Yeniliklər


   Bu il şair-dramaturq, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 115 illyi tamam olur. 1899-cu ildə anadan olmuş ədib yaşadığı qısa ömür ərzində Azərbaycan ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələr vermişdir. 35 illik ömrünün , 20 ilini ədəbi yaradıcılıqla məşğul olmuş C. Cabbarlı lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri, dram əsərləri ilə ədəbiyyatımızda böyük şöhrət qazanmışdır.

    Yaradıcılığa şeirlə başlayan Cabbarlı Azərbaycan dramaturgiyasına “Almaz”, “Aydın”, “Solğun çiçəklər”, “Sevil”, “Od gəlini”, “Oktay El oğlu” kimi ölməz dram əsərləri bəxş etmişdir. Onun əsərləri zaman-zaman respublika teatrları tərərfindən tamşaya qoyulmuş, neçə-neçə aktyor nəsli bu tamaşalarda yetişmişdir. Səhnə sənətimizin inkişafı dövründə dəfələrlə dram əsərlərinə quruluş verən, teatrda həm rejissor, həm də ədəbi hissə müdiri kimi fəaliyyət göstərən Cəfər Cabbarlının eyni zamanda milli kinonun inkişafında da misilsiz xidmətləri olmuşdur. Belə ki, o, ilk  milli kinossenarist və kinorejissorlardandır. Dövrünün görkəmli ziyalılarından biri kimi də o, hər zaman respublikanın ədbi–ictimai həyatında yaxından iştirak etmişdir. Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasında bir sıra maarifçilərimizlə yanaşı Cəfər Cabbarlının da böyük xidmətləri olmuşdur. Təsdadüfi deyil ki, ədibin vəfatından sonra Teatr Muzeyinə məhz onun adı verilmişdir. Hazırda dramaturqun şəxsi arxivinin bir hissəsi muzeyin fondunda qorunub saxlanılır.

   Cəfər Cababrlının anadan olmasının 115 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Teatr Muzeyi dramaturqun ev muzei ilə birlikdə tədbir keçirəcəkdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları,  filologiya eləmləri doktorları,  professorlar Asif Rüstəmli və Rəhim Əliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı,  müğənni Rəşad İlyasov, ifaçı Mehri Əsədulla iştirak edəcəklər. Tədbirdə tamaşaçılara  dramaturqun həyat və yaradıcılığını əks etdirən vido çarxlar, Nizami rayon uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında “Aydın” tamaşasından bir parça və şerlərdən ibarət kompozisiya təqdim olunacaq.

   Tədbir 29 aprel 2014-cü il tarixində saat 15.00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında keçiriləcək.

 

Ünvan:  
Neftçilər prospekti, 123a
III mərtəbə, Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyinin ekspozisiyası