsinin çalarlarından dəqiqliklə və ifadəli tərzdə istifadə edirdi. yaradıcılığının özünəməxsus cəhətlərindən biri də o idi ki, hadisələrin yüksək psixoloji-dramatik məqamlarında daxili ehtirasını səfərbər edir, obrazın mənəvi gərginliyini sifət cizgilərində qabarıq canlandırır, mürəkkəb vəziyyətləri mənalı pauzalarla oynamağa üstünlük verirdi. ibrahim həmzəyevin rejissurası daha çox monumentalğı ilə xarakterik idi. məzmunun fəlsəfi-psixoloji mahiyyətinə uyğun, tamaşanın janrı ilə həmahəng səsləşən forma qurmağı ustalıqla bacarırdı. naxçıvan teatrında bədii və musiqi tərtibatlarının romantik xarakterdə səhnə təcəssümü tapmasını ilk dəfə özünün quruluş verdiyi tamaşalarda reallaşdıran rejissor jbrahim həmzəyevdir. naxçıvan teatrında mövcud olan romantik və realist aktyor məktəblərini nəzəri prinsiplər üzərində estetik ölçülərə salıb. bu kollektivdə lirik-psixoloji üslubun yaradıcısı olub və həmin janrda maraqlı tamaşalar hazırlamaqla yeni məktəbin ənənələrini yaradıb.</Page><Page Number="241">ibrahim həmzəyevin yüksək bədii zövqü vardı və buna görə də onun rejissurası sənətkar təxəyyülünün genişliyi, ifadə vasitələrinin zərifliyi, qurduğu şaxəli mizanlar estetik çalarlarının əlvanlığı, tamaşaya verdiyi forma poetik hüsnü ilə seçilirdi. aktyorluq və rejissorluq fəaliyyətinə görə 17 iyun 1943-cü ildə azərbaycan respublikasının əməkdar artisti, 15 oktyabr 1965-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. ibrahim həmzəyev naxçıvanda vəfat edib.   zəroş həmzəyeva  (22.3.1925- 5.6.2004)  geniş mənada milli teatr sənətimizin inkişafında xüsusi yeri olan, zəngin yaradıcılıq irsinə malik aktrisalardandır. zəroş həmzəyeva oynadığı müxtəlif xarakterli rolların psixoloji-estetik mahiyyətinə görə romantik, realist və lirik-psixoloji aktyor məktəblərinin poetika xüsusiyyətlərini dərindən bilib. bildiklərini səhnədə məharətlə, ifadəli və məzmunlu çalarlarla öz oyununda ustalıqla canlandıra bilib. şirin və yapışıqlı səsi ilə opera aktrisası kimi də bir sıra yaddaqalan partiyalar oxuyub. uzun illər teatrın aparıcı aktrisası kimi əksər tamaşalarda dramatik, fəci, lirik qəhrəmanların əvəzsiz ifaçısı kimi tanınıb. zəroş mirzəbağır qızı həmzəyeva 22 mart 1925-ci ildə naxçıvan muxtar respublikası babək rayonunun nehrəm kəndində doğulub. qızlıq soyadı əliyevadır. məşhur aktyor və rejissor ibrahim həmzəyevlə ailə həyatı qurandan sonra "həmzəyeva" soyadını daşıyıb. aktrisa kimi də məhz "zəroş həmzəyeva" kimi məşhurlaşıb. atası dövrünün tanınmış ziyalılarından olub. o, qızının təhsil almasına xüsusi səy göstərib. anası əfşan xanım makulu irəvanın tanınmış kübarlarından olan ibrahim xanın qızıdır. ibrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib. zəroş xanım orta təhsili nehrəm kəndində alıb. doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyil göstərib. məktəbin dram dərnəyində çıxış edib. səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. onu peşəkar səhnəyə ibrahim həmzəyev cəlb edib. ilk səhnə obrazı kimi nəcəf bəy vəzirovun "hacı qəmbər" ("yağışdan çıxdıq, yağmura düşdük") komediyasında yetər rolunu oynayıb. yeniyetmə qız səhnəyə ilk çıxışından maraqlı oyun nümayiş etdirib. sərbəstliyi və emosional dəyişmə bacarığı ilə teatrın kollektivini heyran qoyub. ona görə də elə həmin vaxtdan teatrın truppasına aktrisa götürülüb. qısa müddətdə teatrın aktyor ansamblına uyuşub və bir neçə ildə kollektivin qabaqcıl sənətkarı kimi şöhrət və rəğbət qazanıb. zəroş həmzəyeva 1948-ci ildə həyat yoldaşı ibrahim həmzəyevlə birlikdə qaryagin (indiki füzuli) dövlət dram teatrında aktrisa işləyib. bir il ərzində burada ondan çox səhnə obrazında çıxış edib. aktrisa bir sıra tamaşalarda, xüsusən "vaqif" tamaşasında xuraman rolunda akademik teatrın görkəmli sənətkarları ilə tərəfmüqabil olub. teatr ictimaiyyəti hər dəfə onun ifasını yüksək qiymətləndirib. azərbaycan respublikasının əməkdar artisti (1956) və xalq artisti fəxri adlarına layiq görülüb (7 oktyabr 1967). 1995-ci ildə fəxri təqaüdə çıxıb. bakıda vəfat edib və ikinci fəxri xiyabanda dəfn olunub. zəroş həmzəyeva dramaturq cəfər cabbarlının qadın qəhrərnanlarının ən yaxşı ifaçılarından sayılır. o, müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında ədibin "solğun çiçəklər" (sara), "nəsrəddin şah" (sitarə), "aydın" (gültəkin), "sevil" (sevil), "almaz" (almaz və yaxşı), "1905-ci</Page><Page Number="242">ildə" (sona), "od gəlini" (solmaz), "oqtay eloğlu" (firəngiz), "yaşar" (yaqut) dramlarının tamaşalarında baş rolları ifa edib. bu rolların bir qisınıni ayrıayrı quruluşlarda təkrarən oynayıb. aktrisanın baş rollar siyahısında xumar, südabə ("şeyx sənan" və "səyavuş", hüseyn cavid), estrelya ("sevilya ulduzu", lope de veqa), şirin və məryəm ("fərhad və şirin", səməd vurğun), gülcahan ("nadir şah", nəriman nərimanov), süsən ("namus", aleksandr şirvanzadə), gülcamal ("qatır məmməd", zeynal xəlil), dezdemona ("otello", vilyam şekspir), zinyət və zalxa ("toy", sabit rəhman), məhsəti, ismət ("məhsəti" və "ismət", kəmalə ağayeva), mətanət ("çicəkli dağ", məmmədhüseyn təhmasib), luiza ("sahil əməliyyatı", cəmşid əmirov), kruçinina ("günahsız müqəssirlər", aleksandr ostrovski) kimi sanballı xarakterlər var. xarakterik rollar oynamaqda zəroş həmzəyeva geniş yaradıcılıq imkanlarına malik idi. aktrisa əlvan ifadə vasitələri ilə aqafiya ("evlənmə", nikolay qoqol), göyərçin ("ədalət", bəxtiyar vahabzadə), fəxrəndə ("bayramın birinci günü", nazim hikmət), xuraman ("vaqif", səməd vurğun), südabə ("günəş doğur", əbülfəz abbasquliyev), ana ("ana ürəyi", islam səfərli), həyat ("həyat", mirzə ibrahimov), nazlı ("nişanlı qız", sabit rəhman), diləfruz ("odlu diyar", hüseyn razi), reyhan ("atayevlər ailəsi", ilyas əfəndiyev), yeganə ("ibrahim", cabbar məcnunbəyov),   pəri  ("pəri  cadu", əbdurrəhim bəy haqverdiyev), mehriban ("vicdan əzabı" əlyar yusifli), şölə xanım ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), fəxrəndə ("bayramın birinci günü", nazim hikmət), münəvvər ("toros canavari", əziz nesin), mirondalina ("mehmanxana sahibəsi", karlo haldoni), at balaxanım ("adamın adamı", anar), mələk xanım ("itirilmiş sağlıq", hüseyn ibrahimov), zöhrə ("eşq və intiqam", süleyman sani axundov) rollarını oynayıb. zəroş xanımın kiçik, lakin ürəyəyatımlı və şirin səsi olub. buna görə də üzeyir bəy hacıbəyovun "leyli və məcnun" (leyli və leylinin anası), "əsli və kərəm" (əsli) operalarında, "arşın mal alan" (gülçöhrə, telli və asya), "məşədi ibad" (gülnaz), zülfüqar bəy hacıbəyovun "evliykən subay" (pərizad), süleyman rüstəm və səid rüstəmovun "durna" (durna və lalə), məcid şamxalovla zakir bağırovun "qaynana" (afət) operettalarında əsas partiyaları ifa edib. onun yüksək səhnə mədəniyyəti və ifadə zənginliyi oynadığı musiqili tamaşa obrazlarına dinamik ritm və emosional təravət verib. zəroş həmzəyeva daxilən ehtiraslı və çılğın aktrisa idi. bu keyfiyyətləri son dərəcə həssas meyarlarla oynadığı obrazların xarakterlərinə uyğun şəkildə, fərqli ştrixlərlə canlandırırdı. ona görə də bu ehtiras və bu çılğınlıq bir-birindən fərqlənirdi. aktrisa faciə obrazlarında qatı boyalarla, dramatik personajların ifasında tipik ştrixlərlə, lirik rollarda zərif psixologizmlə təcəssüm tapırdı. aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlist, ifadəli və cazibəli idi. zəroş xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji ruhuna, daxili dramatizmınin gərginliyinə uyğun olaraq səsinin variasiyalarından məharətlə istifadə edirdi. səhnədə həssas və diqqətcil yöndaş olması ilə seçilib. mürəkkəb kompozisiyalı, kəskin dramatizmli tamaşaların çətin psixoloji məqamlarda da səhnə diqqətini saxlaya bilirdi. zəroş həmzəyeva vəziyyətin mahiyyətini dəqiq qiymətləndirirdi. bununla da epizodda iştirak edən aktyor və ya aktrisanın psixoloji hadisəni sərbəst oynamalarına, onun fəlsəfi mahiyyətini tamaşaçılara dürüst çatdırmalarına, əsas vurğunu rejissorun ali məqsədinə yönəltmələrinə zəmin yaradırdı.   irəvan dövlət azərbaycan dram teatri (1880-1949)  irəvan azərbaycan teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutur. özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən irəvan teatrını iki</Page><Page Number="243">mərhələdə təqdim edib öyrənmək lazımdır. teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq fəaliyyəti ilə bağlıdır. ikinci mərhələni isə kollektivin dövlət azərbaycan dram teatrı kimi yaradıcılıq prosesi müəyyənləşdirib. vaxtilə eyniadlı azərbaycan xanlığının mərkəzi olmuş irəvan şəhəri xix əsrdə azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə şəhərdə türkrus dillərində məktəblər açılmışdı, vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. novruz, qurban və orucluq bayramlannda meydan tamaşaları, "kosa-kosa", "qaravəlli" və müxtəlif mərasim oyunları göstərilirdi. 1882-ci ilin əvvəllərində irəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər məşədi ismayıl özünün şagirdləri ilə vasaq mədətovun "tamahkarlıq düşmən qazanır" pyesini tamaşaya hazırlayıb. bununla da irəvanda peşəkar azərbaycan teatrının təməli qoyulub. həmin əsər ikinci dəfə 1882-ci il aprel ayının 2-də təzə ifaçılarla oynanılıb. əsas rolları müəllim və şagirdlərdən mizrə xəlil hacıyev (məmmədqulu), rüstəmxan abbasquluxanov (fətəli mirzə), məşədi ismayıl" (hacı fərəc) oynayıblar. hər iki hadisə irəvanın mədəni həyatında mühüm hadisə kimi qəbul olunub və xeyli ziyalı bu maarifçilik prosesinə qoşulub. teatr prosesini unudulmağa qoymayan ilk növbədə məşədi ismayıl olub və o, 1883-cü il mart ayının 10-da irəvan sakini rzayevin "könülsüz nigah" birpərdəli didaktik pyesini tamaşaya qoyub. iki il sonra görkəmli maarifpərvər, pedaqoq irəvan şəhər seminariyasının müəllimi firudin bəy köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə çalışmağa başlayıb. onun fədakarlığı sayəsində teatr həvəskarları bir yerə cəmləşiblər. onlar mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" komediyasının tamaşaçılara göstərilməsinə nail olublar. irəvan teatr həvəskarları tərəfindən firudin bəy köçərlinin rəhbərliyi və rejissorluğu ilə mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (21 mart 1888), təkrar quruluşda "müsyö jordan və dərviş məstəli şah" (4 aprel 1890), "hacı qara" (20 oktyabr 1894), rzayevin "könülsüz nikah" (17 fevral 1890), vasaq mədətovun "tamahkarlıq düşmən qazanır" (10 may 1892), "qırt-qırt" (30 noyabr 1893), sultanməcid qənizadənin "dursunəli və ballıbadı" (7mart 1895) pyesləri tamaşaya hazırlanıb. tədricən güclənən teatr prosesinə şəhərin zadəgan ziyalıları təkinskilər, qazıyevlər, irəvanskilər, pənah xan makinski yaxından mənəvi və maddi köməklik göstəriblər. səhnəyə ilk dəfə 1897-ci ildə çıxan, istedadını tezliklə göstərə bilən yunis nuri 1890-cı ildən rejissor və aktyor kimi aparıcılığı ələ alaraq peşəkar teatrın daha da canlanmasına, tamaşaların il ərzində əvvəlkilərlə müqayisədə daha çox göstərilməsmə nail olub. pənah xan makinski isə səhnə həvəskarlarını xurafatın, nadanlığın fitnəkarlığından qorumaq üçün tamaşaların oynanılmasını öz sarayında təşkil edib. iyirminci əsrin əvvəllərində isə teatr tamaşaları "ictimai yığnaq" ("ziyalılar klubu" da deyilib), canpoladov qardaşlarının teatr binalarında da oynanılıb. artıq müəyyən birlik yaranmış truppada hüseyn salmanov, məmmədağa şahtaxtlı (şahtaxtinski), rza şeyxzadə, mirzə mustafa rəcəbov, asəf bəy şəfibəyov, kərim əhmədov, əli məhzun əkbərov, mir abbas kimi həvəskar aktyorlar vardı. 1900-1917-ci illərdə irəvanda azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanıb. bu illərdə bakının müxtəlif teatr truppalarının üzvləri dəstə bağlayıb qafqazın ayrı-ayrı şəhərlərinə, o cümlədən irəvana qastrol səfərlərinə çıxıblar. hüseyn ərəblinskinin, əbülfət vəlinin, sidqi ruhullanın, mirzağa əliyevin, cəlil bağdadbəyovun, bəstəkar zülfüqar bəy hacıbəyovun irəvandakı qastrolları yerli həvəskarların daha şövqlə çalışmalarına, yeni-yeni peşəkarlıq səciyyələrinə yiyələnmələrinə təkan verib. məhz həmin dövrdə irəvanın teatr həvəskarlarının repertuarında əlvanlıq, zənginlik və janr müxtəlifliyi genişlənib. repertuarda nəriman nərimanovun "nadir şah", yevgeni çirkovun "yəhudilər", jan batist molyerin "zorən təbib", mirzə fətəli axundzadənin "molla ibrahimxəlil kimyagər" (1910 rejissor yunis nuri), əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq" (25 iyul</Page><Page Number="244">1910. rejissor hüseyn ərəblinski), "bəxtsiz cavan" (4 fevral 1911. rejissor yunis nuri), nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" (10 may 1911. rejissor sidqi ruhulla), zülfüqar bəy hacıbəyovun "əlli yaşında cavan" (22 noyabr 1912. rejissor müəllif özüdür), aleksandr ostrovskinin "kimdir müqəssir?" (25 iyul 1913. rejissor yunis nuri), üzeyir bəy hacıbəyovun "məşədi ibad" (19 avqust 1916. rejissor rza şeyxzadə) əsərlərinin maraqlı, teatrsevərlər tərəfindən rəğbətlə qarşılanan tamaşaları əsas yer tutub. bakıdan və tiflisdən fərqli olaraq, səhnəyə azərbaycanlı qızı irəvanda daha erkən çıxıb. qəssab əsədin qızı tamara 1916-cı ildə göstərilən üzeyir bəy hacıbəyovun "arşın mal alan" operettasında gülçöhrə rolunu oynayıb. bu, o dövr üçün böyük cəsarət və misilsiz fədakarlıq idi. 1918-1927-ci illər irəvan teatrının fəaliyyətində ayrıca dövr kimi maraqlı, dəyərli və peşəkarlıq xüsusiyyətlərinin estetik reallıqlarla formalaşması baxımından mühüm mərhələdir. iyirminci əsrin əvvəllərində tamaşaya qoyulmuş məşhur əsərlər təkrar və daha kamil quruluşlarda tamaşaya hazırlanıb. eyni zamanda repertuarda yunis nurinin quruluşunda hüseyn cavidin "şeyda" (18 mart 1926), bağır cabbarzadənin quruluşunda şəmsəddin saminin "dəmirçi gavə" (7 iyun 1924), cəlil məmmədquluzadənin "ölülər" (20 iyul 1924), əbdürrəhim bəy haqverdiyevin "pəri cadu" (30 avqust 1924), üzeyir bəy hacıbəyovun "əsli və kərəm" (10 may 1927) tamaşaları mühüm yer tutub. teatr dəstəsi öz tamaşalarını irəvan şəhərindən başqa, azərbaycanlıların qədim atababa torpaqları olan zəngəzur, göyçə, vedibasar, uluxanlı mahallarında da göstərib. 1928-ci il mart ayının 15-də "irəvanda dövlət türk teatrosu yaratmaq barədə" dövlətin qərarı olub. təşkilat işi təcrübəli sənətkar, milli səhnə sənətimizin fədakar cəfakeşi yunis nuriyə tapşırılıb. truppanın əsasını yerli həvəskarlar təşkil edib və kollektivə bakının müxtəlif teatrlarından, bakıdakı azərbaycan dövlət teatr məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb olunublar. irəvan dövlət azərbaycan dram teatrının təsisatlı sənət ocağı kimi fəaliyyətə başlaması üçün fransız dramaturqu jan batist molyerin "zorən təbib" komediyası seçilib. yunis nurinin quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilib. bununla da irəvan azərbaycan teatrının yaradıcılığının ikinci və bədiiestetik cəhətdən daha sanballı mərhələsi başlanıb. on il ərzində teatr cəfər cabbarlının "aydın" (14 avqust 1928), "sevil" (16 dekabr 1929), "almaz" (14 noyabr 1934), "yaşar" (1934), "1905-ci ildə" (13 may 1935), "od gəlini" (1936), tərcümə edilmiş "pepo" (31 yanvar 1930), anatoli qlebovun "inqa" ("incə" adı ilə. 7 noyabr 1930), aleksandr şirvanzadənin "namus" (25 dekabr 1934), sovet ideologiyasından bəhs edən aleksandr korneyçukun "platon kreçet" , boris lavrenyovun "hücum" əsərlərini maraqlı quruluşlarda oynayıb. "aydın" da əşrəf yusifzadənin (dövlət bəy), həmid lbrahimovun (aydın), "od gəlini" ndə əli zeynalovun (elxan), "1905-ci ildə" də yunis nurinin (allahverdi), "yaşar" da cəmil əliyevin (niyaz), "sevil" də qafar həqqinin (babakişi), "incə" də xədicə ismayılovanın (incə), "namus" da ismayıl dağıstanlının (rüstəm) və əli zeynalovun (seyran) oyunları yüksək sənətkarlıq xüsusiyyətləri ilə yadda qalıb. bakıdan dəvət olunmuş rejissor yusif yulduzun bir neçə quruluşu teatrın monumentalizmə meyilini gücləndirib. irəvan dövlət azərbaycan dram teatrı 1938-1947-ci illərdə peşəkarlıq vərdişlərini daha da gücləndirib, milli rejissuranın üslub və forma axtarışlarını genişləndirib. teatrda tiflisdən gəlmiş əli şahsabahlı, peterburqda peşə təhsili almış baxşı qələndərli maraqlı quruluşlar verməklə sənət ocağının roınantik və realist üslub xətlərini gücləndirmiş, aktyorların ifa zənginliyinə nail ola bilmişlər. baxşı qələndərlinin rejissorluğu ilə oynanılan "1905-ci ildə" (14 fevral 1935) dramı teatrın sənət qələbəsinə çevrilib. bundan sonra elə həmin il teatra cəfər cabbarlının adı verilib. əli şahsabahlının rejissorluğunda vilyam şekspirin "otello" (1944) faciəsinin tamaşası teatrın yaradıcılığında uğurlu mərhələ rolunu oynayıb. tamaşada əsas obrazları əli zeynalov (otello) və abbasqulu tağıyev (yaqo) ifa ediblər.</Page><Page Number="245">bu dövrdə teatr əvvəllər oynadığı bir sıra əsərləri təkrar quruluşlarda tamaşaçılara göstərib. eyni zamanda repertuarda yeni pyeslər də mühüm yer tutub. kollektiv mirzə fətəli axundzadənin "hacı qara" (hacı qara - əhməd səfayi və yunis nuri), sabit rəhmanın "toy" komediyalarını, səməd vurğunun "vaqif" (vaqif əli - zeynalov, qacar - əli şahsabahlı, ibrahim xan - məmmədbağır qaraxanov), süleyman rüstəmin "qaçaq nəbi" qəhrəmanlıq dramlarını, əbdürrəhim bəy haqverdiyevin "pəri cadu", cəlil məmmədquluzadənin "ölülər" (yeni və bədii cəhətdən daha kamil quruluşda) faciələrini, çağdaş mövzuda mirzə ibrahimovun "həyat" dramını oynamaqla ciddi sənət uğurları qazana bilib. tərcümə əsərlərindən sandro şanşiaşvilinin "anzor", aleksandr puşkinin "xəsis cəngavər", aleksandr ostrovskinin "günahsız müqəssirlər", jan batist molyerin "jorj danden" pyeslərinin tamaşaları teatrın janr və üslub əlvanlığını zənginləşdirib. teatr dramatik xarakterli sənət ocağı olmasma baxmayaraq, üzeyir bəy hacıbəyovun  "arşın mal alan", "məşədi ibad" operettalarını, "leyli və məcnun", "əsli və kərəm", zülfüqar bəy hacıbəyovun "aşıq qərib", müslüm bəy maqomayevin "şah ismayıl" operalarını müxtəlif quruluşlarda tamaşaçılara göstərib. irəvan dövlət azərbaycan teatrı ermənistanda azərbaycanlılara qarşı başlanan kütləvi təzyiqlər nəticəsində 1948-ci ildə basarkeçər rayonuna köçürülüb. özünümaliyyələşdirmə iş prinsipinə keçən teatr 1949-cu ilin əvvəllərində maliyyə çətinlikləri ilə əlaqədar olaraq bağlanıb. həmin vaxtda sənət ocağında yunis nuri, məmmədbağır qaraxanov, əli şahsabahlı, cəmil əliyev, abbasqulu tağıyev, şövkət əliyeva, əziz süleymanov, qəzənfər məlikov, naibə əliyeva, roza hüseynova, züleyxa babayeva, məmmədrza qənizadə, xədicə ismayılova, hüseyn ərəboğlu, asəf əlixanov, əsgər rəhimov, gülzar rəhimova, midhəd rəsulzadə, isfəndiyar hüseynov, nübar əlixanova kimi səriştəli, peşəkar, müəyyən sənət uğurları qazanmış aktyorlar və aktrisalar çalışıblar. bakı, gəncə, naxçıvan teatrlarında yaradıcılıqlarını davam etdirərək ssri xalq artisti, azərbaycan respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar artisti fəxri adlarına layiq görülmüş ismayıl dağıstanlı, kazım ziya, əli zeynalov, əşrəf yusifzadə, əyyub haqverdiyev, əşrəf quliyev, ətayə əliyeva, qafar həqqi, ibrahim hüseynov (şünasi), həsən ağayev, imamverdi bağırov, həmçinin tanınmış aktyorlar məmmədsadıq nuriyev, kamal qubuşov, zakir şalıbazov müxtəlif illərdə irəvan teatrında aktyor işləyiblər. teatrda tamaşaların bədii tərtibatını rəssam rəhim məmmədov, musiqi tərtibatını isə, əsasən, orkestrin rəhbəri eyvaz eyvazov veriblər. irəvan dövlət azərbaycan teatrı 1928-1934-cü illərdə şəhərin baş meydanı yaxınlığındakı yarızirzəmidə fəaliyyət göstərib. 1935-ci ildən isə öz tamaşalarını həftədə bir dəfə irəvan dövlət musiqili komediya teatrının binasında oynayıb. teatrın qabaqcıl sənətkarlarından baxşı qələndərlı əməkdar incəsənət xadimi, yunis nuri, əli zeynalov, məmmədbağır qaraxanov, əli şahsabahlı, cəmil əliyev əməkdar artist fəxri adları ilə təltif olunublar.</Page><Page Number="246">irəvan dövlət azərbaycan dram teatri (1967-2004)  irəvanda yaşayan ziyalılardan yunis rzayevin, qəşəm aslanovun, israfil məmmədovun, əkbər yerevanlının, sabir rzayevin təşəbbüsü ilə 1966-cı ildə irəvan dövlət teatrının bərpası üçün ermənistan hökuməti qarşısında məsələ qaldırıldı. azərbaycan respublikası həmin qeyrətli vətənpərvərlik çağırışına həyan durdu. azərbaycan dövlət teatr institutunun aktyorluq fakültəsinin tələbələri 1967-ci ilin fevral ayında sənət müəllimləri nəsir sadıqzadə ilə birlikdə teatrın bərpası üçün irəvana göndərildilər. fədakar gənclər cəfər cabbarlının "sevil" dramının qızğın məşqlərinə başladılar. yerli teatr həvəskarlarının təcrübəli sənətkarları cəmil əliyev, abbasqulu tağıyev, istedadlı gənclərdən elmira ismayılova, raya qafarova, səməd abbasov truppaya qəbul edildilər. naxçıvan teatrından tariyel qasımov, aydın şahsuvarov, gəncə teatrından zemfira əliyeva, nisə əliyeva, bakıdan zərnişan fətəliyeva, tamilla abdullayeva, zemfira sadıqova irəvan teatrına çağırıldılar. cəfər cabbarlı adına irəvan dövlət dram teatrı 1967-ci il aprel ayının 28-də "sevil" tamaşası ilə öz pərdələrini açdı. bərpa olunan sənət ocağının ikinci həyatı başlandı. "sevil" tamaşasının quruluşunu nəsir sadıqzadə vermişdi. əsas rolları zərnişan fətəliyeva (sevil), tariyel qasımov (balaş), zemfira əliyeva (gülüş) oynadılar. teatrın açılışından bir qədər sonra nəsir sadıqzadə bakıya qayıtdı. teatrın baş rejissor kürsüsünü azərbaycan dövlət teatr institutunu yenicə bitirmiş tofiq ağayev tutdu. onun kollektivdə ilk işi sabit rəhmanın "əliqulu evlənir" komediyasına verdiyi quruluş olub. tamaşada əsas rolları aydın şahsuvarov (əliqulu), nisə rzayeva (gövhər), raya qafarova qumral), şamil dəmirçiyev (xəlil), tariyel qasımov (rövşən), zərnişan fətəliyeva (yasəmən), sara əliyeva (humay), vidadi əliyev (kamal), zemfira sadıqzadə (səadət) ifa ediblər. teatr nəcəf bəy vəzirovun "yağışdan çıxdıq, yağmura düşdük" (quruluşçu rejissor tariyel qasımov, rəssam cabbar quliyev) komediyasını da maraqlı quruluşda oynayıb. tamaşada baş rolları rəhim rəcəbov (hacı qəmbər), raya qafarova (yetər), tariyel qasımov (cəbi), zülfüqar abbasov (əşrəf bəy), hüseyn ismayılov (qıdı kirvə), cahid hilaloğlu (mayor xudaverdi) ifa ediblər. "sevil", "yağışdan çıxdıq, yağmura düşdük" və "əliqulu evlənir" tamaşaları ilə özünün realist dramatik yaradıcılıq platformasını bəyan edən irəvan dövlət dram teatrı şıxəli qurbanovun "sənsiz" (25 dekabr 1968. quruluşçu rejissor tofiq ağayev) dramı ilə milli səhnə sənətimizdə yenicə uğurlu addımlarını atan lirik-psixoloji üsluba qadir olduğunu da göstərdi. tədricən lirik-psixoloji üslub formalaşaraq teatrın yaradıcılıq simasının əsas estetik prinsiplərini müəyyənləşdirdi. bu iki üslubun qovuşuğunda özünün poetika səciyyələrini müəyyənləşdirən irəvan teatrı üzeyir bəy hacıbəyovun "məşədi ibad" (2 mart 1970. quruluşçu rejissor tofiq ağayev), "arşın mal alan" (20 may 1981), dramaturq sabit rəhmanla bəstəkar emin sabitoğlunun "hicran" (9 dekabr 1985), dramaturq məhərrəm əlizadə ilə bəstəkar ağası məşədibəyovun "toy kimindir?" (24 fevral 1972), dramaturq məcid şamxalovla bəstəkar zakir bağırovun "qaynana" (10 fevral 1975) operettalarını oynamaqda da müəyyən səriştə qazana bilib. irəvan dövlət azərbaycan dram teatrı bərpa olunandan sonra onun yaradıcılığı iki mərhələyə bölünüb: adını daşıdığı şəhərdəki fəaliyyəti (1967-1988);  ermənilərin azəri türklərinə qarşı törətdikləri vəhşi soyqırıınından sonra teatrın irəvanı tərk edərək bakı şəhərindəki yeni yaradıcılıq dövrü (1989-cu ildən bu günə qədər). irəvan teatrının yeni üslub istiqamətində formalaşmasında, truppanın estetik ifadə vasitələrinin zənginləşməsində tofiq ağayev uğurlu işlər görüb, səmərəli axtarışlar aparıb. o, teatrdaxili çəkişmələr nəticəsində 1970-ci ildə baş rejissorluqdan çıxıb. teatr 1977-ci ilə qədər baş</Page><Page Number="247">rejissorsuz işləyib. püzdür, 1973-1974-cü ildə qocaman səhnə xadimi baxşı qələndərli teatra yaradıcılıq rəhbərliyini öz üzərinə götürüb, lakin o, kollektivdəki durğunluğu aradan qaldıra bilməyib. teatrın sağlam qüvvələrinin təkidi ilə tofiq ağayev yeddiillik fasilədən sonra doğma teatra qayıdıb. forma əlvanlığına, janr müxtəlifliyinə, repertuar zənginliyinə xüsusi diqqət yetirən rejissor irəvan teatrının yaradıcılığında özünün sanbalh quruluşları ilə qüvvətli aktyor oyunlarına imkan yarada bilib. onun rejissorluğunda oynanılan yusif əzimzadənin "nəsrəddin" (25 dekabr 1968), tərcümə olunmuş "bağdasar dayı" (9 rnart 1969), imran qasımov və həsən seyidbəylinin "sən nə üçün yaşayırsan?" (6 dekabr 1970), hüseyn muxtarovun "nənəm ərə gedir" (10 may 1978), anarın "şəhərin yay günləri" (20 may 1979), anatoli safronovun "kişilərə inanınaym"  (30  dekabr  1980),  azad abdulinin  "on üçüncü sədr" (26 dekabr 1982), karlo haldoninin "iki ağanın bir nökəri"  (30 dekabr  1983),  mirzə fətəli axundzadənin "lənkəran xanının vəziri" (15 mart 1984), "müsyö jordan və dərviş  məstəli şah",  karl vitlinkerin "ulduzdan  düşmüş adam" (11  may 1984), aleksandr makayonokun "tribunal" (20 fevral 1986), ilyas əfəndiyevin "atayevlər ailəsi" (5 may 1987), mar bayciyevin "ər və arvad" (15 fevral 1988) pyeslərinin tamaşaları müəyyən çatışmazlıqlarına baxmayaraq, kollektivin başlıca yaradıcılıq uğurlarını təminatlandırıb. irəvan teatrı 1967-1988-ci illərdəki fəaliyyət dövründə yaradıcılıq axtarışlarına meyilli olub. bu məqsədlə teatr vaxtaşırı azərbaycanın müxtəlif sənət ocaqlarından yaradıcılıqlanna inandığı həm təcrübəli, həm də gənc rejissorları tamaşa hazırlamağa dəvət edib. bu teatrda nəsir sadıqzadə georgi xuqayevin "elbrus evlənir" (4 may 1972), hidayətin "məhəbbət yaşadır" (fevral 1976), zülfüqar abbasov yerli müəllif əziz süleymanovun "alovlar" (10 noyabr 1967), cəfər cabbarlının "solğun çiçəklər" (10 noyabr 1968), nəcəf bəy vəzirovun "hacı qəmbər (10 dekabr 1972), hilal həsənov mirzə fətəli axundzadənin "molla ibrahimxəlil kimyagər" (15 noyabr 1971), sabit rəhmanın "toy" (24 dekabr 1974), vəli babayev şair-dramaturq bəxtiyar vahabzadənin "ikinci səs" (25 fevral 1971), ağakişi kazımov şamil xurşud və əşrəf hacıyevin "qızıl zəncir" (10 iyul 1978), hidayətin "məni qınamayın" (14 may 1981), nahid hacızadənin "ömür gözləmir bizi" (31 may 1982), niyaz şərifov əkrəm əylislinin "bağdada putyovka var" (19 mart 1979), vaqif şərifov rövşən ağayevin" yeddi oğlan, bir qız" (7 mart 1983), hüseynağa atakişiyev nəriman həsənzadənin "imzalar içində" (28 aprel 1980) əsərlərinə ayrı-ayrı janrlarda quruluşlar veriblər. irəvan teatrının dövlət statusu ilə fəaliyyət göstərməsinin 50 illiyi münasibətilə 1978-ci ildə abbasqulu tağıyev və şamil dəmirçiyev ermənistan respublikasının əməkdar artisti, teatrın direktoru hidayət orucov əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüblər. irəvan dadt 1978-ci ildə bakıda qastrolda olub. teatrın burada qazandığı sənət nailiyyətlərinə görə aktyorlar vidadi əliyev, tamilla abdullayeva və marietta kərimova azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltif ediliblər. irəvan teatrı 1967-1986-cı illərdə mirzə fətəli axundzadə adına şəhər orta məktəbinin üçüncü mərtəbəsində yerləşib. lakin burada tamaşa oynamağa imkan olmadığına görə teatr tamaşalarını kirayə ilə stanislavski adına rus dövlət dram teatrının binasında nümayiş etdirib. azərbaycanlılar yaşayan bölgələrdə müntəzəm olaraq səyyar tamaşalar göstərilib. irəvan şəhərindəki yaradıcılıq dövründə teatrın tamaşalarına yerli rəssam cabbar quliyev, dəvət olunmuş fırça ustalarından məmməd qasımov, fuad qafarov, mübariz əliyev bədii tərtibatlar vermişlər. tamaşaların musiqi tərtibatı ilə kamal misgərov, sabir əliyev və bağır cəfərov məşğul olmuşlar. bakı dövründə ilk illər ciddi maddi və yaradıcılıq çətinlikləri ilə yaşayan irəvan dadt-nin rəhbərlik ağırlığını istedadlı aktyor vidadi əliyev öz üzərinə götürüb. o, direktor və bədii rəhbər kimi kollektivi mənəvi böhrandan çıxara bilib. teatr 1989-1994-cü illərdə xırdalan qəsəbəsindəki mədəniyyət sarayında yerləşib. 1994-cü ildə hazırki binasına, yəni hüseynqulu sarabski adına mədəniyyət evinə köçüb.</Page><Page Number="248">aktyor ştatında cəmi 14 nəfər olan kollektiv bakıda vidadi əliyevin rəhbərliyi ilə əvvəlcə "ər və arvad" (mar bayciyev), "mənim qaynanam" (georgi xuqayev), "əkizlərin nağılı" (panço pançev), "nəsrəddin" (yusif əzimzadə) tamaşalarını bərpa edərək oynamağa başladı. tədricən yaradıcılıq ritmini nizama salan teatr müxtəlif sarsıntı və sıxıntılara, dekorasiya, əlbəsə, butafor, rekvizit çətinliklərinə baxmayaraq, sabit repertuar qurmağa çalışdı. teatrda süleyman rəşidinin "allah onlara rəhmət eləsin" (10 iyun 1993), inqilab vəlizadənin "abbasqulu bəy şadlinski" (15 dekabr 1995), aydın haqqararın "dəli domrul" (15 aprel 1994), vidadi əliyevin "madam badam" (20 aprel 1994), şərəf başbəyovun "dəmir qadın" (20 aprel 1997), marsel birkye marinyenin "oğru" (9 iyun 1999), sabit rəhmanın "yalan" (15 dekabr 2000), kamal abdullanın "elə bil qorxa-qorxa", hüseyn cavidin "maral" (15 iyul 1999) pyesləri oynanılıb. dəvətlə çağırılmış rejissorlar bəhram osmanov, vaqif əsədov, yusif əkbərov, oqtay salamov teatrda müxtəlif quruluşlar veriblər. teatrın qabaqcıl aktyorları elmira ismayılova və süleyman nəcəfov 2000-ci il iyun ayının 15-də azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltifləniblər.   irəvan dövlət azərbaycan dram teatrinda aktyor yaradigliği  yaradılan gündən realist aktyor məktəbinə üstünlük verən irəvan teatrında bu üslubda sənət nailiyyətləri qazanan və müəyyən mərhələlərdə romantik monumentalizmə üstünlük verən aktyorlar olublar. ayrı-ayrı illərdə teatrda qısa və ya uzun müddətdə işləyən aktyorların əksəriyyəti kollektivin yaradıcılıq salnaməsmə dəyərli töhvələr veriblər. tiflis teatrından gəlmiş əli şahsabahlı irəvan teatrında rejissorluq etməklə yanaşı, qacar ("vaqif", səməd vurğun), əsgər, kərəm ("arşın mal alan" və "əsli və kərəm", üzeyir bəy hacıbəyov), zöhhak ("dəmirçi gavə", şəmsəddin sami), abbas ("həyat", mirzə ibrahimov) kimi mürəkkəb opera, operetta və dram rolları oynayıb. əli zeynalov irəvan teatrına 1934-cü ildə gəlib və burada on il işləyib. teatrın səhnəsində baxşı, elxan ("1905-ci ildə" və "od gəlini", cəfər cabbarlı), seyran ("namus", aleksandr şirvanzadə), araadi ("platon kreçet", aleksandr korneyçuk), tomson ("hind qızı", əbdülhəq hamid), otello və yaqo ("otello", vilyam şekspir), süleyman ("həyat", mirzə ibrahimov) kimi mürəkkəb xarakterli rollarda çıxış edib. əşrəf yusifzadənin hacı əhməd, dövlət bəy ("almaz" və "aydın", cəfər cabbarlı), rüstəm ("namus", aleksandr şirvanzadə), imamverdi bağırovun tomson ("hind qızı", əbdülhəq hamid), sərvər ("məşədi ibad", üzeyir bəy hacıbəyov), ismayıl dağıstanlının isgəndər ("ölülər", cəlil məmmədquluzadə), otello ("otello", vilyanı şekspir), şeyx sənan ("şeyx sənan", hüseyn cavid), məmmədbağır qaraxanovun nökər ("zorən təbib", jan batist molyer), babakişi ("sevil", cəfər cabbarlı), zimzimov ("pepo", tərcümə əsəri), ser bortel ("hind qızı"), ibrahim xan ("vaqif"), əhməd səfayinin hacı qara ("hacı qara", mirzə fətəli axundzadə), brabansio ("otello"), ətayə əliyevanın gülnar ("vaqif") və həcər ("qaçaq nəbi", süleyman rüstəm), əyyub haqverdiyevin allahverdi ("1905-ci ildə"), məmmədsadıq nuriyevin vəli ("arşın mal alan") rolları irəvan dövlət azərbaycan dram teatrının aktyor ifaçılığı məktəbini zənginləşdirmiş səhnə surətləridir.  * * *  cəmil əliyev  (1909 - 2.11 1977)</Page><Page Number="249">qədim irəvan xanlığının vedibasar mahalında anadan olub. 1926-cı ildə irəvan pedaqoji texnikumunu bitirərək teatrda çalışmağa gəlib. teatrın səhnəsində dramaturq cəfər cabbarlının pyeslərinin tamaşalarında niyaz ("yaşar"), məmmədəli və babakişi ("sevil"), imamverdi ("1905-ci ildə"), hacı həsən ağa ("ölülər", cəlil məmmədquluzadə), şamama qarı ("pəri cadu", əbdürrəhim bəy haqverdiyev), cəlal ("həyat", mirzə ibrahimov) kimi yaddaqalan rollar ifa edib. irəvan dövlət azərbaycan dram teatrının bərpadan sonraki illərində aktyor vəli ("arşın mal alan"), məşədi ibad ("o olmasın, bu olsun", üzeyir bəy hacıbəyov), mirzə cavad ("aydın", cəfər cabbarlı), yereat ("baqdasar dayı", tərcümə əsəri), hacı salman ("hacı qəmbər", nəcəf bəy vəzirov), parnak ("bir damın altında", tərcümə pyesi), darğa ("nəsrəddin", yusif əzimzadə) rollarını məharətlə oynayıb. aktyorun ifasında obrazlar real cizgilərlə, psixoloji dəqiqliklə verilirdi. o, obrazın psixoloji çalarlarını, yaşantılarını ustalıqla çatdırırdı. realist ifadə vasitələrinə üstünlük verirdi. 1968-ci ilin yanvarında ermənistan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. cəmil ibrahim oğlu əliyev ömrünün sonuna qədər səhnədən ayrılmayıb və irəvanda vəfat edib.  abbasqulu tağıyev  (1919-1981)  irəvan şəhərində doğulub. teatrın səhnəsinə ilk dəfə 1931-ci ildə çıxıb. aktyorun birinci rolu cəfər cabbarlının "sevil" dramında gündüz obrazı olub. istedadlı və işgüzar aktyor doğma səhnədə müxtəlif illərdə səməd vurğunun "vaqif", "fərhad və şirin", "xanlar" dramlarında eldar, xosrov, xanlar, aleksandr şirvanzadənin "namus", "cinli" əsərlərində rüstəm və daniel, cəfər cabbarlının pyeslərinin tamaşalarında ibad ("yaşar"), əbdüləli bəy ("sevil"), imamverdi ("1905-ci ildə"), qorxmaz ("od gəlini") rollarını oynayıb. müxtəlif tamaşalarda rüstəm və əbdək ("nizami", mehdi hüseyn), teymur ağa ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), yaqo ("otello", vilyam şekspir), dudikin ("günahsız müqəssirlər", aleksandr osrovski,  nəbi  ("qaçaq  nəbi",  süleyman  rüstəm),  amiran ("vətən namusu", georgi mdivani) kimi yaddaqalan səhnə obrazları yaradıb. 1949-cu ildə irəvan teatrı bağlandıqdan sonra abbasqulu tağıyev xalq teatrında çalışıb. 1967-ci ildə irəvan dadt bərpa edildikdən bir il sonra aktyor doğma kollektivə qayıdıb və yaradıcılığını yeni şövqlə davam etdirib. aktyor bu illərdə cəfər cabbarlının  "aydın" (dövlət bəy),  "yaşar"  (əmirqulu), "solğun çiçəklər" (əbdül), mirzə fətəli axundzadənin "molla ibrahimxəlil kimyagər" (molla ibrahimxəlil), bəxtiyar vahabzadənin "ikinci səs" (şükür bəy), georgi xuqayevin "mənim qaynanam" (gena), "arvadımın əri"  (kazbek), panço pençevin  "əkizlərin nağılı" (peter ağa), yeqor bayqayevin "səni kim unudar..." (tahir musayeviç), həsən seyidbəyli və imran qasımovun "sən nə üçün yaşayırsan?" (los), hidayətin "məni qınamayın" (qulamov), anarın "şəhərin yay günləri" (bəhram zeynallı), aleksandr ostrovskinin "cehizsiz  qız" (krurov), üzeyir bəy hacıbəyovun "arşın mal alan" (soltan bəy), "məşədi ibad" (hambal) əsərlərinin tamaşalarında oynayıb. abbasqulu bağır oğlu tağıyev 1978-ci ildə ermənistan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1981-ci ildə irəvan şəhərində vəfat edib.  şamil dəmirçiyev  (9.5. 1940-11.6. 2002)</Page><Page Number="250">borçalı mahalın aşağı qoşakilsə kəndində anadan olub. 1962-cı ildə bakı kıtabxanaçılıq texnikumunu bitirib və azərbaycan dövlət teatr institutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. irəvan dövlət azərbaycan dram teatrında teatrda işlədiyi 1967-1988-ci illər ərzində şamil mahmud oğlu dəmirçiyev onun səhnəsində əbdüləli bəy, imamyar, aydın ("aydın", "sevil" və "yaşar", cəfər cabbarlı), paratov ("cehizsiz qız", aleksandr ostrovski), kebot ("qarağaclar altında məhəbbət", yucin o'nil), fransız kralı ("axırı xeyir olsun", vilyam şekspir), cığatay ("ömür gözləyir bizi", nahid hacızadə), nəriman nərimanov ("imzalar içində", nəriman həsənzadə), məşədi ibad ("o olmasın, bu olsun", üzeyir bəy hacıbəyov), kərəmov ("toy", sabit rəhman), hans kifer ("ulduzdan düşmüş adam", karl vitlinger), qoşun ("toy kimindir?, dramaturq məhərrəm əlizadə, bəstəkar ağası məşədibəyov), rəşad ("ikinci səs", bəxtiyar vahabzadə), pantalone ("iki ağanın bir nökəri", karlo haldoni), bəhram zeynallı ("şəhərin yay günləri", anar) obrazlarını ifa edib. 1988-ci ildə irəvan teatrı köçkün həyatına başladığı üçün şamil dəmirçiyev azərbaycan dövlət musiqili komediya teatrının aktyor truppasına daxil olub. arada "bəşir" miniatür teatrında işləyib. 1978-ci ildə ermənistan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. bakıda 2002-ci ildə vəfat edib.  tamilla abdullayeva   (10 dekabr 1943)   tovuz rayonunda doğulub. 1965-ci ildə azərbaycan dövlət teatr institutunun dram və kino aktyorluğu fakültəsini bitirib. elə həmin il gənc tamaşaçılar teatrında aktrisa işləməyə başlayıb. 1967-ci ildə irəvan dövlət azərbaycan dram teatrında işləməyə gedib. zəhmətkeş aktrisa teatrın səhnəsində gültəkin, sara, yaqut ("aydın", "solğun çiçəklər" və "yaşar", cəfər cabbarlı), beatriçe ("iki ağanın bir nökəri", karlo haldoni), qumru ("şəhərin yay günləri, anar), katxen ("ulduzdan düşmüş adam", karl vitlinger), abbi ("qarağaclar altında məhəbbət", yucin o'nil), gülçöhrə ("o olmasın, bu olsun", üzeyir bəy hacıbəyov), larisa ("cehizsiz qız", aleksandr ostrovski), tərlan xanım ("yalan", sabit rəhman) kimi yaddaqalan obrazlar yaradıb. tamilla islam qızı abdullayeva 1978-ci ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1988-1995-ci illərdə azərbaycan dövlət musiqili komediya teatrında, 1995-1999-cu illərdə "bəşir" miniatür teatrında işləyib. 1999-cu ildən yenə də cəfər cabbarlı adına irəvan dövlət azərbaycan dram teatrında çalışır.  vidadi əliyev (1 sentyabr 1945)  ağstafa rayonunun yuxarı göycəli kəndində ziyalı ailəsində anadan olub. orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. azərbaycan dövlət teatr institutunun dram və kino aktyorluğu fakültəsini bitirib (1963-1967). gənc aktyor təhsilini başa vuran kimi tələbə dostları ilə irəvan teatrına gedib və orada cəfər cabbarlının "sevil", "yaşar", "solğun çiçəklər" dramlarında balaş, yaşar, bəhram, mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah", "lənkəran xanının vəziri" komediyalarında müsyö jordan və xan rollarını oynayıb. bu teatrda illər boyu areluizi ("iki ağanın bir nökəri", karlo haldoni), əsgər ("arşın mal alan", üzeyir bəy hacıbəyov), bertram ("axırı xeyir olsun", vilyam şekspir), karandışev ("cehizsiz qız", aleksandr ostrovski), rüstəm ("sən nə üçün</Page><Page Number="251">yaşayırsan?", həsən seyidbəyli və imran qasımov), qiyas ("şəhərin yay günləri", anar), müşfiq ("səni kim unudar?..", mustafa isgəndərzadə), şıxlinski ("imzalar içində" , nəriman həsənzadə), mitoş ("hicran", dramatruq sabit rəhman və bəstəkar emin sabitoğlu), elcan ("ömür gözləyir bizi", nahid hacızadə), şahmar ("əks-səda", nəbi xəzri), bəxtiyar ("ulduz", dramaturq sabit rəhman və bəstəkar süleyman ələsgərov) və digər maraqlı, yaddaqalan obrazlar yaradıb. cəfər cabbarlı adına irəvan dövlət azərbaycan dram teatrında bir müddət ikinci rejissor, sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. teatrın bakı fəaliyyəti dövründə vidadi hüseyn oğlu əliyev kollektivin direktoru və bədii rəhbəri kimi çalışıb. 1988-2000-ci illər ərzində teatrın dağılmaması üçün böyük işlər görüb. "ər və arvad" (mar bayciyev. 1989), "mənim qaynanam" (georgi xuqayev. 1989), "əkizlərin nağılı" (panço pançev. 1989) tamaşalarına quruluşlar verib. 1978-ci ildə azərbaycan respublikasının əməkdar artist ifəxri adına layiq görülüb.  elmira ismayılova (13 noyabr 1945)  irəvan şəhərində ziyalı ailəsində dogulub. irəvan dovlət pedaqojı institutunda  təhsilini başa vuran kimi yenicə açılmış irəvan dövlət azərbaycan dram teatrına işləməyə gəlib. teatrın  irəvandakı  fəaliyyəti  dövründə  oqudalova ("cehizsiz qız", aleksandr ostrovski), smeraldina ("iki ağanın bir nökəri", karlo haldoni), qrafinya ("axırı xeyir olsun", vilyam şekspir), dilşad ("atayevlər ailəsi", ilyas əfəndiyev), dilarə ("şəhərin yay günləri", anar), gülnisə, böyükxanım, şərəbanı ("solğun çiçəklər", "aydın" və "yaşar", cəfər cabbarlı), dilbər ("hacı qəmbər", nəcəf bəy vəzirov), sənəm, cahan ("o olmasın, bu olsun" və "arşın mal alan" üzeyir bəy hacıbəyov), şəhrəbanu, ziba xanım ("müsyö jordan və dərviş məstəli şah" və "lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), kövhər xanım ("məhv olmuş gündəliklər", ilyas əfəndiyev), çarliston ("hicran", dramaturq sabit rəhman və bəstəkar emin sabitoğlu) kimi rəngarəng obrazlar oynayıb. elmira məhərrəm qızı ismayılova 25 oktyabr 2000-ci ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltiflənib.    yunis nuri (23.1.1878-5.1.1950)  qədim azərbaycan ərazisində eyniadlı xanlığın mərkəzi olan irəvan şəhərində peşəkar teatrın inkişafını təminatlandıranlardan biri yunis nuridir. o, irəvan dövlət azərbaycan dram teatrının yaradıcısıdır. görkəmli aktyor, bacarıqlı rejissor və yorulmaz təşkilatçı, müdrik teatr xadimi olan yunis nurinin milli səhnə sənətimizin inkişafında xidmətləri misilsizdir. yunis nuri onlarca gənci teatra cəlb edib və milli səhnəmizin pakiığını qorumaq yolunda böyük fədakarlıqlar göstərib. teatrın inkişafında tükənməz enerji ilə, coşğun ehtirasla və alovlu məhəbbətlə çarpışıb. həvəskar teatr truppasının dövlət təsisatında, instutusional mədəniyyətin faktı kimi fəaliyyət göstərməsi üçün uzun illər əzmkarlıqla, təkidli israrla mübarizə aparıb və yüksək amalına nail olub. "nuri" səhnə təxəllüsü olan yunis hacı süleyman oğlu süleymanov 1878-ci il yanvar ayının 23-də irəvanda doğulub. dindar atasının tövsiyəsi ilə altı il mollaxanada oxuyub, özü də həvəs və maraqla. ancaq bir il gimnaziyada oxumaqla və şagirdlərlə müəllimlərin birgə hazırladıqları tamaşada oynamaqla həyat yolunu dəyişib. hətta sonralar özü truppa yığıb, teatr tamaşaları hazırlayanda əsas həvəskar qüvvələr onun gimnaziya dostları olub. o, gimnaziyada tam təhsil almayıb, ancaq müəllimlərindən ona milli və dünya ədəbiyyatına, elmə, mədəniyyətə məhəbbət bəsləmək duyğuları yadigar qalıb.</Page><Page Number="252">qori müəllimlər seminariyasını bitirib irəvan şəhərindəki gimnaziyaya müəllim göndərilən mütəfəkkir maarifçi firudin bəy köçərli on il (1886-1896) bu şəhərdə teatr sənətinin tərəqqisində möhtəşəm işlər görmüşdür. maarifçi eynalı bəy sultanov rəmzi mənada estafeti ondan alaraq ömür yolunun müəyyən hissəsini irəvanda teatr sənətinin çiçəklənməsmə sərf etmişdir. onlardan sonra bu müqəddəs yolu davam etdirənlərdən, varlığını teatr sənətinə bağlayanların ən öncülü məhz yunis nuri olmuşdur. yunis nuri səhnəyə ilk dəfə 8 dekabr 1890-cı ildə mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" komediyasında şərəbanu xanım rolu ilə çıxmışdır. bununla da səhnə sənətinin sehrinə düşüb bütün taleyini onun çiçəklənməsinə yönəldən yunis nuri aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. irəvan teatrının formalaşmasında bir müddət bu şəhərdə işləmiş nasir-dramaturq cəlil məmmədquluzadə, naşir məmmədağa şahtaxtlı (şahtaxtinski), buraya qastrol səfərlərinə gələn hüseyn ərəblinski, hüseynqulu sarabski, sidqi ruhulla ilə çiyin-çiyinə çalışmışdır. yunis nuri özünün müstəqil tamaşalarından olan vasaq mədətovun "qırt-qırt" vodevilini 1903-cü ildə hazırlamışdır. tamaşa pənah xan makinskinin evində ailə və ailənin simsarları üçün göstərilmişdir. tamaşanın xoş səsi-sorağı bütün irəvana yayılmışdır və ona görə şəhərin sözükeçən, sayılan adamları pənah xandan xahiş etmişdilər ki, tamaşanı sarayın böyük otaqlarından birində və ya həyətdə təkrar oynanılmasma icazə versin. incəsənətə rəğbətli olan makinski razılıq verib və tamaşa daha böyük məhəbbətlə qarşılandığı üçün yunis nurinin inamı tam qətiyyətlənib. bundan sonra o, nikolay qoqolun "müfəttiş" komediyasını hazırlayıb. 1905-1907-ci illərdə "şeytan" əməli ilə məşğul olub, "kafirlik", "mütrüblük" etdiyinə görə iki dəfə ciddi bədən xəsarəti alması da yunis nurini amalından döndərə bilməyib. elə bu arada hüseyn ərəblinskinin irəvana gəlməsi və qastrol tamaşalarının uğurlu nümayişi, həmin əsərlərdə yerli həvəskarların çıxışı şəhərdəki azərbaycanlı artistlərə daxili mətinilk gətirib, mənəvi ruh verib. yunis nuri gündüzlər qara fəhləlik edir, qəzet satır, axşamlar isə həvəskarları başına toplayıb tamaşalar göstərirdı. o, dram kollektivi ilə mirzə fətəli axundzadənin "hacı qara", "lənkəran xanının vəziri", "molla ibrahimxəlil kimyagər", nəriman nərimanovun "nadanlıq", "nadir şah", "dilin bəlası" ("şamdan bəy"), nikolay qoqolun "müfəttiş", sultanməcid qənizadənin "xor-xor", "dursunəli və ballıbadı", "axşam səbri xeyir olar", rəşid bəy əfəndiyevin "qan ocağı", şəmsəddin saminin "dəmirçi gavə", üzeyir bəy hacibəyovun "arşın mal alan", "məşədi ibad", zülfuqar bəy hacibəyovun "əlli yaşında cavan", namiq kamalın "vətən", nəcəf bəy vəzirovun "hacı qəmbər", "ev tərbiyəsinin bir şəkli", əbdürrəhim bəy haqverdiyevin "dağılan tifaq", "bəxtsiz cavan", "ac həriflər", aleksandr ostrovskinin "kimdir müqəssir?" əsərlərini tamaşaya hazırlayıb. 1918-ci ildə erməni daşnakiarının bakıda, şamaxıda, qarabağda, eləcə də irəvanda törətdikləri vəhşi qırğınlar zamanı yunis nuri iranın xoy şəhərinə mühacirət edib. xoşbəxtlikdən irəvandakı dram truppasının əksər üzvləri də ervvəni vəhşiliklərindən başlarını götürüb bura qaçmışdılar. yunis nuri dəstəni burda da bir yerə toplaya bilib və repertuarlarındakı kiçik həcmli məsxərələri, tədbil olunmuş vodevilləri yerli camaata göstəriblər. hətta xoy gənclərindən müəyyən teatr həvəskarlarını da truppaya cəlb ediblər. siyasi hadisələr səngiyəndən, ermənistanda sovet hakimiyyəti qurulandan sonra yunis nuri 1922-ci ildə doğma vətənə qayıdıb. bala əfəndiyevlə birlikdə irəvanda dram dərnəyi yaradıb. bir il sonra gündəngünə genişlənən dram dərnəyinin yaradıcılıq nizamnaməsi rəsmi dairələrdə təsdiqlənib. dərnəyə rəhbərliyi yunis nuri edirdi. kollektivin dövlət teatrına çevrildiyi günədək o, əvvəllər hazırladığı əsərlərin əksəriyyətinə və həmçinin mirmahmud kazımovskinin "nə qanır, nə qandırır", süleyman sani axundovun "laçın yuvası", "iki yol", mirzağa əliyevin "orada elə, burada belə", süleyman rüstəmin "çimnaz xanım yuxudadır", nəcəf bəy vəzirovun "yağışdan çıxdıq, yağmura düşdük" ("hacı qəmbər"), jan batist molyerin "zorən təbib", hüseyn cavidin "şeyda" və "iblis" pyeslərini hazırlayaraq tamaşaçılara göstərib.</Page><Page Number="253">1928-ci il martın 15-də ermənistan hökumətinin əmri ilə irəvan dövlət azərbaycan səyyar teatrı yaradılıb. bütün təşkilati işlər, truppanın toplanması, repertuarın müəyyənləşdirilməsi, texniki təchizat və sairə məsələlərin həlli yunis nuriyə tapşırılıb. o, bu işi ləyaqət və vicdanla, sənətə ehtiram və məhəbbətlə hasilə gətirib. həmin ilin 14 aprelində teatr jan batist molyerin "zorən təbib" komediyası ilə pərdələrini açıb. yunis nuri yenə də təbib ilyas rolunda səhnəyə çıxaraq alqışlara layiq uğur qazanıb. yunis nuri xüsusi teatr təhsili görməmişdi. səhnəyə məhəbbət, eşq, alov, ehtiras onun yaradıcılıqla yoğrulmuş varlığındaydı. bu eşq, bu ehtiras isə ona tanrı fitrətindən sanki pay verilmişdi və o, fəhmlə sənətdə parlaq qələbələr qazana bilirdi. xaraktercə qətiyyətli, məqsədi uğrunda inadcıl, səmimi, mehriban, yumşaq təbiətli insan idi. teatrın bütün kollektivi ona "yunis əmi" deyə müraciət edirdi. dram dəstəsinin həvəskarlıq fəaliyyəti dövründə, xüsusən irəvan dadt-də yunis nuri bir sıra rollar oynayıb. ozünün daha çox dəyərləndirdiyi və şövqlə ifa etdiyi rollar bunlardır: xlestakov ("müfəttiş", nikolay qoqol), nadir şah ("nadir şah", nəriman nərimanov), fərhad, həsən kişi ("bəxtsiz cavan" və "ac həriflər", əbdürrəhim bəy haqverdıyev), hacı qəmbər ("yağışdan çıxdıq, yağmura düşdük", nəcəf bəy vəzirov), təbib, qazı ("zorən təbib" və "cancur səməd", jan batist molyer), atakişi, imamverdi, həsən, aftil, yanardağ ("sevil", "1905-ci ildə", "yaşar", "almaz" və "od gəlini", cəfər cabbarlı), rayçaran ("hind qızı", əbdülhəq hamid), hacı qara ("hacı qara", mirzə fətəli axundzadə), hacı salah ("lənkəran xanının vəziri", mirzə fətəli axundzadə), şeyx nəsrulla ("ölülər", cəlil məmmədquluzadə), qratsiano ("otello", vilyam şekspir), soltan bəy ("arşın mal alan", üzeyir bəy hacıbəyov). qədim irəvan şəhərinin özündə, göyçə, basarkeçər, qarakilsə, qaranamaz, dilican, vedibasar, uluxanlı... və bu kimi azərbaycan mahallarında teatr sənətinin geniş miqyaslı fəaliyyəti sənət fədaisi yunis nurinin adı ilə sıx bağlıdır. səhnəni həyat amalına çevirmiş yunis nuri irəvan dövlət azərbaycan dram teatrı 1949-cu ildə müvəqqəti bağlanana qədər səhnədən ayrılmayıb. aktyor irəvanda istehsal olunmuş "zəngəzur" (əhməd), "anahid" (kişi), "göyçə gölü balıqçıları" (kəndli), "dağ marşı" (həsən), "xaspuş" (ata) və sair filmlərə çəkilib. azərbaycan teatr sənətinin irəvan şəhərində inkişafındakı xidmətlərinə görə yunis nuri 1936-cı ildə azərbaycan respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. yunis nuri 5 yanvar 1950-ci ildə irəvanda dünyasını dəyişib.   aşqabad dövlət azərbaycan teatri  türkmənistan respublikasının paytaxtı aşqabad şəhərində azərbaycan teatrının fəaliyyətini iki mərhələyə bölmək olar. birinci mərhələ ayrı-ayrı teatr dəstələrinin yaradıcılıqlarında təcəssüm tapıb (1904-1931). keçən əsrin birinci qərinəsinin sonlarında müxtəlif həvəskar teatr dəstələri bir truppada birləşərək dövlət statusu almaq uğrunda yorulmadan, məqsədyönlü səy və ehtirasla mübarizə aparıblar. 1932-ci ildə teatr xadimlərinin arzuları həyata keçib. kollektivin dövlət təsisath sənət ocağı kimi fəaliyyət göstərdiyi dövr (1932-1940) ikinci mərhələdir. aşqabad şəhərinin bünövrəsi 1889-cu ildə əsasən azərbaycanlılar tərəfindən qoyulub və "eşqabad" adlanıb. bu şəhər kaspi-daşkənd dəmir yolunun çəkilməsi ilə əlaqədar olaraq, magistiral xəttin üstündə, kiçik bir aulun yerində salınıb. tezliklə buraya irandan, qarabağdan, şirvandan, gəncədən soydaşlarımız köçüblər. əsasən ticarətlə və sənətkarlıqla məşğul olan azərbaycanlılar ana dilində və türk-rus adında məktəblər açıblar. belə bir münbit zəmində azərbaycan milli mədəniyyətinin müxtəlif sahələrinin inkişafına da şərait yaranıb. daha çox isə musiqi və teatr sənətləri inkişaf tapıb.</Page><Page Number="254">aşqabad şəhərində azərbaycan dilində ilk teatr tamaşası hazırda oranın əsas sakinləri olan türkmənlərin teatrının təşəkkülündən iyirmi üç il əvvəl göstərilib. bu tarixi mədəniyyət hadisəsi 1904-cü il novruz bayramı ərəfəsində, su çərşənbəsi günündə baş verib. şəhər ziyalısı əsgər bəy və qocaman müəllim əkbər bəy tahirov qardaşlarının təşəbbüsləri, təşkilatçılıqları və rəhbərlikləri, aşqabad məktəbi şagirdlərinin yaxından iştiraki ilə tamaşa göstərilib. əkbər bəyin təklifi ilə tamaşa üçün dramaturq nəcəf bəy vəzirovun "yağışdan çıxdıq, yağmura düşdük" ("hacı qəmbər") komediyası seçilib. tamaşa aşqabadda kütləvi tədbirlər keçirmək üçün ən əlverişli yer sayılan dobrojanski sirkinin binasında göstərilib. bu binaya xalq arasında "padşahlıq sirki" də deyilirdi. tamaşaya azərbaycanlılarla yanaşı, digər millətlərin ziyalıları da gəlmişdilər. ilk teatr tamaşası gözlənildiyindən də çox uğur qazandı və bundan ruhlanan həvəskarlar bir müddət sonra mirzə fətəli axundzadənin "müsyö jordan və dərviş məstəli şah" məsxərəsmi hazırladılar. az sonra nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin" faciəsi oynanıldı. qısa müddətdə tahirov qardaşlarının ətrafına çoxlu teatr həvəskarı cəmləşdi və onlar, əsasən, novruz, qurban, orucluq... bayramlarında tamaşalar göstərməyi ənənəyə çevirdilər. bu işdə müəllimlər və şagirdlər daha fəal çalışırdılar. mümtaz əsgərov (məşhur ədəbiyyatşünas salman mümtaz), məcid əfəndiyev, cəfər bəy tahirov, əli məmmədov kimi ziyalılar səhnə həvəskarlarına yaxından qayğı göstərir və özləri də hazırlanan tamaşalarda aktyorluq edirdilər. onların təşəbbüsü ilə osmanlı ədibi namiq kamalın "vətən" ("vətən, yaxud silistirə") dramı yerli teatrsevərlərə göstərilib. 1908-ci ildən başlayaraq aşqabadda teatr həvəskarları "firudini" məktəbi yanında truppa kimi formalaşaraq, daha səmərəli fəaliyyətə başlayıblar. tədricən truppada peşəkar aktyorluğa meyil göstərən bacarıqlı və istedadlı gənclər toplaşıblar. hazırlanan tamaşaların əsasını mirzə fətəli axundzadənin komediyaları, nəcəf bəy vəzirovun "müsibəti-fəxrəddin", "hacı qəmbər", "ev tərbiyəsinin bir şəkli", "daldan atılan daş topuğa dəyər", əbdürrəhim bəy haqverdiyevin "bəxtsiz cavan", "dağılan tifaq", "ağa məhəmməd şah qacar", "ac həriflər", "pəri cadu", rəşid bəy əfəndiyevin "saqqalın kəraməti", "qonşu qonşu olsa, kor qız ərə gedər", sultanməcid qənizadənin "xor-xor", "dursunəli və ballıbadı", nəriman nərimanovun "nadir şah", "şamdan bəy", ceyhun hacıbəylinin təbdilində ivan turgenevin "pulsuzluq", yerli, müəllim yusif heydərzadənin "vəfalı şərəf", "kəbinim halal, canım azad", rza zaki lətifbəyovun "köhnə türkiyə" əsərləri təşkil edirdi. həvəskarlar üzeyir bəy və zülfüqar bəy hacıbəyov qardaşlarının opera və operettalarını da səylə oynayırdılar. bakıda məşhur olan hüseyn ərəblinski, ələkbər hüseynzadə, sidqi ruhulla, abbasmirzə şərifzadə, şura olenskaya, cəlil bağdadbəyov, əhməd qəmərli, əhməd anatollu kimi aktyorların aşqabada müxtəlif illərdəki qastrol səfərləri burada teatrın daha geniş miqyasda fəaliyyətinə təkan verib. aşqabadın teatr fədailəri orta asiyanın mərv, taxtabazar, firuzə, bayraməli, qızılarvad, krasnavodsk, buxara, cərco şəhərlərində də teatr tamaşaları göstərir və bu yerlərdə azərbaycanca teatr dərnəkləri yaradırdılar. 1916-1920-ci illərdə aşqabadda "firudini" truppası ilə yanaşı, "müzəffəri" məktəbi ətrafında birləşmiş teatr dəstəsi də səmərəli çalışıb. 1919-cu ildə şəhərin əsas teatr qüvvələri birləşərək "hüseyn ərəblinski adına azərbaycan musiqi-dram dərnəyi" (qısaca "ərəblinski truppası" adlanıb) yaradıblar. eyni zamanda "5 nömrəli azərbaycan dram dəstəsi", "mərifət" truppası ətrafında qabiliyyətli teatr həvəskarları cəmləşiblər və onlar teatrın fəaliyyət coğrafiyasını qat-qat genişləndiriblər. bu teatr dəstələrində əziz cavadov, sultan muradov, həbib məlikov, qulam məmmədli (makedonski), rzaqulu abdullazadə, mirzə səmədov, yədulla rzayev, ağabala həbibov, mehdi mehdiyev, əta (ətəulla) kazımovski, aslan hacıyev kimi kifayət qədər səhnə təcrübəsi toplamış teatr həvəskarları toplaşmışdılar. onlar teatr dəstələrinin sabit repertuarı uğrunda səylə çalışır, milli dramları, faciələri, komediyaları, opera və operettaları oynamaqla bərabər, tərcümə əsərlərini, təbdil və iqtibasları da</Page><Page Number="255">tamaşaya hazırlayırdılar. maraqlı hadisədir ki, hüseyn cavidin "iblis" və "şeyda" faciələri, cəfər cabbarlınm "nəsrəddin şah" dramı ilk dəfə 1919-cu ildə məhz aşqabadda tamaşaya qoyulub. "iblis" faciəsi, ümumiyyətlə, cavidin ilk dram əsəri bakıda birinci dəfə 1920-ci ilin dekabrında səhnə həyatı qazanıb. aşqabad azərbaycan teatrı 1920-1931-ci illərdə özünün daha əzəmətli yaradıcılıq mərhələsini yaşayıb. tamaşalar dobrojenski sirkində, "sport" klubunda (sonralar "şura teatrı" adlanıb) göstərilirdi. repertuarın əsasını mirzə fətəli axundzadənin, nəcəf bəy vəzirovun, əbdürrəhim bəy haqverdiyevin pyesləri, üzeyir bəy hacıbəyovun operaları və operettaları ilə yanaşı, cəfər cabbarlının, hüseyn cavidin, cəlil məmmədquluzadənin, süleyman sani axundovun müxtəlif janrlı əsərləri təşkil edirdi. dünya ədəbiyyatından jan batist molyerin, nikolay qoqolun, vilyam şekspirin, fridrix şillerin yaradıcılığı da repertuar tərtibində diqqət mərkəzində idi. aktyorların sırasına əbdüləli ələkbərov (bosforski), fəridə mustafina, klavdiya həbibova, əsgər babayev, hüseyn həsənov, yaqub nasirli (o, pyeslər də yazıb), xavər nasirli, həyat musayeva, hilal qəmbərov, əkbər əliyev, bəhram kərimov da daxil olmuşdular. yerli ziyalı sabit manafzadə teatr dəstələri üçün "şərq", "talan-talan", "münafiqlər", "divan" pyeslərini yazmışdı və özü həm rejissorluq, həm də aktyorluq etmişdir. 1931-ci ildən azərbaycanlı teatr həvəskarları, əsasən, bir truppada cəm olaraq kollektivə dövlət statusu almaq üçün ciddi repertuar qurmağa başladılar. dəstənin adı afişa və tamaşa proqramlarında aşqabad türk (azərbaycan - i.r.) dramı (atd) adı ilə təqdim olunurdu. kollektiv il ərzində beşdən çox premyera oynamışdı. bir il sonra isə türkmənistan maarif komissarlığı nəzdində aşqabad dövlət azərbaycan teatrı açmaq qərara alındı. bakıdan milli dram teatrının məşhur aktyoru rza əfqanlı kollektivə baş rejissor dəvət olunmuşdu. o, aşqabada gəlincə quruluşçu rejissorluğu rzaqulu abdullazadə, əsgər babayev və əziz cavadov ediblər. truppa yerli həvəskarlardan təşkil edildi və bakı teatr məktəbinin bir neçə məzunu da buraya göndərildi. kollektivin repertuarında cəfər cabbarlının "almaz", "sevil", "1905-ci ildə", "yaşar", üzeyir bəy hacıbəyovun "məşədi ibad", "leyli və məcnun", "əsli və kərəm", "arşın mal alan", konstantin trenyovun "düşmənlər" ("lyubov yarovaya"), zülfüqar bəy hacıbəyovun "aşıq qərib", vano mçedaşvilinin "qaçaq kərəm" əsərlərinin tamaşaları vardı. buna baxmayaraq, kollektiv dövlət statusu almaq cəhdində teatrın ilk tamaşası üçün cəfər cabbarlının "almaz" (quruluşçu rejissor rzaqulu abdullazadə) və şamaxı sakini aleksandr şirvanzadənin "namus" dramlarını hazırladı (quruluşçu rejissor əziz cavadov). teatr öz pərdələrini 1932-ci il noyabrın 27-də "namus" tamaşası ilə açıb. tamaşada əsas qadın rollarını teatra təzəcə qəbul olunmuş aktrisalardan nərgiz yusifova, tənzilə dadaşova və nazənin rzayeva oynayıblar. sənət ocağının adı afişalarda belə verilirdi: az millətlər dövlət teatrosu ("natsmen" teatrı). kollektiv bu adla bir neçə il işlədi. "az millətlər evi" ("natsmen evi") binası teatnn sərəncamına verildi. bu binanın həm "qış salonu", həm də "yay salonu" vardı. yay aylarında tamaşalar yay salonunda və şəhər bağında oynanılırdı. rza əfqanlı aşqabadda bir il baş rejissor kimi çalışıb və bu müddət ərzində cəfər cabbarlının "almaz", "yaşar", "1905-ci ildə", "sevil", hüseyn cavidin "şeyx sənan", vilyam şekspirin "otello", üzeyir bəy hacıbəyovun "əsli və kərəm", "leyli və məcnun", "arşın mal alan", "məşədi ibad", zülfüqar bəy hacıbəyovun "aşıq qərib" pyeslərinə, operalarına və operettalarına maraqlı quruluşlar verib. 1934-cü ilin noyabrında isə baş rejissorluq vəzifəsinə birilliyə