Maarifləndirmə proqramı
Şagirdlərlə aparılan iş
Orta məktəblərin VIII, IX, X, XI sinif şagirdlərinin ədəbiyyat fənni üzrə təhsil proqramına uyğunlaşdırılmış mühazirə saatlarının, muzeyə ekskursiyaların və səyyar sərgilərə baxışın təşkili .
Mühazirə saatlarında Azərbaycan maarifçilərinin ölkədə Avropa tipli peşəkar teatrın yaradılması yolunda göstərdiyi xidmətlərdən, Azərbaycan dramaturgiyasının yaranma tarixindən , teatr korifeylərinin həyat və yaradıcılığından, Azərbaycan, rus və Avropa dramaturgiyasının səhnə təcəssümü tarixindən bəhs edilir, fond materialları əsasında hazırlanmış səyyar sərgilərə və muzeyin ekspozisiyasına baxış təşkil edilir.
Ali məktəblərin tələbələri ilə
aparılan iş
Azərbaycanın mədəni irsinin, o cümlədən teatr tarixinin, korifey
sənətkarlarının həyat və yaradıcılığının çağdaş teatr prosesi ilə bağlı
mühazirə saatlarının, muzeyə ekskursiyaların və səyyar sərgilərə baxışın
təşkili.
Humanitar təmayüllü, xüsusilə İncəsənət Universitetinin teatrşünaslıq,
dram,musiqili komediya rejissorluğu, dram və kino, musiqili komediya
aktyorluğu , Rəssamlıq Akademiyasının sənətşünaslıq, teatr – dekor
fakultələrinin tələbələrinin fond materialları ilə ( əlyazma pyeslər,
recissor eksplikasiyaları , rol dəftərləri, foto və neqativlər, proqram və
afişalar, resenziyalar, dekorasiya və geyim eskizləri və s. ) işləməsi,
tədqiqat işinin aparılması üçün şəraitin yaradılması.
Uşaq dərnəkləri, yaradıcılıq birlikləri,
yaradıcılıq sarayları ilə aparılan iş
Dərnək, birlik üzvlərinin muzey əməkdaşları və teatrlarda çalışan
sənətkarlarla görüşlərinin,muzeyə ekskursiyaların təşkil olunması,
mühazirlərin oxunması, tədbirlərin keçirilməsi.
Müxtəlif sahələrdə çalışan gənclərlə
aparılan iş
1. Azərbaycanda peşəkar teatrın yaranma tarixinə, Azərbaycan maarifçilərinin, teatr korifeylərinin həyat və yaradıcılığına dair muzeyin elmi əməkdaşları tərfəindən yazılmış mühazirlərin müxtəlif müəssisə və təşkilatlarda oxunması.
2. Fond materialları əsasında teatr korifeylərinin, görkəmli dramaturq və rejissorların həyat və yaradıcılıqlarından bəhs edən səyyar foto – sərgilərin təşkili . Bu səyyar sərgilərin respublika səviyyəli tədbirlərdə, müxtəlif idarə və təşkilatlarda nümayişi.
3. Yeni teatr tamaşalarının yaradıcılıq prosesinə, klassik əsər olduqda əvvəlki səhnə tarixinə həsr olunmuş lövhələrin hazırlanması və premyera
günlərində teatrlarda nümayiş etdirilməsi.
4. Teatrın, görkəmli sənətkarların yubileylərinə dair tədbirlərin təşkili və
gənclərdən ibarət auditoriyalarda teatr sənətkarları ilə görüşlərin
keçirilməsi.
5. Əhali arasında maarifləndirmə işini genişləndirmək
məqsədilə Azərbaycan teatr sənəti, tarixi,
ayrı – ayrı teatr sənətkarlarının həyat
və yaradıcılığını əks etdirən
bədii filməlrin, sənədli filmlərin, televiziya
verilişlərinin çəkilişində fond materialları
ilə çəkiliş qruplarına köməklik göstərmək.