Teatr muzeyinin nəzdindəki kitabxana 1972- ci ildə yaranmışdir.

Kitabxananın fondunda 3993 ədəd kitab qorunur. Onlar aşağıdakı bölmələr üzrə yerləşdirilmişdir: teatr kino bölməsi, ədəbi tənqid bölməsi, musiqi elminə aid bölmə, bədii ədəbiyyat bölməsi, incəsənətin digər sahələri.

Burada kitablarla yanaşı teatr tarixi, dramaturq, rejissor, aktyor, teatr rəssamları və digər sənərkarlarla bağlı yazılar, tamaşalara aid resenziyalar, elmi oçerk və məqalələr də saxlanılır.

Kitabxana televiziya və mətbuat işçilərinə, ali məktəblərin tələbə və magistrlarına, azərbaycan teatr tarixinin tədqiqi ilə məşğul olan alimlərə və elm xadimlərinə xidmət göstərir.