YUBİLEY TƏDBİRLƏRİ

Respublikanın xalq artisti Əjdər Sultanov – 90 və Respublikanın əməkdar artisti Əminə Nağıyeva- 80





Keçirildiyi yer :
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.

Verilişi teatrşünas, professor İnqilab Kərimov açır.

Söz respublikanın xalq artisti Məhluqə Sadıqovaya verilir.

Yazıçı Akif Əliyev çıxış edir.

Musiqi nömrəsi : Ü.Hacıbəylinin “Koroğlu” operasından ariya. Oxuyur əməkdar artist Adil Məlikov.

Söz Ağabəy Sultanova verilir

Ardi ilə əməkdar incəsənət xadimi, rejissor Məmmədkamal Kazımov danışır.

Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Məmmədşah Atayev, Əzizağa müəllim öz xatirələrini danışırlar .

Musiqi nömrəsi: Müğənni Səfurə Əzimi oxuyur.

Respublikanin xalq artisiti Muxtar Avşarov çıxış edir.

Musiqi nömrəsi : aktrisa Mariya Serqeyevna Titarenko oxuyur.

Ailəsi adından qohumu Zərifə xanım çıxış edərək öz təşəkkürünü bildirir.

Tədbir 2 saat davam edir. 5.II.1999-cu il.

“ Teatr Məktəbi - 70” adlı tədbir



Keçirildiyi yer :
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.

Tədbir zalda nümayiş olunan müxtəlif kinofilimlərdən göstərilən fraqmentlərlə başlanır. Nümayiş edilən filmlər “Antonio Kleopatra” , “Fətəlixan” və s.

Tədbiri muzeyin direktoru N.Nurullayeva açır.

Söz respublikanın xalq artisti Yaşar Nuriyə verilir. Yaşar Nuri teatr haqqında danışır.

Sonra çıxış etmək üçün sözü Timuçin müəllimə verir.

Ardı ilə olaraq Y.Nuri çıxış etməsi üçün sözü bir sıra incəsənət xadimlərinə verir:

Mədəniyyət naziri P.Bülbüloğlu, xalq artisti S.Bəsirzadə, xalq artisti N.Zeynalova.

Sabit Rəhmanın “Hicran” tamaşasından bir parça göstərilir.

Tədbir xalq artisti L.Bədirbəyli, xalq artisti Zəroş Həmzəyeva, yazıçı-dramaturq Xalidə Hasilova, xalq artisti C.Aslanoğlu, professor İnqilab Kərimovun çıxışları ilə davam edir.

Çıxış edir “Yuğ” teatrının bir qrup aktyorları.

Ardi ilə dram-rejissorluq və aktyorluq fakultəsinin müdiri Fikrət Sultanov, Rus Dram Teatrının akyoru Anatoliy Falkoviç çıxış edir.

Ardı ilə İlham Rəhimli çıxış edir. Respublikanın xalq artisti A.Babayevə söz verilir.

Xalq artistləri Z.Xanlarova və A.Babayevin ifasında “Leyli və Məcnun” operasının lent yazısı göstərilir.

Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin direktoru Teatr muzeyinə hədiyyə verərək çıxış edir.

Teatr Muzeyinin direktoru N.Nurullayeva gələn qonaqlara öz təşəkkürünü bildirərək tədbiri bağlı elan edir.

Velirişi hazırlayanlar: Rejissor-Ə.Kazımovski, Operator-T.Əliyev, səs rejissoru-Fuad İbrahimov. Tədbir 1 saat davam edir.

 

Xalq şairi Səməd Vurğun – 95



Keçirildiyi yer:
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyi.

Tədbiri giriş sözü ilə C.Cabbarlı adına ADTM–inin direktoru N.Nurullayeva açır.

Tədbiri professor İnqilab Kərimov aparır.

ADAMDT-nın aktyorlarının ifasında S.Vurğunun “Vaqif” tamaşasından parçalar göstərilir.

I səhnəcik: Vaqif – Əliabbas Qədirov, Şah Qacar – Muxtar Maniyev.

II səhnəcik: Vaqif - Əliabbas Qədirov, Xuraman – Zərnigar Atakişiyeva, Əlibəy-Pərviz Bağırov, Gülnar – Sevil Xəlilova, Vidadi – Rafiq Əzimov.

Ardı ilə söz Xətai rayonunda yerləşən uşaq bağçasının uşaqlarına verilir. Pianoda müşayiət edir - Naibə xanım.

Söz verilir xalq artisti Məhluqə Sadıqovaya, jurnalist Şəmistan Nəzirliyə, respubkanın xalq artisti Zəroş Həmzəyevaya, xalq artisti Məleykə Əsədovaya, rejissor Məmmədkamal Kazımova.

Musiqi nömrəsi: İfa edir Bülbül adına musiqi məktəbinin şagirdləri.

Ardı ilə aktyor Əlinur, aktyor xalq artisti Valeh Kərimov çıxış edirlər.

Musiqi nömrəsi: İfa edir Bülbül adına musiqi məktəbinin şagirdləri.

Aşıq Nurəddin Teymurov.

Çıxış edir aktyor Firuz Xudaverdiyev.

Ardı ilə şairin qızı Aybəniz Vəkilova çıxış edərək öz təşəkkürünü bildirir.

Tədbiri muzeyin direktoru N.Nurullayeva bağlı elan edir.

”Vaqif” tamaşasından lent yazısı səsləndirilir.

Tədbir 2 saat 30 dəqiqə davam edir. 24.IV.2001

 

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi – 60



Keçirildiyi yer:
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.

Ekspozisiya zallarının bütövlüklə çəkilişi.

Direktor N.Nurullayeva tədbiri açıq elan edir.

Tədbirdə iştirak edənlər: Turan Cavid, A.Pənahova, C.Ələsgərov, İ.Kərimov, K.Tahirov, rəssam F.Xəlilov, Canəli Əkbərovun musiqi nömrəsi ilə çıxışları.

Tədbiri lentə alan rejissor-Ə.Kazımovski, quruluşçu rejissor-Vaqif Behbudov, səs rejissoru-Fuad İbrahimov.

Tədbir 1 saat 30 dəqiqə davam edir. 1995-ci il.

 

Respublikanın xalq artisti Ağahüseyn Cavadov- 100



Tədbir muzeydə dəyirmi stol arxasında keçirilib.

Tədbirin başlanğıcında aktyorun oynadığı tamaşalardan lent yazıları göstərilir.

Tədbiri muzeyin direktoru N.Nurullayeva açır.

Tədbirdə xalq artistləri L.Bədirbəyli, S.Bəsirzadə, M.Afşarov, truppa müdiri Q.Qurbanov, A.Bayramov, rejissor Məmmədkamal Kazımov və başqaları iştirak edirlər.

Aktyorun oynadığı tamaşa və kino filmlərdən parçalar nümayiş etdirilir. (“Hind gözəli”, “Bəxtiyar”, “Görüş”, “Şərikli çörək”, “Bir qalanın sirri” ).

Tədbiri yekun sözü ilə N.Nurullayeva bağlı elan edir.

Tədbir 50 dəqiqə davam edir. 1994-cü il.

 

Respublikanın xalq artisti Hacıməmməd Qafqazlı – 100



Keçirildiyi yer : C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.

Verilişin əvvəlində aktyorun lent yazısı səsləndirilir.

Tədbiri giriş sözü ilə C.Cabbarlı adına ADTM –inin direktoru N.Nurullayeva açır.

Tədbiri professor İnqilab Kərimov aparır.

Tədbirdə iştirak edirlər: Xalq artisti M.Sadııqova, yazıçı Qılman İlkin, Ə.Qədirov.

Aktyor Elşən Cəbrayılov “Ana” şerini oxuyur.

Xalq artisti S.Bəsirzadə, aşıq S.Kosayeva, rejissor Məmmədkamal Kazımov, aktyor Mustafa Süleymanov, müəllim Məmmədşah Atayev, Muxtar Afşarov, Eldəniz Zeynalov çıxış edirlər.

Musiqi nömrələri: Kamança - Aybəniz Rəfiyeva, tarda – Ağadadaş Mürşüdov, oxuyur – Qəzənfər Abbasov.

Aktyor Mustafa Suleymanova söz verilir.

Nazirliyin əməkdaşı K.Tahirli çıxış edir.

H.Qafqazlının qızı Nəzakət xanıma söz verilir.

Verilişin sonunda aktyorun səs yazısı səsləndirilir.

Tədbir 2 saat 20 dəqiqə davam edir. 17.IV.1998-ci il

 

Respublikanın xalq artisti Sofiya Bəsirzadə - 80



Keçirildiyi yer:
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.

Tədbiri giriş sözü ilə C.Cabbarlı adına ADTM–inin direktoru N.Nurullayeva açır.

Ardı ilə tarda musiqi nömrəsi.

Tədbirdə çıxış edir: Həmkarlar İttifaqının sədri Həmid Abbas.

Xalq artisti Gülxar Həsənova Musiqi nömrəsi.

Söz Aybəniz Bəkirovaya verilir, Muxtar Afşarov, Əliabbas Qədirov, Hacıməmməd Qafqazlının qızı, aktyor Mustafa Süleymanov, Eldəniz Zeynalov, Kərim Tahirov çıxış edir.

Tarda musiqi nömrəsi.

Gülxar Həsənova oxuyur.

S.Bəsirzadə “Tənha qadınlar” (Əziz Nesin) tamaşasından səhnə ifa edir.

“Xosrov və Şirin” (S.Vurğun) tamaşasından səhnə.

İştirak edirlər: S.Bəsirzadə, M.Süleymanov.

Aktyor Nadir Bayramova söz verilir.

M.Afşarov, S.Bəsirzadə “Tənha Qadınlar” (Əziz Nesin) tamaşasından səhnə ifa edirlər.

Tədbir 1 saat 55 dəqiqə davam edir. 28.IV.1998