Opera
sənətimizə həsr olunmuş guşələrdə
isə mərkəzi mövqe mədəniyyətimizin
korifeyi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə
məxsusdur. Milli operamızın banisi sayılan Üzeyir
Hacıbəylinin bütün operalarının proqram
və afişaları muzeydə sərgilənir.
Onların sırasında ilk dəfə 1908 – ci ildə
oynanılmış «Leyli və Məcnun» operasına
aid proqram muzeyin fəxr etdiyi eksponatlardandır. Məcnun
rolunun ilk ifaçısı Hüseynqulu Sarabskinin, Leylinin
ilk ifaçılarından olan Həqiqət Rzayevanın,
opera və vokal sənətimizin ilk professional ifaçıları
sayılan Şövkət Məmmədovanın və
Bülbülün yaradıcılığından söhbət
açan foto şəkillər, kostyum və rekvizitlər
ən unikal muzey əşyaları kimi xüsusi maraq
doğurur.
Burada böyük bəstəkar Müslüm Maqomayevin,
opera bəstələmiş ilk qadın bəstəkarımız
Şəfiqə Axundovanın, gözəl opera müğənnimiz
Fatma Muxtarovanın, bənzərsiz səsləri ilə
dünyanı fəth edən Rəşid Behbudovun, Müslüm
Maqomayevin yaradıcılığından da geniş
söhbət açılır.
Milli balet sənətimizin yaranma tarixi, yüksəlişi
və dünya musiqi ədəbiyyatına daxil olan inciləri
barədə də ekspozisiyada dolğun məlumat almaq
mümkündür. Balet guşəsində Əfrasiyab
Bədəlbəylinin 1940 – cı ildə yazılmış
və səhnəyə qoyulmuş « Qız qalası
» - ilk milli balet tamaşası haqqında ətraflı
bilgi verilir.
Dünya şöhrətli bəstəkarlar Qara Qarayevin
« Yeddi gözəl », «İldırımlı yollarla »,
Fikrət Əmirovun «Min bir gecə», Arif Məlikovun «Məhəbbət
əfsanəsi» baletlərindən müxtəlif fraqmentləri
əks etdirən şəkillər, dekorasiya və geyim
eskizləri də son dərəcə baxımlıdır