Azərbaycan
Dövlət Rus Dram Teatrının fəaliyyəti də
muzeydə çox orijinal sənədlər, tamaşaların
tərtibatını əks etdirən maketlər, eskizlər,
kostyumlar və kuklalar vasitəsilə işıqlandırılır.
1920 – ci ildə Bakıya qastrola gələn Rusiyanın
«Yarasa» teatrının kollektivinin bəzi üzvləri
vətənə qayıtmayaraq Bakıda qalır. Onların
və yerli aktyorların qüvvələri ilə Bakıda
Azad Tənqid və Təbliğ Teatrı ( «Satiragit»
Teatrı) yaradılır.
1923 – cü ildə Bakı İşçi Teatrı
kimi fəaliyyətini davam etdirən bu sənət ocağı
1937 – ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı
adlanır.
Teatrın səhnəsində tamaşaya qoyulmuş
səhnə əsərlərinin sırasında «Sevil»,
«Od gəlini» (Cəfər Cababrlı), «Xırs quldurbasan»,
«Lənkəran xanının vəziri» ( Mirzə Fətəli
Axundzadə ), «Şeyx Sənan» ( Hüseyn Cavid ), «Vaqif»,
«Fərhad və Şirin» ( Səməd Vurğun ) , «Sən
həmişə mənimləsən» ( İlyas Əfəndiyev
), «Dəniz cəsurları sevir» ( İmran Qasımov,
Həsən Seyidbəyli ), «Meşə», «Cehizsiz qız»,
«Tufan» (Aleksandr Ostrovski), «Müfəttiş» (Nikolay Qoqol),
«Maskarad» (Mixail Lermontov), «Anna Karenina» (Lev Tolstoy), «Vanya
dayı» (Anton Çexov ) və sairəni göstərmək
olar.
Teatrda Mixail Jarov, Faina Ranevskaya, Boris İlyin, Antonina
Filippova, Konstantin Myakişev, Nikolay Şulqin, Pyotor Jarikov,
Pyotir Yudin, Vera Şirye, Raxil Ginzburq, Sergey Yakuşev,
Anatoli Falkoviç, Lyudmila Duxovnaya, Murad Yegizarov, Natalya
Tağıyeva, Məhərrəm Haşımov, Cənnət
Səlimova, Aleksandr Şarovski kimi sənətkarlar nəsli
yetişmişdir.
Muzeyin bu teatra həsr olunmuş zalında teatrın
yaradıcılıq yolu müxtəlif materiallar sayəsində
öz əksini tapır.