VI ZAL

Şuşa Dövlət Musiqili Dram Teatrı 

Tiflis Azərbaycan Teatrı

Şəki Dövlət Dram Teatrı

İrəvan Dövlət Azərbaycan Dram Teatrı

Naxçıvan Dövlət Musiqili Dram Teatrı 

Lənkəran Dövlət Dram Teatrı

Gəncə Dövlət Dram Teatrı

Bakı Bələdiyyə Teatrı

Bölgə Teatrları

Burada zəngin yaradıcılıq ənənələrinə malik Şuşa Dövlət Musiqili Dram Teatrına, Tiflis Azərbaycan Teatrına, Şəki Dövlət Dram Teatrına, İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Gəncə Dövlət Dram Teatrına, eləcə də ölkəmizin digər bölgə teatrlarına aid materaillar, sənədlər də diqqəti cəlb edir.

Bununla yanaşı vaxtilə ölkəmizdə fəaliyyət göstərmiş azsaylı xalqların teatrlarından qalan kostyumların və afişaların nümayişi də tamaşaçıların marağına səbəb olur.

1876 – cı ildə yaradılmış Tiflis Azərbaycan Teatrının truppasında Mirseyfəddin Kirmanşahlı, Rza Təhmasib, Möhsün Sənani, İbrahim İsfahanlı, Əli Qurbanov, Ələkbər Seyfi, Yusif Yulduz kimi sənətkarlar çalışmışlar Teatrın səhnəsində Azərbaycan, rus və qərb dramaturgiyasının ən nadir inciləri tamşaya qoyulurdu. Muzeydə teatrın fəaliyyəti ilə bağlı nadir eksponatlar nümyaiş olunur.

1882 – ci ildə əsası qoyulan İrəvan Dövlət Azərbaycan Dram Teatrı mili səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutur. Teatrın səhnəsində Cəmil Əliyev, Abbasqulu Tağıyev, Şamil Dəmirçiyev, Tamilla Abdullayeva, Vidadi Əliyev, Yunis Nuri kimi sənətkarlar çalışıb. Teatrın repertuarında Mİrzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Aleksandr Ostrovski, Nikolay Qoqol və digər klassiklərin əsərləri oynanılıb. Ekspozisiyada teatrın fəaliyyətindən, aktyor və rejissor yaradıcılığından geniş söhbət açılır.

1882 – ci ildə Eynalı Sultanovun rəhbərliyi ilə « Ziyalılar cəmiyyəti » təşkil olunub. Cəmiyyətin üzvləri Eynalı bəyin rəhbərliyi ilə 1883 – cü ildə Mİrzə Fətəli Axundzadənin « Müsyö Jordan və Dərviş Məstəli Şah » komediyasını tamaşaçılara göstərirlər. Həmin tarix Naxçıvan Dövlət Musiqili Dram Teatrının doğuluş günü kimi götürülür. Teatrda Səməd Mövləvi , Əyyub Haqverdiyev, İsa Musayev, Məmməd Quliyev, Firuzə Əlixanova, Baxşı Qələndərli, Nəsir Sadıqzadə, İbrahim Həmzəyev, Zəroş Həmzəyeva və digər bu kimi rejissor və aktyorlar çalışmışlar. Teatrın repertuarında həm milli, həm də qərb dramaturgiyasına geniş yer verilmişdir. Zalda bu teatra dair geniş məlumat verilir.

1895 – ci ildə təməli qoyulmuş Gəncə Dövlət Dram Teatrının repertuarında Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli, İvan Turgenev, Uilyam Şekspir, Fridrix Şiller, Jan Batist Molyer, Georgi Mdviani, Vano Mçedaşvili, və digər məşhur dramaturqların əsərləri tamaşaya qoyulmuşdur. İsmayıl Talıblı, Ağahüseyn Cavadov, Kazım Ziya, Əhməd Səfayi, Kərim Sultanov, Məmməd Bürcəliyev və başqaları bu sənət ocağında əvəzsiz iz qoymuşlar.